Cəmil Əli oğlu haciyev elxan Rəcəf oğlu allahverdiyev



Yüklə 2,38 Mb.
səhifə1/41
tarix24.05.2020
ölçüsü2,38 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   41

Cəmil Əli oğlu HACIYEV Elxan Rəcəf oğlu ALLAHVERDİYEV


Azad Qənbər oğlu İBRAHİMOV

SUVARMA ƏKİNÇİLİYİ

(Dərs vəsaiti)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.09.2011-ci il tarixli 1540 saylı əmri ilə qrif verilmiş dərs vəsaiti kimi təsdiq edilmişdir.

Bakı - 2012



2

Elmi redaktor: AzETPİ-nun direktoru, k.t.e.d. H.Ə.Aslanov

Rəy verənlər: Əməkdar elm xadimi, k.t.e.d. AzETPİ-nun Aqro- texnologiya şöbəsinin professoru V.S.Zaytsev

ADAU-nun Aqrokimya, torpaqşünaslıq və ekoloji kənd təsərrüfatı kafedrasının professoru, k.t.e.d. F.H.Axundov





  1. Ə.Hacıyev, E.R.Allahverdiyev, A.Q.İbrahimov “Suvarma əkinçiliyi” (dərs vəsaiti).

Bakı, “MBM” nəşriyyatı, 2012, 224 səh.





MÜNDƏRICAT

  1. GİRİŞ 5

  2. Suvarma əkinçiliyinin məqsədi vəzifələri 7

    1. Suvarma əkinçiliyinin elmi əsaslarının inkişafında alimlərin

rolu 12

    1. Suvarma əkinçiliyinin inkişaf yolları 15

  1. Suvarma əkinçiliyinin bioloji və aqrotexniki əsasları 18

3.1. Suvarma şəraitində əkinçilik qanunlarının təsiri 18

  1. Su rejimi və onun nizamlanması yolları 26

    1. Bitki həyatında və torpaqda suyun əhəmiyyəti 26

    2. Torpaqda nəmliyin toplanma və itmə səbəbləri 35

    3. Bitki kökləri yerləşən torpaq qatında su balansı 39

    4. Suyun torpaqla əlaqə formaları 43

    5. Torpağın su xassələri 47

    6. Torpağın nəmlik xüsusiyyətləri 51

    7. Torpaqda su rejimini nizamlamağın əsas məsələləri 52

  1. Suvarma əkinçiliyi bölgələri 56

    1. Kənd təsərrüfatı bitkilərinin suvarılması 56

    2. Suvarma suyunun keyfiyyətinə nəzarət 60

    3. Çirkab suların təmizlənməsi və suvarmada rolu 62

    4. Suvarmada şor (duzlu) sulardan istifadə 65

    5. Suvarmanın torpaq proseslərinə və mikroiqlimə təsiri 68

    6. Suvarma yolu ilə torpaqda və bitkilərdə su rejiminin

nizamlanması 72

  1. Suvarmanın növləri üsulları 82

    1. Yerüstü üsulla suvarma 84

    2. Torpaqaltı suvarma 88

    3. Yağışyağdırma üsulu ilə suvarma 89

    4. Damcılarla suvarma üsulu 90

    5. Dispers su damcıları (aerozol) suvarma üsulu 94

  1. Suvarma şəraitində torpağın becərilməsi 95

    1. Suvarılan torpaqların becərilmə xüsusiyyətləri 95

    2. Suvarılan torpaqlarda əsas payızlıq becərmələri və əkin qatının dərinləşdirilməsi 105

    3. Torpağın səpinqabağı becərilməsi və bitkilərin vegetasiyası dövründə torpağa qulluq işləri 107

    4. Liman suvarılması üçün torpağın becərilməsi 109

    5. Suvarma növbəli əkinində torpaq becərmənin xüsusiyyətləri 111

  1. Suvarma şəraitində alaq otları və onlara qarşı mübarizə 114

8.1. Alaq otlarına qarşı mübarizə tədbirləri 125

  1. Suvarılan torpaqlarda əkinçilik sistemləri və növbəli əkinlər 131

    1. Tarla və xüsusi növbəli əkinlərinin xüsusiyyətləri 132

    2. Suvarma şəraitində torpağın becərilmə xüsusiyyəti 142

    3. Gübrələmə sistemi 144

    4. Suvarma şəraitində vahid sahədən bir ildə iki məhsul alınması 144

  1. Suvarma şəraitində kənd təsərrüfatı bitkilərinin becərilməsinin xüsusiyyətləri 146

    1. Dənli dənli-paxlalı bitkilər 146

    2. Payızlıq buğda 146

    3. Qarğıdalı 153

    4. Çəltik 160

    5. Soya 171

    6. Texniki bitkilər. Pambıq 176

  1. Suvarma sistemləri 187

  2. Suvarmanın ekoloji problemləri 191

    1. Suvarma eroziyası, onun aradan qaldırılması yolları 197

    2. Su eroziyasına məruz qalan torpaqların becərilməsi 201

    3. Suvarılan torpaqlarda təkrar şorlaşmaya və bataqlaşmaya qarşı mübarizə tədbirləri 205

    4. Suvarma əkinçiliyində meşə zolaqlarının rolu yeri. 206

  1. Ədəbiyyat 222
    1. GİRİŞ

Azərbaycan Respublikası Prezdentinin 25 avqust 2008-ci il ta- rixli sərancamı ilə təsdiq edilmiş 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramı ölkənin iqtisadi siyasətinin başlıca istiqamət- lərindən birini təşkil edir. 70-ci illərdən başlayaraq dünya ictimay- yətini təbiətdə gedən qlobal dəyişikliklərin nəticələri və ətraf mü- hitə antropogen təsirin ölçüləri, onun mühafizəsi məsələləri daha çox düşündürməyə başlamışdır.

Dünyada torpaq və su resurslarından daha çox istifadə edilir.Bu sahə geniş əraziləri əhatə etdiyindən təbiətə güclü təsir göstərir, regionların hidrogeoloji şəraitini, təbii landşaftını və tarixən əmələ gəlmiş bitki, heyvanat aləminin birgə mövcudluq şərtlərini əsaslı şəkildə dəyişdirir.

Əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəməyin əsas yollarından biri də torpaqların məhsuldarlığının artırılmasıdır. Bu da bir sıra aqrotexniki tədbirlərlə yanaşı suvarma işlərinin düzgün və vaxtında təşkil edilməsindən çox asılıdır.

Müqəddəs kitabımız olan “Qurani Kərim”in bir çox surələrində qeyd olunmuşdur: Biz göydən tərtəmiz su endirdik ki, onunla ölü bir yerə can verək, yaratdığımız heyvan və insanları sulayaq, (Furqan, 25/48-49). Biz göydən bərəkətli su endirdik ki, sonra onunla bağlar və biçilən taxıl dənləri yetişdirdik (Qaf , 50/9). “Biz göydən yağış yağdırdıq və yerdə hər cütdən bir bitki yetişdirdik” (Loğman” 31-10). Bir ölkəyə sürərək buludları, ölmüş ikən dirildə- rik torpağı (muminin 23-18)”; “Görürsən qup-qurudur yer üzü bə elə ki, üstünə su endiririk, tərpəşib oyanır, dirilir torpaq, hər gözəl bitkidən növ-növ bitirir (həcc 22-5)”.Göründüyü kimi susuz torpağın ölü olduğu “Qurani Kərim”də də göstərilmişdir. Buna gö- rədə quraqlıq bölgələrdə kənd təsərrüfatı bitkiərini suvarma olma- dan yetişdirmək, ondan yüksək məhsul almaq mümkün olmadığı bu gündə mövcuddur.

Su canlı aləmdə həyat proseslərindəki vacibliyi nəzərə alın- maqla planetimizin ən qiymətli sərvəti adlandırılır.Alimlər hesab

edirlər ki, Yer planetində həyat məhz su daxilində suyun təsiri ilə əmələ gəlmişdir.Təbiətdə bitki və canlı orqanizmlərdə baş verən bütün proseslər suyun iştirakı ilə həyata keçir.Demək olar ki, bütün varlıqların ilk yaradıcısı sudur.Su istər kənd təsərrüfatında, istərsə də sənayedə zəruri komponentdir.

Hazırda dünya ölkələrinin böyük əksəriyyətində aqrar sahənin səmərəli inkişafı yalnız iri miqyaslı irriqasiya sistemlərinin tətbiqi ilə suvarmanın həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Statistik məlumatlara əsasən hazırda dünyada suvarılan torpaq sahələri təxminən 220-230 milyon hektar təşkil edir.Bu əkin sahələrinin yalnız 17%-ni təşkil etməsinə baxmayaraq, istehsal olunan ümumi kənd təsərrüfatı, o cümlədən əkinçiliyin bütün məh- sullarının 50%-dən çoxu həmin ərazilərdən götürülür.

Respublikamızda kənd təsərrüfatının bütün sahələrinin hərtərə- fli, dinamik və davamlı inkişafı su ehtiyatımızdan səmərəli istifadə edilməsindən, onun mühafizəsindən çox asılıdır.Statistik məlumat- lara görə hazırda respublikamızın ərazisində 1,426 mln hektar su- varılan əkin sahəsi vardır. Mövcud su ehtiyatlarımızdan səmərəli istifadə olunsa, torpaqlarımızın meliorativ vəziyyətini yaxşılaş- dırsaq, suvarma sistemlərini yeniləşdirərək suvarılan ərazilərimizin sahəsini 3,2 mln hektara kimi genişləndirmək mümkündür. Ölkədə suvarılan sahələrin ən çoxu 46,7%-I (665,3 min ha) Aran böl- gəsinin payına düşür. Ən az suvarılan torpaqlara isə Lənkaran böl- gəsində rast gəlinir.

Statistik məlumatlara görə respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsullarının 80-85%-ə qədəri bu və ya digər də- rəcədə suvarma şəraitində yetişdirilir.

Suvarma əkinçiliyi kifayət qədər rütubətliyə malik olmayan rayonlarda kənd təsərrüfatının intensivləşdirilməsində başlıca istiqamətlərdən biridir. Kənd təsərrüfatı bitkilərinin suvarma şərai- tində yetişdirilməsi ilə suvarma əkinçiliyi elmi məşğul olur. Kənd təsərrüfatı bitkiləri vegetasiya dövründə normal nəmliklə təmin olunmadıqda suvarmaya ehtiyac duyulur.Quraq rayonlarda suvar- ma bütün kənd təsərrüfatı bitkilərindən sabit və yüksək məhsul alınmasını təmin edir.

    1. Suvarma əkinçiliyinin məqsədi və vəzifələri

Respublikamızın kifayət qədər su çatışmayan rayonlarında kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul götürmək üçün suvarma ən vacib, təxirəsalınmaz amillərdən biridir.Belə ki, kənd təsərrüfatı bitkilərinin vegetasiya dövründə və ya müəyyən inkişaf fazalarında təbii rütubət çatışmamasına görə bitkilərin suvarılması zərurəti yaranır.

Suvarma torpağın münbitliyini bərpa edən elementlərdən biri olub bitkinin su tələbatını ödəməklə yanaşı, həm də torpağın istili- yinə, hava rejiminə, kimyəvi tərkibinə və ondakı bakteriyaların mikrobioloji fəaliyyətinə təsir göstərir.

Torpağın digər amillərlə yanaşı su ilə sıx surətdə qarışılıqlı əla- qədə olması, bitkilər tərəfindən işığın mənimsənilməsi prosesinin sürətlənməsinə nail olur ki, bu da öz növbəsində yüksək məhsul götürülməsində mühüm rola malikdir.

Suvarma, bitkilərin torpaqdakı mineral maddələrin və torpağa verilən gübrələrin qida elementlərinin tam mənimsənilməsi üçün çox əlverişli imkan yaratmaqla bərabər, kimyalaşdırmanın tət- biqinə geniş imkan yaradır.

Beləliklə, suvarma əkinçiliyi şəraitində yalnız intensivləşdiril- məsi, suvarılması, kimyalaşdırılması və kompleks mexanikləşdiril- məsinin birgə yüksək səviyyədə tətbiqi sayəsində məhsuldarlığı maksimum inkişaf etdirmək olar.

Bütün bunlar suvarılan torpaqlardan daha məhsuldar istifadə edərək kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının istehsal pro- sesini artırıb, əkinçiliyin ən ali forması kimi qiymətləndirilməsinə imkan verir.

Svarmanın əsas məqsədi torpaqda əkinçilik üçün əlverişli şərait yaradılması, torpağın münbitliyinin qorunub saxlanması və yük- səldilməsi əsasında kənd təsərrüfatı məhsulları istehsalının sabitli- yini, onun yüksəldilməsini təmin etmək, az məhsuldar, quraqlıq əraziləri rütubətləndirərək kənd təsərrüfatı dövriyyəsinə cəlb et- məkdən ibarətdir.

Suvarma suyuna qənaət edilməsi, sərf olunmuş hər m3 sudan

böyük miqdarda kənd təsərrüfatı məhsullarının əldə olunması suvarma əkinçiliyinin ən vacib problemlərindən biri hesab olunur.

Suvarma bu və ya digər təbii iqlim zonaları şəraitindən asılı olaraq, aqrotexnika və aqromeliorativ tədbirlər kompleksinin bir hissəsini təşkil edib əkinçilik sisteminə daxil edilir.

Suvarma torpaqda münbitlik yaratmaqla yanaşı, onun struktu- rasının daim yaxşılaşdırılmasında mühüm rola malik olub mikroiq- lim kimi bir sıra təbii amillərə də çox müsbət təsir edir.

Suvarılmayan torpaqlara nisbətən, suvarılan quraq torpaqlarda suvarmanın çox sahəli müsbət təsiri nəticəsində 2-4 dəfə və ayrı- ayrı müstəsna hallarda isə 5-10 dəfə artıq məhsul götürməyə nail olmaq mümkündür. Məhz ona görə istehsal olunan kənd təsərrüfatı məhsullarının çox yarısı yalnız həmin suvarılan torpaqların hesabınadır.

Son zamanlar suvarılan torpaqlarda müxtəlif kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsinin çox miqdarı istehsalat təcrübə- lərinin elmi əsaslarla təhlili və nəzəri cəhətdən ümumiləşdirilməsi, suvarma əkinçiliyinin ayrıca bir elm kimi meydana gəlib inkişaf etməsinə şərait yaratdı.

Ona görə də suvarma əkinçiliyi sitemində ayrı-ayrı böyük zo- naları üzrə xüsusi aqrotexniki üsulların tətbiqi sistemi işlənib ha- zırlandı. Bu elmin qarşısında duran ən mühüm məsələ, aqrotexnika fonunda, suvarma vasitəsilə ən yüksək məhsuldarlığa nail olmaq- dan ibarətdir. Buna dair əkinçiliyin çox geniş və real imkanı vardır. Məsələn, dənlik qarğıdalı bitkisinin qida rejimi şəraitini yaxşılaşdırmaq şərtilə suvarma hesabına dən məhsuldarlığı iki və hətta ayrı-ayrı xüsusi qulluq edilən təsərrüfatlarda isə üç dəfəyə qədər artır. Digər tərəfdən müvafiq olaraq əldə edilən 1 sentner əlavə məhsula sərf edilən suyun miqdarı isə bir o qədər azalır.

Təbiətdə su ehtiyatı məhdud olduğuna görə suvarma əkinçiliyi- nin qarşısında suvarma suyundan çox yüksək iqtisadi səmərəliklə və ehtiyatla istifadə etmək üçün aqrotexniki tədbirlər sistemi işlə- yib hazırlamaq kimi daha bir mühüm konkret məsələ meydana gəlir.

Suvarma əkinçiliyi elminin qarşısında duran məsələni çox geniş

nümayiş etdirmək üçün nəzərə almaq lazımdır ki, suvarma məq- sədilə sahələrə gətirilən suyun effektliyi, məhsuldarlığın artırılması məsələsinin yalnız yarısını həll edə bilər, ikinci bir yarısını isə əkinçilik elminin gizli real ehtiyat yolları vasitəsidir.Yuxarıda qeyd etdiyimiz kimi əyani surətdə mineral gübrələrə suvarma suyunun təsiri effektliyini buna nümunə göstərmək olar.

Suvarma əkinçiliyi elminin qarşısında duran əsas vəzifə rütubət çatışmayan ərazidə kənd təsərrüfatı bitkilərindən sabit və yüksək keyfiyyətli məhsul istehsalını təmin etmək və bu ərazidəki torpaq- ların su-hava, istilik və qida rejimlərini nizamlamaqdan ibarətdir. Suvarma torpağın münbitliyini yüksəldir, suvarılan ərazidəki mik- roiqlimi yaxşılaşdırır, torpağın fiziki-kimyəvi, istilik və bioloji xüsusiyyətlərini əlverişli istiqamətdə dəyişdirir, nəticədə kənd təsərrüfatı bitkilərinin inkişafına müsbət təsir göstərərək məhsul- darlığı artırır.

Suvarma əkinçiliyi elmini əsasən üç tədqiqat mənbəyinə ayır- maq olar:suvarma suyu və bitkinin qarşılıqlı əlaqəsi; aqrotex- nikanın tətbiqi zamanı suvarma sayəsində yaranan qarşılıqlı şərait və qarşılıqlı təsir.



Suvarma suyu və torpaq. Məlumdur ki, suvarma suyu torpağı nəmləndirərək onunla qarşılıqlı əlaqəyə girib fiziki xassəsini dəyişdirir, mikrobioloji prosesləri, kimyəvi və digər çevrilmələri sürətləndirib, torpaq əmələ gətirən ən mühüm faktorlardan birinə çevrilir ki, bu da öz növbəsində torpağın müəyyən miqdarda effek- tiv və potensial məhsuldarlığında böyük rola malikdir.

Su torpaq münbitliyinə ötəri yox bilavasitə təsir etdiyi üçün çalışmaq lazımdır ki, bitki qida maddəsi və su ilə tələbinə uyğun miqdarda təmin edilsin.Suvarma suyunun torpaq münbitliyində bilavasitə təsiri suvarma əkinçiliyi elmində çox mühüm və mürək- kəb bir tədqiqat sahəsi olduğu üçün bu mühüm işin yerinə yeti- rilməsində hər şeydən qabaq torpaqşünas, mikrobioloq, aqrokim- yaçı, aqronom və digər mütəxəssislərin əməyi tələb edilir.

Suvarma torpağın istilik rejimini nizamlayır. Suvarma suyu isti havada torpağın temperaturunu aşağı salır. Soyuq havada suvarılan torpaqlar suvarılmayan torpaqlara nisbətən isti olur.

Torpaqdan su buxarlanmasına sahədə yetişdirilən bitkilərdən başqa oradakı alaq otlarının və torpağın becərilmə dərəcəsinin də təsiri vardır. Tarlanın alaq otlarından vaxtında təmizlənməsi tor- pağın çat və qaysaq halının ləğv edilməsi üçün müntəzəm surətdə yumşaldılması, torpaqdakı sudan mədəni bitkilərin səmərəli istifa- də etməsi üçün əlverişli şərait yaradır.



Suvarma suyu və bitki. Su bitki orqanizmindəki hüceyrə toxu- malarının əsas tərkib hissəsini təşkil edir.Ali bitkilərin hüceyrə toxumalarının tərkibində 80-90%-ə qədər su vardır.Bitkidə suyun normal miqdarı azaldıqda bitkinin struktur formasının pozulması müşahidə olunur.

Suvarma suyu, bitki ilə qarşılıqlı əlaqəyə girməyə başlayan kimi, onların suvarma rejimi, fizioloji vəziyyəti biokimyəvi prosesi dəyişilməyə başlayır. Suvarma suyu bitkinin boy, inkişaf proses- lərinə və morfologiyasına nəzərə çapacaq dərəcədə təsir edir.

Müxtəlif bitkilər suvarma suyuna eyni miqdarda tələbkarlıq göstərməyib, onu müxtəlif miqdarda mənimsəyirlər. Çox böyük qiymətə malik olan xalq təsərrüfatı məhsulunu qoyub bitkilərin və növlərin xarici görünüşlərinə və tələbkarlığına seçilib suvarılması kimi vacib vəzifə durur. Bu vəzifə təbii-iqlim şəraitini nəzərə ala- raq ölkəmizin aqrar-sənaye komitələrinin bütün təsərrüfatlarının ixtisaslaşdırılmasıdır.

Torpaq-iqlim faktorları və həmçinin aqrotexnika ilə əlaqədar olaraq kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətlərinə, onların növlərinə və hibridlərinə görə bitkinin suya tələbkarlığını xüsusilə suvarma rejiminin öyrənilməsi sualı, suvarma əkinçiliyinin necə bir tədqiqat mərkəzi kimi geniş dairə şəklini alaraq müvəffəqiyyət- lə həll edilir.



Suvarmanın aqrotexniki qulluqla qarşılıqlı əlaqəsi.Suvarma, aqrotexniki tədbirlərin yerinə yetirilməsini dəyişdirdiyi üçün hök- mən onları suvarma ilə əlaqələndirmək lazımdır.Torpaqda müvafiq becərmə işləri yolu ilə sahə suvarmaya hazırlanır, suvarmadan müəyyən vaxt keçdikdən sonra torpağın üzərində əmələ gələn çatları(qaysaqları) yox etmək üçün sahədə üzləmə aparılır.Qeyd etmək lazımdır ki, suvarılan torpaqlarda tətbiq edilən aqrotexniki

qulluq işlərindən xeyli fərqlənir.

Suvarılan torpaqlarda mineral gübrələrin verilmə vaxtı və üsulu, şumun dərinliyi və üsulu, alaqlara qarşı mübarizə tədbirləri və digər bir çox aqrotexniki vasitələr yeni üsullarla yerinə yetirilir. Bütün bunlar qarşıya suvarma əkinçiliyi əsasında yerli şəraitdə ümumi aqrotexnikaya dair geniş həcmdə yeni-yeni tədqiqat işləri aparılıb, konket tədbirlər görülməsi kimi şərtlər qoyulur.

Suvarma əkinçiliyi elmi, ümumi əkinçilik, aqrokimya, bitkiçilik kimi elmlərə sıx surətdə əlaqədar elm olmasına baxmayaraq onları təkrar etməyib, əksinə kənd təsərrüfatı bitkilərinin aqrotexniki prinsiplərinin bir çox ixtiralarını və onların tətbiqini dərinləşdirib davam etdirməklə bərabər, suvarmada onların xüsusiyyətlərini öyrənib, müəyyən edir.

Suvarma əkinçiliyi elmi bir fənn kimi kənd təsərrüfatı mütəxəs- sisləri qarşısında suvarma suyundan çox effektliklə istifadə edərək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması, hazır məhsulun keyfiyyətinin yaxşılaşdırılması və qoruyub saxlanması kimi çox vacib vəzifələr qoyur.

Başqa elmlərdə olduğu kimi, suvarma əkinçiliyi elmidə torpaq, bitki və iqlimlə qarşılıqlı əlaqədə olan yüksək məhsuldar qanuna uyğunluqları idarə edir. Aqronomiya elmində çöl təcrübələrinin tətbiqi zamanı ümumi prinsip kimi, xüsusi metodikadan istifadə edilir.

Lakin, suvarma əkinçiliyində, çöl təcrübələrinin metodikası, suvarmanın texnikası və bir sıra başqa amillərin tətbiqi ilə əlaqə- dar, suvarmanın əmələ gətirdiyi bir sıra xüsusiyyətlərə malikdir.

Suvarma əkinşiliyində vegetasiya təcrübələrindən də geniş isti- fadə edilir. O, buxarlanmanın hesabatının dəqiq alınmasında, su- varma rejimindən asılı olaraq bitkinin reaksiyasının təyin edilmə- sində, bitkinin rütubətlə və bir sıra başqa amillərlə əlaqədar inki- şafının müəyyənləşdirilməsində və öyrədilməsində əvəz edilməz- dir.

Suvarma əkinçiliyində laboratoriya tətqiqat üsulları da ən mü- hüm yerlərdən birini kəsb edir (o, torpağın su xassəsinin və nəmlik dinamikasının öyrədilməsində, suvarmanın torpaqda mikrobioloji

fəalliyyəti və qida rejiminin biokimyəvi proseslərin və bitkinin fizioloji vəziyyətinin müəyyən edilməsində mühüm rola malikdir). Laboratoriya üsulları suvarmanın hazır məhsulun keyfiyyətinə təsirini öyrənməyə və məhsulun keyfiyyətinin yaxşılaşdırılması yollarının axtarılmasında real imkan yaradır.




    1. Yüklə 2,38 Mb.

      Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə