Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi



Yüklə 424,01 Kb.
Pdf görüntüsü
tarix24.01.2017
ölçüsü424,01 Kb.

 

54

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№3 

 

  Sosial-siyasi 

elmlər seriyası 

  2011 

 

 



 

 

UOT 321 (091); 34 (091) 



 

QƏDİM ŞƏRQ ÖLKƏLƏRİNDƏ  CİNAYƏT VƏ CƏZA 

MƏSƏLƏLƏRİNƏ DAİR 

 

E.Q.NƏBİYEV 

Bakı Dövlət Universiteti 

nebiyev elbay@gmail.ru 

 

Məqalədə  Qədim  Şərq ölkələrində - Misirdə, Babildə, Hindistanda, İranda və Çində 



cinayət və cəza məsələlərindən, bu sahədə olan səciyyəvi cəhətlərdən bəhs olunur. Müqayisəli 

yanaşma  əsasında göstərilən ölkələrdə cinayət və  cəza hissələrində oxşar və  fərqli cəhətlər 

önə  çəkilmiş  və araşdırılmışdır. Qədim dövrün mühüm hüquq abidələri olan Hammurapi 

Qanunlarında, Manu Qanunlarında, Avestada cinayət və  cəza məsələləri xüsusi araşdırma 

predmeti olmuşdur. 

 

Ачар сюзляр:  Гядим Шярг, ъинайят вя ъяза, ганунвериъилик, адятляр, щцгуг абидяляри 

       

İbtidai icma quruluşu dövründə cinayət və  cəza anlayışları mövcud ol-



mamışdır. Lakin bu heç də  qəbilə quruluşu dövründə cəmiyyət və onun ayrı-

ayrı üzvləri üçün təhlükə yarada biləcək hərəkətlərə yol verilmədiyi anlamına 

gəlmir. Onlara cinayət  əməli kimi baxılmırdı. Tayfa və ya qəbilə daxilində 

ayrı-ayrı şəxslərin mənafelərinin pozulması onların və ya yaxınlarının şəxsi işi 

sayılırdı. 

Məhsuldar qüvvələrin inkişafı nəticəsində insanları istismar etmək, izafi 

məhsul  əldə etmək, qul əməyindən istifadə etmək üçün iqtisadi imkanlar 

yaranmışdır. Məhz bu zaman ayrı-ayrı şəxslərin, qəbilə və ya tayfanın məna-

felərini pozan təhlükəli əməllərə münasibət dəyişdi. 

Quldarlıq dövründə isə insanın öldürülməsi ölənin və ya qətlə yetirənin 

sinfi mənsubiyyətindən asılı olaraq bir halda təhlükəli  əməl sayılmır, digər 

halda ən təhlükəli cinayətlərdən biri idi. Cəza tədbirləri müəyyən olunarkən də 

sinfi mənsubiyyət həlledici rol oynayırdı. 

Qəbilə quruluşu dövründən qalmış qan intiqamı qədim cəmiyyətdə qalsa 

da, bu adətdən yalnız azadlar arasında istifadə oluna bilərdi. Qul sahibi quldan 

qisas almır, qul isə quldardan qisas ala bilməzdi. Qəbilə quruluşu dövründən 

qalmış icmadan qovma artıq qula şamil olunmurdu. Bu cəza yalnız azad 

adama tətbiq oluna bilərdi. Bu da təsadüfi deyildi. Qulun qovulması tamamilə 

mənasız idi, çünki belə olduğu təqdirdə o, əslində öz arzusuna çatmış olurdı, 


 

55

yəni qul heç nə itirmir, əksinə azadlıq əldə edirdi. 



İstər quldarlıq cəmiyyətində, istərsə  də feodalizm dövründə cinayətin 

sinfi təbiəti onda təzahür olunur ki, cinayət anlayışı hakim sinfin hüquq düşün-

cəsinə uyğun olaraq müəyyən olunur. Belə ki, quldar cəmiyyətində cinayət 

anlayışı quldarların hüquq düşüncəsinə, feodalizm dövründə isə feodalların 

hüquq düşüncəsinə uyğun idi. Quldar cəmiyyətində insanların hüquq düşüncə-

si bir çox halda dini düşüncənin təsiri altında olmuşdur. Feodalizm dövründə 

də cinayət əməllərinə xeyli sayda din əleyhinə cinayətlər daxil idi. Bu da on-

dan irəli gəlir ki, antaqonist siniflərin mövcudluğu şəraitində cinayət və qeyri-

cinayət əməllərinin anlayışı bir çox halda bir-birinə zidd idi. Antaqonist sinif-

lər üçün cinayət anlayışı ümumi ola bilməzdi, çünki onların iqtisadi vəziyyəti 

və bundan irəli gələn hüquqi və siyasi görüşlər köklü surətdə fərqlənir. 

Sinfi cəmiyyətin müxtəlif inkişaf mərhələlərində onlara müvafiq cəza 

sistemləri də mövcud olmuşdur. Cinayətkarlıqla mübarizədə ölüm cəzası  və 

cismani cəzalardan, həbsdə saxlama və sürgündən,  əmlak və digər hüquqlar-

dan məhrum etmədən, rüsvayedici cəzalardan geniş istifadə olunsa da, cinayət-

karlıqdan etibarlı müdafiə yaratmaq mümkün olmamış, onların sayı isə get-

dikcə artmışdır ki, bunun da səbəblərini həmin quruluşların kökündə axtarmaq 

lazımdır. 

Cəzanın tətbiqi təcrübəsinə tarixi və müasir aspektdən yanaşdıqda onun 

sinfi xarakterini və spesifik sosial rolunu, habelə sinfi cəmiyyətin müxtəlif 

inkişaf mərhələlərində onun tətbiqi tendensiyaları kimi ümumi cəhətlərini 

qeyd etmək lazımdır. 

Cəmiyyətin mövcudluğuna, ictimai və dövlət quruluşunun  əsaslarına 

qəsd edənlərə qarşı özünümüdafiə vasitəsi kimi çıxış edən cəza qədim dövrdə 

hakim sinfin maraqlarına uyğun müəyyən olunur və  tətbiq olunurdu. Cəza 

vasitəsilə hakim sinif ona sərfəli olan davranış qaydalarının müdafiəsini təmin 

etməyə çalışırdı. 

Cəzaların tətbiqində səciyyəvi tendensiya isə ondan ibarət olmuşdur ki, 

sinfi mübarizə  kəskinləşdiyi dövrlərdə  cəzalar da şiddətlənir, onların tətbiqi 

sferası genişlənirdi. 

Qədim dövrdə və orta əsrlərdə ən geniş yayılmış cəza növü ölüm cəzası 

idi. Qədim dövrdə ölüm cəzasını  nəzərdə tutan hökm həmin  ərazidə  qəbul 

olunmuş formada həyata keçirilirdi. 

Tarixin ön çağlarında quldarlıq cəmiyyətində meydana gəlmiş ölüm cə-

zası müxtəlif tarixi dövrlərdə təkcə cəza olaraq qalmamış, həm də “təhlükəli” 

adamların məhkəməsiz məhv edilməsi vasitəsi olmuşdur. Bunu təsdiq etmək 

üçün təkcə qədim və orta əsr hüquq abidələrini nəzərdən keçirmək lazım deyil, 

həm də ötən  əsrdə ikinci dünya müharibəsi illərində alman faşistlərinin 

antropoloji təlimə əsaslanaraq törətdikləri kütləvi qırğınları, SSRİ dönəmində 

30-50-ci illərdəki kütləvi represiyaları yada salmaq kifayətdir. Bu cəza növü 

yalnız XX əsrin ikinci yarısından başlayaraq tədricən məhdudlaşdırılmışdır. 

Bütün dövrlərdə ölüm cəzasının tətbiqi xeyli dərəcədə  şəxsiyyətin 



 

56

cəmiyyətdəki mövqeyi ilə bağlı olmuşdur. Qədim və orta əsrlərdə insan şəx-



siyyətinin təhlükəsizliyi üzərində dövlət qayğısı mövcud olmamışdır. Cəmiy-

yətdə  mənəvi etik və hüquqi təsəvvürlərin zəif olması insan şəxsiyyətini və 

həyatını mühafizə edən faktorların formalaşmasına imkan verməmişdir. 

Yeni dövrdə  siyasi inqilabların baş verməsilə  burjua hüququ bərqərar 

olmuş, nəticədə isə insan şəxsiyyətinə  və  həyatına münasibət dəyişmişdir. 

XVIII  əsrin sonunda baş vermiş Böyük Fransa inqilabı  nəticəsində  bərqərar 

olmuş və inkişaf etmiş burjua hüququ feodal hüququnun keyfiyyətcə fərqlənən 

yeni hüquqla inqilabi əvəzlənməsinə  gətirib çıxardı.  İnqilabdan sonra qəbul 

olunmuş  “İnsan və  vətəndaş hüquqları  Bəyannaməsində” burjua hüququnun 

əsas prinsipləri  formulə edildi. Azadlıq, mülkiyyət, təhlükəsizlik və zülmə 

qarşı müqavimət kimi insanın təbii və ayrılmaz hüquqları elan olundu. ABŞ-ın 

1776-cı il İstiqlal Bəyannaməsində də insanların yaşamaq, azadlıq, xoşbəxtliyə 

səy göstərmək kimi ayrılmaz hüquqları bəyan olundu.  

XIX  əsrdən başlayaraq insan şəxsiyyəti və onun qorunması dövlət üçün 

ümumi və əsas prinsip kimi formalaşmağa başlamışdır. Bu zəmində də ölüm 

cəzasına münasibət dəyişir. Qədim zamanlarda ucuz başa gəldiyi üçün edam 

cəzasının tətbiqinə maneəsiz yol verildiyi halda, yeni dövrdə əksinə onun ayrı-

ayrı hallarda tətbiqinin zəruriliyini sübut etmək lazım gəlirdi. Yeni dövrdə 

insana istirab verən və onu dəhşətə gətirən açıq edamlar tədricən ləğv edilir. 

Ümumiyyətlə ölüm cəzasına bir mənalı münasibət yoxdur. Onun tətbiqini rədd 

edən və ya onun tətbiqinə haqq qazandıran çoxsaylı  təlimlərə, mülahizələrə 

rast gəlmək olar. 

Qədim dövr qanunverciliyinin səciyyəvi cəhətlərindən biri obyektiv 

təqsirləndirmənin mövcudluğu olmuşdur. Qədim Misirdə dövləti cinayətlərə 

görə törədilən cinayətlə heç bir əlaqəsi olmayan şəxsin (təqsirləndirilən şəxsin 

yaxınlarının) cəzalandırılması bunu təsdiq edir. Obyektiv təqsirləndirmə prin-

sipinə Qədim Babildə, Çində və digər ölkələrdə də rast gəlmək olar. 

Qədim dövrün bir çox adətləri, səciyyəvi cəhətləri dövrün ən görkəmli 

qanunvericisi, Babil sülaləsinin altıncı  şahı olan Hammurapinin adı ilə bağlı 

qanunlarda öz əksini tapmışdır. Hammurapi Qanunları ailə-nikah, xidməti- 

əmlak və maliyyə-kommersiya  münasibətlərini nizamlamaqla yanaşı  vəzifə 

və adi cinayətlərə görə cəzalardan, ayrı-ayrı mütəxəssislər tərəfindən sifarişləri 

vicdansızcasına və etinasızlıqla yerinə yetirilməsinə görə təqiblərdən bəhs edir 

(1,12). Təntənəli Proloqda deyilir ki, allah Marduk Hammurapini “insanları 

ədalətli idarə etmək və ölkəyə xoşbəxtlik bəxş etmək üçün” göndərmişdir. 

Qədim adətlərdən biri qəbilə icması üçün səciyyəvi olan qan intiqamı 

artıq Qədim Misirdə, Qədim Babildə ləğv olunmuşdu. İzafi məhsulun yaran-

ması ilə  əlaqədar qan intiqamının hegemonluğuna son qoyuldu. Qisası pul 

cəriməsi  əvəz etdi. Sinfi cəmiyyətin erkən inkişaf mərhələsində qisasla pul 

verib azad olunma arasında seçim zərərçəkmişin və ya onun ailəsinin (qəbilə-

nin) işi idi. Bunu xett qanunnaməsindən də görmək olar. Burada təqsirləndiri-

lən  şəxsin ölməli və ya pul verməli olduğunu müəyyən etmək hüququ “qan 



 

57

sahibinə” verilmişdir.  Şah bu məsələyə müdaxilə etmirdi. Pulun məbləği də 



onu maraqlandırmırdı. Adət və ya qanun ümumi norma müəyyənləşdirənə 

qədər bu barədə tərəflər öz aralarında razılığa gəlməli idi.  

Qədim Babildə Hammurapi Qanunlarında da (e.ə. XVIII əsr) qan inti-

qamını cərimə əvəz etmişdir. Bir halda bu cür əməl dövlət tərəfindən cəzalan-

dırılır, digər halda cinayətkar zərərçəkmişə  və ya onun qohumlarına ödənc 

haqqı verməli idi. Cərimənin həcmi isə  həm cinayətin ağırlığından, həm də 

tərəflərin sosial mənsubiyyətindən asılı idi. Qanunların 202-204-cü maddələri 

deyilənləri təsdiq edir. Əgər  şəxs özündən yüksək  şəxsi vurarsa ona öküz 

dərisindən hazırlanmış qamçı ilə 60 zərbə vurulmalıdır. Avilum özünə bərabər 

şəxsin yanağına vurardısa, o zaman bir mina gümüş (500 qr.) ödəməli idi. 

Muşkenum muşkenumun yanağına zərbə endirərdisə o, 10 sikl gümüş (6 dəfə 

az) ödəməli idi.

TPF

1

FPT 



Qədim  Şərq ölkələrinin cinayət və  cəza məsələlərinə diqqət verdikdə 

ümumi cəhətlərlə yanaşı  bir sıra spesifik cəhətlər də nəzərə çarpır. Ümumən 

götürdükdə isə Qədim Şərq ölkələrinin qanunvericiliyi ilk növbədə dövlət və 

ictimai quruluşun keşiyində dayanırdı. Lakin bəzi ölkələrdə bu barədə danışıl-

sa da digərlərində qanunverici dövləti cinayətlərə xüsusi diqqət verməməyi 

üstün tutmuşdur. Belə ki, Qədim Misirdə dövlətə qarşı cinayətlərə xüsusi 

önəm verilirdi. Dövlətə qarşı  xəyanət, üsyan və sui qəsd hallarında təkcə 

təqsirləndirilən  şəxs deyil, onun anası, bacıları, bütün ailəsi cəzalandırılırdı. 

Üstəlik, qiyamçı dəfn olunmaq hüququndan məhrum olunurdu. Ağır cinayətlər 

sırasında dövlət sirrini yayma  göstərilirdi. Lakin Qədim Babil dövlətində Şah 

Hammurapinin dövründə, Qədim Hindistanda (Manu Qanunlarında) dövləti 

cinayətlərə xüsusi önəm verilmirdi. 

Qədim Misirdə  ağır cinayətlərə allaha həsr olunmuş heyvanın qəsdən 

öldürülməsi, qaraleyləyin, pişiyin, bayquşun və s. öldürülməsi, çirkabın Nilə 

axıdılması, qəbirlərin açılması, Abidosda qadağan olunmuş zonada dəfn 

olunması, kahinlər tərəfindən qurbanlıq kimi qeydə alınana qədər keçilərin, 

buzovların və başqa heyvanların qurban verilməsi aid edilirdi. Ağır cinayətlər 

sırasında Totu allahın müqəddəs kitablarında ifadə olunan müalicə qaydalarını 

pozmanı, yeni rəqs icad etmə və ya yeni mahnı tərtib etməni göstərmək olar. 

Bundan əlavə andı pozma, adam öldürmə, yalan məlumat vermə ağır cinayət 

sayılmaqla ölüm cəzası ilə  cəzalandırılırdı. Oğurluğa, yanğın törətməyə görə 

cinayətkarın əli kəsilirdi. Şikəstetmə cəzaları saxta möhür düzəltmə, saxta pul 

kəsmə (bu halda cinayətkarın hər iki əli kəsilirdi) cinayətlərinə də şamil edi-

lirdi. Zinakarlıq halında qadının burnu kəsilirdi. Zorlama cinayətində axtalama 

tətbiq olunurdu. Qeyri-qanuni yollarla yaşama vasitələri  əldə etmə, yaşama 

vasitələri barədə yalan məlumatlar vermə cəzalandırılırdı. 

Qədim şərq ölkələrində, xüsusən də Qədim Misir və Qədim Çində atanın 

                                                 

TP

1

PT



 Bütün qanunvericilik materialı  “Хрестоматия  по  истории  государства  и  права  за-

рубежных стран. Под ред. З.М. Черниловского. М., 1984” kitabından götürülmüşdür. 



 

58

nüfuzu yüksək tutulurdu. Atanın öldürülməsi ən ağır və amansız cəzaya səbəb 



olurdu. Belə ki, Qədim Misirdə bu cür cinayətkarın öncə  ətini bədənindən 

qoparıb sonra tikan üstə qoyub yandırırdılar. Qədim Çində atanın öldürülməsi 

hökmdarın öldürülməsinə bərabər tutulurdu.  

Qədim Misirdən fərqli olaraq Qədim Babildə qanunverici ailə əleyhinə 

olan cinayətlərdən daha ətraflı bəhs edir. Ailə əleyhinə və cinsi cinayətlərdən 

Hammurapi Qanunları ər-arvadlıq sədaqətini pozma və yaxın qohumlarla cinsi 

əlaqə əməllərinə toxunur, dul qadının ikinci nikahını cəzalandırırdı. 

Zina etmiş arvadı, habelə  həmin cinayətin iştirakçısını suya atırdılar 

(129-cu maddə.). Lakin ər arvadını bağışladığı halda şah məşuqu da bağışla-

yırdı. Qədim Hindistanda isə qadının analoji cinayətinə görə onu itlərin gəmiş-

dirilməsinə atırdılar. Kənar  şəxslə cinsi əlaqəyə arvad deyil, gəlin girərdisə 

təqsirli zinakar (kişi) edam olunurdu. Bu halda  kişi tərəfindən  zorakılıqdan 

istifadə etməsi  güman olunur (130-cu mad.). Kimsə arvadı  sədaqətsizlikdə 

ittiham edərdisə  həmin qadın ittihamın  əsassız olduğunu sübut etmək üçün 

“suya girməli” idi, yəni suyla xüsusi sınaqdan keçməli idi. Güman etmək olar 

ki, bu zaman arvad suda boğulmaq təhlükəsi ilə üzləşirdi. Qadın sınaqdan 

uğurla çıxardısa o zaman onu zinakarlıqda  əsassız ittiham edən şəxsin namus-

suzluq əlaməti olaraq saçları qırxılırdı. Arvadın sədaqətsizliyi cəzalandırılırdı. 

Ər isə arvadına xəyanət edə bilər, hətta evə aşna da gətirə bilərdi. Bu da ailədə 

kişinin üstünlüyünü bir daha nümayiş etdirirdi. Qanunların 135-b maddəsi 

deyilənləri təsdiq edir. Belə ki, birinci ərindən azyaşlı uşaqları olan dul qadın 

məhkəmənin icazəsi olmadan ikinci dəfə ərə gedərdisə onu ölüm cəzası göz-

ləyirdi. 

Bundan əlavə Hammurapi Qanunları yaxın qohumlar arasında cinsi əla-

qələri də cəzalandırırdı. Belə ki, atanın ölümündən sonra anası ilə əlaqədə olan 

oğul anası ilə birlikdə yandırılırdı. Qızı ilə əlaqəyə girmiş ata həmin ərazidən 

qovulurdu. Öz oğlunun arvadı ilə əlaqəyə girmiş ataya suda boğma vasitəsilə 

ölüm cəzası verilirdi. Atanın ölümündən sonra ögey oğulla ögey ananın  əla-

qəsi birincinin evdən qovulması ilə  cəzalandırılırdı. Lakin ögey ananın 

övladları olduğu halda bu müddəa tətbiq olunurdu. 

Cinayət qanunu valideynlərlə övladlar arasında münasibətləri də tənzim-

ləyirdi. Atanın hakimiyyətini mühafizə edən qanun ataya zərbə endirmək 

üstündə onun əlinin kəsilməsini nəzərdə tuturdu (195-ci mad.). Bununla belə 

qanunlar uşaqları  baş verə biləcək valideyn özbaşınalığından müdafiə edirdi. 

Qanunda göstərilirdi ki, ata yalnız məhkəmə qaydasında oğlundan imtina edə 

bilər və onu vərəsəlikdən məhrum edə bilərdi və bu, oğul təkrarən ciddi xəta 

törətdikdə baş verə bilərdi (168, 169-cu mad.). Bu cəhətdən qədim  şumer 

qanunları daha ciddi idi: öz valideynlərindən imtina etmiş oğul qovula bilərdi. 

Cinayət qanunları valideynlərlə  oğulluğa götürülmüş övladlar arasında 

münasibətlərə də toxunurdu. Bəzi hallarda öz atası və anasından imtina etmiş 

övladlığa götürülmüş  oğulun dili kəsilə bilərdi (192-ci mad.), övladlığa 

götürülən öz valideynlərini tapdıqda övladlığa götürəni tərk etmək fikrinə 



 

59

düşdükdə isə onun gözləri çıxarıla bilərdi (193-cü mad.).   



Hammurapi Qanunlarında qəbilə tayfa münasibətlərinin qalıqlarına da  

rast gəlmək olar. Bu sıraya: a) cinayətkarın şəxsiyyəti məlum olmadıqda icma 

ərazisində həmin cinayətə görə bütün icmanın məsuliyyət daşıması (23, 24-cü 

mad.); b) valideynlərin törətdikləri cinayətlərə görə  uşaqların məsuliyyət da-

şıması (116, 210, 230-cu mad.); c) cinayətkarın həmin ərazidən və ya “evdən” 

qovulması (154, 158-ci mad.)  

Hammurapi Qanunlarında qəbilə-tayfa münasibətlərinin qalıqlarından 

biri olan talion (“bərabərə görə  bərabər”) da qan intiqamı  qədər qədim 

olmuşdur. Lakin birincinin ömrü qan intiqamından daha uzun oldu. Bu prinsip 

bir sıra hallarda cəzanın həddi müəyyən olunarkən (gözə göz, dişə diş) tətbiq 

olunurdu. Hərfi mənada bu o deməkdir ki, qarşı tərəfə vurulan xəsarət eyni ilə 

zərər vurana yetirilməlidir. Lakin bunun üçün hər iki tərəf eyni sosial pillədə 

durmalıdır (məs. avilum olmalıdır). Zərərçəkmiş muşkenum və ya qul olduqda 

isə  təqsirli  şəxs cərimə ödəməyə  və  əmlak zərərinin ödənilməsinə  məcbur 

edilirdi. Belə ki, avilum özünə  bərabərin gözünü çıxarardısa zərərçəkmişin 

gözü çıxarılır (196-cı mad.). Lakin o, muşkenumun gözünü çıxardıqda və ya 

sümüyünü sındırdıqda cərimə qaydasında bir mina gümüş ödəməli idi (198-ci 

mad.) Analoji xəsarət qula yetirildikdə  şəxs onun ağasına qulun qiymətinin 

yarısı həcmində ödənc ödəməli idi. 

Zahirən talionda yalnız qəddarlıq nəzərə çarpır. Lakin qədim insanlar 

üçün bu,  cəzanı  məntiqi məhdudlaşdırma üsulu idi: sənə vurulan zərərdən 

artıq zərər vurulmasın! Ədalət haqqında ibtidai təsəvvürlər əsasında formalaş-

mış bu cür yanaşmada düşmənin səni, sənin qəbiləni, sənin tayfanı zəiflətdiyi 

qədər onu zəiflətmək ideyası durur. Sinfi cəmiyyətə  və dövlətə keçidlə 

talionun  əsasını  təşkil edən  ədalətli cəza ideyası öz əvvəlki “ümuminsani” 

xarakterini itirir. Tərəflərin sosial bərabərliyi bərabər  əvəz çıxmanın zəruri 

şərtinə çevrilir: istismarçı və istismar olunan yerdə talion tətbiq oluna bilməz. 

Qanunların 3-cü maddəsində talionun özünəməxsus ifadəsi olan qayda 

öz  əksini tapmışdır. Burada göstərilirdi ki, yalançı ittihamçını (böhtançını) 

təqsirlənidirilən  şəxsə verilə biləcək cəza qədər cəza gözləyirdi: başqasını 

əsassız olaraq adam öldürmədə ittiham edən şəxs özü öldürülməlidir. 

Cinayətin xarakterinə görə talion prinsipini sözün dəqiq mənasında 

(“bərabərə görə bərabər”) tətbiq etmək mümkün olmadıqda fiksiyadan istifadə 

olunurdu: itaətsizlik göstərən qulun qulağı  kəsilir (282-ci mad.), uğursuz 

əməliyyat aparmış  həkimin barmaqları  kəsilirdi (218-ci mad.) və  s.  Bu  da 

bəzən rəmzi talion adlanır. 

Göründüyü kimi, Hammurapi Qanunları ilə müəyyən olunmuş  cəzalar 

sinfi xarakter daşıyırdı. Talion prinsipinin məhdud xarakter daşıması ilə yanaşı 

cinayətkarın və  zərərçəkmişin sinfi mənsubiyyətindən asılı olaraq eyni ci-

nayətə görə müxtəlif cəzalar verilirdi. Məs., avilum özünə  bərabər  şəxsin 

(avilumun) yanağına vurarsa bir mina gümüş ödəməli idi. Lakin şəxs həmin 

xəsarəti yüksək təbəqənin nümayəndəsinə yetirərdisə onun cəzası qat-qat ağır 



 

60

olurdu. Qul ağanın yanağına vurardısa onun qulağı kəsilirdi. Avilumdan fərqli 



olaraq muşkenum muşkenuma vurduğu zərbəyə görə daha az məbləğ ödəyirdi. 

Hammurapi Qanunlarının sinfi xarakteri oğurluğa görə  təyin olunan 

cəzalarda da özünü göstərirdi. Belə ki, oğurlanan əşyanın on qatına və ya otuz 

qatına bərabər cəriməni ödəyə bilməyən imkansız şəxsə ölüm cəzası verilirdi. 

Bütün Qədim Şərq ölkələrində olduğu kimi Qədim Babildə də cəzalar ilk 

növbədə quldarlıq quruluşunun müdafiəsinə yönəlmişdi. Qulun oğurlanması 

ölüm cəzası ilə  cəzalandırılırdı. Qaçmış qulun gizlədilməsinə görə  də  həmin 

cəza verilirdi. 

Qul şərtsiz ağasına tabe olmalı idi. Hətta cüzi itaətsizliyə görə qul sahibi 

qulu cəzalandıra bilərdi. 282-ci maddədə göstərilirdi ki, qul ağasına “sən 

mənim ağam deyilsən” deməsinə görə sonuncu onun qulağını kəsə bilərdi. 

Hammurapi Qanunlarına aşağıdakı cəza növləri məlum idi: edam cəzası, 

şikəstetmə  cəzaları, cismani cəzalar (qamçı ilə  zərbələr vurma), şərəfsizlik 

nişanı vurma, doğma yerdən və ya doğma evdən qovma, pul cərimələri, gələ-

cəkdə həmin vəzifə tutmaq hüququndan məhrum etməklə vəzifədən azad etmə. 

Qədim Babildə ölüm cəzası geniş yayılmışdı. 30 halda edam cəzasına 

rast gəlmək olur. Bu cəzanın müxtəlif amansız növlərindən (suda boğma, 

yandırma, payaya keçirmə, boğazdan asma) istifadə olunurdu. 

Şikəstetmə cəzaları əsasən talion zamanı tətbiq olunurdu. Diqqəti çəkən 

cəhət ondadır ki, cinayətin törədilməsində  əsas rol oynayan təqsirli  şəxsin 

müvafiq bədən hissələri cəzalandırılırdı. Məs. atanı vuran oğulun əli kəsilirdi. 

Bununla belə Hammurapi Qanunlarında cəzanın yumşadılması hallarına 

da təsadüf olunur. Belə ki, 207-ci maddəyə əsasən savaşma zamanı adam öl-

dürmə baş verdikdə  qatilin öldürmək niyyəti olmadığı aşkarlanarsa ona ölüm 

cəzası deyil, cərimə  tətbiq olunurdu. Bu müddəadan göründüyü kimi qanun-

verici qəsd və qəsd olmadan törədilən cinayətləri fərqləndirməyə cəhd edir. 

Qədim Misirdən fərqli olaraq şah Hammurapinin dövründə  Qədim Ba-

bildə dövləti cinayətlərdən xüsusi danışılmırdı. Bundan əlavə, bir sıra ağır 

cinayətlər – dini cinayətlər, qəsdən adam öldürmə barədə  də demək olar ki, 

danışılmır. Qanunverici yalnız dövlət quruluşuna qəsd edən  şəxslərin gizlə-

dilməsinə görə  məsuliyyət müəyyən edir. Belə ki, Qanunnamənin 109-cu 

maddəsində göstərilir ki, aşxanaçının evində sui qəsdçilər toplanarsa və o 

sonuncuları  şah sarayına  ələ verməzsə onda aşxanaçı ölümə  məhkum olun-

malıdır. Qanunnamədə dini-siyasi sistemin müdafiəsinə yönəlmiş maddəyə də 

təsadüf olunur. Belə ki, 110-cu maddəyə  əsasən içki içmək üçün aşxananın 

qapısını açan və ya  oraya daxil olan kahinəni yandırmaq yolu ilə ölün cəzası 

gözləyirdi. 

Güman etmək olar ki, ağır cinayətlərə görə ölüm cəzasının verilməsi 

təbii hal olduğundan qanunverici onların üzərində xüsusi olaraq dayanmağı və 

buna diqqət verməyi məqsədə müvafiq saymamışdır. 

Qədim Hindistanda qanun və hüququn qarşılıqlı əlaqəsi spesifik siviliza-

sion xarakter daşımışdır. Burada dini-mənəvi problemlər önə  çəkilmişdir 



 

61

(3,193). Manu Qanunları – qədim hind ədəbiyyatının abidəsi və tarixi 



mənbəyidir. Bu qanunlarda pislənilən, qadağan olunmuş  əməllərdən, onlara 

görə  nəzərdə tutulan cəzalardan bəhs olunur. Qanunvericiliyin əsasını  təşkil 

edən dharmaşastralarda mülki və cinayət qanunvericiliyinin müddəaları ilə 

yanaşı müxtəlif varna üzvlərinin vəzifələrinə, ailə  həyatının normalarına, 

ibadət və hətta sanitar-gigiyenik qaydalara və s. rast gəlinir (7, 6).  

Bəzi hallar istisna olmaqla Qədim Hindistanda Manu Qanunlarında da 

(tərtib olunması e.ə. II – eramızın II əsrlərində güman olunur) şah və mövcud 

rejimə qarşı yönəlmiş  əməllərə xüsusi diqqət verilmir. Belə ki, Qanunların 

VIII fəslində göstərildiyi kimi ticarəti  şahın inhisarında olan malları ölkədən 

çıxaran tacirin bütün əmlakı müsadirə olunmalıdır. IX fəsildə isə  şah anbar-

larına sındırmaqla daxil olub onun fillərini, atlarını oğurlayan şəxslərin ciddi 

cəzalandırılacağından bəhs olunur. Bu fəsildə  həm də  şəhər səddini və ya 

şəhər darvazasını  sındıran, xəndəklərini basdıran  şəxslərin ölkədən dərhal 

sürgün olunması barədə göstəriş verilir. 

Hammurapi Qanunlarında  ədalət mühakiməsinin təmin olunmasına 

yönəlmiş maddələr də yer almışdır. Belə ki, hakimin öz hökmünü dəyişməsinə 

görə (güman etmək olar ki, rüşvət almış hakimin hərəkətlərindən söhbət gedir) 

onun cəzalandırılması  nəzərdə tutulur. Hakim hökm çıxarıb həbdə qeyd 

etdikdən sonra onu dəyişərdisə 12 qat həcmdə iddianın qiymətini ödəməli və 

gələcəkdə həmin vəzifəni tutmaq hüququnu itirməklə tutduğu vəzifədən azad 

olunurdu. Yalan ittihama görə də ölüm cəzası verilirdi. Təqsirləndirilən şəxsə 

ölüm cəzası  nəzərdə tutulduğuna görə yalan şahidliyə görə  də edam cəzası 

tətbiq oluna bilərdi.  Əmlak mübahisəsindən söhbət gedirsə iddianın həcmi 

qədər cərimə verilə bilərdi. 

Qeyd olunduğu kimi Hammurapi Qanunlarında ümumi formada qəsdən 

adam öldürmə haqqında danışılmır. Lakin bir sıra hallarda bilmədən adam 

öldürməyə görə təqsirli şəxsə (və ya onun oğlu və ya qızına) ölüm cəzasının 

verilməsini nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, qəsdən adam öldürmə 

hallarında da ölüm cəzası verilirdi. 

Qanunnamənin bəzi digər maddələri də deyilənləri dolayı yolla təsdiqlə-

yir. Belə ki, 1-ci maddəyə müvafiq olaraq adam öldürmədə yalan ittihama görə 

ölüm cəzası (güman etmək olar ki, bu cəza təqsirləndirilən  şəxsə  də  nəzərdə 

tutulurdu) verilirdi. 3-cü maddəyə görə isə təqsirləndirilən şəxsə ölüm cəzası 

nəzərdə tutan iş üzrə yalan ifadə verməyə görə ölüm cəzası verilirdi. Ərini 

öldürən arvada payaya keçirmə cəzası tətbiq olunurdu (153-cü mad.). 

Qanunnamədə bilmədən adam öldürmə hallarında da cəza nəzərdə tutu-

lurdu. Məs. 229 və 230-cu maddələrə görə  bənnanın pis tikdiyi ev sonralar 

uçub ev sahibinin ölümünə  səbəb olardısa bənna öldürülməli, bu hadisə 

nəticəsində ev sahibinin oğlu ölərdisə onda bənnanın oğlu öldürülməli idi. 

Evin uçması nəticəsində qul həlak olduqda isə bənna ev sahibinə qul verməli 

idi. Göründüyü kimi, sonuncu halda əmlak zərəri ödənilirdi. Uğursuz müalicə-

yə görə həkimin məsuliyyəti nəzərdə tutulmuşdu. Cərrahın uğursuz əməliyyatı 



 

62

nəticəsində xəstə ölərdisə həkimin əli kəsilirdi. Həkimin əməliyyatı nəticəsin-



də qul öldükdə birinci, qulun sahibinə qul verməli idi. 

Bir uşağı  əmizdirməyi öhdəsinə götürmüş dayə valideynlərinin icazəsi 

olmadan digər uşağa da  döş verməyi üzərinə götürürsə və nəticədə uşaq ölərsə 

həmin qadının döşü kəsilirdi.   

Bəzən şəxsiyyət əleyhinə olan cinayətlərə görə cəza tədbirləri müəyyən 

olunarkən təqsir məsələləri müəyyən rol oynayırdı. Qanunlarda subyektiv 

təqsirliliyin tanınmasının əlamətlərinə təsadüf olunur. Belə ki, 206-cı maddədə 

deyilir ki, dalaşma zamanı kimsə başqasını vurub onu yaralayarsa bilmədən 

bərk vurduğu barədə and içməlidir və bu halda yalnız müalicəyə görə həkim 

haqqını ödəməlidir. Bu ehtiyatsızlıq zərbəsinin nəticəsi ölüm olardısa 207 və 

208-ci maddələrdən göründüyü kimi təqsirləndirilən  şəxs həcmi ölənin sinfi 

vəziyyəti ilə müəyyən olunan cərimə ödəməlidir. 

Öküz yolda kimsəni buynuzlayardısa və  zərərçəkmiş ölərdisə sahibi 

məsuliyyət daşımırdı. Lakim əgər  şəhər hakimiyyəti qarşısında sahib öküzü 

buynuz vuran olduğu barədə  xəbərdar edilərdisə  və o bədbəxt hadisənin 

qarşısını almaq üçün heç bir tədbir görməzdisə bu zaman o məsuliyyət daşıyır. 

Lakin bəzən subyektiv cəhət nəzərə alınmır və təqsiri olmayan şəxslərə 

də  cəzanın verilməsi hallarına təsadüf olunur. Qanunnamənin 230, 210-cu 

maddələri talionun dəqiq həyata keçirilməsinə xidmət etmişdir. 230-cu 

maddəyə  əsasən bənnanın tikdiyi evin uçması  nəticəsində ev sahibinin oğlu 

həlak olurdusa onda bənnanın oğlunu öldürürdülər. Eyni ilə 210-cu maddədə 

bildirilirdi ki, hamilə qadına vurulan zərbə  nəticəsində sonuncu ölərdisə 

təqsirli  şəxsin qızı öldürülürdü. Heç bir təqsiri olmayan şəxslərin başqasının 

təqsirinə görə  məsuliyyət halları onu göstərir ki, ibtidai icma quruluşu 

dövründən qalmış kollektiv, ilk nöbvədə ailə məsuliyyəti haqqında təsəvvürlər 

tam aradan qaldırılmamış  və uzun müddət sinfi cəmiyyət  şəraitində mövcud 

olmuşdur. 

Göründüyü kimi, Hammurapi Qanunlarında şəxsiyyət, mülkiyyət əleyhi-

nə əməllər, ailə və peşə vəzifəsini pozma, əxlaqsız hərəkətlər cinayət sayılırdı. 

Qədim Hindistanda  Manu Qanunlarında cinayət və  cəza məsələlərinə 

xeyli diqqət verilmişdir. Burada qəsd və ehtiyatsızlıq, ilk hüquqpozma və 

residiv, ağır və yüngül cinayətlər fərqləndirilirdi.  Şəxsiyyət  əleyhinə olan 

cinayətlər “zorakılıq” anlayışı ilə ifadə olunmuşdu. İlk növbədə adam öldürmə 

və  bədən xəsarəti önə  çəkilmişdi. Bu cinayətlərə görə  cəzaların sərtliyi həm 

onların ağırlıq dərəcəsindən, həm də cinayətkarın və  zərərçəkmişin sosial 

vəziyyətindən asılı idi. 

Qədim Hindistanda səciyyəvi cəhətlərdən biri adam öldürmə traktov-

kasında dharmaşastranın “zəruri müdafiə” anlayışını formulə etməsidir. Gös-

tərilir ki, qatil “özünü müdafiə edərkən, qurbanlıq hədiyyələrini mühafizə 

edərkən, qadınları və brəhmənləri müdafiə edərkən” qətlə yetirərsə günahdan 

və cəzadan azad olunur. (VIII, 349). Burada kimin (qurunun, uşağın, ahılın və 

ya hətta brəhmənin) öldürülməsinin  əhəmiyyəti yoxdur (VIII, 350). Qanun-



 

63

larda zorlama cinayətinin əlamətlərinə rast gəlinir (VIII, 364).   



Manu qanunlarında sözlə və ya hərəkətlə təhqir etmə cinayətlərinə rast 

gəlmək olar. Qanunlarda insanların həyatı ilə  bərabər onların ləyaqəti silki-

varna mənsubiyyətindən asılı olaraq dəyərləndirilirdi. Özünə  bərabər və ya 

yüksək varnanın nümayəndəsi sözlə və ya hərəkətlə təhqirə məruz qaldıqda bir 

qayda olaraq cərimə  cəzası ilə  cəzalandırıldığı halda eyni cinayəti  şudra “iki 

dəfə doğulmuşa” qarşı törədərdisə ona sərt cəza – cismani cəza, dilin, 

dodaqların, əllərin, ayaqların kəsilməsi (VIII, 270), axtalama cəzası (VIII, 282) 

tətbiq olunurdu. 

Hammurapi Qanunlarında mülkiyyət  əleyhinə olan cinayətlər xüsusi 

amansızlıqla cəzalandırılırdı. Saraydan və ya məbəddən  əmlak oğurluğuna 

görə ölüm cəzası verildiyi halda (6-cı mad.) öküz, qoyun, eşşək, donuz və ya 

barka oğurlandığı halda oğurlanmış əmlakın 30 qat məbləğində cərimə cəzası 

verilirdi. Oğru bu məbləği ödəyə bilmədikdə isə o ölüm cəzasına məruz qalırdı 

(8-ci mad.) Bu maddədə göstərildiyi kimi muşkenumdan oğurluq edən  şəxs 

oğurlanmış əmlakın 10 qat dəyərini ödəməli, bunu edə bilmədikdə isə o, ölüm 

cəzası ilə cəzalandırılırdı. 

Divarı  sındırmaqla oğurluq edən cinayətkar həmin divarın qarşısında 

edam olunur və orada basdırılırdı (21-ci mad.). Yanğın zamanı oğurluq edəni 

oda atmaqla cəzalandırırdılar (25-ci mad.) ki, bunu da qanuniləşdirilmiş 

məhkəməsiz cəzalandırma kimi qələmə vermək olar. 

Şahid və ya müqavilə olmadan azyaşlılardan və qullardan əşya satın al-

ma və ya onlara saxlamağa vermə üstündə ölüm cəzası verilə bilərdi (7-ci mad.). 

Güman etmək olar ki, bu sərt qayda oğurlanmış  əşyanın alınmasının qarşısını 

almaq və oğrunun ifşa olunmasını asanlaşdırmaq üçün nəzərdə tutulmuşdu. 

Hammurapi Qanunlarında qullar üzərində mülkiyyətin müdafiəsinə xü-

susi diqqət verilirdi. Qeyd olunduğu kimi saray və məbəd qulunun oğurlanma-

sı ölüm cəzası ilə  cəzalandırılırdı (15-ci mad.). Qaçmış qulun gizlədilməsi, 

həmçinin yaxalanmış qulu öz evində saxlaması da  ölüm cəzasına səbəb olurdu 

(18-ci mad.). Qədim  şumer qanunlarına görə qaçmış qulu bir ay müddətində 

gizlətməyə görə qulun əvəzinə qul verilməli və ya 25 sikl məbləğində cərimə 

ödənilməli idi. 

Özgəninkiləşdirilə bilməyən qulun nişanını silən damğavuranın əli kəsil-

məli, buna təhrik edən isə öldürülməli idi. 

Kotanın, qab-qacağın və suyun əldə olunması üçün zəruri olan qurğula-

rın oğurlanması cəzalandırırlırdı. 

Qanunlar azyaşlı  uşaqların oğurlanmasından və köləliyə satılmasından 

qoruyurdu. Belə əmələ görə ölüm cəzası nəzərdə tutulmuşdu. (14-cü mad.). 

Soyğunçuluğa görə  də ölüm cəzası verilirdi (22-ci mad.). Soyğunçu 

hadisə yerində yaxalanmazdısa, o zaman zərərçəkmiş hadisənin baş verdiyi 

ərazini göstərməli və qarət baş verdiyi ərazidəki icma zərərçəkmişə vurulmuş 

zərəri tam ödəməli idi. Talan edilmiş şəxs ölərdisə onun qohumlarına 1 mina 

gümüş ödənilməli idi (23-24-cü mad.). 



 

64

Hammurapi Qanunları döyüşçülərin şah nadeli olan “ilku” torpaqlarını sui-



qəsd cəhdlərindən qoruyurdu. Döyuşçünün  əmlakını  mənimsəmiş  və ya onu 

muzdla işləməyə məcbur edib haqqını mənimsəyən rəis öldürülürdü (35-ci mad.). 

Manu Qanunlarında da mülkiyyət  əleyhinə cinayətlərdən bəhs olunur. 

Səciyyəvi cəhət oğurluqla soyğunçuluğun fərqləndirilməsidir (VIII, 332). Nə-

yin və hansı  həcmdə  oğurlanmasından və cinayətkarın silki-varna mənsubiy-

yətindən  asılı olaraq cəza müəyyən olunmuşdu. Lakin “köklərin, ağaclardan 

meyvələrin, od üçün odun və s.” mənimsənilməsi hallarında şəxs cəzadan azad 

olunurdu (VIII, 339, 341). Maraqlı hal odur ki, “iki dəfə doğulmuşlar” üçün 

cəzanın ağırlığı artır. Belə hesab olunurdu ki, şudranın təqsiri ilə müqayisədə 

vayşinin təqsiri 2, kşatrinin 4, brəhmənin isə 8 dəfə çoxdur (VIII, 337, 338). 

Eyni qaydada oğrunu gizlədib ona işıq, yem, silah və sığınacaq verən şəxslər 

də  cəzalandırılırdı. Oğrunun verdiyi dini qurban kəsməni icra etdiyinə görə 

mükafat alan brəhmənlər cinayətin iştirakçıları sayılırdı (VIII, 340). Gecə 

oğurluğu sərt cəzalandırılırdı. Bu cinayəti törədən payaya keçirilirdi (IX,276). 

Digər hallarda cərimə,  şikəstetmə  tətbiq olunurdu. Üçüncü dəfə etdikdə isə 

ölüm cəzası verilirdi. 

Manu Qanunlarında böhtan, zinakarlıq kimi cinayətlər oğurluq və soy-

ğunçuluq cinayətləri ilə bir sırada göstərilmişdir (VIII, 386). Qanunlar oğru-

ları, zinakarları, böhtançıları, zalımları insafsız, çirkin adamlara aid edirdi 

(VIII, 387). 

Qədim Çinin hüquq sistemində cinayət və cəza məsələləri xüsusi yer tu-

tur. Erkən zamanlarda təşəkkül tapmış  Qədim Çinin hüquq mədəniyyəti 

cinayət məsuliyyətinin və cəza sisteminin ümumi prinsiplərinin işlənib hazır-

lanmasına öz təsirini göstərdi. Məhz cinayət və  cəza sferası konfusiçilərlə 

leqistlər arasında ciddi mübahisə predmeti olmuşdur (birincilər idarəçilik 

sistemində əxlaq normalarına, ikincilər isə cəzalara üstünlük verirdilər). Məs., 

leqistlərdən fərqli olaraq konfusiçilər cinayətkarın təqsiri olmayan qohumları-

nın cəzalandırılması  əleyhinə, cəzanın ağırlığının cinayətin ağırlığına uyğun 

gəlməsinə  tərəfdar çıxırdılar. Bütün bunlar qanunvericiliyə  və  məhkəmə  təc-

rübəsinə öz təsirini göstərdi (6, 104). 

Qədim Çin cinayət hüququnda iştirakçılıq, residiv, təqsirin forması kimi 

anlayışlara, obyektiv təqsirləndirməyə təsadüf olunur. Belə ki, əməllərin cina-

yətlər sırasına aid edilməsi, onların ağırlıq dərəcəsinin müəyyən edilməsi hü-

quqi konsepsiyalardan (konfusiçilik və leqist) çox asılı idi. Bununla belə 

dövlət başçısının (imperatorun) subyektiv iradəsini də nəzərdən qaçırmaq ol-

maz. Cinayət  əməllərinin qeyri-müəyyən xarakter daşımasını  və onların ci-

nayət hüququ sferasından kənara çıxmasını da qeyd etmək lazımdır. Məs., 

borcunu ödəyə bilməyən borclunun cinayət təqiblərinə məruz qalması halları 

məlum idi. 

Qədim Çində cinayət və cəza məsələləri daim diqqət mərkəzində olmuş 

və cinayət sayılan əməllərin sayı getdikcə artmışdır. Məs., Cjou dövründə (e.ə. 

XI- e.ə. III əsrlər) cinayətlərin 500 növü məlum idi. Bu sırada dövləti 



 

65

cinayətlər birinci yerdə dururdu. Bu cür cinayətlərən biri imperatora xəyanət 



cinayəti idi. Qədim Çində  xəyanət anlayışına e.ə. V-IV əsrlərdə rast gəlmək 

olur. Sin şahlığı dövründə (e.ə. III əsr) ağır dövləti cinayətlərdən biri konfusi-

çilik məsləkli qadağan olunmuş  ədəbiyyatın saxlanılması idi. E.ə. IV-III əsr-

lərdə  məbəddən oğurluq etmə, sitayiş predmetlərinin oğurluğu, xəsarət yetir-

mə, böhtan, ordudan fərarilik cinayətləri məlum idi. Konfusiçilik kanonlarına 

uyğun olaraq erkən zamanlardan ataya, ailədə böyüklərə hörmətsizlik cina-

yətləri fərqləndirilmişdi. 

Cinayət və  cəza məsələləri avesta qanunvericiliyi ilə  də  hərtərəfli və 

dəqiq reqlamentləşdirilən məsələlər olmuşdur. Normativ göstərişləri ehtiva 

edən Vendidatın müvafiq fəsillərində, habelə Avestanın digər hissələrinin ayrı-

ayrı hüquqi müddəalarında cinayətin anlayışı, onun subyektləri və obyektləri, 

ayrı-ayrı növləri, cəzanın hədləri və s. barədə  məlumat verilir. Qeyd etmək 

lazımdır ki, Avestada silki mənsubiyyətdən asılı olaraq cinayətlərin fərdiləş-

məsinə təsadüf olunmur (4,5. 96,48). 

Manu Qanunlarında olduğu kimi Avestada da təkrar cinayətə görə daha 

ağır  cəza müəyyən olunmuşdu. Avestada  cəzanın həcmi  törədilən cinayətlə-

rin sayına mütanasib olaraq artırdı. 

Avestaya görə cinayətin subyekti həm insan, həm də heyvan olduğu 

göstərilir. Cinayətin subyekti anlayışının kökündə  şəxsin dini mənsubiyyəti 

durur. Cinayətin subyekti kimi insanlar mömin-məzdəkilərə  və başqa cür 

düşünənlərə bölünürdü. İlk növbədə cinayətin subyektləri məzdəkilərə qarşı 

duran sektantlar sayılırdı. Pisliyin mənbəyi olan Anqra-Maynyu divlər divi 

adlanmaqla həm də qatil kimi göstərilirdi. Məzdəkilərə  gəldikdə isə bütün 

Ahura-Mazda qanunlarının pozulması hallarında onlar cinayətin subyektləri 

sayılırdı. 

Obyektiv təqsirləndirmə Avestadan da yan keçməmişdir. Belə ki, cina-

yətin subyektləri cinayətkarla yanaşı onun yaxın qohumları və ya ailə üzvləri 

idi. Onlar cinayətkarla bərabər məsuliyyət daşıyırdı. Cinayətlərin subyektləri 

sırasında Avestada heyvanlar, quşlar göstərilirdi. 

Avestada cinayətin subyektiv tərəfinin xeyli dərəcədə  işlənib hazırlan-

masına rast gəlmək olar. Avestaya görə təqsirin müəyyən olunması cinayətin 

tövsifi, cəzanın müəyyənləşdirilməsi üçün zəruri şərtdir. Avesta qəsdən törədi-

lən cinayətləri “təsadüfən”, yəni qəsd olmadan törədilən cinayətlərdən, ilk dəfə 

törədilən cinayətləri və  təkrar cinayətləri fərqləndirir. Affekt vəziyyətində 

törədilən cinayətlər də məlum idi. 

Avestada din əleyhinə,  şəxsiyyət  əleyhinə, heyvanlar əleyhinə,  əmlak 

cinayətlərinə,  əxlaq  əleyhinə, təbiət  əleyhinə cinayətlərə rast gəlinir. Burada 

cəzaya Anqra-Maynyudan qaynaqlanan pisliyin zəruri  əvəzi kimi baxılır, 

konkret cinayətə görə dəqiq cəza müəyyən olunurdu. 

Avestada aşağıdakı cəza sistemi müəyyən olunmuşdu: a) ölüm cəzası; b) 

həbsxana; c) cismani cəzalar, ç)  təqsiri yuma; d)qan intiqamı. 

Cəza sahəsində  Qədim Hindistan hüququnda səciyyəvi cəhətlərdən biri 



 

66

ondadır ki, cəza sosial-siyasi məna kəsb edirdi. Cəza nəinki əmələ görə sitəm 



qismində çıxış edir, həm də ictimai həyatın təşkili üçün hökmdarın əlində bir 

vasitə idi. Ona görə də cəzaya cəmiyyəti qaydada saxlayan, dharmanın icrasına 

şərait yaradan yüksək qüvvə kimi baxılırdı. Manu Qanunlarında deyilirdi: 

“Cəza bütün insanları idarə edir. Cəza mühafizə edir, hamı yatan vaxt cəza 

sayıq olur; müdriklər cəzanı dharmanın təcəssümü elan etmişlər” (VII, 18, 

habelə 20,21, 24 və başqaları). Cismani cəzalar verilməsindən və təhqiramiz-

likdən tutmuş (alına və baldıra damğa vurmaq) ölüm cəzasınadək olan cəzalar 

öz amansızlığı ilə seçilirdi. Manu Qanunlarında  cəzaların xüsusi siyahısı yox-

dur. Burada ölüm cəzası, şikəstetmə, damğalama, köləliyə çevirmə və s. cəza-

lardan bəhs olunur. Ölüm cəzası işgəncə və əzab verməklə müşayiət olunurdu. 

Tonqalda yandırma, suda boğma, payaya keçirmə kimi işgəncələr tətbiq 

olunurdu. Cismani cəzalardan geniş istifadə olunurdu. Əllərin, ayaqların, buru-

nun, qulaqların, dilin kəsilməsi və gözlərin çıxarılması geniş vüsət almışdır. 

Evin divarını sökmə yolu ilə gecə törədilmiş oğurluğa görə oğrunun hər iki əli 

kəsildikdən sonra o, iti payaya keçirilirdi (IX, 276). Varnadan, icmadan sürgün 

etmək sərt cəzalara aid edilirdi. Kastadan kənar vəziyyət isə arzu olunmaz hal 

idi. Bu vəziyyətə düşməməkdən ötrü xüsusi təmizlənmə  mərasimindən keç-

mək tələb olunurdu (XI, 106, 140, 209, 214 və s.). Yuxarıda Qədim Hindistan 

hüququnun silki-kasta xarakteri barədə danışıldı. Bu prinsip məhz cəzalar 

sistemində xüsusilə aydın təzahür etmişdir. Göstərmək kifayətdir ki, Qanunlar 

brəhmənlər varnasından başqa qalan bütün varnalara münasibətdə ölüm cə-

zasına yol verirdi. Ölüm cəzası  əvəzinə isə brəhmənin başı  qırxılırdı (VIII, 

379). Hammurapi Qanunlarından fərqli olaraq, Manu Qanunlarının başqa bir 

xüsusiyyəti cəzalarda rəmzi talion prinsipinin əks etdirilməsindən ibarət idi. 

VIII fəslin 280-ci maddəsi buna misal ola bilər. Həmin maddədə  dəyənəklə 

başqasının qolunu sındırmış  şəxsin  əlinin kəsilməsi və s. nəzərdə tutulurdu. 

Cərimələrin dərəcəsi də zərərçəkmişin sosial vəziyyəti ilə müəyyən olunurdu. 

Qanunlar brəhmənə ölüm cəzasının verilməsini tövsiyə etmirdi (VIII, 379-

381). 

Dini cəza, epitimiya: mərasimi pozmaqdan tutmuş cinayət  əməllərinə 



qədər (o cümlədən qəsd olmadığı hallar daxil olmaqla) müxtəlif xətalara görə 

təyin olunurdu. Eyni xətaya görə brəhmən  ən yüngül epitimiyadan tutmuş 

edam cəzası daxil olmaqla ən ağırına qədər təyin edə bilərdi. Belə ki, brəh-

mənin qatili ya döyüşçü üçün könüllü olaraq hədəf olmalı, ya öz əmlakını, ya 

yaşamaq üçün lazım olan əmlakı, yaxud da ev şeyləri ilə birlikdə öz evini 

“Vedin bilikçisinə” verməli idi (XI, 77). Bu da onu düşünməyə əsas verir ki, 

brəhmən-hakimlər özünə bərabərlərin ölümündən öz mənafeləri üçün istifadə 

etməklə faydalanmağı da unutmamışlar. Məsələn, insana əl və ya dəyənək 

qaldırmış şəxsin əli kəsilməli, qəzəblə təpik vuranın ayağı kəsilməli idi. Ancaq 

güman etmək olar ki, bu cəzalar daha çox xəbərdaredici xarakter daşımışdır. 

Qədin Çin qanunvericiliyində  cəzalara xüsusi diqqət verilirdi. Tarixi 

ənənəyə görə  hələ e.ə. XXIV-XXIII əsrlərdə 5 növdən ibarət cəza sistemi 



 

67

təşəkkül tapmışdı. Bunlar bədənə  şəkillərin döydürülməsi, burnun, ayaqların 



kəsilməsi, axtalama və ölüm cəzası idi. Bu cəzalara başqa cəzalar (dəyənəklə 

döymə, köləliyə çevirmə, cərimə) da əlavə oluna bilərdi. 

Lakin bu şkalanın bərqərar olması uzun zamandan sonra baş verdi. 

Hüquq norması qarşısında etik normaların prioriteti, amansız  şikəstetmə  cə-

zasının və ya edamın məcburiliyinə neqativ münasibət cəzaların (syan) xüsusi 

sisteminin tətbiqi üçün əlverişli zəmin yaratdı. 

Geniş yayılmış  cəza növlərindən biri olan 100-dən 500-ə  qədər dəyə-

nəklə döyülmə ölüm cəzasına bərabər idi. Şanın hakimiyyəti dövrünün əvvəl-

lərində (e.ə. XIV əsr) konfusiçilərin böyük nüfuzu altında cinayətkara qarşı 

etik təsir normalarına əsaslanan xüsusi rəmzi cəzalar sistemi mövcud idi. Belə 

ki, burunun kəsilməsi paltarın al-qırmızı  rəngə boyanması ilə  əvəz edilirdi. 

Ölüm cəzası – yaxasız  əzgin köynəyin geyindirilməsi ilə  dəyişdirilirdi və s. 

Sonrakı dövrlərdə quldarlıq münasibətlərinin bərqərar olduğu və inkişaf etdiyi 

bir  şəraitdə  rəmzi cəzalar aradan çıxmağa başladı. Bununla belə, onların 

qalıqlarına hələ Cjou dövründə (e.ə.XI - e.ə.III əsrlər) rast gəlinirdi.  

Qədim Çin hüququnun sonrakı tarixi cəza sisteminin formalaşdırılması 

və onun sərtləşdirilməsini göstərir. Bunu e.ə. V-IV əsrlərdə müşahidə etmək 

olar. Cəza qorxuducu xarakter daşımağa başladı. Sərt beşhədli cəza sistemi Sin 

dövründə (e.ə. III əsrdə) xüsusilə dövləti cinayətlərə görə leqistlər tərəfindən 

daha da sərtləşdirildi. Bu dövrdə Çində kütləvi cəza növü kimi dövləti cinayət-

lərə görə ölüm cəzası yalnız cinayətkara tətbiq edilmirdi. Eyni zamanda onun 

üç nəsil dönəmindən ailə üzvlərinin, habelə bir-birilə ellik zəmanətdə olan 

ailələrin məcburi köləliyə çevrilməsini nəzərdə tutan cəzalandırma sistemi işə 

salınmışdı. Sərt cəzaların tətbiqində  məqsəd həm cinayətkarı  cəzalandırmaq, 

həm də ətrafdakıları qorxutmaq idi. Qiyam və sui-qəsd iştirakçıları qaynadıl-

ma və yandırma cəzası ilə  cəzalandırılırdı.  Əyanlar və varlılar üçün cismani 

cəzalar cərimə, sürgün, vəzifədən kənarlaşdırma ilə əvəz olunurdu.  

Beləliklə, Qədim Şərq ölkələrində ictimai quruluşa və siyasi rejimə qarşı 

yönələn hərəkətlər ən ağır cinayətlər sayılırdı. Ancaq  qanunverici şəxsiyyət, 

mülkiyyət, şərəf və ləyaqət, əxlaqsızlıq əməllərini, ədalət mühakiməsinə qəsd 

edən hərəkətləri də diqqətdən kənarda qoymamışdır. Bəzi ölkələrin timsalında 

cinayət hüququna aid bir sıra institutların (iştirakçılıq, residiv, zəruri müdafiə 

və s.) meydana gəlməsi bu sahənin müəyyən qədər inkişafından xəbər verir. 

Təqsiri olmayan şəxslərin cəzalandırılması (obyektiv təqsirləndirmə) geniş 

yayılmışdı. Qan intiqamı bir çoxunda aradan qaldırılmışdı. Dini düşüncənin 

hüquq düşüncəsinə, cinayət-hüquq normalarının formalaşmasına böyük təsiri 

diqqəti çəkir. Quldarlıq quruluşunun təbiətindən irəli gələn xüsusiyyətlər qa-

nunvericinin tam ədalətli olmasına mane olan ciddi amillərdən biri idi. Heç bir 

Qədim  Şərq ölkəsində cinayət və  cəzaların qəti siyahısı verilməmişdir. Sinfi 

səciyyə daşıyan cəzanın məqsədi vahimə, qorxu yaratmaq olmuşdur. İşgəncə 

ilə müşayiət olunan əzablı ölüm cəzası  və digər ağır və alçaldıcı  cəzaların 

mövcudluğu bunu təsdiq edir. 



 

68

ƏDƏBİYYAT 

1.

 

Агаев В.Т., Графский В.Г. История государства и права зарубежных стран. Часть 1: 



Программа курса. Проблемно-тематический курс. 3-е изд., дополненное и перерабо-

танное. М., МИЭП, 2008. 20 с. 

2.

 

Хрестоматия  по  истории  государства  и  права  зарубежных  стран.  Под  ред.  З.М. 



Черниловского. М.: Юрид. лит.-ра, 1984. 472 с. 

3.

 



Маринчев  И.В.  Некоторые  особенности  традиционной  правовой  системы  Древней 

Индии.  В  кн.:  Научно-прикладные  аспекты  совершенствования  деятельности  уч-

реждений  и  органов  уголовно-исполнительной  системы.  Владимир:  Вл.  Юрид. 

Институт Федеральн. службы исполнения наказаний, 2010, с.193-195. 

4.

 

Меликова М.Ф. Древний Иран. Авеста. / История политических и правовых учений. 



Древний мир. М.: Наука, 1985. с.95-102. 

5.

 



Меликова М.Ф., Ганбаров С.Т.  Авеста: вопросы преступления и наказания. //  Bakı 

Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası. Bakı, 1992, № 1, s. 47-56. 

6.

 

Məlikova M.F., Nəbiyev E.Q. Xarici ölkələrin dövlət və hüquq tarixi. Bakı: Elm və həyat, 



2005, 464 s. 

7.

 



Законы Ману. Перевод С.Д.Эльмановича. Проверенный и исправленный Г.Ф.Ильи-

ным. М.: Наука, 1992, 244 с. 

 

ВОПРОСЫ ПРЕСТУПЛЕНИЯ И НАКАЗАНИЯ В СТРАНАХ  

ДРЕВНЕГО ВОСТОКА 

 

Э.Н.НАБИЕВ 

 

РЕЗЮМЕ 

 

 Статья посвящается вопросам преступления и наказания, характерным чертам в 



этой  области  в  таких  странах  Древнего  Востока  как  Египет,  Вавилон,  Индия,  Иран, 

Китай.  Путем  сравнительного  подхода  были  выявлены  общие  черты  и  характерные 

особенности  преступлений  и  наказаний  в  указанных  странах.  Особое  внимание  было 

уделено  вопросам  преступления  и  наказания,  нашедшим  свое  отражение  в  таких 

правовых памятниках древности как Законы Хаммурапи, Законы Ману, Авеста. 

 

Ключевые слова: Древний Восток, преступление и наказание, законодательство, 

обычаи, правовые памятники 

 

PROBLEMS OF CRIME AND PUNISHMENT IN COUNTRIES OF OLD EAST  

 

E.G.NABIYEV 

 

SUMMARY 

 

This article is dedicated to the problems of crime and punishment as well as their 



characteristic features in such countries of Old East as Egypt, Vavilon, India, Iran, China. By 

the comparative approach, the general features and typical peculiarities of crimes and 

punishment in pointed countries are elucidated. The special attention is focused on the 

problems of crime and punishment which find the reflection in such ancient lawful memorials 

as Laws of Hamurappi, Laws of Manu, Avesta.   

 

Key words: Old East, crime and punishment, legislation, traditions, legal monuments 



Kataloq: Xeberler%20Jurnali
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк

Yüklə 424,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə