Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml



Yüklə 268,83 Kb.
Pdf görüntüsü
tarix14.01.2017
ölçüsü268,83 Kb.

 

146 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2013 

 

 



 

 

UOT (55; 93) 

 

EVLİYA ÇƏLƏBİNİN “SƏYAHƏTNAMƏ”SİNDƏ 

TƏBRİZ  ŞƏHƏRİNƏ  DAİR ETNOQRAFİK BİLGİLƏR 

 

İ.G.MƏMMƏDOVA  

AMEA Arxeologiya v

ə Etnoqrafiya İnstitutu 

ilhama_m@rambler.ru 

 

M

əqalədə  XVII  əsrdə  yaşayıb-yaradan  türk  coğrafiyaşünas-səyyahı  Evliya  Çələbinin 

“S

əyahətnamə”sində  Təbriz  şəhərinə  dair  yazılan  etnoqrafik  məlumatlar (maddi və  mənəvi 

m

ədəniyyət, təsərrüfat və s.) şərh olunmuşdur. Azərbaycanda uzunmüddətli səyahətlərdə olan 

v

ə gördükləri maraqlı faktları qələmə alan səyyahın fikirlərinə münasibət bildirilmişdir. 

 

Açar sözl

ər: Azərbaycan, Təbriz, Evliya Çələbi, Səyahətnamə, səyyah 

 

E.Ç



ələbinin Səfəvilər dövlətində daxili vəziyyət, təsərrüfat həyatı, maddi 

v

ə  mənəvi mədəniyyət, adət-ənənələr, toponimlər və  s. barədə  verdiyi məlu-



mat

ları  göstərilən dövrdə  ölkənin  etnoqrafik  baxımdan  araşdırılmasında  mü-

hüm m

ənbə  rolunu  oynayır.  Qafqaza  səyahətləri  zamanı  bölgənin sosial-iqti-



sadi, h

ərbi-siyasi, dini vəziyyəti ilə maraqlanan və topladığı materialları tarixi 

qaynaqlarla 

əlaqələndirən Səyyah 10 cildlik “Səyahətnamə”sini  İbn  Havgəl, 

H

əmdullah Qəzvini və  digər tarixçilərin  əsərlərindən yararlanaraq hadisələri 



xro

noloji ardıcıllıqla yazıya almışdır. XIX əsrdə yaşamış görkəmli rus şərqşünası 

V.V.Bartold E.Ç

ələbinin “Səyahətnamə”si  haqqında  yazır:  “...Coğrafi,  et-

noqrafik, linqvistik materialların zənginliyi, bitkinliyi və hərtərəfliliyi baxımın-

dan 


ən  yaxşı  ərəb  coğrafiyaşünaslarının  əsərlərini özündən geridə  qoyur” (1, 

309-310).  

Tarixçi Sa

ra Aşurbəyli də əsərə yüksək qiymət verərək vurğulayır: “Evli-

ya Ç

ələbinin Azərbaycan  şəhərləri və  xüsusilə,  bu  şəhərlərin sosial-iqtisadi 



v

əziyyəti  haqqında  verdiyi  məlumatlar  olduqca  maraqlıdır.  Bu  günə  qədər 

qorunub saxlanan memarlıq abidələri, Azərbaycan əhalisinin etnik tərkibi, dili 

v

ə məişəti haqqında məlumat vermişdir. Onun məlumatları orijinal olub, əsəri 



Az

ərbaycan şəhərlərinin öyrənilməsi üçün dəyərli mənbədir” (2, 2).   

1646-48 v

ə 1655-56-cı illərdə Səfəvilər dövlətinə gələn səyyah ilk səfə-

rind

ə Azərbaycanın Naxçıvan, Qarabağ, Təbriz, Marağa, Ucan, Ərdəbil, Maku, 



G

əncə,  Ərəş,  Şəki,  Şamaxı,  Bakı,  Şabran,  Niyazabad,  Dərbənd və  s.  başqa  



 

147 


şəhərlərini, ikinci dəfə isə Təbriz və Urmiyanı gəzmişdir. Ölkənin ikinci pay-

tax


tı  olan  Təbriz  şəhərinin  ictimai-siyasi, mədəni həyatı  və  etnoqrafiyası 

“S

əyahətnamə”də geniş yer almışdır. 



E.Ç

ələbi Təbriz  haqqında  məlumatlarından  öncə  onun  adının  hərfi 

m

ənasını açıqlamağa çalışır. Qeyd edir ki, monqol dilində Tivriz, kəndli dilin-



d

ə  Tabriz, fars dilində  Təbriz deyilir ki, bu da “isitmə” deməkdir (3, 19). 

S

əyyah  Təbrizin yaranmasını xəlifə Harun-ər Rəşidin xanımı Zübeydənin adı 



il

ə bağlayaraq göstərir ki, qızdırma xəstəliyinə tutulan xanım burada sağalır və 

h

əmin yerdə şəhər saldıraraq adını “Təbriz” (farsca “təb” qızdırma, “riz” tök-



m

ək” deməkdir), yəni qızdırmanın töküldüyü yer adlandırır. Bu əhvalatdan Jan 

Şardən də bəhs etmişdir. Lakin tədqiqatlar sübut edir ki, bu fakt tarixi həqiqətə 

uyğun  deyil.  Mixi  yazılarda  miladdan  öncə  VIII  əsrdə  Assur  hökmdarı  II 

Sarqonun indiki T

əbriz  yaxınlığında  Tarua  (Tarmakis)  adlı  yerə  hücumu  əks 

olun

muşdur.  Təbrizi  əhatə  edən  Surxab  dağının  keçmiş  adı  Tori  olmuşdur. 



Şəhərin  İslamdan  öncə  mövcudluğu  barədə  tarixi mənbələrdə  kifayət qədər 

faktlar vardır. 

T

əbrizin səfalı abı-havasını, təbiətini, insanlarının sağlamlıq və gözəlliyi-



ni, boy-

buxunlu,  ağbənizli,  xoşxasiyyət,  ədəbli  olmasını  vurğulayan  səyyah 

yerli 

əhalinin dilini də  diqqətdən  qaçırmamışdır:  “Maarifçi  adamlar  farsca 



danışır. Lakin tərə, əfşar, kökdolaq tayfalarının özlərinin xüsusi ləhcəsi vardır. 

Budur bir neç

ə  nümunə: hənrə  tanımamışam  –  hənuz görmədim, mənimçün 

xatirmand

ə  olubdur  –  bəna  inçinmişdir,  darçınmışam  –  darıldım...”  (3,  25). 

Veril


ən nümunələr bildirir ki, yerli xalq Azərbaycan dilində danışırdı. 

“S

əyahətnamə”dən aydın olur ki, XVII yüzilliyin 40-cı illərində möhkəm 



qala divarları ilə əhatə edilən Təbrizin çevrəsi 6000 addım olub, 300 qülləsi, 

300 bürcl

ərarası tikilişi, 6 darvazası (Ucan, Sərvan, Sərzrud, Şam Qazan, Sərv 

v

ə  Təbriz)  vardı.  Tarixi  mənbələrdən də  aydın  olduğu  kimi,  orta  əsrlərdə 



T

əbrizin 24 məhəlləsi mövcud olmuşdur. E,Çələbi onlardan bir neçəsinin adını 

qeyd  etmişdir:  Dəməşqiyyə,  Polebağ,  Köpri,  Meyxaran,  Rəzcu (düzgün va-

riantda V

ərcu  —  İ.M.),  Şotorban,  Xiyaban,  Surxab,  Əmirxiz,  Sərdab,  Çar 

minar, Mir-Mir. Onlardan Köpri v

ə Meyxaran məhəllələrinin adlarına ilk dəfə 

olaraq rast g

əlinir (3, 24). Səyyahın yazdığına görə, yerli əhali məhəllə əvəzinə 

“darvaza” sözünü d

ə  işlədir. Etnoqrafik tədqiqatlara  əsasən, orta əsrlərdə 

T

əbrizə  edilən vaxtaşırı  hücumların  qarşısını  almaqdan  ötrü  hər məhəllənin 



darvazası olardı və onlar gecələr bağlı saxlanardı. Elə bu səbəbdən də, hazırda 

t

əbrizlilərin ünsiyyətində “məhəllə” ilə yanaşı, “darvaza” ifadəsi də işlənir. 



E.Ç

ələbi məhəllələrin  ən məşhur  saraylarını  tərifləyərək göstərir ki, 

Əmirxiz  məhəlləsində  Allahverdi  xan  sarayı,  Rey  məhəlləsində  Bənd xan 

sarayı, yenə həmin darvazada Pirbudan xan sarayı (əslində Pirbudaq olmalıdır 

— 

İ.M.), Soltan Həsən Cümə məscidi yaxınlığında xanların sarayı yerləşirdi (3, 



24). S

əyyah sözünə davam edərək yazır ki, Soltan Cümə məscidi, Şah Yaqub, 

Şah  Xiyaban,  Səhlan  sarayı,  Şah  Cahan,  xadim  Cəfər  paşa  sarayı,  Əmirxan 

qalası, Şah İsmayıl məscidi, Şam Qazan, Rəşidiyyə şəhərin diqqətəlayiq binala-



 

148 


rıdır  və  burada bunlardan savayı  da  qəribə  binalar var. Siyah Yaqub, Xəlifə 

Müt


əvəkkil, Zübeydə  xatun, Sultan Həsən imarətlərində  isə  adam yaşamır. 

Şəhərdə  təmiz  abı-havası,  axar  suyu,  fəvvarəli  hovuzları  olan  hamamlar səy-

yahın nəzərini cəlb etmişdir. O, Təbrizdə 20-yə qədər səliqəli hamamın oldu-

ğunu söyləyərək, Pəse Kuşək, Boz, Cahanşah, Məhəlləbaşı, Vərcu və Pole bağ 

m

əhəllələrinin hamamlarını məşhur ictimai tikililər olaraq qeyd edir (3, 26-27).  



E.Ç

ələbinin təsvirində şəhərin zəngin maddi mədəniyyət abidələri göstə-

rilir. S

əyyah Təbrizdə 300 cümə məscidinin olduğunu söyləyir. Onlardan 19-nu 

keçmiş padşahlar, 50-sini Ali Osman və vəzirləri, digərlərini isə ölkə əyanları 

tikdirmişlər (3, 21). Maraqlıdır ki, E.Çələbi Ali Osman və vəzirlərinin tikdirdi-

yi m

əscidlərin sayını böyük rəqəmlə ifadə etsə də, onlardan heç birinin adını 



açıqlamır. O, şəhərdə özünün şəxsən gördüyü Zübeydə xatun məscidi, Mütə-

v

əkkil Əliyullah məscidi (təmirdən sonra “Dəməşqiyyə məscidi” adlandırılmış-



dır), Sultan Məhəmməd Şam Qazan məscidi (düzgün adı “Sultan Mahmud Şam 

Qazan m


əscidi”dir), Həşt-behişt,  Şah  Abbas  və  digər cümə  məscidlərindən 

b

əhs edir. E.Çələbinin “Səyahətnamə”si Zübeydə  xatun məscidindən xəbər 



ver

ən ilkin qaynaq olsa da, burada göstərilən  Şah  Abbas  məscidinin  varlığı 

faktı nə tarixi-sənədli və memuar mənbələrdə, nə də çöl-etnoqrafik sorğularda 

öz 


əksini tapmadı. “Səyahətnamə”də Təbrizin möhtəşəm məscidlərindən olan 

Şah Təhmasib məscidinin adına rast gəlinmir. Səyyahın təsvirində əksər məs-

cidl

ər qədim  memarlıq  üslubunda  olub,  üzəri  kaşı  ilə  bəzədilmişdir.  Əsərdə 



Sultan H

əsən məscidi barədə  göstərilir: “Mehrab və  minbəri, azanverən yeri 

inc

ə  əl  işinin  misilsiz  nümunəsi olub, heç kəs oraya əl  vurmağa  cürət etmir. 



Dörd çevr

əsində  olan pəncərələr dəmirçi  əli, Nəcəf  daşları  ilə  başdan-başa 

b

əzədilmiş və parıldadılmışdır. Cənuba doğru qapısının dörd tərəfində olan və 



cürb

əcür gözəl xətlərlə yazılmış kitabələri, yonma naxışları, şəbəkələri və Rum 

üslubun

dakı naxışlarının hər biri insanı məftun edir... Mehrabın iki tərəfindəki 



sarı rəngdə olan gözəl daş parçası vardır ki, hər biri İran və Turan xəracına də-

y

ər, onlar sanki kəhrəbadır. Başqa ölkələrdə bunların bənzəri yoxdur” (3, 22).  



“S

əyahətnamə”də məscidlərlə bahəm Təbrizdə gözəl memarlıq üslubun-

da tikil

ən 47 böyük mədrəsə binası haqqında yazılır ki, indi onlar abad tədris 

ocaqlarıdır.  Bu  mədrəsələrdə  bütün fənlər tədris olunur, çox məşhur  alimləri 

var (3, 23). S

əyyaha görə, Təbriz mədrəsələrinin ən böyüyü Cahanşah mədrə-

s

əsi idi. Orada Quran oxumaq üçün 20-yə qədər hücrə vardı (4, 125). Bunlar-



dan başqa, şəhərdə hədis elmini öyrənən xüsusi mədrəsələr — darülhədislər də 

f

əaliyyət göstərirdi.  Burada  şiə  hüququ, Həzrət  Əli  və  12  imamın  hədisləri 



t

ədris edilirdi. Səyyahın  bu  tipli  mədrəsələrə  tənqidi münasibəti onun fərqli 

m

əzhəblərə sitayişi ilə əlaqədar idi.  



E.Ç

ələbinin  yazdığına  görə, Təbrizin dörd tərəfində  təqribən 7 nahiyə 

(Mehranrud, S

əravrud, Dideherdər, Ərdənəq, Dudqat, Canımrud, Bədistan) var. 

Şəhərin  şərqində  yerləşən Mehranrud nahiyəsinə  daxil  olan  Rut,  İsfənc, 

S

əidabad kəndlərində  müxtəlif məscid, karvansara, hamam, kiçik üstüörtülü 



bazar, bağ və bağçalar yerləşirdi. Səyyah xüsusilə vurğulayır ki, əksər kəndlər  

 

149 


adı çəkilən ictimai tikililərə malik idilər (3, 29). Araşdırmalar göstərir ki, “Sə-

yah


ətnamə”də bir sıra toponimlərin yazılışında yanlışlığa yol verilmişdir. Mə-

s

ələn, Ərvənəq ərazisinə səhvən Ərdənəq, Rudqata Dudqat, Xanımruda Canı-



mrud yazılmışdır.  

“S

əyahətnamə”də  şəhərin  sosial  topoqrafiyasına  dair  verilən faktlar 



T

əbrizin köklü və  davamlı  bir  məişət və  mədəniyyətə  sahibliyinə  işarə  edir. 

Əsərdən məlum olur ki, şəhərdə 200 karvansara (ən məşhurları Zübeydə, Şah 

Cahan, Şah İsmayıl, Pirbudaq, Şahi Cahan qızı Aləmşah bəyim karvansarası), 

70-

ə  qədər ticarət  sarayı  (Papaqtikənlər  bazarındakı  Cəfər  paşa,  Bəndərxan, 



B

əyim, Baba Həqqi Təmdih), “çarsu” və “bədistani” adlanan 7000 dükan vardı 

v

ə  burada tacirlər müxtəlif  ərzaq və  sənətkarlıq  məhsullarının  geniş  alverini 



edirdil

ər (3, 24). Baxmayaraq ki, şəhər Səfəvi-Osmanlı müharibələri və dağı-

dıcı  zəlzələlərə  məruz  qalmışdı,  E.Çələbinin göstərdiyi faktlar sübut edir ki, 

XVII 


əsrdə  Təbriz yenə  də  mühüm ticarət mərkəzi idi. Bu fikirləri digər 

Avropa s


əyyahlarının da (Georgi Tekdander, Adam Oleari (Almaniya), Qarsiya 

de Silva (İspaniya), Jan Batist Tavernye, Filipp de La-Seint Trint,  Jan Şardən, 

La Boye Le Quz, Aleksandr de Rodes, Pole (Fransa), Antuan de Qovea (Portu-

qa

liya), Tomas Herbert (İngiltərə), Cemilli Kareri (İtaliya) və b.) qeydlərində 



görm

ək olar. Avropa memuar  yazılardan  da  məlum olur ki, Təbrizdən kar-

vanlar keçdiyind

ən  şəhərə  çoxçeşidli  mallar  gətirilirdi,  bura  Asiyanın  ən fəal 

ticar

ət  şəhəri idi. Təbriz türklər,  ərəblər, gürcülər,  moğollar,  hindlilər, ruslar, 



tatarlar v

ə İranın daxili əyalətləri ilə daimi ticarət əlaqələri saxlayır və bazarları 

d

əbdəbəli mallarla  həmişə  dolu olurdu. Qərb ölkələrindən  ―  Suriya,  Polşa, 



Ru

siyadan  qızıl,  gümüş,  zərif parçalar, mərcan,  qızılı  və  kül rəngli kəhrəba, 

Şərq ölkələrindən  ― Tatarıstan, Tibet, Özbəkistan, Çin, Əfqanıstan və Şərqi 

Hindistandan ip

ək, yaqut, almas, dəri, “şilə” adlı naxışlı kətan parçalar, darçın, 

istiot v


ə digər müxtəlif ədviyyatlar, xam Gilan ipəyi gətirilirdi (5). 

E.Ç


ələbinin Təbriz bazarı haqqında fikirləri maraq doğurur: “Onların bir 

çoxu  (dükanları  ―  İ.M)  Hələb  mağazaları  kimi  kərpicdən  tikilmişdir.  Çox 

möhk

əmdir. Böyük bir bədistanı (üstü günbəzli, hər tərəfi dükan, ortası dairəvi 



şəkildə olan bazarın mərkəzi hissəsi, qeysəriyyə ― İ.M) vardır ki, bir çox tacir 

orada alver edir. Bu günb

əzi olan elə möhkəm bir bədistandır ki, onun heç bir 

yerd


ə  misli-bərabəri yoxdur” (3, 24). Səyyah  bazardakı  uzun  əsrlər boyu 

forma


laşmış  qayda-qanunlardan  da  söz  açır:  “..Vay  o  adamın  halına  ki,  üzə-

rind


ə  “La ilahə  illəllah” sözləri  yazılmış  şeylərin alverində  saxtakarlığa  yol 

vermiş olsun. Belə bir adamın gözünə mil çəkib kor edir, başına qızdırılmış daş 

qoyub, onu şikəst, əlil edirlər. Bazar və dükanlarda, meydan bazarlarında sarı 

bürüncd


ən  hazırlanmış  zəncirli tərəzi var. Bu tərəziyə  əl vurmazlar. Həmişə 

asılı vəziyyətdədir. Hər cür malı ədalətlə tərəzidə çəkib satırlar” (3, 33). Apa-

rılan araşdırmalar onu sübut edir ki, Təbriz bazarı hələ İslamdan öncə forma-

laşmışdı.  Erkən orta əsrlərdə  Azərbaycan və  İranın  daxilində  üç  əsas istiqa-

m

ətdən ibarət  tarixi  İpək yolunun ən uzun və  davamlısı  şərq-qərb üzrə  olan 



Xorasan, Damğan, Semnan, Rey, Qəzvin, Zəncan, Miyanə və Təbrizdən keçib 

 

150 


Kiçik Asiyaya, bir qolu is

ə Şimali İkiçayarasına birləşən yol idi (6, 2-3). Bu 

baxımdan Şərq və Qərb ticarətində Təbriz mühüm istinadgah idi.  

E.Ç


ələbi “Şah qanun”a əsasən yenilənmiş ölçü vahidlərindən bəhs edərək 

onlardan qulac, ağac, fərsəx, gilə və s. adlarını yeri gəldikcə çəkmiş və Təb-

rizd

ə ticarətdə istifadədə olan bisti, abbasi pul vahidlərini sadalamışdır. O gös-



t

ərir ki, Təbrizdə  zərbxana var idi və  kəsilən  pulların  üzərində  “La ilahə 

ill

əllah, əliyyən vəliyullah (Allahdan başqa Allah yoxdur, Əli onun varisidir), 



dig

ər üzündə  isə  hər  bir  şahın  adı  yazılır.  Məsələn,  Şah  Abbasın  Təbrizdə 

k

əsdirdiyi pulun üzərində “Qulam Kərbi Əli Şah Abbas” (Əlinin qulamı və iti 



Şah Abbas) sözləri həkk edilmişdir. Sikkələrdə zərb olunan tarix və yer (Zərbi 

fi T


əbriz) yazılırdı (3, 33). 

Ticar


ətlə bahəm, sənətkarlıqdan da bəhs edən səyyah yazır: “Heç bir öl-

k

ədə buradakı kimi gözəl nəqqaş, rəssam, zərgər və dərzi yoxdur. Hər bir sənət 



növün

ə aid sənətkar vardır. Xüsusilə, burada toxunulan yun, pambıq və ipək par-

çalar, m

əxmər, darai, qətifə hər yerdə “Təbriz parçası” kimi məşhurdur (3, 26).  

E.Ç

ələbi təbrizlilərin geyim dəstlərini müşahidə etmiş, əyan və adi adam-



la

rın libaslarındakı fərqi diqqətə almışdır. Belə ki, səyyah əyan və əşrəfin əyin-

l

ərinə  samur dərisindən  kürk  geyindiyini,  başlarına  qızılbaşlıq  rəmzi olan 



qırmızı ala sarıq, bir çoxlarının ağ məhəmmədi çalma sarıdığını, bəzilərinin isə 

üz

ərinə hündür quş lələyi sancılan “tac” adlı baş örtüyü bağladığını, qara ca-



maa

tın  isə  başlarına  qoyduqları  tac  bir  qarışdan  artıq  olmayıb,  onların  çuxa 

geyindikl

ərini qeyd etmişdir (3, 23).  

S

əyyah Azərbaycan mətbəxinə  heyrətini gizlədə  bilməmiş,  əsərində  bir 



çox yem

ək növlərinin adlarını çəkmişdir. O, Təbrizdə çoxçeşidli mətbəx oldu-

ğunu söyləyərək burada ağ, girdə çörək, “haqil” adlı çörək, “somuni” bulkası, 

yağlı həlqə, nazik əkmək, kəklik kababı, toyuq börəyi, 40 növ ətirli plov, ən-

b

ərplov, həlimaşı,  badımcan  şorbası,  aşpazların  hazırladıqları  12  cür  paluzə 



(palud

ə və ya palda nişasta və şəkərdən hazırlanan şirniyyat növüdür — İ.M.) 

oldu

ğunu vurğulayır (3, 26-27). Təbrizlilərin istifadə etdikləri içki növlərinə də 



to

xunaraq yazır ki, miskat üzümünün 7 növ şirəsi, mələki üzümünün təmiz şə-

ra

bı, quqnaz şərabı, nar şərabı, nar gülü şərabı, əzvay rəngli şərab suyu, səhlani 



şərabı, qış şərabı, bal şirəsi, qara camaat üçün darı və düyüdən çəkilmiş yüngül 

içkil


əri məşhurdur (3, 27).  

S

əyyah Təbrizin maddi mədəniyyətini, sənətkarlıq və ticarət həyatındakı 



rolunu ön plana ç

əkmiş, onu formalaşmış şəhər mədəniyyətinə malik şəhərlər 

sırasına daxil etmişdir. Eyni zamanda, şəhərətrafı ərazilərin təsərrüfat həyatına 

da toxunmuş, burada yüksək əkinçilik mədəniyyətini müşahidə etdiyini qələmə 

almışdır. Səyyah bolluğun əsas səbəbini təbii coğrafi şəraitlə əlaqələndirərək su 

m

ənbələrinin  çoxluğunu,  xüsusilə  önə  çəkir.  Əsərdə  göstərilir ki, Təbrizdə  6 



çeşmə,  şəhərin daxilində  9 kəhriz, yeraltı  su arxları,  7000 su  quyusu  var  idi. 

Suları  qışın  şiddətli  çağında  normal, yazda isə  soyuq  olur.  Tarlalarından 

irid

ənəli 7 növ bol buğda, həmçinin xeyli paxla və arpa, 7 növ pambıq məhsulu 



əldə edilir. Həddindən artıq meyvə və səbziləri vardır. Bir sözlə, geniş, varlı, 

 

151 


z

əngin, ucuzluq olan bir ölkədir. Buranın “nəcmi hələf”, “peyğəmbəri”, “zəna-

n

ə” armudu, Milan alması, “nəcmi əhmədi” əriyi, “razeqi”, “mələki”, “təbər-



z

əd” üzümü, “məcdəddini” yemişi və s. meyvələri məşhurdur (3, 26-27).  

“S

əyahətnamə”də  mənəvi mədəniyyətlə  bağlı  bir  sıra  məsələlərə  də 



toxunulmuşdur. E.Çələbi Səfəvilər dövlətinə gələrkən o, adi səyyah qismində 

deyil, h


əm də  diplomatik  missiya  daşıyırdı.  Bu  səbəbdən kifayət qədər dini-

siyasi m


əsələlərə diqqət yetirmişdi. O, Azərbaycanda, olarkən ilk növbədə bəzi 

dini ayinl

ərin icrasını müşahidə etmiş, burada əsas dini məzhəbin — şiəliyin 

qayda-


qanunlarına  nəzər  salmışdır.    Səyyah Təbrizdə  olarkən  Aşura  günü 

K

ərbəla hadisələri ilə əlaqədar keçirilən mərasimi təfərrüatı ilə qələmə almış-



dır: “Hər il Məhərrəm ayının onuncu Aşura günü kiçikdən böyüyə qədər əyan 

v

ə əşrəf çövkən  meydanına gəlib, çadırlarını qurub qalırlar. Üç gün, üç gecə 



söhb

ət  edib,  şəhidlərin ruhuna ehsan etdikləri yüz minlərlə  aşura  qazanında 

xör

ək bişirib, bəy və dilənçilərə pulsuz paylayırlar. Bunun savabını Kərbəlada 



şəhid olanların ruhuna ithaf edirlər. Yenə o gün burada şəkərdən hazırlanmış 

şərbət  paylayırdılar.  Su  satanlar  öz  kəndlərindən qiymətli büllur qablarda 

g

ətirdikləri suyu “Hüseyni Kərbəla  eşqinə  səha” deyərək müftə  paylayırlar... 



kübar v

ə zadəgan təbəqəsindən olan bir neçə nəfər də boyunlarında su ilə dolu 

küz

ələr gəzdirib “ruhi Hüseyni Kərbəla” deyərək  su  paylayırdılar”  (3,  28). 



Bundan 

əlavə, həmin gün İmam Hüseyn, İmam Həsən, Şümr və Kərbəla şəhid-

l

ərinin rolları ifa olunan dini məzmunlu səhnələr göstərilir, üç gün ehsan veri-



lir, 

avazla Quran oxunulurdu. Xalq aktyorları İslamın yarandığı ilk dövrlərdə 

istifad

ədə olan libasları geyinir, yaşanan tarixi hadisələri məharətlə canlandırır-



dılar. “Səyahətnamə”də Aşura günü göstərilən şəbih mərasiminin verilən tam 

t

əsviri onu göstərir ki, hələ orta əsrlərdə Azərbaycanda yüksək səviyyədə açıq 



xalq tamaşaları keçirilirdi.   

E.Ç


ələbi Azərbaycanda olarkən o dövrün idman oyunları, meydan tama-

şaları haqqında maraqlı məlumatlar vermişdir. Səyyah Təbrizdə Şah Səfi par-

kının  mərkəzində  çövkən  meydanından  bəhs edərək  yazır:  “Hər cümə  günü 

əsgərlər və xanın xidmətçiləri səba yeli kimi sürətlə gedən ata minib, çaparaq 

halda o meydanda çövk

ən oyunu oynayaraq ağacın üzərindəki gümüş qabı ox 

il

ə vurub salırlar. Bütün dostları bu oyuna tamaşa edir” (3, 27). Əsərdə gənclər 



arasında yayılmış daha bir maraqlı oyun haqqında məlumat verilir ki, Novruz 

bayramında  40-50 gün ərzində  bəslənilən atlar bir-birilə  döyüşdürülürdü.  Bu 

şəhərdə Novruz bayramında dəvə, camış, qoç, uzunqulaq, it, xoruz döyüşdürül-

m

əsi səyyahı xeyli təəccübləndirmiş və o, bu oyun və əyləncələrin bütün Əcəm 



diya

rına  məxsus  olduğunu  vurğulamışdır.  Bu  tipli  xalq  oyunlarının  Azərbay-

can

da olması faktını Avropa səyyahları da təsdiqləyir. XVII əsrdə Təbrizə səfər 



etmiş Jan Şardən, Cemilli Kareri isə Təbrizdəki Qurd meydanında canavar yarı-

şından bəhs edir. Təbriz tamaşa meydanında təlim almış canavarların rəqs etməsi 

sirk tarixind

ə mühüm hadisə idi. Bütün bu faktlar Azərbaycanda orta əsrlərdə sirk 

tamaşalarının  varlığını  bəlli edir. Göstərilən oyun və  əyləncələrin bir qismi XX 

əsrin  ortalarınadək, bəziləri isə  müasir vaxtadək Azərbaycan  Respublikasının 



 

152 


bölg

ələrində qalmışdır. Yaşlı sakinlərin dediyinə görə, kəndlərdə toy-bayramlarda 

cıdır yarışları keçirilər, qaliblər müxtəlif hədiyyələrlə — sinidə halva, meyvə və 

şirniyyatlarla bəzənən şax, xonça və s. ilə təltif olunardılar.  

“S

əyahətnamə”də  qonaqpərvərlik adətinin təsvirinə  və  onun  ən incə 



m

əqamlarına diqqət yetirilmişdir. E.Çələbi nümayəndə heyəti ilə Təbrizə daxil 

olark

ən təbil, kəranay, nəfir və zurna çalanlar dəstəsinin musiqi sədaları altında 



qarşılanmış, onlara Təbriz xanının əmri ilə şərbət paylanmışdı. Maraqlıdır ki, 

bu dövrd


ə qonaqların qarşılanması üçün xüsusi vəzifə sahibləri mehmandarlar 

f

əaliyyət göstərirdilər. Onlar qonaqları yerləşdirdikdən sonra 40 tümən hamam 



pulu, b

əzəkli yəhər qayışı olan bir ala rəngli at, 7 dəvə yükü müxtəlif yeməli-

içm

əli şeylər uzaq yoldan gələnlərin evlərinə hədiyyə göndərmişlər. Əyinlərinə 



q

ələmkari parçadan zərli enli paltar geyinən mehmandarın qulamları adəti üzrə 

qonaqların əllərini öpərək xidmətlərində durmuşlar (3, 18). Səyyah, xanın onlar 

üçün t


əşkil etdiyi ziyafət məclisi haqqında söyləyir ki, hələ belə bir qonaqlığın 

mislini görm

əmişəm (3, 27).  

E.Ç


ələbi Təbriz xanının verdiyi qonaqlıqda qaval çalaraq segah muğamı 

il

ə üç dördlük, bir səmai, bir dübeyti şeir oxuyur və bu xanın çox xoşuna gəlir. 



Xan orta 

əsrlərdə  Şərq aləminə  xas bir adəti icra edir: öz xələtini  çıxararaq 

qonağa  bağışlayır.  Müasir  Azərbaycan dilində  elə  bu səbəbdən “xələt”  sözü 

“h

ədiyyə” sözünə sinonim kimi işlənməkdədir. E.Çələbi ikinci dəfə səfərində 



d

ə bu adətləri yenidən qələmə almışdı: “..Bir az dincəldikdən sonra gördüm ki, 

xandan bir yuvarlaq gül

əbətinli yastıq, beş dəst gecə geyimi, güləbətinli yor-

ğan, üç yüz quruş, bir boğça, əlbisə, ənbər və bir qara mil-mil əcəm atı hədiyyə 

g

əldi” (7, 96-97). Müsafiri “Allah qonağı” bilən azərbaycanlıların “Allaha da 



qurban olum, onun qonağına da” ifadəsi  mənbədə bir daha öz əksini tapır. 

Bildiyimiz  kimi,  Şah  İsmayıl  Xətainin öz  yaradıcılığı  ilə  Azərbaycan 

ədəbiyyatına  verdiyi  töhfə  ana  dilimizin  inkişafına  güclü  təkan  oldu.  Artıq 

XVII 


əsrdə Azərbaycanda fəal ədəbi mühit formalaşmaqda idi. E.Çələbi Təb-

rizd


ə fərasətlə danışan, gözəl natiq, şairlərin məlahətlisi 78 nəfər maarifpərvər 

şəxsiyyətdən söz açır, onların adlarını sadalayır. Lakin təəssüflə deməliyik ki, 

E.Ç

ələbi Təbrizdən  savayı  Azərbaycanın  digər  şəhərlərində  yaşayıb-yaradan 



şair və mütəfəkkirlər haqqında cüzi məlumat vermişdir. Səyyah eyni zamanda 

qeyd edir 

ki, şəhərdə kitab həvəskarları və təqribən 12000 nəfər göz həkimi, 

qan alan, c

ərrah vardır (3, 25). Lakin əhalinin əksəriyyəti dağlarda bitən bitki-

l

ərlə özlərini müalicə etdiklərindən onların ixtisaslı həkimlərə ehtiyacı yox imiş. 



E.Ç

ələbinin “Səyahətnamə”sində, eləcə  də  XVII  əsrdə  Avropa memuar 

qaynaqlarında  Təbriz  şəhəri ilə  bağlı  etnoqrafik  araşdırmaların  nəticəsində 

aşağıdakı fikirlər bəlli olur:  

—  XVII 

əsrdə  Təbrizin,  şəhər mədəniyyətinə  müvafiq  tamamlanmış 

maddi ictimai kompleksi — m

əhəllələri, bazar, məscid, hamam, zərbxana, ima-

r

ətlər, yaşı bir neçə yüz il olan qəbiristanı, çeşidli mətbəxi və s. vardı. Göstəri-



l

ən ictimai tikililərin bir çoxu şəhərin mərkəzindən əlavə, ətraf kəndlərində də 

f

əaliyyətdə idilər; 



 

153 


—  T

əbriz mühüm sənətkarlıq  mərkəzi idi. Burada ipəkçilik,  xalçaçılıq, 

b

əzzazlıq, qabçılıq sənətləri yüksək inkişaf etmişdi;  



— T

əbriz Qərb və Şərq ticarətində mühüm məntəqə idi; 

— T

əbrizdə formalaşmış şəhər mədəniyyəti, sənətkarlıq, ticarətlə bahəm, 



ətraf nahiyələrində əlverişli təbii şərait, təbii su mənbələrinin və süni suvarma 

sisteminin genişliyi burada əkinçilik mədəniyyətinə yol açırdı; 

—  Elm, m

ədəniyyət mərkəzi  olan  şəhər zəngin mənəvi mədəniyyətin 

(şeir,  musiqi,  dini  və  dünyəvi mərasimlər,  xalq  tamaşaları,  sirklər,  çoxsaylı 

müt


ərəqqi adət-ənənələr) daşıyıcısı idi.  

Bel


əliklə, tədqiqatlar onu göstərir ki, E.Çələbinin “Səyahətnamə”si XVII 

əsrdə Təbriz şəhərinin etnoqrafik araşdırılmasında mühüm mənbədir və ondan 

Az

ərbaycanın  əksər bölgələrinin məişət və  mədəniyyətinin, ümumiyyətlə, 



h

ərtərəfli öyrənilməsində istifadə edilməlidir. 



 

ƏDƏBİYYAT 

1.

 



Бартольд В.В. Сочинения, том IX. М.: Наука, 1977, 967 с. 

2.

 



Ашурбейли  С.  Сияхат-наме  Эвлия  Челеби-как  источник  по  изучению  социально-

экономической и политической истории городов Азербайджана в I половине XVII в. 

/ Материалы XXV Международного конгресса востоковедов. М., 1960, с. 2-4. 

3.

 



Evliya Ç

ələbi. Səyahətnamə (Azərbaycan tarixinə aid seçmələr). Tərcümə edəni S.Onulla-

hi, Bakı: Azərnəşr, 1997, 92 s. 

4.

 



Эвлия Челеби. Книга путешествия (Земли Закавказья и сопредельных областей Ма-

лой Азии и Ирана). Выпуск 3, М.: Наука, 1983, 376 с. 

5.

 

 



6.

 

-



 

 

7.



 

Bayramlı  Z.,  Əzizli  B.  Azərbaycan Evliya Çələbinin 1654-cü il “Səyahətnamə”sində. 

Bakı: Azərnəşr, 2000, 160 s. 

 

ЭТНОГРАФИЧЕСКИЕ СВЕДЕНИЯ О ГОРОДЕ ТЕБРИЗ В «КНИГЕ  

ПУТЕШЕСТВИЙ» (СИЯХАТ-НАМЕ) ЭВЛИЯ ЧЕЛЕБИ  

 

И. Г.МАМЕДОВА  

 

РЕЗЮМЕ 

 

Турецкий путешественник Э.Челеби, живший в XVII в, совершил путешествия в 



города Азербайджана в 1646-48, 1655-56 гг., о чем написал 10 томную «Книгу путешест-

вий».  В  этой  книге  приведены  богатые  этнографические  сведения  о  Тебризе  и  других 

городах. Здесь мы встречаем интересные факты относительно материальной и мораль-

ной культуры, традициях и обычаях города и т.д.  



 

Ключевые слова: Азербайджан, Тебриз, Эвлия Челеби, книга путешествий, путе-

шественник  



 

154 


ETHNOGRAPHIC INFORMATION ABOUT TABRIZ CITY IN “TRAVEL STORY” 

(SAYAHATNAMA) OF EVLIYA CHALABI 

 

I.G.MAMMADOVA 

 

SUMMARY 

 

 

Turkish traveller E.Chalabi who lived in the XVII century, traveled cities of Azerbaijan 

in 1646-48, 1655-56 and wrote “Sayahatnama” in 10 covers. The work provides rich 

ethnographic information about Tabriz and other cities. Interesting facts may be achieved about 

the material-spiritual culture, customs and traditions of the city, etc. 

 

Key  words: Azerbaijan, Tabriz, Evliya Chalabi, travel story, traveler 



Kataloq: Xeberler%20Jurnali
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi
Xeberler%20Jurnali -> Uot 663. 1 Muğan düZÜNÜn paxlali biTKİLƏRİNİn mikobiotasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Лцтдцкштвцт ишкшвшк. Ибдпцтшт шйдшь жцкфшеш игкфтэт рцдц фде зфдущдше вбмкът- вцт ьцылгтдфжьфыэтф жцкфше нфкфеьэжвэк

Yüklə 268,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə