Azərbaycanda Tərəvəz Bitkilərini Yoluxduran Qarışıq Virus İnfeksiyaları Haqqında İlk Məlumat: Onların Yayılması və Diaqnostikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
tarix04.07.2017
ölçüsü0,99 Mb.

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №1, səh. 5-10 (2015)

 



Azərbaycanda Tərəvəz Bitkilərini Yoluxduran Qarışıq Virus İnfeksiyaları 

Haqqında İlk Məlumat: Onların Yayılması və Diaqnostikası 

 

I.M.  Hüseynova, N.F.  Sultanova, S.T.  Mirzəyeva,  Ə.Ç. Məmmədov,  C.Ə. Əliyev 

 

AMEA Botanika İnstitutu, Badamdar şossesi, 40, Bakı AZ1073, Azərbaycan; 

E-mail: i_guseinova@mail.ru 

 

Seroloji test-sistemlərin köməyi ilə  tərəvəz bitkilərini yoluxduran virus xəstəliklərinin diaqnostikası 

həyata keçirilmişdir. Aparılan tədqiqatlar nəticəsində Azərbaycanda ilk dəfə olaraq, tomat bitkisində 

(Solanum  lycopersicum L.) TMV + ToMV və TMV + ToMV + TSWV, bibərdə  (Pepper longum L.)  

TMV + ToMV + PMMoV + TSWV və yemişdə (Cucurbita melo L.) SqMV + ZYMV tərkibdə qarışıq 

virus infeksiyaları aşkar olunmuşdur. 

 

Açar sözlər: Tərəvəz bitkiləri, qarışıq virus infeksiyaları, seroloji analiz 



 

 

GİRİŞ  

 

Dünyanın müxtəlif ölkələrində bitkilərdə ya-

yılmış virus xəstəlikləri 50-60%, bəzən isə 90%-ə 

qədər məhsul itkisinə səbəb olur. Bitkilərin qarışıq 

virus infeksiyaları təbiətdə rast gəlinən və ayrı-ayrı 

yoluxdurucu patogenlər arasında mövcud qarşılıqlı 

təsir nəticəsində yaranan mühüm virus xəstəlik-

ləridir. Son illərə  qədər aparılan virusoloji tədqi-

qatlarda, ənənəvi olaraq əsas diqqət  ayrı-ayrı virus 

növlərinin xüsusiyyətlərinə verilmiş, sahib orqa-

nizmlərdə virus-virus yaxud virusla mikroorqa-

nizmlərin qarşılıqlı  əlaqəsinə çox az diqqət 

yetirilmişdir (Amaku, 2010). Qeyd etmək lazımdır 

ki, bitki və heyvan orqanizmlərində (insan da daxil 

olmaqla) virus infeksiyalarına dair ədəbiyyat 

məlumatlarının analizi göstərir ki, təbiətdə rast 

gəlinən virus infeksiyaları ilə yanaşı (Chakraborty, 

2008), tipik parazitlər tərəfindən törədilən qarışıq 

formalara da təsadüf edilir (Chatzivassiliou, 2008).  

Eyni sahibdə infeksiya törədən bitki virusları 

adətən həm sinergetik, həm də antoqonist əlaqədə 

ola bilirlər (DaPalma, 2010). Sinergetik qarşılıqlı 

əlaqə  hər iki tərəfdə  və ya tərəflərdən birində 

“asanlaşdırıcı effekt” verir və virusun sahib bitkidə 

replikasiya prosesini asanlaşdırır. Virus başqa bir 

virusun vektoru vasiləsilə ötürülməsini asanlaşdıran 

zaman müxtəlif sinergetik vəziyyətlər üzə çıxır. Bu 

fenomen təbii olaraq, bəzi kompleks viruslarda 

aşkar olunur və “köməkçi asılılıq” adlandırılır 

(Elena, 2011). Əksinə olaraq, antoqonist tipli 

qarşılıqlı əlaqədə yalnız bir virus fayda görür, onun 

iştirakı  və  fəaliyyətində yararlılıq ikinci virusdan 

aşağı olur. Bundan əlavə, sinergetik və antoqonist 

tipli virus-virus qarşılıqlı əlaqələrində çox və ya az 

dərəcədə proqnozlaşdırıla bilən bioloji və epidemi-

oloji asılılıqların yaranması, uyğun olaraq, bitki-

lərdə də baş verir (Folimonova, 2008).  

Qarışıq virus infeksiyaları adətən iki yerə 

ayrılır: ko-infeksiya və super-infeksiya (Garcia-

Cano, 2006). Ko-infeksiyalarda qısa zaman interva-

lında eyni zamanda iki və daha çox virus sahib 

orqanizmi yoluxdurur. Super-infeksiyalarda isə 

müxtəlif virusların sahib orqanizmi yoluxdurması 

fərqli vaxtlarda baş verir.  

Təbii  şəraitdə virusla yoluxma zamanı sahib 

orqanizmdə infeksiya müxtəlif simptomlarla və 

yoluxmadan sonra müxtəlif zaman intervalları 

ərzində özünü büruzə verə bilər. Epidemiyanın 

erkən dövrlərində sahib orqanizmin yoluxma üçün 

yüksək imkanlarının olmasına baxmayaraq, viroloji 

sıxlıq hələ ki, aşağı olur, belə hallarda, adətən sahib 

orqanizm bir virusla yoluxur. Lakin epidemiya 

geniş yayılmağa başladıqda sahib orqanizmlər daha 

çox infeksiyaların təsirinə  məruz qalır və popul-

yasiyada virusların sıxlığı artır. Virusla yoluxmanın 

ilkin mərhələsində yeni viroloji infeksiyaların sahib 

orqanizmi yoluxdurmaq imkanı  aşağı olur və 

qarışıq virus infeksiyalarının yoluxdurma imkanları 

zaman keçdikcə artır. Lakin müxtəlifliyindən asılı 

olmayaraq, yoluxma zamanı viroloji infeksiyalar 

arasında qarşılıqlı  əlaqə zamanı virus resurslarının 

məhdud miqdarından asılı olaraq, əsas virus cuzi 

üstünlüyə malik olur (Kareem, 2007). İki homoloji 

virus sahib bitki hüceyrələrinə daxil olduğu zaman 

gözlənilən müxtəlif vəziyyətlər yarana bilər. Belə 

hallarda  ətraf mühit (sahib hüceyrələrin meta-

bolizmi) hər iki virusun inkişafı üçün əlverişli şərait 

yaradır, onların sonrakı taleyi yaradacaqları qar-

şılıqlı əlaqədən çox asılı olur (Garnsey, 2010).  

Qarışıq infeksiyalar sahib orqanizmdə virus-

virus qarşılıqlı  əlaqələrinin geniş müxtəlifliyinə 

əsaslanır. Bəzi hallarda viroloji populyasiyanın 

genetik xüsusiyyətlərində  fərqlər meydana gələ 

bilir. Viruslar arasında mövcud qarşılıqlı əlaqələrin 

öyrənilməsi onların patogenezinin və  təkamülünün 

aydınlaşdırılmasında (Gonzales-Jara, 2004),  nəti-



Azərbaycanda Tərəvəz Bitkilərini Yoluxduran 

cədə  xəstəliyin stabil idarə olunması strategiya-



larının inkişafında mühim rol oynayır (Gutierrez, 

2010). Son vaxtlar qarışıq infeksiyalar haqqqında 

məlumatlar artmaqdadır (Hanssen, 2010). Bu sahə-

də geniş tədqiqatların aparılması  xəstəlik üzərində 

kompleks səmərəli və davamlı  nəzarətin təşkil 

olunmasında və idarə edilməsində faydalı ola bilər.  

 

 

MATERİAL VƏ METODLAR 

 

Virus xəstəliklərinin aşkar olunması  məqsədilə 

Azərbaycanın müxtəlif bölgələrində (Gəncə, Samux, 

Abşeron) yerləşən  əsas tərəvəz sahələrində 

fitopatoloji monitorinqlər aparılmış  və xarakterik 

simptomlara malik xəstə bitki nümunələri (tomat, 

bibər, yemiş, badımcan) toplanmışdır (Şəkil 1). 

Toplanmış müxtəlif tərəvəz  bitkiləri qısa müddət 

ərzində eyni vaxtda çoxlu sayda  nümunəni analiz 

etməyə imkan verən spesifik test-zolaqlardan istifadə 

etməklə müasir diaqnostik metod olan

 

seroloji test-



sistemin köməyi ilə yoxlanılmışdır. Məlumdur ki, 

bitki xəstəliklərinin diaqnostika metodları yalnız 

böyük miqdarda bitki materialını  qısa müddət 

ərzində  və asanlıqla analiz etməyə imkan yarandığı 

halda, aparılan fitopatoloji tədqiqatların yüksək 

effektivliyinə nail olmaq olar. Bu baxımdan, qeyd 

etmək lazımdır ki, müasir seroloji diaqnostika 

metodları olan İmmunoferment analiz (İFA) və 

spesifik immunostriplər (test-zolaqlar) yüksək 

həssaslığı  və spesifikliyi nəticəsində bitki virus-

larının laborator diaqnostikasını tez bir zamanda 

həyata keçirməyə imkan yaradaraq seroloji 

metodların tətbiq sahələrini radikal şəkildə artırır və 

vizual diaqnostikanı dəqiq şəkildə tamamlayır. Məhz 

buna görə də toplanmış bitki materialının analizi və 

xəstəliyin diaqnostikası üçün ilk növbədə 

immunoxromatoqrafik test əsasında innovativ sürətli 

metod AgriStrip TMV, ToMV, CMV, PMMoV, 

TSWV, MNSV, SqMV, ZYMV (Bioreba AG, İsveç 

və Agdia İnc., ABŞ) tətbiq edilmiş  və daha sonra 

İFA test-sistemi (DAS-ELİSA)  ilə yoxlanılmışdır 

(Clarck, 1977). Bunun üçün yarpaq nümunələrindən 

protokola uyğun olaraq müvafiq buferlərdən istifadə 

etməklə ekstraktlar alınmış, hər bir virus üçün 

spesifik immunostriplər ilə yoxlanılmış və İFA üçün 

hazırlanmış planşet üzərində 

əvvəlcədən 

yerləşdirilmiş müvafiq spesifik anticisimlərə (IgG) 

görə analiz edilmişdir. Planşet üzərində gedən 

fermentativ reaksiya ilk növbədə rəngin dəyişməsinə 

görə vizual olaraq qiymətləndirilmişdir. Pozitiv 

nəticə göstərən bitki nümunələrində virusun qatılığı 

optik sıxlığa  əsasən spektrofotometrik (Stat Fax 

Microplate, Awareness Technology, ABŞ) təyin 

edilmişdir.  

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Viruslar submikroskopik ölçüyə malik obliqat 



parazitlər olaraq, bitkinin metobalizminə  mənfi 

təsir göstərir və bir sıra  əsas fizioloji proseslərin 

pozulmasına səbəb olur. Nəticədə bitkinin məhsul-

darlığı ilə yanaşı, toxum və məhsulun keyfiyyəti də 

aşağı düşür (Malik, 2010). Bu zaman xəstə bitkilər 

sağlam bitkilərə nisbətən digər patogenlər – göbə-

ləklər və bakteriyalarla daha tez yoluxur. Bitkilərin 

zərərverici organizmlərdən kompleks müdafiəsi 

ekoloji cəhətdən təmiz stabil məhsulun alınması və 

yüksək keyfiyyətin  əldə olunmasının  əsas  şərtidir. 

Viruslar tərəfindən törədilən xəstəliklərə nəzarət bu 

patogenlərin ilk növbədə diaqnostikasını, növ 

səviyyəsində identifikasiyasını, sahib bitkilərin və 

həşərat vektorlarının müəyyən edilməsini tələb edir.  

Azərbaycanda ilk dəfə olaraq, Abşeron 

yarımadasından toplanmış virus xəstəliyinin xarak-

terik simptomlara malik 52 müxtəlif tərəvəz  bitkisi 

spesifik immunostriplərdən (test-zolaqlardan) və 

hər bir virus üçün ELİSA kitlərdən istifadə etməklə 

analiz edilmişdir (cədvəl 1). Nəticədə 2 bibər nü-

munəsində (Piper longum L.) kukumoviruslara aid 

Cucumber mosaic virus (CMV), 4 bibər nümunə-

sində tobamoviruslara aid olan Pepper mild mottle 



virus (PMMoV) və 2 bibər  nümunəsində 4 virus 

qarışığı - tobamoviruslara aid  3 virus - Tomato 



mosaic virus (TMV), Tobacco mosaic virus 

(ToMV),  Pepper mild mottle virus (PMMoV) və 

tospoviruslara aid Tomato spotted wilt virus 

(TSWV) qarışıq  şəkildə  aşkar edilmişdir. Eyni 

zamanda, 6 pomidor (Solanum lycopеrsicum L.) 

nümunəsində tobamoviruslara aid  2 virus (TMV, 

ToMV) qarışıq  şəkildə, 4 nümunədə tospovirus 

TSWV, 2 nümunədə kukumovirus CMV və  4 

pomidor nümunəsində 3 qarışıq infeksiya (TMV, 

ToMV və TSWV) aşkar edilmişdir. 2 yemiş 

(Cucumis melo L.) bitkisində karmoviruslara aid 

Melon necrotic spot virus (MNSV), 3 yemiş 

nümunəsində potiviruslara aid Zucchini Yellow 



Mosaic Virus (ZYMV), 3 yemiş nümunəsində 

komovirislara aid olan Squash mosaic virus 

(SqMV) və 1 nümunədə SqMV + ZYMV qarışıq 

şəkildə viruslar aşkar edilmişdir (Şəkil 2). 

Şəkil 3-də tomat, bibər və yemiş bitkilərində 

aşkar olunmuş qarışıq virus infeksiyalarının təbii 

yayılma dərəcələri (%-lə) göstərilmişdir.  Şəkildən 

göründüyü kimi, ən böyük göstərici tomat bitkisində 

olmuşdur. Tomat bitkisi üçün qarışıq virus infeksiya-

sının təbii yayılma faizi 63 % təşkil etmişdir. Pozitiv 

nəticə göstərən, yəni virusla yoluxmuş 16 pomidor 

nümunəsinin 10-da 2-li və 3-lü qarışıq virus infeksi-

yaları  aşkar olunmuşdur. Tomat bitkisindən fərqli 

olaraq, bibər və yemiş bitkilərində qarışıq virus in-  



Hüseynova və b. 

 



 

 

 



 

Şəkil 1. Virusla yoluxmuş A, B - tomat (Solanum  lycopersicum L.), C -  bibər (Pepper longum L.) və D - yemiş 

(Cucurbita melo L.) bitkilərində yarpaqların burulması, xırdalanması, saralması və müxtəlif dərəcəli  

mozaikaların əmələ gəlməsi kimi xarakterik simptomların müşahidə edilməsi. 

 

 



 

 

 



Şəkil 2. Xarakterik xəstəlik əlamətlərinə malik müxtəlif Solanum  lycopersicum L., Piper longum L., C. melo L.   

bitki nümunələrində qarışıq virus infeksiyalarının spesifik immunostriplərlə diaqnostikası. 

   

A

 



B

 

C



 

D

 



Azərbaycanda Tərəvəz Bitkilərini Yoluxduran 



Bibər



25%

Yemiş

11%

Tomat

63%

Bibər

Tomat

Yemiş

 

Şəkil 3. Abşeron rayonunda tomat, bibər və yemiş 

bitkilərində aşkar olunmuş qarışıq virus infeksiyalarının 

yayılması (%-lə). 

 

feksiyalarının yayılması, uyğun olaraq, 25% və 11% 



təşkil etmişdir. Son illərin tədqiqat işlərinə istinad 

edərək demək olar ki, ikiqat virus infeksiyaları 14 

gün  ərzində  tək virus infeksiyalarına nisbətən, 

olduqca müxtəlif simptomlar yaradırlar (Nakazano-

Nagaoka, 2009; Mascia, 2010; Mendez-Lozano

2003). ZYMV + PRSV-W və ZYMV + CGMMV 

kimi kompleks virus infeksiyaları zamanı  xəstə 

bitkidə kəskin mozaika, damar genişlənməsi, damar 

tutulması  və yarpaq deformasiyası kimi əlamətlər 

müşahidə edilir. CMV + PRSL-W və ya CMV + 

WMV-2  qarışıq virus infeksiyaları zamanı  əsasən 

müxtəlif dərəcəli mozaikalar və damar genişlən-

mələri əmələ gəlir (PRSV - Papaya Ringspot Virus

CGMMV - Cucumber Green Mottle Mosaic Virus

WMV- Watermelon mosaic virus). Üçqat və dördqat 

virus infeksiyaları üçün deformasiya olunmuş 

yarpaqlar və virus komplekslərinin induksiya etdiyi 

müəyyən xəstəlik simptomlarının bütün halları 

xarakterikdir. CMV+PRSV-W+WMV-2 üçqat virus 

xəstəliyi zamanı yarpaq büzüşməsi və damar 

genişlənməsi, ZYMV+PRSV-W+WMV-2 və 

PRSV-W + WMV-2 + ZYMV +CGMMV kompleks 

virus infeksiyaları zamanı  xəstə bitkidə yarpaqların 

kəskin büzüşməsi, səthinin köpüklənməsi,  yüksək 

dərəcədə mozaika müşahidə edilir.  

Müxtəlif kompleks şəklində virus infeksi-

yalarının  bəzi kombinasiyaları (ZYMV+ PRSV-W, 

və ya ZYMV + CGMMV) yoluxmadan 28-35 gün 

sonra bitki ölümünü induksiya edir. Qeyd etmək 

lazımdır ki, belə hallarda sinergetik qarşılıqlı 

əlaqələr nadir hallarda müşahidə olunur. 

 

Cədvəl 1. Virus xəstəliklərinin xarakterik əlamətlərinə malik tərəvəz bitkilərinin seroloji analizlərinin (İmmunostrip və 

Immunoferment analiz) nəticələri.

  

№ Bitki 

nümunələri RNT-tərkibli viruslar 

Nəticələr 

İmmunostrip 

İFA 

1. Bibər 1  

CMV 





2. Bibər 2 

CMV 


3. Bibər 3 



PMMoV 



4. Bibər 4 

PMMoV 


5. Bibər 5 



PMMoV 



6. Bibər 6  

PMMoV 


7. Bibər 7 



TMV + ToMV + PMMoV + TSWV 



8. Bibər 8 

TMV + ToMV + PMMoV + TSWV 



9. 



Tomat 1 

TMV + ToMV 



10. 



Tomat 2 

TMV + ToMV 



11. 



Tomat 3 

TMV + ToMV 



12. 



Tomat 4 

TMV + ToMV 



13. 



Tomat 5 

TMV + ToMV 



14. 



Tomat 6 

TMV + ToMV 



15. Tomat 



TSWV 


16. Tomat 



TSWV 


17. Tomat 



TSWV 


18. Tomat 



10 

TSWV 


19. 



Tomat 11 

CMV  


20. 



Tomat 12 

CMV  


21. 



Tomat 13 

TMV + ToMV + TSWV 



22. 



Tomat 14 

TMV + ToMV + TSWV 



23. 



Tomat 15 

TMV + ToMV + TSWV 



24. 



Tomat 16 

TMV + ToMV + TSWV 



25. Yemiş 1 



MNSV 



26. Yemiş 2 

MNSV 


27. Yemiş 3 



ZYMV 



28. Yemiş 4 

ZYMV 


29. Yemiş 5 



ZYMV 



30. Yemiş 6 

SqMV 


31. Yemiş 7 



SqMV 



32. Yemiş 8 

SqMV 


33. Yemiş 9 



SqMV + ZYMV 



Hüseynova və b. 

 



CMV + CGMMV ikiqat virus infeksiyaları isə 

əsasən sarı mozaikanı induksiya edir. CMV + 

PRSL-W və ya CMV + WMV-2  qarışıq virus 

infeksiyaları zamanı  əsasən müxtəlif dərəcəli 

mozaikalar və damar genişlənmələri əmələ gəlir. 

Yoluxmanın 28-ci günü CMV+PRSV-

W+WMV-2 və ZYMV+CMV+PRSV-W+WMV-2 

üçqat və dördqat virus infeksiyaları bitikinin 

məhvinə səbəb olur. Viruslar arasında antaqonistik 

effektlər CMV və ya WMV-2 daxil olan kombi-

nasiyalarda yoluxmanın 14, 21, 28, 35 günlərində 

yaranır (Folminova, 2008). 

Son dövrlərdə virusologiya elmində prioritet 

istiqamət hesab edilən müxtəlif patogenlər ilə sahib 

bitki arasındakı mürəkkəb qarşılıqlı  əlaqələrin öy-

rənilməsi baxımından qarışıq infeksiyaların aşkar-

lanması  və onların bitkilərdə  əmələ  gətirdikləri 

xəstəlik simptomlarının öyrənilməsi, müxtəlif virus 

növləri arasında mövcud filogenetik əlaqələrin 

araşdırılması olduqca böyük əhəmiyyətə malikdir.

  

 

 



MİNNƏTDARLIQ 

 

Təqdim olunan iş BMT-nın Regionlararası Ci-

nayət və Hüquq Tədqiqatları  İnstitutunun 

(UNICRI) Cənubi Qafqaz və  Mərkəzi Asiya ölkə-

lərində  biotəhlükəsizlik və biomüdafə imkanlarının 

gücləndirilməsi“ proqramı  çərçivəsində “Azərbay-

cana idxal olunan kənd təsərrüfatı bitkilərinin, 

toxumların müxtəlif xəstəliklərinin və GMO məh-

sulların molekulyar diaqnostikası“ qrant layihəsinin 

maddi dəstəyi hesabına yerinə yetirilmişdir. 

 

 

ƏDƏBİYYAT 

 

Amaku M., Burattini M.N., Coutinho F.A.B., 

Massad E. (2010) Modeling the competition 

between viruses in a complex plant–pathogen 

system. Phytopathology, 100: 1042–1047. 

Chakraborty S., Vanitharani R., Chattopadhyay 

B., Fauquet C.M. (2008) Supervirulent pseudo-

recombination and asymmetric synergism between 

genomic components of two distinct species of 

begomovirus associated with severe tomato leaf 

curl disease in India. J. Gen. Virol., 89: 818–828. 

Chatzivassiliou E.K., Moschos E., Gazi S., 

Koutretsis P., Tsoukaki M. (2008) Infection of 

potato crops and seeds with Potato virus Y and 



Potato leafroll virus in Greece. J. Plant Pathol., 

90: 253–261. 

Clark M.F., Adams A.N. (1977) Characteristics of 

the microplate method of enzyme-linked immune-

sorbent assay for the detection of plant viruses. J. 

Gen. Virol., 34: 475-483 



DaPalma T., Doonan B.P., Trager N.M., 

Kasman L.M. (2010) A systematic approach to 

virus–virus interactions. Virus Res., 149: 1–9. 

Dordrecht: Springer. 

Elena S.F., Bedhomme S., Carrasco P., Cuevas 

J.M., de la Iglesia F., Lafforgue G., Lalic´  J,. 

Pròsper À., Tromas N., Zwart M.P. (2011) The 

evolutionary genetics of emerging plant RNA 

viruses.  Mol. Plant–Microbe Interact., 24: 287–

293. 


Folimonova S.Y., Robertson C.J., Shilts T., Foli-

monov A.S., Hilf M.E., Freitas D.M.S., 

Rezende J.A.M. (2008) Protection between 

strains of Papayaringspot virus-type W in 

zucchini squash involves competition for viral 

replication sites. Sci. Agric. (Piracicaba, Braz), 



65: 183–189. 

García-Cano E., Resende R.O., Fernández-Mu-

ñoz R., Moriones E. (2006) Synergistic inter-

action between Tomato chlorosis virus and Toma-



to spotted wilt virus results in breakdown of resis-

tance in tomato. Phytopathology, 96: 1263–1269. 



Garnsey S.M., Dawson W.O. (2010) Infection 

with strains of Citrus tristeza virus does not 

exclude superinfection by other strains of the 

virus. J. Virol., 84: 1314–1325. 



 González-Jara P., Tenllado F., Martínez-García 

B., Atencio F.A., Barajas D., Vargas M., Díaz-

Ruiz J., Díaz-Ruiz J.R. (2004) Host-dependent 

differences during synergistic infection by Potyvi-



ruses with potato virus X. Mol. Plant Pathol., 5: 

29–35. 


Gutiérrez S., Yvon M., Thébaud G., Monsion B., 

Michalakis Y., Blanc S. (2010) Dynamics of the 

multiplicity of cellular infection in a plant virus. 



PLOS Pathog., 6(9):1-10. 

Hanssen I.M., Gutiérrez-Aguirre I., Paeleman, 

A., Goen K., Wittemans L., Lievens B., 

Vanachter A.C.R.C., Ravnikar M., Thomma 

B.P.H.J. (2010) Cross-protection or enhanced 

symptom display in greenhouse tomato co-

infected with different Pepino mosaic virus 

isolates. Plant Pathol., 59: 13–21. 



Kareem K.T., Taiwo M.A. (2007) Interactions of 

viruses in cowpea: effects on growth and yield 

parameters. Virol. J., 4:15-21. 

Malik A.H., Mansoor S., Iram S., Briddon R.W., 

Zafar Y. (2010) Severe disease of melon in North 

West frontier province is associated with 

simultaneous infection of two RNA viruses. Pak. 

J. Bot., 42: 361–367. 

Mascia T., Cillo F., Fanelli V., Finetti-Sialer 

M.M., de Stradis A., Palukaitis P., Gallitelli D. 

(2010) Characterization of the interactions 

between Cucumber mosaic virus and Potato virus 

Y  in mixed infections in tomato. Mol. Plant–

Microbe Interact.23: 1514–1524. 

Méndez-Lozano J., Torres-Pacheco I., Fauquet 


Azərbaycanda Tərəvəz Bitkilərini Yoluxduran 

10 


C.M., Rivera-Bustamante R.F. (2003) Interactions 

between geminiviruses in a naturally occurring 

mixture: Pepper huasteco virus and Pepper golden 

mosaic virusPhytopathol., 93: 270–277. 

Nakazono-Nagaoka E., Takahashi T., Shimizu 

T., Kosaka Y., Natsuaki T., Omura T., Sasaya 

T. (2009) Cross-protection against Bean yellow 

mosaic virus (BYMV) and Clover yellow vein 

virus  by attenuated BYMV isolate M11. 

Phytopathol., 99: 251–257. 

 

 

 

 

 

Первое Сообщение О Смешанных Вирусных Инфекциях, Поражающих Овощные 

Культуры В Азербайджане: Их Распространение И Диагностика  

 

И.М. Гусейнова, Н.Ф. Султанова, С.Т. Мирзоева,  

А.Ч. Маммадов, Д.А. Алиев 

 

Институт ботаники НАНА 

 

Проведена  диагностика  вирусных  заболеваний  овощных  культур  с  помощью  серологических  тест-



систем.  В  результате  проведенных  исследований  впервые  в  Азербайджане  были  обнаружены 

различные группы смешанных вирусных инфекций: у томата (Solanum  lycopersicum L.) TMV + ToMV 

и TMV + ToMV + TSWV, у  перца  (Pepper longum L.) TMV + ToMV + PMMoV + TSWV и  у  дыни 

(Cucurbita melo L.) SqMV + ZYMV. 



 

Ключевые слова: Oвощные культуры, смешанные вирусные инфекциисерологический анализ  

 

 

The First Report Of Mixed Viral Infections Of Vegetables In Azerbaijan:  

Their Distribution And Diagnosis 

 

I.M. Huseynova, N.F. Sultanova,  S.T. Mirzoyeva, 

A.C. Mammadov, J.A. Aliyev 

 

Institute of Botany, ANAS 

 

Viral diseases of vegetable crops were diagnosed using serological test-systems. As a result of the research 



different mixed viral infection such as TMV + ToMV and TMV + ToMV + TSWV in tomato (Solanum 

lycopersicum L.), TMV + ToMV + PMMoV + TSWV in pepper (Pepper longum L.) and SqMV + ZYMV in 

melon (Cucurbita melo L.) were found for the first time in Azerbaijan. 



 

Key words: Vegetables, mixed viral infections,serological analysis 

 

 

Каталог: uploads -> journal
journal -> Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
journal -> Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)
journal -> Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ
journal -> 29 aprel 2016-ci IL tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay- can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və amea-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların təqdimetmə mərasimi
journal -> H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova
journal -> Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi
journal -> Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
journal -> AZƏrbaycan miLLİ elmlər akademiyasinin məruzəLƏRİ, 2014, LXX ciLD, №1 MƏruzəLƏR ▬◄►▬ reports ▬◄►▬ доклады 1
journal -> B Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik rapd markerlərin
journal -> Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı E. C. Mehbalıyeva

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə