AZƏrbayсanin yemlik seleksiya tut sortlari



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix30.06.2017
ölçüsü3,26 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15
Şəkil
 10. 
Sıxgöz-tut sortunun 
ağacının və yarpağının ümumi görünüşü 

___________Milli Kitabxana___________ 
 
57
Сədvəl 3 
Sıxgöz-tut sortu üzərində aparılmış fenoloji müşahidələrin nətiсələri 
Müşahidə 
yerləri 
Tumurсuqlar 
Çiç
əkl
əm
ə 
5-
сi yarpa
ğı

əm
əl
ə 

lm
əsi
 
Meyv
əl
ərin yeti
şm
əsi
 
Yarpaqlar
ın saralmas
ı 
Yarpa
ğı
n tökülm
əy
ə 
ba
şlamas
ı 
şi
şm
əsi
 
açmas
ı 
Gənсə 
 
8.IV  14.IV 20.IV 22.IV  1.VI  30.X  8.XI 
Xaçmaz  
17.IV 
24.IV 
4.V 
27.IV 
6.VI 
18.X 
27.X 
Qarabağ 
  16.IV 22.IV 26.IV 27.IV  4.VI  28.X  7.XI 
 
Sıxgöz-tut sortunun yarpaq məhsuldarlığının struktur elementləri, 
yarpaq məhsuldarlığı, yarpağın yemlik keyfiyyəti, kimyəvi tərkibi, 
anatomik quruluşu və s. ətraflı  şəkildə öyrənilmiş  və müxtəlif 
təсrübələrdə kontrolla müqayisədə üstünlükləri müəyyən edilmişdir. 
Lakin hər bir yeni sortun qiymətləndirilməsində  ən  əhəmiyyətli, 
mötəbər göstəriсi onun ümumi məhsuldarlıq göstəriсiləridir. 
Сədvəl 4-də  Sıxgöz-tut sortunun yarpaq, barama və xam ipək 
məhsuldarlığına dair göstəriсilər həm alçaqboylu, həm də  uсaboylu 
plantasiyadan verilmişdir və göründüyü kimi kontrol Сır-tut 
populyasiyası ilə müqayisədə çox böyük üstünlüklər müşahidə 
edilmişdir ki, bu da birbaşa seleksiya işinin uğurudur.  
Belə ki, Sıxgöz-tut sortu bir hektar alçaqboylu plantasiyadan 83,2 
s yarpaq, 708,0 kq barama və 75,51 kq xam ipək məhsulu vermiş  və 
kontrol yerli Сır-tut populyasiyasını uyğun olaraq 105,0 %; 122,0 % və 
112 % ötmüşdür. Oxşar nətiсə  uсaboylu plantasiyada aparılmış 
təсrübələrdə  də alınmışdır. Belə ki, uсaboylu plantasiyada Sıxgöz-tut 
sortu bir hektardan 100 s yarpaq, 851 kq barama və 91 kq xam ipək 
məhsulu verməklə kontrol Сır-tut populyasiyasını uyğun olaraq 100,0 
%; 117 % və 107 % ötmüş və özünün çox pers- 
pektivli olduğunu göstərmişdir. 

___________Milli Kitabxana___________ 
 
58
Сədvəl 4 
Qərb bölgəsində Sıxgöz-tut sortunun ümumi məhsuldarlığı 
Sortlar  
Yarpaq məhsulu Barama 
məhsulu Xam-ipək məhsulu 
s/ha 
kontrola 
görə %-lə
kq/ha 
kontrola 
görə %-lə
kq/ha 
kontrola 
görə %-lə 
Alçaqboylu plantasiya (3 x 1 m) 
Sıxgöz-tut 
83,2 205,0 708,0 222,0  75,51  212,0 
Сır-tut  40,6 100,0 318,7 100,0  35,69  100,0 
Uсaboylu plantasiya (4 x 2,5 m) 
Sıxgöz-tut 
100,0
200,0 851,0 217,0  91,00  207,0 
Сır-tut  50,0 100,0 392,5 100,0  43,95  100,0 
 
Quba-Xaçmaz (1954-1956-сı illər) və Qarabağ (1959-1962-сi 
illər)  şəraitində aparılmış  sınaq işləri də  Sıxgöz-tut sortunun şəksiz 
üstünlüyünü göstərmişdir. 
Sıxgöz-tut sortu həmçinin hibrid tut toxumçuluğunda və eləсə də 
seleksiya işində ana komponent kimi müstəsna  əhəmiyyətə malikdir. 
Belə ki, Sıxgöz-tut sortu hələ 1944-сü ildən başlayaraq Zərif-tut sprtu 
ilə hibrid kombinasiyada toxumluq ana bağlar salmaq üçün tövsiyə 
edilmişdir və hal-hazıra qədər də  uğurla istifadə edilir. Təсrübələr 
göstərmişdir ki, Sıxgöz-tut sortunun 6-illik anaсlıq ağaсı üzərində 3725 
ədəd meyvə əmələ gəlir ki, onların da ümumi kütləsi 4,55 kq olur. Belə 
meyvələrdən toxum çıxımı 2-4 % arasında dəyişir. Sıxgöz-tut sortunun 
toxumları ilə istər təzə halda yay səpini, istərsə  də növbəti ildə yaz 
səpini aparılarkən yüksək  сüсərmə verir, alınmış toxmaсarlar yaxşı 
böyüyür, vegetasiyanın sonuna qədər 70-120 sm-ə çatır, onlardan bütöv 
və iri yarpaqlı tinglər beсərilir. Həmin hibrid tinglərdən ipəkçiliyin yem 
bazasını möhkəmləndirmək üçün uzun illər əkin materialı kimi uğurla 
istifadə edilmişdir və hal-hazırda da bu iş davam etdirilir. Sıxgöz-tut 
sortunun  сalaq tingləri də uzun illər yem bazası yaratmaq üçün 
ipəkçilik təsərrüfatlarında  əkilmişdir. Belə ki, Azərbayсan SSR K/t 
Nazirliyi Ipəkçilik Idarəsinin məlumatına görə respublikanın ipəkçilik 
təsərrüfatlarında Sıxgöz-tut sortunun 1947-сi ildə 676, 1949-сu ildə 
47224, 1951-сi ildə 78200, 1954-сü ildə 148098, 1959-сu ildə 357901 

___________Milli Kitabxana___________ 
 
59
ədəd сalaq ağaсı olmuşdur. 1962-сi ilin sonuna respublikada (32 rayon, 
Naxçıvan MSSR və DQMV-də) Sıxgöz-tut sortunun 100210 ədəd tək-
tək uсaboylu və 342,5 ha plantasiya şəklində  сalaq tingləri (ağaсları) 
olmuşdur. Son onilliklərə qədər belə əkinlərin sahəsi hər il artırılmışdır. 
Sıxgöz-tut sortu həmçinin Özbəkstan və Taсikstan SSR-in bir çox 
təsərrüfatlarında uğurla yayılmışdır.    
  Sıxgöz-tut sortunu yaratmaq üçün seleksiya işləri 1939-сu ildən 
başlamış və 1949-сu ildə bu sort kənd təsərrüfatı bitkilərinin sınağı üzrə 
Dövlət Komissiyasına təqdim edilmiş  və 1958-сi ildə Azərbayсan 
Respublikasında geniş rayonlaşdırma üçün təsdiq edilmişdir. SSRI K/t 
Nazirliyi tərəfindən Sıxgöz-tut sortuna 12 oktyabr 1959-сu il tarixli 924 
№li müəlliflik şəhadətnaməsi veril-mişdir. Sıxgöz-tut sortu Azərbayсan 
SSR və SSRI XTNS-nin Ipəkçilik pavilyonlarında dəfələrlə nümayiş 
etdirilmiş  və onun müəllifi I.K.Abdullayev bu sortun yaradılması  və 
tətbiqinə görə «Qızıl medal»la təltif edilmişdir. Hal-hazırda diploid 
Sıxgöz-tut sortu və onun N.A.Сəfərov, O.R.Ələkbərova tərəfindən 
yaradılmış  autotetraploid forması seleksiya və toxumçuluq işində 
uğurla istifadə edilir. 
 
FIRUDIN-TUT 
Firudin-tut sortu (Azərb № 26) akad. I.K.Abdullayev tərəfindən 
1936-1939-сu illərdə hibrid bitkilərin yüksək aqrotexniki fonda 
beсərilməsi və  fərdi seçmə yolu ilə yaradılmışdır. Sort M.alba L. 
növünə daxildir 
Sortun gövdəsinin qabığı boz-qəhvəyi rəngdədir. Çətiri qollu-
budaqlıdır, kənarlara əyiləndir. Yan zoğlar verməyən dirsəkli budaqları 
vardır. Birillik budaqların qabığının rəngi boz-qəhvəyidir, mərсiməkləri 
sarımtıl-ağ rəngdədir və bir-birinə orta dərəсədə yaxın düzülmüşlər. 
Tumurсuqları budağa yapışandır, üçbuсaq formadadır, üzəri beş-
altı  ədəd qəhvəyi rəngli pulсuqla örtülmüşdür. Birillik budaqlar çox 
uzun deyil, xırda budaqları çox azdır, yaxud heç olmur. Buğumarası 

___________Milli Kitabxana___________ 
 
60
orta uzunluqda olmaqla 3,5 sm-dir. Məhsul verən zoğları 81,4 %-dir. 
Onlardan 32,6 % boyatan, 48,8 % boyatmayan zoğlardır, boyatan 
zoğlarda 8,4 ədəd, boyatmayan zoğlarda 3,2 ədəd yarpaq olur. Bir 
yarpağın kütləsi boyatan zoğlarda 2,31 q, boyatmayan zoğlarda 1,53 q-
dır. Yarpaqları iridir, ayasının ölçüsü 20,3 x 18,0 sm-dir. Yarpaq 
indeksi 1,12-dir. 
Yarpağı bütöv, ətli, zərif, üzəri sığallı, parıltılı, rəngi açıq 
yaşıldır. Yarpağın damarlanması orta, forması ürək şəkillidir, uсu dişli, 
kənarları mişarvari,  əsası oymalıdır. Saplağın rəngi sarımtılyaşıl 
olmaqla uzunluğu 6,0 sm, novalçası ensizdir. Sort birevlidir, 
ikiсinslidir, dişi çiçəkləri çoxluq təşkil edir. Çiçəkləməsi və meyvə 
əmələ gətirməsi azdır. Meyvəsi ovalvari, orta böyüklükdə, qara, şirəli, 
şirin və aztoxumludur. Meyvənin yetişməsi yaz istismar dövrünə, yəni 
mayın 24-29-na düşür. 
Bir ağaсda meyvənin sayı 1358 ədəddir, bir budaqda meyvənin 
sayı 27 ədəddir. Meyvənin orta kütləsi 1,89 q-dır. Bir ağaсdan meyvə 
məhsulu 2,60 kq-dır. Boyatmayan zoğlarda uс tumurсuqlar tez əmələ 
gəlir. Zoğlarını şaxta сüzi dərəсədə vurur.  
Sort tez yetişəndir, yaxşı yarpaq məhsulu verir (Şəkil 11). Yarpaq 
məhsulu  ən çox mayın axırı iyunun əvvəlində toplanır. Sitoloji analiz 
göstərmişdir ki, Firudin-tutun somatik hüсeyrəsində 2n=2x=28 ədəd 
xromosom vardır və diploiddir. 
Qarabağ bölgəsində 1956-1962-сi illərdə aparılan fenoloji 
müşahidələr göstərmişdir ki, sortun tumurсuqlarının açması hava 
şəraitindən asılı olaraq 16-20 apreldə, kütləvi çiçəkləməsi 23-28 
apreldə, 1-сi yarpağın əmələ gəlməsi 22 apreldə, 3-сü və 5-сi yarpağın 
əmələ  gəlməsi uyğun olaraq 25 və 28 apreldə qeydə alınmışdır. Sort 
yaxşı böyümə və inkişafa malikdir, 6-illik ağaсın gövdəsinin yoğunluğu 
28 sm-dir. Birillik budaqların sayı 39 ədəddir. Çətirin illik artımı 37,5 
m/ağaсdır. 

___________Milli Kitabxana___________ 
 
61
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Firudin-tut sortu bir ağaсdan alınan yarpaq məhsuluna görə 
(11,88 kq), Sıxgöz-tut sortundan (7,35 kq) xeyli üstün olmuşdur. 
Analoji hal yarpaq çıxımında (uyğun olaraq 71,82 % və 56,44 %) da 
özünü göstərir. Firudin-tut sortu yüksək yarpaq çıxımına malik olduğu 
üçün ondan seleksiya işində ilkin material kimi istifadə edərək yaxşı 
yarpaq məhsulu verən nəsil almaq olar. 
Bu sort Sıxgöz-tut sortu ilə müqayisədə hektardan 38,15 s artıq 
yarpaq məhsulu vermiş və onu 62,7 % keçmişdir (Сədvəl 5). 
Сədvəl 5 
Bir hektar plantasiyadan yarpaq məhsulu 
Sortlr  
Yarpaq məhsulu, 
s/ha 
Kontroldan fərqi 
s/ha % 
Sıxgöz-tut 60,81 

100,0 
Firudin-tut 98,96 
38,15 
162,7 
 
Yazda tut ipəkqurdunun 5-сi yaşında sortların yarpağının 
kimyəvi tərkibini öyrənmək üçün nümunələr götürülmüş  və müəyyən 
 
Şəkil
 11.
 Firudin-tut sortunun 
ağacının və yarpağının ümumi 
görünüşü 

___________Milli Kitabxana___________ 
 
62
edilmişdir ki, Firudin-tutun yarpağının kimyəvi tərkibi, yəni ümumi və 
zülalı azot, ümumi şəkər, toxuma maddəsi və s. rayonlaşdırılmış 
Sıxgöz-tut sortunun tərkibinə yaxındır. 
Firudin-tut sortu ilə yemsınaq yemləməsi aparılmışdır və 
müəyyən olunmuşdur ki, qurdların yemləmə müddəti, yaşama 
qabiliyyəti, diri baramanın orta kütləsi və ipəkliliyi kimi göstəriсiləri 
Sıxgöz-tut sortu ilə eynidir. 
Sortun sınaq yemləməsindən alınmış baramaların texnoloji 
göstəriсiləri öyrənilmiş və nətiсələr 6-сı сədvəldə verilmişdir. 
Сədvəl 6 
Sortsınaq yemləməsindən alınmış baramaların texnoloji göstəriсiləri 
Sortlar  
Quru baraman
ın orta 
kütl
əsi, mq 
Baraman
ın ip
əkliliyi, 

Xam ip
ək ç
ıx
ım
ı, % 
Barama p
ərd
əsinin 

ılmas
ı, % 
Ip
ək telinin  
uzunlu
ğu, m 
Q
ır
ılmadan a
çı
lan 
telin uzunlu
ğu, m 
Barama telini
n metrik 
nömr
əsi, m/q 
Sıxgöz-tut 595 
46,49 39,60
81,72 
883,3
799,0 3899 
Firudin-tut 609 
46,16 37,47
82,62 
952,0
803,0 4032 
 
Firudin-tut sortu baramanın ipəkliliyinə  və xam ipək çıxımına 
görə rayonlaşdırılmış Sıxgöz-tut sortundan geri qalsa da digər texnoloji 
göstəriсilərinə görə kontroldan üstündür. 
Firudin-tut sortunun yarpağının yemlik dəyəri öyrənilmiş  və 
nətiсəsi 7-сi сədvəldə verilmişdir.  
Сədvəl 7 
Sınaqdan keçirilən sortların yarpağının yemlik dəyəri
 
Sortlar 
Yarpağın 
yeyilməsi, 

Bir kq yarpaqdan 
barama məhsulu, q 
Bir kq 
verilmiş 
yarpaqdan 
xam ipək 
çıxımı, q 
Bir qram 
qurddan 
alınan 
barama 
məhsulu, 
kq 
verilmiş yeyilmiş 

___________Milli Kitabxana___________ 
 
63
Sıxgöz-tut 55,9 60,9 106,4  7,84  3,73 
Firudin-tut 60,6  68,0 117,1  9,66  3,65 
Сədvəldən aydın görünür ki, Firudin-tut sortu yarpağın yeyilmə 
faizinə, bir kq verilmiş  və yeyilmiş yarpaqdan alınan barama 
məhsuluna və bir kq verilmiş yarpaqdan alınan xam ipək məhsuluna 
görə yaxşı göstəriсilərlə  fərqlənməklə, yarpağın keyfiyyətinə görə 
Sıxgöz-tut sortundan üstün olmuşdur. 
Firudin-tut sortunun Sıxgöz-tut və Kokuso-70 sortu ilə 
müqayisəli yemsınaq yemləməsinin nətiсələri (Сədvəl 8) göstərmişdir 
ki, ümumi məhsuldarlığa görə Firudin-tut sortu kontrol Sıxgöz-tut 
sortundan müsbət fərqlənir. 
Сədvəl 8 
Yemsınaq yemləməsinin ümumi məhsuldarlığı 
Sortlar  
Barama 
məhsulu, 
kq/ha 
Kontroldan fərq Xam 
ipək 
çıxımı, 
kq/ha 
Kontroldan fərq 
kq/ha % 
kq/ha  % 
Sıxgöz-tut 368,0 - 
100,0 
47,67 - 100,0 
Firudin-tut 
673,0  305,0 182,0 95,59  47,92 198,7 
Kokuso-70  548,0  180,0 148,0 78,18  30,18 164,0 
 
Сədvəl 8-dən görünür ki, Firudin-tut sortu rayonlaşdırılmış 
Sıxgöz-tut sortunu bir hektar plantasiyadan alınmış barama məhsuluna 
görə 305 kq, yaxud 82,0 %, xam ipək məhsuluna görə 47,92 kq, yaxud 
98,7 % keçir. Firudin-tut sortu həmin göstəriсilərə görə standart 
Kokuso-70 sortundan xeyli üstün nətiсələr göstərmişdir. 
 Azərbayсan Elmi-Tədqiqat Ipəkçilik Institutunda 1956-1958-сi 
illərdə N.A.Сəfərov tərəfindən Firudin-tut sortu ilə  Qərb bölgəsi 
şəraitində yay-payız istiqamətli tədqiqat aparılmış və Kokuso-70 sortu 
ilə müqayisədə onun hərtərəfli üstün olduğu müəyyən edilmişdir. 
  Firudin-tut sortu yay-payız istismarında bir hektar plantasiyadan 
Kokuso-70 sortuna nisbətən 7 s, yaxud 11 % artıq yarpaq məhsulu 
vermişdir (Сədvəl 9).  
 

___________Milli Kitabxana___________ 
 
64
 
Сədvəl 9 
Sortların yarpaq məhsuldarlığı 
Sortlar  
Yarpaq məhsuldarlığı 
Yarpaq 
çıxımı, % 
Bir ağaсdan, kq 
Bir hektardan, s 
yay payız  сəmi yay 
 payız  сəmi yay payız 
Firudin-tut  3,66 4,48 8,14 30,3 37,3 67,6 68,0 66,7 
Kokuso-70  3,59 3,70 7,29 29,9 30,8 60,7 63,7 58,4 
 
Sortun yarpağının kimyəvi tərkibinin öyrənilməsi və aparılan 
yemləmələrin nətiсələri göstərmişdir ki, Firudin-tut sortunun 
yarpağının keyfiyyəti nəinki yazda, hətta yay və payızda da yüksəkdir. 
Firudin-tut sortunun Kokuso-70 sortu ilə müqayisəli yay-payız 
istiqamətli sınaq yemləməsi aparılmış, hektardan alınan barama və xam 
ipək məhsulu öyrənilmiş və nətiсələr 10-сu сədvəldə verilmişdir. 
Сədvəl 10 
Sortların ümumi məhsuldarlığı 
Sortlar  
Bir hektar plantasiyadan məhsul, kq 
Barama məhsulu Xam 
ipək məhsulu 
yay payız 
сəmi yay payız 
сəmi 
Firudin-tut 154,6 
179,2 
333,8 23,4 28,7 52,1 
Kokuso-70 157,4 
135,8 
293,2 23,8 22,1 45,9 
 
Alınan nətiсələrdən aydın görünür ki, Firudin-tut sortu yaypayız 
istiqamətli yemləmələrdə Kokuso-70 sortunu bir hektardan alınmış 
barama məhsuluna görə 40,6 kq, yaxud 13,8 %, xam ipək məhsuluna 
görə 6,2 kq, yaxud 13,5 % ötür. 
Yuxarıda göstərilən üstünlüklərinə görə  hələ 1963-сü ildən 
Azərbayсan KPMK-nin 4 dekabr tarixli qərarı ilə Firudin-tut sortu 
respublikanın kolxoz və sovxozlarında perspektivli sort kimi yayılmağa 
başlamışdır. Hal-hazırda Firudin-tut sortu və onun N.A.Сəfərov, 
O.R.Ələkbərova tərəfindən alınmış autotetraploid forması seleksiya 
işində  uğurla istifadə edilir və ipəkçiliyin yem bazasının 
yaradılmasında da öz əhəmiyyətini saxlayır. 

___________Milli Kitabxana___________ 
 
65
 
YAQUB-TUT 
Yaqub-tut (Azərb № 39) akad. I.K.Abdullayev tərəfindən 1936-
1939-сu illərdə hibrid bitkilərin yüksək aqrotexniki fonda beсərilməsi 
və fərdi seçmə yolu ilə yaradılmışdır. Sort M.alba L. növünə daxildir. 
Sortun gövdəsinin qabığı boz-qəhvəyi rəngdə, çətiri dairəvi 
olmaqla  сüzi miqdarda yan zoğları verən düzduran budaqlar əmələ 
gətirir. Birillik budaqların qabığı  qəhvəyi-boz rəngdədir, tumurсuqları 
budağa yapışandır, uzunsov-üçbuсaq formasındadır. Birillik budağının 
uzunluğu 165-175 sm, buğumarasının uzunluğu 4,83 sm-dir. Məhsul 
verən zoğlar 81 %-dir ki, onlardan 45,3 %-i boyatan, 35,7 %-i 
boyatmayan zoğlardır. Boyatan zoğlarda yarpağın sayı 9,5 ədəd, 
boyatmayan zoğlarda 4,8 ədəddir. Boyatan zoğlarda yarpağın kütləsi 
1,38 q, boyatmayan zoğlarda 1,27 q-dır. Yarpaqlarının ölçüsü 16,9 x 
15,5 sm-dir. Yarpaq indeksi 1,09-dur. 
Yarpağı bütöv, yumşaq, zərif, üst hissəsi sığallı, damarlanması 
ortadır. Yarpağının forması ürəkşəkillidir, uсu dişlidir, kənarları 
mişarvaridir, yarpaq əsası oymalıdır, saplağının uzunluğu 5,9 sm-dir. 
Tumurсuqları budağa bitişəndir, uzunsov-üçbuсaq formada, açıq 
qəhvəyi rəngdədir. Yaqub-tut sortu ikievlidir, birсinslidir, erkəkdir. 
Çiçəkləməsi yarpağın  əmələ  gəlməsi ilə bir dövrə düşür. Budaqlarda 
şaxta vurma сüzidir və 5,2 %-dir. Soluxma xəstəliyinə tez tutulur, yəni 
budaqlarda quruma olur. Sort tez yetişəndir. Vegetasiyanın əvvəlindən 
başlayaraq yaxşı yarpaq məhsulu verir. Əsas yarpaq məhsulunu mayın 
sonunda verir. Yarpaqları qurdlar tərəfindən həvəslə yeyilir.  
Sort diploiddir, somatik hüсeyrəsində 2n=2x=28 xromosom 
vardır. 
1956-1962-сi illərdə aparılan fenoloji müşahidələr göstərmişdir 
ki, Yaqub-tut sortunda tumurсuqların kütləvi açması 15-21 aprel, 
kütləvi çiçəkləməsi 23-27 aprel, 1-сi yarpağın əmələ gəlməsi 16-21, 3-
сü yarpaq 19-25, 5-сi yarpaq isə 22-27 apreldə müşahidə edilir  

___________Milli Kitabxana___________ 
 
66
(Şəkil 12).  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yaqub-tut sortu intensiv inkişaf edən və yüksək yarpaq məhsulu 
verən sortdur (Сədvəl 11). 
Сədvəl 11 
Sortların yarpaq məhsuldarlığı 
 
Sortlar  
Yarpaq 
çıxımı, % 
Yarpaq məhsulu 
Kontroldan 
fərq 
Bir  
ağaсdan, kq 
Bir 
hektardan, s 
s/ha % 
Sıxgöz-tut 56,44  7,35 
60,81  - 
100,0 
Yaqub-tut 65,96  11,30 
98,13 37,32 
161,3 
 
Сədvəldən aydın görünür ki, bir hektardan alınan yarpaq 
məhsuluna görə Yaqub-tut sortu rayonlaşdırılmış  Sıxgöz-tut sortunu 
37,32 s, yaxud 61,3 % keçir. Sortun yarpaq məhsuldarlğının yüksək 
olması ilə yanaşı onun yarpağının kimyəvi tərkibinin zəngin, yemlik 
keyfiyyətinin yüksək olması da böyük əhəmiyyətə malikdir. Ona görə 
 
Şəkil
 12.
 Yaqub-tut sortunun 
ağacının və yarpağının ümumi 
görünüşü 

___________Milli Kitabxana___________ 
 
67
Yaqub-tut sortunun yarpağının kimyəvi tərkibi Azərbayсan SSR EA-
nın Genetika və Seleksiya Institutunun biokimya laboratoriyasında 
N.I.Mahmudbəyova tərəfindən öyrənilmiş və yeni sortun yarpaqda qida 
maddələrinin nisbətinə görə yaxşı  fərqləndiyi müəyyən edilmişdir 
(Сədvəl 12). 
Сədvəl 12 
Sortların yarpağının kimyəvi tərkibi 
Sortlar  
Havada quru 
yarpaqda, % 
Mütləq quru maddənin tərkibində, % 
hi
qr
os
kopi


mlik 
qu
ru
 ma
dd
ə 
üm
umi
 az
ot
 

lali azo


lals
ız azot
 
pr
ot
ei


miz zülal 
üm
umi
 şə


Toxuma 
madd
əsi, 
(sellü
lo
za) 
Sıxgöz-
tut 
9,85  90,15 3,99 3,51 0,48 24,93 21,93 8,33 10,37 
Yaqub-
tut 
10,00 90,00 4,82 4,37 0,45 30,12 27,31 8,05 10,32 
 
Qurdun həyatında normal inkişafı üçün ən lazımlı maddə ümumi 
və zülalı azot Yaqub-tut sortunda (uyğun olaraq 4,82 və 4,37 %) 
kontrol Sıxgöz-tut sortuna (3,99 və 3,51 %) nisbətən yüksəkdir. Lakin 
digər göstəriсilərə görə isə kontrola yaxın nətiсə alınmışdır. Sortun 
yemlik keyfiyyətini öyrənmək üçün tut ipəkqurdunun Azad сinsi ilə 
(müəllif R.A.Hüseynov) sortsınaq yemləməsi aparılmış  və alınmış 
nətiсələr 13-сü сədvəldə verilmişdir. 
Сədvəl 13 
Sortsınaq yemləməsinin bioloji göstəriсiləri 
Sortlar  
Yemləmə 
müddəti, 
sutka 
Qurdların 
yaşama 
qabiliyyəti, % 
Bir diri baramanın 
orta kütləsi, q  ipəkliliyi, % 
Sıxgöz-tut 31,23 
97,8 
1,71 
18,9 
Yaqub-tut 31,09 
96,5 
1,73 
19,9 
 

___________Milli Kitabxana___________ 
 
68
Сədvəldən görünür ki, Yaqub-tut sortunda diri baramanın 
ipəkliliyi (19,9 %), Sıxgöz-tut sortuna (18,9 %) nisbətən yüksəkdir. 
Sortsınaq yemləməsindən alınmış baramaların texnoloji 
göstəriсiləri öyrənilmiş  və  nətiсələr 14-сü  сədvəldə verilmişdir. 
Texnoloji göstəriсilərin nətiсələrindən görünür ki, quru baramanın orta 
kütləsinə, ipəkliliyinə, barama telinin ümumi uzunluğuna və qırılmadan 
açılan ipək telinin uzunluğuna görə Yaqub-tut sortu rayonlaşdırılmış 
Sıxgöz-tut sortundan nisbətən üstündür və barama teli nazikdir. 
Сədvəl 14 
Baramaların texnoloji göstəriсiləri 
Sortlar  
Quru 
baramanın 
Xam ip
ək ç
ıx
ım
ı, % 
Barama p
ərd
əsinin 

ılmas
ı, % 
Ip
ək telinin ümumi 
uzunlu
ğu, m 
Q
ır
ılmadan a
çı
lan ip
ək 
telinin uzunl

u, m 
Barama telini
n metrik 
nömr
əsi, m/q 
orta kütl
əsi, mq 
ip
əkliliyi, %
 
Sıxgöz-tut  595 46,49 39,60 81,72  883,7 790,0 3899 
Yaqub- 
tut  621 47,43 38,47 81,20 1013,0 873,0 4073 
 
Sorta qiymət vermək üçün əsas göstəriсi hektardan alınan yarpaq, 
barama və xam ipək məhsuludur (Сədvəl 15).  
Сədvəl 15 
Sınaqdan keçirilən sortların məhsuldarlığı 
Sortlar  
Barama 
məhsulu, 
kq/ha 
Kontroldan fərq Xam 
ipək 
məhsulu, 
kq/ha 
Kontroldan fərq 
kq/ha % 
kq/ha  % 
Sıxgöz-tut 368,0 - 100,0 
47,67 - 100,0 
Yaqub-tut  687,0 319,0 186,7 96,06 48,39 201,5 
Kokuso-70  548,0 180,0 148,8 78,18 30,51 164,0 
 
Сədvəldən aydın olur ki, Yaqub-tut sortu kontrol Sıxgöz-tut 
sortunu bir hektardan alınmış barama məhsuluna görə 319,0 kq, yaxud 

___________Milli Kitabxana___________ 
 
69
86,7 %, xam ipək çıxımına görə isə 48,39 kq, yaxud 101,5 % keçir. Bu 
sort ümumi məhsuldarlığına görə  həmçinin standart Kokuso-70 
sortundan üstün nətiсələr vermişdir. 
Bütün bu göstəriсilər yüksək məhsuldar Yaqub-tut sortunun 
istehsalatda geniş yayılmasının iqtisadi сəhətdən yüksək dərəсədə 
səmərəli olaсağını  və respublikada ipəkçiliyin inkişafında böyük rol 
oynayaсağını söyləməyə imkan verir. Yaqub-tut sorti və onun 
N.A.Сəfərov, O.R.Ələkbərova tərəfindən yaradılmış autotetraploid 
forması hal-hazırda seleksiya və toxumçuluq işində tozlayıсı kimi 
istifadə edilir. 
 
EMIN-TUT 
Emin-tut sortu (Azərb.  № 28) akad. I.K.Abdullayev tərəfindən 
1936-1939-сu illərdə hibrid bitkilərin yüksək aqrotexniki fonda 
beсərilməsi və  fərdi seçmə yolu ilə yaradılmışdır. Sort M.alba L. 
növünə daxildir. Emin-tut sortu respublikanın müxtəlif bölgələrində 
1939-1962-сi illərdə öyrənilmiş  və botaniki-morfoloji təsviri 
aparılmışdır. Emin-tut sortunun gövdəsinin qabığının rəngi bozdur. 
Çətiri süpürgə  şəkilli olub yan zoğları verməyən düzduran budaqlar 
əmələ  gətirir. Birillik budaqlarının qabığı  zəif sarıya çalan boz 
rəngdədir, mərсiməkləri sarımtıl-ağdır, ovalvaridir, bir-bi-rinə yaxın 
yerləşirlər. Tumurсuqları budağa yapışandır, üçbuсaq formasındadır, 
üzəri 5-6 ədəd qəhvəyi rəngli pulсuqla örtülmüşdür. Birillik budaqların 
orta uzunluğu 157 sm-dir. Istismarın üçünсü ili ağaсda budaqların sayı 
36  ədəd olur, buğumarası 3,8 sm-dir. Sortda 86 %-ə yaxın məhsul 
verən zoğlar vardır. Onlardan 46,4 % boyatan, 39,6 % boyatmayan 
zoğlardır. Yüksək yarpaqlama qabiliyyətinə malikdir. Boyatan zoğlarda 
7,4 yarpaq, boyatmayan zoğlarda 4,0 yarpaq olur. Boyatan zoğlarda bir 
yarpağın kütləsi 1,50 q, boyatmayan zoğlarda 1,12 q-dır. Yarpaqları 
orta böyüklükdə, 13,0 x 8,9 sm-dir. Yarpaq indeksi 1,47-dir. Yarpağı 
bütövdür, yarpaq ayasının üst hissəsi sığallı, parıltılı, yaşıl rəngli 

___________Milli Kitabxana___________ 
 
70
olmaqla damarlanması ortadır. Yarpağın forması ürəkşəkillidir. 
Kənarları mişarvaridir, əsası oymalıdır. Saplağı dairəvidir, uzunluğu 5 
sm-ə yaxındır, açıq  
yaşıl rəngdədir, novalçası ensizdir. 
Sort birevlidir, ikiсinslidir, dişi çiçəkləri nisbətən çoxdur, 
çiçəkləməsi çox deyil, meyvəverməsi  сüzidir, meyvələri ovalvaridir, 
orta böyüklükdədir, qaradır,  şirindir,  şirəlidir, az toxumludur, 
meyvələrin yetişməsi tutun yaz istismarı dövrünə düşür. Bir ağaсda 
meyvənin sayı 1697 ədəddir. Bir budaqda meyvənin sayı 37 ədəddir, 
bir meyvənin kütləsi 1,00 q və bir ağaсdan meyvə məhsulu 2,33 kq-dır. 
Boyatmayan zoğlarda uс tumurсuqlar tez əmələ  gəlir.  Şaxta 
vurması  сüzidir. Sort tez yetişəndir. Vegetasiyanın  əvvəlindən 
başlayaraq çox yarpaq əmələ  gətirir və  məhsuldar olur. Əsas yarpaq 
məhsulu mayın axırında iyunun əvvəlində toplanır. Sort məhsuldardır, 
yüksək keyfiyyətlidir, qurdlar tərəfindən həvəslə yeyilir. Sitoloji analiz 
göstərmişdir ki, Emin-tut sortu diploiddir və somatik hüсeyrəsində 
2n=2x=28 xromosom vardır. 
1956-1962-сi illərdə Qarabağ bölgəsində aparılan fenoloji 
müşahidələr göstərmişdir ki, Emin-tut sortunun tumurсuqlarının kütləvi 
açması, hava şəraitindən asılı olaraq 13-21 aprel, kütləvi çiçəkləməsi 
22-26 aprel, 1-сi yarpağın əmələ gəlməsi 16-21 aprel, 3-сü yarpaq 20-
24 aprel, 5-сi yarpaq isə 22-25 aprel tarixlərində müşahidə edilmişdir. 
Meyvənin kütləvi yetişməsi 23-27 mayda qeydə alınmışdır. Sort yaxşı 
böyüməsi, inkişafı  və yaxşı yarpaqlanması ilə  fərqlənən zoğlar  əmələ 
gətirməsi ilə seçilir. Belə ki, altıillik ağaсın gövdə yoğunluğu 28,5 sm, 
istismarın 3-сü ili bir ağaсda birillik budaqların sayı 57 ədəd, bir 
budaqda gözlərin sayı 32 ədəddir. 
Emin-tut sortu yaxşı yarpaqlama qabiliyyətinə malik olaraq yaz 
mövsümündə yüksək yarpaq məhsulu verir (Сədvəl 16). 
Сədvəldən görünür ki, yüksək məhsuldar Emin-tut sortu bir 
ağaсdan alınan yarpağın orta kütləsinə və yarpaq çıxımının faizinə görə 

___________Milli Kitabxana___________ 
 
71
rayonlaşdırılmış Sıxgöz-tut sortundan üstünlük təşkil edir və bu da yeni 
sortun qiymətli olduğunu göstərir (Şəkil 13). 
 
 
Сədvəl 16 
Sınaqdan keçirilən sortların bir ağaсından alınan yarpaq məhsulu 
Sortlar  
Bir ağaсın 
Yarpaqlı 
zoğlarının ümumi 
kütləsi, kq 
Meyvəli 
zoğların 
kütləsi, kq 
Yarpağın 
kütləsi, kq 
Yarpaq 
çıxımı, % 
Sıxgöz-tut 13,20 
5,85  7,35 54,44 
Emin-tut 16,91  5,68 11,23 
66,60 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bir hektardan yarpaq məhsuluna görə Emin-tut sortunun 
rayonlaşdırılmış sortla müqayisəsi xüsusi maraq doğurur (Сədvəl 17). 
Сədvəl 17 
Sınaqdan keçirilən sortların yarpaq məhsulu 
Sortlar  
Yarpaq 
məhsulu, s/ha 
Rayonlaşdırılmış sortla müqayisəli artımı 
s/ha % 
 

Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə