DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə1/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   41

 

1

AZƏRBAYCAN  RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

 

 

 

 

 i.e.d.prof.  Damət Bağırov 

    i.e.d.prof.  Mirələm Həsənli 

 

 

 

 

 

 

 

 

 

M A L İ Y Y Ə  

 

DƏRS VƏSAİTİ 

(İKİNCİ  BURAXILIŞ) 

 

 

 

 

 

 

 

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi 

tərəfindən 18/012010-cu il tarixli 41№-li əmri 

ilə təsdiq edilmişdir 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI - 2011 

 

2

 



Rəyçilər:                                                 i.e.d. Yaşar Kəlbiyev                     

                                                                i.e.n.Firsənd Qurbanov    

 

 

 

 

 

 

 

 

 

 

 

Damət Bağırov, Mirələm Həsənli. 

 Maliyyə / Dərs vəsaiti (ikinci buraxılış). Bakı: “İqtisad Universiteti” 

Nəşriyyatı, 2011.-384 səh. 



 

 

 

 

 

 

       «Maliyyə» 

dərs 

vəsaiti 

interaktiv  üsulla  ölkədə  bu  fənn  üzrə 

ilk hazırlanmış kitabın ikinci nəşridir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

© Bağırov D., Həsənli M., -2011 

©“İqtisad Universiteti” Nəşriyyatı - 2011 

 

 

 


 

3

 



MÜNDƏRİCAT 

 

 

Giriş………………………………………..........  



I Fəsil 

MALİYYƏNİN  PREDMETİ  MAHİYYƏTİ 

VƏ FUNKSİYALARI......................................... 

 



II Fəsil 

MALİYYƏ SIYASƏTI .......................................  24 

III Fəsil 

İNFLYASİYANIN YARANMA SƏBƏBLƏRİ 

VƏ MALİYYƏ SİSTEMİNƏ TƏSİRİ ............. 

 

34 



IV Fəsil 

MALİYYƏ SİSTEMİ …………………... .........     52 

V Fəsil 

MALİYYƏNİN İDARƏ EDİLMƏSİ…........... 

62 


VI Fəsil 

MALİYYƏ NƏZARƏTİ……………….............  88 

VII Fəsil 

MALİYYƏ HÜQUQU........................................  125 

VIII Fəsil 

MÜƏSSİSƏLƏRİN MALİYYƏSİ.................... 

153 


IX Fəsil 

BƏLƏDİYYƏ MALİYYƏSİ..............................  185 

X Fəsil 

DÖVLƏT MALİYYƏSİ………………..............  197 

XI Fəsil 

DÖVLƏT BÜDCƏSİ……………………...........  210 

XII Fəsil 

BÜDCƏ SİSTEMİ………………………...........  225 

XIII Fəsil 

BÜDCƏ PROSESİNİN TƏŞKİLİ……..............  234 

XIV Fəsil 

DÖVLƏT BÜDCƏSİNİN GƏLİRLƏRİ...........  238 

XV Fəsil 

DÖVLƏT BÜDCƏSİNİN XƏRCLƏRİ.............  277 

XVI Fəsil 

BÜDCƏDƏNKƏNAR FONDLAR.....................  282 

XVII Fəsil 

DÖVLƏT KREDİTİ............................................  296 

XVIII Fəsil 

DÖVLƏT BORCLARI ......................................  337 

XIX Fəsil 

SIĞORTA İŞİNİN TƏŞKİLİ.............................  350 

XX Fəsil 

SIĞORTANIN  FORMALARI,  SAHƏLƏRİ 

VƏ NÖVLƏRİ..................................................... 

 

361 



XXI Fəsil 

SOSİAL SIĞORTA.............................................  402 

XXII Fəsil 

MALİYYƏ BAZARI...........................................  406 

XXIII Fəsil 

QİYMƏTLİ KAĞIZLAR...................................  418 

XXIV Fəsil 

DÖVLƏT XƏZİNƏDARLIĞI...........................  437 

XXV Fəsil 

BEYNƏLXALQ  MALİYYƏ  MÜNASİBƏT-

LƏRİ..................................................................... 

 

442 



  .  

 

 

 

 

 

 

 

4

G İ R İ Ş 



 

Müasir şəraitdə respublikamızın dünya inkişafının ümumi proseslərinə 

qoşulması  ilə    əlaqədar  olaraq  onun  maliyyə  sistemində  dərin  dəyişikliklər 

baş  verir.  Bazar  iqtisadiyyatının  beynəlxalq  təcrübədə  məlum  olan  model 

müxtəlifliyinə baxmayaraq, o, dövlət tənzimlənməsi ilə vəhdətdə olan sosial 

yönümlü təsərrüfat kimi xarakterizə olunur. 

Maliyyə  –  həm  bazar  münasibətlərinin  özünün  strukturunda,  həm  də 

onun dövlət tərəfindən tənzimlənməsində əhəmiyyətli rol oynayır. Maliyyə 

bazar  münasibətlərinin ayrılmaz  hissəsi  və eyni zamanda dövlət siyasətinin 

həyata keçirilməsinin mühüm alətidir. Buna görə də  hazırkı şəraitdə maliy-

yənin  təbiətini  öyrənmək,  onun  fəaliyyət  xüsusiyyətlərini  və  bu  xüsusiy-

yətlərdən  tam  istifadə  üsullarını  dərindən  araşdırmaq  ictimai  istehsalın 

səmərəli inkişafı üçün zəruri şərtlərdən biridir. 

Maliyyə  tarixi  kateqoriyadır.  Əmtəə-pul  münasibətləri  və  dövlətin 

yaranması  ilə  əlaqədar  maliyyə  münasibətləri  XIII  -  XIV  əsrlərdə  Mərkəzi 

Avropada  istifadə  edilmişdir.  Maliyyə  latın  sözü  olub  «pul  tədiyyəsi» 

deməkdir. 

Maliyyə  problemləri  bu  gün  demək  olar  ki,  hər  birimizi  düşündürür. 

Çünki, hazırkı dövrdə maliyyə sferasında baş verən proseslər insanların şəx-

si  rifahı  ilə  sıx  bağlıdır.  Mənfəət  və  vergilərin  həcmi,  sosial  sığorta  və  tə-

qaüdlərə ayırmalar, səhm və istiqrazların qiyməti, istehsal və sosial sahələrə 

vəsaitlərin  investisiya  olunması  formaları  kimi  məsələlər  bu  gün  nəinki 

hökumət dairələrində müzakirə edilir, onlar, həmçinin bizim hər birimizi də 

dərindən maraqlandırır. 

Bazar  münasibətlərinə  keçidlə  əlaqədar  olaraq  iqtisadiyyatda  baş 

verən  köklü dəyişiklikləri müvafiq kadr təminatı olmadan həyata keçirmək 

qeyri-mümkündür.  

Bazar  strukturunun  formalaşdırılması  üçün  öz  sahəsində  yüksək 

peşəkarlığa,  dərin  və  hərtərəfli  biliklərə  malik  ixtisaslı  mütəxəssislərin  ha-

zırlanması vacibdir. Xüsusilə də maliyyə kimi incə və mürəkkəb bir sahədə 

fəaliyyət göstərən maliyyəçilərin üzərinə böyük məsuliyyət düşür. 

Maliyyə  sahəsində  yaradıcı,  təşəbbüskar  kadrların  hazırlanmasında 

maliyyənin  öyrənilməsinin  mühüm  rolu  vardır.  Maliyyə  münasibətlərinin 

iqtisadi mahiyyətinin öyrənilməsi, onun ictimai proseslərdə yerinin və rolu-

nun  araşdırılması  maliyyə  fəaliyyətinin  dəqiq  sərhədlərini  müəyyənləşdir-

məyə,  mövcud  maliyyə  vəziyyətini  peşəkarcasına  qiymətləndirməyə,  onun 

inkişafının  nəticələrini  əvvəlcədən  görməyə  imkan  verir.  Eyni  zamanda 

cəmiyyətin  həyat  fəaliyyətinin  müxtəlif  sferalarında  maliyyə  münasibət-

lərinin  təşkili  prinsipləri  göstərilir,  istifadə  imkanları  işıqlanır.  Bunun 

nəticəsində  isə  maliyyədən  istifadənin  daha  səmərəli  forma  və  metodlarını 



 

5

müəyyən  etməyə,  maliyyənin  iqtisadiyyata  və  sosial  sahəyə  təsirinin  güc-



ləndirilməsinin mümkün yollarını göstərməyə imkan yaranır. 

Respublikamızda bu sahədə ilk dəfə olaraq hazırlanmış proqram təmi-

natlı dərsliyin daha asan yadda saxlanılması üçün onun sadə və anlaşıqlı ol-

ması çox mühüm əhəmiyyət kəsb edən məsələ kimi qarşıya qoyulmuşdur 

Təqdim  edilən  interaktiv  dərslikdə  maliyyə  münasibətlərinin  konkret 

fəaliyyət göstərməsinin obyektiv xarakterləri açıqlanmış və ictimai fəaliyyə-

tin müxtəlif  sahələrində maliyyənin təşkilinin mühüm formalarının öyrənil-

məsinə  mühüm  yer  ayrılmışdır.  Burada,  eyni  zamanda,  maliyyədən  istifa-

dənin nəticələri ətraflı öyrənilmişdir. 

Bu dərslik eyni zamanda müəllimlər üçün də xeyli faydalıdır. Belə ki, 

geniş, izahlı sxem və cədvəllərdən istifadə, müəllimləri dinləyicilərə payla-

maq  məqsədilə  mühazirə  və  məşğələ  üçün  hazırlamalı  olduğu  metodik 

materialların  tərtib  edilməsindən  azad  etməklə  yanaşı,  mühazirə  və  məşğə-

lələrin daha keyfiyyətli aparılmasına şərait yaradır. 

 Dərslik əsasən  iqtisadi təmayüllü  ixtisaslar üzrə təhsil  alan tələbələr, 

magistrlər,  doktorantlar,  həmçinin    maliyyə-kredit  məsələlərini  müstəqil 

surətdə öyrənən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

Kitab,  həmçinin  maliyyə  sahəsində  çalışan  mütəxəssislər,  maliyyə 

menecerləri, iqtisadçılar, mühasiblər, maliyyə nəzarət orqanları işçiləri üçün 

də maraqlı ola bilər. 

«Maliyyə» interaktiv dərs vəsaitini gələcəkdə təkmilləşdirmək məqsə-

di  ilə  verilə  biləcək  hər  hansı  bir təklif  və  tövsiyəyə görə  müəlliflər  əvvəl-

cədən öz təşəkkürlərini bildirirlər.  


 

6

I FƏSİL. MALİYYƏNİN PREDMETİ MAHİYYƏTİ VƏ 



FUNKSİYALARI 

1.1.  Maliyyənin predmeti. 

 

Ümumiyyətlə,  hər  bir  fənn    başqalarından  öz  predmeti  ilə  fərqlənir. 

İqtisadiyyatı öyrənən ən mühüm elmlərdən biri kimi maliyyə elminin də öz 

predmeti,  araşdırma  metodları  və  vəzifələri  var.  Maliyyənin  predmeti 

ümumi  milli  məhsulun  və  milli  gəlirin  bölgüsü  və  yenidən  bölgüsü,  pul 

fondlarının  və  gəlirlərin  yaradılması  və  istifadəsi  ilə  əlaqədar  iqtisadi 

münasibətlər sistemi təşkil edir. 

Maliyyə  münasibətlərinin  predmeti  iqtisadiyyatın  əsasları,  müəssisə 

iqtisadiyyatı,  biznesin  əsasları,  hüquq,  sosiologiya  və  s.  kimi  müvafiq 

sahələrin predmetləri  ilə qarşılıqlı  əlaqədə öyrənilir. Bununla  birlikdə onun 

özünün ayrı-ayrı daxili bölmələri, elementləri, maliyyə fondları arasında da 

zaman-zaman  qarşılıqlı  əlaqələr  meydana  gəlir.  Maliyyənin  predmetinin 

öyrənilməsi  zamanı  dialektik  metoddan  istifadə  olunur.  ,Bu  metod  hər  bir 

hadisə  və  prosesi  inkişafda  və  qarşılıqlı  əlaqədə  öyrənir.  Maliyyə  həm 

kəmiyyət,  həm  də  keyfiyyətcə  inkişaf  edir.  Kəmiyyətcə  inkişaf  dedikdə 

maliyyə  vəsaitlərinin  və  fondlarının  hərəkətini, keyfiyyətcə  inkişaf dedikdə 

isə maliyyə münasibətlərinin daim təkmilləşdirilməsi nəzərdə tutulur. 

Maliyyənin  predmetini  öyrənərkən  qarşıya  qoyulan  əsas  məqsəd 

maliyyənin  mahiyyət  və  funksiyalarını  öyrənmək,  bazar  iqtisadiyyatı 

şəraitində onların rolunu dərk etmək, müasir şəraitdə dövlət, bələdiyyə və ya 

biznes maliyyəsinin əhəmiyyətini müəyyənləşdirməkdir. 

Bazar  münasibətləri  şəraitində  ümumi  milli  məhsulun  müxtəlif 

elementlər,  sahələr  və  regionlar  arasında  bölüşdürülməsi  mexanizmini, 

ümumi  qanunauyğunluqlarını,  kəmiyyət  və  keyfiyyət  göstəricilərini 

müəyyən  etmək,  bölgü  prosesində  maliyyə  vasitəçiliyinin  mahiyyətini 

anlamaq mühüm əhəmiyyət kəsb edir. 

Maliyyənin idarə edilməsi işinə dövlətin iqtisadi müdaxilə səviyyəsini 

müəyyənləşdirmək,  bu  prosesin  maliyyə  mexanizmləri  və  metodları  ilə 

gerçəkləşdirilməsi  imkanlarına  yiyələnmək,  cəmiyyətin  idarə  olunmasında 

hər  bir  maliyyə  vasitəçisinin  və  maliyyə  vasitəsinin  rolunu  öyrənməklə  və 

maliyyə  mexanizmlərinin  ,  o  cümlədən  vergilərin,  fondların  və  s. 

mahiyyətini  mənimsəmək,  onların  vasitəsilə  istehsalın  səmərəsinin 

artmasına fəal təsir bacarığına yiyələnmək mümkündür.  

Adətən  maliyyənin  predmetinin  quruluşu  cəmiyyətin  müasir  inkişaf 

xüsusiyyətlərinə  uyğun  olaraq  müəyyənləşdirilmişdir,  yəni  hər  bir 

mərhələdə  predmet  bütün  iqtisadi  formasiyalar  zamanı  mövcud  olan 

özünəməxsus xüsusiyyətlər kəsb edir. 


 

7

Dövlətin və əmtəə-pul münasibətlərinin meydana gəlməsi ilə əlaqədar 



olan  maliyyə  münasibətlərindən  XIII-XV  əsrlərdə  İtaliyanın  Florensiya, 

Venesiya,  Genuya  kimi  iri  şəhərlərində  istifadə  olunmağa  başlanmışdır. 

Maliyyənin zəruriliyi dedikdə əsasən aşağıdakı amillər nəzərdə tutulur: 

 Dövlətin  mövcudluğu.  Çünki  cəmiyyəti  idarə  etmək  üçün  dövlətin 

olması  vacibdir.  Dövlət  idarəçilik,  təsərrüfatçılıq,  müdafiə  və  s.  kimi 

çoxsaylı  funksiyalar  yerinə  yetirir.  Onları  gerçəkləşdirmək  üçün  idarəçilik 

subyekti  olan  dövlətin  əlində  müəyyən  maliyyə  vəsaiti  cəmləşməlidir. 

Dövlətin  yarandığı  ilk  dövrlərdə  həmin  vəsait  natural  yığımlar  hesabına 

əldə  edilirdi.  Cəmiyyətin  təkamülü  və  idarəetmənin  mürəkkəbləşməsi 

prosesində  dövlət  gəlirləri,  xərcləri,  bütövlükdə  maliyyə  münasibətləri 

meydana gəlməyə başladı. 

 Cəmiyyətin  inkişafı  maliyyə  münasibətlərinin  inkişafı  ilə  müəyyən 

olunur.  Maliyyə  münasibətlərinin  inkişaf  etdiyi,  onların  mütərəqqi 

metodlarından  istifadə  olunan  cəmiyyətdə  iqtisadi  və  sosial  inkişaf  da 

yüksək  olur.  ABŞ,  Fransa,  Almaniya,  İtaliya  Yaponiya  və  s.  bu  ölkələr 

sırasındadır.  



 

1.2. 

Maliyyənin mahiyyəti 

 

Maliyyə  anlayışı    tarixən  mal  mübadiləsi  və  pul  münasibətlərini 

bildirib.  «Maliyyə»  sözü  ərəbcədən  götürülüb,  mənası  «malın,  sərvətin 

dəyəri»,  yəni  puldur.  «Finans»  sözü  isə  qədim  latın  dilindəki  «financia» 

sözündən götürülmüşdür, hərfi  mənası pul tədiyyəsi deməkdir. Maliyyə  ilk 

dəfə olaraq pul tədiyyəsi anlayışı kimi Orta əsrlərdə İtaliyada daha sonra isə 

bütün  dünyada  istifadə  olunmağa  başlamış  və  beynəlxalq  status  almışdır. 

Maliyyə  anlayışı  heç  də  pul  münasibətlərinin  hamısını  əhatə  etmir.  Pul 

münasibətləri  daha  geniş  anlayışdır.  Müasir  cəmiyyətlərin  hər  birində  bir 

sıra pul münasibətləri fəaliyyət göstərir.     

Maliyyə  iqtisadi  bazisin  elementidir  və  iqtisadi  kateqoriya  kimi  çıxış 

edir,  çünki,  hər  şeydən  əvvəl,  o,  istehsal  münasibətlərinin  müəyyən 

tərəflərinin  universal  və  mücərrəd  formada  ifadəsidir.  «Bazis»  dedikdə 

üstqurumun  əsasını  təşkil  edən  istehsal  münasibətlərinin  toplusu  başa 

düşülür. Maliyyə iqtisadi münasibətləri ifadə edir və müvafiq olaraq iqtisadi 

bazisin tərkibinə daxildir. 

 

 

 



 

 

 



 

8

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Maliyyənin  mahiyyətini  müəyyənləşdirərkən  də  iqtisadçılar  arasında 

fikir ayrılıqları yaranır. Onlardan bəziləri maliyyəni bölüşdürücü kateqoriya, 

bəziləri  istehsal  kateqoriyası,  bəziləri  isə  təkrar  istehsal  kateqoriyası  kimi 

qiymətləndirirlər. 

Bilindiyi kimi, təkrar istehsal dörd mərhələdən ibarətdir:  

 

 



Maliyyə-geniş təkrar istehsalın fasiləsizliyinin təmin 

edilməsi, dövlətin vəzifə və funksiyalarının yerinə 

yetirilməsi məqsədilə mərkəzləşdirilmiş və qeyri-

mərkəzləşdirilmiş pul vəsaiti fondlarının 

yaradılması,  bölüşdürülməsi və istifadəsi ilə əlaqə-

dar olan iqtisadi münasibətlərdir. 

 

Maliyyə - pul münasibətlə-



rinin ayrılmaz hissəsidir. 

Maliyyə – bölüşdürücü 

kateqoriyadır. 

 

Maddi məzmununa 



görə maliyyə  ölkənin 

maliyyə resurslarının 

məcmusunu təşkil 

edən məqsədli pul 

vəsaitləri fondudur. 

Maliyyə münasibətləri pul 

münasibətlərinin tərkib 

hissəsidir və imperativ 

xarakter daşıyır, yəni 

dövlətlə əlaqədardır. 

 

 



 

9

 



 

 

 



 

 

 



 

 

Göstərilən  hər  bir  mərhələnin  özünəməxsus  vasitələri  və  obyektləri  



mövcuddur.  İnsanlar  həmin  vasitələrlə  obyektlərə  təsir  edərək  təkrar  istehsalın 

mərhələlərini gerçəkləşdirirlər. Məsələn, əsas fondlar vasitəsilə dövriyyə fondlarına 

təsir  göstərir  və  beləliklə  də  istehsal  baş  verir.  Maliyyə  vasitəsilə  dəyər  bölgüsü 

aparılarkən  ümumi  milli  məhsulun  dəyərinə  təsir  göstərilir  və  bölgü 

gerçəkləşdirilir. 

Maliyyə bölüşdürücü kateqoriyadır və geniş təkrar istehsal prosesinin yalnız 

bölgü  mərhələsində  iştirak  edir.  Maliyyə  nə  istehsalda,  nə  mübadilədə,  nə  də  is-

lehlakda birbaşa iştirak etmir, sonuncuya yalnız bölgü vasitəsilə təsir göstərə bilir. 

Maliyyə  pul  fondlarının  yaradılması  və  istifadəsi  ilə  bağlı  olan  pul-bölgü 

münasibətləri  toplusudur.  Maliyyənin  tərkibinə  müxtəlif  elementlər  daxildir.  Bü-

tövlükdə maliyyə mərkəzləşdirilmiş dövlət maliyyəsindən və biznes maliyyəsindən 

ibarətdir. Hökumət maliyyəsi də öz növbəsində mərkəzi hökumətlərin, yerli özünü-

idarəetmə  orqanlarının,  dövlət  və  bələdiyyə  müəssisələrinin  maliyyəsindən 

ibarətdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Təkrar istehsal 

 

İstehsal 



 

Mübadilə  

 

İstehlak 



 

Bölgü  


 

Maliyyə 


Mərkəzləşdirilmiş 

dövlət maliyyəsi  

 

Biznes maliyyəsi  



 

Dövlət 


müəssisələ-

rinin 


maliyyəsi  

 

Yerli 



özünüidarəetmə 

orqanlarının 

büdcəsi  

 

Büdcədən 



kənar dövlət 

fondları 

 

Mərkəzi 


hökumətin 

büdcəsi  

 


 

10

Ümumiyyətlə,  regional  maliyyə,  müstəqil  maliyyə  kateqoriyası  olaraq 



mürəkkəb  iqtisadi  münasibətləri  əks  etdirir  və  yenicə  yaranmış  elm  sahələrindən 

biridir.  Ölkə  maliyyəsi  özlüyündə  bir  neçə  regional  maliyyənin  məcmusundan 

ibarətdir.  Regional  maliyyənin  tərkibinə  regional  büdcə  (yerli  büdcələr  və  həmin 

region üzrə yuxarı orqanların büdcələri), region üzrə biznes maliyyəsi daxildir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Elmi anlayış kimi maliyyənin tarixi qədim olsa da, onun mahiyyəti hələ tam 

açılmamışdır.  Cəmiyyətin  inkişafında  maliyyənin  rolu  artdıqca  və  iqtisadiyyatın 

müxtəlif sahələrinə o, daha çox nüfuz etdikcə iqtisadçılar və maliyyəçilər arasında 

maliyyənin mahiyyətinə dair müxtəlif baxışlar formalaşmağa başlamışdır.  

Maliyyə elmində ən mübahisəli məsələlərdən biri maliyyənin iqtisadi təbiəti 

və maliyyə münasibətlərinin əhatə dairəsidir. Bir sıra maliyyəçilər hesab edirlər ki, 

maliyyə təkrar istehsalın ikinci mərhələsində ortaya çıxır. Buna görə də maliyyənin 

mahiyyətini 

təkrar 


istehsalın 

müxtəlif 

mərhələlərində 

meydana 


gələn 

münasibətlərlə bağlamaq düzgün deyil. Onu alqı-satqı fəaliyyəti üçün əsas olan və 

əmtəə  dövriyyəsi  prosesində  meydana  çıxan  milli  məhsulun  dəyərinin  pul 

formasında bölgüsü kimi qəbul etmək lazımdır. 

Maliyyənin  bölüşdürücü  xarakter  daşıdığını  qəbul  edən  alimlər  maliyyənin 

təkrar  istehsal  anlayışı  olduğunu  inkar  etmirlər.  Maliyyənin  meydana  gəlməsinin, 

təkrar  istehsalın  ikinci  mərhələsi  ilə  bağlılığından  danışarkən  maliyyə 

münasibətlərinin yerini və əhatə dairəsini, iqtisadi münasibətlər sistemində onların 

özünəməxsusluğunu  və  təsir  yönlərini  vurğulamaq  lazım  gəlir.  Maliyyə 

münasibətləri istehsal münasibətlərinin mühüm tərkib hissəsidir. 

Maliyyənin meydana gəlməsinin və inkişafının bilavasitə səbəbi dövlətin və 

dövlət orqanlarının fəaliyyəti ilə əlaqədardır. 

 

 

 



 

 

 



 

 

Regional maliyyə 



Regional büdcə   

Region üzrə 

Regionun yuxarı 

orqanlarının büdcələri  

Yerli  büdcələr  

 


 

11


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə