Азярбайъан республикасынын малиййя назирлийи



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix26.07.2017
ölçüsü0,54 Mb.
  1   2   3   4   5   6

 

АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫНЫН 

МАЛИЙЙЯ НАЗИРЛИЙИ 

 

 

 

 

 

С Ы Ь О Р Т А  

Б Я Л Я Д Ч И С И 

 

 

1.  SIĞORTA NƏ ÜÇÜN LAZIMDIR? 

2.  SIĞORTA NƏDİR? 

3.  SIĞORTANI KİM TƏMİN EDİR? 

4.  HANSI SIĞORTA SİNİFLƏRİ MÖVCUDDUR? 

5.  SIĞORTA MÜQAVİLƏSİ NECƏ BAĞLANIR? 

6.  ZƏRƏRLƏR NECƏ TƏNZİMLƏNİR? 

7.  SIĞORTA İŞİNƏ KİM NƏZARƏT EDİR? 

 

 

 

 

 

БАКЫ – 2009 

 



FƏSİL 1. 



SIĞORTA NƏ ÜÇÜN LAZIMDIR? 

ündəlik həyatımızda hər an bir-

başa olaraq bizim və ya tanışla-

rımızın başına gələn hadisələrin  şahidi 

oluruq, bu barədə  xəbərlərə televiziyada, 

internetdə, qəzetlərdə tez-tez rast gəlirik. 

Əlbəttə, bu günə qədər biz belə hadisələrə 

sığorta baxımından yanaşmamışıq, amma 

əlinizdə olan bu bələdçi vasitə ilə tanış ol-

duqdan sonra hər bir hadisədə risklərin 

mövcud olduğunu və belə risklərdən sığor-

tanı görə bilərik. 

Sual oluna bilər:  Biz hansı 

hadisələrdə sığorta görə bilərik? 

Məsələn, çox tez-tez yol-nəqliyyat 

hadisələri, təyyarə  qəzası, binaların yan-

ması barədə eşidir, oğurluqla üzləşən, işlə-

diyi zaman xəsarət alan insanların hekayəsi 

ilə tanış oluruq. Hər belə hekayənin arxa-

sında insan faciəsi və bununla əlaqəsi olan 

şəxslərin narahatlığı dayanır. Bu hekayələr 

özü-özlüyündə  həm də  sığorta mexaniz-

minə tələbatın olmasını nümayiş etdirir. Bu 

mexanizm lazımi qaydada istifadə olunar-

sa, risklər real hadisəyə çevrildiyi zaman 

məruz qaldığımız maliyyə  çətinliyini ara-

dan qaldırmaqda bizə  həm maddi, həm də 

qismən də olsa mənəvi cəhətdən yardımçı 

ola bilər. 

Sığorta hər hansı zərər və ya qəzanın 

qurbanı olan insanların vəziyyətini yüngül-

ləşdirmək üçündür. O nəinki yalnız vətən-

daşların, eləcə də kommersiya müəssisələ-

rinin də işinə yarayır.  

Sığorta bütün dünyada aparılan, mü-

rəkkəb bir işdir. Lakin bu kitabça mürək-

kəb məsələlərdən yayınmaqla sığorta ilə 

tanışlıqda sizə bələdçilik edəcək. Burada o, 

sizin aşağıdakı suallarınıza cavab verməyə 

cəhd göstərəcək: 



-Sığorta nədir?  

-Onu kim təmin edir? 

-Sığortanın hansı sinifləri 

var? 

-O necə təşkil olunur?  

-Sığorta tələbləri necə  həll 

edilir?  

-Sığorta işinə kim nəzarət 

edir? 

Bütün bu suallara ardıcıllıqla 

cavab tapmazdan əvvəl gəlin  ən 

vacib sualı cavablandıraq:  



-SIĞORTA BИZƏ  NƏ ÜÇÜN 

LAZIMDIR? 

Bu suala cavab vermək üçün 

əvvəldə qeyd etdiyimiz, qəzetlərdə 

və digər informasiya mənbələrində 

rast gəldiyimiz hadisələrə qayıdaq. 

Gəlin, tez-tez baş verən yol-nəqliy-

yat hadisələrindən başlayaq.  

Yol-nəqliyyat hadisəsi 

deyəndə, biz nəyi təsəvvürümüzə 

gətiririk

–Avtomobilin piyadanı vur-

ması, iki avtomobilin toqquşması, 

avtomobilin  şose yolunda aşması 

və s

Götürək ikinci halı - təsəvvür 

edin ki, iki avtomobil toqquşub. Bu 

hadisə eyni zamanda aşağıdakı 

zərərlərlə nəticələnə bilər: 

Hər iki avtomobil əzilib və 



hər ikisi təmir edilməlidir; 

ola bilsin ki, hətta divarla-



ra və ya işıq dirəklərinə  də  zərər 

dəyib; 

avtomobilləri yoldan çəkib 



aparmaq üçün də pul ödəmək la-

zımdır; 

sürücü, sərnişinlər və ya 



yoldan ötən başqa bir şəxs də xəsa-

rət ala bilər ki, bu xəsarətə görə də 



 

3

xüsusi tibbi xidmətə ehtiyacları ola bilər; 

xəsarət almış  şəxslər işdən qalma-

ğa görə  əmək haqlarından məhrum ola 

bilərlər. 

 

Qeyd olunan zərərlərin aradan 



qaldırılmasına görə isə yol-nəqliyyat ha-

disəsinin baş verməsində təqsirli olan şəxs 

tərəfindən təzminat da ödənilməlidir. Əgər 

həmin  şəxsin təzminat ödəməyə maddi 

imkanı olmasa, sözsüz ki, yol-nəqliyyat 

hadisəsindən zərər çəkmiş digər şəxslər – o 

biri avtomobilin sürücüsü, sərnişinlər, yol-

dan ötən başqa bir adam, zədələnmiş 

divarın sahibi və ya əzilmiş  işıq dirəyinin 

ərazisində yerləşdiyi bələdiyyə özləri öz 

xərclərini ödəmək məcburiyyətində 

qalacaqlar. 

Gördüyümüz kimi adi bir avtomobil 

qəzası çox baha başa gəlir. Burada söhbət 

əsasən maddi ziyandan gedir, baxmayaraq 

ki, maddi zərərə  məruz qalanların mənəvi 

zərər çəkmələri hər zaman mümkündür. Bu 

kimi xərclərdən qorunmaq üçün sığortalan-

maq daha ağlabatan olardı. Düzdür, bəzi 

avtomobil sığortası sinifləri məcburidir və 

icbari olan bu cür sığortalar bütün avto-

mobil istifadəçiləri tərəfindən alınmalıdır

1



 



Tez-tez rastlaşdığımız və  sığortaya 

ehtiyac olduğunu göstərən digər bir risk 



yanğın təhlükəsidir.  

Evlərdə baş verən yanğının vurduğu 

zərər kifayət qədər ağırdır ki, fəlakət və 

çoxlu maddi itkilər gətirsin.

2

  Sənaye və 



kommersiya müəssisələrində baş vermiş 

yanğın daha dağıdıcı ola bilər. Bu halda 

yanğının törətdiyi fiziki zərərdən savayı bir 

sıra digər zərərlər də yaranacaq. Məsələn, 

əgər mağaza yanğına məruz qalsa, orada 

uzun müddət mal satıla bilməyəcək. Fabrik 

yandığı halda onun istehsalı dayanacaq. 

                                                 

1

İcbari sığortaların bəzi xüsusiyyətləri barədə 4-cü Fəsildəki 



“Sığorta qaydaları” adlı alt-bölmədə qeyd olunur. 

2

 İnsanların evləri və digər əmlaklarının yanğın nəticəsində 



məhv olduğu hallarda zərərçəkənləri təzminatla təmin edən 

sığorta sinfi ilə bağlı 4-cü Fəsildə ətraflı məlumat verilir. 

Hər bir halda sahibkar gəlirini itirə-

cək. Bu zaman kim sahibkara işinin 

dayanması ilə bağlı onun itirdiyi 

gəlirini ödəyəcək?  İşçilərə kim 

əmək haqqı ödəyəcək?  

Hətta yanmış bina bərpa 

olunduqdan sonra belə, işin əvvəlki 

səviyyəyə qayıtmasına zəmanət 

yoxdur. Müştərilər gedib başqa 

istehsalçı və ya mağaza tapıb, işçi-

lər müəssisəni tərk edib. Artıq 

müəssisənin hazırlıqlı  işçi heyətlə 

və ya mağazanın peşəkar satıcılarla 

bağlı problemləri var. Deməli 

müəyyən maliyyə müdafiəsinə ehti-

yac var və sahibkarlar bunu sığorta-

da tapa bilərlər. 

Beləliklə  sığorta ona görə 

mövcuddur ki, bizim təhlükəsizliyə 

ehtiyacımız var. Biz həm evə sahib 

olmaq, avtomobil idarə etmək, mal 

satmaq, fabriklər tikmək, gəmilərə, 

təyyarələrə sahib olmaq, xəstələ-

nəndə müalicə almaq istəyirik, həm 

də maliyyə cəhətdən risklərə məruz 

qalmaq istəmirik. Sığorta bizə can 

rahatlığı verir, bizi böyük maliyyə 

çətinliklərinin aradan qaldırılması 

ilə  məşğul olmaqdan azad edir, 

hətta bəzi hallarda iflasın qarşısını 

almağa kömək edir. Amma, səhv 

anlaşılmasın: Sığorta riski aradan 

qaldırmır. O, evin yanmasının, 

avtomobilin qəzaya uğramasının, 

insanın ölməsinin qarşısını almır, 

lakin  ən azı qeyd olunan və s. bu 

kimi hallarda meydana çıxan xərc-

lərin böyük bir hissəsi sığorta vasi-

təsilə qarşılana bilər. 

Sığortanın təmin etdiyi mü-

dafiənin axtarışı çoxdan başlamış-

dır. Kommersiya sığortası ilə bağlı 

ilkin izlər eramızdan 3000 il əvvə-

lə, Babillilərin dəniz ticarəti üzrə 

borc sistemindən istifadə etdikləri 


 

vaxta gedib çıxır. Eramızın 1-ci əsrində 



Çin tacirləri də risklərdən müdafiə siste-

mini fikirləşib tapmışdılar. 7-ci əsrdən baş-

layaraq İslam hüququnda qarşılıqlı yardım-

laşmanın müxtəlif mexanizmləri mükəm-

məl sığorta ünsürlərini ortaya qoymuşdu.

3

 



12-ci  əsrdə  İtaliyanın  şimalında tacirlər 

tərəfindən sığorta aparılması kimi məlu-

matlar var. 16-cı  əsrin sonlarına yaxın  İn-

giltərədə  dəniz gəmiçiliyinin sığortası  təc-

rübəsi artıq təşəkkül tapmışdı. Tacirlər və 

sığortaçılar Londonun ətrafındakı  qəhvə 

evlərində toplaşıb öz işlərini qururdular. 

Bu qəhvə evlərindən biri də Eduard Lloyda 

məxsus idi. Hazırki məşhur Lloyd Korpo-

rasiyasının adı E. Lloydun adından götü-

rülüb.  

Göründüyü kimi, gəmilərin və onla-

rın yüklərinin sığortası sığortanın ən qədim 

növüdür.  

 16-cı əsrin sonları 17-ci əsrin ortala-

rında Britaniyada həyat sığortası  və yan-

ğından sığorta da inkişaf etməyə başladı. 

O zamandan 19-cu əsrin 50-ci 

illərinə  qədər Avropada yalnız yuxarıda 

qeyd olunan sığorta sinifləri var idi. Artıq 

19-cu  əsrin ortalarından etibarən Sənaye 

İnqilabının təsiri duyulmağa başladı. Kənd 

təsərrüfatından sənaye  əsaslı  cəmiyyətə 

keçid prosesində böyük fabriklər tikilir, 

insanlar yeni şəhərlərə köçməyə başlayır, 

sənaye və ticarət inkişaf edirdi. Bütün bun-

lar yeni risklərin meydana çıxmasına səbəb 

oldu və  nəticədə  sığortanın yeni növlərinə 

tələbat yarandı. 

 

 



 

 

 



 

                                                 

3

 Bu gün bir çox ölkələrdə “təkaful” adlanan, dünyanın 



sığorta bazarlarında sürətlə yayılan və inkişaf edən İslam 

sığortası mövcuddur. 

Fərdi qəza sığortası, buxar 

qazanlarının partlayışından sığorta, 

istehsalat zədəsi, oğurluq sığortası 

kimi sığorta növləri yarandı  və 

inkişaf etdi. 

Yəqin ki, sığortanın Azər-

baycandakı tarixi də sizin üçün ma-

raqlıdır. Ölkəmizdə müasir sığorta-

nın yaranması 19-cu əsrin ortala-

rında neft sənayesinin inkişafı ilə 

əlaqədardır. O zaman xarici inves-

tisiyanın ölkəmizin neft sənayesinə 

cəlb edilməsi ilə xarici sığorta 

şirkətlərinin filialları da burada 

sığorta fəaliyyətinə başladı. Artıq 

1912-ci ildə ölkəmizdə 30 sığorta 

cəmiyyəti və agentliyi fəaliyyət 

göstərirdi. 

Sənaye inkişaf etdikcə sığor-

taya tələbat da artmaqda davam 

edir. Rabitə peykləri, kompüterlər, 

terrorçuluq kimi “yeni” risklər artıq 

sığortalanır. Bütün bunlar o demək-

dir ki, risklər meydana çıxan kimi 

sığorta müdafiəsinə  tələbat da 

yaranır. 

Növbəti fəsillərdə hal-hazır-

da ölkəmizdə aparılan sığorta sinif-

lərinin hamısını  nəzərdən keçirə-

cəyik və onların hansı risklərin 

maliyyə  zərərlərindən qoruduğunu 

qısaca olaraq aydınlaşdırmağa çalı-

şacağıq. 


 

5

FƏSİL 2. 



SIĞORTA NƏDİR? 

 

rtıq biz əvvəlki fəsli oxuduğu-

muz üçün, sığortanın nə 

olmasına dair nəticə çıxara bilərik. Sığorta 



elə bir vasitədir ki, hər hansı bir itkiyə 

məruz qalmış  şəxsi buna səbəb olmuş 

hadisədən  əvvəlki maliyyə  vəziyyətinə 

qaytarmaq üçün təzminatla təmin edir.  

Sual oluna bilər ki, bəs  sığortaçılar 



bu təzminatı necə təmin edirlər? Axı onlar 

bilirlər ki, hər gün yüzlərlə yanğın, qəza, 

oğurluq, zədə  və digər itkilər baş verir. 

Məsələ burasındadır ki, sığortaçılar müəy-

yən dərəcədə gündə neçə hadisənin baş 

verəcəyini  əvvəlcədən təxmin edə bilirlər. 

Sığortaçıların uzun illər risklərlə  məşğul 

olmaqdan irəli gələn təcrübəyə  əsaslanan 

müəyyən fərziyyələri olur. Ən sadəsi, onlar 

bilirlər ki, hər halda heç də hamı  zərər 

çəkməyəcək. 

Əslində doğrudan da hər hansı bir 

riskin reallaşması nəticəsində çox az insan 

zərər çəkir. Yaşadığınız küçəni götürək. 

Ətrafınızdakı evlərdə neçə yanğın hadisəsi 

yadınızdadır? Əlbəttə heç kəs deyə bilməz 

ki, məhz sizin eviniz yanacaq, avtomobili-

niz qəzaya uğrayacaq, işdə  zədə alacaqsı-

nız. Lakin yenə  də  əgər bunlar baş versə, 

sizə çox baha başa gələ bilər. Sığorta 

şirkəti eyni risklərə məruz qalmaq ehtimalı 

olan çoxsaylı insanları bir yerə “toplamaq-

la” sizi müdafiə ilə təmin edə bilər. 

Sığorta  şirkəti bu insanları bir yerə 

“toplayarkən” bilir ki, hər hansı bir ildə 

həmin insanlar qrupundan kimsə böyük 

ehtimalla zərər çəkəcək. O qrupdakı hər bir 

insandan hər hansı bir məbləği almaqla 



daxıl – müəyyən pul məbləği formalaşdırır 

ki, azlıqda olan zərərçəkənlərin itkilərinin 

əvəzi həmin daxıl vasitəsilə ödənilsin. 

Bütün bunlar çox yaxşı 

səslənir. Lakin sual verə bilərsiniz 

ki, nə üçün pulu sığorta  şirkətinə 



verib itkinin baş verəcəyi günü 

gözləmək  əvəzinə sadəcə  həmin 

məbləği qara gün üçün banka 

qoymayaq? Bu suala cavab tapmaq 

üçün bir fikirləşin:  Əgər 100.000 

manatlıq eviniz, 15.000 manatlıq 

avtomobiliniz varsa, banka nə 

qədər pul yerləşdirəcəksiniz? Siz 

axı heç bilmirsiniz hadisə  nə vaxt 

baş verəcək ki, qısa zaman ərzində 

belə bir hadisə üçün kifayət qədər 

pul toplayıb banka qoyasınız? 

Sığortaya görə  sığorta  şirkə-

tinə ödənilən və  “sığorta haqqı” 

adlanan pul sizin evinizin və ya 

maşınınızın qiymətilə müqayisədə 

çox kiçik bir məbləğdir. Sığorta 

şirkətinin belə kiçik bir məbləğ 

tələb etməsinin yeganə  səbəbinin 

açıqlanması da çox sadədir: Sığor-

taçı çoxsaylı insanlardan – sığorta-

lılardan sığorta haqqı toplayıb ki, 

onların da çoxu böyük ehtimalla 

zərərlə üzləşməyəcək, üzləşsə belə 

ən azı bunlar eyni ildə baş vermə-

yəcək.  Misal üçün,  sığortaçı 500 

nəfərin evini sığortalamaq üçün 

onların hər birindən orta hesabla 5 

manat sığorta haqqı alıb, orta 

hesabla hər biri 1000 manat dəyə-

rində olan 500 əmlakı  sığortalayır. 

İl  ərzində 3 nəfərin  əmlakına 100 

manatlıq, 5 nəfərin  əmlakına 150 

manatlıq zərər dəyir, 1 nəfərin əm-

lakı isə tam məhv olur. Belə olan 

halda 2500 manat məbləğində (500 

nəfər x 5 manat) olan sığorta da-

xılından 2050 manat (100x3+150x5 

+1000x1) zərər ödənilir. 

Beləliklə, maliyyə müdafiəsi 

axtarışında olan çox sayda insanlar 

tərəfindən ödənilən sığorta haqları 





 

faktiki olaraq zərər çəkən çox az insanın 



itkisini qarşılamağa yönəldilir. Yəqin indi 

deyəcəksiniz ki, deməli hadisə baş vermə-

sə, sığorta haqqı kimi sığortaçıya verdiyim 

o qədər məbləği boş yerə ödəmişəm? Xeyr, 

axı sizin artıq təhlükəsizlik (maliyyə 

təhlükəsizliyi) zəmanətiniz var, bütün il 

ərzində beyniniz rahat olacaq və  hətta bir 

hadisə baş versə belə siz artıq maliyyə 

cəhətdən qorunursunuz. 



Ümumi daxıl 

Sığorta risklərin başqasına ötürül-

düyü və ya riskin başqası ilə bölüşdürül-

düyü mexanizmdir. bu mexanizm vasitəsilə 

sığorta  şirkəti sığorta axtarışında olan hər 

bir şəxsdən sığorta haqqı alır, onu saxlayır 

və ağlabatan şəkildə investisiya edir, kimsə 

zərərə  məruz qaldıqda, onun əvəzini 

ödəyir. 

Başqa sözlə desək, sığorta bir ra-

zılaşmadır. Bu razılaşmada sığortalı sığorta 

haqqı ödəməyi, sığortaçı isə göstərilən it-

kilər baş verdikdə zərəri – sığorta ödənişini 

ödəməyi öz üzərinə götürür.  

Qeyd etmək lazımdır ki, sığortaçının 

sığortalılardan aldığı sığorta haqları hesabı-

na formalaşan  ümumi daxıla ödənilən 

haqların məbləğləri heç də eyni olmur. Bu 

ümumi daxılın tərkibində müxtəlif risklər 

üçün (məsələn, yanğın, oğurluq, avtomobil 

qəzası, aviasiya, gəmiçilik və s.) müxtəlif 

daxıllar mövcuddur. Bir risk növü daxilin-

də belə  sığorta haqları riskin dərəcəsindən 

asılı olaraq fərqlənir.  Məsələn, sığorta  şir-

kətinin  avtomobil qəzaları üzrə yaratdığı 

daxıla baxaq. Əlbəttə, bu daxıla son model 

“Mersedes” markalı avtomobilin sahibi ilə 

80-ci illərin  əvvəllərində istehsal olunmuş 

“Jiquli” markalı avtomobilin sahibinin eyni 

məbləğdə  sığorta haqqı ödəməsi  ədalətsiz 

olardı. Çünki, qeyd olunan “Mersedes” 

avtomobilinin dəyərinin kifayət qədər çox 

olması ona dəyə biləcək zərər zamanı 

maliyyə itkisinin də bir o qədər ar-

tıq olacağından xəbər verir. Eləcə 

də kiçik salonlu avtomobil sahibi 

olan ailəli bir şəxslə yenicə sürücü-

lük vəsiqəsi  əldə etmiş  və idman 

avtomobili idarə edən 18 yaşlı gənc 

də eyni haqq ödəməli deyil. Axı, 

sonuncu təcrübəsiz sürücünün id-

man məqsədləri üçün istifadə edə-

cəyi avtomobili daha böyük risklə-

rin gözlədiyini ehtimal etmək üçün 

bir o qədər də dərindən düşünməyə 

ehtiyac yoxdur. 

Sığortalanan risklər 

Bilmək lazımdır ki, heç də 

bütün risklər sığortalanmır. Sığorta-

nın üstünlüklərindən faydalana bil-

mək üçün baş verməsi  ehtimal 

edilən risklər müəyyən xüsusiyyət-

lərə malik olmalıdır: 

1) Riskin 

baş verməsi 

nəticəsində  dəyən zərərin həcmi 

pulla ölçülə bilən olmalıdır.  Məsə-

lən, binanın zədələnməsi, gəlirdən 

məhrum olma və ya məhkəmə tərə-

findən müəyyən edilmiş  təzminat 

müəyyən bir məbləğlə ifadə edilir. 



2)  Sığortalanan  risklə bağlı 

baş vermiş kifayət qədər çoxlu say-

da hadisələr olmalıdır. Artıq qeyd 

etdiyimiz kimi sığorta  şirkəti ona 

görə təminat verə bilir ki, o, məruz 

qalmaq ehtimalı çox olan risklər 

üzrə ümumi daxıl yaradır və daxılın 

çox az üzvü hər hansı bir ildə zərər 

çəkir. Hər hansı bir riskə  məruz 

qalmaq ehtimalı az olduqda isə belə 

bir  əməliyyat aparmaq çox sadə-

lövh bir addım olardı, çünki bu 

halda daxılda çox kiçik bir məbləğ 

toplanır, bunun müqabilində isə 

hətta bir risk real hadisəyə çevrildi-


 

7

yi halda tələb olunan sığorta ödənişinin 



həcmi toplanan sığorta haqlarından çox 

olur. 


3) Sığortalanan risklərin digər bir sə-

ciyyəvi cəhəti odur ki, nəticədə  heç bir 



qazanc və ya gəlir əldə olunmur. Təsəvvür 

edin: Dükanda satılan mallardan gəlir əldə 

olunmaması riskini sığortalamağın nəticəsi 

necə olardı? Əlbəttə, dükan sahibinin mal-

ların satılmasında olan marağı itərdi, çünki 

o biləcək ki, mal satıldı, satılmadı, sığorta 

şirkəti hər bir halda bunun əvəzini ödəyə-

cək. 


4) Başqa bir cəhət ondan ibarət-

dir ki, baş verən itki təsadüfi olmalıdır, hər 

halda sığortalı (sığorta olunan şəxs) belə 

düşünməlidir. Bu o deməkdir ki, biz heç də 

ümid etməməliyik ki, dükanımızı özümüz 

yandırsaq sığorta ödənişi ala biləcəyik. Bir 

çox risklərin təsadüfi xarakteri kifayət 

qədər aldadıcı olur. Deyə bilərsiniz ki, 

həyat sığortası halında ölümün təsadüfiliyi-

nə heç bir şübhə yoxdur. Həyat sığortası 

halında ölüm riski dedikdə, ölümün baş 

verməsi deyil, onun vaxtı  təsadüfilik  əla-

mətinə malikdir, çünki ölüm vaxtı müəy-

yən deyil. İntihar məsələsi isə bir az fərqli-

dir. Bir çox hallarda həyat sığortası zamanı 

intihara o halda təminat verilir ki, intihar 

sığorta müqaviləsi bağlandıqdan müəyyən 

bir müddət sonra baş versin. Məsələn, 

həyat sığortası müqaviləsində qeyd oluna 

bilər ki, müqavilə imzalandıqdan 2 il sonra 

baş verən intihara təminat verilir. Bu o 

deməkdir ki, həyat sığortası müqaviləsi 

imzalandıqdan qısa müddət  ərzində  sığor-

talı intihar edərsə, hadisə  sığorta hadisəsi 

sayılmır, çünki onun təsadüfiliyinə  zəma-

nət yoxdur. Bu halda sığorta ödənişi həyata 

keçirilməyəcək.  

5) Riskin 

sığortalanması üçün tə-

ləblərdən biri də onun ictimaiyyətə  zərərli 

bir  əməlin nəticəsi olmamasıdır. Yəni, 

məhkəmə tərəfindən müəyyən edil-

miş  cərimədən sığorta heç də  cə-

miyyət üçün faydalı  və düzgün 

əməl olmazdı. Cərimə bir cəza nö-

vüdür və qanuna zidd hərəkət etmiş 

insanın aldığı cəzadan sığorta vasi-

təsilə qurtulması bu kimi əməlləri 

yenidən etməyə stimul ola bilər. 

6) 

Sığorta  şirkəti tərəfin-

dən tələb olunan sığorta haqqı 

ağlabatan məbləğdə olmalıdır ki

bu da sığortalanmalı risklərə müəy-

yən məhdudiyyət qoyur. Kim qiy-

məti 1 manat olan qələmi itirmək 

riskindən sığortalanmaq üçün 10 

manat ödəyər ki? Axı bu halda 

sığorta haqqının məbləği ağlabatan 

deyil! Tez-tez reallaşan risklərdən 

sığortalanmaq üçün daha yüksək 

sığorta haqqının tələb olunması isə 

kifayət qədər ağlabatandır. 

7) 

Nəhayət, sığortalanan 

riskin reallaşması  nəticəsində itki 

baş verdiyi halda sığortalının zərər 

çəkmə ehtimalı olmalıdır. Başqa 

sözlə, siz öz kameranızı itməkdən 

və ya zədələnməkdən sığortalaya 

bilərsiniz, çünki o itsə  və ya zədə-

lənsə, siz zərər çəkəcəksiniz. Lakin 

siz dostunuzun kamerasını  sığorta-

laya bilməzsiniz. Bu sığortanın mü-

hüm prinsiplərindən olan “sığorta 



marağı” ilə tənzimlənir.

4

  




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə