AZƏrbaycanda kənd təSƏRRÜfati sahəSİNİn davamli iNKİŞafi: MÖvcud trendlər və ÇAĞirişlar dr. Fİrdovsi FİKRƏtzadə



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
tarix20.06.2017
ölçüsü0,52 Mb.

AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATI 

SAHƏSİNİN DAVAMLI İNKİŞAFI: 

MÖVCUD 

TRENDLƏR VƏ ÇAĞIRIŞLAR 

DR. 

FİRDOVSİ FİKRƏTZADƏ 

 

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN ŞÖBƏ MÜDİRİ 

Qlobal trendlər 

Ötən 40 il ərzində kənd təsərrüfatının qlobal ÜDM-də 



payı 9-10 %-dən 4-5 %-ə, məşğulluqdakı payı 51%-dən 

38%-ə enib. 

  



Kənd  təsərrüfatı  və  ərzaq məhsullarına  olan  tələbatın 



orta  illik  artım  dinamikası  ötən  40  il  ərzində  2,2% 

olduğu  halda,  növbəti  40  il  ərzində  bu  göstəricinin 

1,1%-ə, o cümlədən, inkişaf etməkdə olan ölkələr üzrə 

3,6%-dən 1,3%-ə enəcəyi gözlənilir.   

 


Qlobal trendlər (dvm.)  

Bununla belə, 2050-ci ildə 9,4 milyard nəfər olacağı gözlənilən dünya 



əhalisinin  qidalanması  üçün  ümumi  ərzaq  istehsalının  indiki  ilə 

müqayisədə 70% artırılmasına ehtiyac yaranacaq; 

 



Hətta  inkişaf  etməkdə  olan  ölkələrdə  istehsalın  həcminin  iki  dəfə 



artırılması zəruri olacaq; 

 



Taxıla tələbat bu gün təxminən 2,1 milyard ton təşkil edirsə, 2050-ci 

ildə bu rəqəm təxminən 3 milyard ton səviyyəsində proqnozlaşdırılır; 

 



Yaxud  da  illik  ət  istehsalının  həcmi  200  milyon  tondan  470  milyon 



tona qədər artırılmalıdır. 

 


Qlobal trendlər (dvm.)  

Ötən  əsrin  60-70-ci  illərindən  başlayan  “Yaşıl  inqilab” 



sayəsində  kənd  təsərrüfatı  istehsalı  əsaslı  şəkildə 

intensivləşdirilmişdir. Statistik faktlar: 

 



dünya  üzrə  əkin  sahələri  9%,  bitkiçilik  məhsulları 



istehsalının  həcmi  isə  2,3  dəfə  artmışdır.  Hər  nəfərə 

düşən əkin sahələri 0,44 ha-dan 0,25 ha-ya düşmüşdür. 

 



dünya  üzrə  mövcud  mal-qaranın  baş  sayı  26%,  süd 



istehsalı  61%  artmışdır.  Hətta  inkişaf  etmiş  ölkələrdə 

mal-qaranın ümumi sayı 30-35% azalmışdır. 



Qlobal trendlər (dvm.)  

Müasir dövrdə qlobal səviyyədə kənd təsərrüfatı sahəsi 



“Yaşıl  inqilab”  mərhələsindən  “Biotexnologiya  inqilabı” 

mərhələsinə keçid dövrünü yaşayır; 

 



Biotexnologiya 



qlobal 

ərzaq 


təhlükəsizliyinin 

gücləndirilməsi  və  ətraf  mühitə  mənfi  təsirlərin 

azaldılması vasitəsi kimi çıxış edir; 

 



Biotexnologiya  sayəsində  quraqlığa,  istiyə,  soyuğa, 

torpağın  şoranlaşmasına,  zərərvericilərə  dözümlü  bitki 

növləri,  habelə  xəstəliklərə  və  iqlim  dəyişkənliyinə 

davamlı heyvan cinsləri yaradılır. 



Qlobal trendlər (dvm.)  

Kənd  təsərrüfatı  sahəsində  dayanıqlı  inkişafın  mühüm 



alətlərindən biri kimi tətbiq edilən ekoloji kənd təsərrüfatının 

payı getdikcə artır; 

 



Hazırda əkin sahələri 43,1 milyon ha (1999-cu ildə 11 milyon 



ha) və ya ümumi əkinlərin 0,98%-i səviyyəsinə yüksəlmişdir; 

 



Bu  məhsullar  üzrə  qlobal  bazarın  həcmi  54  milyard  avroya 

çatmışdır (1999-cu ildə 15,1 milyard avro); 

 



2  milyon  istehsalçı  isə  ekoloji  təmiz  kənd  təsərrüfatı 



məhsulları istehsal edir. 

Azərbaycanda kənd təsərrüfatı 

Kənd təsərrüfatının ÜDM-də payı, neft sektorunun ümumi 



iqtisadi artımda təsirinin güclənməsi nəticəsində 2000-ci 

ildəki 15,9 %-dən hazırda 5-6 %-ə enmişdir;  

 



Bununla belə, 2004-2014-cü illər ərzində kənd təsərrüfatı 



sahəsində ümumi məhsul istehsalı real olaraq 38,9 % 

artmışdır. O cümlədən, bitkiçilik sahəsində real artım 24,4%, 

heyvandarlıq sahəsində real artım isə 55,4 % olmuşdur.  

 



Dünya Bankının məlumatına əsasən son 10 ildə dünya 

miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 % olub. 



Azərbaycanda kənd təsərrüfatı (dvm.) 

Ölkəmizdə müvafiq ərzaq məhsulları ilə özünü təminetmə 



səviyyəsi göstəriciləri kifayət qədər yüksəlib:  

mal əti - 87 %, qoyun əti - 97 %, quş əti - 98 %,  



 

yumurta - 100 %, süd və süd məhsulları - 76 %,  



 

taxıl - 60 %, tərəvəz - 103 %, kartof - 90 %, bostan 



məhsulları - 100 %, meyvə və giləmeyvə - 120 %,  

 



üzüm - 98 %, şəkər və şəkərdən hazırlanan məhsullar - 170 

%, bitki yağları və marqarin - 77 %,  

 



kərə yağı - 52 %, makaron məmulatları - 58 %. 



Azərbaycanda aqrar islahatların yeni 

mərhələsi: siyasi qərar və icra sənədləri 

“Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin 



təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” AR 

Prezidentinin 2014-cü il 16 yanvar tarixli 221 nömrəli Sərəncamı; 

 



“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional 



islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” AR 

Prezidentinin 16 aprel 2014-cü il tarixli Fərmanı; 

 



AR Prezidentinin 2015-ci il 3 aprel tarixli 1160 nömrəli 



Sərəncamı ilə təsdiq edilmiş “2015-ci ilin Azərbaycan 

Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı 

Tədbirlər Planı”. 


Kənd təsərrüfatı sahəsi üzrə institusional potensialın və 

dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri

 

Kənd Təsərrüfatı 



Nazirliyinin rayon 

(şəhər) idarələrinin 

yaradılması

 

Laboratoriya 



şəbəkəsinin 

modernləşdirilməsi

 

Sığorta 


mexanizminin 

təkmilləşdirilməsi

 

E-

kənd təsərrüfatı 



sisteminin 

yaradılması

 

Torpaqdan səmərəli 



istifadəyə nəzarət 

mexanizminin 

təkmilləşdirilməsi

 

 



Aqroparkların 

yaradılması

 

Aqrar elm və təhsil 



sisteminin 

modernləşdirilməsi

 

Baytarlıq 



xidmətinin inkişaf 

etdirilməsi

 

İri fermer 



təsərrüfatlarının 

yaradılması

 

İnformasiya-məsləhət 



xidmətləri sisteminin 

yaradılması

 

 

Bitki m



ühafizəsi 

xidmətinin inkişaf 

etdirilməsi

 

N



ümunəvi ailə-kəndli 

təsərrüfatlarının 

yaradılması

 


Azərbaycanda aqrar islahatların yeni 

mərhələsi: ilkin nəticələr 

Aqrar islahatların müasir mərhələsi çərçivəsində görülən işlər bu 



sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas 

yaratmışdır.  

 



2015-ci ilin 9 ayı ərzində kənd təsərrüfatının inkişafı sahəsində 



müşahidə edilən meyillər iki mühüm məqamla xarakterizə 

olunur: 


 

Birincisi, cari ildə kənd təsərrüfatı sahəsində məhsul istehsalının 



artım tempi göstəricisi son 15 il üzrə ən yüksək səviyyədə 

olmuşdur. Bu göstərici ölkədə həyata keçirilən aqrar islahatların 

birinci mərhələsinin artıq öz nəticələrini verməyə başladığı 

1999-2000-2001-ci illərin nəticələri ilə oxşardır.  



Azərbaycanda aqrar islahatların yeni 

mərhələsi: ilkin nəticələr (dvm.) 

İkincisi, cari ildə kənd təsərrüfatı sahəsində müşahidə olunan 



meyillər həm bitkiçilik sahəsində, həm də heyvandarlıq 

sahəsində artımın daha çox intensiv faktorlar hesabına təmin 

edildiyini göstərir.  

 



Belə ki, müvafiq əkini sahələrinin ötən illə eyni səviyyədə və ya 

daha az olmasına rəğmən, məhsuldarlığın yüksək olması 

hesabına əsas bitkiçilik məhsullarının hamısının istehsal həcmi 

ötən ilin müvafiq dövrü ilə müqayisədə yuxarı olmuşdur.  

 



Həmçinin intensiv ferma modelinə dövlət dəstəyi tədbirləri 



sayəsində heyvandarlıq sahəsində də artım heyvanların baş 

sayının artımı hesabına deyil, məhsuldarlığın yüksəlməsi 

sayəsində təmin olunmuşdur. 


Aqrar sahədə davamlı inkişafın təmin 

olunması mexanizmləri 

Dövlət büdcəsi xərclərinə qənaət rejiminin tətbiq olunduğu 



bir vaxtda kənd təsərrüfatı sahəsinə yönələn çoxistiqamətli 

dövlət dəstəyi tədbirləri və bu çərçivədə dövlətin müvafiq 

maliyyə öhdəlikləri tam şəkildə təmin edilir ki, bu da aqrar 

sahədə müsbət inkişaf trendlərinin davamlı olmasını 

şərtləndirir; 

 



Konkret olaraq cari mövsümdə yanacaq-motor yağlarına, 

buğda əkininə və gübrənin güzəştli satışına görə büdcədən 

ayrılan subsidiyaların həcmi ötən mövsümlə müqayisədə 

7,4 % çox olub. 

 


ƏKİN

 

G



ü

zəştli  texnika satışı 

və aqrotexniki 

xidmətlərin göstərilməsi

 

Yanacaq və motor 



yağlarına  görə 

subsidiyanın 

verilməsi

 

SƏPİN

 

Toxuma g

ö

rə 

subsidiyaların 

verilməsi

 

BEC



ƏRMƏ

 

G



ü

brənin güzəştli 

şərtlərlə satışı

 

M



üasir suvarma 

sistemlərinin 

g

ü

zəştli satışı

 

YIĞIM

 

MƏHSULUN 

REALİZASİYASI

 

Yaşıl marketlərin, 



anbarların tikintisinə 

d

ö

vlət dəstəyi, 

yarmarkaların təşkili

 

İxrac bazarlarında 



logistik mərkəzlərin 

yaradılmasına dəstək

 

SUVARMA

 

TORPAĞIN 

ƏKİN ÜÇÜN 

HAZIRLANMASI 

Suvarma 

infrastrukturunun 

yaradılması

 

Meliorasiya 



tədbirlərinin 

aparılması

 

 



G

ü

zəştli  texnika satışı və 

aqrotexniki xidmətlərin 

g

ö

stərilməsi

 

Suvarma suyunun 



g

ü

zəştli tariflə 

satışı

 

Bitki m



ü

hafizəsi 

xidmətləri

 

Yanacaq və motor 



yağlarına görə 

subsidiyanın 

verilməsi

 

G



ü

zəştli  texnika satışı və 

aqrotexniki xidmətlərin 

g

ö

stərilməsi

 

Dövlət dəstəyi

 

Dövlət dəstəyi

 

Məhsul istehsalının 



mərhələləri

 


Aqrar sahədə davamlı inkişafın təmin 

olunması mexanizmləri (dvm.) 

Fermerlərin yanacaq-motor yağlarına görə ödədiyi xərclər 



subsidiyalaşdırılır, cari mövsümdə bu subsidiyanın həcmi 25% artırıldı; 

 



Kənd təsərrüfatı texnikası 40 % güzəştli lizinq şərti ilə istehsalçılara 

satılır və aqrosevis xidmətlərinə güzəştli tariflər tətbiq edilir; 

 



Suvarma suyu istehsalçılara subsidiylaşdırılmış qiymətlə satılır; 



 

Kiçik fermerlərin bazarda möhkəmlənməsinə dəstək tədbirləri 



çərçivəsində 5-10 başdan ibarət iri buynuzlu heyvanlara malik 

nümunəvi ailə təsərrüfatlarının yaradılması layihəsi həyata keçirilir; 

 



Regionların inkişafı siyasəti çərçivəsində kənd yerlərində 



infrastrukturun inkişaf etdirilməsi və kənd icmalarında abadlıq 

işlərinin aparılması üçün geniş əhatəli tədbirlər həyata keçirilir; 

 

 


Aqrar sahədə davamlı inkişafın təmin 

olunması mexanizmləri (dvm.) 

Ekoloji təmiz kənd təsərrüfatının inkişafının tənzimlənməsi üçün 



hüquqi baza yaradılıb, müvafiq institusional mexanizmlər 

formalaşdırılır; 

 



Kənd təsərrüfatlı torpaqlarından təyinatına uyğun və düzgün 



aqrotexniki qaydalar əsasında istifadəyə nəzarət üzrə yeni mexanizm 

formalaşdırılır; 

 



İstehsalçıların sudan qənaətlə istifadəyə imkan verən texnologiyaları 



tətbiq etmələrini stimullaşdırmaq üçün müvafiq avadanlıqların 40 faiz 

güzəştlə satılması mexanizmi yaradılıb; 

 



Torpağın münbitliyinin qorunması ilə bağlı fermerlərə dəstək 



tədbirləri çərçivəsində mineral gübrələrin güzəştli satışına subsidiya 

verilir; 



Aqrar sahədə davamlı inkişafın təmin 

olunması mexanizmləri (dvm.) 

 



İntensiv ferma modelinə dəstək tədbirləri sayəsində qapalı 

heyvandarlıq təsərrüfatlarının yaradılması təcrübəsi 

genişləndirilir;  

 



Ərazilərin və resursların qənaətlə istifadəsinə imkan verən  

aqroparkların yaradılmasına başlanılıb, bunun üçün özəl 

sektora dövlət dəstəyi təmin edilib; 

 



Bitki mühafizəsi sahəsində bioloji mübarizə üsulunun 

tətbiqinə başlanılmışdır və s. 



Əsas çağırışlar 

Dağətəyi və ovalıq sahələrin 60 faizinin torpaq və bitki örtüyünün 



şoranlaşma və meliorasiya olunma xüsusiyyəti vardır. Hazırda kənd 

təsərrüfatında istifadə edilən ümumi torpaq sahəsinin 1361,1 min hektarı 

şoran və şorakətli, 733,2 min hektarını çınqıllı və daşlı, 510,2 min hektarını 

isə müxtəlif nisbətdə aşınmaya uğramış torpaqlar tutur; 

Hazırda istismar olunan suvarma kanallarının, kollektor-drenaj şəbəkələrinin 



və hidrotexniki qurğuların əksəriyyətinin texniki və fiziki vəziyyəti 

qənaətbəxş deyil, həmçinin suvarma sistemlərinin idarəedilməsi sistemi də 

təkmil deyil; 

Suvarma və kollektor-drenaj şəbəkələrinin 90 faizindən çoxu torpaq məcralı 



və açıq tipli olduğundan yüksək su itkisinə, minerallaşmış qrunt sularının 

əkin qatına qalxmasına və ətraf torpaqların şorlaşmasına yol verilir; 

Əkinçilikdə əsas suvarma üsulu kimi ənənəvi “səthi suvarma” və ya “selləmə 



suvarması” tətbiq edilir. “Damla suvarma” və “yağmurlama suvarma” kimi 

suya qənaət edən müasir suvarma üsullarının tətbiqi məhdud miqyasdadır.  



Əsas çağırışlar 

Əksəriyyəti kiçik torpaq sahibliyinə malik olan k



ənd təsərrüfatı məhsulları 

istehsalçıları tərəfindən torpaqların münbitliyinin bərpası ilə bağlı 

vaxtlı-vaxtında zəruri tədbirlər həyata keçirilmir; 

 



Heyvandarlığın inkişaf etdirilməsində təbii yemləməyə üstünlük 

verilməsi nəticəsində otlaqlar və biçənəklər, habelə meşələr heyvan 

sürüləri ilə normadan artıq yüklənir, bunun da nəticəsində bu 

sahələrin ot örtüyü xeyli seyrəkləşmiş, hətta otlaq sahələrinin yüksək 

səviyyədə eroziyaya uğraması prosesləri müşahidə olunur; 

 



Torpaq resurslarının mühafizəsi ilə bağlı müvafiq tənzimləmə sistemi 

kifayət qədər təkmil deyil, torpaqların dayanıqlı idarəetməsi modeli 

tətbiq olunmur;  


Əsas çağırışlar 

Kənd təsərrüfatı məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə 



nəzarət üzrə ilkin istehsalçıdan tutmuş istehlakçıya qədər olan bütün 

mərhələləri (“tarladan süfrəyə” aralığını) əhatə edən, bütün aidiyyəti 

tərəflərin əməkdaşlığı şəraitində fəaliyyət göstərən və risk əsaslı 

yanaşmaya əsaslanan sistem formalaşmayıb; 

 



Kənd təsərrüfatı məhsullarının ticarəti üzrə bazar strukturları və 



institutları hələ ki, lazımi səviyyədə inkişaf etməyib, bu isə əksəriyyəti 

kiçik təsərrüfatlardan ibarət olan kənd təsərrüfatı istehsalçılarının 

bazara effektiv çıxışına maneə olur və s. 

 

 



Gələcəyə baxış və strategiya 

Ölkə həyatının bütün sahələri üzrə inkişaf siyasətinin strateji 



istiqamətlərini və yüksək inkişaf hədəflərini müəyyən edən, bu 

hədəflərin reallaşdırılması məqsədilə kompleks islahatların 

aparılmasını nəzərdə tutan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf 

Konsepsiyası qəbul olunub; 

 



Bu konsepsiyada aqrar sahənin də dayanıqlı inkişafı üzrə konseptual 



əsaslar müəyyən edilib;  

 



Bunun əsasında isə kənd təsərrüfatının dayanıqlı inkişafı üzrə strateji 

hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən “Azərbaycan 

Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası” 

layihəsi hazırlanıb. 



 

 

 



DİQQƏTİNİZƏ GÖRƏ 

TƏŞƏKKÜR EDİRƏM! 



Document Outline

  • Azərbaycanda kənd təsərrüfatI sahəsİnİn davamlI İnkİşafI: mövcud trendlər və çağIrIşlar
  • Qlobal trendlər
  • Qlobal trendlər (dvm.) 
  • Qlobal trendlər (dvm.) 
  • Qlobal trendlər (dvm.) 
  • Qlobal trendlər (dvm.) 
  • Azərbaycanda kənd təsərrüfatı
  • Azərbaycanda kənd təsərrüfatı (dvm.)
  • Azərbaycanda aqrar islahatların yeni mərhələsi: siyasi qərar və icra sənədləri
  • Slide Number 10
  • Azərbaycanda aqrar islahatların yeni mərhələsi: ilkin nəticələr
  • Azərbaycanda aqrar islahatların yeni mərhələsi: ilkin nəticələr (dvm.)
  • Aqrar sahədə davamlı inkişafın təmin olunması mexanizmləri
  • Slide Number 14
  • Aqrar sahədə davamlı inkişafın təmin olunması mexanizmləri (dvm.)
  • Aqrar sahədə davamlı inkişafın təmin olunması mexanizmləri (dvm.)
  • Aqrar sahədə davamlı inkişafın təmin olunması mexanizmləri (dvm.)
  • Əsas çağırışlar
  • Əsas çağırışlar
  • Əsas çağırışlar
  • Gələcəyə baxış və strategiya
  • Slide Number 22


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə