http://www.amu.edu.az
31 avqust 2015-ci il
2
Akademik Ə.Əmiraslanov qona-
ğı salamlayaraq, ona Azərbaycan
Tibb Universiteti haqda ətraflı
məlumat verib. Rektor Əlcəzair
universitetləri ilə ATU arasın-
da elm və təhsil sahələrində
əlaqələrin qurulmasında maraqlı
olduqlarını söyləyib.
Əlcəzair Respublikasının ölkə
mizdəki müvəqqəti işlər vəkili
vəzifəsinə yeni təyin olunan
cənab Abbes Benmoussat ilk
səfərini Tibb Universitetinə et-
diyini deyib. Azərbaycan geniş
əraziyə malik olmasa da, bu tor-
pağın bəşəriyyətə bir çox dahi
insan bəxş etdiyini söyləyən qo-
naq, akademik Ə.Əmiraslanovla
şəxsi tanışlığından qürur duy-
duğunu söyləyib. Azərbaycanda
bütün sahə lərdə, o cümlədən
tibb sahəsində gedən inkişaf-
dan
məmnunluğunu
bildirən
Abbes Benmoussat, iki dost
ölkə arasında elm, təhsil və tibb
sahəsindəki əlaqələrin daha da
genişləndirilməsini, müxtəlif təhsil
və elm müəs sisələri arasında
ikitərəfli əməkdaşlığın qurulması-
nın prioritet sahə olduğunu vurğu-
layıb. O, yaxın gələcəkdə ATU və
Əlcəzair universitetləri arasında
əla qələrin qurulacağına dəstək
olacağını söyləyib.
Öz
növbəsində,
akademik
Ə.Əmiraslanov da dost ölkənin
təhsil və müalicə müəssisələri
ilə elmi, təcrübi və pedaqoji
əməkdaşlığa hazır olduqlarını bil-
dirib.
Əlcəzair Xalq Demokratik Respublikasının
ölkəmizdəki müvəqqəti işlər vəkili
Azərbaycan Tibb Universitetinin qonağı olub
Avqust ayının 25-də Əlcəzair Xalq Demokratik Respublikasının
Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Abbes Benmoussat
Azərbaycan Tibb Universitetini ziyarət edərək universitetin rekto-
ru, akademik Əhliman Əmiraslanovla görüşüb.
ATU-nun mətbuat xidməti
B
u yaxınlarda daha bir ailədə
üçəm sevinci yaşanıb. Pərvanə
Daşdiyeva Azərbaycan Tibb Univer-
sitetinin (ATU) Tədris Cərrahiyyə
Klinikasında 2 qız və bir oğlan dün-
yaya gətirib.
Tibb üzrə fəlsəfə doktoru, ATU-
nun I Mama-ginekologiya kafedra-
sının assistenti Arzu İsmayılova-
nın sözlərinə görə, Pərvanə xanım
hamiləliyi dövründə bir neçə dəfə
Tədris Cərrahiyyə Klinikasına
müraciət edib: “Hamiləlik zamanı
vaxtından öncə doğuş riski olsa da,
buna qarşı müvafiq müalicə aparılıb
və nəticədə hamiləlik normal davam
edib. Son aylarda ana tam nəzarətə
götürülüb. Hamiləlik təxminən 36-
cı həftədə sona çatdırılıb”.
A.İsmayılovanın sözlərinə görə, üçəmlərin qeysəriyyə kəsiyi əməliyyatı ilə
götürülməsi haqda qərar verilib. Çünki ilk gələn döl ayaqla, ikincisi başgəlişi, sonuncu
döl isə çanaqgəlişi ilə gələcəkmiş. Buna görə uşaqların həyatını riskə atmamaqdan ötrü
qeysəriyyə əməliyyatı aparılıb.
Hazırda pediatrımız Səadət Yaqubovanın nəzarətində olan uşaqların vəziyyəti normal-
dır. Qeyd edək ki, oğlan 2300 qr, qızlar isə 1750 və 2100 qr çəki ilə doğulublar.
Biz də ATU kollektivi adından ailəni təbrik edir, uşaqlara cansağlığı arzulayırıq.
Tədris Cərrahiyyə Klinikasında üçəm dünyaya gəlib
Hörmətli Əhliman müəllim!
Əhalinin sağlamlığının qorunması, tibbi yardımla təminatı istiqamətində Saatlı rayon
sakinləri ilə ğörüşərək onların problem və qayğıları ilə maraqlanmağınız, müxtəlif vaxt-
larda rayon sakinlərinə tibb yardım göstərmək məqsədilə Azərbaycan Tibb Universi-
tetinin əməkdaşlarını, tibb sahəsində tanınmış elm adamlarını rayona ezam etməyiniz
və eləcə də cərrahi əməliyyat və tibbi müayinə üçün bilavasitə Sizə müraciət edən ra-
yon sakinlərinə göstərdiyiniz köməklilklərə görə Sizə rayon ictimaiyyəti adından dərin
minnətdarlığımızı bildiririk.
Saatlı rayonunun yüzlərlə sakini rəhbərliyinizlə həyata keçirilən tibbi müayinə və
cərrahi əməliyyatlardan şəfa tapmış, sağlam həyata qayıtmışdır. 2015 ci ilin may ayın-
da bədbəxt hadisə nəticəsində öz sağlamlığını itirərək yataq xəstəsi olmuş, 1963cü
il təvəllüdlü, Saatlı rayon sakini Tağıyeva Sevinc Sarıbala qızı da müalicəsi ilə bağlı
Sizə müraciətindən sonra cərrahi əməliyyat nəticəsində sağlam həyata qovuşmuş-
dur. Sizin zəngin təcrübə və bacarığınızdan, dəyərli məsləhətlərinizdən, göstərdiyiniz
köməkliklərdən bəhrələnmiş xəstələr, onların doğmaları və yaxınları xeyirxah və nəcib
işinizə görə öz razılıqlarını bildirmiş, müasir müalicə üsullarından faydalandıqlarını
ifadə etmişlər.
Sizə və rəhbərlik etdiyiniz tibbi heyətə əhalinin sağlamlığının qorunması istiqamətində
yüksək təşkilatçılıqla həyata keçirdiyiniz xeyirxah tədbirlərə, eyni zamanda böyük
hörmət və rəğbətini qazandığınız seçicilərinizə göstərdiyiniz diqqət və qayğıya görə
bir daha dərin təşəkkürümüzü bildirir, sağlam həyat naminə əvəzolunmaz işinizdə
yeni yeni uğurlar arzulayırıq.
Hörmətlə: Siraqəddin Cabbarov,
Saatlı Rayonu İcra Hakimiyyətinin Başçısı
Azərbaycan Respublikası Milli Məclisinin
deputatı, Azərbaycan Tibb Universitetinin
rektoru, akademik Əhliman Əmiraslanova
Birinci xanım Mehriban Əliyeva ad günü münasibətilə onu təbrik edənlərin
hamısına minnətdarlığını bildirir
Hörmətli oxucular,
Əziz dostlar!
Ad günüm münasibətilə KİV-lər, sosial şəbəkələr, Azərbaycanın müxtəlif region-
larından və xarici ölkələrdən məktublar və teleqramlar vasitəsilə aldığım çoxsaylı
təbriklər üçün hamınıza səmimi qəlbdən təşəkkürümü və minnətdarlığımı bildirmək
istəyirəm. Mən sosial şəbəkələrin fəal olmayan istifadəçisiyəm. Amma mənə deyirlər
ki, siz mənə nə qədər xeyirxah, xoş və səmimi arzular ünvanlamısınız. Hamınıza “Çox
sağ olun” deyirəm! Mən məktublarınızdan çox böyük müsbət enerji aldım. Öz
məhəbbətlərini belə sadə, gözəl və səmimi ifadə edən uşaqların təbrikləri məni çox
mütəəssir etdi.
Mən sizin diqqətinizi yüksək qiymətləndirirəm və hər birinizə minnətdaram. Sizin
arzularınızdan doğan hərarətə, hər bir sözünüzdə hiss etdiyim səmimiyyətə görə
minnətdaram. Məhəbbətinizə və etimadınıza görə sağ olun.
Artıq uzun illərdir ki, mən həyatımın ən müxtəlif məqamlarında sizin dəstəyinizi
hiss edirəm. Məhz siz və sizin mənə inamınız məni ruhlandırır və əlavə qüvvə verir.
Sözlərin və vədlərin müəyyən müddətdən sonra unudulmaq xüsusiyyəti var. Amma
həyata keçirilən ideyaların nəticələri heç vaxt yaddan çıxmır. Sizin təbriklərinizi
mənim fəaliyyətimə, mənim zəhmətimə ehtiramın əlaməti kimi dəyərləndirirəm.
Əziz dostlar!
Hər birinizə ayrılıqda cavab verməyə fiziki imkanım olmadığı üçün bir daha hamı-
nıza xoş münasibətə görə dərin minnətdarlığımı bildirirəm. Hər birinizə, ailələrinizə,
doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik, aydınlıq və
məhəbbət arzu edirəm.
Məhəbbətlə,
Mehriban Əliyeva
27 avqust 2015-ci il
31 avqust 2015-ci il
http://www.amu.edu.az
3
1989cu il təvəllüdlü xroniki
böy rək çatışmazlığından əziyyət
çəkən və uzun müddətdir ki, he-
modializ seansları alan xəstəyə
anasından alınan böyrək köçü-
rüldü. Övladına 2ci dəfə həyat
verən anadan donordan böyrək
alınma əməliyyatı Azərbaycanda
ilk dəfə olaraq endoskopik (ret-
roperitonoskopik) üsulla icra
edilmişdir. Halhazırda dono-
run (ana) və xəstənin (oğul)
ümumi vəziyyəti qənaətbəxşdir.
Əməliyyatda ATUnun I cərrahi
xəstəliklər kafedrasının müdiri,
AMEAnın müxbir üzvü, profes-
sor Nuru Bayramovun başcılığı
ilə klinikanın baş həkimi, dosent
Asiman Həsənov, həkimcərrah
Ruslan
Məmmədov,
həkim
uroloq Fikrət Əhmədov, nefro-
loq Orxan Quliyev, anestezioloq
Cavid Paşayev və digər tibb per-
sonalından ibarət heyət iştirak
etmişdir. İstanbul Bilim Univer-
sitetinin professoru Barış Akın
ATUda icra edilən bu ilk orqan
köçürülməsi əməliyyatında ya-
xından iştirak edərək
dəstək olmuşdur.
ATUnun rektoru, akademik
Əhliman Əmiraslanov böyrək
köçürülən xəstəyə və donora
baş çəkərək onların vəziyyəti ilə
yaxından tanış olmuş, hər ikisinə
şəfa diləyərək tezliklə sağalıb ya-
xınlarına qovuşmalarını arzula-
mışdır.
Qeyd
etmək
lazımdır
ki,
əməliyyatın icra olunduğu ATU
nun Tədris Cərrahiyyə klinikası
ən müasir tibbi avadanlıqlarla
təchiz olunmuş və yüksək ixti-
saslı mütəxəssislərin çalışdığı
tibb müəssisəsidir.
Məhəmməd
Davudovun
sözlərinə görə, qırtlaqudlağın
şişi deyərkən, söhbət, udlağın
aşağı hissəsinin xərçən gindən,
bədxassəli şişindən gedir: “Həmin
nahiy yədə şiş aqressiv gedişə ma-
lik olur və boyun limfa düyünlərinə
metastaz verir. Əməliyyat zamanı
qırtlaqudlaq tam götürülür, bo-
yun limfa düyünləri tam şəkildə
çıxarılır. Burada ikinci çox mühüm
məsələ götürdüyümüz toxumala-
rın, yəni həmin qüsurun rekons-
truksiyasıdır, yəni bərpa olun-
masıdır. Bu ona görə vacibdir ki,
xəstənin qidalanması bərpa oluna
bilsin”.
Həkim
M.Davudovun
söz lə
rinə görə, bunün üçün bir çox
üsullardan istifadə olu nur: “Dün-
ya praktikasında da udlağın
rekonstruksiya sı üçün bir çox
flepplərdən istifa də olunur. Bun-
lardan biri də acı bağırsaqdan gö-
türülmüş fleppdir. Xəstələr məhz
belə rekonstruksiyadan sonra
normal həyata daha rahat adap-
tasiya olunurlar”.
Məhəmməd
Davudov
bildir-
di ki, bu əməliyyat prosesi çox
mürəkkəb olduğu üçün xaricdə
olan həkimlərlə işbirliyi qurmaq
qərarına gəldik: “Beləliklə də,
təcrübə mübadiləsi aparmış olu-
ruq. Tehran Tibb Elmləri Universi-
tetinin estetikplastikrekonstruk-
tiv cərrahı, dosent, doktor Həmid
Rza Fəthini bu əməliyyat üçün
klinikamıza dəvət etdim. Onun-
la birgə bu əməllyyatın icrasını
uğurla həyata keçirdik”.
Tədris Cərrahiyyə klinikasında xəstəyə böyrək köçürüldü
ATU-nun Tədris-Cərrahiyyə Klinikasında
qırtlaq-udlağın karsinoması olan xəstədə
rekonstruktiv cərrahi əməliyyat həyata
keçirilib
Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə kli-
nikasında universitet tarixində ilk dəfə olaraq böyrək transplantasiyası
əməliyyatı həyata keçirilmişdir.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında
Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov
tərəfindən çox mürəkkəb bir əməliyyat həyata keçirildi.
Bu il qəbul imtahanlarında 700 bal
toplayaraq Azərbaycan Tibb Universitetini
seçən abituriyentlərdən biri də Nurlan
Məcidovdur.
İmtahanda ən yüksək nəticə göstərən
Nurlan ATU-nun müalicə işi fakültəsinin
tələbəsi olmağa üstünlük verib.
Bakı Türk Anadolu liseyinin məzunudur.
İlk təhsilini Bakıdakı 132 nömrəli tam
orta məktəbdə alıb. Dördüncü sinifdə
oxuyarkən Bakı üzrə “İlin şagirdi” seçilib.
IV ixtisas qrupu üzrə “Zəka” kurslarında
iki il hazırlaşıb. Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının təşkil etdiyi sınaq imtahan-
larında 670680 bal toplayıb. Yüksək bal
toplayacağına inanıb. Nurlan imtahan-
dan çıxanda yaxşı yazdığını bilib. Evə
gəldikdən sonra düzgün cavabları yoxla-
yanda çox sevinib. İlk sevincini də anasıyla, daha sonra sinif yoldaşları və
müəllimlərilə bölüşüb. Nurlan sənədlərini Azərbaycan Tibb Universitetinin
müalicə işi fakültəsinə verib. Çünki bacısı və qardaşı tibb sahəsi üzrə təhsil
alırlar. Onlar təhsillərini Türkiyədə davam etdirirlər. O da gələcəkdə təhsilini
xaricdə davam etdirmək arzusundadır.
Nurlan MƏCİDOV: «İlk sevincimi anamla, daha sonra sinif
yoldaşlarım və müəllimlərimlə bölüşdüm»
Asya MAHMUDOVA bu il qəbul imtahanlarında
seçilməyi bacaran bir neçə gəncdən biridir.
Zaqatalalı bu gənc IV qrup üzrə imtahanlarda
ən yüksək nəticə - 700 bal toplayıb. İlkin
seçimdə üstünlüyü Azərbaycanın ən iri ali
təhsil ocağı olan Tibb Universitetinə verib.
1996cı ildə Zaqatala rayonunun Əliabad
qəsəbəsində anadan olub. IV qrup üzrə 700
bal toplayan Asya Mahmudova 3 il Zaqatala-
dakı “Modern” kurslarında bir neçə dəfə 700
bal toplayıb. O, orta məktəbi əla qiymətlərlə
bitirib. Sənədlərini Tibb Universitetinin müalicə
işi fakültəsinə verib. Arzusu tanınmış həkim ol-
maqdır.
Asya qazandığı nailiyyətlərə görə müəllimlərinə
və valideynlərinə minnətdar olduğunu bildirir.
Asya MAHMUDOVA: “Qazandığım nailiyyətlərə görə
müəllimlərimə və valideynlərimə minnətdarlığımı
bildirirəm”
700 bal toplayan iki abituriyent
Azərbaycan Tibb Universitetini
seçib
ATU-nun mətbuat xidməti
http://www.amu.edu.az
31 avqust 2015-ci il
4
Tibbi biologiya və genetika
kafedrasının müdiri, professor
Canbaxış Nəcəfov:
Ç
ox yüksək
səviyyədə istirahət edirik.
Hər il əməkdaşların istirahəti
naminə böyük işlər görülür.
Gündə 3 dəfə keyfiyyətli
yeməklə təmin olunuruq. Malik
müəllim səhərdən axşamadək
istirahət düşərgəsinə ciddi
nəzarət edir. Bura nə bir yad
adam girir, nə balalarımıza
artıq-əskik söz deyən var.
Çimərlikdə də Azər müəllimin
nəzarəti altında gün ərzində
2 dəfə çimir, dincəldiyimiz 15
gün müddətində yaxşı enerji
toplayırıq ki, sentyabrda xoş
ovqatla işimizə başlayaq.
Buranın ən gözəl cəhətlərindən
biri meşə ilə dənizin bir-birilə
qovuşmasıdır. Həm də bir-
birimizi yaxşı tanıdığımızdan
səmimi ünsiyyət qurur, nərd,
domino, şahmat oynayırıq.
Nabranda yerləşən digər
ali məktəblərin istirahət
mərkəzləri ilə “Təbib” istirahət
düşərgəsini müqayisə etdikdə
buranın bir sıra üstünlüklərini
də açıq şəkildə görürük ki,
bu da bizə yeni ruh, əlavə
qol-qanad verir. Yüksək
səviyyədə istirahət etməmiz
üçün universitetimizin
rektoru, akademik Əhliman
Əmiraslanovun, Həmkarlar
İttifaqı Komitəsinin sədri
Cahangir Qasımovun hər
an diqqətini üzərimizdə hiss
etmək də bizim üçün çox xoşdur.
“Burada neçə ildir
istirahət etmədiyimə çox
peşimanam”
Farmokologiya kafedrasının
dosenti Aydın Əliyev:
Azərbaycan
Tibb Universitetində 35 ildir
işləməyimə baxmayaraq,
“Təbib” istirahət düşərgəsinə
ilk dəfədir ki, gəlirəm.
Açığını deyim ki, bu müddət
ərzində bura gəlmədiyimə
görə çox peşimanam. Amma
növbəti illərdə hər yay bura
gəlməklə səhvimi düzəltməyə
çalışacağam. Bir həkim kimi
düşərgədə verilən qidaların
keyfiyyətini də yüksək
qiymətləndirirəm. Buradakı
təmiz hava, saf su, günəş,
torpaq, meşə təbiətin bir hissəsi
olan insanın sağlamlığına
müsbət təsir göstərir. Bir
üstün cəhət də odur ki, burada
dincələnlər doğma kollektivin
üzvləridir. Düşərgə sakinləri
arasındakı mehribanlıq, xoş
ünsiyyət ürəyimcədir. Yaradılan
şəraitə görə zəhməti olan hər
kəsə təşəkkürümü bildirirəm.
Ayrıayrılıqda bütün korpusları
baş çəkərkən bir daha əmin
olduq ki, rəhbərliyin “Təbib”
d ü ş ə r g ə s i n d ə
d i n c ə l ə n
əməkdaşlara göstərdiyi qayğı
Universitet Həmkarlar İttifaqı
Komitəsinin sədri, dosent
Cahangir Qasımovun timsalında
hər addımbaşı hiss edilir. O,
vaxtaşırı düşərgədəki ümumi
vəziyyətlə yerindəcə tanış olur,
sakinlərin arzu və təkliflərinə
uyğun olaraq onların rahat
istirahəti, asudə vaxtlarını
səmərəli keçirmələri üçün
əlindən gələni əsirgəmir.
Bu qənaətimizdə yanıl
madığımızı müsahiblərimiz fərdi
söhbətlərində də təsdiqləyirlər.
“Bir il bura gəlməsəm
ölərəm”
Pediatriya fakültəsi üzrə
həmkarlar təşkilatının sədri,
dosent Elmira Bunyadzadə:
Düz
20 ildir ki, hər yay bura gəlirəm.
Buranın gözəlliyini görmək üçün
təbiətin fanatı olmaq lazımdır.
Nabran Allahın Azərbaycana
bağışladığı bir nemətdir.
Nabranda da ən gözəl yer
“Təbib” istirahət düşərgəsinin
ərazisidir. Oğlum ilk sevgisini
də burada tapıb. Bu gözəl oğlan
da o sevginin barıdır, nəvəmdir.
Qeyri-təvazökarlıq olmasın,
Azərbaycanın, eləcə də xarici
ölkələrin ən məşhur istirahət
mərkəzlərində dincəlmək
imkanlarım var. Ancaq sevirəm
də buranı. Bir il bura gəlməsəm
ölərəm. Allahın Azərbaycana
bəxş elədiyi 9 iqlimdən biri
- subtropik iqlim buradadır.
3-4 gün kifayətdir ki, o iqlimi
tam təsəvvür edəsən. Mavi
Xəzərimiz, hər yerdə gözəl su
mənbələri. Bir tərəfdən meşədən
gələn dağ havası, o biri tərəfdən
isə dəniz havası. Təbiətin
verdiyi bu əvəzsiz nemətlər
istirahətin effektini daha da
artırır.