Dərslik komplekti Müəlliflər: Yaşar Seyidli



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
tarix23.12.2016
ölçüsü0,64 Mb.

 

 



 

 

 



Respublikanın ümumtəhsil məktəblərinin 

6-cı sinifləri üçün “Biologiya” dərslik komplekti 

 

 

Müəlliflər: Yaşar Seyidli  

Xumar Əhmədbəyli 

Nailə Əliyeva  

 

 

Bakı: “Bakı Nəşr” 2015. 

 

 



 

Dərslik komplekti ilə  bağlı TQDK-ya daxil olmuş və açıq 

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında 

hazırlanmış 

 

 

YEKUN RƏY 

 

 

 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından 

2. Dil və yazı üslubu baxımından 

3. Dizayn və bədii tərtibat baxımından 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

5.  “Müəllim  üçün  metodik  vəsait”in  (MMV-nin)  məzmununun  işlənməsi  

baxımından 

 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik komplekti dərslikdən və müəllim üçün metodik vəsaitdən ibarətdir.  



Dərslik 4 tədris vahidi üzrə (“Biologiya canlı orqanizmlər haqqında elmdir”, 

“Canlı orqanizmlərin quruluşu”, “Orqanizmlərin həyat fəaliyyəti”, “Orqanizm 

və  mühit”)  8  fəsil  (“Biologiyanın  tədqiqat  obyektləri”,  “Orqanizmlərin 

hüceyrəvi  quruluşu.  Toxumalar,  orqanlar  və  orqanlar  sistemi”,  “Bitkilərin 

vegetativ  orqanları”,  “Bitkilərin  generativ  orqanları”,  “Canlılarda  hərəkət, 

dayaq, qidalanma və tənəffüs ”, “Orqanizmlərdə maddələrin daşınması, ifrazat, 

çoxalma  və  inkişaf”,  “Orqanizm  və  təbii  birliklərə  mühitin  təsiri”,  “Bitki  və 

heyvanların  insan  həyatında  rolu”),  54  mövzu,  160  səhifədən  ibarətdir.  Təlim 

materiallarının daha yaxşı mənimsənilməsi üçün hər fəslin sonunda “Ümumiləşdirici 



tapşırıqlar” verilmişdir.  

Təlim materialları “Canlıların quruluşu və müxtəlifliyi”“Bioloji proseslər”, 



“İnsan və onun sağlamlığı”, “Canlılar və ətraf mühit” məzmun xətləri üzrə 6 əsas 

və 14 alt standartın reallaşdırılmasına yönəlmişdir.  

Dərslikdə  şagirdlərdə  mövzu  haqqında  ilkin  təsəvvürlərin  formalaşdırılması, 

öyrənilən  bilik  və  bacarıqların  tətbiqi  və  qiymətləndirilməsi  üçün  “Maraqoyatma”



“Fəaliyyət”“İzahlar”“Bilirsinizmi”“Bu maraqlıdır” “Öyrəndiklərinizi tətbiq 

edin”,  “Nə  öyrəndiniz”,  “Öyrəndiklərinizi  yoxlayın”,  “Açar  sözlər”  və  s.  kimi 

bölmələrin  verilməsi  təqdirəlayiqdir.  Verilmiş  materiallar  fənn  üzrə  bilik  və 

bacarıqların  formalaşdırılmasına,  şagirdlərdə  canlı  orqanizmlər  haqqında  əsaslı 

məlumat əldə etməyə əsasən imkan verir. 

Qeyd  etmək  lazımdır  ki,  Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyası  tərəfindən 

dərslik komplektinin 2013-cü il nəşrinə dair hazırlanmış yekun rəydə göstərilən  irad 

və təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə alınmışdır. Lakin bəzi iradlar olduğu kimi 


 

qalıb,  əlavə  və  dəyişikliklər  zamanı  isə  yeni  səhvlərə  yol  verilmişdir.  Bunlar 



aşağıdakılardır: 

Dərslikdəki  materiallar  məzmun  standartlarının  bəzilərinin  tam  şəkildə 

reallaşdırılmasına imkan vermir.  

4.1.1. Canlıların ətraf mühitlə və bir-biri ilə əlaqəsini izah edir. 

Bu  alt  standartın  “Vətənimizin  təbiəti”  mövzusunda  reallaşdırılması  nəzərdə 

tutulmuşdur.  Mövzu ətraflı izah  edilmədiyindən, buna nail olunmamışdır.  Mövzuda 

yalnız  respublikanın  flora  və  faunası,  bitki  örtüyü,  heyvanlar  aləmi  və  nəsli 

kəsilməkdə olan bitki və heyvanlar haqqında qısa məlumat verilmiş, lakin canlıların 

bir-biri ilə və ətraf mühitlə əlaqəsi izah edilməmişdir.  

Bu alt standart “Canlıların  təsnifatı”,  “Bakteriyaların  yayılması  və  təbiətdə 

rolu”,  “Xəstəliktörədən  bakteriyalar.  Viruslar”,  “Bitki  orqanlarının  yeraltı  və 

yerüstü şəkildəyişmələri” və s. mövzularında isə müəyyən qədər reallaşdırılmışdır. 

2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir. 

Bu  alt  standartın  “Bakteriyaların  yayılması  və  təbiətdə  rolu.  Xəstəliktörədən 



bakteriyalar.  Viruslar”  mövzusunda  reallaşdırılması  nəzərdə  tutulmuşdur.  Bu 

mövzuların  tədrisi  çərçivəsində  “Maddələr  mübadiləsinin  pozulması”  anlayışı  ilə 

bağlı nəinki heç bir fikrə, eyni zamanda sual, tapşırıq və fəaliyyətə də rast gəlinmir. 

Deməli,  şagird  maddələr  mübadiləsinin  (insanlarda,  heyvanlarda,  bitkilərdə) 

pozulması  dedikdə,  nələrin  nəzərdə  tutulduğunu,  bu  pozulmanın  hansı  hallarda  baş 

verdiyi və onun təzahürləri barədə sistemli bilgi ala bilmədiyinə görə, alt standartda 

təsbit  edilmiş  bilik  və  bacarığa  da  yiyələnə  bilməyəcək.  Şagirdin  bu  mövzuda 

qazanacağı  bilik  və  bacarıqlar  əslində  onun  biologiya  fənni  çərçivəsində 

mənimsəyəcəyi  və  ömrü  boyu  istifadə  edəcəyi  ən  vacib  bilik  və  bacarıqlardandır. 

Çünki düzgün maddələr mübadiləsi sağlam həyat, onun pozulması isə həyata təhdid 

deməkdir.    

2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və hesablamalar aparır. 

Bu  alt  standartın  “Prokariot  orqanizmlər”,  “Gövdənin  daxili  quruluşu”



“Bitkilərin yeraltı qidalanması”, “Bitkilərin havadan qidalanması. Fotosintez”, 

“Bakteriya  və  göbələklərin  qidalanması”  və  “Bitkilərdə  tənəffüs”  mövzularının 

tədrisi  yolu  ilə  formalaşdırılması  nəzərdə  tutulmuşdur.  Həmin  mövzularla  bağlı 

dərslərdə  alt  standartın  birinci  hissəsinə  aid  bilik  və  bacarıqların  formalaşdırılması 

üçün  kifayət  qədər  material  olsa  da,  ikinci  hissəsinə  –  bioloji  proseslərə  dair 



 

hesablamalara  aid  yalnız  bir  bəsit  tapşırıq  var  (səh.  33).  Deməli,  alt  standartın  tam 



şəkildə reallaşdırılması mümkün olmayacaq.   

Ümumiyyətlə,  dərslikdəki  materiallar  fənn  üzrə  bilik  və  bacarıqların 

formalaşdırılmasına,  şagirdlərin  canlı  orqanizmlər  haqqında  əsaslı  məlumatlar  əldə 

etməsinə əsasən imkan versə də,  dərslikdə məzmunla bağlı  elmi, pedaqoji səhvlərə, 

ifadə xətalarına yol verilmişdir. 

Səhifə  11.  2-ci  abzasda  “Respublika  ərazisində  Asiya  bəbiri,  qonur  ayı, 

zolaqlı  kaftar,  canavar,  susamuru,  vaşaq,  cüyür,  çöldonuzu,  çaqqal,  porsuq, 

meşə  pişiyi,  tülkü  və  digər  məməli  heyvanlara  rast  gəlinir”  cümləsində 

“susamuru” sözü “çay samuru” kimi yazılmalıdır. 

Səhifə 19. Sonuncu abzasda “Bunlardan birinci söz – orqanizmin hansı cinsə, 

ikinci söz isə hansı növə mənsub olduğunu bildirir” cümləsinin Bunlardan birinci 

söz – orqanizmin hansı cinsə, ikinci söz isə birinci sözlə birlikdə hansı növə mənsub 

olduğunu bildirir”  kimi yazılması məqsədəuyğundur.  

Səhifə 35. 1-ci abzasda

 

“Bakteriyaların fəaliyyəti günəş şüalarının, duzun və 



şəkərin  təsirindən  zəifləyir”  cümləsinin  “Əksər  bakteriyaların  fəaliyyəti  günəş 

şüalarının,  duzun  və  şəkərin  təsirindən  zəifləyir”  kimi  yazılması  məqsədəuyğundur.  

Çünki sianobakteriyaların fəaliyyəti günəş şüalarının təsirindən güclənir. 



Səhifə  42.  “Mexaniki  toxuma”  yarımbaşlığında  “Gövdədə,  yarpaq 

saplağında,  yarpaq  damarında  yerləşir”  cümləsinin  “Örtülütoxumlu  bitkilərin  

bütün 

(vegetativ 

və 

generativ) 

orqanlarında  yerləşir”  kimi  yazılması 

məqsədəuyğundur. 



Səhifə  43.  Sonuncu  abzasda  “Sitoplazmasında  çoxlu  miqdarda  yaşıl 

xloroplastlar  olur”  cümləsinin  “Hüceyrələrinin  sitoplazmasında  çoxlu  miqdarda 

yaşıl  xloroplastlar  olur”,  “Əsasən  fotosintez  prosesini  həyata  keçirir  və  üzvi 

maddələr əmələ gətirir” cümləsinin isə “Əsasən, fotosintez prosesini həyata keçirir” 

kimi yazılması məqsədəuyğundur. 



Səhifə  59.  “Yarpaq  növləri”  yarımbaşlığında  mürəkkəb  yarpaqların  bölgüsü 

verilsə də, buna aid heç bir bitki nümunəsi göstərilməmişdir. 



Səhifə  69.  “Motivasiya”da  həşərattutan  bitkilər  haqqında  verilmiş  məlumata 

Bu  bitkilər,  əsasən,  avtotrof  qidalanma  üsulundan  istifadə    edirlər.  Azota  olan 



tələbatı  ödəmək  üçün  şəklini  dəyişmiş  xüsusi  orqanları  həşərat  tutmağa 

 

uyğunlaşmışdır.  Ümumilikdə,  bu  bitkilər  miksotrof  bitkilərə  aiddir”  fikrinin  əlavə 

edilməsi tövsiyə edilir. 

Səhifə  75. 1-ci abzasda “Bircinsli  çiçəklər  bitki  üzərində  yerləşməsinə  görə 

birevli  və  ya  ikievli    bitkilərə  bölünür”  cümləsinin  “Bircinsli  çiçəklərin  bitki 

üzərində  yerləşməsinə  görə  birevli  və  ikievli    bitkilər  ayırd  olunur”  kimi  yazılması 

məqsədəuyğundur.  Sonra  isə  “İkicinsli  çiçəyi  olan  bitkilər  birevlidir”  cümləsinin 

əlavə edilməsi tövsiyə edilir. 

Səhifə  76. Mövzunun izahında 1-ci abzasda “Çiçəklərin gövdə üzərində qrup 

halında toplanması çiçək qrupları adlandırılır” cümləsinin “Gövdə üzərində qrup 

halında yerləşən çiçəklər çiçək qrupları adlanır” kimi yazılması məqsədəuyğundur. 

Burada tək-tək yerləşən çiçəklər haqqında da məlumat verilməsi tövsiyə edilir. 



Səhifə  79.  Sonuncu  abzasda  “Rüşeym  gövdəciyinin  üzərində  rüşeymin 

hissələri  olur”  cümləsi    “Rüşeym  gövdəciyinin  üzərində  rüşeymin  digər  hissələri 

olur” kimi yazılmalıdır. Çünki gövdəcik özü rüşeymin bir hissəsidir.   

Səhifə  88.  Mövzunun  adının  “Canlı  orqanizmlərdə  hərəkət,  dayaq, 

qidalanma  və  tənəffüs”  deyil,  “Heyvanlarda  hərəkət  və  dayaq  sistemi”  kimi 

yazılması tövsiyə edilir. Çünki mövzuda yalnız heyvanların hərəkət və dayaq sistemi 

haqqında məlumat verilmişdir. 

Səhifə  95.  “Gübrələr”  yarımbaşlığında  verilmiş  cədvəldə  “Fosfor” 

gübrələrinin  xüsusiyyətlərinə  “Soyuğadavamlığı  artırır”  cümləsinin  əlavə  edilməsi 

tövsiyə edilir. 

Səhifə 144. “Qorunan ərazilər” yarımbaşlığında “Azərbaycanda 9 milli park, 

11  qoruq  və  24  yasaqlıq  var”  cümləsində  “11  qoruq”  əvəzinə  “13  qoruq” 

yazılmalıdır. Bu düzəlişin səhifə 146-da da edilməsi tövsiyə edilir. 



Səhifə  154.  “Motivasiya”da  “Güman  edilir  ki,  ilk  əhliləşdirilmiş 

heyvanlardan  biri  it  olmuşdur”  cümləsinin  “Sübut  olunmuşdur  ki,  ilk 

əhliləşdirilmiş  heyvanlardan  biri  it  olmuşdur”  kimi  yazılması  məqsədəuyğundur. 

Çünki arxeoloji tədqiqatlar bu fikri  sübut etmişdir. 



Səhifə 157. 2-ci abzasda “Malyariya, tripanosom və dizenteriya amöbü kimi 

birhüceyrəli  heyvanlar  da  daxili  parazitlərdir”  cümləsində  “Malyariya”  sözü 

Malyariya paraziti  kimi yazılmalıdır. Çünki malyariya xəstəlik adıdır. Burada isə 

malyariya paraziti haqqında məlumat verilir. 


 

Səhifə 158. “Düzgün qidalanma” mövzusunda motivasiya üçün şagirdlərə belə 

bir mətn təqdim olunur: “Məşhur səyahətçi Alonso de Oheda Cənubi Amerikaya 

etdiyi  ekspedisiyaların  birində  bir  neçə  dənizçini  xəstə  olduqlarına  görə  bir 

adada  qoyub  getmək  məcburiyyətində  qalır.  Bir  neçə  aydan  sonra  adaya 

qayıdan  səyahətçi  dənizçilərin  sağ  və  salamat  olduqlarını  görüb  heyrətə  gəlir. 

Həmin  adanı  Kurasao  adlandırırlar  (portuqal  dilində  “kure”  –  şəfaverən)”

Sonra isə şagirdlərə aşağıdakı sual verilir: “Dənizçilərin sağalmasının səbəbi nə ola 



bilərdi?” 

Göründüyü  kimi,  şagirdlərin  verə  biləcəyi  istənilən  cavab  bu  mövzu  ilə  bağlı 

olmayacaq  və  orada  aşılanmaq  istənilən  fikirləri  dəstəkləməyəcək.  Çünki  xəstə 

dənizçilərin kimsəsiz adada özlərinə lazımi qidaları tapıb düzgün qidalanmalarından 

söhbət  belə  gedə  bilməz.  Onlar  əllərinə  keçəni,  hətta  tanımadıqları  şeyləri  yeməyə 

məhkumdurlar. Əslində isə söhbət C vitamininin çatışmazlığı ilə bağlı olan  skorbut 

xəstəliyindən gedir. Dənizçilər adada bitən və C vitamini ilə zəngin olan meyvələrlə 

qidalanma nəticəsində salamat qalırlar.  



Yenə  həmin  səhifədə    cədvəldə  A  vitamini  çatışmadıqda  yaranan  fəsadlara 

toyuq korluğu”nun əlavə edilməsi tövsiyə edilir. 

Dərsliyin  rus  dilində  olan  variantında  da  müəyyən  qüsurlar  var.  Bunlar 

aşağıdakılardır: 



Səhifə  10.

  Sonuncu  abzasda  “Наша  республика  располагается  в 



нескольких  климатических  поясах” cümləsi dərsliyin  Azərbaycan dilində olan 

variantına uyğun verilməlidir. 



         Səhifə  14.  Teofrastın  şəklinin  altında  verilmiş  “Теофраст  IV  в.  до  н.э” 

ifadəsinin sonunda nöqtə qoyulmalıdır.  



Səhifə 17. 1-ci abzasda “Потомство в процессе своего индивидуального 

развития  (от  оплодотворения  до  смерти)  претерпевает  различные 

изменения,  растет”  cümləsindən  “растет”  sözü  artıq  olduğu  üçün  çıxarılması 

məqsədəuyğundur. 



Səhifə  22.  “Motivasiya”dan  sonra  verilmiş  “В  чем,  по-вашему,  был 

неправ  философ?”  cümləsinin  “Как  по-вашему,  в  чем  была    ошибка  другого 

философа?” kimi yazılması məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  mövzunun  izahında  1-ci  abzasda  “Это  способствует 

развитию  у  него  сознания  и  формированию  руки  как  орудие  труда” 

 

cümləsinin  “Это  способствовало,  развитию  у  него  сознания  и  формированию 



руки как орудия труда” kimi yazılması məqsədəuyğundur.

 

Səhifə  30.  Səhifənin  əvvəlində  verilmiş  şəkildə  “Общее  строение  клетки” 

ifadəsinin “Общее строение клеток” kimi yazılması məqsədəuyğundur. 

Səhifə  43.  Sonuncu  abzasda  “Запасные  питательные  вещества 

расходуются в процессе роста растения” cümləsinin “Запасные питательные 

вещества в основном расходуются в процессе роста растения” kimi yazılması 

məqsədəuyğundur. 



  Səhifə  62.  Səhifənin  əvvəlində  verilmiş  şəkildə  “Проводящие  пучки” 

ifadəsi “Листовые сосуды”  kimi yazılmalıdır.  



Səhifə  63.  Sonuncu  abzasda  “Из  клеток  покровной  ткани  этой  зоны 

образуются  так  называемые  корневые  волоски”  cümləsinin  “Из  клеток 

покровной  ткани  (кожица)  этой  зоны  образуются  так  называемые  корневые 

волоски”  kimi yazılması məqsədəuyğundur. 

Səhifə 72. “Обобщающие задания” hissəsində 3-cü tapşırığın 4-cü bəndində  

“4.  Угол  между  листом  и  побегом  называется  пазухой  листа  / 

междоузлием” cümləsində “побегом” əvəzinə “стеблем” yazılmalıdır. 

      

Səhifə 75.  “Применение полученных знаний” bölməsində tapşırığın 4-cü 

bəndində  “Лепестки” əvəzinə “Лепестки и чашелистики” yazılmalıdır.  



  Səhifə  79.    “Деятельность  1”  bölməsində    “Обратите  внимание  на  их 

форму, цвет и место прикрепления семени к семяножке –рубчик”  cümləsi 

dərsliyin Azərbaycan dilində olan variantına uyğun verilməlidir. 

  

Səhifə  91.  Mövzunun izahında 2-ci abzasda “Стелющиеся  стебли  в  свою 

очередь  делятся  на  ползучие  (клевер  ползучий,  земляника,  дыня,  арбуз, 

огурец и др.), вьющиеся (вьюнок полевой, фасоль) и лазающие (каменный 

плющ,  виноград,  горох”  cümləsində  “клевер  ползучий”  ifadəsi  клевер 

трехлистный” kimi yazılmalıdır. 

        Səhifə  94.  Mövzunun  izahında  1-ci  abzasda  “Питание  –  это  процесс 

приобретения  и  усвоения  организмом  питательных  веществ  из 

окружающей  среды,  необходимых  для  жизнедеятельности”  cümləsinin 

Питание  –это  процесс  поглощения  и  усвоения  организмом  питательных 



веществ  необходимых  для  жизнедеятельности  из  окружающей  среды”  kimi 

yazılması məqsədəuyğundur. 



 

  



Səhifə  106.  1-ci  abzasda  “Чечевички  же  растений  располагаются  в 

пробке”  cümləsinin  “Чечевички  же  растений  обычно  располагаются  между 

клетками коры (в пробке)

 

kimi yazılması məqsədəuyğundur. 



 

Yenə  həmin  səhifədə  “Применение  полученных  знаний”  bölməsində 

cədvəldə  “Признаки  сравнения”  ifadəsinin  “Критерии  сравнения”  kimi 

yazılması məqsədəuyğundur. 

      

Səhifə  112.    Mövzunun  izahında  1-ci  abzasda  “Кровь  у  большинства 

животных  состоит  из  бесцветной  жидкости  –  плазмы  и  форменных 

элементов”  cümləsində  “животных”  əvəzinə  “организмов”  yazılması  tövsiyə 

edilir. 


   

Səhifə  117.  “Проверьте  свои  знания”  bölməsində  1-ci  tapşırığın  1-ci 

bəndində  “Бактерии,  простейшие,  одноклеточные  водоросли”  fikrindən 



“одноклеточные водоросли” ifadəsinin çıxarılması  məqsədəuyğundur. 

Səhifə  118.  Sonuncu  abzasda  yarımbaşlığın  adı  dərsliyin  Azərbaycan  dilində 

olan variantına uyğun olaraq “Размножение отводками  kimi yazılmalıdır. 

 

         Səhifə  131.  Sonuncu  abzasda  “Если  потомство  по  своим  признакам  

повто-ряет своих родителей, отличаясь от них только размерами, то такое 

развитие  называют  прямым”  cümləsində  “повто-ряет”  sözü  “повторяет”  

kimi yazılmalıdır. 

 

      

Səhifə  138.  “Что узнали” bölməsində  “Для бешеного огурца, фасоли и 

мака  характерно  самостоятельное  ___семен”  сümləsində  “семен”  sözü 

семян” kimi yazılmalıdır. 



       Yenə  həmin  səhifədə  “Проверьте  свои  знания”  bölməsində   2-ci tapşırıqda 

“3. Крючочки, колючки, щетинки” ifadəsində  “щетинки” əvəzinə “волоски 

yazılmalıdır.  



        Səhifə  152.  Sonuncu  abzasda  “В  лечебных  целях  используются 

различные  части  растения  (кукурузные  рыльца,  семена  тыквы  и  айвы)” 

cümləsinin  “В  лечебных  целях  используются  различные  части  растения 

(кукурузные  столбики  с  рыльцами,  семена  тыквы  и  айвы)”  kimi  yazılması 

məqsədəuyğundur.  



 

10 

 

2. Dil və yazı üslubu baxımından 

 

Dərslikdə təlim materialları sadə, anlaşıqlı dildə verilmiş, materialların seçimində 



şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmışdır. Bununla yanaşı, müəyyən qüsurlar da 

var. Bunlar aşağıdakılardır:  



Səhifə  15.  2-ci  abzasda  “(yun.  “mikos”  –  göbələk)”  ifadəsi  “(yun.  mykos – 

göbələk)” kimi yazılmalıdır. 

Səhifə  22.  Mövzunun  izahında  1-ci  abzasda  “Onurğalı  heyvanlarda  olduğu 

kimi, onda inkişaf ilk dövrlərində bədənin dayağını təşkil edən xorda meydana 

gəlir” cümləsinin “Onurğalı heyvanlarda olduğu kimi, onda inkişafın ilk dövrlərində 

bədənin 

dayağını  təşkil  edən  xorda  meydana  gəlir”  kimi  yazılması 

məqsədəuyğundur. 



Səhifə 52. “Motivasiya”da “Sizcə, şöhbətdə iştirak edən orqanlar hansıdır?” 

cümləsində “şöhbətdə”  sözü “söhbətdə”  kimi yazılmalıdır. 



Səhifə 

70. 

“Bilirsinizmi?”  hissəsində  “Məsələn,  şehçiçəyinin  (1) 

yarpaqlarının  uzərində  yapışqanlı  damcılar  olan  qırmızımtıl  vəzili  tükcüklər 

vardır” cümləsində “uzərində” deyil, “üzərində” yazılmalıdır



Səhifə  73.  Sonuncu  abzasda  “Çiçək  yatağı  öz  üzərində  çiçəyin  bütün 



elementlərini  daşıyır  və  bəzən  onları  qoruyur”  cümləsinin  “Çiçək  yatağı  öz 

üzərində çiçəyin digər elementlərini daşıyır və bəzən onları qoruyur” kimi yazılması 

məqsədəuyğundur. 



Səhifə  147. 1-ci abzasda  “Ərazisi 88. 360 ha-dır” ifadəsi  “Ərazisi 88 360 ha-

dır”  kimi yazılmalıdır.  

 

3. Dizayn və bədii tərtibat baxımından 

 

Dərslikdə  hər  bir  mövzuya  aid  şəkillərin  verilməsi  şagirdlərdə  canlılar  aləmi 



haqqında  daha  geniş  təsəvvürlər  yaradaraq,  onların  ətraf  aləmi  dərk  etməsinə  və 

verilmiş materialları daha dərindən öyrənməsinə kömək edir. Rəsm və illüstrasiyalar 

əsasən orijinal verilmişdir. Üz qabığı dərsliyin tərtibatına uyğundur. 

Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:  



Səhifə  14.  Biologiyanın  sahələrinə  aid  şəkildə  “Botanika,  Zoologiya, 

Mikologiya,  Bakteriologiya,  Virusologiya,  Ekologiya”  qeyd  edilmişdir.  Burada 

11 

 

“Biologiyanın  sahələri”  başlığının  çıxarılması  tövsiyə  edilir.  Çünki  biologiya 

elminin sahələri çoxdur. Burada isə onun bəzi sahələri göstərilmişdir. 

Səhifə  32.  “Fəaliyyət  1”  bölməsində  “Bakteriya”  şəklinin  dəyişdirilməsi 

tövsiyə  edilir.  Çünki  onun  qılafında  çoxlu  sayda  kirpiklərə  oxşar  çıxıntılar 

göstərilmişdir.  Bakteriyalarda  isə  hərəki  orqanoidlər  -  kirpiklər  olmur,  onlara  oxşar 

pililər və ya fimbrilər (yapışma orqanoidlər) olur.

 

Səhifə  53.  Şəkildə  meyvəyanlığı  düzgün  göstərilməmişdir.  Çünki  çəyirdək 

meyvəyanlığının  daşlaşmış  daxili  hissəsidir.  Şəklə  əsasən  şagirdlərdə  elə  təsəvvür 

yarana  bilər  ki,  çəyirdək  toxumun  müstəqil  bir  hissəsidir.

 

Çəyirdəkmeyvələrdə 



meyvəyanlığı üç hissədən təşkil olunur: nazik qabıqdan,  şirəli lətdən və çəyirdəkdən. 

Ona görə də meyvəyanlığının  üç oxla göstərilməsi tövsiyə edilir.

 

Səhifə  62.  Yarpağın  daxili  quruluşuna  aid  verilmiş  şəkildə  yarpağın  (ayasının) 

demək olar ki, bütün toxumaları, o cümlədən dəriciyin şəffaf hüceyrələri yaşıl rənglə 

boyanmışdır.  Halbuki  dəricik  hüceyrələrində  yalnız  ağızcıq  hüceyrələri  yaşıl  rəngli 

olur. 


 

       Səhifə  74. Sonuncu şəkildə “Söyüdün çiçək  qrupu” ifadəsinin “Söyüdün sırğa 

çiçək qrupları” kimi yazılması tövsiyə edilir. 

Səhifə  77.  Çiçək  qruplarına  aid  verilmiş  şəkildə  “Qıça”  əvəzinə  “Sadə  qıça”  

yazılması məqsədəuyğundur. Bu düzəlişin mətndə də edilməsi tövsiyə edilir.

 

Səhifə  94.  “Fəaliyyət  1”  bölməsində  verilmiş  şəkildə  əyilmiş  boru  vasitəsilə 

suyun  axması  mümkün  deyil.  Şəklin  dəyişdirilməsi  tövsiyə  edilir.  Həmçinin 

təcrübədə  rezin  boruya  su  tökmək  lazımdır.

 

Əgər  rezin  boruya  su  tökülməsə  əmələ 



gələn   hava qovuqcuğu  suyun hərəkətinə maneçilik törədər və təcrübə alınmaz.

 

 



       Səhifə 105. Səhifənin sonunda verilmiş şəkildə ağızcıq aydın görünmür. Dəricik 

isə bütünlüklə yaşıl rəngə boyanmışdır. Şəklin dəyişdirilməsi tövsiyə edilir. 



 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Hər  bir  mövzuda  verilmiş  “Öyrəndiklərinizi  tətbiq  edin”,  “Öyrəndiklərinizi 



yoxlayın”,  “Nə  öyrəndiniz”  bölmələrində  cədvəl,  şəkil  və  test  şəklində  verilmiş 

tapşırıqlar  şagirdlərdə  bu  mövzuya  aid  olan  bilikləri  təhlil  etmək,  digər  mövzularla 

əlaqə  yaratmaq,  qazandıqları  bilik  və  bacarıqları  tətbiq  etmək  kimi  müsbət 

keyfiyyətlərin  formalaşmasına  imkan  verir.  Hər  fəslin  sonunda  verilmiş 



12 

 

“Ümumiləşdirici  tapşırıqlar”  isə  şagirdlərin  fəsil  üzrə  qazandıqları  bilik  və 

bacarıqları  ümumiləşdirərək,  canlı  orqanizmlərin  quruluşunu  daha  dərindən 

öyrənməsinə  xidmət  edir.  Qapalı,  açıq  və  yarımaçıq  tapşırıqlardan  geniş  istifadə 

edilmişdir.  Tapşırıqların  sadə,  orta,  çətin  səviyyələrdə  verilməsi  diferensial  təlim 

üçün şərait yaradır. 

Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:  

Səhifə  23.  “Nə öyrəndiniz” bölməsində  “Açar sözlər”dən “Bioloji amillər”,  

“Sosial amillər”  ifadələri artıq olduğu üçün çıxarılmalıdır. 

Səhifə 28“Öyrəndiklərinizi tətbiq edin” bölməsində “Krossvordu həll edin” 

tapşırığında  5-ci  bənddə  “Bu  hissənin  adı  “cisim”  latın  sözündən  yaranıb” 

cümləsinin  “Bu  hissənin  adı  latın  dilindən  tərcümədə  cisim  mənasını  verir”  kimi 

yazılması məqsədəuyğundur. 



Səhifə  36.  “Nə  öyrəndiniz”  bölməsində  “Taun,  vəba,  qarın  yatalağı  və  s. 

_____ aiddir” cümləsinin “Taun, vəba, qarın yatalağı və s. xəstəliklərin törədiciləri 

_____aiddir”,  “Hüceyrə  quruluşu  olmayanlar_______adlanır”  cümləsinin  isə 

Hüceyrəsiz həyat formaları __________ adlanır” kimi yazılması məqsədəuyğundur. 



Səhifə    38.  “Nə  öyrəndiniz”  bölməsində  “Açar  sözlər”də  “Qız  hüceyrələr” 

sözü “Qız hüceyrə” kimi yazılmalıdır. 



Səhifə  40. “Öyrəndiklərinizi yoxlayın” bölməsində 2-ci tapşırıqda “Kolonial 

və  çoxhüceyrəli  orqanizmlər  arasında  oxşar  və  fərqli  cəhətləri  müəyyən  edin” 

cümləsinin  “Koloniyalı  birhüceyrəli  və  çoxhüceyrəli  orqanizmlər  arasında  oxşar  və 



fərqli cəhətləri müəyyən edin” kimi yazılması tövsiyə edilir. Çünki çoxhüceyrəlilərin 

də koloniya şəklində yaşayan nümayəndələri var. 



Səhifə  42.  “Nə  öyrəndiniz”  bölməsində    “Açar  sözlər”dən  “Dəricik  / 

Ağızcıq / Mantar / Qabıq” sözləri artıq olduğu üçün çıxarılmalıdır. 

Səhifə  46.  “Öyrəndiklərinizi  tətbiq  edin”  bölməsində  cədvəldə  “Toxuma 

növü” əvəzinə “Toxuma qrupu” yazılmalıdır. 

Səhifə  47.  “Fəaliyyət  1”  bölməsində  “Şəkillərdə  hansı  orqanlar  sistemi 

göstərilmişdir?”  sualı  verilmişdir.  Şagirdlər  bu  suala  cavab  verməkdə  çətinlik 

çəkəcək.  Belə  ki,  onlar  şəkildəki  canlılarda  təsvir  olunan  bütün  orqan  sistemlərini 

hələ öyrənməyiblər. Daha sonra isə “Şəkildəki digər sistemlərin funksiyası nədir?” 

soruşulur. Burada “digər sistem” dedikdə nə başa düşüldüyü aydın deyil. 



13 

 

Səhifə 49. “Öyrəndiklərinizi tətbiq edin” bölməsində “8. Skelet” əvəzinə “8. 



Sümük” yazılmalıdır.                            

Səhifə  50.  “Ümumiləşdirici  tapşırıqlar”  bölməsində  2-ci  tapşırığın  b) 

bəndində  “Bakteriyalar  əlverişli  /  qeyri  -  əlverişli  şəraitdə  spor  əmələ  gətirir” 

cümləsinin “Bəzi bakteriyalar əlverişli / qeyri - əlverişli şəraitdə spor əmələ gətirir” 

kimi yazılması tövsiyə edilir. 



Səhifə  53.  “Nə  öyrəndiniz”  bölməsində  “Bitkidə  həyat  fəaliyyəti 

proseslərində  ______,  onun  çoxalma  proseslərində  isə    ______  iştirak  edir” 

cümləsinin  “Bitkinin  həyat  fəaliyyəti  proseslərində  ______,  cinsi  çoxalma 



proseslərində isə _______ iştirak edir” kimi yazılması məqsədəuyğundur. 

Səhifə  85.  “Nə  öyrəndiniz”  bölməsində  “Açar  sözlər”də  “Şirəli  meyvə”, 

“Quru meyvə” ifadələrinin “Şirəli”, “Quru” kimi yazılması məqsədəuyğundur. 

Səhifə  86.  “Ümumiləşdirici  tapşırıqlar”  bölməsində  2-ci  tapşırığın  c) 

bəndində “Yalnız dişiciyi və ya yalnız erkəkciyi olan çiçəklər – birevli / ikicinsli 



çiçəklər  adlanır”  cümləsinin  “Yalnız  dişiciyi  və  ya  yalnız  erkəkciyi  olan  çiçəklər  – 

bircinsli / ikicinsli  çiçəklər adlanır” kimi  yazılması  məqsədəuyğundur.  Həmçinin  3-

cü  tapşırıqdakı  cədvəldə  “Qozmeyvə”  əvəzinə  “Fındıqmeyvə”  yazılmalıdır.  Çünki 

mövzuda  qozmeyvə  barəsində  məlumat  yoxdur,  həm  də  fındıq  fındıqmeyvələrə 

aiddir. 


Səhifə  95.  “Öyrəndiklərinizi  tətbiq  edin”  bölməsində  “Bitkiyə  torpaqdan 

qeyri-üzvi  maddələrin  (su  və  mineral  duzların)  necə  daxil  olmasının  düzgün 

ardıcıllığını  göstərin”  cümləsinin  “Torpaqdan  bitkiyə  daxil  olmuş  qeyri-üzvi 

maddələrin  (su  və  mineral  duzların)  hərəkət  ardıcıllığını  göstərin”  kimi  yazılması 

məqsədəuyğundur. Həmçinin şəkildə xanalardan biri və “B) Su, mineral maddələr” 

bəndi artıq olduğu üçün çıxarılmalıdır. 

Yenə həmin səhifədə “Nə öyrəndiniz” bölməsində “Açar sözlər”də “Torpaq 

qidalanması” ifadəsi “Torpaqdan qidalanma” kimi yazılmalıdır. 

Səhifə 140. “Nə öyrəndiniz” bölməsində “Açar sözlər”dən “Mühit amilləri” 

ifadəsi artıq olduğu üçün çıxarılması tövsiyə edilir.  



Səhifə  155.  “Nə  öyrəndiniz”  bölməsində  “Açar  sözlər”dən  “Gigiyena 

qaydaları” ifadəsi artıq olduğu üçün çıxarılması tövsiyə edilir.  

Səhifə  160.  “Ümumiləşdirici  tapşırıqlar”  bölməsində  2-ci  tapşırığın  b) 

bəndində  “Balqabağın  qabığından  /  toxumundan  qurd  xəstəliklərinin  müalicəsi 



14 

 

zamanı  istifadə  edirlər”  cümləsinin  “Balqabaq  meyvəyanlığının  qabığından  



toxumunun  qabığından  qurd  xəstəliklərin  müalicəsi  zamanı  istifadə  edirlər”  kimi 

yazılması  məqsədəuyğundur.  Çünki  qurdqovucu  xassə  toxum  qabığındadır.  4-cü 

tapşırıqda “b) .... əcdadları vəhşi halda yaşayan Prjevalski atları və tarpanlardır” 

cümləsində “yaşayan Prjevalski atları”  ifadəsinin yaşamış Prjevalski atları” kimi 

yazılması məqsədəuyğundur. Çünki tarpanların nəsli kəsilmişdir, Prjevalski atları isə 

yalnız zooparklarda qalmışdır. 



                

 

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) (2013) 



məzmununun işlənməsi baxımından 

 

Müəllim  üçün  metodik  vəsait  160  səhifədən  ibarətdir.  Burada,  “Dərslik 



komplekti  haqqında”,  “Dərslik  komplektinin  mövzular  üzrə  strukturu”,  “VI 

sinif  Biologiya  fənn  proqramı  (kurikulumu)  haqqında”,  “Fənn  üzrə  məzmun 

standartlarının reallaşma cədvəli”“İllik planlaşdırma nümunəsi”“Fənlərarası 

inteqrasiya  cədvəli”,  “Təcrübə  və  laboratoriya  işlərinin  təşkili”,  “Biologiya 

dərslərində yeni təlim texnologiyalarının tətbiqi”“Diferensial təlim imkanları”

“Şagird  nailiyyətlərinin  qiymətləndirilməsi”,  “Gündəlik  planlaşdırmaya  dair 

nümunələr”,  “Mənbələr”,  “Kitabın  içindəkilər”  verilmişdir.  Bundan  əlavə,  hər 

fəsil üzrə kiçik summativ qiymətləndirmə  nümunələri verilmişdir.  

Fənn  kurikulumunun  tələblərinin  reallaşma  mexanizmlərinin  şərhi  verilmiş  və 

əsaslandırılmışdır.  Vəsaitin  hər  paraqrafı  üzrə  materiallar  xarakterinə  görə,  əsasən, 

qruplaşdırılmış və təlim materialları üzrə işin texnologiyası şərh edilmişdir.

 

 



Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır: 

MMV-də dərsliyin bütün səhifələrinin yalnız lupa ilə oxunacaq şəkil formasında 

təkrar verilməsi məqsədəuyğun hesab edilmir. 

 “Dərsliklərin  qiymətləndirməsi  meyarları”nın  5-ci  maddəsi  vəsaitdə  əlavə 

materialların olmasını tələb etsə də, vəsaitdə mütəmadi olaraq yalnız “Həyat bilgisi” 

dərsliklərindəki məlumatlara istinad olunur. 

Səhifə 23. 1-ci abzasda “Müzakirələr zamanı müəllimtəbii cisim və hadisələr 

haqqında  istiqamətləndirici  suallar  verə  bilər”  cümləsində  “müəllimtəbii”  sözü 

müəllim təbii” kimi yazılmalıdır. 



15 

 

Səhifə 32. 5-ci abzasda “(baş barmağın digər barmaqlara qarşı yerləşməsi, 



yastı dırnaqlar)” fikrinin “(əldəki baş barmağın digər barmaqlara qarşı yerləşməsi, 

yastı dırnaqlar)” kimi yazılması məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  6-cı  abzasda  “insanın  əqli  qabiliyyəti  heyvanlara 

nisbətən  daha  yüksəkdir”  ifadəsinin  çıxarılması  tövsiyə  edilir.  Çünki  sonrakı 

cümlələrdə  insanın  heyvanlardan  fərqli  olaraq,  yüksək  şüura  və  təfəkkürə  malik 

olması qeyd edilmişdir.  

Səhifə  37.  1-ci  abzasda  canlı  varlıqların  hüceyrələrinin  çox  kiçik  olmaları  və 

onları böyüdücü cihazların köməyi olmadan öyrənməyin  mümkün olmaması barədə 

verilən  məlumatla  yanaşı,  eyni  zamanda  bəzi  hüceyrələrin  (məsələn, quşun  yumurta 

hüceyrəsi) çox iri olması və adi gözlə görünməsi də vurğulanmalıdır. 



Səhifə  38.  Sonuncu abzasda   “Son  hissəni  təhlil  edərkən  müəllim  plastidlər 

haqqında  məlumat  verir,  onların  yalnız  bitki  hüceyrəsində  olduğunu 

vurğulayır”  cümləsinin  “Son  hissəni  təhlil  edərkən  müəllim  plastidlər  haqqında 

məlumat  verir,  onların  bitki  və  bəzi  ibtidai  heyvan  hüceyrələrində  olduğunu 

vurğulayır kimi yazılması məqsədəuyğundur. 

Səhifə  50.  Səhifənin  əvvəlində  verilmiş  cədvəldə  “Toxuma  növü”  əvəzinə 

Toxuma qrupu və ya tipi” yazılmalıdır. Belə ki, epiteli, birləşdirici, sinir və əzələ –

toxuma qruplarıdır, onların hər birinin öz növləri var.  

Yenə  həmin  səhifədə D blokunda “–  Orqanizmdə  dərinin  üst  səthini  epiteli 

toxuması  örtür”  cümləsinin  “–Orqanizmdə  dərinin  üst  səthi  epiteli  toxumasından 

təşkil olunmuşdur” kimi yazılması məqsədəuyğundur. 

Səhifə  54.  “II  fəsil  üzrə  kiçik  summativ  qiymətləndirmə”  8-ci  tapşırıqda 

“Balıqlar ağciyərlər vasitəsi ilə tənəffüs edir”  cümləsi “Əksər balıqlar ağciyərlər 

vasitəsi ilə tənəffüs edir” kimi yazılmalıdır. 

Səhifə  60.   C blokunda “2.  Yarpağın  kənarının  forması  necədir?”  soruşulsa 

da, dərslikdə bu barədə məlumat verilməmişdir.  



Səhifə  65.  C  blokunda  “Gövdə  yumrusunun  tumurcuqları  necə  adlanır?” 

sualı korrekt deyil. Belə ki, burada gözcüklər nəzərdə tutulur, gözcüklər isə tumurcuq 

deyil,  içində  2-3  tumurcuq  yerləşən  çökəklikdir.  Sualı  belə  yazmaq  olar:  “Gövdə 

yumrusunun hansı növ tumurcuqları var?”. Cavab isə təpə və yan tumurcuqlardır. 


16 

 

Səhifə  86.  Səhifənin  sonunda  verilmiş  sxemdə  “Bitki  və  heyvan  qalıqları” 

əvəzinə “Çürüntü” yazılması tövsiyə edilir. Belə ki, çürüntüdə həm də bakteriya və 

göbələk qalıqları olur. 



Səhifə  146.  “Motivasiya”da  şəkildə  canlı  və  cansız  təbiət  obyektləri  təsvir 

olunmuşdur. Burada “Müəllim sinfə müraciət edir: Burada nə əks olunub? (təbii 



varlıqlar)  fikrinin  “Müəllim    sinfə  müraciət  edir:  Burada  nə  əks  olunub?  (təbii 

obyektlər)” kimi yazılması məqsədəuyğundur. 

Səhifə 150. “Motivasiya”da şəkildə inciçiçəyinin təsviri verilmiş, suala cavabda 

isə o, yanlış olaraq “zəngçiçəyi” adlandırılmışdır.  



Səhifə  158.  1-ci  abzasda  “Ayı  kimi  qışda  özlərinə  yem  tapa  bilməyən 

heyvanlar  qış  yuxusuna  gedirlər,  quşlar  isti,  yem  çox  olan  ölkələrə  uçurlar” 

cümləsinin  “Qonur  ayı  (və  ya  boz  ayı)  kimi  qışda  özlərinə  yem  tapa  bilməyən 



heyvanlar  qış  yuxusuna  gedirlər,  quşlar  isti,  yem  çox  olan  ölkələrə  uçurlar”  kimi 

yazılması məqsədəuyğundur. 

MMV-nin

 

rus  dilində  olan  variantında  da  müəyyən  qüsurlar  var.  Bunlar 



aşağıdakılardır: 

Səhifə  27.  Səhifənin  sonunda  verilmiş  cədvəlin  3-cü  sütununda  “Полностью 

различает  отрасли  биологических  наук  не  полностью”  cümləsində  “не 

полностью” ifadəsi artıq olduğundan çıxarılmalıdır. 

Səhifə 35. “Малое суммативное оценивание по главе I”  bölməsində 3-cü 

tapşırıqda  “4.  Семейство”  sözü  MMV-nin  Azərbaycan  dilində  olan  variantında 

olmadığından,  çıxarılması məqsədəuyğundur.  

Səhifə  69.

 

“Малое  суммативное  оценивание  по  главе  III”  bölməsində 

3-cü  tapşırığın  4-cü  bəndində  “Мужская  часть  цветка:  тычинка  /  пестик” 

cümləsi  dərsliyin Azərbaycan dilində olan variantında verilməmişdir. 5-ci bənddə isə 



“Место  соединения  листа  с  побегом  называется  узлом  /  междоузлием” 

cümləsində “с побегом” əvəzinə  “сo стебелем” yazılmalıdır

.

  

Səhifə 79. “Малое суммативное оценивание по главе IV” bölməsində 3-cü 



tapşırıqda  cədvəldə “Вид  плода”  hissəsində  “Яблоко” sözü dərsliyin  Azərbaycan 

dilində olan variantında verilməmişdir.  



Səhifə  93.  “B1”  blokunda  “В  каких  условиях  молоко  (или  другие 

продукты  питания)  портятся  быстрее?”  cümləsində  “портятся”  sözünün 

портится” kimi yazılması məqsədəuyğundur. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə