AZƏrbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə1/61
tarix29.05.2017
ölçüsü3,81 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   61

 

AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI  



NƏSĠMĠ ADINA DĠLÇĠLĠK ĠNSTĠTUTU 

 

 



 

DƏST 24680 

 

 

 



 

 

AZƏRBAYCAN TOPONĠMLƏRĠNĠN  



ENSĠKLOPEDĠK LÜĞƏTĠ 

 

 

ĠKĠ CĠLDDƏ 

BĠRĠNCĠ CĠLD 

 

 



 

 

ġƏRQ-QƏRB 



BAKI-2007 

 

 



Redaktor: Rübabə Əliyeva 

 

Tərtibçilər: Rübabə Əliyeva 

Qara MəĢədiyev 

Etibar Ġnanc 

Tünzalə BaxĢıyeva 

ġəms Qocayeva 

Ġsmayıl Məmmədov 

Fikrət Xalıqov 

 

Rəyçilər: Ġsmayıl Məmmədov 

Fikrət Xalıqov 

 

 

 



 

 

 

ĠSBN 978-9952-34-155-3 

 

914.754/003-dc22 

Azərbaycan toponimləri - Lüğətlər 

 

Azərbaycan  toponimlərinin  ensiklopedik  lüğəti.  Ġki  cilddə.  I  cild. 

Bakı, "ġərq-Qərb", 2007, 304 səh. 

 

Ġkicildlik  Azərbaycan  toponimlərinin  ensiklopedik  lüğətində  12  minə 



yaxın  coğrafi  adın  izahı  verilmiĢdir.  Lüğətin  tərtibində  Azərbaycanın  görkəmli 

dilçi, tarixçi və toponimist alimlərinin tədqiqatları nəzərə alınmıĢdır. 

 

 

 



 

 

 



 

 

 



 

©”ġərq-Qərb”, 2007 



 

 

ÖN SÖZ 

 

Hər bir xalqın tarixi, dili, etnogenezi, təfəkkürü, məĢğuliyyəti haqqında 



dəyərli məlumat verən toponimlər onomastik vahidlər sırasında öz zənginliyi ilə 

seçilir.  Lüğətdə  toplanmıĢ  toponimlər  Azərbaycan  Respublikasının  bu  günü  və 

yaxın  keçmiĢi  (1980-ci  illər)  ilə  bağlı  olan  coğrafi  adlardır.  Müstəqillik 

dövründə dəyiĢdirilmiĢ adlar da lüğətdə öz əksini tapmıĢdır. 

Lüğətin  tərtibində  toponimiyadakı  son  məlumatlar  nəzərə  alınmıĢdır. 

Lakin  bəzi  məqamlarda  tərtibçilər  və  redaktor  öz  mövqelərindən  çıxıĢ  etməyi 

lazım  bilmiĢlər.  Belə  ki,  əsasən  toponimik  tədqiqatlara  yardım  məqsədilə 

nəzərdə  tutulmuĢ  bu  lüğətdə  gələcək  tədqiqatçıları  düzgün  istiqamətləndirmək 

üçün kəndlərin adları onların daxil olduqları inzibati ərazi vahidlərinin adları ilə 

birlikdə  çəkilir.  Müstəqillik  dövründə  dəyiĢdirilmiĢ  adların  bəziləri  tərtibçiləri 

qane  etmədiyindən,  köhnə  adların  etimologiyası  da  açıqlanmıĢ  və  beləliklə  də 

qədim  dil  vahidlərinin  dildən  çıxarılmasına  qarĢı  tədqiqatçılar  öz  fikirlərini 

söyləmiĢ olmuĢlar. 

Lüğətin tərtibində müəlliflərin öz tədqiqatları ilə yanaĢı, Azərbaycanın 

bir 

çox 


görkəmli 

dilçi 


alimlərinin, 

türkoloqların, 

tarixçilərin, 

coğrafiyaĢünasların,  toponimistlərin,  etnoqrafların  əsərləri  nəzərdən  keçirilmiĢ, 

mövzu  ilə  bağlı  müxtəlif  lüğətlərə,  toplulara,  inzibati  ərazi  bölgülərinə 

müraciətlər olmuĢ, müqayisələr aparılmıĢdır. 



 

 

ġƏRTĠ ĠXTĠSARLAR 



 

alm. - almanca 

antr. - antroponim 

avar. - avarca 

Azərb. - Azərbaycan 

azərb. - azərbaycanlı 

c. - cənub 

d.y. - dəmir yol 

düz. - düzəltmə 

erm. - ermənicə 

etn. - etnonim 

ər. - ərəbcə 

fars. - farsca 

fr. - fransızca 

ha. - hektar 

hidr. - hidronim 

hün. - hündürlüyü 

i.ə.v. - inzibati ərazi vahidi 

km. - kilometr 

q. - qərb 

qəd. - qədim 

lat. - latınca 

ləzg. - ləzgicə 

m. - metr 

mənsub.şək.-si - mənsubiyyət Ģəkilçisi 

min. - mineral 

monq. - monqolca 

mür. - mürəkkəb 

Nax.MR - Naxçıvan Muxtar Respublikası 

oyk. - oykonim 

or. - oronim 

r-n- rayon 

rus. - rusca 

ş. - Ģərq 

ş.a. - Ģəxs adı 

şək. - Ģəkilçi 

şm. - Ģimal 

ştq. - Ģəhər tipli qəsəbə 

tal. - talıĢca 

tat. - tatca 

 

təqr. - təqribən 



top. - toponim 

türk. - türkcə 

 

 



 

 

 



 

 

 



AZƏRBAYCAN ƏLĠFBASI 

 

Aa 


Bb 


be 

Cc 


ce 

Çç 


çe 

Dd 


de 

Ee 


Əə 


ə 

Ff 


fe 

Gg 


ge 

Ğğ 


ğe 

Hh 


he 

Xx 


xe 

Iı 


ı 

Ġi 


Jj 


Kk 


ke, ka 

Qq 


qe 

Ll  


el 

Mm 


em 

Nn 


en 

Oo 


Öö 


ö 

Pp 


pe 

Rr 


er 

Ss 


es 

ġĢ 


Ģe 

Tt 


te 

Uu 


Üü 


ü 

Vv 


ve 

Yy 


ye 

Zz 


ze 

 

 


 

A



 

Abad oyk., sadə. AğdaĢ r-nunun Qaradeyin i.ə.v.-də kənd. 1809-cu ildə 

Avat, 1917-ci ildə Avad Ģəklində qeydə alınmıĢdır. Yerli sakinlərin dilində Avat 

kimi tələffüz olunur və "quru kol-kos" mənasında izah edilir. Mənbələrin verdiyi 

məlumata görə, avat qırğız tayfalarından birinin adıdır. Tümen vilayətində Abat, 

Gürcüstanda  Abatxevi,  Qazaxıstanda  Avat,  Qafqazda  Avat  dağ  və  kənd  adları 

Abad  (AğdaĢ)  oykoniminin  avat  etnonimi  ilə  bağlı  olduğunu  söyləməyə  əsas 

verir. Türklərin Qərb yürüĢlərində iĢtirak edən avatların XI-XIII əsrlərdə Səlcuq 

oğuzlarının tərkibində Azərb.-a gəlmələri ehtimal olunur. 

Abadgöl hidr., mür. AgdaĢ r-nunda arx. Hidronim Abad (kənd adı) və 

göl sözlərindən düzəlib, "Abad kəndinə məxsus göl" deməkdir. 

Abadkənd  oyk.,  mür.  Salyan  r-nunun  Xələc  i.ə.v.-də  kənd.  1954-cü 

ilədək  Cındırlı  (əsli  Candarlı)  olmuĢdur.  Cənub-ġərqi  ġirvan  düzündədir. 

Oykonim  abad  və  kənd  topokomponentlərindən  düzəlib,  "müntəzəm  və  çoxlu 

tikintisi,  yaĢayıĢ  üçün  hər  cür  Ģəraiti  olan,  məskun  edilmiĢ,  səliqəli,  inkiĢaf 

etmiĢ,  becərilmiĢ,  düzəldilmiĢ  yer,  yaĢayıĢ  məntəqəsi"  deməkdir.  Abad 

topokomponenti  çox  vaxt  Ģəxs  adlarına  qoĢularaq  rus  dilindəki  -qrad,  -ovka, 

yunan  dilindəki  -pol,  alman  dilindəki  -  burq  topoformantlarına  uyğun  gəlir  və 

memorial  toponimlərin  yaranmasında  iĢtirak  edir.  Bu  topokomponento  hind, 

Pakistan,  fars,  türk  (həmçinin  digər  türkdilli  xalqlar)  toponimiyasında  rast 

gelmək 


mümkündür. 

Candarlı 

toponiminə 

gəlincə, 

bu 

toponimə 



Çandır/Çandar/Candar  variantlarında  Türkmənistan,  Özbəkistan,  Gürcüstan 

toponimiyasında  təsadüf  olunur.  Azərb.-ın  Qazax-Ağstafa  bölgəsində  Candar 

göl hidronimi və Çəndirli familiyası da qeydə alınmıĢdır. XIX əsrdə Azərb.-nın 

keçmiĢ  Cavad  qəzasında  yaĢayan  xələclərin  bir  tirəsinin  adı  candır  olmuĢdur. 

Ġndiki  Abadkənd  kəndinin  Xələc  i.ə.v.-nin  tərkibində  olması  bu  toponimin 

etnotoponim olmasını söyləməyə əsas verir. Çandar etnonimi Səlcuq oğuzları ilə 

əlaqələndirilir. 

Abalı/Abalu (1933) oyk, sadə. Zaqatala r-nunun Danaçı i.ə.v.-də kənd. 

Mənbələrin  verdiyi  məlumata  görə,  kəndin  əsl  adı  Abaəlioba  olmuĢdur.  Yerli 

əhalinin ehtimalına görə, oykonim Abaəli (Dağıstanın Çaroda kəndindən gəlmiĢ 

Ģəxsin adı) və oba (kəndin ərazisində kiçik icma) komponentlərindən ibarətdir. 

Türk dillərində, o cümlədən Azərb. dilinin dialekt ve Ģivələrində aba "ata, baba, 

əmi; ana, xala, böyük bacı" mənalarında iĢlənir. Oykonimi Dədəli, Babalı və s. 

etnotoponimlərinin  omonimi  kimi  qəbul  etmək  lazımdır.  Bu  oykonim  sonrakı 

illərdə  Abasalı  (1979),  Abaslı  (1986)  variantlarında  qeydə  alınmıĢdır.  2004-cü 

ildə kəndin adı Abaəli variantında rəsmiləĢdirilmiĢdir. 

Abazallı (1968)/ Abasallı (1917, 1933, 1961)/ Abasalılı (1979, 1986) 

oyk., düz. 1. Neftçala r-nunun Tatarməhlə i.ə.v.-də kənd. Salyan düzündədir. Son 

illərdə  Abasəlikənd  variantında  rəsmiləĢdirilmiĢdir; 2. Cəlilabad r-nunun Təklə 



 

i.ə.v.-də  kənd.  Burovar  silsiləsinin  ətəyindədir.  2001-ci  ildən  Abasallı  kimi 



rəsmiləĢdirilmiĢdir.  Biləsuvar  r-nundakı  Novomixaylovka  (indiki  Zəhmətabad) 

kəndinin  adı  da  1840-cı  ilədək  Abazallı  olmuĢdur.  Bu  oykonimlər  xəzər  və 

peçeneqlərin tərkibində Azərb.-na gəlmiĢ abaza (avaz/abas/abaz) tayfasının adı 

ilə bağlıdır. Türkmənistanda  Avaza, Xakas MV-də  Abaza, Gürcüstanda  AbaĢa, 

Abazlar  toponimlərinin,  Azərb.-da  isə  Avazlar,  Avaz,  abbazlı  (Qazax  r-nunun 

Ġkinci  ġıxlı kəndində tayfa) toponim vo etnonimlərinin qeydə alınması bu fikri 

təsdiq edir. 

Abbasabad  oyk,  mür.  Yardımlı  r-nunun  Hamarkənd  i.ə.v.-də  kənd. 

ViləĢ  çayının  sahilində,  dağətəyi  ərazidədir.  YaĢayıĢ  məntəqəsi  XIX  əsrin 

ortalarında  pornayım  tayfasına  mənsub  ailələr  tərəfindən  salınmıĢdır.  Bəzi 

mənbələrdə  Abasabad  (1917,  1933,  1961)  variantında  qeydə  alınmıĢdır. 

Oykonim Abbas (Ģəxs adı) və abad topokomponentlərindən düzəlib. 1809-1810-

cu illərdə Araz çayı sahilində, Naxçıvan Ģəhərinin 6 km c.-Ģ.-ində fransız hərbi 

mühəndislərinin layihəsi əsasında Abbasabad qalası tikilmiĢdi. Qala Ġran dövlət 

xadimi,  Fətəli  Ģah  Qacarın  oğlu  və  vəliəhdi  Abbas  Mirzənin  adı  ilə  bağlı  idi. 

Rusiya-Ġran  müharibəsində  (1826-1828)  qalada  vuruĢmalar  olmuĢdu.  Araz  su 

qovĢağı  tikiləndən  sonra  Abbasabad  qalasının  xarabalığı  su  altında  qalmıĢdır. 

Mənbələrdə 1828-30-cu illərdə baĢ vermiĢ hadisələrlə əlaqədar Ġrəvan xanlığının 

Vedibasar,  ġərur  və  Sürməli  mahallarında  Abbasabad  adlı  kəndlərin  azərb. 

əhalisi haqqında məlumat verilir. 

Abbasbəyli/Abasbəyli  oyk.,  sadə.  1.  Qazax  r-nunun  Alpout  i.ə.v.-də 

kənd.  Gəncə-Qazax  düzənliyindədir.  KeçmiĢ  adı  Daharbəylidir.  YaĢayıĢ 

məntəqəsi XIX əsrdə Dəmirçilər kəndinin abbasbəyli adlı nəslinə mənsub ailələr 

tərəfindən salınmıĢdır; 2. Masallı r-nunun Yeyənkənd i.o.v.-də  kənd. Lənkəran 

ovalığındadır. 1933-cü ildə Dəvəçi və Sabirabad r-nları ərazisində də Abasbəyli 

kəndləri qeydə alınmıĢdır. Bu oykonimlər abasbəyli etnonimi ilə bağlıdır. 



Abbasxanlı/Abasxanlı  oyk.,  sadə.  Ağsu  r-nunun  Kəndoba  i.ə.v.-də 

kənd.  ġirvan  düzündədir.  KeçmiĢ  adı  Gorus  Abbasxanlı  olmuĢdur.  Oykonim 

ġamaxı qəzasında maldarlıqla məĢğul olan bir nəslin adını əks etdirir. Bu kənd 

ġirvan  xanlığı  dövründə  Çaparlı  və  Ağarx  kəndləri  ilə  birlikdə  Gorus  adlanan 

mahala  daxil  idi.  Mahalın  adı  vaxtilə  burada  məskunlaĢmıĢ  gorus  qızılbaĢ 

tayfasının  adından  götürülmüĢdür.  XVIII  əsrdə  Gorus  mahalı  ġamaxı  xanı 

Mustafa xanın kürəkəni AğakiĢi bəyə mənsub olmuĢdur. 1933-cü ildə Cəlilabad 

r.-nu  ərazisində  eyniadlı  kənd  qeydə  alınmıĢdır.  Bu  oykonimlər  abbasxanlı 

nəslinin adı ilə bağlıdır. 

Abbaskənd  oyk.,  mür.  ġəki  r-nunun  AĢağı  Göynük  i.ə.v.-də  kənd. 

Alazan-Əyriçay  çökəkliyindədir.  Oykonim  Abbas  (Ģəxs  adı)  və  kənd 

topokomponentlərindən  düzəlib,  "Abbas  adlı  Ģəxsə  məxsus  yaĢayıĢ  məntəqəsi" 

deməkdir. 



 

Abbasqulular/Abasqulular (1933) oyk., sadə. Tovuz r-nunun ÇeĢməli 

(keçmiĢ Çirkinli) i.ə.v.-də kənd. Əsrik çayının sahilindədir. Gədəbəy r-nunda da 

eyniadlı kənd qeydə alınmıĢdır. Etnotoponimdir. 



Abbaslar köbəri or., mür. Yevlax r-nunun Ərəbbəsrə kəndi ərazisində 

yoxuĢ.  Oronim  abbaslar  (etnonim)  və  köbər  (qabarmıĢ  səth  boyu  gedən  yol, 

yoxuĢ) sözlərindən düzəlib (-/ mənsub. Ģəkilçisidir). 

Abbaslı/Abaslı  oyk.,  sadə.  ġəmkir  r-nunun  Seyfəli  i.ə.v.-də  kənd. 

ġəmkir çayının sahilində, dağ ətəyindədir. Oykonim abbaslı/abaslı etnonimi ilə 

bağlıdır.  Yerli  əhalinin  verdiyi  məlumata  görə,  kəndin  əsası  XIX  əsrdə  Ġrəvan 

quberniyasından  gəlmiĢ  eyniadlı  nəslə  məxsus  ailələr  tərəfindən  qoyulmuĢdur. 

1917-ci  ildə  Yardımlı  r-nunun  ġiləvəngə  i.ə.v.-də  Abaslı  kənd  adı  qeydə 

alınmıĢdır. 



Abdal  oyk.,  sadə.  l.Ağdam  r-nunun  Gülablı  i.ə.v.-də  kənd.  Dağ 

yamacındadır;  2.  Tovuz  r-nunun  Yanıxlı  i.ə.v.-də  kənd.  Çınqıldağ  silsiləsinin 

ətəyindədir.  Oykonim  abdal  tayfasının  adı  ilə  bağlıdır.  Qafqaz  Albaniyasında 

hələ eradan əvvəl yaĢaması ehtimal olunan abdalıların (heftal/heptal/eftal) adına 

qazax,  qaraqalpaq,  türkmən  və  türk  toponimiyasında  da  rast  gəlmək 

mümkündür. 



Abdal hidr., sadə. Tovuz r-nu ərazisində çay. Zəyəm çayının qoludur. 

Mənbəyini  Öküz  dağı  və  Maral  dağının  yamaclarından  götürür.  Çay  qədim 

Abdal  qalasının  yaxınlığından  axdığı  üçün  həmin  qalanın  adı  ilə 

adlandırılmıĢdır. 



Abdal or., sadə. Ordubad r-nu ərazisində dağ. Etnotoponimdir. 

Abdalanlı  oyk.,  düz.  Qubadlı  r-nunun  Qayalı  i.ə.v.-də  kənd.  Dağətəyi 

ərazidədir. KeçmiĢ adı OcaqqıĢlaqdır. YaĢayıĢ məntəqəsi keçmiĢ qıĢlaq yerində 

salınmıĢdır. Tədqiqatçılara görə, kəndin adı abdalanlı adlı elatın adı ilə bağlıdır. 

Oykonim  abdal  etnonimindən,  -an  (far.  cəm  Ģək.-si)  və  -lı  (azərb.  mənsubluq, 

aidlik bildirən Ģək.) Ģəkilçilərindən düzəlib, "abdallara məxsus, abdallar yaĢayan 

kənd" deməkdir. 



Abdallar  oyk., sadə. Laçın r-nun Qarıkaha i.ə.v.-də (keçmiĢ Abdallar) 

kənd. Həkəri çayının sahilində, Qarabağ silsiləsinin etəyindədir. 1923-cü ilədək 

Laçın Ģəhərinin adı da Abdallar olmuĢdur. Etnotoponimdir. 

Abdallı  oyk.,  düz.  Oğuz  r-nunun  Xaçmaz  i.ə.v.-də  kənd.  Qala  çayının 

sahilində, dağ ətəyi ərazidədir. Mənbələrin məlumatına görə, XIX əsrdə ġəkinin 

Qoruqlar  kəndindən  köçüb  gələnlər  Oğuzda  üç  kiçik  məntəqəni  yaratmıĢdılar. 

Bunlar  ġibili,  YemiĢanlı  və  Abdallı  məntəqələri  idi.  Abdallı  "abdal  tayfasına 

məxsus  yaĢayıĢ  məntəqəsi"  deməkdir.  XIX  əsrdə  Gürcüstan  ərazisində  də 

eyniadlı iki kənd qeydə alınmıĢdır. 



Abdinli  (1961,  1968)/Abdınlı  (1933,  1979)  /  Abidinli  (1917)  oyk., 

sadə. 1. Ağdam r-nunun Göytəpə i.ə.v.-də kənd. Düzənlikdədir. Kəndin ərazisi 

keçmiĢdə  Tağıbəyli  kəndinin  abdınlı  nəslinə  məxsus  qıĢlaq  yeri  olmuĢdur;  2. 



 

Yardımlı  r-nunun  ġəfəqli  i.ə.v.-də  kənd.  ViləĢ  çayının  sahilində,  dağ-ətəyi 



ərazidədir. Oykonim abidinli (digər adı qullardır) nəslinin adı ilə bağlıdır. 

AbdullauĢağı  oyk.,  sadə.  Kəlbəcər  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd. 

Mozçayın  sol  sahilində,  dağ  ətəyindədir.  KeçmiĢ  adı  ġahsevənlidir.  Yerli 

əhalinin  məlumatına  görə,  XIX  əsrin  sonlarında  Ağcabədi  r-nunun  ġahseven 

kəndindən  köçmüĢ  Abdulla  adlı  Ģəxs  ərazidə  iki  binə  salmıĢdır.  XX  əsrin 

əvvəllərində  də  CavanĢir  qəzasında  Böyük  və  Kiçik  AbdullauĢağı  adlı  iki  binə 

adı  qeydə  alınmıĢdır.  R-nun  Çobangərəkməz  kəndi  yaxınlığında  bir  yurd  yeri 

indi də Abdulla yurdu adlanır. Etnotoponimdir. 

Abdullu oyk., sadə. Cəlilabad r-nunun  Astanlı i.ə.v.-də  kənd. Burovar 

silsiləsinin  ətəyindədir.  KeçmiĢ  adı  Molla  Abdulla  olmuĢdur.  YaĢayıĢ 

məntəqəsinin XIX əsrin ortalarında keçmiĢ Hasıllı kəndinə məxsus pay torpağı 

sahəsində  salınmıĢdır. Oykonim  QızılbaĢ tayfalarından Ģamlıların bir qolu olan 



abdullu  tirəsinin  adı  ilə  bağlıdır.  1933-cü  ildə  həmin  r-nun  ərazisində  Abdullu 

oykonimi ilə yanaĢı iki Abdullalı kənd adı da qeydə alınmıĢdır. 



Abdulyan  oyk.,  sadə.  Sabirabad  r-nunun  eyniadlı  i.ə.v.-də  kənd.  Kür 

çayının  sol  sahilində,  ġirvan  düzündədir.  YaĢayıĢ  məntəqəsini  Kür  çayındakı 

balıq  vətəgələrində  iĢləyən  Cənubi  Azərb.-dan  köçmüĢ  ailələr  salmıĢlar.  Son 

illərdə kəndin adı Abdulla-abad adlandırılmıĢ və Hacıqabul r-nun ərazisinə daxil 

edilmiĢdir.  Abdulyan  abdullar  etnoniminin  variantıdır,  XIX  əsrdə  Ġrəvan 

xanlığında  Abdullar,  Abdulkənd,  Abdulağalı  oykonimləri  qeydə  alınmıĢdır. 

Orenburq vilayətindəki Abdulino Ģəhərinin adı da, çox güman ki, bu etnonimlə 

bağlıdır. 



AbıĢabad  oyk.,  mür.  Cəlilabad  r-nunun  ġilvəngə  i.ə.v.-də  kənd. 

Burovar  silsiləsinin  ətəyindədir.  Oykonim  Abış  (Ģəxs  adı)  və  abad 

topokomponentlərindən ibarətdir. Bu I Ģəxs adı ilə bağlı Masallı r-nunun ġıxlar 

kəndi  ərazisində  AbıĢ  təpəsi  oronimi  və  Ağcabədi  r-nunun  Qaradolaq  i.ə.v.-də 

AbıĢbəyli  (1933)  oykonimi  məlumdur.  Elmi  ədəbiyyatların  verdiyi  məlumata 

görə,  bu  yaĢayıĢ  məntəqəsi  keçmiĢdə  həmin  ərazidə  yaĢayan  aslar  tayfasının 

üçüncü  qolundan  olan  AbıĢ  bəyə  mənsub  ailələr  tərəfindən  XIX  əsrdə 

salınmıĢdır. 



Abix  or.,  sadə.  Bakı  Ģəh.-dən  12  km  Ģm.-da,  AbĢeron  yarımadasında 

palçıq vulkanı. Uzun müddətdir püskürmür. AbĢeron yarımadasında və Xəzərdə 

olan  palçıq  vulkanlarını  öyrənmiĢ,  Azərb.-nın  geoloji  quruluĢuna  və  1859-cu  il 

ġamaxı  zəlzələsinə  aid  əsərlər  yazmıĢ  alman  geoloqu,  Peterburq  EA-nın 

akademiki  German  Vilhelm  Abixin  (1806-1886)  Ģərəfinə  adlandırılmıĢdır. 

Memorial toponimdir. 



Abjit hidr., sadə. Balakən r-nu ərazisində çay. Qanıx çayının qoludur. 

Bəzi tədqiqatçıların fikrincə, çayın adı Ġran mənĢəli ab (su, çay) və jət (qətran) 

sözlərindən  ibarət  olub  "qətranlı  çay"  mənasındadır.  Qədim  türk  yazılı 

abidələrində xristianların xeyir-dua mərasimi "abijik/abiĢik" adlanır. Ehtimal ki, 



10 

 

abjit  sözü  r-nun  ərazisində  tarixi  məlum  olmayan  qədim  məbəd  və  ibadətgahla 

bağlıdır. 

Abjit  oyk.,  sadə.  Balakon  r-nunun  Qaysa  i.ə.v.-də  kənd.  Qoyuntəpə 

dağının  ətəyindədir.  YaĢayıĢ  məntəqəsi  Ġkinci  dünya  müharibəsindən  sonra 

yaradılmıĢdır. Kəndin adı eyniadlı çayın adından alınmıĢdır. 

Abrıx  oyk.,  sadə.  Qəbələ  r-nunun  Tikanlı  i.ə.v.-də  kənd.  Alazan-

Əyriçay  çökəkliyindədir.  Keçən  əsrə  aid  materiallara  əsasən,  Abrıx  Tikanlı 

kəndindən  yaranmıĢ  yaĢayıĢ  məntəqəsidir.  IX  əsr  ərəb  coğrafiyaĢünaslarının 

yazdığına  görə,  Beyləqanda  (bu  Ģəhərin  xarabalıqları  Mil  düzündə  indiyədək 

Örənqala  adı  ilə  qalmaqdadır)  Abrik/Abrek  adlı  qala  mövcud  olmuĢdur. 

Toponimikada  belə  bir  fərziyyə  var  ki,  həmin  Abrik  qalası  bir  vaxt  müəyyən 

hadisə  ilə  əlaqədar  olaraq  (bəlkə  də  monqolların  XIII  əsr  basqınları) 

dağıdıldıqdan  sonra  əhalisinin  müəyyən  hissəsi  bu  zonaya  gəlmiĢ  və  bu  adı  da 

özləri ilə gətirmiĢlər. Mənbələr Bizansda da Abrik adlı Ģəhərin mövcudluğundan 

xəbər  verir.  Azərb.  dilinin  dialekt  və  Ģivələrində  avırıx/  avruğ  "çay  qırağında 

olan  qamıĢlıq,  çubuq"  demokdir.  Türk  dilində  avrık  "hörülmüĢ,  sarınmıĢ, 

bağlanmıĢ"  mənalarını  ifadə  edir.  Deməli,  Abrıx/Abrik/Abriq  qalası  "qamıĢdan 

hörülmüĢ qala" kimi izah oluna bilər. 

AbĢeron  or.,  sadə.  Azərb.-da,  Xəzər  dənizinin  q.  sahilində  ən  böyük 

yarımada. Böyük Qafqazın c.-Ģ. qurtaracağındadır. Bakı Ģəhəri və ətraf kəndləri 

AbĢeron  yarımadasına  daxildir.  Sözün  etimologiyası  ilə  bağlı  müxtəlif  fikirlər 

mövcuddur.  Bəziləri  "AbĢeron"un  farsca  ab  (su)  və  şoran  (duzlu)  sözlərindən 

əmələ  gəldiyini  güman  edirlər.  Bir  çox  alimlərin  fikrincə,  "AbĢeron"  oğuz 

boylarından biri olan avşar/əfşar tayfa adı ilə bağlıdır. Mənbələrin  məlumatına 

görə, Bakı yaxınlığında, Ġrandan Dərbəndə gedən karvan yolu üzərində ƏfĢaran 

adlı  yaĢayıĢ  məntəqəsi  olmuĢdur.  Orta  əsrlərdə  Xəzər  dənizinin  q.  sahilində, 

Pirallahı  adasının  qarĢısında  ƏfĢaran  Ģəhərinin  mövcudluğu  haqqında  məlumat 

verilir. Türk-səlcuq tayfa birliyinə daxil olmuĢ və Azərb. xalqının etnogenezində 

iĢtirak etmiĢ əfĢarlar Səfəvilər dövlətinin  siyasi həyatında mühüm rol oynamıĢ, 

Nadir  Ģah  ƏfĢarın  dövründə  bir  müddət  Ġranda  hakimiyyəti  ələ  ala  bilmiĢdilər. 

Belə  olan  surətdə  əfĢarların  adı  Azərb.  toponimiyasında  öz  əksini  tapmaya 

bilməz. Odur ki, Abşeron toponiminin "əfĢarlar yaĢayan yer" kimi izah olunması 

məntiqə daha çox uyğundur. 

AbĢeron oyk., sadə. 1. Azəb.-nın Ģ.-ində inzibati r-n. Fatmayı, Masazır, 

Məhəmmədli,  Hökməli  kəndləri,  Güzdək,  Qobu,  Saray,  Digah,  Ceyranbatan 

qəsəbələri  r-nun  ərazisinə  daxildir;  2.  Bakı  Ģəhəri,  Əzizbəyov  r-nunda  qəsəbə. 

Xəzərin  sahilində,  eyniadlı  yarımadada  salınmıĢdır  (1960-cı  illərdə).  Türkiyə, 

Ġran, Ermənistan, Gürcüstan, Türkmənistan ərazilərində də avĢar/əfĢar etnonimi 

ilə bağlı çoxlu coğrafi adlara rast gəlmək mümkündür. Krasnodar vilayətindəki 

ApĢeronsk Ģəhər və r-nunun adı isə AbĢeron y.a.-nın adı ilə bağlıdır. 


11 

 



Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə