Detektiv roman



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə7/13
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#39146
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Müşfiq-XAN-Milenaya-mektub



 

 

 

 

Ölümünə  bədbəxt  hadisə  görüntüsü  verilən  dünya 



çempionunun qonşusu – 6A kottecində qalan Aydının ifa-

dəsindən sonra bir neçə şübhəli məqama aydınlıq gəlmiş-

di.  Baş  müstəntiq  söhbətlərindəki  diqqətini  çəkən  detal-

ları bloknotunda ayrıca qeyd etdi. Fizika müəlliminin ifa-

dəsindən  sonra  dünən  gecə  saat  3  radələrində  6C-də  qa-

lan Pərvizin Milana ilə görüşdüyü məlum olmuşdu. Sa-to 

onların  münasibətlərinin  hansı  səviyyədə  olduğunu  hə-

ləlik  bilməsə  də,  həm  şairin,  həm  də  ukraynalı  qadının 

ölüm  hadisəsinin  təfərrüatları  haqqında  nəsə  bildiklərini 

düşünürdü. 

Aydının ifadəsindən sonra Milananın yalan danış-

ması  üzə  çıxmışdı.  Ötən  gecə  ilə  bağlı  ifadəsində  qeyd 

etdiyi fikirlərin doğruluğunu bir daha  əvvəldən sona qə-

dər  analiz  etmək  lazım  idi.  Əslində  fizika  müəlliminin 

çəkdiyi  siqaretin  qutusunun  Pərvizin  kottecinin  qarşısın-

da  tapılmasını  baş  müstəntiq  başqa  cür  təhlil  etmişdi. 

Daha dəqiqi, Romanın şairlə hansısa mübahisəsinin oldu-

ğunu və gecənin sakit saatlarında bunu öz aralarında həll 

etmək  məqsədi  ilə qarşılaşdıqlarını  düşünmüşdü.  Beləcə, 

heç kimin xəbəri olmadan aralarında olan ədavəti sakitcə 

çözəcəkdilər.  Görünür  söhbətləri  istədikləri  kimi  alınma-

yıb,  yaxud  da  davakar  təbiətli  dünya  çempionu  Pərvizi 

qorxudub. Ola bilsin əlbəyaxa da olublar. Vaxt itirmədən 

şairin  ifadəsini  alıb  bu  şübhələrini  aydınlaşdırmalı  idi. 




40

 

 



Tibbi  ekspertiza  isə  meyitin  üzərində  hansısa  zorakılıq, 

zərbə, yaxud da buna oxşar iz aşkarlamamışdı. 

Patoloji anatomiya birliyinə gedəcəyini, rayon proku-

roru  və  tibbi  ekspetizanın  həkimi  ilə  görüşəcəyini  xatır-

layıb  saata  nəzər  saldı.  Hələ  ki,  bir  saata  yaxın  vaxt  var 

idi.  Pərvizin  qaldığı  kottecin  qarşısında  durub  ətrafa  nə-

zər saldı. Aydının sözlərinə görə onlar gecə burada öpü-

şürmüşlər,  –  bunu  xatırlayıb  girişin  3-4  metrliyində  qo-

yulmuş  iri  saxsı  gül  dibçəyinin  yanında  dayandı.  Fizika 

müəllimi isə fasadın qurtaracağında olub, – durduğu yer-

dən  Aydının  gecə  onları  güddüyü  istiqamətdə  baxıb  də-

qiqləşdirməyə  çalışdı.  Bu  halda  cütlüyün  onları  kiminsə 

gördüyünün  fərqinə  varması  çətinləşirdi.  Çox  güman  ki, 

axşam  havanın  aydınlıq  olmaması  da  işə  yarayıb,  –  Sato 

Milananın “hava qaranlıq idi” deməsini xatırladı. 

Baş  müstəntiqi  belə  xırda  şübhəli  detallardan  daha 

çox ilk ehtimalında yanılması düşündürürdü. Dünən gecə 

Aydının  Romanı  gördüyünü  zənn  etsə  də,  həqiqətdə  hə-

yətdə görünən adamın Milana olduğu isbatlanmışdı. Fizi-

ka  müəlliminin  bu  əsnada  yalan  danışmasını  güman  et-

mək  axmaqlıq  olardı.  Axırıncı  sual həmləsindən  sonra  o, 

çox qorxmuş olmalıydı və belə bir durumda tələsik, olma-

yan  hadisə  quraşdırması  inandırıcı  deyildi.  Yəni  həmin 

gecə kimi, daha doğrusu kimləri görmüşdüsə, onların da 

adını  çəkmişdi.  Sato  hələlik  bu  versiya  üzərində  düşün-

məli olacaqdı. 

 

 

 




41

 

 



**** 

 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin