Cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyət temperatur adlanır



Yüklə 1,73 Mb.
tarix02.01.2022
ölçüsü1,73 Mb.
#35471
Fuad Mahmudov Biotibbi alətlər

Fakültə : İnformasiya texnologiyaları və İdarəetmə İxtisas : Biotibbi texnologiya mühəndisliyi Qrup : 615.7 Tələbə : Mahmudov Fuad Rəhbər : Abdullayeva Sevinc Fənn : Biotibbi alətlər Mövzu : Temperatur cədvəlləri

Plan

1. Temperatur 2. Termometr 3. Faranheyt şkalası 4. Kelvin şkalası 5. Selsi şkalası 6. Müqavimət termometrləri

Temperatur


Temperatur fiziki kəmiyyət olub makroskopik sistemdə hissəciyin kinetik enerjisini bir sərbəstlik dərəcəsində xarakterizə edir.

Cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyət temperatur adlanır.

Molekulların hərəkət enerjiləri temperaturdan asılı olaraq dəyişir. Temperaturun azalması ilə molekullarin hərəkət sürəti azalır və -273.15°C-də tamamilə dayanırlar. Bu temperatur temperaturun mütləq sıfrı adlanır.

Temperaturun ölçülmə üsulları


Mexaniki üsul, burada temperatur fərqi tətbiq olunan materialın istilikdən genişlənmə əmsalından asılı olaraq təyin edilir (civə termometri).

Elektrik üsulu, burada materialların istilikdən asılı olaraq elektrik müqavimətlərindən istifadə edilir.

Dolayı yolla, burada materialın temeraturdan asılı olaraq halından istifadə edilir (istilik kameraları).

Termometr


Cisimlərin qızma dərəcəsi termometr adlanan cihazla ölçülür. İlk zamanlar düzəldilən tərmometrlər əsasən maddələrin istidən genişlənməsi xassəsinə əsaslanmışdır. 

Termometriya daxili və xarici formalarda qeyd olunur.

1.Daxili temteratur – termometrin ağız və ya rektal hissədən bədənin temperaturunun ölçülməsi ilə təyin olunur, selikli qişadan ölçmə aparmaqla daxili orqanlarda olan temperatur ölçülür.

2.Səthi temperatur – dəri üzərindən qoltuq altı çökəkliyə qoyularaq bir müddət gözlənilir,bu zaman bədən temperaturu ətraf mühitin temperaturuna əsasən təyin olunur.


Temperatur cədvəlləri


Molekulların istilik hərəkət enerjilərinin temperaturla mütənasib olaraq artması məlum olanda artıq Selsi, Faranqeyt ,Reomir, Rankina, Kelvin şkalalarından istifadə edilirdi. 

Faranheyt şkalası


Faranheyt temperatur şkalasının sabit nöqtələri olaraq,su,buz,və dəniz duzu qarışığı nın temperaturu 0°F və insan bədəninin normal temperaturu təqribən 100°F seçilmişdir.

Faranqeyt şkalasında buzun ərimə temperaturu 32°F,suyun qaynama temperaturu 212°F-dir.


Kelvin şkalası


1848- ci ildə ingilis fiziki Uilyam Tomson (Lord Kelvin) temperaturun yeni şkalasını yaradır. Bu şkala mütləq temperatur və ya Kelvin şkalası adlanır.Kelvin — K hərfi ilə göstərilən və intervalı Selsi şkalası (Celsius) ilə eyni olan, ancaq sıfır nöqtəsi olaraq mütləq sıfıra (–273.15 °C) sahib temperatur ölçü vahidi. Mütləq sıfır temperatur adlanır. Kelvin şkalasında suyun qaynama temperaturu isə,373 K- dir.

Kelvin şkalası

Lord Kelvin

Selsi şkalası


Selsi şkalası 1742-ci ildə bu temperatur ölçü sistemini ilk dəfə təklif etmiş İsveç alimi Anders Selsinin (1701-1744) şərəfinə adlandırılmışdır. Onun təklif etdiyi şkalada suyun donma temperaturu 0°, qaynama temperaturu isə 100° müəyyən edilmişdi.

Əvvəllər Selsi şkalasında dərəcənin təyin olunması standart atmosfer təzyiqinin müəyyən edilməsindən asılı idi, çünki, suyun donma və qaynama temperaturları atmosfer təzyiqi ilə birbaşa bağlıdır. Bu hal hər hansı ölçü vahidinin standart olaraq qəbul edilməsi üçün əlverişli deyil.


Müqavimət termometrləri


Müqavimət termometrləri elektrik müqavimətinin temperaturdan asılılığına əsaslanır.Müqavimət termometrləri təqribən 14K ilə 900K temperatur intervalında işləyir.

Digər temperatur ölçü sistemləri ilə müqayisə


Faranqeyt və Selsi şkalalarında temperatur həm müsbət həm də mənfi qiymətlər ala bilər.

Kelvin şkalasına görə temperatur ancaq müsbət qiymətlər ala bilər.

Kelvin şkalasından Farengeyt şkalasına:

Farengeyt şkalasından Kelvin şkalasına:



Temperatur şkalaları arasında əlaqə

Ədəbiyyat


1. https://az.wikipedia.org/wiki/Selsi_şkalası 2. https://az.m.wikipedia.org/wiki/Temperatur 3. https://slideplayer.gr/amp/15187922/ 4. https://az.m.wikipedia.org/wiki/Farenheyt_şkalası 5. https://az.m.wikipedia.org/wiki/Kelvin

Diqqətiniz üçün təşəkkürlər
Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə