Bahlul Yusifli



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
tarix07.04.2020
ölçüsü0,78 Mb.

 

Electronic copy available at: https://ssrn.com/abstract=3210066

 



 



           Bahlul Yusifli

✵ 

 



The role of improving internal condition of 

institutions for an imprisoned person (recidivist) 

of the prisons of Azerbaijan Republic, in becoming 

an exemplary citizen (Azərbaycan Respublikasın 

penitensiar müəssisələrində azadlıqdan məhrum 

edilmiş şəxsin(residivin) nümunəvi vətəndaşa 

çevrilməsində müəssisədaxili şəraitin 

təkmilləşdirilməsinin rolu) 

 

Annotasiya 

Cəzaçəkmə  müəssisələrin  əksəriyyətində  məhkumların  artımı,  o  cümlədən  hər 

dəfə  eyni  məhkumların  olması  bizi  məyus  edir.  Bunun  qarşısı  alınması  üçün 

müvafiq  tədbirlərin  görülməsi  şərtdir.  İlk  olaraq,  biz  bu  cür  müəssisələrə  baxış 

nöqtəmizi, yəni cəzaçəkmə müəssisələrinə “islahetmə mərkəzi” kimi yanaşmalıyıq 

ki,  həmin  baxış  nöqteyə  müvafiq  məntiqli  ardıcıllıqla  hərtərəfli  məhkumları 

inkişafa  sövq  edəcək  yaxşılaşdırma  işləri  həyata  keçirilsin.  Bundan  yanaşı 

qanunvericilikdəki  boşluq  və  qüsurların  aradan  qaldırılmasıda  həmin  məntiqli 

işlərin davamı kimi qiymətləndirməliyik. Beləliklə, məqalə baş yanaşmanı təklif edir 

və hal-hazırki vəziyyəti təhlil edərək aşkarlanmış qüsur və boşluqlara dair müvafiq 

tövsiyələr irəli sürür.  

 

Abstract 



The increase of inmates in most of the prisons, including the constant presence 

of the same inmates, disappoints us. In order to prevent this, it is essential to take 

certain  measures.  First,  we  should  change  our  view  point  to  such  kind  of 

institutions, in other words to refer them as “a place of reform”, so that according 

to  the  view  point,  improvement  works  will  be  carried  out  to  stimulate 

comprehensive  logical  sequenced  development  of  the  inmates.  Besides  this,  we 

should asses the removal of the gaps and the shortcomings in the legislation as the 

logical continuation of the improvement works. Thus, the article offers a general 

approach  and  by  analyzing  the  current  situation,  suggests  recommendations 

against the discovered flaws and gaps. 

 



 

LL.B., Baku State University, 2017; Attorney assistant at Law office #13 



 

 

 

Electronic copy available at: https://ssrn.com/abstract=3210066

 



 



MÜNDƏRİCAT 

Giriş .......................................................................................................................................... 2 

Residivin və ümumilikdə azadlıqdan məhrum edilmiş şəxsin mənəvi-psixoloji tədqiqatı.

 .................................................................................................................................................. 2 

Cəzaçəkmə müəssisələrin şəraitindəki boşluq və onun məhkumun islahetmə ilə əlaqəsi.

 .................................................................................................................................................. 3 

Ortaya çıxan çətinliklər və onların həllində yanaşma istiqaməti. ....................................... 5 

Yekun təhlillər. ........................................................................................................................ 6 

Nəticə. ....................................................................................................................................... 7 

 

 



Giriş 

 

u yazı işi, əsasən, Azərbaycan Respublikası penitensiar müəssisələrin 



“islahetmə  mərkəzi”  kimi  vəzifəsini  qabartmasından,  azadlıqdan 

məhrum  edilmiş  şəxsin  layiqli  vətəndaş  olması  yolunda  cəzaçəkmə 

müəssisələrdəki şəraitin islahetmə xarakterli boşluqlarından, praktikada əmələ 

gələn  çətinliklərdən  və  ona  yanaşma  istiqamətlərindən  bəhs  edir.  Sonda 

şəxsiyyətindən asılı olmayaraq məhkumun necə nümunəvi vətəndaşa çevrilməsi 

üçün təkliflər irəli sürülür.  

 

Residivin və ümumilikdə azadlıqdan məhrum edilmiş 

şəxsin mənəvi-psixoloji tədqiqatı.  

Biz  məhbusların  mənəvi-psixoloji  aspektini  tədqiq  etməliyik  ki,  zəifliklərini 

aşkar  edib  onların  aradan  qaldırılması  üçün  istiqamət  və  yollarını  işləyib 

hazırlayaq.  Residiv  dedikdə,  əvvəllər  müəyyən  müddətə  cəzaya  məhkum 

olunmuş  və  məhkumluq  müddəti  bitmədən  yenidən  qəsdən  və  ya  həmcins 

cinayətin törədilməsinə görə azadlıqdan məhrum edilmiş şəxslər başa düşülür. 

Residivlər də törətdiyi cinayətin sayı və ağırlığına görə 3 növə ayrılırlar: sadə, 

təhlükəli və xüsusi təhlükəli residiv.

1

 Bu şəxslərin və digər məhkumların ortaq 



mənəvi-psixoloji  əlamətini  müəyyənləşdirməmişdən  qabaq,  onların  bioloji 

xarakterini müəyyənləşdirək. Xarakter-temperamentinə görə məhkumlar 4 növə 

ayrılırlar:  sanqvinik,  fleqmatik,  xolerik  və  melonxolik.

2

  Sanqviniklər,  əsasən, 



                                                           

1

 Azərbaycan Respublikası Cinayət Məcəlləsi, maddə 65.1  



2

 İsfəndiyar Ağayev, Azərbaycan Respublikasının Cəza-İcra Hüququ Ümumi Hissə, s.144 (2007) 



 

Electronic copy available at: https://ssrn.com/abstract=3210066

 



 



həyatsevər,  konfliktləri  həll  etmə  bacarığında  olurlar  və  xarici  mühitin  onlara 

təsiri  az  müşaiət  olunur.  Qabiliyyətlidirlər  və  səbrli,  yaradıcılığa  meyillidirlər. 

Başlarını  müvafiq  məşğuliyyətlərlə  qatırlar,  əsasən  də,  həzzverici 

məşğuliyyətlərlə.

3

  Bu  tip  insanlar,  adətən  narkotik  aludəçisi  olurlar. 



Fleqmatiklərdə  soyuqqanlılıq  və  özünəqapalılıq  müşaiət  olunsa  da,  xarici 

amillərə qarşı dözümlü, yüksək səriştəli məhkumlardır. Rahat  və sakit təbiətli 

olurlar.  Mənfi  tərəfləri  isə  özündən  razılıq,  asanlıqla  qarşı  tərəfi  tənqid  edən, 

bəzən də qərarsız və qorxaq ola bilirlər.

4

  Fleqmatiklərdən fərqli olaraq xoleriklər 



qızğın təbiətli, əhvalı kəskin dəyişən hiperaktiv məhkumlar olur. Xarici təsirlərə 

həddindən artıq yüksək təsir reaksiya verən, qüvvətli sinir impulslarına malik, 

qürurlu, qüvvətli və hövsələsiz olurlar. Tez yorulandılar.

5

 Melonxoliklər isə kiçik 



səbəbdən belə əhval ruhiyyəsi pisə doğru dəyişir, çünki onlarda sinif sistemləri 

əsasən zəif olur.

6

 Özlərinə qapalı və bədbin olurlar, heçnəyə ümid bəsləmirlər, 



əksər vaxt narahat və təmkinli olurlar.

7

  



Bu tip şəxslərin bioloji əlamətlərindəki zəiflik onların məhkumluq həyatının 

yaşamasına  səbəb  olur  və  onların  kökündən  dəyişdirilməsi  müşkül  məsələdir, 

lakin bunlardan qabaq onlar bir məsələni dərk etməlidir ki, xarici mühitindən 

asılı  olmayaraq,  hərkəs  kimi  ətraf  mühitə  hörmət,  diqqət,  rəğbət  və  şəvqət 

göstərməlidir.  Bunlar  sülh  şəraitin  və  birgə  yaşayışın  əsasıdır.  Sadaladığımız 

hərəkətlər hörmət xətrinə hörmət, rəğbət xətrinə rəğbət yox, məhz qarşılıqsız 

həyata  keçirilməlidir  və  bunun  üçün  isə  müntəzəm  mənəvi  tərbiyələndirmə 

şərtdir. Əgər residivlər bir-birinə öz “görünməz məcəllə”-lərinə uyğun hörmət 

edirsə

8

,  deməli  bunların  digər  vətəndaşlara  da  hörmət  etmə  potensialı  vardır. 



Onlar  daima  hörmət  axtarırlar  və  bunun  üçün  isə  güc  tətbiq  etməklə 

kifayətlənirlər. Anlamırlar ki, qorxu ilə qazanılan hörmət, saxta hörmətdir.  



Cəzaçəkmə müəssisələrin şəraitindəki boşluq və 

onun məhkumun islahetmə ilə əlaqəsi. 

Cəzaçəkmənin  başlıca  məqsədlərindən  biri  də  islah  etməkdir.

9

  Azadlıqdan 



məhrum  edilmiş  şəxsə,  şəxsiyyətindən  asılı  olmayaraq,  gərək  günün  24  saatın 

əksər hissəsində islah edilmə şəraitində olsun. 

Bəzi  Avropa  ölkələrində  “penitensiar  müəssisə”  sözü  “şəxsi  islahat  (bərpa) 

mərkəzi”  kimi  istifadə  edilmişdir.  Bu  cür  ifadə  penitensiar  müəssisələrin  işçi 

                                                           

3

 Four Temperaments: Sanguine, Phlegmatic, Choleric, and Melancholic Personality Types (2015) 



http://psychologia.co/four-temperaments/

 (son baxış 25 April, 2017) 

4

 “THE FOUR HUMAN TEMPERAMENTS” by Dr. D. W. Ekstrand (2012) 



http://www.thetransformedsoul.com/additional-studies/miscellaneous-studies/the-four-human-

temperaments

 (son baxış, 25 Aprel 2017) 

5

 Ağayev, ss.144-145 



6

 Jan Strelau, Psychology of Individual Differences with Particular Reference to Temperament, s.3 (2-ci cild, 

2005) 

7

 Robert Stelmack və Anastasious Stalikas, Galen and The Humour Theory of Temparament, s.256 (12-ci cild, 



3-cü buraxılış, 1991) 

8

 Micheal Smith, The Present Insights, s. 130, § 5 



9

 Ağayev, s.156 



 

Electronic copy available at: https://ssrn.com/abstract=3210066

 



 



heyətinə, öz işlərini daha səmərəli və ətraflı görməsi üçün “azadlıqdan məhrum 

etmə yeri” ilə müqayisədə daha cəlbedici səslənə bilər. Konsepsiyanın mahiyyəti 

ondan irəli gəlir ki, “penitensiar müəssisə” şəxsin bərpa edilməsi üçün yerdir və 

məqsədi şəxsi yenidən nümunəvi vətəndaşlıq statusuna qaytarmaqdır.

10

 

“İslahetmə”  dedikdə,  məhkumların  qanuna,  özünə,  cəmiyyətə,  s.  şeylərə 



hörmətin aşılanmasıdır.

11

 Bunun üçün isə gərək məhkumun inkişaf səviyyəsinə 



daimi  nəzarət  edilsin  və  onun  mənəvi  hissləri  yüksəldilsin.  Şəraitin  islahedici 

xüsusiyyətinin  olması  vacibdir.  Penitensiar  müəssisələrdəki  şərait  məhkumun 

hüquqları ilə ifadə olunur. Bunlara səfərə çıxma, müşayətsiz gedib-gəlmə, ərzaq 

məhsulları əldə etmə, banderol-sovqat əldə etmə-yollama, s. aiddir. İndiki şəraiti 

təhlil etdikdə görürük  ki, burada sırf nümunəvi davranış, əməkdə fərqlənmə - 

məhkumun  daha  artıq  hüququn  əldə  edilməsi  ilə  kifayətlənir

12

,  yəni  bir  sözlə 



yalnız həvəsləndirici xarakterli amillər müşaiət edilir. Hərçənd, bunun məhkuma 

güclü  islahedici  təsiri  varmı?  Düşünürük  ki,  müntəzəm  uzun  müddətə  effekt 

qalıcı tərbiyəedici şərait yaradılmayıb.  

“...azadlıqdan  məhrum  etmə  cəzası  və  orada  yaradılan  şərait  məhkumun 

davranışını  dəyişsə  də,  bunun  effekti  qısamüddətli  olur  və  dərhal  sonra 

xoşagəlməz  hal  bir  də  baş  verir.”

13

  O  zaman  belə  bir  nəticəyə  gələ  bilərik  ki, 



islahetmə  2  cür  təsirə  malikdir:  daima  və  müddətli.  Həvəsləndirmə  tədbirləri 

müddətli qəbilədəndir və sadəcə məhbusluq müddətində nemətlərin, hüquqların 

əldə edilməsinə yönəlir.

14

 Bu isə şəxsin cəza müəssisələrindəki həyatından sonra 



nümunəvi vətəndaşa çevrilməsinə kifayət edəcək tədbir hesab edilməməlidir. 

 

Beləliklə,  fikrimizi  yönəldəcəyimiz  məsələ  daha  çox  tərbiyə  işidir,  çünki 



tərbiyə işi məhkumun mənəvi və təhsil səviyyəsinin artırılması, əməklə məşğul 

olması və rəğbət bəsləməsi kimi hisslər aşılayır, və təsiri qalıcı-daima olur.

15

 

“Yaxşı müəssisə” adına layiq görülmək üçün penitensiar müəssisənin işçisi bu 



3 vəzifəni balanslaşdırılmış şəkildə həyata keçirməlidir: 

1. 


İctimai asayışın qorunması; 

2. 


Rejimin təmin edilməsi

3. 


(Ətraflı  bəhs  edəcəyimiz)  məhkumun  islah-bərpasına  təşviq 

edilməsi.

16

  

Qanunvericiliyə  nəzər  yetirdikdə  bununla  bağlı  müəyyən  qüsurlar  nəzərə 



çarpır:  cəzaçəkmə  müəssisə  öz  gün  bölgüsündə  məhkumlara  məcburi  olan 

tərbiyə  işlərində  iştirakını  nəzərdə  “tuta  bilər”.

17

  Burada  dispozitiv  norma 



                                                           

10

 Avropa Şurası, European Prison Rules, s.108, § 5 (2006) 



11

 Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi (bundan sonra AR CİM), maddə 8.1 

12

 İsfəndiyar Ağayev, Azərbaycan Respublikasının Cəza-İcra Hüququ Xüsusi Hissə, s. 95 (2011)  



13

 Psychologists Offer Ways to Improve Prison Environment, Reduce Violent Crime (2009) 

www.apa.org/news/press/releases/2009/08/improve-prison.aspx

 (son baxış, 18 Mart 2017)  

14

 Ağayev, Xüsusi Hissə, s. 171  



15

 Ağayev, Ümumi Hissə, s.157  

16

 Avropa Şurası, s.113  



17

 AR CİM, maddə 101.3 



 

Electronic copy available at: https://ssrn.com/abstract=3210066

 



 



müəyyənləşdirilmişdir, yəni müdriyyət istəsə tutmaya da bilər, bu isə işçilərin 

məsuliyyətsizliyinə  yol  açır  və  məhkumun  reabilitasiyasına  böyük  maneədir. 

Qanunvericiliyimizdə tənbeh kimi kamera tipli otaqlara, birnəfərlik kameralara 

və  həbsxanalara  keçirilmiş  şəxslərin  televiziya  verilişlərinə  baxmasından 

məhrum edir

18

, bu isə heç də yaxşı addım sayıla bilməz, çünki onlar islah olunma 



şanslarından  məhrum  olunurlar.  Zənnimizcə, bu fürsəti  onların əlindən  almaq 

olmaz,  çünki  bu  nümunəvi  vətəndaş  olmaq  yolunda  maneədir.  Heç  olmasa, 

yerləşdirildiyi yerlərdə televiziya verilişlərin izlənilməsi üçün şərait yaradılsın. 

Professor İ.Ağayev tövsiyə edir ki, məhkumlara televiziya verilişləri həftədə cəmi 

1 dəfədən az olmayaraq göstərilməlidir

19

, lakin biz düşünürük ki, bu kəmiyyət 



kifayət  etmir.  Həftə  ərzində  müntəzəm  keçirilməsinə  dair  normanın 

müəyyənləşdirilməsi məqsədəmüvafiq olardı.  

 

Başqa normada müəyyənləşdirilmişdir ki, cəzasını müxtəlif rejimdə çəkənlər 



bir  müəssisədə  lakin  ayrılıqda  çəkə  bilərlər.

20

  Burada  “bilərlər”  kəlməsi 



normanın  dispozitiv  xarakter  daşımasına  sövq  edir.  Bu  isə  o  deməkdir  ki, 

müdriyyət  istəsə  onları  bir  saxlaya  bilər.  Düşünürük  ki,  layiqli  vətəndaşa 

çevrilmələri yolunda onları mənəvi geri salan mənfi təsirlərdən qorunması üçün, 

əsasən də residivlərin olduğu cəzaçəkmə müəssisələrində,  hərkəs bir-birindən 

məcburi  qaydada  ayrılıqda  saxlanılmalıdır.  Nəzərə  də  alsaq  ki,  biri  digər 

cəzaçəkmə müəssisəsinə keçirilir

21

, bu məsələ aktualdır. 



 

Ortaya çıxan çətinliklər və onların həllində yanaşma 

istiqaməti. 

Tərbiyə  işin  müxtəlif  istiqamətləri  vardır.

22

  Düşünürük  ki,  məhkumun 



nümunəvi vətəndaşa çevrilməsində ən başlıca kömək olan tərbiyə növü, məhz 

mənəvi  tərbiyədir.  Şəxs  ilk  öncə  “yaşam  həqiqətini”  dərk  etməli  və  bacardığı 

qədər ətraf mühitin zərərsiz qalmasında rol oynamalıdır.

23

 Şəxsə aktual kəskin 



anlarda  qərar  vermənin  istiqaməti  öyrədilməlidir  ki,  törətdiyi  əməllər  sonra 

yersiz  peşmançılıqla  nəticələnməsin.  Bu  növ  tərbiyə  işin  təmin  edilməsində 

müvafiq olaraq lazımi şərait yaradılmalıdır.  

Cəzaçəkmə  müəssisələrin  növlərə  ayrılması  kifayət  deyil,  gərək  onların 

daxilində olan residivlər və ömürlük azadlıqdan məhrum edilmiş şəxslər ayrı-

ayrıcalıqda  saxlanılsın.  İstər-istəməz  həmin  şəxslər  birgə  olduqda,  bir-birinə 

mənfi  təsir etmiş  olurlar,  bu  isə  şəxsin  islah  prosesini  ləngidir və  geriyə  salır. 

Gələcəkdə bu cür mənfi təsirdən şəxsin yenidən cinayət törətməsi qaçılmazdır.  

                                                           

18

 AR CİM, maddə 102.4  



19

 Ağayev, Xüsusi hissə, s.169  

20

 AR CİM, maddə 72.6  



21

 AR CİM, maddə 70  

22

 Ağayev, Xüsusi hissə, s. 158  



23

 Eckhart Tolle, A NEW EARTH Awakening to Your Life's Purpose, s.157, § 4 (1-ci nəşr, 2005)  



 

Electronic copy available at: https://ssrn.com/abstract=3210066

 



 



Penitensiar  müəssisələrin  işçi  heyətinin  aşağı  səviyyəli  hazırlığı  bəzən 

məhkumlarla  müntəzəm  konfliktlərə  səbəb  olmuşdur,  bu  da  müəssisədaxili 

cinayətlərin  törədilməsinə  sövq  edir.  Düşünürük  ki,  işçi  heyətini  tərbiyə  işin 

təminatçısı kimi daha məsuliyyətli olmalı və buna paralel olaraq qanunvericilik 

qaydasında məhkumlara nəzarət sistemi daha da təkmilləşdirilməlidir. 

Şəxsin  özünü  təmin  edən  və  məhsuldar  vətəndaş  olması  yolunda  əmək 

tərbiyəsini  və  ixtisasını  əldə  etməsi  mühümdür.

24

  Hərgah  məhkumun  ictimai 



həyata  hazır  olmasına  baxmayaraq,  asanlıqla  ixtisasına  müvafiq  yerlərdə  işə 

götürüləcəkmi? Müxtəlif bəhanələrlə işəgötürənlər həmin şəxsdən qurtulmağa 

çalışacaq, lakin əsl səbəb isə onun məhz məhkumluq həyatın yaşaması olmasıdır. 

Beləliklə,  şəxs  azadlığa  çıxdıqda  onun  üçün  imkanlar  yaradılmalı  və  müvafiq 

yerlərdə imtiyaza sahib olmalıdır.  

 

Yekun təhlillər. 

Mövzuya dair əsaslı təhlillərdən sonra yekun olaraq həmin təhlillərdən aşkar 

olunmuş qüsur və boşluqların müəyyən qədər aradan qaldırılması üçün təkliflər-

tövsiyyələr irəli sürmək istərdik.  

Müntəzəm  tərbiyəvi  mühitin  təmin  edilməsi  üçün  televizorun  cəzaçəkmə 

otaqların  qarşısında  məhkumların  görə  biləcəyi,  lakin  idarə  edə  bilməyəcəyi 

məsafədə quraşdırılması və orada “heyvani davranışlara malik insanların necə 

mənəviyyatı  yüksək  insanlara  çevrilməsi  haqqında”  proqramların  nümayiş 

etdirilməsi xeyirli olardı.

25

 Proqramlarda, həmçinin, məhkuma ticarətin həyata 



keçirilməsi qaydaları, öz sinir-impuls nəzarət sistemlərin təkmilləşdirilməsi, “ali 

həqiqətin”  aşılanması,  əsasən  də  cinayətin  qurbanları  və  onların  ailəsinin 

düşdüyü  vəziyyəti  göstərilə  bilər.

26

  Bundan  əlavə,  Azərbaycan  Respublikası 



cəzaların  icrası  məcəlləsinin  (bundan  sonra  AR  CİM)  102.4-cü  maddəsində 

televiziya  verilişinə  dair  məhdudiyyətin  götürülməsi  məhkumun  mənəvi 

inkişafında ilk addım olardı.  

AR  CİM-nin  101.3-cü  maddəsinin  imperativləşdirilməsi  və  bunu  müvafiq 

olaraq tərbiyə işin formaları üzrə müəssisələrə münasibətdə vaxt cədvəlin dəqiq 

müəyyənləşdirilməsi  barəsində  norma  bənd,  maddənin  əlavə  edilməsi  və  ya 

ayrıca müvafiq qurum tərəfindən qərar qəbul edilməsi tövsiyə olunur.  

Cəzaçəkmə  müəssisənin  təhlükəsiz  və  problemsiz,  o  cümlədən  islahetmə 

prosesini ləngitməmək üçün residivlərin ayrı-ayrıcalıqda saxlanılması və bütün 

müəssisə otaqlarında kameraların quraşdırılması

27

 şəxslərin gələcəkdə ehtiyatlı 



davranmasına və cinayətlərin müəyyən qədər qarşısı alınmasına təsir edəcək. 

                                                           

24

 Ağayev, Xüsusi hissə, s. 215  



25

 Smith, s. 127, § 5 

26

 Smith, s.127, § 5  



27

 Smith, ss.128-129 



 

Electronic copy available at: https://ssrn.com/abstract=3210066

 



 



Hər bir müəssisədə oxu zalı olan kitabxananın yaradılması əqli və tərbiyəvi 

baxımdan məhkuma kömək olacaq.

28

  

Habelə,  cəzaçəkmə  müəssisələrin  işçiləri  üçün  təcrübə  mərkəzlərin 



yaradılması onların daha peşəkar, öz vəzifələrini anlayan şəxslərə çevrilməsində 

rol oynayacaq.

29

 

Məhkumlar azadlığa çıxdıqdan sonra öyrəndiyi və ya təkmilləşdirdiyi əməyi 



tətbiqi  üçün  dövlətin  əksər  səhmlərinin  sahib  olduğu  şirkətdə  onlara  işləmək 

üçün şəraitin yaradılması onları məhsuldar, özünü və ailəsini təmin edəcək laiqli 

vətəndaşa çevrilməsinə sövq edəcək.

30

  



 

Nəticə. 

Biz  cinayətlərin  törədilməsinin  ən  başlıca  əsasını  və  cəzaçəkmə 

müəssisələrdəki  islahetmə  ilə  əlaqəli  şəraitin,  o  cümlədən  qanunvericilikdəki 

qüsurları təhlil edərək onların aradan qaldırılması üçün tövsiyələr verdik.  

Məhbusların xarakterini təhlil etdikdən sonra belə bir nəticəyə gəlmək olar ki, 

əgər  onlara  lazımi  istiqamət  göstərilsə,  həyatdaki  qazanacağı  uğurları 

qaçılmazdır.  Onların  müəyyən  hissəsinin  xarakterindən  irəli  gələn  istedad  və 

bacarıq bu mövqedə qalmağımıza imkan verir.  

Cəzaçəkmə  müəssisələrin  şəraitindəki  bəzi  qüsurlar,  o  cümlədən 

qanunvericilikdə  mövcud  bəzi  boşluqlar  və  qüsürlar  müvafiq  olaraq 

doldurulduqdan və aradan qaldırıldıqdan sonra məhkumların islahetmə prosesi 

daha effektiv olacaq və beləliklə, residivlərin sayı tədricən azalacaq.  

Şəraitin islahetmə yönümündə təkmilləşdirilməsi gələcəkdə şəxsin nümunəvi 

vətəndaşa  çevrilməsində  mühüm  rol  oynayacaq.  Penitensiar  müəssisələrə  sırf 

“cəzaçəkmə”  yeri  kimi  deyil,  “islahetmə  mərkəzi”,  “reabilitasiya  yeri”  kimi 

nəzərdən keçirilməsi qanunvericilikdə mühüm dəyişikliklərə səbəb olacaq.  

                                                           

28

 Ağayev, Xüsusi hissə, s.106  



29

 Avropa Şurası, s. 114  



30

 Smith, s. 131, § 1 



Document Outline

  • Giriş
  • Residivin və ümumilikdə azadlıqdan məhrum edilmiş şəxsin mənəvi-psixoloji tədqiqatı.
  • Cəzaçəkmə müəssisələrin şəraitindəki boşluq və onun məhkumun islahetmə ilə əlaqəsi.
  • Ortaya çıxan çətinliklər və onların həllində yanaşma istiqaməti.
  • Yekun təhlillər.
  • Nəticə.

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə