Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»


-  Zeynəddin  müəllim  uzun  illər  internat  məktəbində



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə7/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   2   3   4   5   6   7   8   9   10   ...   174
Elbrus Şahmar______________
24__________________________________________________
olan  Əhməd  Cavad  yaradıcılığında  Qusarın  təbiətinə  və 
insanlarına  həsr etdiyi şeirləri olmuşdur.  Bu  yöndə,  onun 
qədim  xalq  mahnısı  «Perizada»  oxuyan  ləzgi  qızlarının 
ümumi  obrazını  verdiyi  «Pərizadə»  şeirini  oxucu  diq­
qətinə çatdırıram:
Süzər yaşılbaşlı somlar kimi,
Oxur Pərizadə ləzgi qızları.
Dadmışlarmı nədir eşqin camını,
Gəlmişdir fəryada ləzgi qızları.
Bilməzlər ki,  məndə bir qığılcım var.
Bircə zərrəsindən yanar dünyalar.
Etdilər könlümü yaxşı lari-mar,
Gəlməzlər ki,  dadə ləzgi qızları.
Oynadaraq durur gözəl gözəli,
Eşq anlayanların yorulmaz əli.
Süzgün gözlərini yana süzəli,
Saldı məni oda ləzgi qızları.
Bəli,  gənc  yaşlarında  şairi  oda  salan  ləzgi  qızları, 
zaman  keçəndən  sonra  Hüseyn  Arifi  yandırıb  yaxdığın­
dan  «Ləzgi  qızı»  şeirini  yazdı  və  səkkiz  bənddən  ibarət 
olan həmin şeirini bu misralarla bitirdi:
Zamanın köhləni yeyindən yeyin,
Başımın üstündən illər ötüşdü.
H eyf ləzgi qızı,  sənin gəncliyin,
Hüseynin qocalan vaxtına düşdü.
Qusar  təbiətinin  tərənnümü  böyük  şairimiz  Səməd 
Vurğunun yaradıcılığında da öz əksini tapıb:
_____________________________________Qusar beşiyim mənim
25


Düşündürür məni bir sirli diyar.
Burda həqiqətlər, əfsanələr var.
Ürəklərdə axın, qollarda qüvvət,
Burda öz-özünə gülür təbiət.
Burda çiçəklərin,  quşların dəmi.
Burda könüllərin əski həmdəmi.
Dumanlar içində duran hər qaya,
Göz vurur günəşə, göz vurur aya.
Dağların döşündən gedən cığırlar,
Qalmış babalardan bizə yadigar.
Başını dağlara vurur Şah dağı,
Alınır aləmdə onun sorağı.
Döşündən çağlayan soyuq bulaqlar,
Dilsiz əsrlərə xatirə şaxlar.
Şair  dostumuz  Oqtay  Rza  general-mayor  Mahmud 
Əbilova ithaf etdiyi şeirində belə deyir:
Vüsala yetməyə səbrim tükəndi,
Xatirə çiçəyi dərdim, general!
Ərzə göz açdığın səfalı kəndi,
Mən də öz gözümlə gördüm, general!
Müdrik,  unudulmaz, fədakar insan!
Ən gözəl abidən nıərd elindədir.
Özün Bakıdakı xiyabandasan, 
ilk izin  Uğurçay sahilindədir.
•Elbrus Şahmar 
____________________________
26
Azərbaycan  hərb tarixinin  böyük  tədqiqatçısı dostum 
Şəmistan  Nəzirli  özünün  «Arxivlərin  dili  açılır»  kitabın­
dakı  General-mayor  Mahmud  Əbilov  yazısında  general 
barədə  ürəkdolusu  söz  deməklə  yanaşı  Qusarın  təbiətinə 
olan  vurğunluğunu  da  böyük  məhəbbətlə  bildirir:  «Şah­
dağın  döşünə  sığınmış  Qusar  rayonunun  Ukuz  kəndini 
ilk  dəfə  görəndə  ulu  Zərdüştün  sözlərini  xatırladım: 
«Ormanı  sevirəm.  Şəhərlərdə  yaşamaq  pisdir,  oralarda 
azğın çoxdur.»
Hələ sovetlər vaxtı general Mahmud Əbilov haqqında 
televiziya  üçün  veriliş  hazırlamağa  gedəndə  bu  kəndin 
əsrarəngiz  təbiəti məni  valeh  eləmişdi.  Göyləri  dələn  xan 
çinarları,  min  bir  boran  görmüş,  yenilməz  qəhrəmanlar 
irimi  məğrur  dayanan  qocaman  palıdları  adamı  heyran 
edirdi.  Xoşsimalı,  şirin  ləhcəli,  qonaqpərvər  insanları  isə 
bu kəndin yetirdiyi sərvətdir.»
Təkcə  qusarlılara  deyil,  eləcə  də  Azərbaycanımıza 
başucalığı  gətirən,  adı  ilə  qürur  duyduğumuz  general  -  
mayor  Mahmud  Əbilov  barədə  Qusar  rayon  tarix  və  di­
yarşünaslıq  muzeyində  saxlanılan  ABŞ  prezidenti  Harri 
Trumenin  general  barədə dediyi  sözləri  fəxrlə  oxuyuruq: 
«Ağ ev, Vaşinqton.  İnformasiya  legionu  üçün  sitat.  Qızıl 
Ordunun  diviziya  komandiri  Mahmud  Əbilov  1943-cü 
ilin  avqustundan  1945-ci  ilin  may  aymadək  çox  böyük 
mərdlik  göstərmiş  və  ona  etibar  olunan  döyüşlərə  ba­
carıqla rəhbərlik etmişdir.
Diviziya  onun  komandanlığı  altında  döyüşə-döyüşə 
Desna çayını keçmiş,  Narev çayının  sahillərini  tutmuş  və 
faşist  qoşunlarının  böyük  bir  qrupunu  darmadağın  et­
mişdir.  Bununla  da  ordunun  əsas  qüvvələrinin  Berlinə 
doğru irəliləməsini asanlaşdırmışdır.
____________________________________ Qusar beşiyim mənim
27

1   2   3   4   5   6   7   8   9   10   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə