Bakı şəhəri Suraxanı rayonu N.Əliyev adına 282№li tam orta məktəb



Yüklə 1,86 Mb.
tarix02.10.2019
ölçüsü1,86 Mb.

Bakı şəhəri Suraxanı rayonu N.Əliyev adına

282№li

tam orta məktəb

Rəcəbova Aytən

11b

Layihə və onun mərhələləri

LAYİHƏ VƏ ONUN MƏRHƏLƏLƏRİ

Bu gün “alqoritm”, “sistem”, “informasiya texnologiyaları” və s. sözlərlə yanaşı “layihə” sözü də həyatımızın əlamətlərindən birinə çevrilmişdir. Bu sözə qəzet və jurnallarda, radio və televiziya efirlərində tez-tez rast gəlinir.

Bəs “layihə” nə deməkdir?

Ən ümumi mənada layihə, müəyyən

fəaliyyət nəticəsində maddi, yaxud

intellektual məhsul şəklində

reallaşdırılan yeni ideyadır.

Hər hansı məhsul yaratmaq üçün

müəyyən işlər görmək lazımdır. Bunun üçün maddi, maliyyə və insan resursları ilə təminata ehtiyac vardır. Onu da xüsusi qeyd etmək lazımdır ki, layi-hənin uğurlu icrası üçün məqsədin aydın olması vacibdir

Məhdud zaman çərçivəsində müxtəlif resurslardan istifadə etməklə, məhsul və ya xidmət növü yaratmaq istiqamətində aparılan məqsədyönlü fəaliyyətdir.

Məhdud zaman çərçivəsində müxtəlif resurslardan istifadə etməklə, məhsul və ya xidmət növü yaratmaq istiqamətində aparılan məqsədyönlü fəaliyyətdir.

Müxtəlif növ layihələr vardır. Layihənin

hansı növə aid edilməsi onların təsnifatın-

dan asılıdır. təs-nifat fəaliyyət sahəsi,

layihənin müddəti, mürəkkəbliyi,

miqyası və s. üzrə aparıla bilər.

Sahəsinə görə layihələr: təşkilati, texniki, sosial, iqtisadi və s. Çox zaman layihə qarışıq tipli olur. Məsələn, magistral yolların tikintisi təkcə texniki layihə deyil, həm də iqtisadi layihədir, çünki re-gionların iqtisadi inkişaf problemlərini həll edir. Veriliş hazırlamaq üçün yeni televiziya layihəsi məzmun baxımından sosial ola bilər, lakin o, həm də kanalın iqtisadi problemlərini həll etdiyindən, eyni zamanda onu iqtisadi layihə də hesab etmək olar.


LAYİHƏ VƏ ONUN MƏRHƏLƏLƏRİ

LAHİYƏNİN İDEYASİ

Yeni məhsulun hazırlanmasının ilkin mərhələsi uyğun ideyanın yaranması və dərk edilməsidir. Layihənin uğurla həyata keçirilməsi üçün onun ideyası hərtərəfli düşünülməlidir. Layihənin ideyası istər bir insan, istərsə də insanlar qrupu tərəfindən yaradıla bilər.Layihələr sadə, orta və mürəkkəb ola bilir.

Lahiyənin uğurla həyata keçirilməsi üçün onun ideyasi hərtərəfli düşünülməlidir.Lahiyənin ideyası istər bir insan, istərsə də, insanlar qrupu tərəfindən yaradıla bilər.lahiyəni hazırlayarkən siyasi,iqtisadi,hüquqi,ekoloji və digər amilləri nəzərə almaq lazımdır.Ona görə də layihənin hazırlanmasından əvvəl ilkin ideyanın konkret mühitə nə qədər uyğun gəldiyini araşdırmaq vacibdir.Nəticə müsbət olarsa,layihənin hazırlanmasına başlamaq olar.


Lahiyə

Sadə


Orta

Mürəkkəb

PLANLAŞDIRMA

Mürəkkəbliyindən asılı olmayaraq, istənilən işin icra planı qa-baq cadan hazırlanarsa, həmin işi vaxtında və uğurla sona çatdırmaq olar. Bu mərhələdə bütün işləri dərindən ölçüb-biçmək lazımdır: hansı işlər hansı ardıcıl-lıqla yerinə yetiriləcək və bunun üçün hansı maliyyə, maddi və insan resursları tələb olunacaq?

 mərhələsində layihənin strukturunu da müəyyənləşdirmək lazımdır: layihə hansıelementlərdən ibarətdir və onlar bir-biri ilə necə əlaqəlidir? Strukturu onu təşkil edən və bir-biri ilə əlaqədə olan informasiya obyektlərinin toplusudur.

Deməli, struktur informasiya modelidir,

çünki o, xüsusi seçilmiş və

sistemləşdirilmiş informasiyanı əks etdirir.

İnformasiyanın seçilməsi və təqdim olunması

qoyulmuş məqsədə uyğun olaraq həyata

keçirilir.

Layihəyə müxtəlif cəhət-lərdən baxmaqla müxtəlif informasiya modelləri (strukturlar) almaq olar. Layihənin strukturunda əks olunması vacib olan bəzi məqsədlərə

Layihəyə müxtəlif cəhət-lərdən baxmaqla müxtəlif informasiya modelləri (strukturlar) almaq olar. Layihənin strukturunda əks olunması vacib olan bəzi məqsədlərə

baxaq.

1)Layihənin yerinə yetirilməsi nəticəsində

onun başlıca məqsədinə – yeni məhsulun

(məsələn, yeni kompyuter modelinin)

yaradılmasına nail olunmalıdır. Bu məqsədi

həyata keçirmək üçün hansı aralıq məqsəd-

lərə nail olunması bilinməlidir.

2) Layihənin yerinə yetirilməsi nəticəsində hər hansı məhsul, yaxud xidmət nö vü yaradılmalıdır. Məsələn, kompyuterin yeni modeli, yeni texnologiya, təmir olunmuş məktəb və s. uyğun layihələrin həyata keçirilməsi nəticəsində yaradılır.


PLANLAŞDIRMA

NƏZARƏT VƏ TƏHLİL

Əgər müqayisə nəticəsində fərqlər aşkarlanarsa, onların aradan qal-dırılması üçün tədbirlər planı hazırlanır. Məsələn, belə tədbirlər kimi əlavə resursların cəlb olunması, yaxud bəzi işlərin yekunlaşma tarixlərində dəyişiklik-lər edilməsi təklif oluna bilər. Layihəyə nəzarət mütəmadi olaraq vaxtaşırı həyata keçirilməlidir. Faktiki və plan göstəriciləri arasındakı fərqlərin vaxtında aradan qaldırılması çox vacibdir.

İşin yerinə yetirilməsinə müntəzəm olaraq nəzarət edilməsi onun başaçatma müddətini daha dəqiq proqnozlaşdırmağa imkan verir.

LAHİYƏNİN İNFORMASİYA MODELLƏRİ

Layihə məqsədyönlü bir fəaliyyətdir. “Niyə?” sualı layihənin hazırlanmasında ən başlıca suallardan biridir. Məqsəd o qədər dəqiq ifadə olunmalıdır ki, onun icrasını yoxlamaq mümkün olsun. Adətən, məqsədə çatmaq üçün çoxsaylı lokal məqsədlərin icrası tələb olunur. Məktəbin təmirinin sadə bir iş deyil, əsil layihə olduğunu hər bir məktəb direktoru bilir. Təmirin aparılması üçün dəyəri göstərilməklə görüləcək işlərin tam siyahısı tərtib olunmalıdır, təmir-tikinti təşkilatları ilə müqavilələr bağlanmalıdır, material və alətlər alınmalıdır.


Bir baş məqsədə bir neçə lokal məqsədlər toplusu uyğun gələ bilər.Layihənin məqsədlərinin strukturunu məqsədlər ağacı adlandırırlar. Məqsədlər ağacı baş məqsədin alt məqsədlərə necə ayrıldığını göstərən sxemdir.

MƏHSULUN STRUKTURU


Layihənin icrasının nəticəsi olaraq yeni obyekt – məhsul, yaxud xidmət növü yaranmalıdır. Bu məhsul mürəkkəb struktura malik ola bilər. Məqsədə çatmaq üçün görüləsi işləri müəyyənləşdirməyə başlamazdan öncə layihənin sonunda nə almaq istədiyimizi dəqiq təsəvvür etməliyik.

Məhsulun strukturu yaradılan obyektin strukturunu əks etdirən sxem şək-lində olan informasiya modelidir. Məhsulun strukturunun ümumi görünüşü(şəkil)

CAVABDEHLIK MATRİSİ

Layihənin cavabdehlik matrisi layihənin məqsədinə nail olunmasında hər bir iştirakçının rolunu başa düşmək üçün zəruridir. Bu model işlərin bölünməsi strukturu əsasında cədvəl şəklində qurulur Cədvəlin sol sütununda işlərin bölünməsi strukturundakı işlərin adları, yaxud kod ları sadalanıb, yuxarı sətirdə isə icraçı və iştirakçıların adları göstərilib. Sətir və sütunların kəsişməsində iştirakçıların cavabdehlik dərəcəsi göstərilir. Bunun üçün layihəni hazırlayan qabaqcadan şərti işarələri müəyyən edir.

 Cavabdehlik matrisi layihənin hər bir iştirakçısının müəyyən işlərə cavab-dehlik dərəcəsini cədvəl şəklində əks etdirən informasiya modelidir.


Mürəkkəb layihələrdə işin hər bir səviyyəsi üçün cavabdehlik matrisləri hazırlanır. Məktəbin təmiri kimi sadə layihələrdə detallaşdırma dərəcəsi ən yük-sək olmalıdır, yəni hər bir konkret iş və onun icraçıları müəyyən olunmalıdır

CAVABDEHLİK MATRİSİ


RESURSLAR

11-ci sinif dərslik kitabı

http://www.slideshare.net/ilhameakif/layihe-plani

http://www.slideshare.net/ilhameakif/layihe-plani

http://www.slideshare.net/TimurUlvi/kurikulum-sas-tlblri

http://www.slideshare.net/dr_ahmadov/chapter2strategicplanningmarketingprocessaz

http://www.names.org/n/tehlil/about

http://www.bradleysbookoutlet.com/


DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR!
Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə