Balalar-Az. Com Nəğmələr. Ovsun nəğmələri



Yüklə 58,5 Kb.
tarix01.06.2017
ölçüsü58,5 Kb.

Balalar-Az.Com

Nəğmələr. Ovsun nəğmələri.
1
Mən nənəmin ilkisiyəm,
Ağzı qara tülküsüyəm,
Mən səni yandırdım,
Sən də məni yandır.
2
Təzə ay, səni xoş gördük,
Ziyilin yerin boş gördük.
3
Çax daşı,
Çaxmaq daşı,
Allah versin
Yağışı.
4
Kölgə dağlara,
Gün buralara.
5
Yağladım,
Zağladım,
Qurdun ağzın
Bağladım.
6
Xeyrə atırsan, at!
Şərə atırsan, yat.
7
Ağ daş, qara daş,
Buna bir qardaş.
8
Tapıl-tapıl pul verrəm,
Tapılmasan gül verrəm.
9
Fatma nənə, Fatma nənə,
Sarısı sizin zəmiyə,
Yaşılı bizim zəmiyə!
10
Tabaq gəldi,
Dabaq qaç.
11
Xəzri səni alaram,
Ələyimə salaram
Üç deyincə kəsməsən,
Od-ocağa qalaram.
12
Mən anamın ilkisiyəm,
Ağzı qara tülküsüyəm,
Xəzri səndən bezmişəm,
Gilavar gözləmişəm.
13
Bir,
İki,
Üç,
Puç!
14
Biz gəlini gətirdik,
Mənzilinə ötürdük,
Gəlin uğurayaqdı,
O, ərinə dayaqdı.
15
Üzərriksən, havasan,
Min bir dərdə davasan,
Balama göz vuranın
Gözlərini ovasan.

***


Üzərlik dana-dana
Ocaqdan götür sana,
Nəzəri bəd olanın
Gözləri odda yana.

***


Üzərliyim çatdasın,
Yaman gözlər partdasın,
Ağrın, bəlan tökülsün,
Dərd üstündən atdansın.

16
Dörd tərəfi gül eylədim,


Bədnəzər gözün kül eylədim.
Kandara sancdım isgənəni,
Qayıtsın evin gedəni.
17
Əqrəb-əqrəb axınca
Çaxmağını çaxınca,
əqrəb oldu bir kişi,
bağladı qurdu-quşu.
Süleyman peyğəmbərin bıçağı,
Fatma nənənin qurşağı,
Uf... uf... uf...
18
Həzrət Süleyman eşqinə,
Cin qızı Mərcan hökmünə,
Bəni-adəmdən, bəni-heyvandan,
Cindən, şeytandan, axar sudan,
Köklü ağacdan, dibli qayadan,
Yeddi yolun ayrıcından
Hər kəsin cilləsinə düşmüsənsə,
Çilləni kəsdim.
19
Bir ovuc duz,
Ocaqda qız.
Yanıb kül olsun,
Balama dəyən göz!
20
Ey şeytanlar, şeytanlar,
Bu ciyəri alınız,
Buna qənaət ediniz,
Bu qadını öldürməyiniz,
Zərərinizi toxundurmayınız,
Qoyun ciyəri sizə kafi deyilmi?
Bu qoyun ciyərini ciyər add etmirsinizmi?
Əgər belə isə, əlinə qılınc alaram
Hesabsız ruhlarımla,
Sizə hücum edərəm.
21
Ey albasti zalım,
Qoy ciyəri yerinə,
Zavallını azad et,
Sözümü tutmazsan,
Mənə hörmət etməzsən
Gözlərini çıxararam.
22
Mənim sacım sac deyil,
Doyub toxdu, ac deyil.
23
Şeş,
Meş,
İliş.
24
Ağırlığım, uğurluğum,
Dağlara, daşlara,
Göydən uçan quşlara,
Qurumuş ağaclara
Bal verməz arılara
Deyingən qarılara.
Boz qurddan hay alasan,
Xızırdan pay alasan.
Kamal suyu, camal suyu,
Can sağlığı suyu.



Balalar-Az.Com


Yüklə 58,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə