Bakı-2012 Elbrus Şahmar «Qusar beşiyim mənim»



Yüklə 10,65 Mb.
Pdf görüntüsü
səhifə2/174
tarix02.01.2022
ölçüsü10,65 Mb.
#2287
1   2   3   4   5   6   7   8   9   ...   174

§
i
Щ
I
w
^
ö
y
 
....
...
....
...
0 т
м
ч
1 ш
c m
/c w


lAyıblı sözlərin yazılmasından,
Yaxşıdır, bir dəftər ağ qalsa, inan.
Nizami Gəncəvi
iən mükafatını insanlığa xidmətdə ara.
A.Səhhəı j
Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,  v  
Yağı yağ üstə çıxar, ayranı ayranlıq olur.
M. Ə. Sabir
Ölüm, ölmək deyil, yer dəyişməkdir.
Nizami Gəncəvi
Nə şəhvət, nə yuxu, nə də ki, yemək,
Həyatın mənası olmasm gərək.
Nizami Gəncəvi 
Hər  şeydə  oğurluq  haramdırsa,  qızlar  üçün 
oğlanın qəlbini oğurlamaq halaldır.
M. S. Ordubadi
Kitabsız bir ömürün nə mənası var?
Səməd  Vurğun
Müəllif kitabın  yaradıcısı,  cəmiyyət  isə  onun  ı  
taleyinin yaradıcısıdır. 
O
V.Hüqd'
iəyat beşik ilə tabut arasındakı dar bir dəl 
və yolçuluqdan ibarətdir.
Osman Nur i Top,
Qusar beşiyim mənim
KİTABA GİRİŞ
Ay Allah,  ilham ver, yetərli olsun, 
Dəyərli bir kitab yazım,  oxunsun. 
Əsərin taleyi uğurlu olsun,
Dostum Zeynəddinin ömür yoluna, 
Şam tutum, şöləsi çox nurlu olsun!
İnsan  öz  ömrünün  kamillik  dövrünə  qədəm  qoyur, 
onu  peşəsindən  və  tutduğu  vəzifəsindən  asılı  olmayaraq 
hər  şeydən  öncə belə  suallar  düşündürür:  xoşbəxtliyi  nə­
də axtarmaq,  necə axtarmaq? Yaşamaqda  məqsəd  nədir? 
İnsanlığın  ən  böyük  amalı  nədir?  Və  kamil  insan  o  sual­
lara  birmənalı  cavab  verib -   insan  insanın  qayğısını  çək­
məli,  Vətən  və Xalq  qarşısında,  onu  böyüdüb  boya-başa 
çatdıran  valideynlər  qarşısında,  eləcə  də  gənclik  qarşı­
sında məsuliyyətli olmalı, bir insan, bir vətəndaş kimi on­
ları  sevməli,  onların  xoşbəxtliyi  uğrunda  mübarizə  apar­
malı, haqqı-ədaləti  uca  tutmalı,  bu yolda  heç bir çətinlik­
dən qorxmamalıdı.
Bütün  bu  duyğular,  bu  hisslər  ana  südülə,  ana  lay­
lası,  ata  öyüd-nəsihəti  ilə  doğulur  və  bütün  ömrü  boyu 
insanın  ruhuna,  qəlbinə  hakim  kəsilir.  Elə  insanlar  mən­
sub  olduğu  xalqın  ləyaqətli  övladları  olur,  insanlığın 
bəzəyi və yaraşığı sayılırlar.
7


İnsan  ömrü  gah  lal  axan,  gah da  kükrəyib öz yata­
ğından  çıxan,  yenidən  öz  doğma  məcrasına  qayıdan  və 
sonda dəryaya qovuşan bir çaya bənzəyir. Çayın mənbəyi 
uca  dağlardır.  Məkan  əbədidir,  ömür  isə  o  çayın  çağla­
yan  sularıdır,  durmadan,  nəfəs  dərmədən,  ara  vermədən 
axıb  gedir.  Çay  suyu  var  şəffafdı,  gözəlliyinə,  duruluğu­
na, aydınlığına baxmaqdan nə göz doyur, nə ürək. Su var 
baxanda dibi görünür,  su var nə qədər baxsan da, diqqət 
versən  də  dibi  görsənmir  ki,  görsənmir.  Su  var  can  dər­
manıdır,  su  da  var  ürək  bulandırır.  Bütün  bu  səciyyəvi 
xüsusiyyətlər  hər  bir  bəşər  övladına  da  aiddir.  Kimi  pak 
və müqəddəs, xeyirxah və ədalətli,  kimisə şər tumu,  barıt 
dağarcığı  olub  şeytana  papış  tikəndi.  Kimin  ömrü  ayla 
ölçülür,  kiminki illə, əsrlə.  İnsan var ki, ömrü nə məkana 
sığır,  nə də zamana.  Elə ömür uzun ömürdü,  yaşayan  və 
insanlığa  mənsub  olduğu  xalqa  başucalıq  gətirən,  alqış­
lanan ömürdü.
Elə insanların həyatı işıqla, nurla bəzənmiş olur, heç 
vaxt  çətinliklərdən  qorxmaz,  dövranla,  zamanla  cəngi- 
cidayə çıxar.  Adam  var  ki,  vəzifə  kürsüsündən  düşsə də, 
heç vaxt sınmayıb, əyilməyib, vəzifəsini itirsə də, vicdanı­
na, adına xələl gətirməyib, mənsub olduğu xalq və el-oba 
qarşısında  üzüağ,  başıuca  olub.  Böyük  inamla  bu  çərxi- 
fələyin  acığına daha  mübariz olub,  daha qürurlu yaşayıb 
və  nə  vaxtsa  haqqın,  ədalətin  qələbə  çalacağına  inanıb. 
Və  xalqın,  el-obanm  hörmətini  qazanan  elə insanlar  hər 
yerdə,  hər  zaman  ağsaqqallıq  kürsüsündə olub,  adı  ehti­
ramla çəkilib, ovxarlı sözləri dəyərli sayılıb. Bu baxımdan


Yüklə 10,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə