Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml



Yüklə 230,35 Kb.
Pdf görüntüsü
tarix22.07.2017
ölçüsü230,35 Kb.

 

135 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elml

ər seriyası 

 

 

2013 

 

 

 



 

UOT 94(479.24) 

 

ETN

İK MÜNAQİŞƏ NƏZƏRİYYƏLƏRİNİN 

MÜQAY

İSƏLİ TƏHLİLİNƏ DAİR 

       

A.

S.MƏMMƏDOV  

AMEA 

adish_mamedov@mail.ru 

 

M

əqalədə etnik münaqişənin təbiəti və təsnifatına dair müxtəlif akademik yanaşmalar 

t

ədqiq olunur. Müqayisəli təhlil metodu əsasında  etnik  münaqişənin təbiəti izah olunmaqla 

yanaşı,  həm də  onların  tənqidinə  yer  verilmişdir.  Məqalədə  həmçinin  etnik zəmində 

münaqişələri "identikliklərin qarşıdurması" kimi xarakterizə edən ayrı-ayrı nəzəriyyələr təhlil 

olunmuş, etnik münaqişədə bir-birinə qarşı müxtəlif dünyagörüşünə, adət-ənənəyə, tarixi keç-

mişə, qan yaddaşına, psixologiya və özünüdərkə malik iki etnik qrup dayandığı göstərilmişdir. 

 

Açar sözl

ər: etnik, münaqişə, müqayisə, təhlil, nəzəriyyə 

 

Etnik münaqişələr, bir qayda olaraq, maddi və mənəvi resursların bölüş-



dürülm

əsinə nəzarət uğrunda gedən geosiyasi mübarizədir [1, 24]. Belə müna-

qi

şələr müxtəlif etnosların ayrı-ayrı nümayəndələri, sosial qrupları, habelə, iki 



v

ə ya daha çox etnosun qarşıdurması kimi özünü büruzə verir. Əksər hallarda 

etnik münaqişə özünü vətəndaş müharibəsi səviyyəsində, bir və ya iki müstəqil 

dövl


ətin müharibəsi kimi əks  etdirir  [11,  4].  V.A.Tişkov  etnik  münaqişənin 

t

əbiətini şərh edərək yazır ki, müxtəlif düşüncəli etnik qruplar etnik münaqişə-



l

ərin başlıca izahıdır [24, 8-16]. Məsələn, bu tip münaqişələrin “soyuq mühari-

b

ənin” bitməsindən sonra MDB məkanında  vüsət  alması  polietnik  sosialist 



federasiyaların süqutu (keçmiş SSRİ bir növ polietnik cəmiyyət idi-A.M.) və 

h

əmin  ərazidə  meydana gələn gənc müstəqil dövlətlərdə  yeni  milli  azlıq 



probleminin üz

ə çıxması ilə bağlıdır [13, 95; 14, 5-19]. Müasir siyasi sistem-

l

ərin polietnik olması etnik münaqişə riskini artıran başlıca amildir. 



Müasir  elm  etnik  münaqişənin təbiəti və  təsnifatına  dair  müxtəlif 

n

əzəriyyələr irəli sürərək etnik münaqişələrin akademik izahını verməyə cəhd 



edir. Bel

ə  nəzəriyyələr içərisində  daha çox diqqəti cəlb edən “primordialist” 

yanaşmadır [23; 15, 4]. Primordialist yanaşma “etnikliyə” daha çox nəzər salır, 

bu qrup müt

əxəssislər isə etnik müharibələri dərisinin rənginə, dini mənsubiy-

y

ətinə, tarixinə, qan qrupuna və  s.  əlamətlərinə  görə  həmrəy  olmuş  bir  qrup 



adamların milli birləşməsi (milli özünü dərk etməsi) uğrunda mübarizəsi kimi 

 

136 


qeyd edir[3, 62; 25, 95-110; 26, 18-

19].  Etnik  münaqişənin primordialist 

t

ərəfdarları  iddia  edirlər  ki,  əzəli bioloji əlamətlər və  xüsusiyyətlər, xüsusilə 



ərazilər  mövcud  olduğuna  görə  etnik qruplar və  millətlər mövcuddur. Etnik 

qrupun üzvl

əri arasında qohumluq əlaqəsi var. Donald L.Horovits iddia edir ki, 

bu qohumluq etnik qrupların öz növbəsində ailələrinə oxşarlığını düşünməsinə 

imkan verir [11, 57]. Etnik dil qohumluq dilidir. Qrup üzvl

əri adətən bir-birini 

qardaş və qrupa bağlı olanları əmioğlu çağırırlar. Qrup üzləri arasında harmo-

ni

ya qardaşlıq əlaqələri kimidir. Etnik qrupların davranışları ailə qaydaları əsa-



sında müəyyənləşdirilir. Qabon və Kamerunda qəbilə və qrup üzvləri yenidən 

birlik yaratmaq üçün h

ərəkata başlayanda onlar özlərinin əvvəlki nizamsızlığını 

ail


ədaxili dava-dalaş kimi izah edirdilər [11, 57]. Müəllifə görə, etnik qohum-

luq 


əlaqələri iki mənsubiyyətin birgə xarakterindən, yaxud da ailənin etnikliyə 

analoji t

əsirindən yarana bilməz. İkisi arasında daha çox birbaşa əlaqələr var. 

M

ənsubiyyət, hər  hansı  bir  aidiyyət ailə  münasibətlərinin  qohumluğundan 



yaranır, burada etnik əlaqələr ailə əlaqələrində piramidavaridir. Bəzi kiçik etnik 

qruplar q

əbilələrin qohumluq əlaqələri aglomerasiyasına nisbətən heç nədir, 

ad

ət-ənənə, dini, dili olan daha böyük yarımqruplar və böyük qruplar mühüm 



əhəmiyyət daşıyır [11, 57].  

B

əhs olunan nəzəriyyənin tədqiqatçıları  iki  yanaşma  üzərində  dayanır: 



sosial-tarixi v

ə  biososial. Biososial nəzəriyyəyə  daha çox maraq göstərən 

L.N.Qumilyov yazır ki, milli-azadlıq hərəkatının zərbələri altında geri çəkilən 

müst


əmləkəçilik yox olmaqdadır, lakin etnoslararası təmas qalır və genişlənir. 

Dem


əli, qarşılıqlı anlaşma yaradılması problemi həm dünya siyasətinin qlobal 

miqyasında,  həm də  mikroskopik-qanışirin  görünən, lakin bizə  bənzəməyən 

adamlarla şəxsi görüşlər miqyasında getdikcə daha da zəruri olur. Belə olduq-

da, 


əməli  əhəmiyyətinə  baxmayaraq, nəzəri mahiyyət  daşıyan  yeni  bir  sual 

ortaya çıxır. Hansı səbəbdən bir-birimizə bənzəməyən biz insanlar bir-birimizə 

uyğunlaşmalı, özgə adət-ənənələrini öyrənməli, bizə təbii görünən, etnosdaxili 

t

əmaslar üçün kifayət edən və qonşularımızla ilişkilər üçün qənaətbəxş sayılan 



yeni yollar aramalıyıq?... Həqiqətən müxtəlif xalqlar müxtəlif tarixi dövrlərə və 

f

ərqli tarixi talelərə malik olurlar. Həmin talelər isə ayrı-ayrı adamların xarak-



terl

ərini  formalaşdıran  şəxsi  tərcümeyi-hallar kimi silinməz iz qoyurlar. 

Əlbəttə,  insanın  onu  qidalandıran  təbiətlə  gündəlik təması  vasitəsilə  coğrafi 

mühit d


ə  etnoslara təsir edir. Lakin bu hələ  hamısı  deyil. Əcdadlardan  miras 

qalan 


ənənələr də öz rolunu oynayır, qonşularla (etnik əhatə ilə) olan ənənəvi 

düşmənçilik, yaxud dostluq özünün mədəni təsirini göstərir, dinin öz 

əhəmiyyəti var. Bütün bunlardan əlavə, hər hansı təbii hadisə kimi, etnoslara 

aid olan inkişaf qanunları mövcuddur [9, 14]. 

Q

ərb tədqiqatçıları  içərisində  biososial  yanaşmanın  görkəmli nümayən-



d

əsi kimi Pyerom van der Berqe daha çox diqqəti cəlb edir. Müəllifə  görə, 

etniklik h

ər  şeydən öncə  əcdadlara meyllidir. Məhz belə  bağlılıq  etniklik 

fenomenind

ə həlledici rol oynayır [17, 220; 5, 20-39]. 



 

137 


Primordialist n

əzəriyyədə  sosial-tarixi və  mədəni-psixoloji  yanaşmalar 

h

ələ  də  üstünlük təşkil  edir,  bu  nəzəriyyənin tərəfdarları  etnikliyi  çoxəsrlik 



tarixi t

əcrübə nəticəsində yaranan davamlı sosial fenomen, təcrübəli qrup kimi 

izah edirl

ər. Y.Bromley qeyd edir ki, etnos tarixən müəyyən ərazidə formala-

şan,  oxşar  mədəniyyəti və  psixologiyası  olan  və  digər qruplardan fərqlənən 

sosial-m


ədəni birlikdir  [6, 9; 7, 53-55]. Eyni zamanda bu nəzəriyyəyə  etnik 

kimliyi  doğulduğu  gündən bəri  əldə  etdiyi  rigidliyi  (qapalılığı)  fərdin  əsas 

xüsusiyy

əti kimi görür. Onlarda hər hansı bir sinif və ya siyasi amillər yoxdur. 

Etnik m

ənsubiyyətinə görə rusiyalı Rusiya, Kanada və digər ölkələrdə dəyiş-



m

əz  olaraq  qalır.  Bu  tezisdən primordialistlər belə  nəticə  çıxarır  ki,  etnosun 

özünd

ə demək olar ki, qaçılmaz münaqişə potensialı var. Bu isə o deməkdir ki, 



etnik  münaqişə  heç  bir  xüsusi  izahata  ehtiyacı  olmayan  etnik  fərqlərin izləri 

kimi, etnik f

ərqlər nəticəsində yaranır [5, 20-39].  

V.Tişkov  qeyd  edir  ki,  bu  yanaşma  xüsusilə  etno-mədəni fərqləri olan, 

h

ətta “rəsmi dövlət qeydiyyatına alınan və etnik əsasda formalaşan cəmiyyətlə-



r

ə  xasdır  [26, 19]. Ümumiyyətlə,  bir  qrup  politoloqlar  etnik  münaqişənin 

t

əbiətinə dair nəinki primordialist nəzəriyyəni, hətta digər nəzəriyyələri də kəs-



kin t

ənqid atəşinə tutaraq qeyd edirlər ki, belə yanaşmalar doğru deyil, bu, bir 

mifdir.  Etnik  münaqişələr etniklikdən daha çox özündə  siyasi, iqtisadi, insti-

tutsional yanaşmaları ehtiva edir. Bu siyasətçilər iddia edirlər ki, etnik müna-

qişə  anlayışı  yalnışdır,  çünki  bu,  siyasi qərarlar nəticəsində  məlum qrupların 

müharib


ə zamanı bir-birinə qarşı vuruşmasına gətirib çıxarır. Müxalif qruplar 

qeyd olunan faktorlara gör

ə  dost və  düşməni asan müəyyənləşdirmək üçün 

etnikliyi 

əvəzləyə bilər [19, 70]. Göründüyü kimi, etnik münaqişənin təbiətinə 

dair n


əzərəriyyələr birmənalı qarşılanmır. Bu isə təsadüfi deyil. Etnik mühari-

b

ələr,  əsasən, soyuq müharibənin  başa  çatması  ilə  qəddar və  irimiqyaslı  hal 



almağa  başlamışdır.  Belə  halı  keçmiş  SSRİ  məkanında  daha  aydın  müşahidə 

edirik. M

əlumdur  ki,  keçmiş  SSRİ-nin varisi Rusiya yeni minilliyə  iqtisadi, 

sosial v


ə  siyasi problemləri tam həll  olunmamış  şəkildə  daxil oldu. Özünü 

çökmüş SSRİ-nin varisi hesab edən Rusiyanın daxilində və xaricində çoxdan 

tüstül

ənən münaqişə ocaqları, öz həllini  gözləyən milli məsələlər-Çeçenistan, 



C

ənubi Osetiya, Kalininqrad anklavı, Kuril adaları, MDB ölkələrində (xüsusilə 

Ukrayna, Moldova, Qazaxıstan, Azərbaycanın Dağlıq Qarabağ problemi) hələ 

d

ə qalmaqdadır.  



Primordialist n

əzəriyyə  müəlliflərinə  görə, burda güclü və  xeyli sayda 

z

əif amillər var. Güclü amillər hər zaman sosial həmrəyliyi diqqət mərkəzində 



saxlayırlar. Şübhəsiz ki, dərinin, saçların rəngi kimi digər fiziki əlamətlər sosial 

h

əmrəyliyin  elementar  formasını  müəyyənləşdirən,  xarici  görünüşünü  əks 



etdir

ən çoxlu qruplar mövcuddur. Belə  həmrəylik  ümumi  anlayışda  xalqın 

gücün

ə əsaslanır, “biz kimik”, bu zaman ümumi düşmən, ümumi dil, ümumi 



tarix anlayışları ortaya çıxır. Zəif amillər isə aşağıdakıları nəzərdə tutur: etnik 

qruplar niy

ə dəyişkənliyə uğrayır, yeniləri meydana çıxır, hakimiyyət uğrunda 

qrupdaxili mübariz

ələr bir qədər arxa plana keçir. Bütün bu faktlar isə  onu 


 

138 


göst

ərir ki, etnikliyin çox mürəkkəb təbiəti var və  o xarici əlamətlərinə  görə 

izah oluna bilm

əz [15, 6]. 

Epifenomenalistik yanaşma da sosial fenomen kimi etnikliyi bioloji əsas 

kimi q


əbul  edir.  Bu  yanaşmanın  müəllifləri də  fiziki və  sosial  əlamətlərdəki 

f

ərqlərə  xüsusi  əhəmiyyət vermirlər.  Yalnız  o,  bioloji  və  mədəni cəmiyyətin 



sinfi v

ə  institutsional münasibətlərlə  əlaqəsi olmayan siyasətə  müstəqil təsir 

imkanlarını əks etdirir. Epifenomenalizm iddia edir ki, hakimiyyət nə bioloji, 

n

ə  də  sosial-mədəni  əlamətlərə  görə  yox, institutsional parametrləri və  sinfi 



quruluşu olan siyasi əsasları ilə təmsil olunur. Buna görə də, etnikliyin özünün 

xarakterik xüsusiyy

ətləri var[15, 6]. Lakin etnik kimlik sabit, dəyişməz xarak-

ter  daşımır.  D.Leyk  və  D.Rotşildin  fikrincə,  bu  ad  altında  köhnə  identikliyin 

transformasiyası  və  yaxud  yeni  identikliyin  formalaşması  başa  düşülə bilməz 

[20, 80]. M

əlumatlardan  da  göründüyü  kimi,  primordialist  yanaşmada  etnik 

identiklik qabardılmaqla etnik münaqişənin təbiəti izah olunur. Bəzən isə qeyd 

olunur ki, etnos sosial hadis

ə  deyil və  bu səbəbdən də  bir neçə  formasiyada 

mövcud ola bil

ər. İctimai inkişafın təsiri ekzogendir (xaricidir), o, həm siyasi, 

h

əm də mədəni inkişafda təcəssüm olunması şərti ilə etnosların formalaşmasına 



v

ə ya parçalanmasına təsir edə bilər. 

Etnik  münaqişələr  haqqında  digər nəzəriyyələr  sırasında  diqqəti cəlb 

ed

ən instrumentalist yanaşmadır. London İqtisad Məktəbinin görkəmli profes-



soru Antoni Smit qeyd edir ki, bu n

əzəriyyə  1960-1970-ci illərdə  Amerika 

Birl

əşmiş Ştatlarında etnik müzakirələrdə gündəmə gəldi [28, 48-49]. Bu nəzə-



riyy

ənin əsas diqqət mərkəzi etnik kimliyin rasional aspektlərinə yönəlib [21, 

3-24; 2, 62-

63].  Bu  yanaşma  müəyyən bir vəziyyətdə insanların  reaksiyasına 

bir növ etnikliyin düşüncəsi kimi yanaşır. Bu halda etnik mənsubiyyətin tarixi 

resurslardan, başqa sözlə, öz məqsədlərinə nail olmaq üçün siyasi imkanlardan 

özün

əməxsus şəkildə faydalanmaq imkanı ortaya çıxır. Bundan əlavə, etniklik 



gizli v

ə ya tamamilə yoxluq səviyyəsinə enmir. Primordialzimdə olduğu kimi, 

instrumentalizm d

ə etnik kimlik baxımından özünü sabit deyil, hərəkətlilik və 

mobillik kimi xüsusiyy

ətləri ilə şərtlənir. Məsələn, tarixən Qafqaz regionunda 

müxt

əlif tarixi dövrlərdə formalaşmış “Qafqaz mozaikasını” xatırladan müxtə-



lif etnik, dini, etno-konfessional, etno-

sosial qruplar mövcuddur. İnstrumenta-

list yanaşma belə rəqib qrupların qarşılıqlı münaqişəsinin meydana çıxmasını 

etnik münaqişənin təbiətinin bir forması hesab edirlər. Onlar belə hesab edir ki, 

identik  uyğunsuzluqlar  yox,  reallıqda müxtəlif  resurslar  uğrunda  qruplararası 

düşmənçilik  etnik  münaqişələrin təbiəti  kimi  izah  olunmalıdır  [5, 20-39]. 

Devid Leyk v

ə  Donald  Rotşildin  birgə  araşdırmlarına  görə, hər  şeydən öncə 

etnik  münaqişələrin səbəbi gələcək kollektiv təhlükədir. Qruplar özlərinin 

fiziki t


əhlükəsizliyinə zərbələri hiss etdikdə təhlükəli və çətin strateji dilemma 

qarşısında qalır, bu zaman zorakılıq üçün böyük bir potensial əhəmiyyət kəsb 

edir. Qrupdaxili etnik v

ə  siyasi fəallar bu qorxunu gücləndirirlər. Siyasi 

yaddaş, miflər, eləcə də digər qavrayışlar bu qorxulara təsir edir. Və beləliklə 

d

ə qrupdan-qrupa daha da böyüyür [15, 36]. Bəzi tədqiqatçılara görə, instru-



 

139 


mentalizmin bel

ə  yanaşmasında  müəyyən qüsurlar var  [26, 19]. Birincisi, bu 

ideya etnik münasib

ətlərin hərəkət xarakteri haqqındadır. Əslində, etnik fərdlə-

rin seçimi tamamil

ə azad hesab oluna bilməz, etnik kimlik nisbi xarakter daşı-

mır. İkincisi, bu nəzəriyyə irrasional etnik amilləri nəzərə almır. Bir vasitə kimi 

onun s


əmərəliliyi  yalnız  maraqlardan  deyil,  həm də  etnik identikliyin emo-

sional qavrayışlarından asılıdır [26, 19].   

XX 

əsrin 90-cı illərində ən ümumi paradiqma kimi konstruktivizm diqqə-



ti c

əlb edir. Bu, əvvəlki iki yanaşmanın sanki birləşdirilməsi cəhdidir. O, müx-

t

əlif qrupların əsasında dayanan etnikliyi inkar etmir, lakin onun sonrakı inki-



şafına cəmiyyətin sosial strukturu prizmasından yanaşır [10, 25-26; 12, 3-30]. 

Ümumiyy


ətlə, bu nəzəriyyənin  formalaşdırılmasını  şagirdlər tərəfindən mə-

nims


ənilmiş bilik mexanizmi kimi izah edən Jan Piagetə aid edirlər. O təklif 

edir


di ki, yaşayış və assimilyasiya prosesləri vasitəsilə fərdlər öz təcrübələrin-

d

ən yeni biliklər  qazanırlar.  Fərd  assimilyasiyaya  uğrayanda,  onlar  yeni  qa-



zanılmış  təcrübəni heç bir dəyişiklik  etmədən  artıq  mövcud  olan  çərçivəyə 

daxil edirl

ər. Bu, fərdi təcrübələrin dünyanın digər nümayəndələrinə uyğunlaş-

dırılması zamanı baş verə bilər, lakin yalnışlıq ucbatından bu, baş verməyə də 

bil

ər, məsələn, onlar hadisələrə diqqət etməyə bilər, başqaları tərəfindən yalnış 



q

əbul oluna bilər, yaxud da qərara alır ki, bu hadisə bir xətadır və dünya haq-

qında  lazımsız  bir  məlumatdır.  Əksinə, fərdi təcrübələr daxili qərarlara zidd 

olanda, onlar t

əcrübə qavrayışlarını daxili qərarlara uğunlaşdırılmasına dəyişə 

bil


ər. Bu nəzəriyyəyə görə, yaşayış (sığınacaq) bir kəsin xarici aləminin yeni 

prosesl


ərə uyğunlaşdırılmasının bir əqli ifadəsi prosesidir. Nəzərə alsaq ki, biz 

h

ərəkət edirik, dünya hərəkətdədir, bizim gözləntilərimiz  özünü  doğrultmaya 



da bil

ər, bu zaman sığınacaq (məskunlaşma) uğursuz təlim mexanizmi kimi də 

başa düşülə bilər, lakin məskunlaşarkən yeni təcrübələr, dünyaya yeni modellə-

rin uyğunlaşdırılması zamanı biz uğursuzluq, yaxud başqalarının uğursuzluğu 

t

əcrübəsini öyrənirik [18]. 



Qeyd etm

ək lazımdır ki, konstruktivizm pedaqogika deyil. Öz təcrübəsin-

d

ən istifadə edərək məruzəni, yaxud təyyarə modeli hazırlamaq üçün təlimat-



ları başa düşməsindən asılı olmayaraq, əslində, konstruktivizm necə baş verdi-

yini öyr


ənməyi təsvir edən nəzəriyyədir. Hər iki halda konstruktivizm nəzəriy-

y

əsi iddia edir ki, şagirdlər (öyrənənlər) öz təcrübələrindən yeni bilik yaradır-



lar. Bununla bel

ə, konstruktivizm fəal təlim və  təlimi təşviq  edən pedaqoji 

yanaşma ilə çox təmasdadır. Digər tərəfdən, konstruktivizm Benedikt Anderso-

nun icmanın təsviri ilə bağlı konsepsiyasında əksini tapan etnik qrupların sosial 

xarakter daşımasının vacibliyi qeyd olunur. 1930-cu ildən Belçika müstəmləkə-

çil


ərinin Ruandada Tutsi/ Hutu qəbilələrinin fərqlərini mal-qara sahibləri, fiziki 

əlamətlər və kilsə qeydləri əsasında kodifikasiya edəndən bəri bu nəzəriyyənin 

t

ərəfdarları  Ruandanı  nümunə  kimi göstərirlər.  Kimlik  kartları  bu  əsasda 



hazırlandı və bu sənədlər 1994-cü il qırğınlarında (genosidində) əsas rol oynadı 

[18; 27]. 



 

140 


 Konstruktivizm nümay

əndələri  vurğulayırlar  ki,  etnik  əlamətlərdən hər 

biri-dili, m

ədəniyyəti, adət-ənənəsi müxtəlif dərəcədə yalnız etniklik üçün yox, 

ictimai-sosial münasib

ətlərin digər növləri üçün də  xarakterik ola bilər. Bu 

yanaşmanın  əsasları  B.Anderson,  V.Domingez,  D.Rotşild  və  M.Esmananın 

t

ədqiqatlarında öz əksini tapmışdır [10, 25]. 



Göründüyü kimi, bu yanaşma etnik kimliyi nisbi sayır, yaxud Tişkovun 

qey


d  etdiyi kimi,  “dreyf”  adlandırır.  Bu  nəzəriyyənin  bir  sıra  zəif cəhətlərini 

t

ənqidçilər tərəfindən göstərilən  “etnik  münaqişənin təbiəti və  mənbələrində 



yal

nız  bütün  növ  münaqişələr  deyil,  sosial  qrupların  əsasında  dayanan  (dini, 

milli, regional, klan) m

ənbələrin”  izahından  da  tapmaq  mümkündür.  Başqa 

sözl

ə, konstruktiv paradiqma əsasında  maddi  maraqlar  dayanan  münaqişələri 



(sin

fi  münaqişələri)  deyil,  onların  fərdi xüsusiyyətlər  əsasında  dayandığını 

qeyd edir [22, 73]. 

Son zamanlar b

əhs  olunan  yanaşmaların  qarşılıqlı  olmasını  xarakterizə 

ed

ən inteqrativ nəzəriyyə  diqqəti cəlb edir. A.S.Tatunça görə,  etnik  şərhləri 



bioloji, idealist, sosial-sinfi, psixoloji olaraq birm

ənalı  vermək  lazımdır  [22, 

73]. Göründüyü kimi, burada şəxsiyyət amilinin mürəkkəb və çoxşaxəli bir fe-

no

men olduğu ortaya çıxır. Buna görə də, münaqişələrin təhlili ilə bağlı etnikli-



yin t

əbiətinin izahına dair müxtəlif fikir və mülahizələri kompleks şəkildə izah 

etm

ək daha doğrudur. 



M

əhz bu baxımdan inteqrativ nəzəriyyə ən obyektiv və ağlabatan hesab 

olunur. Fikrimizc

ə, bura bir məsələni də əlavə etmək lazımdır ki, etnik münaqi-

şənin mənşəyi ilə bağlı konstruktivist və instrumentalist baxışlar nisbətən yaxın 

mövqe nümayiş etdirirlər: birincisi, hesab olunur ki, etnik özü-özünə münaqişə 

ya

ratmır; ikincisi, güman olunur ki, o, müəyyən məqsədlərin həyata keçirilməsi 



v

ə elita tərəfindən kütləvi səfərbərlik yaradılması üçün istifadə (bəzən də tez-

tez) oluna bil

ər. 


Bütün bunlar onu göst

ərir ki, müasir münaqişələrdə milli-mədəni və dini 

f

ərqlərin rolunu inkar etmək  olmaz.  Lakin  müasir  qloballaşma  prosesindəki 



iqtisadi v

ə sosial amillər elə həddə çatmışdır ki, beynəlxalq aləmdə insanlar və 

dövl

ətlər arasındakı münasibətlərin əsas katalizatoru rolunda din, dil, mədəniy-



y

ət deyil, məhz iqtisadi maraqlar çıxış edir. Digər tərəfdən, qloballaşma prose-

sinin t

əzyiqi  altında  milli  dövlətlərin zəifləməsinə  cavab olaraq sənayecə 



inkişaf etmiş dövlətlər də daxil olmaqla dünyada “lokal millətçilik” və “etnik 

dirç


əliş” yaşanır [4, 462].  

 

ƏDƏBİYYAT 

1.

 



Анцупов А.Я., Шипилов А.И. Конфликтология: Учебник для вузов. 2-е изд., пере-

раб. и доп. М.: ЮНИТИ-ДАНА, 2004, 412 c. 

2.

 

Аклаев  А.Р.  Этнополитическая  конфликтология.  Анализ  и  менеджмент.  М.:  Дело, 



2005, 472 с. 

3.

 



Альтерматт У. Этнонационализм в Европе. М.: Рос. гуманит. ун-т, 2000, 367 с.  

4.

 



Babaoğlu H. Dünya siyasəti və beynəlxalq münasibətlər. Bakı: 2010, 587 s. 

 

141 


5.

 

Буянова Н.В. Cпецифика и причины этнополитического конфликта // Ученые Запис-



ки Казанского Государственного Университета, 2007, c.20-39 

6.

 



Бромлей Ю.В. Очерки теории этноса. М.: Наука, 1983, 390 с. 

7.

 



Белков П.Л. О методе построения теории этноса // Этносы и этнические процессы. 

Памяти Р.Ф. Итса. Сб. ст. / Отв. ред. В.А. Попов. – М.: Наука, 1993, 344 с. 

8.

 

Введение в политологию: Словарь-справочник // Сост. Г.Л. Купряшин, Т.П. Лебеде-



ва, Г.И. Марченко; под ред. В.П. Пугачева. М.: Аспект Пресс, 1996, 98 c. 

9.

 



Гумилев Л.Н. Этногенез и биосфера Земли. – СПб.: Питер, 1999, 230 с. 

10.


 

Дробижева Л.М. Социальные проблемы межнациональных отношений в постсовет-

ской России. М.: Праксис, 2003, 320 с.  

11.


 

Donald Horowitz L. Ethnic Groups in Conflict. Berkeley, CA: University of California 

Press 1985. 700 p.  

12.


 

Заринов И.Ю. Социум – этнос – этничность – нация – национализм // Этнографичес-

кое обозрение, 2002,  № 1, С. 3–30. 

13.


 

Зеленков М.Ю. Межнациональные конфликты: проблемы и пути их решения (пра-

вовой аспект). Воронеж: ВГУ, 2006, 262 с. 

14.


 

Климин Д.Ю. Этнополитические конфликты: теоретико-методологические подходы 

// Ученые Записки Казанского Государственного Университета, 2007, c. 5-19 

15.


 

Кочесоков Р.Х. Этнические конфликты. Нальчик,  2007, 90 с. 

16.

 

Малышева Д. Конфликты на юге СНГ и на Ближнем и Среднем Востоке, (сравни-



тельный  анализ)  Мировая  экономика  и  международные  отношения,  1995.  №10, c. 

36-37 


17.

 

Малахов В.С. Национализм как политическая идеология. М.: КДУ, 2005, 320 с. 



18.

 

Mamdani M. When Victims Become Killers: Colonialism, Nativism, and the Genocide in 



Rwanda. Princeton, NJ: Princeton University Press // Theories of ethnic conflict 

// www.en.wikipedia.org  

19.

 

Политическая конфликтология.  Под ред. Ланцова С. СПб, Питер, 2008, 319 с. 



20.

 

Паин Э.А. Между империей и нацией: модернистский проект и его традиционалист-



ская альтернатива в национальной политике России. – М.: Новое изд-во, 2004, 248 с. 

21.


 

Рыбаков С.Е. Этничность и этнос // Этнографическое обозрение. – 2003. – № 3, c. 3-24  

22.

 

Татунц С.А. Этносоциология: проблемы, перспективы преподавания // Вестн. Моск. 



ун-та. Сер.18. Соц. И пол. – 2000. , № 1, c. 67–77 

23.


 

Тураев В.А. Этнополитология. М.: Логос, 2004, 388 с. 

24.

 

Тишков В. А. О природе этнического конфликта // Свободная мысль, 1993. №4. С. 8-16 



25.

 

Тишков  В.А.  Реквием  по  этносу.  Исследования  по  социально-культурной 



антропологии. М.: Наука, 2003, 544 с.  

26.


 

Тишков В.А. Идентичность и культурные границы. М.: Наука, 1997, 230 с. 

27.

 

Toft, Monica Duffy. The Geography of Ethnic Violence: Identity, Interests, and the Indivi-



sibility of Territory. Princeton, NJ: Princeton University Press. Theories of ethnic conflict 

// www.en.wikipedia.org 

28.

 

Энтони Смит. Национализм и модернизм: Критический обзор современных теорий 



наций и национализма. Пер. с англ. А.В. Смирнова, Ю.В. Филиппова, Э.С. Загаш-

вили, И. Окуневой. М.: Праксис (Серия «Новая наука политики»), 2004, 464 с.  

 


 

142 


СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ ТЕОРИИ ЭТНИЧЕСКИХ КОНФЛИКТОВ 

 

А.С.МАМЕДОВ 

 

РЕЗЮМЕ 

 

 



В  статье  исследуется  разные  подходы  сущности  и  классификации  этнических 

конфликтов. На основе методов сравнительного анализа на ряду объяснений сущности 

этнических конфликтов, также было отведено место и их критике. Наряду с этим, основа 

этнических конфликтов анализируется и характеризуется как отдельные теории иденти-

фикация  противостояния.  Также  в  работе  показано  существование  двух  этических 

групп,  их  разные  мировозрения  против  друг-друга,  традиции,  историческое  прошлое, 

память крови, психология и самосознание.  

 

Ключевые слова: этнический, конфликт, сравнение, анализ, теория 

 

ON THE COMPARATIVE ANALYSIS OF ETHNIC CONFLICT THEORIES 

 

A.S.MAMMADOV

  

 

SUMMARY 

 

The article considers different approaches to the nature and classification of ethnic con-

flicts

. The nature of ethnic conflict is explaned on the basis of comparative analysis. Thus, dif-



ferent theories characterizing ethnic conflicts as confrontation of identities are  analyzed, 

the 


existence of two ethnic groups, their different views against each other, traditions, and history, 

psychologies and consciousness are marked.



 

 

Key words: ethnic, conflict, comparison, analysis, theory 

 

Kataloq: Xeberler%20Jurnali -> Humanitar%20%202013%20%204
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк
Humanitar%20%202013%20%204 -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml

Yüklə 230,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə