Azərbaycanda yoxsulluq səVİYYƏSİ



Yüklə 192,68 Kb.
tarix02.01.2022
ölçüsü192,68 Kb.
#35456
AZƏRBAYCANDA YOXSULLUQ SƏVİYYƏSİ Ruslan


AZƏRBAYCANDA YOXSULLUQ SƏVİYYƏSİ

Azərbaycanda yoxsulluq səviyyəsi dedikdə ümumi gəlirin insanların maddi ehtiyaclarını ödəyə bilməməsi, əhalinin ümumi gəlirinin 60%-dən aşağı olması nəzərdə tutulur. Azərbaycanda yoxsulluğun səviyyəsinin faizinə baxdıqda qeyd edə bilərik ki, 2018-ci ilin yekununda Azərbaycanda yoxsulluğun səviyyəsi 5,1% təşkil edib. Bu barədə Nazirlər Kabinetinin ötən ilki fəaliyyəti ilə bağlı hesabatında qeyd olunub ki, 2017-ci illə müqayisədə 0,3 faiz bəndi azdir.

Lakin buna baxmayaraq Azərbaycanda rəsmi göstərilən yoxsulluq səviyyəsi reallığa uyğun olmadığını qeyd edənlər də var. Məsələn bununla bağlı internetdən əldə olunan məlumatlara görə iqtisadçı Natiq Cəfərli rəsmi elan olunan statistikaya münasibət bildirib: Bu göstərici bir çox inkişaf etmiş Avropa ölkələrində daha yüksəkdir: Latviyada-27, Ruminyada-24, Almaniyada-16 və.s, ABŞ-da isə 20%-dən çox olduğunu qeyd edib.

N.Cəfərliye görə Azərbaycanda rəsmi götürülən yoxsulluq səviyyəsi reallığa uyğun deyil və bunun çox sadə səbəbi var. Onun fikrincə, Azərbaycanın istinad etdiyi yoxsulluq həddi indikatorları köhnədir, real deyil, orada yoxsulluq səviyyəsi çox aşağı göstəricilərlə hesablanır. Onun fikrincə, Almaniyada aylıq gəliri 950 avrodan az olanlar kasıb sayılırlar yəni təqribən 1700 manatdan aşağı gəliri olan yoxsul kimi qeydə alınır, bizdə isə camaat 1700 manat maaş almaq üçün loru dilde desək day day axtarır. Yəni bizdə hökümət rəqəmlərlə rəqs edərək yoxsul insanların ümumi əhaliyə nisbətən sayını Amerikadan, Almaniyadan az çıxardır.

Eyni zamanda keçmiş illərə baxdiqda qeyd edə bilərik ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7 2004-cü ildə 40,2 , 2005-ci ildə 29,3 , 2006-cı ildə 20,8 olmuşdur, bu göstəricilərlə bağlı qənaətə gəlmək olar ki hər il ölkədə yoxsulluğun səviyyəsi aşağı düşmüşdür hal-hazırkı vəziyətimizə ən yaxın 2014, 2015-ci ildə 5%, 2016-cı ildə 0,9% qalxaraq 5,9% olmuşdur. Lakin 2020-ci ildə dünyanın demək olarkı hər yerində meydana gələn Corona virus səbeəbi ilə ölkədə işsizlik səviyyəsi yenidən yüksəlmişdir. 2020-ci il yoxsulluq səviyyəsi açıqlanmasada yoxsulluq statistikasının qalxması müşahidə olunur. Eyni zamanda Azərbaycanda yoxsulluqun qarşısını almaq üçün müəyyən tədbirlər həyata keçirilir. Əhalinin ümumilikdə yoxsul təbəqəsi dəmək olarki işsizlər əmək qabiliyyətini itirmiş insanlar qocalar,ahıllar,alkoqolizmlər və.s

Bununla bağlı ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətini əmək qanunvericiliyinin təkmilləşdirilməsi, əhalinin əmək hüquqlarının qorunması, işçi qüvvəsinin sosial, maddi-mənəvi və başqa həyati tələbatlarının təmin edilməsi, məşğulluq, əmək və ölkə vətəndaşlarının sosial müdafiəsi ilə bağlı səmərəli tədbirlərin reallaşdırılması təşkil edir. Eyni zamanda ölkədə yoxsulluq səviyyəsinin azaldılması üçün dövlət tərəfindən verilən ünvanlı sosial yardım, sosial siğorta, əlilliklə bağlı verilən təqaüdləri də qeyd etmək lazımdır. Ünvanlı sosial yardim əmək qabiliyyətini itirmiş şəxslərə verilən sosial yardımdır. Yoxsulluq səviyyəsinin aşağı düsməsi ilə bağlı görülən tədbirlərdən biri də Konsitutsiyada əmək hüququ müəyyən edilmiş, meşğulluğun tənzimlənməsi barədə qərarlar qəbul edilmiş, işlə təmin olunmayan əhalinin qeydiyyatina başlanmışdır. Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqametini əmək qanunvericiliyinin təkmilləşdirilməsi, əhalinin əmək hüquqlarının qorunması, məşğulluq əmək və ölkə vətəndaşlarının sosial müdafiəsi ilə bağlı səmərəli tədbirlərin reallaşdırılması təşkil edir.





YOXSULLUĞUN AZALMA DİNAMİKASI


Yüklə 192,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə