Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası



Yüklə 220,49 Kb.
Pdf görüntüsü
tarix27.06.2017
ölçüsü220,49 Kb.

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

                     Humanitar elmlər seriyası 

  2009 

 

 



 

 

UTOPİK XƏYALLAR, ACI REALLIQLAR…  



 

ƏHMƏD SAMİ EL AYDİ 

Bakı Dövlət Universiteti 

 

Çağdaş Azərbaycan  ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan 



Anarın «Ağ qoç və qara qoç» əsəri son illərdə  nəşr olunan romanlar içərisində 

əhəmiyyətli yerlərdən birini tutur. Həcmcə o qədər də böyük olmayan roman ictimai-

siyasi mövzuda qələmə alınmışdır. 

«İki hissədən ibarət olan roman «utopik və antiutopik nağıllar» adlandırılmış və 

hər bir hissəyə «Məlikməmməd» nağılından gətirilmiş  ağ qoç və qara qoçla bağlı 

uyğun epiqraflar verilmişdir. Lakin bütövlükdə roman nağıl üslubuna söykənilərək 

yazılsa da, «Məlikməmməd» nağılının sujetini olduğu kimi təkrarlanmamış, sadəcə 

müəllif adı  çəkilən folklor abidəsinin motivləri fonunda şərti metaforizmin üslub 

örtüyünə bürünərək cəmiyyətin siyasi həyatının fərqli təzahürlərini bütün dolğunluğu 

ilə canlandırmağa çalışmışdır» (7, 490).  

Qeyd edək ki, Anar romanın birinci nağılında utopiya anlayışında işıqlı 

dünyanı nəzərdə tutur. Məlum olduğu kimi, «utopiya anlayışı heç də həmişə sadəcə 

xəyal olunan deyil, çox vaxt gələcək perspektivləri əks etdirməsi ilə yadda qalır» (6, 

187). Bu anlayışa  əsasən Anar peşəkarcasına real Azərbaycanı deyil, istədiyi və 

arzularına uyğun olan Azərbaycanı təsvir edir. 

Yazıçı bu hissədə iqtisadiyyatı, mədəniyyəti, sosial şəraiti inkişaf etmiş bir ölkə 

kimi Azərbaycanı  təsvir edir, hətta göstərir ki, ölkəni  ən narahat edən problem – 

Qarabağ münaqişəsi həll olunmuşdur. Müəllif bu məqama belə  təsvir edir: «İndi 

Azərbaycan  əhalisinin rifah səviyyəsinə görə  ərəb  əmirliklərini arxada buraxmış, 

iqtisadi və mədəni inkişafı etibarilə ən qabaqcıl Avropa ölkələrinə çatmışdı. Son iki 

ildə səhiyyə xidməti, orta və ali təhsil, çörək, kommunal xidmətlər (mənzil elektrik, 

qaz, su haqqı), şəhər nəqliyyatı (taksidən başqa) pulsuz olmuşdu» (1,  309).  

Buna əlavə olaraq göstərilir ki, Azərbaycanın qədim əraziləri qaytarıldı, Şimali 

və  Cənubi Azərbaycan vahid dövlət oldu. «Keçmişlərdə Hökumət evi adlanan bina 

indi Odlar sarayı adlanırdı. Sarayın dörd qülləsinin üstündə dörd tərəfdən on altı 

daimi məşəl yanırdı - bu məşəllər Quzey və Güney Azərbaycanın on altı tarixi 

ərazisini, vaxtilə xanlıqlar adlanan əraziləri təmsil edirdi - sağ cinahda Bakı, Gəncə, 

Qarabağ,  Şirvan,  Şəki, Naxçıvan, Lənkəran və Quba, sol cinahda Təbriz,  Ərdəbil, 

Zəncan, Marağa, Urmiya, Qaradağ, Maku və Xoy» (1,  324).  

 Yazıçı bu hissədə yeni Azərbaycan dövlətinin əsaslarını təsvir etməyə davam 

edir. O, Azərbaycanın yeni vəziyyətini təmin edən konstitusiyaya nəzər salmağı da 

unutmur: «Milli Məclisin iclas salonunda Dövlət bayrağı  və gerbiylə  bərabər Ana 

Yasanın  əsas müddəaları da həkk olunmuşdu: «Birləşmiş Azərbaycan Respublikası 

Azəri türk millətinin vahid, azad, müstəqil, demokratik, dünyəvi dövlətidir. 

 

158


Azərbaycan respublikasının bütün vətəndaşları irqindən, millətindən, dilindən

dinindən, sosial durumundan, sinfi mənsubiyyətindən, cinsindən asılı olmayaraq 

bərabər hüquqlara malikdirlər. Azərbaycan böyük Türk dünyasının ayrılmaz 

parçasıdır» (1,  329-330). 

 

Göründüyü kimi, yazıçı bu müddəalarda Azərbaycanın uzun müddət 



münasibəti kəsilmiş olan türk dünyasına qovuşmasını vurğulayır. 

 Romanın bu hissəsində diqqəti çəkən məqamlardan biri milli özünəqayıdış, 

kökədönmədir. Belə ki, romanda küçələrin, universitetlərin, meydanların adları 

dəyişdirilmiş, Türk dünyasının, o cümlədən Azərbaycanın tarixində mühüm rol 

oynayan böyük şəxsiyyətlərin adlarından istifadə olunmuşdur. Onun təsvir etdiyi 

Azərbaycanın Füzuli universiteti, Mahmud Qaşqarlı universiteti, Hunlar, Manas, 

Orxon meydanları, Boz qurd heykəli, Nuru paşa prospekti, Mürsəl paşa prospekti və 

Ənvər paşa prospektləri var. Daha mühüm bir məqam yazıçının bu əhvalatları Novruz 

bayramı fonunda təsvir etməsidir.  Şübhəsiz ki, bu təsadüfi deyil. «Anarın  əsərinin 

başlanğıcında təsvir etdiyi təntənəli  şəkildə keçirilən Novruz bayramı milli-mənəvi 

dəyərlər üzərində kök atmış,  şaxələnmiş, boy vermiş, illəri, qərinələri özündə 

yaşatmış, cilalanmış milli xalq bayramıdır» (5, 250).  

Ümumiyyətlə, «Türk millətinin öz həyat fəlsəfəsindən, təbiət düşüncəsindən 

doğmuş yaz bayramının hər gəlişi olduqca böyük coşqunluq içərisində qarşılanmışdır. 

Çünki təbiətdəki dəyişiklik tarix boyu etnosun həyatında da bir dönüş və təzələnmə 

nöqtəsi olaraq düşünülmüşdür» (2, 278).  

Yazıçı bu hissədə istədiyi və arzuladığı yeni Azərbaycanı  və ölkənin 

istiqlaliyyətinə nail olmağını  təsvir etdikdən sonra mühüm bir məqama toxunur. Bu 

məqam istiqlaliyyəti qoruyub saxlamağın daha əhəmiyyətli olması ilə bağlıdır. Çünki 

Azərbaycan öz müstəqilliyini bir daha itirərsə yenidən onu qaytarmaq ciddi 

çətinliklərlə müşayiət oluna bilər. Ona görə  də yazıçı bu sitatla utopiya ilə  əlaqəli 

birinci nağılı yekunlaşdırır: «İlahi, bu günümüz üçün sənə min şükür. Bu xoşbəxtliyi 

xalqıma, dostlarıma, ailəmə çox görmə.  Ən pis günümüz bu olsun. Tarix boyu çox 

əzablara, məşəqqətlərə tuş olduq, ağır günlər yaşadıq, öldü-qaldıyla üz-üzə durduq. 

Axır ki, iradəmizlə, ağlımızla, halal zəhmətimizlə  ağ günə  çıxdıq, bu günümüzü 

qazandıq. Bu günümüz sonsuza qədər davam etsin, Uca Tanrım, Amin» (1, 344). 

Romanın ikinci hissəsi də  Məlikməmməd nağılından gətirilən sitatla başlayır: 

«Bir də gördü ki, ağ qoçnan, qara qoç budu döyüşə-döyüşə  gəlir. Məlikməmməd o 

saat sıçrayıb ağ qoçun belinə mindi. Amma ağ qoç bunu qara qoçun belinə tulladı. 

Qara qoç da Məlikməmədi götürüb qaranlıq dünyaya apardı» (1, 345). 

 Bu  parçaya  diqqət yetirdikdə onun təsadüfi səciyyə daşımadığını görməmək 

mümkün deyildir. Ondan belə bir nəticə  çıxarmaq olar ki, işıqlı  və qaranlıq dünya 

arasında savaş gedir. Əgər işıqlı dünya öz varlığını möhkəm qoruyub saxlamazsa, 

gec-tez sıradan çıxmış olar. 

 «Ağ qoç və qara qoç» romanının ikinci nağılı isə birinci nağıla tam kontrast 

təşkil edən hadisə  və epizodlarla müşayət olunmaqdadır. Burada böyük güclərin 

siyasi-iqtisadi maraqlarının kəsişdiyi Azərbaycanın dövlət müstəqilliyini itirərək 

müxtəlif zonalara bölünməsi təsvir olunmuşdur» (7, 491). 

Belə ki, ölkənin paytaxtı Bakı üç hissəyə - zonaya parçalanmışdır. Birinci zona 

Behişti-Badi-Kübə, ikinci zona Bakı kommunası, üçüncü zona isə Baku siti adlanır. 

Zonaların hərəsinin öz xüsusiyyətləri var. Hər  şeydən  əvvəl bu zonaların 

xüsusiyyətlərinə nəzər salaq. 

 

159


 

Zona xüsusiyyəti 

I zona 

II zona 


III zona 

Adı  


Behişti-Badi-Kübə 

Bakı kommunası 

Baku siti 

Bayraq rəngi 

Yaşıl 

Qırmızı 


Göy 

Etiqad 


Dinçilər 

Kommunistlər 

Demokratlar 

Dil  


Fars dili 

Rus dili 

İngilis dili 

Adlar (şəxsiyyət, yer, 

qəzet, küçə)  

Dinə uyğun; Mankur, 

İrşad, İnam 

Kommunizmə uyğun 

Marat, Marks, İskra 

Müasir adlar 

Fil, Bura, First 

 

Göründüyü kimi, yazıçı hər üç zonanı real cizgilərlə təsvir etmişdir. 



Romanda təsvir olunur ki, birinci zonada hər şey dinə uyğunlaşdırılmış, adlar 

dəyişdirilmiş, amma buna baxmayaraq yenə  də rüşvət mövcuddur, qadınlar 

sərhədlərindən çıxan kimi hicablarını çıxarırlar. İkinci zonada hər şey kommunizmə 

uyğunlaşdırılmış, üçüncü zona isə tamamilə müasirləşdirilmişdir. 

 Ümumiyyətlə, «Əsərin  əsas canı  və qayəsi da elə ikinci hissədədir. Söhbət 

reallıq qatından gedir. Nağıl kimi təqdim edilən  əsər elə nağıl süjetinin üzərində 

qurulub və bu iki hissə çılpaq həqiqətlərin, bir çox siyasi proseslər, cəmiyyət, dövlət 

və hakimiyyətlə bağlı düşüncələrin, həmçinin mədəniyyətimiz haqda fikirlərin 

söylənilməsi üçün vasitə rolunu oynayır» (4, 51-52).  

 Yazıçı bu üç zona üzündən Azərbaycanda baş vermiş olan ictimai, əxlaqi və 

mənəvi dəyişiklikləri təsvir edir. Çılpaq şəkildə disko şou, göbək rəqsi və s. «Ortada 

səhnə qurulmuşdu. ...Qabaq masalarda sinli kişilər, bəziləri cavan qızlarla əyləşmişdi. 

Arxa masaların ətrafında, üstündə, altında oturanlar, duranlar, uzananlar cavanlar idi. 

Uzun saçlı  oğlanlar, qısa saçlı  qızlar. Ayırd eləmək olmurdu ki, hansı  oğlan, hansı 

qızdır. Bəzi qızlar oğlanların dizi üstündə oturmuşdu, qol-boyun olub yalaşırdılar. 

Amma kim bilir hansı qız, hansı oğlandır? Bəlkə oğlan qızın dizi üstündə oturub? Ya 

ikisi də  oğlandır? Ya hər ikisi qız? Hamısının da çənələri işləyirdi-saqqız 

çeynəyirdilər» (1, 399). 

 Romanda  təsvir olunan üç zonadakı  dəyişikliklərə diqqətlə baxsaq belə 

nəticəyə  gəlmək olar ki, bu dəyişikliklər gələcəkdə baş verə biləcək hadisələr kimi 

yox, real gerçəklik kimi təqdim edilmişdir. Bu dəyişikliklər hər sahədə, hətta doğma 

ana dilində  də hiss olunmaqdadır. «Gör nə günə qalıb ki, bu Azərbaycan balası iki 

cümləni təmiz ana dilində deyə bilmir» (1, 360). 

 Tənqidçi Nərgiz Cabbarlı bu barədə belə yazır: «Məgər sizdə qeyri-müəyyən 

nə vaxtsa ola biləcək bir gələcək təəssüratı yarandı? Məndə yox, çünki həmin üç zona 

artıq mövcuddur. Məgər azad respublikamızın paytaxtı olan Bakımızda bu zonalar 

görünmür? Üç siyasi quruluşun təsiri duyulmur? Daha dəqiq desək, bu təsirin 

nəticəsində  dəyişmiş, parçalanmış psixologiyaların mövcudluguna göz yummaq 

istəsəniz də, etirafdan qaçsanız da bu reallıqdır. Gözümüzün reallığı. Bir də təbii ki, 

yazıçının öz adı ilə adlandırmaq istəmədiyi reallıq» (3, 84). 

Qeyd etmək lazımdır ki, din müasirliyə  və  mədəniyyətlərin bir-birinə 

inteqrasiyasına zidd deyil, əksinə din bunlara çağırır və  təşviq edir. Amma dinin 

qayda-qanunlarını  və adət-ənənələri qoruyub-saxlamaq şərti ilə bu müasirliyi və 

inteqrasiyanı yerinə yetirmək olar. 

Yazıçı göstərir ki, ölkəsi bu vəziyyətə düşməzdən  əvvəl qabaqcadan 

xəbərdarlıqlar var idi. Amma heç kəs bunlara əhəmiyyət vermirdi. Buna görə  də 

müəllif yalnız hökümətin deyil, ziyalıların, siyasi şəxsiyyətlərin də  məsuliyyət 

 

160



daşıdığını vurğulayır. «Sən ölkənin tanınmış jurnalisti idin, görmürdün ki, hadisələr 

hansı  məcrada gedir? Qəzetlərin nə yazdığını oxumurdun. ...Bilmirdin ki, bir-birinə 

ədavət, kin püskürən bütün bu yazılar, çıxışlar, bu qan-qan deyən adamlar cəmiyyətdə 

elə bir nifrət potensialı yaradır ki, bir gün böyük partlayış baş verəcək, hər şey alt-üst 

olacaq? Oldu da... 

 - Amma sən burda olanda qarşısını ala bilmədin... 

 - Qarşısını necə alaydım? 

 -  Niyə, ölkənin nüfuzlu ziyalısıydın. Adamları  ağıllarını başına yığmağa 

çağıraydın, deyəydin ki, qardaşlar, bunun axırı  fəlakətdir, qandır, ölümdür, bir-

birinizə qənim kəsilməyin, qardaş qanı tökməyin» (1, 382). 

Qeyd etmək lazımdır ki, müəllif romanda kədərli və ümidsizliyə varan 

pessimizmə baxmayaraq Azərbaycanın qarşılaşdığı və qarşılaşa biləcəyi fəlakətlərdən 

yalnız millətin iradəsi ilə  çıxa bilməsini vurğulayır. «Əvvəla ağ qoçu qara qoçdan 

seçə bilmək lazımdır. Sonra da sıçrayıb ağ qoçun belinə minəndə elə möhkəm 

oturmalısan ki, səni qara qoçun belinə ata bilməsin» (1, 411). 

Anarın fikrincə, ölkənin taleyi üçün öncə düzgün yol seçmək, sonra seçilmiş 

yolu qoruyub saxlamaq lazımdır. 

 Burada bir məqama toxunmaq lazımdır ki, Anarın qələmə aldığı bu üç zonanı 

və bunlara xidmət edən ideologiyaları  hələ XX əsrin  əvvəllərində  qələmə alınmış 

əsərlərdə  də görmək mümkündür. Qüdrətli sənətkar Cəlil Məmmədquluzadənin 

yazmış olduğu «Anamın kitabı» (1920) pyesində öz mədəniyyətindən ayrılaraq başqa 

dillərdə danışmağı özunə  fəxr bilən bir ananın üç övladının problemləri Anarın 

əsərində üç zonaya bölünmüş Bakının dərdləri ilə eyniyyət təşkil edir (8, 26). 

 Ümumiyyətlə «Ağ qoç və qara qoç» romanı bütövlükdə  uğurlu alınmışdır. 

Yazıçı Anar qoyduğu qayəni və  məqsədi orijinal dildə ifadə etmişdir. Roman son 

illərdə qələmə alınan nəsr nümunələri arasında xüsusi yerlərdən birini tutur. 

 

ƏDƏBİYYAT 

1.

 



Anar. Əsərləri. IV cild. Bakı: Nurlan, 2004, 503 s. 

2.

 



Bəydili C. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2001, 580 s. 

3.

 



Cabbarlı Nərgiz. Yeni nəsil ədəbiyyatı. Bakı: Elm, 2006, 380 s. 

4.

 



Cabbarlı Nərgiz. Yeni nəsil ədəbiyyatı – 2. Bakı: Qanun, 2008, s. 

5.

 



Gülxani Pənah. Anar və folklor. Bakı: Elm, 2007, 220 s. 

6.

 



İsayeva P. «Ağ qoç və qara qoç» romanı, utopiya və antiutopiya paradiqmasından. Bakı: 

Azərbaycan jurnalı, 2009, №1, s.176-181.  

7.

 

Müasir Azərbaycan ədəbiyyatı. İki cilddə. II cild. Bakı: Bakı Universiteti, 2007, 562 s.  



8.

 

Şərifzadə Salidə. Müasir Azərbaycan romanlarında ictimai-siyasi mühitin təsviri 



problemləri. Bakı: BDU, 2007, 76 s. 

 

 

УТОПИЧЕСКИЕ ГРЁЗЫ, ГОРЬКИЕ РЕАЛЬНОСТИ… 

 

АХМЕД САМИ АЛЬ-АЙДИ 

 

РЕЗЮМЕ 

 

Объектом исследования статьи является роман «Аг коч, Кара коч» («Белая овца, 

Чёрная  овца»)  Анара,  одного  из  выдающихся  представителей  современной 

Азербайджанской литературы. Роман в данной статье был рассмотрен в контексте темы, 

 

161


идеи-проблемы и в создании художественных образов. Во время процесса исследования 

романа  были  отмечены  два  противоположных  друг  другу  фона,  сюжетных  линий  и 

охарактеризованы  связи  каждого  из  этих  сюжетов  в  аспекте  лейтмотивной  идеи 

произведения.  В  статье  отмечены  материалы,  ранее  проведённых  исследований  о 

романе, которые были успешно использованы автором данной работы. 

 

 



UTOPIAN DREAMS, BITTER REALITIES… 

 

AHMED SAMY EL AYDY 

 

SUMMARY 

 

In the publication the novel "White ram, black ram", whose author is one of the 



eminent representatives of modern Azerbaijan literature Anar has become the object of 

analysis. Here the novel has been researched in the context of its theme, idea-problem, artistic 

characters. In the process of analysis the novel has been followed on the background of two 

story lines contradicting each other, the aspects of each of the story lines related to the idea 

leitmotiv of the work have been characterized. In the publication the attitude towards the 

written researches about the novel has been mentioned, they have also been benefited in their 

turn somehow.  

 

 



 

 

162



Kataloq: Xeberler%20Jurnali -> Humanitar%202009%204
Humanitar%202009%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Humanitar%202009%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк

Yüklə 220,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə