Dərslik kimi təsdiq edilmişdir. Baki 2012 2 uot 006



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə1/45
tarix05.05.2020
ölçüsü6,92 Mb.
#31078
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   45
Azf-295386

A.M.QAFAROV

 

 

 



 

 

 



 

 

 



METROLOG

İYA 

STANDARTLAŞDIRMA 

SERTİFİKATLAŞDIRMA 

 

 



 

 

 



 

 

 



 

 

 



Azərbaycan Respublikası 

Təhsil Nazirliyinin əmri ilə 

Ali Texniki Məktəblər üçün  

dərslik kimi təsdiq edilmişdir. 

 

 

 



 

 

BAKI - 2012 



 

 



UOT 006 

BBK 30.10.65.2/4 

Q 26 

Rəy verənlər: 

 

Ə.X.Canəhmədovtexnika elmləri doktoru, professor 



(Azərbaycan Dövlət Neft Akademiyası) 

V.A.Abasov

texnika elimləri doktoru, professor 

(Azərbaycan Texniki Universiteti) 

 

Qafarov A.M. 



Metrologiya, 

standartlaşdırma, sertifikatlaşdırma.  

Ali Texniki Məktəblər üçün dərslik. Bakı, 2012, 525 s.   

 

Dərslikdə  metrologiya,  standartlaşdırma  və  sertifikatlaş-dırma 



sa

hələrində  elmi,  metodiki  və  təşkilati  işlərin  təminatı  məsələləri 

işıqlandırılmışdır.  Tələb  edilən  dəqiqliyin  və  ölçmənin  vahidliyi 

məsələləri  aydınlaşdırılmış,  metrologiya  anlayışına  baxılmış,  onun 

elmi 

məzmunu  və  praktiki  əhəmiyyəti  göstərilmiş,  standartların 



işlənməsi  və  təcrübədə  tətbiqi,  həmçinin  sertifikatlaşdırmanın  əsas 

mahiyyəti və prinsipləri verilmişdir. 

Dərslik Fövqəladə Hallar Nazirliyinin Akademiyasının “Həyat 

fəaliyyətinin  təhlükəsizliyi  mühəndisliyi”,  “Yanğın  təhlükəsizliyi 

mühəndisliyi” ixtisaslarının spesifik xüsusiyyətləri nəzərə alınmaqla 

yazılmışdır. Dərslikdən eyni zamanda Ali Texniki Məktəblərin bütün 

istiqamətləri üzrə təhsil alan tələbələr, metrologiya, standartlaşdırma 

və  sertifikatlaşdırma  sahəsinin  rəhbərləri  və  mütəxəssisləri, 

s

ənayenin  müxtəif  sahələrində  çalışan  mühəndis-texniki  işçilər, 



magistrlər və doktorantlar da müvəffəqiyyətlə istifadə edə bilərlər. 

 

𝑄



4301020800 − 443

082 − 08


 

© Qafarov A.M., 2011 



  

 

 

 



        

Dərslik Azərbaycan Respublikası    

       Fö

vqəladə Hallar Nazirliyinin       

      

yaradılmasının 5 illiyinə həsr   

     olunur. 

    T.e.d., professor A.M.Qafarov 

 

GİRİŞ 

 

Metrologiya  ö



lçmə  haqqında  elmdir.  Ölçmə  isə  dərk  etmənin 

ən  böyük  üsullarından  biridir.  O,  müasir  cəmiyyətdə  müstəsna  rol 

oynayır. Elm, sənaye, iqtisadiyyat ölçməsiz fəaliyyət göstərə bilməz. 

Dünyada hər saniyə milyardlarla ölçmə əməliyyatları yerinə yetirilir. 

Onların  nəticələri  buraxılan  məhsulun  keyfiyyətinin  və  texniki 

səviyyəsinin  təmin  edilməsin-də,  nəqliyyatın  təhlükəsiz  və  qəzasız 

işləməsində,  tibbi  və  ekoloji  diaqnozların  əsaslandırılmasında, 

məlumat  axınlarının  analizində  geniş  istifadə  edilir.  Faktiki olaraq 

insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada ölçmənin, sınağın 

və nəzarətin nəticələrindən istifadə edilməsin. Onların alınması üçün 

milyonlar

la  insanların  əməyindən  və  böyük maliyyə  vəsaitlərindən 

istifadə  edilir.  Təqribən  ictimai  əməyin  15%-i  ölçmələrin  yerinə 

yetirilməsinə sərf olunur. 

Dərslikdə  son  illərdə  Azərbaycan  Respublikasında  və  xaricdə 

yerinə  yetirilən  elmi  tədqiqatlar  və  praktiki  təcrübələrin  nəticələri 

ümumiləşdirilmiş və onlardan geniş istifadə edilmiş-dir. Nəşr edilən 

dərslik  dövlət  standartlarının  metrologiya  sahəsində  ümumpeşə 

fənninə verdiyi tələblərə tam cavab verir. 

Dərslikdə metrologiyanin əsas terminləri və anlayışları,  fiziki 

kəmiyyət  vahidlərinin  əks  etdirilməsi,  ölçmənin  vahidliyi,  texniki 

sistemlərin parametrlərinin ölçülməsinin əsasları, ölçmə vasitələrinin 

metroloji xarakteristikalarının normalaşdırılması, ölçmə vasitələrinin 

seçilməsi,  metroloji  təminatın  prinsipləri,  metrologiya  və  texniki 

ö

lçmənin  digər  vacib  məsələləri  ilə  əlaqədar  geniş  məlumat  ve-



rilmişdir. 

İstehsalın  intensifikasiyasının  yüksək  templəri  ilə  xarakte-

rizə  olunan  müasir  dünyanın  inkişafı  standartlaşdırma  sahəsində 

elmi 


biliklərə və mütəxəssislərə böyük tələblər verir.  Bu şəraitdə 

 

məhsulun  texniki  səviyyəsi,  onun  keyfiyyəti,  xidmətlərin  bütün 



vləri standartlardan  və  standartlaşdırma  səviy-yəsindən  birbaşa 

asılıdır.  Standartlaşdırma  texniki  iqtisadi  qanunların  təsirini  əks 

etdirən  məsələləri  öyrənir,  sənaye  istehsalının  inkişafında  və 

ictimai 

sərvətlərin artırılmasında böyük rol oynayır, əsas fondların 

və  təbii  ehtiyatların  istifadə-sinə  kömək  edir.  Standartlaşdırma 

istehsalın  idarə  edilməsinin  təkmilləşdirilməsində,  bütün  növ 

malların  və  xidmətlərin  keyfiy-yətinin  qaldırılmasında  mühüm 

əhəmiyyətə malikdir. 

Bazar 

iqtisadiyyatının  mexanizminin  nizamlanmasında  serti-



fikatlaşdırmanın böyük əhəmiyyəti vardır. O, çoxlu sayda məhsul və 

xidmət  növləri  üçün  məcburidir.  Sertifikatlaşdırma  məhsulun 

standartlara 

uyğunluğunu  rəsmi  təsdiq  etməklə  bərabər,  onun 

rəqabətə  davamlılığını  da  müəyyənləşdirir.  Son  illərdə  məhsulların 

ənənəvi  sertifikatlaşdırılmasına,  xidmətlərdə,  turizmdə,  məişət 

xidmətində,  təhsildə  sertifikatlaşdırma  da  əlavə  olunmuşdur. 

Keyfiyyətin  və  ekoloji  idarəetmənin  İSO  9000  və  İSO  14000 

standartlarına uyğunluğunun həyata keçirilməsi üçün aktiv fəaliyyət 

stərilir. 



Dərslik Fövqəladə Hallar Nazirliyinin Akademiyasının “Həyat 

fəaliyyətinin  təhlükəsizliyi  mühəndisliyi”,  “Yanğın  təhlükəsizliyi 

mühəndisliyi” ixtisaslarının spesifik xüsusiyyətləri nəzərə alınmaqla 

yazılmışdır.  Dərslik  eyni  zamanda  ali  texniki  məktəblərin  bütün 

istiqamətləri  və  ixtisasları  üzrə  təhsil  alan  tələbə  və  magistrlər, 

vlət  metrologiya,  standartlaşdırma  və  sertifikatlaşdırma 



təşkilatlarının  əməkdaşları,  sənayenin  müxtəlif  sahələrində  çalışan 

mühəndis-texniki  işçilər,  doktorantlar  da  müvəffəqiyyətlə  istifadə 

edə bilərlər. 

Əlavələrdə    oxucuların  rahatlığı  üçün  bir  sıra  sorğu  mate-

rialları da verilmişdir. 

 

 

 

 

 

 


 

 



I BÖ

LMƏ. METROLOGİYA 

 

I  

FƏSİL. METROLOGİYANIN 

ƏSAS TERMİNLƏRİ VƏ ANLAYIŞLARI. 

FİZİKİ KƏMİYYƏTLƏRİN VAHİDLƏRİNİN VƏ 

ÖLÇ

MƏNİN VAHİDLİYİNİN ƏKS ETDİRİLMƏSİ 

 

1.1. 



Kəmiyyətlərin və şkalaların fiziki xassələri

 

 



Təyinatından asılı olaraq metrologiyanı üç əsas hissəyə, nəzəri, 

qanunverici 

və tətbiqi metrologiyaya ayırırlar. 

Nəzəri metrologiyada bu elmin fundamental əsaslarını öyrənir-

lər. 

Qanunverici  metrologiyada  ölç



mənin  vahidliyinin  və  lazım 

olan 


dəqiqliyin təmin edilməsinə istiqamətlənmiş fiziki kəmiyyət va-

hid


lərinin, etalonların, ölçmənin metod və vasitələrinin tətbiqi üçün 

vacib olan texniki 

və hüquqi tələblər müəyyənləşdirilir. 

Təcrübi (tətbiqi) metrologiya nəzəri işlərin təcrübədə tətbiqini 

və qanunverici metrologiyanın müddəalarını işıqlandırır. 

Müx


təlif proseslərin və cisimlərin xassələrini ədədi qiymətlərlə 

gös


tərmək üçün kəmiyyət ifadəsindən istifadə edilir. 

Kəmiyyət,  hər  hansı  şeyin  bir  xassəsinin  digər  xassələrindən 

fərqlənən, bu və ya digər üsulla, o cümlədən kəmiyyətcə qiymətlən-

diri


lən göstəricisinə deyilir. 

Kəmiyyət  özü-özlüyündə  mövcud  deyil.  Müxtəlif  xassələrə 

malik obyekt

lərin verilmiş kəmiyyətlə ifadə edilməsi zamanı yaranır. 

Kəmiyyətlər real və ideal kəmiyyətlərə ayrılırlar (Şəkil 1.1.). 

İdeal kəmiyyətlər əsasən riyaziyyata aiddir və konkret real an-

la

yışların ümumiləşdirilməsıdir. 



Real 

kəmiyyətlər öz növbəsində fiziki və qeyri-fiziki kəmiyyət-

lərə bölünürlər. 

Fiziki 


kəmiyyətlər ümumi halda, təbiət və texniki elmlərdə öy-

rənilən maddi obyektlərə xas olan kəmiyyətlər kimi təyin edilə bilər.   

Qeyri-fiziki 

kəmiyyətləri  ictimai  elmlərə,  məsələn  fəlsəfəyə, 

sosiologiyaya, iqtisadiyyata 

və s. aid etmək olar. 



 

Fiziki 



kəmiyyətlər, ümumiyyətlə fiziki obyektlərin  və proses-

lərin xassələrini öyrənmək üçün vasitədir. 

Fiziki 

kəmiyyətləri,  ölçülən  və  qiymətləndirilən  kəmiyyətlərə 



ayırmaq məqsədə uyğundur. 

Ölçü


lən kəmiyyətlər təyin edilmiş ölçü vahidi ilə, ədədlə ifadə 

edilə bilər. Bu və ya digər səbəblər üzündən təyin oluna bilinməyən 

fiziki 

kəmiyyətlər yalnız qiymətləndirilə bilər. 



 

 

Kəmiyyətlər 



 

 

 



 

 

 



Real  

 

İdeal 



 

 

 



 

 

 



Fiziki 

 

Qeyri-fiziki 



 

Riyazi 


 

 

 



 

 

 



 

 

 



 

 

 



Ölçülən   

Qiymətləndirilən 

 

 

 



 

 

Şəkil 1.1. Kəmiyyətlərin  sinifləşdirilməsi 



 

Kəmiyyətlər şkalaların köməyi ilə qiymətləndirilir. Kəmiyyət-

lər şkalası, razılaşdırılma  ilə qəbul edilmiş dəqiq ölçmə nəticəsində 

təyin edilən qiymətlərin ardıcıl nizamlanmasına deyilir. 

Fiziki 

kəmiyyətlərin  daha  dəqiq  öyrənilməsi  üçün  onların 



sinifləşdirilməsi məqsədəuyğundur (şəkil 1.2). 

Hadi


sələrin növünə görə fiziki kəmiyyətlər aşağıdakı qruplara 

ay

rılırlar: 



 

•  maddi 



kəmiyyətlər  maddələrin,  materialların,  onlardan  ha-

zırlanmış  məmulların  fiziki  və  fiziki-kimyəvi  xassələrini     təsvir 

edir. 

Bu  qrupa  küt



lə, sıxlıq, elektrik müqaviməti, həcm, induktivlik 

və s. daxildir. Bəzi hallarda göstərilən fiziki kəmiyyətləri passiv fi-

ziki 

kəmiyyətlər  adlandırırlar.  Bu  kəmiyyətləri  ölçmək  üçün  ölçmə 



informasiya 

siqnalını formalaşdıran köməkçi enerji mənbəyindən is-

ti

fadə edilir. Bu halda  passiv fiziki kəmiyyətləri  aktiv fiziki kəmiy-



yətlərə çevirilirlər; 

• energetik 

kəmiyyətlər çevirilmə proseslərini, enerjinin ötürül-

məsini və istifadəsini xarakterizə edir. Bu kəmiyyətlərə cərəyan şid-

dəti, gərginlik, güc daxildir. Göstərilən kəmiyyətləri  aktiv kəmiyyət-

lər adlandırırlar. Onlar, köməkçi enerji mənbəyindən istifadə edilmə-

dən ölçmə informasıya sınaqlarına  çevrilə bilərlər; 

• proses


lərin  axınını  müəyyən  vaxt  müddətində  xarakterizə 

edən kəmiyyətlər. Bu qrupa müxtəlif spektral xarakteristikalar, kor-

relyasiya  funksiya

ları və s. daxildir. 

• Müx

təlif fiziki proseslər qrupuna daxil olan kəmiyyətlərə fə-



za-vaxt,  mexaniki,  istilik,  elektrik 

və  maqnit,  akustik,  işıq,  fiziki-

kim

yəvi, şüanı ionlaşdırma, atomun və nüvənin kəmiyyətləri aiddir. 



• Di

gər kəmiyyətlərdən  şərti qeyri asılılıq dərəcəsinə görə fi-

ziki 

kəmiyyətlər  əsas,  törəmə  və  əlavə  kəmiyyətlərə  ayrılırlar.  Hal-



ha

zırda  SI  (simmetrik)  sistemində  əsas  kəmiyyətlər  kimi  yeddi  kə-

miy

yət  götürülmüşdür.  Bunlar  uzunluq,  vaxt,  kütlə,  temperatur,  



cərəyan şiddəti, işığın gücü və maddənin miqdarıdır. Əlavə fiziki va-

hid


lərə müstəvi və fəza bucaqları aiddir. 

• Öl


çüyə görə fiziki kəmiyyətləri ölçüsü olan və ölçüsü olma-

yan 


kəmiyyətlərə ayırırlar. 

Fiziki 


kəmiyyət vahidi [Q], eyni cinsli fiziki kəmiyyətləri miq-

darı qiymətləndirmək üçün qəbul edilən, vahidə  bərabər şərti ədədi 

qiy

məti verilmiş, qeyd edilmış ölçünün fiziki kəmiyyətidir. 



Fiziki 

kəmiyyətin qiyməti Q, onun  vahidlərinin bir sıra  rəqəm-

lər  şəklində  qiymətləndirilməsinə  deyilir.  Fiziki  kəmiyyətin  ədədi  

qiy


məti  q,  kəmiyyətin    qiymətinin verilmiş fiziki kəmiyyətin vahi-

dinə nisbətini ifadə edən adsız ədədə deyilir. 



 

 



Şəkil  1.2  Fiziki kəmiyyətlərin təsnifatı 

 

                            



Q = q [Q]    

             

(1.1) 

 

Ölç



mə, ölçü vahidi kimi qəbul edilmiş fiziki kəmiyyətin, mə-

lum fiziki 

kəmiyyətlə müqayisəsi nəticəsində təcrübə yolu ilə aydın-

laşdırılan dərk etmə prosesinə deyilir. 

Təcrübədə maddələrin, cisimlərin, hadisələrin, proseslərin xas-

sələrini xarakterizə edən müxtəlif kəmiyyətlərin ölçülməsi lazım gə-

lir. 

Bəzi xassələr özlərinin keyfiyyətcə, bəziləri isə kəmiyyətcə göstə-



rir. Bu xas

sələr, özlərinin müəyyən qanunauyğunluqla yerləşdirilmə-

sini 

və ölçü şkalası şəklində göstərilməsini  tələb edir. Ədədi xassələ-



rin ölçü 

şkalası, fiziki kəmiyyətlərin şkalası adlandırılır. 

Fiziki 

kəmiyyətin şkalası, dəqiq ölçmənin  nəticələri əsasında, 



ra

zılaşma  yolu  ilə  qəbul  edilmiş  fiziki  kəmiyyətlərin  qiymətlərinin 

ar

dıcıllığının  nizamlanmasına  deyilir.  Ölçü  şkalası  nəzəriyyəsinin 



əsas terminləri və anlayışları МИ 2365-96 sənədində verilmişdir. 

Xas


sələrin təzahür etməsinin tətbiqi  strukturuna uyğun olaraq 

ölçu 


şkalalarının beş əsas tipi müəyyənləşdirilmişdir. 

1.  Adla

rın şkalası (təsnifatların şkalaları). Bu şkalalar, xas-

sələri yalnız ekvivalentliyə nisbətdə özünü göstərən empirik obyekt-

lərin  təsnifatında  istifadə  edilir.  Bu  xassələri  fiziki  kəmiyyət  hesab 

et

mək olmaz. Buna görə də bu növ şkalalar, fiziki kəmiyyətlərin şka-



la

ları hesab edilə bilməz. Belə şkalalar ekvivalentlik münasibətlərini 

xarakte

rizə  etdiklərindən,  onlarda  sıfır,  böyük,  kiçik  və  ölçü  vahidi 



anla

yışları yoxdur. Adlar şkalasına misal olaraq geniş yayılmış, rəng-

lərin  uyğunluğunu  təyin  etmək  üçün  istifadə  edilən  rənglər  atlasını 

gös


tərmək olar. 

2. 

Sıraların  şkalası  (dərəcə  şkalası).  Əgər  verilmiş  empirik 

obyektin xas

sələri, ekvivalentliyə və sıraya nəzərən, miqdarca    art-

ma   


və  azalma   kimi  təzahür edirsə,  onda onlar üçün sıraların şka-

la

sını qurmaq olar. Onlar monoton artan, yaxud azalan olur, göstəri-



lən xassəni xarakterizə edən kəmiyyətlərin böyük və kiçik qiymətlə-

rinin nis

bətini aydınlaşdırmağa imkan verirlər. Sıra şkalalarında sıfır 

iştirak edir, yaxud etmir. Buraya ölçü vahidi daxil edilə bilməz. Çün-

ki  onlar  üçün  mü

tənasiblik  nisbəti  təyin  edilməmişdir  və  xassənin 

konkret 

təzahürünün neçə dəfə az və çox olduğu haqqında mülahizə 

yürüt

mək mümkün deyildir. 



10 

 

Veril



mış  xarakteristikanın  qiymətləri  arasındakı  münasibətləri 

dəqiq müəyyənləşdirmək mümkün olmadıqda sıranın şərti (empirik) 

şkalasından istifadə edirlər. 

Şərti şkala, ilkin qiymətləri şərti vahidlərlə verilmiş fiziki kə-

miy

yətin şkalasıdır. Məsələn: Enqlerin özlülük şkalası, Bofortun də-



niz kü

ləyinin  qüvvəsini ölçən 12 ballı şkalası və s. 

Üzərlərində reper nöqtələri (yer səthi nöqtələrinin nisbi ucalı-

ğını təyin etmə işində işlədilən nişan) cızılmış sıra şkalaları genış ya-

yılmışdır. Belə şkalalara mineralların bərkliyini təyin etmək üçün is-

ti

fadə edilən  Moos şkalasını misal göstərmək olar. Bunlarda minera-



llar

ın bərkliyi şərti ədədlərlə aşağıdakı sıra ilə verilir. Talk-1; gips-2; 

kalsium-3;  flyuorit-4; apatit-5; ortoklaz-6;  kvars-7; topaz-8;  korund-

9; almaz-10. 

Mineral

ları bu və  ya digər  bərkliyə aid etmək üçün dayaqlarla 



cızmadan istifadə edilir. Əgər cısmə kvarsla (7) aparıldıqda mineralın 

üzərində iz qalırsa və ortoklazla (6) cızmada qalmırsa, onda mineralın 

bərkliyi 6-dan cox və 7-dən az olur. Belə halda daha dəqiq nəticə al-

maq qeyri mümkündür. 

Şərti  şkalalarda  ölçülər  arasındakı  eyni  intervallara  ədədlərin 

müx


təlif ölçüləri uyğun  gələ bilər. Bu ədədlərin köməyi ilə ehtima-

ll

arı,  medianları,  kvantilləri  təyin  etmək  mümkündür.  Lakin  onları 



toplama,  vurma 

və digər riyazi əməliyyatlar üçün istifadə etmək ol-

maz. 

Kəmiyyətlərin  qiymətlərinin  sıra  şkalalarının  köməyi  ilə  tə-



yinini ölç

mə hesab etmək qeyri mümkündür. Çünki bu  şkalalara öl-

çü vahidi  daxil et

mək olmaz.                                      

Sıra  şkalalarına  görə  qiymətləndirmə  eyni  mənalı  deyil  və 

ümumiy


yətlə şərtidir. 

3. 

İntervallar şkalası (fərqlərin şkalası). Bu şkalalar  sıralar  

şkalasının  inkişaf etdirilmiş formasıdır və onlar xassələrin    ekviva-

lentliyi, ar

dıcıllığı və additivliyi ödəyən obyektləri üçün tətbiq edilir. 

Intervallar 

şkalası eyni intervallardan ibarətdir, ölçü vahidi var-

dır və sərbəst qəbul edilmiş başlanğıca, yəni sıfır nöqtəsinə malikdir. 

Intervallar 

şkalasına  misal  olaraq,  Selsi  şkalasını,  Farenqeyt  və 

Reomyur 


şkalalarını göstərmək olar. İntervallar şkalasında intervalla-

rın bölünməsi  və çıxılması  hərəkətləri müəyyən edilmişdir.  



11 

 

Q - kəmiyyətinin intervallar şkalasını 



Q=Q

o

+q [Q] 



tənliyi şəklində göstərmək olar. 

Burada 


q- kəmiyyətin ədədi qiyməti, Q

o

-



şkalanın hesabat baş-

lan


ğıcı, [Q] -verilmış kəmiyyətin vahididir. 

Şkalanı iki yolla vermək olar. Birinci  halda kəmiyyətin iki Q

o

 

və Q


1

  qiy


məti verilir. Bu qiymətlər dayaq nöqtələri, yaxud əsas re-

per


lər, (Q

1

 – Q



1

) intervalı isə əsas interval adlandırılır.  Q



o

  nöq


təsi 

hesaba


tın başlanğıcı,(Q

1

 – Q



o

) / n =[Q]    kəmiyyəti isə  Q-nin va-

hidi kimi götürülür. Vahid

lər ədədi n elə verilməlidir ki, [Q] tam kə-

miy

yət olsun. 



Hər  hansı  Q=Q

01

+q



1

 

[Q]



1

  intervallar 

şkalasının  digər 

Q=Q


02

+q

2



 [Q]

2

 intervallar 



şkalasına keçirilməsi,  

 

 



𝑞

1

= �𝑞



2

𝑄



02

− 𝑄


01

⌈𝑄⌉


1

[𝑄]



1

[𝑄]


2

 

  



düsturu 

ilə yerinə yetirilir: 



Misal  1.1.  Farenqeyt 

şkalası  intervallar  şkalası  adlandırılılr. 

Bu 

şkalada  Q



o  

-  buzun, 

məişət  duzunun  və  naşatırın  qarışığının 

temepraturu, 

Q

1 



- insan 

bədəninin temperaturudur. 

 

Ölçü vahidi - Farenqeyt 



dərəcəsidir: 

 

[Q]=(Q



1

 – Q


o

) / 96=1


0

F



 

Duzun, buzun 

və naşatırın qarışığının ərimə temperaturu 32°F, 

suyun qaynama temperaturu 

isə 212°F -dir. 

Selsi 


şkalasına  görə  Q

o

  buzun 



ərimə  temperaturu,  Q

1

-suyun 

qaynama temperaturudur.  

Selsi 


dərəcəsi  [Qs]=(Q

1

 – Q

0

)/100=1°. 

(1.2) 


12 

 

Bir 



şkaladan digər şkalaya keçid üçün düsturun alınması tələb 

olunur. 


Həlli: Keçid üçün düstur (1.2) ifadəsinə uyğun təyin edilir. Fa-

renqeyt 


şkalasına görə suyun qaynama və buzun ərimə    nöqtələri 

ara


sındakı temperatur fərqi 212°F - 32°F=180°F-ə       bərabərdir. 

Selsi 


şkalasına görə temperatur intervalı 100°C-yə bərabərdir. Uyğun 

olaraq 100° =180



°

 F, vahid

lərin ölçü nisbətləri aşağıdakı kimi yazılır. 

 

[𝑄]


1

[𝑄]


2

=

°𝐹



°𝑆 =

100


180 =

5

9



 

 

Farenqeyt 



dərəcəsinə görə ölçülən, baxılan şkalanın başlanğıc 

hesa


batı  arasındakı  intervalın  ədədi  qiyməti  ([Q]

1

  =F) 32-

yə  bəra-

bərdir. Farenqeyt şkalasına görə temperaturdan Selsi    şkalasına görə 

temperatura kecid 

aşağıdakı düsturla yazılır. 

 

𝑡 =



9

5

(𝑡



𝐹

− 32). 


 

İkinci halda vahid, interval kimi, bəzən onun müəyyən   hissəsi 

kimi,  yaxud  veril

miş  kəmiyyətin  intervallarının  miqdarı  kimi 

götürülür. Hesabat 

başlanğıcı hər bir halda öyrənilən konkret hadisə-

dən asılı olaraq müxtəlif cür götürülür. Belə yanaşmaya misal olaraq 

vaxt 


şkalasını göstərmək olar. Burada hesabat başlanğıcı kimi öyrəni-

lən hadisənin başlanğıcı götürülür. 



Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə