Mecburi sertifikatlasdirma
Sertifikatlaşdırma hər bir ölkədə fəaliyyət göstərən sertifikatlaşdırma sistemində müəyyən edilmiş sxemlər üzrə aparılır. Sertifikatlaşdırma sxemi dedikdə məhsulların, xidmətlərin, keyfiyyət sistemlərinin və personalın uyğunluğa qiymətləndirilməsi zamanı üçüncü tərəfin fəaliyyətinin tərkibi və ardıcıllığı başa düşülür. Sertifikatlaşdırma sistemi bir neçə sxemlərin tətbiqini nəzərdə tutur. Sertifikatlaşdırma sxemini seçən zaman istehsalatın, konkret məhsulun sınaqlarının və istifadəsinin xüsusiyyətləri, sübutetmənin tələb olunan səviyyəsi, sifarişçinin mümkün olan xərcləri nəzərə alınmalıdır.
Sertifikatlaşdırma məcburi və könüllü sertifikatlaşdırmaya bölünür. Son zamanlar məcburi sertifikatlaşdır manı qanunvericiliklə tənzimlənən, könüllü sertifikatlaş dırmanı isə qanunvericiliklə tənzimlənməyən sertifikatlaşdırma adlandırırlar. Sertifikatlaşdırmanın təsir sahələrinə bölünməsinin səbəblərinə baхaq.
Məcburi sertifikatlaşdırma ətraf mühitin mühafizəsi, insanların həyatı, sağlamlığı və əmlakın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məhsullar və xidmətlər üçün həyata keçirilir. Qanunvericiliklə bu mallara qoyulan tələblər bütün istehsalçılar tərəfindən daхili bazarda və idхalçılar tərəfindən onları Azərbaycan Respublikasının ərazisinə gətirən zaman yerinə yetirilməlidir. Respublikada məcburi sertifikatlaşdırılmalı məhsulların və xidmətlərin nomenklaturası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən «Istehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq təyin edilir və ona ildə bir dəfədən gec olmayaraq yenidən baxılır. Respublikada təhlükəsizliyi təmin olunmalı məhsulların nomenklaturası əlavə 1-də verilir.
Şəkil 1.-də məcburi sertifikatlaşdırmaya aid edilən məhsulların və xidmətlərin növləri göstərilmişdir.
Şəkil 1.. Məcburi sertifikatlaşdırılan məhsulların və xidmətlərin növləri
ÖLÇÜ METODLARI
Dostları ilə paylaş: |