24390
ABUZƏR XƏLƏFOV
AZƏRBAYCANDA
KİTABXANA İŞİNİN
TARİXİ
Dərslik
(üç hissədə)
III HİSSƏ
XX ƏSRİN İKİNCİ YARISINDA VƏ
XXI ƏSRİN ƏVVƏLLƏRİNDƏ
AZƏRBAYCANDA KİTABXANA
İŞİNİN TARİXİ
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
23.11.2009-cu il tarixli 1311 saylı əmri ilə ali
məktəb tələbələri üçün dərslik kimi təsdiq
edilmişdir.
BAKI-2010
Elmi redaktor:
Knyaz Aslan
pedaqoji elmlər namizədi, dosent
Rəyçilər:
E.Əhmədov
pedaqoji elmlər namizədi, dosent
M.Məmmədov
pedaqoji elmlər namizədi, dosent
Xələfov Abuzər Aü oğlu
.Azərbaycanda kitabxana işinin tarixi:
Dərslik. III hissə.- Bakı:
"Bakı Universiteti" nəşriyyati, 2010. -432 s.
"Azərbavcanda kitabxana işinin tarixi” dərsliyinin III hissəsi XX əsrin ikinci
şansında və XXI əsrin əvvəllərində respublikamızda müxtəlif kitabxana şəbəkə-
lənnın inkişafı və formalaşması məsələlərinin araşdırılmasına və ümumiləşdiril
məsi nə həsr edilmişdir.
Müəllif kitabxana işinin tarixini Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi
tədqiq etmiş, ölkəmizin mədəm inkişafında kitabxanalann rolunu və vəzifələrini
elmi şəkildə sistemləşdirmişdir
Dərslikdə XX əsrin 70-80-ci illərində respublikamızda kitabxana işinin inki
şafında Hevdər Əliyev mərhələsinin hərtərəfli tədqiqinə və öyrənilməsinə xüsusi
diqqət yetirilmişdir
Müəllif .Azərbaycanın müstəqilliyi dövründə dövlətin kitabxana işi sahəsində
həyata keçirdiyi tədbirlərə, ilk növbədə ulu öndər Heydər Əliyevin kitabxana işi
siyasətinin şərhinə geniş yer ayırmış, statistik faktlar əsasında geniş ümumiləş-
dırmələr aparmışdır
Dərsliyin son hissəsində XX əsrin əvvəllərində, o cümlədən İlham Əliyevin
hakimiyyəti illərində ölkəmizdə müxtəlif kitabxana şəbəkələrinin inkişafının aydın
mənzərəsi yaradılmışdır.
Dərslikdə "Kitabxana ışı haqqında" Azərbaycan Respublikasının Qanunu da şərh
edilmişdir
Dərslik Kıiabxanaçılıq-ınformasiya fakültəsinin tələbələri eləcə də kitabxana işi
və mədəniyyət tarixi sahəsində araşdırmalar aparan mütəxəssislər, habelə geniş oxu
cu kütləni üçün faydalı bir clmı mənbədir.
X
4405000000
-
005
.V/ - 658(07) - 005
-0 0 5 -2 0 1 0
© uBakt Universiteti" nəşriyyatı, 2010
ELMİ REDAKTORDAN
Demokratik dövlət və hüquqi cəmiyyət quruculuğu istiqa
mətində inamla irəliləyən müstəqil Azərbaycan Respublikasın
da ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə apa
rılan köklü islahatlar təhsil sisteminin hərtərəfli inkişafı üçün
də əsaslı zəmin hazırlamışdır. Son zamanlar Azərbaycanın təh
sil sisteminin daha da təkmilləşdirilməsi, uzun illər ərzində ya
ranıb formalaşmış milli ənənələri qorumaqla təhsil siyasətinin
beynəlxalq standartlar səviyyəsinə qaldırılması yönümündə hə
yata keçirilən mühüm dövlət tədbirləri bunun əyani təzahü
rüdür.
Bu baxımdan böyük iftixar hissi ilə demək olar ki, son il
lərdə Kitabxanaşünaslıq kafedrasının müdiri, Azərbaycan Res
publikasının Əməkdar elm xadimi. Əməkdar mədəniyyət işçisi,
BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyası
nın akademiki, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezi
denti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, tarix elmləri
doktoru, professor Abuzər Alı oğlu Xələfovun yazıb nəşr etdir
diyi dərsliklər və dərs vəsaitləri mühüm əhəmiyyətə malikdir.
Azərbaycanda kitabxanaşünaslıq elminin banisi və ali kitabxa-
naçılıq təhsilinin təşkilatçısı kimi böyük nüfuza malik olan gör
kəmli alimin ilk dəfə hazırladığı ikicildlik “Kitabxanaşünaslığa
giriş” və üçcildlik “Azərbaycanda kitabxana işinin tarixi" adlı
dərslikləri sistemli, məqsədyönlü şəkildə aparılan tarixi əhə
miyyətli işlərdir.
Əlbəttə, elmi ictimaiyyətin diqqətini cəlb edən bu cür fun
damental və epoxal əsərlərin meydana gəlməsinin əsaslı səbəb
ləri və kökləri var. Belə ki, prof. A.Xələfovun ömrünün 50 il
dən çoxu Bakı Dövlət Universitetində ali kitabxanaçılıq təhsili
nin yaranması və təkmilləşməsi, eləcə də Azərbaycanda kitab
xana işi tarixinin tədqiqi və kitabxanaşünaslıq elminin inkişaf
istiqamətlərinin müəyyənləşdirilməsi ilə sıx bağlıdır.
Milli kitabxanaşünaslıq elminin banisi, Azərbaycamla ki
3
tab.xana işinin tarixinin ilk tədqiqatçısı, ali təhsilli kitabxanaşü-
nas-bıblıoqrat' və kitabşünas mütəxəssislər hazırlayan fakültə
nin yaradıcısı kimi prof. A.Xələfovun adı vətənimizin sərhədlə
rindən çox-çox uzaqlarda da məşhurdur.
Ölkəmizdə mədəniyyət və kitabxana işi quruculuğunun ta
rixi problemləri, humanitar elm kimi kitabxanaşünaslığın
ümumnəzəri və metodoloji problemlərinin işlənilməsi, kitabxa
naların sosial funksiyalarının araşdırılması, ali kitabxanaçılıq-
bıblıoqrafıya təhsili məsələləri, habelə kitabxana işi nəzəriyyəsi
%
ə bir sıra digər aktual elmi problemlər prof. A.Xələfovun təd
qiqatlarının özəyini təşkil edir. Bütövlükdə milli mədəniyyətşü-
naslıq və kitabxanaçılıq elmi və təcrübəsi üçün mühüm əhə
miyyət kəsb edən sanballı əsərlər həmin uğurlu elmi tədqiqat
ların parlaq nəticələridir.
Prof. A.Xələfov kitabxanaşünaslıq-biblioqrafıya elmi sahə
sində mütəxəssis elmi-pedaqoji kadrların hazırlığında da əvəz
siz rol oynamışdır. XX əsrin 60-cı illərindən başlayaraq res
publikamızda kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq sahə
sində doktorluq və namizədlik dissertasiyaları müdafiə etmiş
alimlərin, demək olar ki, hamısı prof. A.Xələfov elmi məktəbi
nin yetirmələridir. Azərbaycan kitabxanaşünaslığı sahəsində
xüsusi elmi məktəb yaradan prof. A.Xələfovun rəhbəriyi ilə in
diyə qədər 1 doktorluq və 13 namizədlik dissertasiyası müdafiə
edilmişdir. Tanınmış alim 25 nəfər elmlər namizədi və elmlər
doktorunun hazırlanmasında da elmi məsləhətçi və ya oppo
nent kimi fəallıq göstərmişdir. O, Rusiyada, Gürcüstanda, Öz
bəkistanda mədəniyyət, kitabxana quruculuğu, kitabxanaşünas-
lıq tarixi və nəzəriyyəsi problemləri üzrə müdafiə edilmiş bir
çox namizədlik və doktorluq dissertasiyalarının opponenti, ya
xud müdafiə şuralarının üzvü kimi də iştirak etmişdir.
Prof. A.Xələfovun rəhbərliyi ilə Bakı Dövlət Universiteti
nin Kitabxanaşünaslıq kafedrası ixtisas üzrə mühüm elmi-təd
qiqat mərkəzinə çevrilmiş, burada kitabxanaçılıq işinin tarixinə
və nəzəriyyəsinə dair irihəcmli tədqiqatlar yerinə yetirilmişdir.
4
Prof. A.Xələfov 270-dən artıq elmi məqalənin, 30-dan ar
tıq monoqrafiya, dərslik və dərs vəsaitinin müəlifidir. Onların
arasında üçcildlik "Azərbaycanda kitabxana işinin tarixi" adlı
fundamental dərsliyi xüsusi yer tutur. Müstəqillik illərində ana
dilimizdə ilk dəfə yazılıb nəşr edlilən bu sanballı əsər ən qədim
zamanlardan indiyə qədər ölkəmizin ərazisində meydana gəl
miş kitabxanaların inkişafını xronoloji ardıcıllıqla əks etdirir.
2004-cü ildə Bakı Universiteti Nəşriyyatında nəfis şəkildə
çap edilmiş dərsliyin I hissəsi 20 çap vərəqindən artıqdır və
“Azərbaycanda kitabxana işinin tarixi (Ən qədim dövrlərdən
XX əsrə qədər)” adlanır. Bu hissə milli tariximizin əsas tərkib
hissələrindən olan elm və mədəniyyət ocaqlarımızın - müxtəlif
tipli və müxtəlif növlü kitabxanalarımızın meydana gəlməsi və
inkişafı problemlərinin elmi cəhətdən araşdırılmasına və ümu-
miləşdirilməsinə həsr olunmuşdur.
Dərsliyin 2007-ci ildə nəşr olunmuş 11 hissəsi “XX əsrin
birinci yarısında Azərbaycanda kitabxana işinin tarixi” adlanır
və 35 çap vərəqi həcmindədir. Bu hissənin I fəsli “XX əsrin əv
vəllərində Azərbaycanda kitabxana işinin tarixi (1901-1920-ci
illər)”, II fəsli “XX əsrin 20-ci illərində Azərbaycanda kitabxa
na işi (1920-1929-cu illər)”. 111 fəsli isə “XX əsrin 30-40-cı il
lərində Azərbaycanda kitabxana işi” mövzularını əhatə edir.
Xüsusi vurğulamaq lazımdır ki, dərslikdə 1918-1920-ci
illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin kitabxana
siyasətinə də ayrıca diqqət yetirilmişdir.
Prof. A.Xələfov XX əsrin 20-50-ci illərində Azərbaycanda
kitabxana işinin tarixinin öyrənilməsinə də mühüm yer ayır
mışdır. Bu dövr sovet hakimiyyətinin ziddiyyətlərlə dolu olan
ilk illərinə təsadüf etdiyindən kitabxana quruculuğu problemi
nin öyrənilməsinə xüsusi nəzəri yanaşma tələb olunurdu. Ona
görə də müəllif arxiv sənədlərindən, dövri mətbuat materialla
rından, elmi-nəzəri və metodoloji tədqiqatlardan geniş istifadə
etməklə həmin işi uğurla başa çatdırmışdır.
Alim bəhs olunan dövrdə Azərbaycanda kitabxana işinin
5
ümumi vəziyyəti, respublika ərazisində yaranan yeni kitabxana
tipləri və növləri haqqında zəngin faktları arxiv materialları
əsasında müəyyənləşdirərək elmi şəkildə sistemləşdirmişdir.
Prof A.Xələfovun hazırda mütəxəssislərin və geniş oxucu
auditoriyasının istifadəsinə verdiyi “Azərbaycanda kitabxana
işinin tarixi” dərsliyinin III hissəsi XX əsrin ikinci yarısında və
XXI əsrin əvvəllərində kitabxanalarımızın inkişaf tarixinə ayna
salır. Əsərdə ölkəmizdə fəaliyyət göstərən bütün kitabxana şə
bəkələrinin - kütləvi, elmi, elmi-texniki, xüsusi, eləcə də böyük
elmi kitabxanalarm, ilk növbədə Milli Kitabxananın tarixinin
öyrənilməsinə geniş yer ayrılmışdır. Burada əhaliyə kitabxana
xidmətinin təşkili problemlərinə də diqqət yetirilmiş, təcrübi
əhəmiyyət kəsb edən elmi ümumiləşdirmələr aparılmışdır.
XX əsrin 50-60-cı illərində respublikamızda ictimai-siyasi
və sosial-iqtisadi sahələrlə yanaşı, mədəniyyət sahəsində də
xeyli geriləmələrin baş verdiyini dəlillərlə əsaslandıran müəllif
bir sıra acınacaqlı faktları oxucuların diqqətinə çatdırmış, bu is
tiqamətlərdə ciddi tərəqqinin yalnız Heydər Əliyevin Azər
baycan KP MK-mn birinci katibi vəzifəsinə təyin edildikdən
sonra baş verdiyini tutarlı faktlarla sübuta yetirmişdir.
Xüsusi qeyd etməliyik ki, tarixçilərin haqlı olaraq Azər
baycanın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatın
da dönüş dövrü kimi dəyərləndirdikləri 1969-cu ildən sonrakı
mərhələdə, yəni Heydər Əliyevin respublikamızın rəhbəri vəzi
fəsində çalışdığı müddətdə bütün sahələrdə baş vermiş müsbət
dəyişikliklərin və qazanılmış nailiyyətlərin təhlil edilib öyrənil
məsi və ümumiləşdirilməsi problemi hazırda mühüm aktuallıq
kəsb edir. Bu baxımdan həmin illərdə ölkəmizdə kitabxana qu
ruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, əhaliyə kitab
xana xidmətinin təşkilində meydana çıxmış yeni iş üsullarının
konkret faktlar əsasında obyektiv şəkildə araşdırılması da öz
elmi həllini gözləyirdi. Bu məsdliyyətli və şərəfli vəzifənin öh
dəsindən ona tam mənəvi haqqı çatan prof. A.Xələfov böyük
əzmkarlıqla gəlmiş, XX əsrin 70-80-ci illərini Heydər Əliyev
6
mərhələsi, dönüş dövrü kimi dəyərləndirmişdir.
Dərslikdə müstəqillik illərində Azərbaycanda kitabxana işi
mövzusu da geniş işıqlandırılmışdır. Burada alim 1993-2003-
cü illərdə kitabxana işi sahəsində respublikamızda aparılan
dövlət siyasətini, bu siyasətin həyata keçirilməsində Heydər
Əliyevin böyük qayğısını geniş şəkildə əks etdirmişdir.
Professor A.Xələfov yazır ki, Heydər Əliyevin xalqın tə
kidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışına qədər digər
sahələrdə olduğu kimi, kitabxana işi sahəsində də dözülməz
özbaşınalıqlar törədilmişdi. Alimin fikrincə, əgər bu proses
davam etsəydi, onda respublikamızın kitabxana ictimaiyyəti
böyük faciə qarşısında qala bilərdi. Müəllifin qeyd etdiyiı kimi,
yalnız Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra
ölkəmizdəəsl vətəndaş cəmiyyəti quruculuğuna başlanıldı. Ulu
öndərin bilavasitə rəhbərliyi və qayğısı sayəsində dövlət səviy
yəsində kitabxanalarm qorunub saxlanılması uğrunda mübari
zəyə başlanıldı, kitabxanalar ləğv edilməkdən xilas oldu. Ona
görə də 1993-1999-cu illər Azərbaycanda kitabxana işinin
tarixinə kitabxanalarm qorunub saxlanılması uğrunda mübarizə
illəri kimi daxil olmuşdur.
Heydər Əliyevin 1993-2003-cü illərdə mənəvi sərvətimiz
sayılan kitabxanalara qayğısını, respublika kitabxana şəbəkələ
rinin qorunub saxlanması sahəsində həyata keçirdiyi tədbirləri
qiymətləndirmək üçün prof. A.Xələfov konkret faktlara isnad
etmişdir. Alim yazır ki, respublikamızda ən böyük kitabxana
şəbəkəsinə malik Mədəniyyət və Turizm Nazirliyi sistemində
hazırda 1 milli kitabxana, 3 respublika əhəmiyyətli sahəvi ki
tabxana, 74 şəhər və mərkəzi rayon kitabxanası, 3744 kənd
kitabxanası fəaliyyət göstərir. Orta hesabla əhalinin hər 700 nə
fərinə bir stasionar kitabxana düşür. Bütün kitabxanalarm fon
dunda təxminən 36 milyon nüsxə kitab (sənəd) toplanmışdır.
Müəllif XXI əsrin əvvəllərində müstəqil Azərbaycanın
siyasi, iqtisadi, elmi və mədəni inkişafı fonunda ölkə prezidenti
İlham Əliyevin mədəni quruculuq sahəsindəki fəaliyyətinə, o
7
cümlədən kitabxana işinin inkişafına göstərdiyi qayğıya da
xüsusi diqqət yetirmiş, müəyyən ümumiləşdirmələr aparmışdır.
Ümumiyyətlə, dərslik yazılarkən müasir cəmiyyətin tələb
ləri nəzərə alınmış, sınaqdan çıxmış elmi tədqiqat üsullarına
ciddi əməl edilmiş, xalqımızın tarixi öyrənilərkən müstəqillik
dövrünün metodologiyası, milli dövlətçilik və Azərbaycançılıq
ideologiyası əsas götürülmüşdür.
İlk dəfə nəşr edilən “Azərbaycanda kitabxana işinin tarixi”
dərsliyi Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələrinə
ölkəmizdə kitabxana işinin tarixinin öyrədilməsi baxımından
böyük əhəmiyyət kəsb edir. Bütövlükdə geniş bir tarixi dövrü
özündə əks etdirən bu dərslik uzunmüddətli gərgin axtarışların
bəhrəsi kimi qiymətləndirilə bilər. Bir alim ömrünün arxivlərdə,
kitabxanalarda keçmiş məqamlarınm ilmə-ilmə sapa düzülmüş
bənzərsiz xalısını xatırladan bu üçcildlik kitab əsrlərdən-əsrlərə,
nəsillərdən-nəsillərə miras qalmış kitab və kitabxana yaddaşı
mızın yazıya kötürülmüş salnaməsi kimi çox dəyərlidir.
Əminik ki, kitabxanaşünas-informator ixtisasına yiyələnən
ali məktəb tələbələri üçün nəzərdə tutulmuş hazırkı dərslik eyni
zamanda bu sahədə dərs deyən müəllimlər, eləcə də dissertant
lar, magistrantlar, kitabxanaçılıq sahəsində təhsil alan texnikum
tələbələri, digər elmlərin tarixi ilə məşğul olan mütəxəssislər,
habelə milli mədəniyyətimizlə maraqlanan geniş oxucu kütləsi
üçün də çox gərəkli və faydalı mənbə rolunu oynayacaqdır.1
Knyaz ASLAN
pedaqoji elmlər namizədi, dosent
1 Dərslikdə prof. A.Xələfov haqqında materiallar elmi
redaktor tərəfindən əlavə edilmişdir.
8
I FƏSİL
XX ƏSRİN 50-60-C1 İLLƏRİNDƏ
AZƏRBAYCANDA KİTABXANA İŞİ
(1950-1969-cu illər)
1.1. Əhaliyə kitabxana xidməti sisteminin inkişafı.
Kitabxana işinin daha da inkişafına dair tədbirlər.
Kitabxana işinə rəhbərliyin təkmilləşdirilməsi
II Dünya müharibəsindən sonrakı beşillik planın vaxtın
dan əvvəl yerinə yetirilməsi, müharibənin vurduğu yaraların
aradan qaldırılması yeni və daha geniş planların qəbul edilməsi
üçün əlverişli şərait yaratdı.
1952-ci ilin oktyabrında Sov. İKP-nin XIX qurultayı
SSRİ xalq təsərrüfatının inkişafına (1951-1955-ci illər) dair
beşillik plan haqqında direktivlər təsdiq etdi. Bu direktivlərdə
xalq təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi, ölkə
iqtisadiyyatının daha da yüksəldilməsi nəzərdə tutulmuşdu.
Direktivlərdə xalqın mədəniyyətinin hərtərəfl yüksəldilməsinə
xüsusi diqqət yetirilir, mədəni quruculuğun geniş inkişaf pers
pektivləri müəyyənləşdirilirdi. Qurultay ölkədə mədəni qurucu
luğun nəzərdə tutulan inkişafına uyğun olaraq səhiyyə və
maarif işinə, elm və mədəni-maarif ocaqlarına ayrılan kapital
qoyuluşunun həcminin əvvəlki beşilliyə nisbətən 50 taiz artı
rılmasını lazım bilmişdi.
Qurultay mədəni quruculuğun mühüm sahələrindən biri
olan kitabxana işinin daha da inkişaf etdirilməsinə xüsusi diq
qət yetirmişdi. Qurultayın qətnaməsində göstərilirdi: «1955-ci
ildə kütləvi kitabxanaların sayı 1950-ci ilə nisbətən azı 30%.
klubların sayı isə 15% artırılsın, onların əhaliyə xidmət etmək
işi yaxşılaşdırılsm»1. Bu planın müvəffəqiyyətlə yerinə yetiril
məsi əhaliyə kitabxana xidmətinin kökündən yaxşılaşdırılması
nı, bütün zəhmətkeşlərin kitabxana xidməti ilə əhatə edilməsini
nəzərdə tuturdu. Bu mühüm vəzifələrin respublikamızda həyata
9
keçirilməsində Azərbaycan KP XIX qurultayının qərarları mü
hüm rol oynadı. Mədəni-maarif müəssisələrinin fəaliyyətində
olan geriliyi və nöqsanları tezliklə aradan qaldırmaq üçün dər
hal təsirli tədbirlər görüldü.
.Azərbaycan KP XIX qurultayının qərarları respublika
partiya təşık lat larinin diqqətini bilavasitə kitabxana işinə cəlb
etdi ku bu da yerlərdə kitabxana işinin xeyli yaxşılaşmasına
səbəb oldu.
Müharibədən sonrakı ikinci beşillik dövründə respublika
da kütləvi kitabxana şəbəkəsinin böyük inkişafı nəzərdə tutul
muşdu. Kənd yerlərində yeni müstəqil kənd kitabxanalarının
yaradılması, onların şəbəkəsinin qaydaya salınması, kitabla təc
hiz edilməsi, kitabxanaçı kadrların yetişdirilib tərbiyə edilməsi
ön plana çəkilmişdi.
Artıq 1952-ci ildə respublikamızda 1645 dövlət müstəqil
və klub kitabxanası, 140 həmkarlar ittifaqı kitabxanası, 777
kolxoz kitabxanası fəaliyyət göstərirdi2. Ağdamda, Tovuzda,
Ağdərədə mədəniyyət sarayları, İsmayıllıda. Şamaxıda, Bala-
kəndə. Qubadlıda, Şahbuzda, Zaqatalada, Ağcabədidə, Xudatda,
Ağcakənddə, Ağsuda, Kəlbəcərdə kitabxana binaları tikilib isti
fadəyə verilmişdi. Əli Bayramlıda (indiki Şirvanda), Mərəzədə
və Astraxanbazarda (indiki Cəlilabad) kitabxana binalarının,
Xanlarda (indiki Göygöl), Qaxda, Lerikdə və Masallıda mədə
niyyət saraylarının tikintisi başa çatmaq üzrə idi. Bakıda böyük
mədəniyyət ocağı olan respublika kitabxanası binasının tikinti
sinə başlanılmışdı.
Kolxozçu kəndlilərin vətənpərvərlik hərəkatı nəticəsində
respublikanın kəndlərində Mədəni-Maarif Müəssisələri Komi
təsinin layihəsi əsasında 300 yaraşıqlı mədəniyyət evi və klub
btnası tikilib istifadəyə verilmişdi3. Bütün bu nailiyyətlər kitab
xana işinin gələcək inkişafı üçün əlverişli şərait yaradırdı.
1953-cü ilin mayında,SSRİ Ali Soveti Rəyasət Heyətinin Fər
manı ib ittifaq respublika mədəniyyət nazirlikləri yaradıldı. Bu
fərmana uyğun olaraq həmin ildə Azərbaycan SSR-də də Mə
10
dəniyyət Nazirliyi fəaliyyətə başladı. Kitabxana işinə rəhbərlik
Mədəniyyət Nazirliyinin yanında təşkil edilmiş M ədəni-M aarif
Müəssisələri İdarəsinə tapşırıldı. Respublikada Mədəniyyət Na
zirliyinin yaranması kitabxana işinə rəhbərliyin mərkəzləşdiril-
məsinə, kitabxana şəbəkələrinin qaydaya salınmasına və onla
rın düzgün yerləşdirilməsinə səbəb oldu. Mədəniyyət Nazirliyi
dövlət kitabxana şəbəkəsi ilə yanaşı olaraq ayrı-ayrı idarə və
müəssisələrin kitabxana şəbəkələrinə dövlət rəhbərliyini həyata
keçirməyə başladı ki, bu da respublikada kitabxana işinin əla
qələndirilməsi üçün şərait yaratdı. Mədəniyyət Nazirliyinin ya
ranması ilə əlaqədar olaraq Naxçıvan MSSR-də Mədəniyyət
Nazirliyi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində mədə
niyyət şöbəsi, həmçinin bütün böyük şəhər və rayonlarda şəhər
və rayon sovetləri yanında mədəniyyət şöbələri təşkil edildi.
Müstəqil mədəniyyət şöbələrinin təşkili kitabxana işinə diqqəti
daha da artırdı.
Belə ki, Azərbaycan SSR Mədəniyyət Nazirliyi yerlərdə
kitabxana işinin vəziyyətini hərtərəfli öyrəndikdən sonra 1953-
cü il iyulun 31-də kollegiya iclasında «Respublikada kitabxana
işinin vəziyyəti» haqqında məsələ müzakirə etdi. Müzakirə
nəticəsində kitabxana işinə rəhbərlik, kitabxanaların yerləşdiril
məsi, oxuculara xidmət və kitabxanaçı kadrların seçilməsi sa
həsində mövcud nöqsanlar aşkara çıxarıldı. Kollegiya bu nöq
sanların aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirdi.
Mədəniyyət Nazirliyi 1953-cü ilin oktyabrında Bakıda respub
lika kitabxana işçilərinin seminar-müşavirəsini keçirdi. Müşa
virədə respublika kitabxanalarının qarşısında duran vəzifələr,
kitabxana işinin inkişaf perspektivləri hərtərəfli şərh edildi4.
Belə bir faktı qeyd etmək kifayətdir ki, 1952-1953-cü illərdə
bir il müddətində Mədəniyyət Nazirliyinin kitabxanalarına 500
min nüsxədən artıq kitab daxil olmuşdu, kitab verilişi 8 milyon
nüsxəyə çatmışdı. Kitab fondunun orta hesabla dövriyyəsi 3
dəfə artmışdı5. Mədəni-maarif işinə ayrılan vəsait müntəzəm
olaraq artırdı. 1946-cı ildə bu məqsəd üçün 25 milyon manat.
11
1953-cü ildə isə 35 milyon manat ayrılmışdı. Kitab fondunun
konplektbşdırilməsinə ayrılan vəsait daha böyük məbləğ təşkil
edirdi. 1953-cü ildə kitab fondunu komplektləşdirmək üçün 6
milyon manat, 1954-cü ildə isə 7 milyon manat vəsait ayrılmış
dı". Respublikamızda mədəni-maarif işlərinə 1955-ci ildə 38,8
milyon manat ayrılmışdısa, bu rəqəm 1958-ci ildə 48,7 milyon
manata çatmışdı . Görülən bu tədbirlər nəticəsində müharibə
dən sonrakı ikinci beşillik dövründə kütləvi kitabxana şəbəkə
sinin inkişafı böyük viisət almışdı.
Altıncı beşillikdə respublikada kütləvi kitabxana şəbəkəsi
əhəmiyyətli dərəcədə genişlənmişdi.
1950-ci ildə Azərbaycanda 4203,1 nüsxə kitab fonduna
malik olan 2290 kütləvi kitabxana var idisə, 1955-ci ildə 96
min 142 nüsxə kitab fonduna malik olan 2394 kütləvi kitabxa
na fəaliyyət göstərirdi. Göründüyü kimi, beş il müddətində 104
yeni kitabxana açılmış, onların kitab fondu isə 58 min 111
nüsxə artmışdı4.
Müharibədən sonrakı ikinci beşillik dövründə açılmış
müstəqil kitabxanaların sayı 360-a çatmışdı. Bunun 315-i kənd
yerlərində açılmışdı. Klub kitabxanalarının sayı isə 159 ədəd
azalmışdı. Bu da klub kitabxanalarının müstəqil kitabxanalara
çevrilməsi ilə əlaqədar idi. Bu dövrdə kolxoz kitabxana şəbəkə
si də xeyli azalmışdı. Əgər 1950-ci ildə 706 kolxoz kitabxanası
var idisə, onların sayı 1955-ci ildə 536-ya enmişdi. Kolxoz
kitabxanalarının sayının azalması o dövrdə respublikamızda ki
tabxana şəbəkəsinin qaydaya salınması ilə əlaqədar idi. Çünki
Dostları ilə paylaş: |