Dərsliklərində (5-9 sinif) "Məişət mədəniyyəti"



Yüklə 40,43 Kb.
tarix02.01.2022
ölçüsü40,43 Kb.
#43817
növüDərs
Ələkbərov Qadir
təfəkkür, ELXAN 1 (2)

“Texnologiya” dərsliklərində (5-9 sinif) “Məişət mədəniyyəti”nə aid olan mövzuların araşdırılması.

Ələkbərov Qadir Nizaməddin oğlu

Elimi rəhbər: dos. A.Ö. İsmayılov


  • Açar sözlər: Texnologiya , təmir , məişət , bilik, bacarıq, təlim ,mədəniyyət



  • Keywords: Technology, repair, household, knowledge skills, training, culture




  • Ключевые слова: технология, ремонт, домохозяйство, знания, навыки, обучение, культура

Müasir dövrdə şagirdləri texnoloji mədəniyyətlə tərbiyə edilməsi ,və məişət mədəniyyətinin aşılanması böyük əhəmiyyət kəsb edir. Əldə edilən bütün bilik və informasiyaların şagirdlərin maraq və mənafelərinə xidmət etməyə yönəldilməsinin zəruri tələb kimi irəli sürüldüyü bir dövürdə şagirdlərin texnoloji bilik və bacarıqlara yiyələnmələri və öz fəaliyyətlərində onlardan məqsədyönlü şəkildə istifadə edə bilmə bacarıqlarının inkşafı mühüm rol oynayır.

Məhz texnologiya fənninin aşağıda qeyd olunan məzmun xətlərində müəyyənləşdirilmişdir ki, buda şagirdlərin müasir dövrdə tələb olunan zəruri bacarıqların aşılanmasına xidmət göstərsin.

Texnologiya - yunan sözü olub, "techne" (bacarıq) və "logos" (öyrənmə) sözlərindən yaranmışdır. Məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusudur.

Bütün fənlərdə olduğu kimi, texnologiya fənninin məzmunu sinifdən-sinfə, konsentrik əsasda sadədən mürəkkəbə, asandan çətinə prinsipi üzrə getdikcə zənginləşsə də, məzmun xətləri dəyişməz qalır. Texnologiyanın məznum xətləri dedikdə aşağdakı bölmələr nəzərdə tutulur.


  • Emal texnologiyaları

  • Texnika elementləri

  • Məişət mədəniyyəti

  • Qrafika

Emal texnologiyaları -“Texnologiya” fənninin əsas məzmun xətlərindən biri olub şagirdlərin peşələrlə tanış edilməsini, onların ilkin bacarıqalara və elementar əmək vərdişlərinə yiyənmələrini təmin edir.

Texnika elementlərinin məzmun xətti üzrə şagirdlərə gündəlik həyatda qarşılaşdıqları texnikanın ümumi xarakteristikasının öyrədilməsi, elmi-texniki tərəqqinin nailiyyətləri, istehsal texnologiyalarının təkmilləşdirilməsi, müasir texniki qurğular və konstruksiyalar haqqında ilkin məlumatların verilməsi, bu sahədə müvafiq bacarıq və vərdişlərin mənimsənilməsi nəzərdə tutulur. Şagirdlərdə texnika aləmi, maşınların növləri və təyinatı, hissələrinin birləşdirilməsi, maket və onlara verilən tələblər (iqtisadi, ekoloji və estetik), texnika üzrə kütləvi peşələr haqqında ilkin bilik və bacarıqlar formalaşdırılır.

Qrafika məzmun xəttində - qrafika üzrə hər bir məmulatı hazırlayarkən, ilk növbədə, onun eskizini, sxemini, texniki təsvirini, çertyojunu, təlimat xəritəsini çəkmək və oxumaq lazım gəlir. Elektron qurğularından istifadə etdikdə onlardakı xırda nasazlıqları axtarıb tapmaq və aradan qaldırmaq üçün onların sxemini oxumaq bacarığı tələb olunur.


Məişt mədəniyyətinnin məzmun xəttində şagirdlər gündəlik həyatda, məişətdə, , sadə təmir işlərində və digər hallarda materialların, enerjinin, informasiyaların dəyişdirilməsi və istifadəsi prosesində iştirak etdiklərindən onlarda müvafiq emal texnologiyalarına aid bacarıq və vərdişlərin aşılanması zəruri hesab olunur. Göstərilən obyektlərin dəyişidirilməsi və istifadəsi müxtəlif metod və vasitələrlə təmir alətləri və təmir vaistələrininin necə isdifadə olunmasina dair əldə olunduğu və bunların əsasınıməişət mədəniyyəti təşkil təşkil etdiyi üçün göstərilən məzmun xətti “Texnologiya” fənninə daxil edilmişdir
Texnologiyanın bir fənn kimi ümumtəhsil məktəblərində tədris olunması, ilk növbədə, yuxarda qeyd edilən məqamların zərurətdən irəli gəlir və şagirdlərə həyati bilik və bacarıqların aşılanması baxımından böyük əhəmiyyət kəsb edir

Həmçinin elm və texnikanın sürətlə inkişafıyla yanaşı texnologiyaların durmadan yeniləşməsi də müxtəlif peşə və ixtisaslara tələblərin artmasını zəruri edir.

Müasir dövrdə elə bir vəziyyət yaranmışdır ki, dar bir ixtisasla kifayətlənmək mümkün deyildir. İnsan öz texnoloji bacarıqları sayəsində universal istehsal sahələrində fəaliyyət göstərə bilməlidir. Ona görə də məktəblərdə gələcəyin geniş profilli mütəxəssisinin formalaşdırılmasının ilkin təməlinin qoyulması aktual problem kimi vacib hesab olunur.

Orta məktəbdə tədris olunan texnologiya fənnində keçirilən mövzularda sadə təmir işləri və ev əşyalarının təmiri, evin tikintisi və dizaynı ilə bağlı fikirlərin təməli qoyulur. Eyni zamanda, tələbələrin əl işlərinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı ilə yanaşı, qənaətli təsərrüfat təhsilinində təməli qoyulur . Məişət mədəniyyətinin tədrisi zamanı bilik və bacarıqlar vasitəsilə şagirdlər həyatda insana lazım olan davranış qaydalarına riayət etmək, ailənin və onun büdcəsinin idarə olunmasında iştirak etmək, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək, sadə təmir-tikinti işlərini yerinə yetirmək və bitkilərə qulluq etmək vərdişləri qazanırlar. Eyni zamanda şagirdlərdə ailə-məişət mədəniyyəti və ənənələri, interyer tərtibatı və dizayn, habelə, ictimai yerlərdə (evdə, nəqliyyatda, məktəbdə, qonaq getdikdə və s.) davranış və ünsiyyət qaydalarına əməl etmək, öz iş və yaşayış yerlərini təşkil etmək bacarıqları formalaşır.

Texnologiya fənninin orta məktəblərdə tədrisi zamanı ən çox diqqət ayrılan mövzulardan biridə məişət mədəniyyətinə mövzusuna aid olan sadə təmir işləridir. Sadə təmir işləri altıncı sinifdən başlasada hələ beşinci sinifdə şagirdlər “Məişət mədəniyəti” bölməsi ilə və aşağıda qeyd olunan mövzularla tanış olur


  1. Məişətdə sadə təmir işləri

  2. Ailədə davranış və ünsiyyət mədəniyyəti

  3. Ailə büdcəsinin formalaşdırılması

Bu mövzuların tədrisi zamanı şagirdlər məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir, ailədə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir və yaşayış yerində sadə təmir işlərini yerinə yetirir.

Beləki şagirdlər hələ beşinci sinifdən etibarən məişətdə sadə təmir işləri ilə əlaqədər ilkin bilik və və bacarıqlara yiyələnirlər. Orta məktəbdəb tədris olunan sadə təmir işlərin müəllim rəhbərliyi müşaidəsi altında keçirdilir ve ilk anlayış altıncı sinifdən aşağıda qeyd edilən mövzusu ilə tədris olunur.



  1. Məktəbdə ünsiyyət və davranış mədəniyyəti.

  2. Ailə büdcəsinin formalaşdırılması Gəlir və xərc.

  3. Məktəbdə və mənzildə sadə təmir işləri. Divara əşyaların bərkidilməsi.

  4. Qapı kilidinin qurulması və quraşdirilması.

  5. Sanitar-texniki avadanlıqların sadə təmiri..

Qeyd olunmuş mövzüları mənimsəyən şagird artiq məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir, məktəbdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir, məktəbdə sadə təmir işlərini yerinə yetirir, ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar nümayiş etdirir, ailə büdcəsinin müəyyənlədirilməsi haqqında fikirlərini şərh edir. Bununla yanaşı şagirdlər divara əşyaların bərkidilməsi, qapı kilidləri və klidkərin quraşdırılması kimi məişətdə qarşılaşdığımız sadə təmir işləri ilə tanış olurlar. Şagirdlər arıq yeddinci sinifdə isə aşağdakı mövzularla tanış olurlar.

  1. Şagird partalarının və məişət masalarının təmiri

  2. Stulların təmiri

  3. Nəfəslik üçün çərçivələrin hazırlanma texnologiyası

Qeyd olunan mövzüların tədrisi zamanı şagirdlər artıq məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir, küçədə və nəqliyyatda mədəni davranış və ünsiyyət qaydalarını şərh edir, yaşayış yerində və məktəbdə sadə təmir işlərini yerinə yetirir. Həmçinin artıq şagirdlərə sinifdəki partaların, stolların, nəfəslik üçün çərçivənin hazırlanmasını bir sözlə müəllimin rəhbəliyinin müşahidəsi altinda ilkin nəzri biliklərdən isdifadə edərək şagidlərə praktik bacarıqlara yiyələnir.

Sadə təmir işləri ilə əvvəlki kurslarda öyrənilən nəzəri və praktiki bilik və bacarıqarı şagirdlər intiqarsiya edərək mənzildə isdifadə olunan Divar kağızların çəkilmə texnologiyası, həmçinin mənzillərdə su tehcizatı sistemi texnologiyası kimi mövzularla aid olunan bilik və bacarıqlarını həm nəzəri həm praktik şekildə nümaiş etdirə biləcəklər. Ümumi sadə təmir işləri mövzusuna nəzər salsaq görəriki , şagirdkər altı və yeddinci sinifdə müəllim rəhbərliyinin müşaidəsi altında sinifdə sadə təmir işleri nəzəri şəkildə öyrənmişdilərsə artıq səkkizinci sinifdə isə şagirdlər aşağdakı mövzularla tanış olurlar:



  1. Mənzildə aparılan təmir işlərinin texnalogiyası. Divarların işlənməsi

  2. Divar kağızlarının çəkilmə texnologiyası. Divar və tavanların rənglənməsi

  3. Tavanın təmir texnologiyası

  4. Su təchizad sistemi elementlərinin təmiri texnologiyası. Axıdıcı çən

  5. Santexnika sistemi elementlərinin təmiri texnologiyası. Sifon

Yuxarda qeyd olunana mövzuların tədrisi zamanı isə şagirdlər məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir, xidmət sahələrində mədəni davranış və ünsiyyət qaydalarını şərh edir, yaşayış yerində və məktəbdə sadə təmir işlərini aparır, dekorativ bəzək işlərini yerinə yetirir. Bununla yanaşı şagirdlər bu kursda və mənzillerdə rahatlıqla muxtəlif sadə təmir işlərin yerinə yetirə bilərlər. Sadə təmir işlərinin tədris olunduğu bu sinifdə isə sadə təmir işlərin mövzusunun əsas məqsədi şagirdləri müstəqil həyata hazırlamaqdır

Doqquzuncu sinifdə isə şagirdlər aşağıda qeyd olunan mövzularla tanış olurlar:



  1. Ağacdan hazırlanmış pəncərələrin təmiri texnologiyası

  2. Plastik kütlə və onun insan həyatında rolu

  3. Plastik kütlədən olan pəncərələrin konsturuktiv elementləri və təmiri texnalogiyası

  4. Yaşayış yerinin interyerinin formalaşdırılması

Yuxarda qeyd olunan mövzuların tədrisi zamanı şagirdlər məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir,mədəniyyət ocaqlarında mədəni davranış və ünsiyyət qaydalarını şərh edir, yaşayış yerində və məktəbdə sadə təmir, dekorativ, bəzək və interyer tərtibatı ilə bağlı təqdimatlar edir, ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar nümayiş etdirir və ailə və onun büdcəsinin formalaşmasında sahibkarlıq fəaliyyətinin rolunu izah edir.

Bu bacarıqlara yiyələnməklə yanaşı şagirdlər ağacdan hazırlanmış pəncərə, plastik kütlədən hazırlanmış pəncərə , yaşayış yerin interyeri və bunların spesifikasiyasına şagirlər tam şakildə yiyələnirlər

Orta məktəblərdə (5-9 sinifdə) tədris olunan mövzuları analız etdikdə bizə məlum olurki tədris olunan bütün mövzular şagirdlərin bacarıq və yaşlarına uyğun olaraq tədris edilmişdir və şagirdlərin potensial bacarlqları nəzərə alınaraq ardıcıl şəkildə tədris olunur . Şagirdlər yuxarda qeyd olunan mövzuları mənimsədikdən sonra artıq məişət mədəniyyəti və məişətdə sadə təmir işlərinə aid gundəlik həyatda qarşılaşdığı problemləri asanlıqla , sərbəst həll etmək qabiliyyətinə malik olurlar.

Nəticə : Məişət mədəniyətinin tədrisi zamanı şagirdlər tədris olunan mövzular üzrə müxtəlif bacarıq və kefiyətlərər əldə etmiş olurlar . Bu bacarıq və kefiyyətlərə ictimai yerlərdə mədəni davranış və ünsiyyət qaydalarını əməl etməklə yanaşı , təlim – tədris və yaşayış yerinin, interyerin tərtibatı ilə bağlı təqdimatlar əldə edir, tərtibat prosesində dizayn bacarıqları nümayiş etdirir və ailə və onun büdcəsinin idarə olunması haqqında fikirlərini asanlıqla şərh edir. Məişət mədəniyyətinə aid olan mövzuların tədrisi həmdə xəstəlik və zədələnmələr zamanı ilkin tibbi yardım göstərmək qaydalarını mənimsətdiyi , sadə təmir-tikinti və dekorativ-bəzək işlərini yerinə yetirməkdə xüsusi rol oynayır.

Результат: В процессе обучения домашней культуре учащиеся приобретают различные навыки и качества. В дополнение к соблюдению правил культурного поведения и общения в общественных местах, он / она получает обучение, обучение и жизнь, дизайн интерьера, демонстрирует дизайнерские навыки в процессе проектирования и комментирует семью и управление своим бюджетом. Домашняя культура, а также правила оказания первой помощи при болезни и травме; , играет особую роль при выполнении простых ремонтно-строительных и декоративно-декоративных работ.

Outcome: During the teaching of household culture, students acquire various skills and qualities. In addition to following the rules of cultural behavior and communication in public places, these skills and qualities include training and teaching, living and interior design, demonstrating design skills in the design process and commenting on the family and its budget management. Domestic culture as well as the rules of first aid in case of illness and injury; , plays a special role in performing simple repair-construction and decorative-decorative works

Ədəbiyyat:

1. Texnologiya dərslikləri (5-9 sinif üzrə) Bakı. 2018

2. https://www.arti.edu.az/nodupload/editor/files/17_%20Texnologiya-kurikulum.pdf

3. https://aztehsil.com/kurikulum/680-mumthsil-mktblri-ntsviri-incsnt-v-texnologiya-fnni-zr-zr-thsil-proqram-kurikulumu-v-siniflr-standartlar.html

4. Ümumi təhsil məktəbləri üçün fənn kurikulumu Bakı. 2008

5. Əlizadə Ə. Müasir Azərbaycan təhsilinin psixoloji problemləri. Bakı. 2011.

6. Əsgərov Ş. Təhsilimiz dünən, bu gün, sabah. Bakı, 2003.

7. Mehrabov A. Azərbaycan təhsilinin müasir problemləri Bakı, 2007.



8. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R. Pedaqoji texnologiyalar. Bakı, 2006.

9. Təhsil sahəsində Azərbaycan Respublikasının İslahat proqramı (1998 – 2004). I kitab, Bakı, 2005, I cild
Yüklə 40,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə