Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects


  Informasiyanın təsvir edilməsi üçün Unicode



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə14/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   10   11   12   13   14   15   16   17   ...   61
Gasimov-informatika-darslik
Gasimov-informatika-darslik, 5-Virüsler 2018, 5-Virüsler 2018
1.6.  Informasiyanın təsvir edilməsi üçün Unicode 

standartı  

Qeyd  olunduğu  kimi,  kompüterlər  yalnız  rəqəmlərlə  işləyə 

bilir.  Ona  görə  də  kompüterlərin  yaddaşında  hərfləri  saxlamaq 

üçün hər bir simvola, o cümlədən hərf və ya rəqəmə müəyyən bir 

ədəd  (kod)  qarşı  qoyulur.  Əvvəllər  simvolların  kodlaşdırılması 

üçün  müxtəlif  simvollar  çoxluğundan  (standartlarından)  istifadə 




 

18 


olunurdu.  ASCII,  DOS,  ISO,  KOI,  Windows  və  s.  kodlarını  belə 

standartlara  misal  olaraq  göstərmək  olar.  Onlardan  birincisi,  yəni 

ASCII standartı artıq əvvəlki paraqrafda baxılmışdır. 

Lakin  bu  standartlardan  heç  biri  kompüter  sistemlərində  və 

digər  hesablama  texnikasında  istifadə  olunan  bütün  simvolları 

təsvir  etməyə  imkan  vermir.  Bu  baxımdan  müxtəlif  sistemlərdə 

(Windows,  Unix,  Macintosh  və  s.)  ayrıca  bir  dil  üçün  müxtəlif 

kodlaşdırmalardan istifadə olunurdu. Elə bir standart kodlaşdırma 

sistemi yox idi ki, o, bütün hərfləri, rəqəmləri, simvolları, işarələri 

və texniki simvolları özündə cəmləşdirsin. Eyni zamanda bir neçə 

dildə işləmək problem yaradırdı.  

Bundan əlavə, çox vaxt bu kodlaşdırma standartları arasında 

uyğunluq  olmurdu.  Məsələn,  mövcud  iki  müxtəlif  kodlaşdırma 

sistemində  müxtəlif  iki  simvola  eyni  bir  kod  və  ya  eyni  simvola 

iki  müxtəlif  kod  verilirdi.  Bu  da  kompüterlərdə,  əsasən  də  server 

kompüterlərində müxtəlif kodlaşdırma sistemlərinin saxlanmasını 

tələb  edirdi.  Bu  halda  informasiyanın  bir  platformadan  digər 

platformaya  ötürülməsi  və  ya  digər  kodlaşdırmaya  çevrilməsi 

müəyyən çətinliklər törədirdi.  

Məhz  bu  baxımdan  Unicode  standartının  qəbul  olunması 

qeyd  olunan  problemləri  həll  etdi.  Unicode  ISO/IEC  10646 

standartının  rəsmi  reallaşdırılmasıdır.  Unicode  standartı  istifadə 

olunan 

dildən, 


kompüterlərin 

platformasından, 

proqram 

təminatından  asılı  olmayaraq  bütün  simvollara  unikal  kod 

mənimsədir.  Unicode  Apple,  HP,  IBM,  JustSystem,  Microsoft, 

oracle,  SAP,  Sun,  Sybase,  Unisys  və  s.  kimi  böyük  kompüter 

şirkətləri tərəfindən kodlaşdırma standartı kimi qəbul edilmişdir.  

XML, Java, ECMAScript (JavaScript), LDAP, CORBA 3.0, 

WML  və  digər  müasir  texnologiyalar  tərəfindən  yalnız  Unicode 

standartı  istifadə  olunur.  Eyni  zamanda  qeyd  olunmalıdır  ki,  bu 

standart  bütün  əməliyyat  sistemləri  (platformaları),  Internet 

proqramları  və  müxtəlif  proqram  təminatları  tərəfindən 

dəstəklənir.  Unicode  standartının  dəstəklənməsi  və  istifadəsinin 



 

19 


təmin edilməsi müasir proqram təminatlarının inkişafının ən vacib 

aspektlərindən biridir.  

Müştəri-server texnologiyasında olan şəbəkə proqramlarında 

və  əlavələrində,  eləcə  də  Internet  şəbəkəsində  istifadə  olunan 

proqram  sistemlərində  informasiyanın  təqdim  edilməsi  üçün 

Unicode 


standartının 

tətbiqi 


proqram 

məhsullarının 

hazırlanmasına 

və 


dəstəklənməsinə 

çəkilən 


xərclərin 

azaldılmasına  gətirib  çıxarır.  Belə  ki,  Unicode  müxtəlif 

platformalar  üçün  vahid  proqram  təminatı  və  ya  Web-səhifəsi 

hazırlamağa imkan verir.  

Beləliklə,  Unicode  beynəlxalq  standartlara  uyğun  olmaq 

şərti  ilə  bütün  dünya  ölkələri  arasında  elektron  mətnlərin 

problemsiz  mübadiləsini  və  oxunuşunu  dəstəkləmək  üçün 

simvolların  kodlaşdırılmış  bir  sistemidir.    Bundan  əlavə,  o  bütün 

dillərin klassik və tarixi mətnlərini dəstəkləyir. Unicode standartı 

onun elektron variantı olan "Unicode Standart Annexes" (Unicode 

standart  əlavələri)  və  "Unicode  Character  Database"  (Unicode 

simvollarının  verilənlər  bazası),  həmçinin  "Standart  Unicode" 

kitabı  vasitəsi  ilə  təyin  olunmuşdur.  Hər  bir  versiyanın  dəqiq 

tərkibi  müəyyənləşdirmək  üçün  «Enumerated  Versions  of  the 

Unicode Standart» (Unicode standartının nömrələnmiş versiyaları) 

standartından  istifadə  etmək  olar.  Unicode  4.0  versiyası  Unicode 

standartının son variantıdır. 

Azərbaycan  əlifbası  daxil  edilmiş  standart  Unicode  şriftləri 

aşağıdakılardır: 

-  Arial; 

-  Times New Roman;  

-  Courier;  

-  Verdana;  

-  Lucida Sans Unicode;  

-  Tahoma;  

-  Palatino Linotype. 

Unicode  standartı  bütün  müasir  və  qədim  yazılı  dillərin 

işarələrinin vahid sistem daxilində kodlaşdırılmasını təmin etmək 




 

20 


məqsədi  ilə  işlənilmişdir.  Standartda  hər  bir  simvol  16  bit  ilə 

təqdim  olunur  və  8  bitlik  kodlaşdırmadan  fərqli  olaraq  daha  çox 

simvolun  təsvir  olunmasına  imkan  verir.  Belə  ki,  Unicode 

standartı 65536 kodu əhatə edir.  

Unicode  standartına  hərf,  rəqəm  və  vurğu  işarələrindən 

ibarət simvollar qrupu, riyazi və texniki işarələr qrupu, göstəricilər 

və  s.  daxildir.  Burada  "tilda"  və  bu  kimi  işarələrin  müxtəlif 

variantları,  müxtəlif  işarələrin  birləşməsindən  əmələ  gələn 

diakritlərin  kodlaşdırılmasını  təmin  etmək  olur.  Unicode  dünya 

əlifbalarının işarələri, heroqliflər və işarələrdən ibarət olan 29000-

dən çox simvolların kodlarını özündə birləşdirir.  

Unicode standartında ehtiyat kimi saxlanmış və daha 29000-

dən  çox  simvolun  istifadəsi  üçün  nəzərdə  tutulmuş  kodlar 

mövcuddur. Onların köməyi ilə gələcəkdə hətta tarixi heroqliflərin 

və ya mövcud əlifbaların mümkün genişlənmələrini nəzərə almağa 

imkan  verir.  Bundan  əlavə,  6000-dən  çox  kod  fərdi  istifadə  üçün 

nəzərdə  tutulmuşdur  ki,  bunlar  proqram  təminatı  və  avadanlıq 

istehsalçıları tərəfindən xüsusi məqsədlər üçün istifadə oluna bilər.  

Unicode  standartının  kodlarının  ümumi  diapazonu  bir  neçə 

altçoxluğa  bölünmüşdür.  Bu  altçoxluqlar  hər  hansı  dilin 

əlifbasından  və  ya  funksiyalarından  asılı  olaraq  xüsusi  işarələr 

qruplarından  ibarətdir.  Unicode  standartı  haqqında  daha  ətraflı 

məlumatı http://www.unicode.org/  ünvanından almaq olar. 



 

21 



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə