Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə8/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   4   5   6   7   8   9   10   11   ...   61
Gasimov-informatika-darslik
Gasimov-informatika-darslik, 5-Virüsler 2018, 5-Virüsler 2018
Informasiya  –  təqdimat  formasından  asılı  olmayaraq 

şəxslər,  əşya,  fakt,  hadisə  və  proseslər  haqqında  məlumatlardır. 

Başqa  sözlə,  informasiya  -  ətraf  mühitdə  mövcud  olan  bütün 

maddi və mənəvi varlıqlar haqqında məlumatlar toplusudur.  

Informasiya  termini  mənşəcə  latın  sözü  olan  «informatio» 

sözündən yaranmışdır və izah etmə, şərh etmə və məlumat vermə 

mənalarını  daşıyır.  Informasiya  informatikada  ilkin  anlayış  kimi 

qəbul olunur. 

Informasiya  anlayışı  bütün  elm  sahələrində  istifadə 

olunduğundan  ona  fərqli  aspektlərdən  yanaşılır,  müxtəlif  cür 

qiymətləndirilir  və  təsnif  edilir.  Fəlsəfi  baxımdan  informasiya 

xəbər  və  məlumat  vasitəsilə  real  dünyanın  inikası  kimi  qəbul 

olunur. Fəlsəfədə informasiya iki formada şərh edilir: obyektiv və 

subyektiv.  Obyektiv  informasiya  təbiət  və  cəmiyyətdə  baş  verən 

hadisələri  əks  etdirir.  Subyektiv  informasiya  isə  insanlar 

tərəfindən  yaradılır  və  onların  hadisələrə  subyektiv  baxışını  əks 

etdirir. 

Mənşəyindən  və  yaranma  formasından  asılı  olaraq 

informasiya aşağıdakı kateqoriyalara bölünür: 

-  elmi-texniki informasiya; 

-  iqtisadi informasiya; 

-  hüquqi informasiya; 

-  sosial informasiya; 

-  tarixi informasiya; 

-  genetik informasiya; 

-  təbii informasiya və s. 

Istifadə 

sahəsindən 

və 

formasından 



asılı 

olaraq 


informasiyanın aşağıdakı növlərini göstərmək olar: 


 

11 


-  sənədləşdirilmiş  informasiya  (sənəd)  –  maddi  daşıyıcıda 

qeyd  olunmuş  və  identikləşdirilməsi  mümkün  olan 

rekvizitlərə malik informasiya; 

-  kütləvi  informasiya  –  əldə  olunması,  istifadəsi,  işlənməsi, 

başqa  şəxslərə  verilməsi  və  ya  ötürülməsi  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  məhdudlaşdırılmayan, 

ümumi  istifadə  üçün  nəzərdə  tutulmuş  sənədləşdirilmiş 

informasiya; 

-  konfidensial  informasiya  -  əldə  olunması,  istifadəsi, 

işlənməsi,  başqa  şəxslərə  verilməsi  və  ya  ötürülməsi 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq 

olaraq məhdudlaşdırılan sənədləşdirilmiş informasiya. 

Aydındır  ki,  hər  bir  informasiyanın  mənbəyi  və  istifadəçisi 

vardır.  Informasiya  mənbədə  və  ya  mənbə  tərəfindən  yaradılır, 

mənbədə  saxlanılır  və  ya  istifadəçiyə,  yəni  bu  informasiyaya 

tələbatı  olan  subyektə  ötürülür.  Informasiyanın  mənbədən 

istifadəçiyə ötürülməsi prosesi rabitə və ya ünsiyyət vasitələri ilə 

həyata keçirilir. Informasiyanın ənənəvi ötürmə üsul və vasitələri 

ilə  yanaşı,  müasir  üsul  və  vasitələrdən  də  geniş  istifadə  olunur. 

Məsələn,  informasiyanın  ötürülməsinin  ən  səmərəli  müasir 

vasitələri  kimi  televiziyanı,  radionu  və  Internet  şəbəkəsini 

göstərmək olar. 

Müasir  dövrdə  informasiyanın  saxlanması,  emalı  və 

istifadəsi  vasitələri  kimi  müasir  informasiya  texnologiyaları,  o 

cümlədən  kompüter  texnikası  və  digər  elektron  hesablama 

qurğuları önəmli yer tutur. Bu məqsədlə informasiya sistemləri, o 

cümlədən  avtomatlaşdırılmış  informasiya  sistemləri  yaradılır  və 

tətbiq olunur. 




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə