Qəzet 1933 -cü ildən çıxır. № 05 (1602) 14 mart 2015 - ci il Qiyməti 40 qəpik
Azərbaycan
Tibb
Universitetində
Dünya Böyrək
Günü qeyd
edilib
m
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də
Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya
komitəsinin məruzəçisi Robert Uolteri qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişafı,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
danışıqlar prosesi və münaqişənin nizama salınması perspektivlərinə
dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
2
u
Azərbaycan Tibb
Universitetinin
tədris işləri üzrə prorekto-
ru, professor Sabir Əliyev
kollektivin bir qrup
qadın üzvi ilə görüşüb.
S.Əliyev ATU-nun xanım
əməkdaşlarını və tələbə
qızları
Beynəlxalq
Qadınlar Günü
münasibətilə universi-
tet rəhbərliyi, şəxsən
akademik Əhliman
Əmiraslanovun adın-
dan təbrik edib. Sabir
Əliyev ATU-nun qadın
üzvlərinə cansağlığı, hər
kəs üçün önəmli olan
ailə səadəti arzulayıb:
“Qadınlarımız ildə bir dəfə yox, ömür boyunca diqqət və qayğıya layiqdirlər. Mən
də sizə həmişə diqqətlə əhatə olunmağı, özünüzlə və övladlarınızla bağlı bütün
arzularınızın həyata keçməsini diləyirəm!”
Azərbaycan Prezidenti İlham Əliyev
AŞPA-nın siyasi işlər və demokratiya
komitəsinin məruzəçisini qəbul edib
BU SAYIMIZDA
YENİ RAZILAŞMALAR
ƏLDƏ EDİLİB
2
3
Azərbaycan və Pakistanın Tibb
Universitetləri arasında saziş imzalandı
Àçÿðáàéúàí Òèáá Óíèâåðñè òåòèíèí ðåêòîðëóüó, Ùÿì
êàð ëàð Èòòèôàãû Êîìèòÿñè óíèâåðñèòåòèí ïðîôåññîðìöÿëëèì
ùåéÿòèíè, áöòöí ÿìÿê äàøëàðûíû âÿ òÿëÿáÿëÿðèíè
Íîâðóç
Áàéðàìû
ìöíàñèáÿòèëÿ ñÿ ìè ìè ãÿëá äÿí òÿáðèê åäèð,
îíëàðûí ùÿð áèðèíÿ ìþùêÿì úàíñàü ëûüû, ôèðàâàí ùÿéàò, áîë
áîë ñåâèíú àðçóëàéûðëàð!
http://www.amu.edu.az
14 mart 2015-ci il
2
u
Martın 2-də Azərbaycan
Tibb Universitetinin rekto-
ru, millət vəkili, akademik
Əhliman Əmiraslanov Qazi
Universitetinin rektoru, pro-
fessor Süleyman Büyükberbe-
rin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Görüş zamanı Ə.Əmiraslanov
qonaqlara son illər universitetdə
görülən işlər, açılan yeni klinikaların
fəaliyyəti haqqında ətraflı məlumat
verərək Universitetin Stomatolo-
ji, Onkoloji, Tədris-terapevtik və
Tədris-cərrahiyyə klinikalarının hər
birində ən müasir tibbi avadanlıq-
ların quraşdırıldığını vurğulayıb.
Dünyanın aparıcı şirkətlərinin isteh-
salı olan bu cihazların müayinə və
müalicə işini ən yüksək səviyyədə
həyata keçirməyə tam imkan ver-
diyini diqqətə çatdıran rektor klinika
üçün yaxın gələcəkdə bir sıra yeni
avadanlıqların alınmasının planlaş-
dırıldığını da bildirib.
Akademik Ə.Əmiraslanov onu da
qeyd edib ki, Qazi Universiteti ilə
münasibətlərin tarixi 20 ildən artıq
müddətə dayanır: “Artıq bu univer-
siteti özümüzə doğma sayırıq. Bir
neçə dəfə birlikdə telekörpü təşkil
etmişik. Rezidentlərimiz mübadilə
proqramları çərçivəsində Qazi
Universitetində rotasiya keçirlər. Bu
əlaqələri daha da genişləndirmək,
Qazi Universitetinə daha çox rezi-
dent göndərmək niyyətindəyik”.
Öz növbəsində Süleyman Bü-
yükberber də Qazi Universitetinin
nəzdində yeni xəstəxana tikildiyini,
bu səhiyyə ocağının Avropanın ən
böyük təcili yardım xidməti olaca-
ğını söyləyib. Onun sözlərinə görə,
hazırda 80 min tələbəsi olan Qazi
Universitetinin
xəstəxanasında
azərbaycanlı assistentlər də işləyir:
“Ümumi cərrahiyyədə işləyən
azərbaycanlı rezidentlərdən çox
razıyıq. Biz Azərbaycan Tibb
Universitetindən daha çox reziden-
tin, həkimlərin Türkiyəyə gəlməsini
istəyirik”.
Daha sonra Türkiyəyə göndərilən
rezidentlərin sayının artırılması ilə
bağlı müzakirələr zamanı qərara alı-
nıb ki, həm Mövlanə Mübadilə Proq-
ramı, həm də universitetlərarası
saziş əsasında Qazi Universitetinə
göndərilən
rezidentlərin,
assistentlərin sayı artırılsın.
Bundan əlavə, hər iki universi-
tet arasında proqramların uyğun-
laşdırılması məsələsi ilə bağlı il-
kin müzakirələr aparılıb. Bunun
sayəsində gələcəkdə bu iki təhsil
ocağının tələbələrinin hər iki
universitetdə təhsil alması, hər iki
yerdən diplom alması mümkün ola-
caq.
Qeyd edək ki, Azərbaycan Tibb
Universiteti və Qazi Universiteti ara-
sındakı əməkdaşlıq müqaviləsi aka-
demik heyətdə çalışan əməkdaşların
və tələbələrin mübadiləsi, müştərək
konfranslar, seminarlar, müxtəlif
tədbirlərin təşkili və digər sahələrdə
qarşılıqlı fəaliyyətə dair məsələləri
özündə əks etdirir.
Görüşdə ATU-nun tədris işləri
üzrə prorektoru Sabir Əliyev, elmi
işlər üzrə prorektor İbrahim İsayev,
beynəlxalq əlaqələr üzrə prorektor
Rəhimə Qabulova, tədris hissəsinin
müdiri Nəsimi Qasımov, beynəlxalq
əlaqələr şöbəsinin müdiri Nadir
Zeynalov iştirak ediblər.
Görüşdən sonra qonaqlar ATU-
nun Tədris Cərrahiyyə Klinikasında-
kı şəraitlə də tanış olublar.
Arif MƏMMƏDLİ
YENİ RAZILAŞMALAR
ƏLDƏ EDİLİB
u
Azərbaycan Tibb Uni-
versitetinin rekto-
ru, millət vəkilil, akademik
Əhliman Əmiraslanov Pakis-
tan Prezidenti cənab Məmnun
Hüseynlə Azərbaycana gəlmiş
nümayəndə heyətinin üzvü,
Pakistanın Şəhid Zülfüqar Əli
Bhutto adına Tibb Universiteti-
nin prorektoru, Pakistan Tibb
Elmləri İnstitutunun Klinika-
sının müdiri, professor Cavid
Əkrəmi qəbul edib.
Görüş
zamanı
Ə.Əmiraslanov uzun illər
boyu Azərbaycan və Pa-
kistan xalqlarının sülh,
əməkdaşlıq və dostluq
şəraitində yaşadığını qeyd
edib. Onun sözlərinə görə,
bu gün ölkələrimiz müstəqil
dövlət kimi hər bir sahədə,
o cümlədən tibb və
təhsil
sahəsində
də
əməkdaşlıq
edir lər:
“Bu səfər
çərçivəsində
ke
çi rilən yüksək sə
viyyəli
görüşlər,
imzalanan sənədlər
də bunu sübut edir
ki, iki qardaş ölkə
arasındakı əla qələ
ri miz gün bəgün ge
n i ş l ə n m ə k d ə d i r .
Biz Pakistan döv
lə ti ni
özü müzə
qar daş ölkə hesab
edi rik.
Pakistan
Azərbaycanın müs
təqil liyini tanıyan
ilk ölkə dir”.
Ə.Əmiraslanov
bütün
sahələrdə tibb təhsili ilə
bağlı Azərbaycanın Pakis-
tanla əlaqələrini daha da
genişləndirmək niyyətində
olduqlarını açıqlayıb: “Bili-
rik ki, Pakistanın əczaçılıq
sahəsində xüsusi uğurları
var. Gələcəkdə əlaqələri
dərinləşdirsək, hər iki ölkə
səhiyyə sahəsindəki uğur-
lardan bəhrələnə bilər”.
Daha sonra akademik
Ə.Əmiraslanov Azərbaycan
Tibb
Universiteti
haq-
qında qısa məlumatı qo-
naqların diqqətinə çat-
dırdı. Qeyd olundu ki,
ATU Azərbaycanda tibb
və əczaçılıq təhsili verən
yeganə müəssisədir ki, bu-
rada 160-dan çox profes-
sor çalışır. 1930-cu ildən
müstəqil universitet kimi
fəaliyyətdə olan Tibb Uni-
versitetinin hazırda 8000-ə
yaxın tələbə və rezidenti
var. Universitetdə təhsil alan
1000-dən çox xarici tələbə
arasında Pakistandan olan
gənclər də var: “Gələcəkdə
bu tələbələrin sayı artsa,
buna yalnız sevinə bilərik”.
Rektor həmçinin ATU-nun
nəzdindəki klinikalar barədə
məlumat verərək bildir-
di ki, bu klinikalar əhaliyə
yüksək ixtisaslı tibbi xidmət
göstərməklə yanaşı, həm
də tədris müəssisəsi kimi
fəaliyyətdədir.
Sonra qonaq Cavid Əkrəm
də öz növbəsində ATU-nun
rektoruna təşək kür etdi.
O, ölkələrimiz arasında
siyasi əlaqələrlə yanaşı,
tibb və səhiyyə sahəsində
də əlaqələrin çox yüksək
səviyyədə
olduğundan
məmnunluğunu
bildirdi.
Cənab Əkrəm prorektoru
olduğu Tibb Universiteti-
nin 1 ildir yaradıldığını və
bu ali təhsil müəssisəsinin
rektorunun Pakistanın Pre-
zidenti olduğunu da vurğu-
ladı. Onun sözlərinə görə,
universitetin nəzdində tibb
kolleci, həm də Tibb Elmləri
Klinikası fəaliyyət göstərir:
“Çox yaxşıdır ki, bizim təmsil
etdiyimiz
universitetlər
yalnız tibb təhsili verir.
Dünyada belə ali təhsil
müəssisələrinin sayı azdır”.
Prorektor Cavad Əkrəm
ATU-nun mütəxəssisləri ilə
birlikdə müştərək təşkilat
yaratmaq arzusunda olduq-
larını, həm müalicə, həm də
akademik tibb sahəsində
qarşılıqlı əlaqələr qurma-
ğı, azərbaycanlı alimlərin
məqalələrinin
Pakistanın
elmi jurnallarında dərcinin
təşkil olunması istəyində ol-
duqlarını bildirdi.
Görüşdə ATU-nun tədris
işləri üzrə prorektoru Sabir
Əliyev, Tədris Terapevtik
Klinikanın direktoru Surxay
Musayev,
Stomatologiya
Klinikasının direktoru Alqış
Səfərov, Tədris Cərrahiyyə
Klinikasının direktoru Hacı-
qulu Bağırov və Beynəlxalq
əlaqələr şöbəsinin müdiri
Nadir Zeynalov da iştirak
ediblər.
Görüşün
sonunda
Azərbaycan Tibb Univer-
siteti ilə Pakistanın Şəhid
Zülfüqar Əli Bhutto adına
Tibb Universiteti arasın-
da qarşılıqlı əməkdaşlığa
dair saziş imzalandı. Sa-
ziş universitetlər arasın-
da əməkdaşlığın bütün
istiqamətlərini əhatə edir
və tibb təhsili sahəsində
münasibətlərin
inkişafı-
na xidmət edir. Bu sənəd
həmçinin iki ali təhsil
müəssisəsi arasında birgə
rezident və mütəxəssis
mübadiləsinin
təşkilini
nəzərdə tutur.
Görüşdən sonra Pakis-
tandan gələn nümayəndə
heyəti ATU-nun klinikaların-
da yaradılan şəraitlə tanış
olublar.
ATU-nun mətbuat xidməti
Fotolar Cənnətalı Çingizindir
Azərbaycan və Pakistanın Tibb
Universitetləri arasında saziş imzalandı
14 mart 2015-ci il
http://www.amu.edu.az
3
u
Martın 12-də Azərbaycan Tibb
Universitetinin Tədris Terapev-
tik Klinikasında Dünya Böyrək Gününə
həsr olunmuş elmi-praktiki konfrans
keçirilib. Tədbirdə respublikamızın di-
aliz mərkəzlərinin, həmçinin özəl dia-
liz mərkəzlərinin həkimləri, Mərkəzi
Neftçilər Xəstəxanasının hemodializ və
böyrəkköçürmə şöbəsinin əməkdaşları işti-
rak ediblər.
ATU-nun Tədris Terapevtik Klinikası-
nın direktoru, professor Surxay Musa-
yev bildirib ki, ənənəvi keçirilən konf-
ransın məqsədi əsas diqqəti böyrək
patologiyasına, böyrək xəstəsi olan
insanlara yönəltməkdir:
“Artıq 10cu
dəfədir ki, belə bir tədbir keçirilir.
Azərbaycan hökuməti bu məsələni
həmişə diqqət mərkəzində saxlayır.
2010cu il noyabrın 26da Nazirlər
Kabinetinin sərəncamı ilə 20112015
ci illərdə xroniki böyrək çatışmazlığı
üzrə tədbirlər proqramı təsdiqlənib”.
Onun sözlərinə görə, Azərbaycanda
böyrək çatışmazlığından əziyyət çəkən
xəstələrin sayı hər il artır: “Hər il dializ
xəstələrinin sayında orta hesabla 20-
25 faiz artım qeydə alınır. Bunu nəzərə
alan Azərbaycan hökuməti tərəfindən
ölkədə belə xəstələrin müalicəsi üçün
dializ mərkəzləri yaradılır. Çünki bu
xəstəlikdən əziyyət çəkən xəstələrin öz
hesablarına uzun müddət dializ qəbul
etməsi çətin məsələdir. Bu səbəbdən
Azərbaycan Tibb Universitetində də bu
məsələyə ciddi diqqət yetirilir”.
S.Musayev qeyd edib ki, hazırda ATU-
nun Tədris Terapevtik Klinikasında Nef-
rologiya şöbəsi fəaliyyət göstərir: “Klini-
kanın bütün çarpayıları işləyir, xəstələri
növbə ilə qəbul edirik. Bir klinika rəhbəri
kimi bu hal məni razı salmalıdır. Amma
bir həkim, bir insan kimi əhalinin belə
xəstə olması məni çox narahat edir.
Amma xəstələr varsa, onların müalicəsi
üçün belə mərkəzlər yaratmalıyıq”.
Sonra
akademik
M.Cavadzadə
adına Respublika Klinik Uroloji
Xəstəxanasının hemodializ şöbəsinin
müdiri Fariz Babayev “Azərbaycanda
böyrək əvəzedici terapiyanın 2014-
cü il registri” mövzusunda məruzə
ilə çıxış edib. Onun sözlərinə görə,
Azərbaycanda bu günə qədər müalicə
olunan 2 635 dializ xəstəsinin 356
nəfərində Hepatit C, 152 nəfərində He-
patit B, 49 nəfərində isə mix-infeksiya
(HBV+HCV) aşkar olunub.
Həkim bildirir ki, hemodializ müalicəsi
qəbul edən xəstələr müxtəlif instru-
mental, invaziv müdaxilələrə məruz
qaldığından, onlar daha tez hepatit vi-
rusuna yoluxurlar.
Xəstəliyin sıxlığına gəlincə, hazır-
da Azərbaycanda bir milyon əhaliyə
450-550 böyrək çatışmazlığından
əziyyət çəkən xəstə düşür. Onlardan
da təxminən 255-270 nəfəri hemo-
dializ müalicəsinə cəlb olunur. Onun
sözlərinə görə, ən yüksək xəstə sıxlığı
Gəncə, Şəmkir, Mingəçevir və Bərdə
zonasında müşahidə olunur:
“Həmin ərazilərdə bir milyon əhaliyə
təxminən 253 xəstə düşür. Bu göstərici
regionlarda xəstəliyin daha çox yayıl-
ması deyil, əksinə, həmin bölgələrdə
insanların sayının daha çox olması ilə
bağlıdır”.
Son illər ərzində Bakıda və regionlar-
da 26 yeni dializ mərkəzinin istifadəyə
verildiyini deyən şöbə müdiri vurğulayıb
ki, bu il daha 3 yeni dializ şöbəsinin açıl-
ması planlaşdırılır: “Bu gün respublika-
da 486 dializ aparatı fəaliyyət göstərir
və hər bir aparat 3 növbəli iş rejimində 6
xəstəyə xidmət edir. Ötən il ərzində 352
416 hemodializ seansı aparılıb. Onlar-
dan da 155 037-si Bakıda, 197 379 se-
ansı isə bölgələrdə həyata keçirilib”.
Şöbə müdiri qeyd edib ki, 2010-cu
ildən etibarən Azərbaycanda böyrək
köçürmə əməliyyatları bərpa olunub.
Və bu günə qədər canlı donordan 197
böyrək transplantasiyası əməliyyatı
aparılıb: “2014-cü ildə isə 68 belə
əməliyyat həyata keçirilib. Bu gün res-
publikada 561 böyrək köçürülən xəstə
dispanser qeydiyyatındadır”.
Daha sonra Səhiyyə Nazirliyinin Baş
nefroloqu Mehman Ağayev, ASHTİ-
nin nefrologiya kafedrasının müdiri
Fuad Sərdarlı və digər mütəxəssislər
çıxış ediblər. Tədbirdə “Hemodia-
liz və hemodiafiltrasiya tətbiqinin
əsas xüsusiyyətləri”, “”FSQS komp-
leks
müalicəsində
plazmaferezin
tətbiqi”, “BXX xəstələrində virus
hepatitləri”, “Sidik yollarının infeksiya-
sının müalicəsində Selvirinin tətbiqi”,
“Xroniki
böyrək
çatışmazlığının
kəskinləşməsində hemodializin tətbiqi”
və s. mövzular ətrafında müzakirələr
aparılıb.
Günel ASLANOVA
u
Azərbaycan Tibb Universitetinin (ATU)
həkimləri Uludağda keçirilən 8-ci “Uludağ
Dermotokosmetoloji Günləri”ndə iştirak ediblər.
Dermotokosmetoloji Dərnəyi və Uludağ Universi-
teti Tibb fakültəsinin dəri-zövrəvi xəstəliklər kafed-
rasının birgə təşkilatçılığı ilə baş tutan simpozium 4
gün davam edib. Simpozium çərçivəsində keçirilən
dəriyə qulluqla bağlı kurslara (gözaltı, üz, saç
mezoterapiyası, üz pilinqi, piftinq və s.) ATU-nun
dermatovenerologiya kafedrasının dosenti Elşad
Novruzov və həmin kafedranın assisenti Maqsud
Agazadə də qatılıblar. Onlar təşkilatçılar tərəfindən
sertifikatla mükafatlandırılıblar.
ATU-nun həkimləri 8-ci
«Uludağ Dermotokosmetoloji
Günləri»ndə iştirak ediblər
Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib
u
Gəncə
Pediatrlar
Cəmiyyəti “Tibbin müa-
sir aspektləri” mövzüsünda el-
mi-praktik konfrans keçirmiş-
dir. Bu barədə məlumatı Gəncə
Şəhər
Səhiyyə
İdarəsinin
mətbuat xidməti yayıb. Verilən
məlumata görə, tədbirdə qərb
bölgəsinin şəhər və rayonla-
rından 100-ə yaxın həkim- pe-
diatr və terapevt iştirak edib.
Tədbiri giriş sözü ilə Gəncə
Şəhər Səhiyyə İdarəsinin rəisi,
tibb elmləri doktoru, professor
Əlikram Məmmədov açmış-
dır. Qeyd etmişdir ki, bu gün
Azərbaycanda səhiyyənin inki-
şafı, insanlarımızın sağlamlığına
göstərilən diqqət və qayğı ölkə
başçısı cənab İlham Əliyevin
gərgin zəhmətinin nəticəsidir.
Belə vacib və təbabətin aktu-
al problemlərinin həllinə həsr
olunmuş elmi-praktik konfransın
Gəncədə təşkilində göstərdiyi
dəstəyə görə Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı Elmar
Vəliyevə minnətdarlığını bildirən
professor Ə.Məmmədov qonaq-
lara və konfrans iştirakçilarına
müvəffəqiyyətlər arzulamışdır.
Şəhərin “Ramada Plaza”
otelində təşkil olunan konf-
ransda Azərbaycan Tibb Uni-
versitetinin uşaq xəstəliklərinin
proredevtikası
kafedrasının
müdiri, tibb elmləri doktoru,
professor İbrahim İsayev və
Akademik C.Abdullayev adı-
na Elmi-Tədqiqat Kardiologiya
İnstitutunun kardioloqu, tibb
elmləri namizədi Rafiq Yusifli
çıxışlar etmişlər. Professor İb-
rahim İsayev “Kəskin revmatik
qızdırma:klinika,
diaqnostika,
müalicəsinə dair müasir
yanaşmalar” mövzusunda
mühazirə ilə çıxış etikdən
sonra yerli həkimlərin su-
allarını cavablandırmışdır.
Tibb elmləri namizədi Ra-
fiq Yusifli isə “Xroniki ürək
çatışmazlığı və arterial hi-
pertoniyanın müalicəsində
aldosteron antaqonistlərin
istifadəsinə müasir baxış”
mövzusunda
mühazirə
söylədikdən sonra birgə fi-
kir mübadiləsi aparılmışdır.
Sonra Gəncə Pediatrlar
Cəmiyyətinin sədri Asif
Məmmədov
“Respirator
distress sindrom” mövzu-
sunda çıxış etmiş və ümu-
mi diskussiya aparılmışdır.
Tədbirin sonunda profes-
sor
Əlikram
Məmmədov
konfransın təşkilində göstər-
diyi dəstəyə görə WORLD
MEDICINE şirkətinin rəhbərliyi-
nə, professor İbrahim İsayevə
və tibb elmləri namizədi Rafiq
Yusifliyə minnətdarlığını bidir-
miş və belə tədbirlərin davamlı
olacağına
ümid
etdiyini
söyləmişdir.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
Qərb bölgəsinin pediatrları Gəncədə
http://www.amu.edu.az
14 mart 2015-ci il
4
Martın 5 –də ATU- nun Tədris
Terapevtik Klinikasının Tibbi Şurasının
yığıncağı
keçirildi.
Yığıncağın
gündəliyində duran məsələləri diqqətə
çardıran klinikanın direktoru, ə.e.x.
professor Surxay Musayev ay ərzində
klinikada aparılan müalicə diaqnostik
işlər haqqında məruzə etmək üçün sözü
klinikanın baş həkimi, dosent Ramin
Bayramlıya verdi.
Baş həkim fevral ayı ərzində klinikada
aparılan bir sıra yenidənqurma işləri və
bir ay müddətində kilinikanın müraciət
edən və çıxan xəstələrin ümumi sta-
tistikası haqqında ətraflı məlumat ver-
di. O, məruzəsində bildirdi ki, ötən illə
müqayisədə , bu ay klinikaya müraciət
edənlərin sayında nəzərə çarpacaq
dərəcədə (13 % ) artım qeydə alın-
mışdır. Belə ki, klinika üzrə stasionar
müalicə almaq üçün 574 xəstə daxil
olub, 559 xəstə isə çıxıb. Martın 5 -nə
olan məlumata görə, klinika üzrə sta-
sionar və gündüz həftəlik daxil olma
və çıxma ümumilikdə 201 nəfər təşkil
edib.
Toplantıda qeyd olundu ki, klinikada
ay ərzində bir sıra yeniliklər də olub.
Əvvəllər çox darısqal olan qəbul şöbəsi
(təcili yardım) tamamilə yenilənərək
daha müasir bir vəziyyətə gətirilmişdir.
İndi burada eyni vaxtda üç xəstəni ra-
hat şəraitdə qəbul etmək mümkündür.
Bundan başqa klinikada fevral ayın-
da ayrıca uşaq reanimasiyası bölməsi
də yenidən qurulmuş, fəaliyyəti
gücləndirilmişdir.
Hesabat ayı ərzində klinikada keçirilən
tədbirlər haqqında da toplantı iştirak-
çılarına məlumat verən natiq vurğuladı
ki, fevralın 13- də klinikamızda “Auto-
immun xəstəliklərin laborator diaqnosti-
kası” mövzusunda elmi-praktik seminar
keçirilmişdir ki, burada da universitet
əməkdaşları ilə birgə respublikamızın
digər müalicə müəssisələrində çalışan
mütəxəssislər də qatılmışdır. Bundan
başqa fevralın 25 –də klinikanın konf-
rans zalında xalqımızın qan yaddaşı
olan Xocalı soyqrmının 23 –cü ildönü-
mü ilə əlaqədar böyük anım mərasimi
keçirilmişdir. Universitet rəhbərliyinin və
tibb ictimaiyyətinin iştirak etdiyi toplan-
tıda erməni qəsbkarlarının millətimizin
başına gətirdiyi facıələr bir daha qeyd
olunmuşdur.
Sonra klinikanın baş tibb bacı-
sı Zərgül Qasımova “Tibb bacıları
məktəbi” nin 2014-2015- cı tədris ilində
göstərdiyi fəaliyyəti haqqında məruzə
ilə çıxış etmişdir.
Çıxışlarda
səslənən
fikirlərə
münasibətini bildirən klinikanın direkto-
ru , professor Surxay Musayev son vaxt-
lar klinikada aparılan bir sıra yeniliklər,
şöbələrdə yaradılan maksimum şərait,
mütərəqqi üsullar, alınan yeni avadan-
lıqlar və onlardan istifadə qaydaları
barədə ətraflı söhbət açdı, görüləcək
cari məsələlər haqqında toplantı iştirak-
çılarına məlumat verdi. Professor S.
Musayev əldə olunan bu nailliyyətlərin
qazanılmasında universitetimizin rek-
toru, millət vəkili, akademik Əhliman
Əmiraslanovun diqqət və qayğısından
bəhs etdi.
O, çıxışının sonunda klinikada ça-
lışan bütün qadın əməkdaşları qarşı-
dan gələn Beynəlxalq Qadınlar Günü
münasibətilə təbrik etdi, onların hər
birinə rəhbərlik adından ailə səadəti və
işlərində yeni- yeni müvəffəqiyyətlərlər
arzuladı.
Dostları ilə paylaş: |