AZƏrbycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 0,61 Mb.
səhifə4/5
tarix12.12.2016
ölçüsü0,61 Mb.
1   2   3   4   5

Tələbə bacarmalıdır:

1. Həzm orqanlarının xəstəliklərində tibb bacısının işinin təşkili.

2. Xəstənin rentgenoloji müayinə üçün hazırlamaq (mədə-bağırsaq rentgenoskopiyası, iroqoskopiya, xolistoqrafiya).

3. Xəstəni qarın boşluğnun müayinəsinə hazırlanmasını.

4. Qusuntu kütləsinin müayinə üçün yığılmasını.

5. Xəstəni mədə və duodenal zondlamağa hazırlamağı və bu prosesdə iştirak etməyi.

6. İmalələrin edilməsini (təmizləyici, sifon,medikamentoz).

7. Qazçıxarıcı borunun düz bağırsağa daxil edilməsini.

8. Mədənin yuyulması, mədə möhtəviyyatının müayinə üçün götürülməsini.

9. Qusmada, hıcqırmada yardımı.

10. Xəstələrə qusma, metiorizm, dəri göynəmələrində qulluğun təşkilini.

11. Dubakj etməyi.

12. Mədə-bağırsaq qanaxmalarında perforasiya olunmuş xoralarda yardımı.

13. Xəstələri müalicəvi qidalanmaya öyrətməyi.


Nefroloji şöbədə iş
Tələbə bilməlidir:

  1. Böyrək və sidikçıxarıcı yolların xəstəliklərində əsas kilinik əlamətləri.

  2. Xəstələrin böyrək və sidikçıxarıcı yolların xəstəliklərindəki problemləri.

  3. Böyrək və sidikçıxarıcı yolların əlavə müayinə metodlarının kliniki mahiyyətini və onların hazırlanma qaydalarını.

  4. Böyrək və sidikçıxarıcı yolların xəstəlikləri ilə xəstələnmiş pasiyentlərin müşahidəsinin xüsusiyyətlərini.

  5. Xəstələrə qulluğun metodikasını.

  6. Böyrək və sidikçıxarıcı yolların xəstəliklərinin müalicəsinin prinsiplərini.

  7. Böyrək və sidik çıxarıcı yolların xəstəlikləri zamanı, müalicəvi qidalanmanın prinsipləri və stolun xarakteristikasını.

  8. Nefroloqiyada və urologiyada təxirəsalınmaz vəziyyətin kilinik siptomlarını (böyrək sancısı, anuriya).

  9. Həkiməqədər yardımın alqoritmlərini


Tələbə bacarmalıdı:

    • Böyrəyin və sidik çıxarıcı yolların xəstəliklərində xəstəyə qulluğu.

    • Laborator araşdırmalar üçün sidik toplamağı. (ümumi analiz, Niçeporenko üsulu ilə. Zimnitski üsulu ilə və bakterioloji analiz üçün sidik toplamaq)

    • Xəstənin insturmental, rentqenoloji və ultrasəs müayinə üsullarına hazırlamağı.

    • Böyrək sancılarında həkiməqədrki yardımı göstərməyi.


Endokrinoloji şöbədə iş
Tələbə bilməlidir:

  1. Endokrin sistemi xəstəliklərində əsas klinik əlamətlər.

  2. Endokrinolji xəstələrin problemlərini.

  3. Endokrinologiyada əlavə araşdırma metodlarının mahiyyəti, klinik əhəmiyyəti və onlara hazırlıq qaydalarını.

  4. Endokrinoloji xəstələrə nəzarətin xüsusiyyətlərini.

  5. Xəstələrə qulluğun metodikasını.

  6. Endokrinoloji xəsətlərin müalicə prinsiplərini.

  7. Endokrinoloji xəstələrdə müalicəvi qidalanmanın prinsipləri və stolların xarakteristikasını.

  8. Endokrinoloqiyada təxirəsalınmaz vəziyyətin klinik siptomlarını (hipoqlikemik vəziyyət, hipoqlikemik koma, hipoqlikemik ketoasidotik koma, teriotoksik kriz).

  9. Həkiməqədərki yarımçıq amoritmləri.


Tələbə bacarmalıdır:

  1. Endokrinoloji xəstələrə qulluğu.

  2. Xəstənin şəkərini təyin etmək üçün qan verməyə hazırlamağı.

  3. Xəstəyə şəkəri təyin etmək üçün sutkalıq sidik yığmaq qaydalarını başa salmağı.

  4. Sidikdə şəkərin ekspres diaqnostikasını aparmağı.

  5. Xəstəni qalxanabənzər və mədəaltı vəzinin müayinəsinə hazırlaşmağı.

  6. İnsulinin lazımı dozasını yığmaq və inyeksiyanın yeridilməsini.

  7. Şəkərli diabetin ağırlaşmalarının qarşısını almaq üçün profilaktik tədbirləri.

  8. Hipoqlikemik vəziyyətlər, hiperqlikemik və hipoqlikemik, ketosidotik komalarda, tireotoksik krizdə həkiməqədər yardımı göstəməyi.

  9. Xəstəni malicəvi qidaya öyrətməyi.


Hemotoloji şöbədə iş
Tələbə bilməlidir:

1. Qan və qanyaradıcı orqanların xəstəliklərində əsas klinik simptomları.

2. Qan və qanyaradıcı orqanın xəstəliklərində xəstələrin əsas problemlərini.

3. Hemotologiyada əlavə müayinə metodlarının mahiyyəti və əhəmiyyətini, onlara hazırlıq qaydalarını.

4. Qan və qanyaradıcı orqanlarının xəstəliyi olan xəstələrə nəzarətin xüsusiyyətlərini.

5. Xəstələrə qulluğun metodikasını.

6. Qan və qanyaradıcı orqanların xəstəliklərinin müalicəsində əsas prinsipləri.

7. Qan və qanyaradıcı orqanların xəstəliklərində müalicəvi qidalanmanın prinsiplərini, stolların xarakteristikasını.

8. Hemotoloji xəstələliklərdə müxtəlif lokazisasiyada qanaxmalarda həkiməqədərki yardımın alqoritmlərini.

10. Anemiya və leykozlarda qanın klinik analizinin göstəricilərini.


Tələbə bacarmalıdır:

  1. Qan xəstəlikləri olan xəstələrə tibb bacısı işinin təşkilini, xəstəni və insturmentləri steril punksiyaya hazırlamağı və həkimə asistentlik etməyi.

  2. Vena daxili məhluluları yeritməyi.

  3. Antibiotiki yeritməyi.

  4. Buz qovuğunun istifadəsini.

  5. Qızdırmanın müxtəlif dövrlərində xəstələrə qulluğun göstərilməsini.

  6. Qan qrupunun təyinini.

  7. Hemotoloji xəstələrdə müxtəlif lokalizasiyalı qanaxmalarda həkiməqədərki yardımın göstərilməsini.

  8. Qanın klinik analizinin qiymətləndirilməsini.


Poliklinika
Tələbə bilməlidir:

  1. Səhiyyə sistemində ambulator – poliklinika yardımının rolu və yerini.

  2. Ambulator yardımın təşkilində əsas derektiv sənədləri.

  3. Poliklinikanın strukturunu.

  4. Poliklinikanın əsas şöbələri və bölmələri, onların iş məqsədlərini.

  5. Tibb bacısının vəzifələrini.


Tələbə bacarmalıdır:

  1. Tələbələrin poliklinikaya qəbulunda iştirak etməyi.

  2. Tibb bacısı tərəfindən sənədlərin aparılmasını.

  3. Evdə müalicə olan xəstələrə, tibb bacısı qulluğunun təşkilini.



Poliklinikanın terapevtik şöbəsi
Tələbə bilməlidirI:

  1. Sahə terapevtik xidmətinin təşkili prinsipləri və onun məqsədlni.

  2. Sahə terapevtik tibb bacısının fəaliyyətinin əsas məqsədlərini.

  3. Sahə terapevtik tibb bacısının qəbulda və evdə funkçional vəzifələrini.

  4. Terapevtik xəstələrin disnanzerizasiyasının səviyyələri etapları və prinsiplərini.

  5. Terapevtik nəzarətə ehtiyacı olan dispanzeriyasiyaya məxsus patoloji formalı qrupları.

  6. Terapevtik xəsətlərə dispanser müşayidənin aparılmasında sahə terapevtik tibb bacısının funksional vəzifələrini.

  7. Evdə müalicə alan xəstələrin əsas problemləri.



Təcrübi işin qiymətləndirmə kriteriləri
Təcrübə bitdikdə tədris xəstəlik tarixinin müdafiəsi və praktik hazırlığın attestasiyası aparılır.

-nəzəri hazırlıq

-klinik, diaqnostik, differensial diaqnostik məsələləri, struktur-məntiqi situasiyaları həll etmək

-düzgün, dəqiq təyinat vermək

-fənlərarası və fəndaxili əlaqələrdən istifadə etməklə öz cavabını əsaslandırmaq


  1. Ağır xəstələrin qidalandırılması və su ilə təmini.

2. Xəstəri ziyarət edənlərə və onların gətirdiyi qidalara nəzarət.

3. Terapevtik profilli xəstələrdə tibb bacısının işinin təşkili.

Dövlət təhsil standartları sisteminə (DTSS) və təcrübə proqramının tələblərinə uyğun təcrübi vərdiş

-yerinə yetirilən işə maraq və aktivlik

-etik tələblərə əməl etmək

- ünsiyyət bacarıqları

-xarici görünüş

-daxili qaydalar və iş qrafikinə əməl etmək

Təcrübənin yekun qiyməti işə, gündəliyə, tədris xəstəlik tarixinin müdafiəsi ilə, təcrübi hazırlığın attestasiyasına verilən qiymətlərə görə təyin edilir və məqbul kitabçasına yazılır.


Cərrahiyyə şöbəsində təcrübə
Diplomqabağı təcrübənin məqsədi tələbənin tibb müəssisəsində təhsil aldığı dövrdə yiyələndiyi biliyin və bacarığın möhkəmləndirilməsindən və təkmilləşdirilməsindən ibarətdir. Diplomqabağı təcrübə gələcəkdə sərbəst əmək fəaliyyətinə başlayacaq tibb bacısının peşə bacarığını və hazırlığını yoxlamaq üçündür. Cərrahiyyə şöbəsində diplomqabağı təcrübə cərrahi xəstələrin diaqnostikasında təcrübi vərdişlərə yiyələnmək üçün, tibb bacısının taktikasının və manipulyasiyon texnikanın öyrənilməsi üçün aparılır. Təcrübə prosesində tələbə sosial nəticələri, etik tələbləri nəzərə almaqla professional qərarlar qəbul etməli, təşəbbüs göstərməli, məsuliyyətli və humanist olmalıdır. Təcrübənin məzmununa kompleks yanaşma xüsusi təcrübi vərdişlərə yiyələnməyə kömək edir.

Cərrahiyyədən diplomqabağı təcrübənin gedişində tələbələr cərrahi profilli xəstəyə tibb bacısının qulluğunu təşkil etməlidirlər. Davranışın etik normalarına diqqət yetirmək xüsusilə vacibdir.



Istehsalat təcrübəsinin məqsəd və vəzifələri
Təcrübənin əsas məqsədərindən biri peşəyönümü istiqamətində müalicə tibb bacısını müstəqil fərdi qaydada qərar qəbul etməyə, müalicə taktikası seçməyə alışdırmaq, lazımı yerlərdə təxirəsalınmaz yardım göstərmək və xəstələrə düzgün qulluq prinsiplərini aşılamaq, təcrübə ərzində qarşıya qoyulan məqsədli-konkret məsələlərin həllinə nail olmaqdır.

- əsas cərrahi xəstəliklərin və zədələnmələrin diaqnostikası, cərrahi yardım göstərilməsində əldə olunan biliklərin möhkəmləndirilməsi, genişləndirilməsi, dərinləşdirilməsi və sistemləşdirilməsi

- manipulyasiyon texnikanın təkmilləşdirilməsi

- nəzəri bilikləri (müəyyən kliniki fənlər üzrə) təcrübəyə tətbiq etmək

- peşəkar bacarığı təkmilləşdirmək

- tibbi briqadanın işçiləri, xəstələr və onların qohumları ilə ünsiyyət yaratmaq



- davranışda etik və hüquqi qaydalara əməl etmək.

Diplomqabağı təcrübənin vaxt bölgüsünün nümunəvi qrafiki


N

Təcrübə keçirilən şöbənin adı

Günlərin sayı

Saatlarin miqdarı

1

Qəbul şöbəsində

2

12

2

Cərrahi şöbədə iş

-

-




- şöbənin palatalarında iş

5

30




- operasion blokda iş

3

18




- sarğı otağında iş

3

18




- reanimasiya və intensiv terapiya palatasında

3

18




Cəmi:

16

96

Tələbələrə nəzarət və hesabat
Proqramın tələblərinin yerinə yetirilməsinə tibb məktəbinin müəllimi-təcrübə rəhbəri, müalicə-profilaktika müəssisəsinin rəhbərliyi, həkim kollektivi və s. məsul şəxslər cavabdehlik daşıyır. Təcrübə müddətində tələbələr mövcud müəssisənin daxili intizam qaydalarına əməl etməli, sanitar-epidemiya əleyhinə rejimi gözləməli, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl etməlidir. Təcrübə rəhbərinin – müəllimin, müalicə-profilaktik müəssisənin nümayəndəsinin əsas vəzifələrindən biri tələbələrin təcrübə müddətində proqramın tələblərinin yerinə yetirilməsinə, tələbələrin iş cədvəlinin düzgün təşkilinə nəzarət etməkdən ibarətdir. Təcrübə müddətində tələbələrin tələb olunan normativ sənədləri olmalıdır. Həmin sənədlərin vaxtında doldurulmasına təcrübənin rəhbəri nəzarət edir. Tələbənin işləri gündəlik qiymətləndirilir və gündəlikdə qeyd edilir (5 ballıq sistemlə). Bu cari nəzarət tələbələrin peşəkar fəaliyyətini düzgün istiqamətləndirir və idarə edir. Təcrübənin sonunda hər bir tələbə üçün MPM-nin hər bir bölməsinin (şöbəsinin) rəyi nəzərə alınmaqla ümumi xasiyyətnamə verilir. Həmin xasiyyətnamə tələbənin attestasiyasında nəzərə alınır.

Tələbələrin attestasiya komissiyasına ( komissiyanın tərkibinə metodik rəhbər, təcrübə işləri üzrə direktor müavini, MPM-nin nümayəndəsi daxil edilir ) aşağıdakı sənədlər təqdim edilməlidir:

- təcrübənin gündəliyi

təlim üçün nəzərdə tutulan xəstəlik tarixi

- ümumi xasiyyətnamə

Hesabata aşağıdakılar da əlavə edilir:

- Yerinə yetirilən manipulyasiyaların sayı

- Təcrübənin yekunu haqda rəy və təkliflər



Xəstəxananın qəbul şöbəsində iş
Tələbə bilməlidir:

- qəbul şöbəsində cərrahi xidmətin təşkili və xüsusiyyətlərini

- xəstələrin qəbul qaydalarını, lazımı sənədlərin (xəstəlik tarixi və jurnal) doldurulma qaydalarını

- travmatik zədələnmələrin, cərrahi xəstəliklərin diaqnostika üsullarını, kliniki gedişini, inkişaf mexanizmini və səbəblərini

- statistik hesabatların aparılmasını, tibbi sənədlərin saxlanılmasını, əmək qabiliyyətinin müvəqqəti itirilməsi gunləri (müddəti) və bülletinin verilməsini

- cərrahi xəstələrin stasionar qəbulunda etik və hüquq qaydalarını

- onkoloji, travmatoloji cərrahi yardımın təşkilini

- xəstəxana daxili infeksiyalarin profillaktikası və infeksion təhlükəsizlik prinsiplərini

- qəbul şöbəsində çalısan tibb bacısının işini, vəzifələrini və qəbul şöbəsinin quruluşunu

- kəsgin cərrahhiyyə patologiyaları zamanı təxirəsalınmaz yardım göstərməyi, dərman terapiyasıni, diaqnostika üsullarını, klinikanı və xəstəliyin inkişaf mexanizminin səbəblərini

- qəbul şöbəsində hüquq və etik qaydaları

- tibb bacısının işində müasir texnologiya ilə aparılan manipulyasiyaları


Tələbə bacarmalidir:

- obyektiv müayinə və analiz toplamağı

- təxirəsalınmaz vəziyətlərdə həkimə qədər yardımın göstərilməsi

- xəstənin stasionar qəbulunda əsas sənədlərin doldurulmasını (xəstəlik tarixi, jurnallar, statistik talon, arayışlar, bülleten və s.)

- bütün təmizlik işlərini

- travmatoloji və cərrahi xəstələrin qəbulunu:

- müxtəlif yaraların işlənməsini (yuyulması və təmizlənməsi)

- yaranın ilkin cərrahi işlənməsini

- tetanus əleyhinə vaksinin vurulma texnikasını yerinə yetirməyi

- cərrahın rəhbərliyi və nəzarəti ilə bütün növ sarğıların (yumşaq, bərk, immobilizasion) qoyulmasını

- müalicənin effektliliyini, yaranın sağalma dinamikasını qimətləndirərək sarğılar qoymağı.


Cərrahi şöbədə iş

1.Tibb bacisinin postunda
Tələbə cərrahi şöbənin postunda işin gedişi zamanı qəbul şöbəsindən daxil olmuş xəstələrin kurasiyasını davam etdirir. Qulluğun effektivliyini qiymətləndirir və qulluq planına yeni düzəlişlər əlavə edir.
Tələbə bilməlidir:

- cərrahiyyə bölməsinin quruluşunu və işini

- cərrahiyyə şöbəsində post tibb bacısının hüquq və vəzifələrini

- şöbədə və iş yerində təhlükəsizlik və yanğından müdafiyə qaydalarını

- travma və cərrahi xəstəliklərin müalicə prinsiplərini, diaqnostika üsullarını, xəstəliyin inkişaf mexanizmini, kliniki əlamətlərini və risk amillərini

- travma və cərrahi xəstəliklərin ağirlaşmalarını və profilaktikasını

- tibb personalının etik və hüquq prinsiplərini

- tibb işçilərinin və xəstələrin infeksion təhlükəsizliyinin təmin edilməsini

- xəstələrin müalicə-diaqnostik manipulyasiyalara hazırlanması, həyati göstəricilərin manitorla öyrənilməsini


  • cərrahi xəstəxananın və cərrahi şöbənin quruluş və təşkilini

- müalicə diaqnostik əməliyyatları yerinə yetirərkən cərrahi şöbənin nəzarətçi t/b-nın hüquq və funksional öhtəliklərini

- cərrahiyyədə operasiyaönü qulluqda müasir t/b texnologiyasını


Tələbə bacarmalıdir:

- yeni daxil olmuş xəstələrin qəbulunu yerinə yetirməyi



  • xəstənin qəbulu üçün lazımı sənədləri doldurmağı

  • operasiyadan əvvəl və sonra xəstəyə t/b-nın nəzarətini, qulluq göstərməyi, yerinə yetirilən qulluğu qiymətləndirməyi

  • xəstəni diaqnostik müayinələr üçün hazırlamağı

  • xəstə və onun qohumlarına operasiyaönü və operasiyasonrakı qulluğu öyrətməyi

- planlı və təcili xəstələrin qəbul qaydalarını yerinə yetirməyi

- qəbul olunan xəstəyə sənəd doldurmağı

- qəbul olunan xəstəni müayinə etmək, təxmini diaqnoz qoymaq və lazım gələrsə diaqnozu dəqiqləşdirmək üçün əlavə müayinə aparmağı

- xəstənin planlı və təcili əməliyyata hazırlanmasını:

- xəstənin psixo-emosional vəziyətini nəzərə alaraq söhbətlər aparmaq və onun gərginliyini azaltmağı

- premedikasiya etmək və dəri sahəsini əməliyyata hazırlamaq, xəstənin dərisinə gigiyenik qulluq zamanı, alt dəyişəklərinin və yataq ağlarının dəyişdirilməsinə köməklik etməyi

-xəstənin əməliyyat otağına verilməsini təmin etməyi

-xəstələri narkoz dövründə və əməliyyat zamanı müşahidə etməyi

- təlim üçün olan xəstəlik tarixinin doldurulmasını, müşahidə qeydləri və xəstənin vəziyyətinin qiymətləndirilməsini

- narkozun müxtəlif dövrlərində xəstənin vəziyətinin qiymətləndirilməsini

- dəri və selikli qişaların vəziyyətini

- bəbəyin vəziyyətini

- hemodinamik göstəriciləri (nəbz və AT)

- xəstənin narkozdan ayılmasını

-belə vəziyyətlərdə əməliyyat briqadasına kömək etməyi

- əllərin əməliyyata hazırlanmasını

- steril paltarın geyilməsini

- əməliyyat vaxtı əllərin işləməsi, əlcəklərin dəyişilməsını

- təmizlik işinin aparılmasını

-anestezioloji briqadaya kömək etməyi

- xəstənin əməliyyat stoluna uzadılması və vəziyyətin verilməsi

- infuziya və transfuziya terapiyasının yerinə yetirilməsini

- funksional çarpayının hazırlanmasını

- yataq dəstinin hazirlanmasnı

-xəstəyə qulluq vasitəlrinin hazırlanmasını

- oksigenin qoşulmasını


Prosedura otağında iş
Tələbə bilməlidir:

- prosedur kabinetində çalışan tibb bacısının təlimat üzrə vəzifələrini

- prosedur kabinetində sanitar-əksepidemik rejimin tələblərini ( dezinfeksiya, sterilizasiyaya hazırlıq, alətlərin sterilizasiyası, sterilliyə nəzarət, prosedura kabinetinin təmizlənməsi və səliqəsi və s.)
Tələbə bacarmalıdır:

- prosedura kabinetinin yığışdırılmasını

- alətlərin sterilizasiyaya hazırlanması və sterilizasiyasını

- bütün növ inyeksiyaların vurulma texnikasını (o cümlədən venanın kateterizasiyasını)

- sarği materiallarının, ağların sterilizasiya üçün bikslərə yığılması və sterilizasiyaya nəzarəti

- alətlərin sterilizasiyadan qabaq təmizlənib hazırlanmasını

- istifadə edilmiş tullantı materiallarının təhvili və ya qablaşdırılaraq yandırılmasını

- rezin məmulatların sterilizasiyası və dezinfeksiyasını

- bütün lazımı vasitələri istifadə üçün hazırlamağı:

Lümbal punksiya

Körpücükaltı venanın kateterizasiyası

İnfuzion terapiya aparmaq üçün proqram tərtib edib onun effektivliyinə nəzarət etməyi



  • qan köçürülən zaman və sonra xəstənin ümumi vəziyyətinə nəzarəti

İrinli” və “təmiz” sarğı otağında iş


Tələbə bilməlidir:

- sarğı otağında işləyən tibb bacısının vəzifələrini

- cərrahi stasionarda xəstəxanadaxili infeksiyaların profilaktikasını, infeksion təhlükəsizliyini təmin etmək üçün təlimatlar, əmrlər və tələbləri

-cərrahi yaranın müxtəlif sağalma mərhələlərində müalicə prinsiplərini

-diaqnostika üsullrını, əməliyyatdan sonra ağırlaşmalara səbəb olan risk amillərini
Tələbə bacarmalıdır:

- sarğı materiallarını sterilizasiyaya hazırlamağı

- cərrahi alətləri sterilizə etməyi, onları hazırlamağı

- steril stolu hazırlamağı

- sarğılar qoymağı:

- öhdəsində olan xəstənin yaranmış problemləri, yarada olan dinamik dəyişiklikləri nəzərə almaqla müvafiq dərmanlar seçməyi

- yaranı yumağı, drenajlanmış yaraların daimi antiseptiklərlə yuyulmasını təmin etməyı

- yaranın təftiş edilməsində həkimə köməklik etməyi (üsulların qeydiyyatı aparılır)



Əməliyyat blokunda iş

Tələbə bilməlidir:

- əməliyyat üçün paltarların geyilmə qaydaları və şəxsi gigiyena qaydalarının gözlənilməsini

- əməliyyat otağında işləməyə qoyulan tələbləri

- əməliyyat otağında texnika təhlükəsizliyi qaydalarını

- əməliyyat blokununun quruluşu və iş qaydalarını
Tələbə bacarmalıdır:

- xəstənin əməliyyat otağına verilməsi üçün diyirçəkli arabaya qoyulması və əməliyyat stoluna yerləşdirilməsini

- narkoz aparatını işə hazırlamağı

- narkoz verməkdə iştirak etmək, narkoz zamanı xəstənin vəziyyətinə nəzarət etməyi

- anestezioloji sənədləri doldurmağı


İntensiv terapiya palatalarında və

reanimasiya şöbəsində iş
Tələbə hər gün 2 xəstə ilə məşğul olur: onların sağalmaları üçün müalicənin effektiv olmasına, qulluğun mükəmməl və təkmilliyinə çalışaraq, lazımı tibbi sənədləri doldurmalı. Həkim-reanimatoloqun nəzarəti ilə reanimasiya vasitələrindən istifadə qaydalarını mənimsəməlidir.
Tələbə bilməlidir:

- tarixəsalinmaz vəziyyətlərin səbəbləri və kliniki gedişini

- tarixəsalinmaz vəziyyətlərin diaqnostikası prinsiplərini

- tarixəsalinmaz vəziyyətlərdə intensiv terapiyanın prinsiplərini

- reanimasiya şöbəsində çalışan tibb bacısının təlimatlandırılmasını

- tibb bacısı postunun quruluşunu, xəstə ilə əlaqə saxlamaq üçün işıq və səs siqnallarını

- palatalarin təchizatı və quruluşunu

- reanimasiya şöbəsində müalicə qoruyucu rejimi

- reanimasiya şöbəsinin sənədlərini

- narkotik və güclü təsiredici dərman vasitələrinin saxlanması və hesabatını

- bioloji ölümün əlamətləri, meyitlə davranma qaydalarını

- yaxinlarinin əhatəsində olarkən xəstənin şöbədə ölməsi zamanı tibb bacısı özünü necə aparmasını


Tələbə bacarmalıdır:

- xəstənin obyektiv və subyektiv müayinəsini

- diaqnozu əsaslandıraraq müalicəyə - intensiv terapiyaya başlamağı

(aparılan intensiv terapiya həkimin və ya təcrübəli tibb bacısının nəzarəti ilə)

- şöbədə xəstələrin “hərəkət” məlumatını tərtib etməyi

- reanimasiya çarpayısından istifadəni

- xəstəni diaqnostik prosedurlara hazırlamağı:

- fibroqastroduodenoskopiyaya ( FQDS )

- bronxoskopiyaya;

- laparoskopiyaya;

- ultrasəs müayinəsinə;
İstifadə etməyi:

- ağciyərlərin süni ventilyasiya aparatından;

- vakuum-aspiratordan;

- defibrillyatordan.

- kəllə - beyin, ağciyər, ürək reanimasiyasını yerinə yetirməyi

- əməliyyatdan sonra ağır xəstələr üçün yataq dəstinin hazırlanmasını

- xəstənin əməliyyat otağına və əməliyyat otağından köçürülməsini

- şokun ağırlıq dərəcəsindən asılı olaraq onun vəziyyətinə nəzarəti

- xəstənin obyektiv və subyektiv müayinəsini aparmağı



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə