Baki döVLƏt universiteti Fakültə



Yüklə 250,86 Kb.
səhifə1/2
tarix09.05.2022
ölçüsü250,86 Kb.
#56952
  1   2
Mülki müdafiə - Sərbəst iş


BAKI DÖVLƏT UNİVERSİTETİ



Fakültə: Ekologiya və Torpaqşünaslıq

İxtisas: Torpaqşünaslıq və Aqrokimya

Kafedra: Həyat fəaliyyətinin təhlükəsizliyi

Kafedra müdiri: k.e.d.prof.İ.Ə.Əliyev

Fənn: Mülki Müdafiə

Müəllim: N.N Əhmədov

Kurs: III

Qrup: T067A

Tələbə: Şahlarov Daşqın

Sərbəst iş nömrəsi və mövzular:

N_1

1. Mülki müdafiə haqqında anlayış.

2. Mülki müdafiə üzrə dərəcələr verilən təsərrüfat obyektləri.

3. Mülki müdafiənin təşkil edilmə prinsipləri.

Mülki müdafiə haqqında anlayış.

Mülki Müdafiə insanın ətraf mühitində təhlükəsizliyi və sağlamlığının qorunması haqqında elmdir. O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın mühafizəsinin metod və vasitələrini, yollarını zərərli və təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı , sülh və müharibə dövründə baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmalıdır. MM-in müharibə vaxtındakı rolu xüsusilə böyükdür. Bununla belə qeyd etmək lazımdır ki, sülh dövründə MM-in rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələrilə mübarizədə xeyli artmışdır.

Böyük maddi itkilər və insan tələfatına səbəb olan fövqəladə hadisələr göstərir ki, indi mövcud olan şəraitdə insanları və onların yaşadığı mühiti fövqəladə hallarda mühafizə etmək üçün insanları psixoloji, mənəvi cəhətdən hazırlamaq lazımdır. Xüsusilə əmin-amanlıq dövründə fövqəladə hal olan MM tədbirlərinə yenidən baxılmalı və onun vəzifə və yollarını yenidən qiymətləndirmək lazımdır.

Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31-də Azərbaycan Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 73 saylı fərmanı, 30 dekabr 1997-ci ildə «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikası qanununu (N420-1Q) və 1998-ci il aprelin 18-də «Mülki müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi» barədə 700 saylı fərmanı imzalanmışdır. Yeni Əsasnamə və Qanunda respublikada mülki müdafiənin əsas məqsəd və vəzifələrini habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcədə məsul şəxslərin və bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki müdafiəsi sülh və ya müharibə dövrlərində əhalini (A.R.vətəndaşlarının, A.R. ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət, təsərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün vətəndaşların iştirakı ilə həyata keçirilən sosial və müdafiə tədbirləri sistemidir.

Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının mülki müdafiə sistemi yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və fövqəladə hallarda respublikanın bütün ərazisində mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil edirlər.

Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri aşağıdakılardır:

1. Fövqəladə halların nəticələrindən əhalinin və xalq təsərrüfatının mühafizə edilməsi.

2. Sülh və müharibə dövrlərində insanların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi.

3. Fövqəladə halların nəticələri aradan qaldırılarkən xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi.

4. Mülki müdafiə sistemi rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, habelə müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili.

5. Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda xalq təsərrüfatı sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis-texniki və digər tədbirlərinin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir.

Qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında MM işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

16.12.2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti FH Nazirliyinin yaranması barədə fərman imzalamışdır.

Azərbaycan Respublikasının MM respublikanın fövqəladə hallar naziri bilavasitə rəhbərlik edir.

Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edir:

A) Naxçıvan Muxtar Respublikasında – Muxtar Respublikanın FH Naziri;

B) Şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə – müvafiq icra hakimiyyəti başçıları və onların nümayəndələri;

C) Təsərrüfat birliklərdə – onların rəhbərləri və sahibkarları.

Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu, onların vəzifə borcuna daxildir. Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa dövlət orqanları vasitəsilə yerinə yetirirlər.


Yüklə 250,86 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə