“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
3
4| 2012
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
4
4 | 2012
REDAKSİYA HEYƏTİ
Baş redaktor: Emil NƏSİRLİ
Baş redaktorun birinci müavini: Fikrət NAĞIYEV
Baş redaktorun müavini: Cəmilə NƏSİRLİ
Məsul katib: Fəridə ZEYNALOVA
Dizayner: Əhməd ƏLİYEV
Rəssam: Kəbirə AXUNDOVA
Mətn yığımı: Şəbnəm ƏLİYEVA
“Azərbaycanım” Beynəlxalq Jurnalının kollektivi Jurnalın May, 2015 nömrəsinin
buraxılışının hazırlanması, tərtib olunması və nəşr edilməsi prosesində
göstərdikləri köməyə, verdikləri dəyərli məsləhətlərə görə
aşağıda adları qeyd olunan Fəxri Redaksiya Heyətinə -
Azərbaycanın ictimai-siyasi elitasına
minnətdarlığını bildirir:
REDAKSİYA HEYƏTİNİN FƏXRİ ÜZVLƏRİ
Fəttah HEYDƏROV, Xoşbəxt YUSİFZADƏ, Cəmil ƏLİYEV, Teymur BÜNYADOV, Nərgiz PAŞAYEVA,
Dilarə SEYİDZADƏ, Hacı Allahşükür PAŞAZADƏ, Kəmaləddin HEYDƏROV, Hacıbala ABUTALIBOV,
Südeyif İMAMVERDİYEV, Zərifə SALAHOVA, Səlim MÜSLÜMOV, Ziyafət ƏSGƏROV, Hadi RƏCƏBLİ,
Сəmil QULİYEV, Ziyad SƏMƏDZADƏ, Hüseynbala MİRƏLƏMOV, Eldar ŞAHBAZOV, Tahir SALAHOV,
İsmayıl HACIYEV, Əhliman ƏMİRASLANOV, Abel MƏHƏRRƏMOV, Səttar MÖHBALIYEV,
Ənvər SEYİDOV, Bağır ƏSƏDOV, Həsən ŞİRİNOV, Əhəd ABİYEV.
Jurnalın materialları
“Azərbaycanım” Beynəlxalq Jurnalı Redaksiyasının
Kompyuter mərkəzində yığılmış, tərtib edilmiş və səhifələnmişdir.
Rus dilinə tərcumə Baku Language School-un təsisçisi Emil İbadov tərəfindən həyata keçirilmişdir.
URL: http://www.azerbaijanim.com; http://www.planettv.az; E-mail: info@azerbaijanim.com
© “Azərbaycanım” Beynəlxalq Jurnalı Redaksiyası. May, 2015 Bakı, 56 səhifə
Jurnalın materialları müəlliflik hüququna əsaslanan qanunla qorunur.
Materiallardan istifadə yalnız yazılı razılıqdan sonra mümkün ola bilər.
Rəy və təkliflərinizi göndərə bilərsiniz: (+99450) 215 93 47
(+99455) 215 93 47
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
5
4| 2012
SİYASƏT
İlham Əliyev "İdman" ili ilə bağlı
Tədbirlər Planını təsdiqləyib
Gənclər və İdman Nazirliyi əlaqələndirici təşkilat müəyyən edilib.
Prezident
İlham
Əliyev
“Azərbaycan
Respublika-
sında 2012-ci ilin “İdman ili”
elan
edilməsi
ilə
bağlı
Tədbirlər Planı”nın təsdiq
edilməsi haqqında sərəncam
imzalayıb.
Simsar.az-ın
məlumatına
görə,
Tədbirlər
Planının
icrasının təşkilində əlaqələn-
dirici orqan Gənclər və İdman Nazirliyi müəyyən edilib.
Nazirlər Kabinetinə “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan
edilməsi
ilə
bağlı
Tədbirlər
Planı”nda
nəzərdə
tutulmuş
tədbirlərin
maliyyələşdirilməsini təmin etmək və sərəncamdan irəli gələn digər məsələlərin həlli
tapşırılıb.
Mərkəzi Bank və ABA Heydər Əliyevin 90 illiyi
ilə bağlı konfrans keçirmişdir
Aprelin 26-da Bakıda Four Seasons otelində Mərkəzi Bank və Azərbaycan Banklar
Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə
bağlı, onun Azərbaycanın müasir maliyyə sistemindəki roluna həsr edilmiş “Heydər
Əliyev və maliyyə-kredit sistemi: nailiyyətlər və çağırışlar” mövzusunda konfrans
keçirilmişdir.
Konfrans iştirakçıları, əvvəlcə, Fəxri xiyabanda ümummilli lider Heydər Əliyev və
akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmişlər.
Daha sonra Konfrans öz işinə başlamışdır. Four Seasons otelində keçirilən, bank
ictimaiyyətinin, dövlət və hökumət qurumlarının nümayəndələrinin iştirak etdiyi
tədbirdə, ilk olaraq, Mərkəzi Bank tərəfindən yubiley münasibəti ilə Böyük
Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında hazırlanmış 3 növdə qızıl xatirə
sikkələrinin təqdimatı keçirilmişdir.
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
6
4 | 2012
Konfransı giriş sözü ilə açan ABA-nın prezidenti Eldar İsmayılov tədbirin əhəmiyyətini
iştirakçıların diqqətinə çatdırmışdır. O, çıxışında təməli ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan və cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən
strategiya nəticəsində son illərdə ölkə iqtisadiyyatının yüksək templə inkişaf etdiyini,
islahatlar və modernləşdirmənin daha da sürətləndiyini, qeyri-neft sahələrinin rolunun
artdığını, ölkəmizin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini qeyd etmişdir.
Daha sonra çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məhz
Heydər Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində ölkədə ÜDM-in 10%-nə çatan
büdcə kəsrinin dəfələrlə azaldıldığını, inflyasiyanın 1994-cü ildəki 1887%-dən 1996-cı
ildə 6,8%-ə endirildiyini bildirmişdir. Mərkəzi Bankın rəhbəri bank-maliyyə
sektorunda sabitləşmə və uğurlu islahat tarixinin Heydər Əliyevin quruculuq
fəaliyyətində ən mühüm nailiyyətlərdən biri olduğunu vurğulamışdır.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxışında
Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın özünün inkişaf modelini seçdiyini
və bu zaman heç bir ölkənin keçdiyi yolu təkrar etmədən milli maraqlara cavab verən
inkişaf modelini reallaşdırdığını bəyan etmişdir.
Konfransda daha sonra çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun
(ARDNF) İçracı direktoru Şahmar Mövsümov, Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsinin
(QKDK)
sədri
Rüfət
Aslanlı
və
Azərbaycan
Sahibkarlar
Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev də ümummilli liderin əsasını
qoyduğu strategiya və müdrik iqtisadi siyasət nəticəsində ölkə iqisadiyyatının
əhəmiyyətli inkişafının təmin olunduğunu və dünya miqyasında hörmət olunan
səviyyəyə yüksəldiyini vurğulamışlar.
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
7
4| 2012
ŞƏXSİYYƏT
Heydər Əliyev - 90
Zamanı qabaqlayan şəxsiyyət
Xalqımızın qəlbində və dövlətimizin tarixində özünə əbədiyyət abidəsi ucaltmış ümummilli
liderimiz Heydər Əliyevin fəaliyyətinin hər mərhələsi Azərbaycanın yüksəliş mərhələləri ilə üst-
üstə düşür. Tarixi gerçəklik ondan ibarətdir ki, Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən
etibarən milli müstəqillik duyğularının reallaşmasına çalışan ulu öndər Heydər Əliyev
xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin
zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün əlindən gələni əsirgəməmişdir.
Dahi şəxsiyyət öz parlaq zəkası və
istedadı sayəsində yeni Azər-
baycanı, onun bugünkü gerçək-
liklərini yaratmış və gələcəyə
aparan
yolları
müəyyənləş-
dirmişdir. Məhz buna görə də
Azərbaycan
tarixinin
1969-cu
ildən sonrakı dövrü tariximizə
Heydər Əliyev dövrü kimi həkk
olunmuşdur.
Azərbaycanın
müstəqil
dövlət
quruculuğuna aparan yolu əslində
1969-cu ildən - məhz ümummilli
liderimizin hakimiyyətə gəlişin-
dən sonra başlamışdır. Əslində
azərbaycançılığın ən parlaq səhi-
fələri də elə həmin illərdən
etibarən yazılmışdır. Bu baxımdan
Heydər
Əliyevin
respublika
rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın
başlanğıcı kimi qəbul edilir.
Ulu öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın
milli özünüifadəsinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli
şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil
etmişdir. Bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub,
müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.
Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə respublikanın rəhbəri kimi
milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması,
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
8
4 | 2012
müstəqil dövlətçilik ideyala-
rının gerçəkləşdirilməsi üçün
əsaslı zəmin yaratmışdır. Sərt
sovet rejiminin qadağalarına
baxmayaraq cəsarətlə Azərbay-
canda milli ruhun sıxışdı-
rılmasına nəinki yol verməmiş,
əksinə,
onu
yüksəltmək
yolunda bütün imkanlardan
maksimum dərəcədə istifadə
etməyi bacarmışdır. Azərbay-
canlı gənclərin keçmiş sovetlər
ittifaqının nüfuzlu ali məktəb-
lərində
təhsillərini
davam
etdirməsi, elmi və kadr poten-
sialının yüksəldilməsi, milli
zabit kadrlarının hazırlanması
üçün
Cəmşid
Naxçıvanski
adına hərbi məktəbin fəaliyyətə
başlaması gələcəyə tuşlanan
uzaqgörən addımlardan idi.
Ümummilli lider respublikaya
birinci
rəhbərliyi
dövründə
Azərbaycan dilinə dövlət dili
statusu
qazandırmağa
nail
olmuş, dövr baxımından sözün
əsl mənasında qəhrəmanlığa bərabər addım atılaraq 1978-ci il Konstitusiyasında
Azərbaycan dilinin dövlət dili statusu təsbit edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi
dövrdə ölkə iqtisadiyyatı da intensiv və ekstensiv inkişaf etmişdir. 1969-1982-ci illərdə
respublikada yüzlərlə yeni müəssisə, istehsalat sexləri tikilmiş, neftayırma
müəssisələri tamamilə yenidən qurulmuş, iri elektron, elektrotexnika, radiotexnika,
cihazqayırma sənayesi zavodları və s. inşa olunmuşdur. 70-ci illərdən başlayaraq
iqtisadi potensialın yaratdığı bu yüksəliş Azərbaycanı özünün iqtisadi inkişafının
növbəti mərhələsi kimi tarixən zəruri olan azadlıq mübarizəsinə də daxilən
hazırlamışdır. 80-cı illərin sonu, 90-cı illərin əvvəllərində müstəqillik hərəkatının geniş
vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq
tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması
sayəsində mümkün olmuşdur.
Azərbaycanın faktiki olaraq bir dövlət kimi qurulması, bu dövlətin fəaliyyəti üçün
zəruri əsasların formalaşdırılması dövrünün məhz Heydər Əliyevin ölkəyə birinci
rəhbərliyi illərinə təsadüf etməsi danılmaz gerçəklikdir.
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
9
4| 2012
Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir
xalqı məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət
verməyi bacaran hər bir insan dərk edir ki, ulu öndər o dövrdə qardaş qırğınının,
vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən
çəkinməyərək nail oldu.
1993-cü ilin ortalarında Azərbaycan bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz- üzə
qalmışdı. Xalqın təkidli tələblərinə cavab olaraq yenidən hakimiyyətə qayıdan
müdrik rəhbərimiz Heydər Əliyev dahi uzaqgörənliyi ilə çox ciddi ictimai-siyasi
problemlərlə, vətəndaş müharibəsi, düşmən təcavüzü ilə üzləşmiş Azərbaycanın
parçalanmasının, müstəqilliyinin itirilməsinin qarşısını aldı. Dözülməz həddə çatmış
anarxiya aradan qaldırıldı, ictimai-siyasi sabitlik qısa zaman ərzində təmin edildi.
Xarici ölkələrlə pozulmuş münasibətləri qaydaya salan, Azərbaycanı sülh, sabitlik,
milli-dini tolerantlıq məkanına, fərqli mədəniyyətlərin dialoq meydanına çevirən ulu
öndər ölkəmizin demokratik inkişaf yolunu müəyyənləşdirmiş, Azərbaycan dövlətinin
siyasi platformasını, iqtisadi əsaslarını, mənəvi və əxlaqi konsepsiyalarını yaratmışdır.
Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini
təmin edən mükəmməl bir dövlətçilik ideologiyası formalaşdırmışdır.
Ulu öndər həm də Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən
ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı
beynəlxalq iqtisadi sazişlər imzalamaqla ölkəmizin iqtisadiyyatını yüksəliş yoluna
çıxarmağa nail olmuşdur. Bakıda 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
10
4 | 2012
imzalanması, bir sıra digər müqavilə və layihələrin gerçəkləşdirilməsi Heydər Əliyev
tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını
təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Görkəmli dövlət başçısı Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı
qarşısında danılmaz xidmətləri qat-qat çoxdur. O, bütün siyasi fəaliyyəti dövründə
azərbaycanlıların
monolit
birliyinin
yaranmasına,
qırılmaz
həmrəyliyinin
formalaşmasına, müstəqil Azərbaycan dövləti ətrafında sıx birləşməsinə və vahid bir
milli ideya ətrafında toplaşmasına nail olmaq yolunda yorulmadan səy göstərirdi. Həm
də talelərinə dünyanın müxtəlif ölkələrində yaşamaq qisməti düşmüş soydaşlarımızın
belə bir mənəvi birliyə daha çox ehtiyacları vardı. Dünya azərbaycanlılarının
ölkəmizin milli mənafeləri ətrafında bir araya gətirilməsi, azərbaycançılıq
ideologiyasının milli birliyin ən aparıcı amilinə çevrilməsi Heydər Əliyevin
Azərbaycanımıza verdiyi minlərlə töhfələrindən biridir.
Yenidən hakimiyyətə qayıdışı ilə yeni dövrün tələblərinə uyğun, yalnız hüququn
aliliyinə əsaslanaraq idarəetmə sistemini formalaşdıran mudrik rəhbərimizin qısa
müddət ərzində dahi uzaqgörənliklə yaratdığı mükəmməl idarəetmə sistemi
Azərbaycanın bir dövlət olaraq iqtisadi və siyasi cəhətdən möhkəmlənməsinə,
dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevrilməsinə səbəb olmuşdur.
Azərbaycanda siyasi hakimiyyətin Heydər Əliyevin yaratdığı dövlətçilik təməli
üzərində inkişaf etdirilməsi, möhkəmləndirilməsi zərurəti üzərində düşünərkən
təsdiqini tapmış belə bir həqiqəti dərk edirik ki, Heydər Əliyevin siyasi
uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hamıdan yaxşı davam
etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin
inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini - İlham Əliyevi
yetişdirməsi olmuşdur.
Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda
Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu
hədəflərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq
mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının
təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Dövlətimizin başçısı respublikanın
sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə prosesini bir-birindən
ayırmadan hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin mühüm şərti hesab edir.
Prezident İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, hər hansı ölkənin inkişafı
heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun
aliliyinin qorunmasından, vətəndaş cəmiyyətinin inkişafından asılıdır. Azərbaycanın
bugünkü dinamik iqtisadi inkişafı isə deməyə əsas verir ki, respublikamız yaxın
gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəkdir.
Xalqımızın müdrik oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin də arzuladığı,
uğrunda fədakarlıqla çalışdığı məqsədlərdən biri də məhz bu idi.
Emil NƏSİRLİ,
Baş redaktor
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
11
4| 2012
Azərbaycan Respublikasının 2012-ci il dövlət
büdcəsinin layihəsi Milli Məclisin komitələrinin
birgə iclasında müzakirə olunmuşdur
Milli Məclisin iqtisadi siyasət, təhlükəsizlik və müdafiə, aqrar siyasət, təbii ehtiyatlar,
energetika və ekologiya komitələrinin noyabrın 16-də keçirilmiş birgə iclasında 2012-ci
il dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə olunmuşdur.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizin sosial-iqtisadi inkişafı
barədə danışmışdır. Bildirilmişdir ki, bu gün ölkəmiz kifayət qədər maliyyə
imkanlarına malikdir. Növbəti ilin büdcə layihəsi də bu imkanlara, həmçinin “Büdcə
sistemi haqqında” qanunvericiliyə, ölkənin əsas makroiqtisadi proqnoz göstəricilərinə,
mövcud sosial-iqtisadi vəziyyətə əsaslanmaqla tərtib olunmuşdur.
Sonra maliyyə naziri Samir Şərifov çıxış etmişdir. Nazir demişdir ki, 2012-ci il dövlət və
icmal büdcələrinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər Konstitusiyaya
uyğun olaraq Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim
olunmuşdur.
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
12
4 | 2012
Gələn ilin əsas maliyyə sənədinin layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq
olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi
vəziyyəti və ortamüddətli inkişafına təsir göstərən daxili və xarici amillər, o cümlədən
2011-ci ilin ötən doqquz ayı ərzində Azərbaycan iqtisadiyyatının inkişafının əsas
meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilmişdir.
2012-ci il üçün dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən Prezident İlham
Əliyevin Azərbaycan dövlətinin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet
vəzifələrə uyğun surətdə iqtisadi və sosial islahatlara dəstək olmaqla, əhalinin sosial
müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi, enerji,
ərzaq, ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların sosial-iqtisadi
inkişafına və digər dövlət əhəmiyyətli məsələlərə dair qəbul olunmuş məqsədli dövlət
proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilmiş və müvafiq həcmlərdə
vəsait nəzərdə tutulmuşdur.
Gələn ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 37,8 faizi həcmində,
mütləq ifadədə isə 16436,4 milyon manat və yaxud 2011-ci ilin proqnozuna nisbətən 5,7
faiz (882,2 milyon manat) çox nəzərdə tutulmuşdur.
Gəlirlərin 12035,0 milyon manatı və ya 73,2 faizi neft, 4401,4 milyon manatı və ya 26,8
faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcəkdir. Dövlət büdcəsinin
gəlirlərinin hesablanmasında 1 barrel xam neftin satış qiyməti 80 ABŞ dolları
səviyyəsində qəbul edilmişdir.
Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5310,0 milyon manat daxilolma nəzərdə
tutulmuşdur ki, bunun da 3180,0 milyon manatı və ya 59,9 faizi qeyri-neft sektorunun,
2130,0 milyon manatı və ya 40,1 faizi neft sektorunun payına düşür. Vergilər Nazirliyi
üzrə daxilolmalar 2011-ci ilin proqnozu ilə müqayisədə 2,9 faiz və ya 150,0 milyon
manat çoxdur.
Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1200,0 milyon manat gəlir
proqnozu nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 60,0 milyon manat və ya
5,3 faiz çoxdur.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği 9905,0 milyon manat
proqnozlaşdırılmışdır.
Növbəti il dövlət büdcəsinin xərcləri ÜDM-in 39,1 faiz həcmində nəzərdə tutulmuşdur
ki, bu da 2011-ci illə müqayisədə 1,5 faiz çoxdur.
Kəsirin maliyyələşmə mənbələri və Dövlət Neft Fondundan ayrılan 9905,0 milyon
manat transfert nəzərə alınmaqla 2012-ci il dövlət büdcəsinin xərcləri 16984,4 milyon
manat proqnozlaşdırılmışdır. Bu da cari ilə nisbətən 1043,2 milyon manat və ya 6,5 faiz
çoxdur.
Funksional istiqamətlər üzrə bu ilə nisbətən 2012-ci il dövlət büdcəsi xərclərində iqti-
sadi fəaliyyət xərcləri 56,3 faiz, nəqliyyat və rabitə xərcləri 24,9 faiz, təhsil xərcləri 12,6
faiz, sosial müdafiə və sosial təminat xərcləri 10,5 faiz, elm xərcləri 7 faiz, səhiyyə
xərcləri 5,7 faiz artımla proqnozlaşdırılmışdır.
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
13
4| 2012
Ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, maddi-
texniki bazasının möhkəmləndirilməsi üçün müdafiə xərclərinə ümumi xərclərin 14,8
faizi həcmində vəsait ayrılacaq ki, bu da 2011-ci ilə nisbətən 1,9 faiz çoxdur.
Respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin
gücləndirilməsi üçün 2011-ci ildə əmək haqlarının, pensiyaların, bir sıra müavinət və
təqaüdlərin artımının təminatı, cari ilin sonuna gözlənilən artımın tətbiqi hesabına
2012-ci ilin dövlət büdcəsində 800 milyon manat vəsait nəzərdə tutulmuşdur.
İlk dəfə olaraq növbəti ilin büdcəsində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”
dövlət proqramının icrası üçün 20 milyon manat vəsait ayrılacaqdır.
Nazir bildirmişdir ki, ümumilikdə dövlət büdcəsi xərclərinin 51,8 faizi və ya 8794,1 mi-
lyon manatı cari xərclərə, 46,1 faizi və ya 7827,9 milyon manatı əsaslı xərclərə, 2,1 faizi
və ya 362,4 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir.
Maliyyə naziri onu da bildirmişdir ki, 2012-ci il icmal büdcəsinin gəlirləri 18220,3 mi-
lyon manat olmaqla 2011-ci ilə nisbətən 1762,2 milyon manat və ya 8,8 faiz, xərcləri
20026,4 milyon olmaqla 2011-ci ilə nisbətən 1411,7 milyon manat və ya 7,6 faiz çox
nəzərdə tutulmuşdur.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri
2454,3 milyon manat proqnozlaşdırılır ki, bu da 2011-ci illə müqayisədə 288,8 milyon
manat və ya 13,3 faiz çoxdur.
Dövlət Neft Fondunun büdcəsinin xərcləri 10482,5 milyon manat olmaqla 2011-ci illə
müqayisədə 630,1 milyon manat və ya 6,4 faiz çoxdur.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir
və xərcləri bərabər olaraq 305,2 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2011-ci
ilə nisbətən 9,9 milyon manat və ya 3,4 faiz çoxdur.
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
14
4 | 2012
2012-ci ilin icmal büdcəsinin kəsiri 1806,1 milyon manat, Dövlət Neft Fondunun
gəlirləri nəzərə alınmadan isə icmal büdcənin kəsiri 12503,1 milyon manat və ya
nəzərdə tutulan ümumi daxili məhsulun 28,8 faizi həcmində olacaqdır.
İclasda 2012-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Hesablama Palatasının da rəyi
dinlənilmişdir. Palatanın sədri Heydər Əsədov bildirmişdir ki, 2012-ci il büdcə layihəsi
ilə bağlı müxtəlif aspektlərə və parametrlərə uyğun əhatəli təhlillər aparılmışdır.
Növbəti ilin büdcə layihəsinin də əsas ideologiyası ölkənin iqtisadi strategiyasının, pri-
oritet hədəflərin maliyyə təminatını yaratmaqdır. Gələn ilin dövlət büdcə gəlirlərinin
5,7 faiz, xərclərinin 6,5 faiz artması və bunun ümumi iqtisadi artımı üstələməsi deməyə
əsas verir ki, gələn ilin büdcəsi nəinki hədəflərin maliyyə təminatını yaradacaq, eləcə
də iqtisadi inkişafa dəstək verəcəkdir.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Milli Məclis sədrinin müa-
vini Valeh Ələsgərov, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, vergilər naziri-
nin müavini Natiq Əmirov, qiymətli kağızlar üzrə dövlət komitəsinin sədri Rüfət
Aslanlı və deputatlar çıxışlarında müxtəlif sahələrdə artan büdcə proqnozlarından
danışmışlar. 2012-ci ilin büdcə proqnozlarının həm də Azərbaycanın ümumilikdə
gələcək inkişafı üçün hesablanmasını doğru hal kimi xarakterizə etmişlər.
İclasa yekun vuran Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirmişdir
ki, növbəti illərdə də büdcə vəsaitlərinin artması əhalinin rifah halının daha da
yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcəkdir.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasında baxılmağa tövsiyə
olunmuşdur.
Iqtisadiyyat şöbəsi
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
15
4| 2012
Alman zabitini diz çökdürən
Azərbaycan qızı
Züleyxa Həbib qızı Seyidməmmədova 1919-cu il martın 22-də Bakıda anadan
olmuşdur. O, milli tariximizə ilk azərbaycanlı hərbi təyyarəçi qadın kimi düşmüşdür.
1934-cü ildə orta məktəbi bitirmiş, 1934-38-ci illərdə Azərbaycan Sənaye İnstitutunda
təhsil almışdır. Bakı aeroklubunda təyyarəçilik ixtisasına yiyələnmiş (1935),
Azərbaycan Sənaye İnstitutunu (1936), Moskvada N.Y. Jukovski adına Hərbi Hava
Akademiyasını (1941) bitirmişdir. İkinci Dünya müharibəsində qırıcı təyyarəçi və
qadınlardan ibarət 586-cı Qırıcı Aviasiya Alayının komandir müavini olmuş, öz qırıcı
təyyarəsi ilə Moskva, Stalinqrad, Kursk səmalarında, habelə Volqa sahillərindən Vya-
naya qədər 500 dəfədən çox döyüş uçuşu etmişdir. 1946-52-ci illərdə məsul komso-
mol və partiya vəzifələrində, 1951-1952-ci illərdə Azərbycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin aparatında rəhbər vəzifədə çalışmışdır. 1952-75-ci illərdə
Azərbaycan SSR ictimai təminat naziri, Azərbaycan SSR Ali Sovetinin (2,6 və 8-ci
çağırış) deputatı olmuşdur. “Lenin”, 2-ci dərəcəli “Vətən müharibəsi”, 2 Qırmızı Əmək
Bayrağı və 2 “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir.
“İsmət”dən təsirlənən qızın dönüş nöqtəsi
Balaca qızcığaz uşaq marağı ilə buludların oynadığı səmaya baxardı. Özü də
Şüvəlandakı bağlarında. Meyvə ağaclarının başına çıxaraq səmada uçan təyyarələrə
heyrətlə tamaşa edərdi. Sonralar isə xatirələrində (“Təyyarəçinin qeydləri”) səmaya
olan istəyini, ucalığa can atmasının səbəbini belə izah edirdi: “Mən yüksəkliyi sevir-
dim. Hər yay ailəmizlə birgə şəhərdən kənarda—Şüvəlan kəndindəki bağımıza
köçürdük. Burada əncir və tut ağacları vardı. Mən onların ən yüksəyini seçər, başına
dırmaşardım. Evlərin düz damlarına, bağlara, üzümlüklərə, sahili bəyaz ləpədöyən
olan dənizə yuxarıdan baxmaq xoşuma gəlirdi...”
Məktəb illərində Bakı təyyarə meydanına ekskursiya zamanı onun səmaya olan ecaz-
kar sevdası qətiləşir. Ailədə Züleyxanın təyyarəçi olmaq istədiyini biləndə anası etiraz
edir. Lakin qızının fikrinin qəti olduğunu görəndə: “Nə danışırsan, Züleyxa, məgər
təyyarə sürmək qız işidir?! Bunu heç xəyalına da gətirmə!”-deyir. Lakin ekrana çıxan
“İsmət” filmi onun arzusunu daha da alovlandırır.
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
16
4 | 2012
Azərbaycanın ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr edilmiş film gənc
qızın qəlbindəki əlçatmaz arzularını oyadır, hər dəfə səmaya baxarkən özünü göyün
yeddinci qatında, sükan arxasında təsəvvür edir. İllər sonra o günlər yada düşəcək,
adını ilk hərbi qadın təyyarəçi kimi Azərbaycan hərb tarixinə yazdıran xanım (Nazim
Rza İsrafiloğlunun rejissoru olduğu “Göylər sonsuz bir dənizdir:Züleyxa” filmində)
danışacaqdı: “ 1932-ci ildə məktəbdə oxuyarkən tez-tez kinoya gedirdim. “İsmət” fil-
mini izlədim. Azərbaycanın ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr edilmiş
bu film, açığı, məndə çox böyük təəssürat oyatdı. Biz məktəblilər Bakının Zabrat aero-
drumuna ekskursiyaya getmişdik. Mən ilk dəfə orada Leyla xanımı gördüm. O, bizə
yaxınlaşdı. Təyyarəçi geyimində idi. Onunla görüş qəlbimizdə o qədər təsir
buraxmışdı ki, mən ona baxıb: – Leyla xanım, mən də sizin kimi təyyarəçi olacağam –
dedim. O, gülərək məni qucaqladı. Dedi ki, eşitmışəm, sən idmançısan. Çox yaxşı uçar-
san.”
1934-cü ildə orta məktəbi bitirən Züleyxa təhsilini Azərbaycan Sənaye İnstitutunun
mədən fakültəsində davam etdirir. Birinci kursda oxuyan gənc qız institutun nəzdində
Bakı aeroklubunun filialının açılmasını sevinclə qarşılayır və klubun təyyarəçilik kur-
suna daxil olur. Tezliklə yaşıdları arasında fərqlənməyi bacarır və Azərbaycan qızları
arasında paraşütdən tullanmaq üzrə yarışda birinci yeri tutur. 1935-ci ilin avqus-
tunda Moskvada uçuş tullanışında iştirak edən Züleyxa paraşütçülərin I Ümumittifaq
toplantısına qatılır. Tuşino aerodromunda qrup halında tullanmaq üzrə Zaqafqaziya
komandasında birinci yeri tutur. Təyyarədən paraşütlə 50 dəfə tullandığına görə isə
onu paraşüt idmanı üzrə təlimatçı vəzifəsinə təyin edirlər.
“Əlvida, arzularım...”
O, özünə əmin idi ki, Jukovski adına Hərbi Akademiyanın müdavimi olacaq. Çünki
təcrübəsi, istəyi və bir də bu sənətə sevgisi vardı. Bu illər ərzində 700 saata qədər
uçmuş, müxtəlif yarışlarda qalib gəlmiş, təlimatçı kimi yüksək səviyyədə xidmət
etmişdi. Təlimatçılıq etdiyi 3 il müddətində 75 təyyarəçi, 80 paraşütçü hazırlamışdı.
Lakin institutdan aldığı çox qısa cavab onun xəyallarını bir anlıq parçaladı: “Hərbi
Hava Akademiyasının komandanlığı sizə məlumat verir ki, şturman fakültəsinə
qadınlar qəbul edilmir.” Ancaq bu gözlənilməz rədd cavabı sonradan müharibə
başlayınca öz qüvvəsini itirəcək, Züleyxa xanım kimi təcrübəli və cəsarətli qadınları
hərbi komandanlıq özü əl-əl axtaracaqdı. Hələ ki, qadınların təyyarəçi olmasına “eh-
tiyac” duyulmurdu. Heç bir qadağa və maneə onu yolundan döndərə bilməzdi. Çünki
xaraktercə inamlı, güclü olan bu gənc qız indidən özünü peşəkar təyyarəçi kimi
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
17
4| 2012
görürdü. Qəhrəmanım xatirələrində yazır: “Özümü itirmiş halda quruyub qalmışdım.
Daha hər şey bitdi? Əlvida, mənim arzularım...Yox, öz arzularımdan belə asanlıqla əl
çəkə bilməzdim. Azərbaycan komsomolunun Mərkəzi Komitəsinə yollandım. Oradan
mənə dedilər: Fikir eləmə, Züleyxa, çalışarıq ki, sənə əlimizdən gələn köməkliyi
edək...” Uzun yazışmalardan sonra, nəhayət ki, o, akademiyanın şturman fakültəsinə
qəbul olundu. Akademiyanın şturman fakultəsində yeganə qadın olan Züleyxa
təhsilini bitirdikdən sonra təlim təyyarə alayında qırıcı təyyarənin şturmanı təyin edi-
lir. Müharibənin ilk günündən onların alayı, hərbi qaydaya uyğun olaraq, Moskvanın
müdafiəsinə göndərilir.
Qadın hərbi aviaalayları: “gecə cadugərləri”
SSRİ Hərbi Komandanlığı təyyarəçi qadınlardan ibarət hərbi alaylar təşkil edilməsinə
qərar verdi. Lakin istənilən sayda qadın təyyarəçini tapmaq çətin idi. Marina
Roskovanın təşəbbüsü ilə Züleyxa da bu işdə fəallıq göstərir. O, akademiyanı
bitirdikdən sonra orada saxlandı, qırıcı aviasiya alayında eskadrilya şturmanı
vəzifəsinə qəbul edildi. Gərgin əmək və axtarışdan sonra müxtəlif təyinatlı hərbi
hissələr yaradıldı: 586-cı alay qırıcı, 587-ci alay bombardımançı, 588-ci alay isə gecə
bombardımançı alayları idi. Onları “gecə cadugərləri” adlandırırdılar. O dövr üçün
müasir və sürətli “YAK” təyyarələrinin alaya gətirilməsi ilə döyüşçü qızlar bu
təyyarədə uçmağı öyrənirdi.
Züleyxanı görən polkovnik niyə üzünü gizlətdi?
Stalinqrad səmasında döyüşərkən təyyarəsini vurub yerə saldığı və sonradan əsir
alınan faşist polkovniki Züleyxanı oğlan zənn etmişdi. Bir qız tərəfindən təyyarəsinin
vurulmasını isə heç cür qəbul edib qüruruna sığışdıra bilmirdi. Bəli, onun utanaraq ,
üzünü gizlətməsinə səbəb olan gənc bir Azərbaycan qızı idi. “Bir dəfə bizə xəbər
verdilər ki, Stalininqrada faşist kəşfiyyat təyyarələri gəlir. Bunu eşidən kımi, Stalin-
qrad səmasında Marusya Kuznetsova ilə yuxarı qalxdıq. Adətən, mən onunla uçur-
dum. Bir faşist təyyarəçisinə rast gəldik və dərhal onu vurduq. Əvvəl mən hücuma
keçirdim. Marusya isə məni arxadan mühafizə edirdi. Təyyarəni vurandan sonra Sta-
linqrad aerodromuna düşdük. Çünki benzinimiz çatmazdı ki, öz aerodromumuza
qayıdaq. Komandir əmr etdi ki, komanda məntəqəsinə gəlim. İçəri otağa keçəndə bir
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
18
4 | 2012
nəfərin üzünü gizlədərək oturduğunu gördüm. Həmin zabit alman ordusunun pol-
kovniki idi. Növbətçidən soruşdum ki, bu kimdir? Mənə cavab verdilər ki, bu zabiti siz
vurmusunuz. Tərcüməçi ona müraciət edərək alman dilində ”Baxın, görün sizin
təyyarəni kim vurub?"-deyə bildirdi. Mən şlemofonu çıxarmışdım. Alman zabit məni
görən kimi sərt görkəm aldı, rəngi dəyişdi. “Ola bilməz. Mən as bir alayın
komandiriyəm. Ola bilməz ki, məni bir qız vursun.”-deyərək üzünü çevirdi."
O, qadın təyyarəçilər alayının tərkibində Rumıniyaya qədər irəliləyir, hava
hücumlarında şəxsi igidliklər göstərir. Bütün bu şücaətinə görə sonralar II dərəcəli
“Vəntən müharibəsi” ordeni ilə təltif olunur. Böyük Vətən müharibəsinin son
dövründə qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya alayının komandir müa-
vini kimi döyüşən Züleyxa müharibədən qəhrəman aviasiya kapitanı kimi Vətənə –
doğma Bakıya dönür.
Bu gün zəngin təcrübə və tarixə malik Azərbaycan Aviasiya Akademiyasının, eləcə də
Hərbi Akademiyanın neçə-neçə məzunu səmada şahintək uçurlar. Bu gün də Züleyxa
kimi cəsur qadınların örnək olan qaynar ömür yolu neçə-neçə Azərbaycan qızlarını
əlçatmaz xəyallara qanadlandırır.
Əfsanə BAYRAMQIZI
NİKBİN İNSANIN MÜDRİKLİK YAŞI
XX əsr əvvəlki dövrlərdən bir çox fundamental cəhətlərinə görə, o cümlədən sənayenin
inkişafının müqayisəedilməz dərəcədə yüksək olması ilə fərqlənir. Məhz XX əsrdə
sənaye çoxsahəli, mürəkkəb struktura malik qlobal sfera kimi formalaşmış, bu və digər
ölkənin iqtisadi qüdrətinin gücünü müəyyən edən ən əsas faktorlardan birinə
çevrilmişdir.
İqtisad elmi də bu qlobal, dünyəvi prosesdən kənarda qalmamış, dinamik inkişafda
olan sənayenin iqtisadi problemlərinin tədqiqinə xüsusi diqqət yetirmişdir.
Azərbaycanda hələ XIX əsrin ortalarından başlayaraq sənayenin inkişafı istiqamətində
atılan addımlar XX əsrin əvvəllərində Bakının dünyanın neft mərkəzinə çevrilməsi bu
diyarda sənayenin perspektiv inkişafından xəbər verirdi. Ona görə sənayenin iqtisadi
problemlərinin tədqiqi və tədrisi istiqamətində konkret fəaliyyət göstərmək, yanacaq-
energetika kompleksi, maşınqayırma, yüngül, yeyinti və s. sənaye sahələrində iqtisadi
məsələlərlə bilavasitə məşğul olan mütəxəssislərin, xüsusilə milli kadrların
hazırlanması obyektiv zərurət idi.
Qeyd edilməlidir ki, bir çox çətinliklərə baxmayaraq, respublikamız bu vəzifənin
öhdəsindən uğurla gəldi. Sənaye, onun ayrı-ayrı sahələrinin iqtisadiyyatı üzrə ali
təhsilli iqtisadçı mütəxəssislərin hazırlanması, sənaye kompleksinin iqtisadi
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
19
4| 2012
problemlərinin elmi tədqiqinin genişləndirilməsi üçün kafedralar, laboratoriyalar,
şöbələr yaradıldı. Məhz bu kimi mühüm tədbirlərin, düşünülmüş siyasətin nəticəsidir
iqtisad elminin mühüm bir sahəsi-sənaye iqtisadiyyatı üzrə elmi məktəb formalaşdı.
Sənaye iqtisadiyyatının aktual problemləri ali məktəb və elmi tədqiqat institutlarının
elmi fəaliyyətində mühüm yer tutdu. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, respub-
likada iqtisadçı kadrların hazırlanmasında və iqtisad elminin inkişafında xüsusi
xidməti olan Azərbaycan Dövlət İqtisad İnstitutunun "Sənaye iqtisadiyyatı"
kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Telman Hüseynov bu məktəbin,
bu elmi istiqamətin ən layiqli nümayəndələrindən biridir.
Telman Əlihüseyn oğlu Hüseynov 1934-cü ilin dekabr ayının 28-də Cəbrayıl rayonu-
nun Quycaq kəndində anadan olmuş, 1951-ci ildə həmin rayonda orta məktəbi
bitirmişdir.
Telman Hüseynov əvvəlcə "Neft və qaz texnologiyası" ixtisası üzrə Bakı Neft
Texnologiyası Texnikumunu bitirmiş, 1955-ci ildə isə K.Marks adına Azərbaycan Xalq
Təsərrüfatı İnstitutuna daxil olmuş, 1959-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət
Universitetinin Sənayenin iqtisadiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
O, institutda təhsil aldığı illərdə elmi-tədqiqat işinə meyl göstərmiş, üçüncü kursda
oxuyarkən "Azərbaycan sənayesinin inkişafı" mövzusunda institutun professor-
müəllim heyəti qarşısında elmi məruzə etmişdir. Elmi axtarışlar sahəsində
müvəffəqiyyətlərinə görə o, 1958-ci ildə institut tələbə elmi cəmiyyətinin sədri
seçilmişdir.
Telman Hüseynov institutu bitirdikdən sonra əvvəlcə Bakı fəhləsi zavodunda
normallaşdırıcı, 1960-cı ildən 1962-ci ilə qədər isə keçmiş Sovetlər İttifaqında böyük
nüfuza malik olan Azərbaycan Elmi-Tədqiqat Neft-Maşınqayırma İnstitutunun Texni-
ki-iqtisadi tədqiqat şöbəsində baş iqtisadçı vəzifəsində işləmişdir.
Bu dövrdə respublikanın sənayesində keyfiyyət dəyişikliklərinə böyük ehtiyac var idi.
SSRİ kimi nəhəng bir ölkənin iqtisadiyyatında xüsusi rol oynayan Azərbaycan neft-
maşıqayırma sənayesinin iqtisadi problemlərinin tədqiqi çox aktual bir məsələ kimi
qarşıda dururdu. Gənc mütəxəssis Telman Hüseynov Azərbaycanın böyük zadəgan
nəslindən olan Bağır Ələkbər oğlu Dadaşovun rəhbərliyi altında (görkəmli iqtisadçı
alim Həsən Dadaşovun qardaşı) Azərbaycan Elmi-Tədqiqat Neft-Maşınqayırma
İnstitutunda sahənin iqtisadi məsələlərinə dair tədqiqatlar aparırdı.
Gənc mütəxəssis bu dövrdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat
İnstitutunun aspiranturasına daxil oldu. Həmin vaxtda Elmlər Akademiyasının
İqtisadiyyat İnstitutunda çox maraqlı elmi işlər aparılırdı. Yüksək ziyalılığı, böyük
həyat təcrübəsi ilə fərqlənən Hüseyn Hüseynov, Əhməd Mahmudov, Mədət Allahver-
diyev gənclərə xüsusi qayğı göstərirdilər. Bizim hamımız bu kimi ağsaqqalların gənc
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
20
4 | 2012
tədqiqatçılara olan səmimi münasibətinin əyani şahidi olmuşuq. 1967-ci ildə
"Neftmaşınqayırma sənayesinin əsas fondları və onlardan istifadənin yaxşılaşdırılması
yolları" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
Onu da qeyd edim ki, bu illərdə iqtisadçılar arasında istehsalın səmərəliliyi, əsas isteh-
sal fondlarından istifadə məsələsi ən aktual və az tədqiq edilmiş problemlərdən
sayılırdı. Neft-maşınqayırma sənayesinin iqtisadi aspektlərinin incəliklərinə ətraflı
bələd olan Telman Hüseynov namizədlik dissertasiyasında konkret faktlara
əsaslanaraq istehsal fondlarından istifadənin yaxşılaşması ilə bağlı elmi və əməli
əhəmiyyət kəsb edən nəticələr əldə etdi, ona görə də Elmi şura onların neft-
maşınqayırma müəssisələrində tətbiqinin zəruriliyini məqsədəuyğun saydı...
Namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra Telman Hüsey-
nov bir müddət həmin institutda kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş
müəllim vəzifəsində işləməyə başlamış T.Hüseynov 1968-ci ildə Azərbaycanda ilk dəfə
həmin institutda yaradılmış "Maddi-texniki təchizatın iqtisadiyyatı" kafedrasına müdir
vəzifəsinə seçilmiş və bu kafedrada 23 il fəaliyyət göstərmişdir. Onun kafedra müdiri
olduğu dövrdə kafedranın əməkdaşlarından 3 elmlər doktoru, 15-ə qədər elmlər
namizədi və təchizat üzrə yüksək ixtisaslı yüzlərlə iqtisadçı mütəxəssis hazırlanmışdır.
Qətiyyətlə qeyd etmək olar ki, Telman Hüseynov sənayenin iqtisadiyyatı sahəsində ən
yüksək professionallığı ilə fərqlənən iqtisadçı alimlərdəndir. Maşınqayırmanın respub-
lika sənayesinin strukturunun təkmilləşdirilməsində, sosial-iqtisadi dirçəlişində rolunu
çox düzgün və obyektiv qiymətləndirən Telman Hüseynov bu sahənin səmərəlilik
problemlərini sistemli və kompleks şəkildə tədqiq edən ilk iqtisadçı alimlərdəndir.
Telman Hüseynovun doktorluq dissertasiyasında respublikanın maşınqayırma
sənayesinin inkişaf imkanları, bu sahəyə kapital qoyuluşu, onun səmərəliliyi məsələləri
araşdırılır. Əsas fondlardan istifadənin iqtisadi inkişafa təsiri, sənayedə səmərəlilik
probleminin metodoloji əsasları, göstəricilər sistemi,
iqtisadi səmərəliliyin
yüksəldilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Telman Hüseynovun doktorluq
dissertasiyası SSRİ-nin görkəmli iqtisadçı alimləri tərəfindən yüksək qiymətləndirildi.
SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona iqtisad elmləri doktoru alimlik
dərəcəsi, bir müddətdən sonra isə professor elmi adı verildi. Onun zəngin iqtisadi, sta-
tistik materiallara, sistemli təhlilə əsaslanaraq istehsal potensialından effektli istifadə
olunması istiqamətlərini özündə əks etdirən monoqrafiyası elmi ictimaiyyət və
mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Telman Hüseynov respublika
sənayesinin konkret materialları, iqtisadi prosesləri sanballı təhlil edərək sübut edirdi
ki, istehsalın səmərəliliyini artırmaq üçün təsərrüfat mexanizmi təkmilləşdirilməli, iqti-
sadi mexanizmlərdən, həvəsləndirmə metodlarından geniş istifadə olunmalı, sənaye
yeni prinsiplər əsasında idarə olunmalıdır.
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
21
4| 2012
Professor Telman Hüseynovun yaradıcılıq fəaliyyətinin 40 ili ali məktəbdə
müəllimliklə bağlıdır. Onun ali iqtisad məktəbində təhsil sisteminin təkmilləşməsinə
sərf etdiyi əməyi də xüsusi qeyd etmək istərdim. 1986-cı ildə qara qüvvələrin bilavasitə
köməyi ilə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu N.Voznesenski
adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun filialına çevrildi. Bu, həqiqətən, nəinki
iqtisadçılar, bütünlükdə respublikamız üçün çox ağır bir hadisə idi. Telman Hüseynov
bir müddət bu filialın direktorunun tədris işləri üzrə müavini təyin edilir. Elmin,
təhsilin təəssübkeşləri, ziyalılarımız, hamı çalışırdı ki, respublikamızın mənafeləri
baxımından Xalq Təsərrüfatı İnstitutu yenidən bərpa olunsun. 1991-ci ilin aprel
ayından filialın sağlam kollektivinin gərgin əməyi sayəsində institutun statusu geri
qaytarıldı. Bu işdə, tədris işləri üzrə direktor müavini kimi, professor Telman Hüsey-
novun zəhmətini də qiymətləndirməmək olmaz. Leninqradın Bakı filialının
Azərbaycan Dövlət İqtisad İnstitutuna çevrilməsindən sonra professor Telman müəllim
əvvəlcə tədris işləri üzrə prorektor, bir qədər sonra isə birinci prorektor vəzifəsinə təyin
edilmişdir. Professor T. Hüseynov institutda tədris prosesinin maddi-texniki bazasının
möhkəmləndirilməsi, tədris-metodiki təminatın təkmilləşdirilməsi, iqtisadçı kadrların
hazırlığının yaxşılaşdırılması ilə bağlı tədbirlərin hazırlığı və həyata keçirilməsində fəal
iştirak etməlidir.
Telman müəllim sabiq SSRİ-nin bir çox şəhərlərində - Moskva, Leninqrad Kiyev, Tbili-
si, Almatı və s.-də keçirilən elmi simpozium və konfranslarda Azərbaycan iqtisad el-
mini layiqincə təmsil etmişdir.
Professor Telman Hüseynov 1977-1987-ci illərdə nəşr olunmuş ilk "Azərbaycan
Ensiklopediyası"nda sənaye iqtisadiyyatı ilə bağlı materialların hazırlanmasında da
fəal iştirak etmişdir. Alim-pedaqoq uzun illər Azərbaycan Dövlət Maddi-Texniki
Təchizat Komitəsinin kollegiyasının, Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunun,
Azərbaycan Dövlət İqtisad İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Kənd
Təsərrüfatının İqtisadiyyatı İnstitutunun namizədlik və doktorluq dissertasiyalarının
müdafiəsi üzrə daimi və birdəfəlik elmi şuralarının üzvü, Azərbaycan Dövlət İqtisad
İnstitutunun Tədris Metodiki Şurasının sədri olmuşdur.
Hazırda respublika iqtisadçıları Azərbaycan Dövlət İqtisad İnstitutunda "Sənaye
iqtisadiyyatı" kafedrasına rəhbərlik edən professor Telman müəllimi sənaye
iqtisadiyyatının incəliklərinə bələd olan, onu yüksək professionallıqla tədqiq edən
alim-pedaqoq kimi tanıyırlar. O, bu gün müstəqil Azərbaycanda yeni iqtisadi sistemin
qurulmasını, iqtisadi sahədə uğurları yüksək qiymətləndirir. O, əsl vətəndaş-alim,
vətəndaş ziyalıdır. Alim yaxşı bilir ki, respublikanın iqtisadi tərəqqisi əhəmiyyətli
dərəcədə sənayenin inkişafından, onun modernləşməsindən, ilk növbədə, milli dövlət
mənafeləri baxımından yenidən qurulmasından asılıdır.
“AZƏRBAYCANIM” Beynəlxalq Jurnal
22
4 | 2012
Buna görə də Telman Hüseynov sənaye iqtisadiyyatı fənninin tədrisinin yaxşılaşması,
müvafiq dərs vəsaiti və dərsliklərin hazırlanması məsələsinə xüsusi qayğı və
məsuliyyətlə yanaşır.
İqtisad elmi və təhsil sahəsində xidmətlərinə görə professor T.Hüseynov "Azərbaycan
Respublikasının Əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür.
İqtisad elmləri doktoru, professor T.Hüseynov 130 elmi məqalənin, o cümlədən 4
monoqrafiyanın, dərslik və çoxsaylı dərs vəsaitlərinin, broşürlərin müəllifidir.
Respublikanın iqtisadçı alimləri ona müdrik, ağsaqqal, lakin prinsipial, xeyirxah bir
alim-pedaqoq kimi xüsusi hörmət bəsləyirlər. Hələ gənclik illərində onunla saatlarla
olan elmi mübahisələrimiz, futbol, şahmat, musiqi barədə söhbətlərimiz, həyata həmişə
nikbin baxışlarla baxan bu gözəl insanın duzlu, məzəli danışıqları, lətifələri heç vaxt
yaddan çıxmayan anlardır. Biz görkəmli iqtisadçı-alim, professional pedaqoq, gözəl
insan və yaxşı dost Telman Hüseynova möhkəm cansağlığı, uzun ömür, iqtisad elmi-
nin inkişafında və tədrisində yeni-yeni uğurlar arzulayırıq.
Dostları ilə paylaş: |