Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsinin iclasının protokolu



Yüklə 57,91 Kb.
səhifə1/7
tarix26.12.2016
ölçüsü57,91 Kb.
  1   2   3   4   5   6   7
Azərbaycan Skautlar Assosiasiyasının

Milli Komitəsinin iclasının

PROTOKOLU

Bakı şəhəri 21 mart 2014-cü il

İştirak edirlər: 5 nəfər

Gündəlik məsələ:



  1. Azərbaycan Skautlar Assosiasiyasının yeni strukturunun təsdiq edilməsi;

  2. Azərbaycan Skautlar Assosiasiyasının Daxili İntizam qaydalarının təsdiq edilməsi;

  3. Azərbaycan Skautlar Assosiasiyasının Liderlər üçün Təlimlər Proramı haqqında Əsasnaməsinin təsdiq edilməsi;

Gündəlik səs çoxluğu ilə təsdiq olundu.

Dinlənildi:



  1. Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitə üzvləri Fərid Dərgahzadə və Assosiasiyanın Prezidenti İlyas ismayıllı çıxış etdilər və Azərbaycan Skautlar Assosiasiyasının yeni strukturu haqqında əsasnamənin aşağıdakı mətnini təsdiq edilməsini təklif etdilər:



  1. Ümumi müddəalar

    1. Bu Əsasnamə Azərbaycan Skautlar Assosiasiyasının (bundan sonra – Assosiasiya) Nizamnaməsinin icra edilməsinin təmin olunması və mövcud idarə etmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə işlənib hazırlanmışdır.

    2. Bu Əsasnamə Assosiasiyanın təkmilləşdirilmiş strukturunu əks etdirir.

  2. Assosiasiyanın strukturu aşağıdakı kimidir:

    1. Baş Assambleya

      1. Milli Komitə, Prezident daxil olmaqla

      2. Auditor Komissiyası

      3. Fəxri Prezident

    2. Milli Komitə Assosiasiyanın icra edici orqanını – Milli Komissarlar Surasının üzvlərini müəyyən edir.

    3. Milli Komissarlar Şurası aşağıdakı üzvlərdən ibarətdir

  • Milli Baş Komissar

  • Milli Baş Komissarın köməkçisi

  • Milli Təlim Komissarı

  • Beynəlxalq komissarın köməkçisi

  • Beynəlxalq komissarın köməkçisi

  • Milli Üzvlər üzrə Komissar

  • Milli Mauqli skautlar Komissarı

  • Milli Skautlar Komissarı

  • Milli Cəngavər skautlar Komissarı

  • Milli Etika üzrə Komissar

  • Milli İctimai Əlaqələr və Kommunikasiyalar üzrə Komissar

    1. Milli Baş Komissar Baş ofisin işçilərini seçir

    2. Milli Komitə və Milli Komissarlar Şurası Sub – Komitələrin üzvlərini müəyyən edir.

    3. Assosiasiyanın aşağıdakı sub – komitələri mövcuddur:

  • Milli Resurslar üzrə Sub – Komitə

  • Milli Təlim və skautinqdə böyüklər Sub – Komitəsi

  • Milli Gənclər Proqramı sub – Komitəsi

  • Milli İctimai əlaqələr Sub – Komitəsi

  • Milli mükafatlar və təltiflər üzrə Sub – Komitə

  • Milli Etika üzrə Sub – Komitə

  1. Bölgələr

    1. Assosiasiyanın aşağıdakı Bölgələri mövcuddur (Əlavə 1: Xəritə):

      1. Bakı şəhəri

      2. Abşeron

      3. Quba – Xaçmaz

      4. Şirvan

      5. Aran

      6. Lənkaran

      7. Qarabağ

      8. Gəncə - Qazax

      9. Şəki – Zaqatala

      10. Naxçıvan

    1. Hər bölgənin aşağıda göstərilən vəzifələri olmalıdır:

      1. Bölgə Baş Komissarı

      2. Bölgə Baş Komissarın köməkçisi

      3. Bölgə Təlim Komissarı

      4. Bölgənin Üzvlər üzrə Komissarı

      5. Bölgənin Mauqli skautlar üzrə Komissarı

      6. Bölgənin Skautlar üzrə Komissarı

      7. Bölgənin Cəngavər skautlar üzrə Komissarı

      8. Bölgə İctimai Əlaqələr Komissarı

  1. Rayonlar

    1. Assosiasiyanın bölgələri rayonlara bölünür və Azərbaycan respublikasının mövcud inzibati bölgəsinə görə müəyyənləşir (Əlavə 2: Xəritə).

  2. Qruplar

    1. Rayonlar qruplara bölünür. Hər qrupun Baş Rayon Komissarı və Baş rayon Komissarın Köməkçisi olmalıdır.

    2. Bir rayonda 7 qrupdan artıq qrup olduğu halda, Bölgə səviyyəsində olan vəzifələr rayon səviyyəsində ASA-nın Milli Komitəsinin qərarı ilə yaradılır.

    3. Bir rayonda 20 dən artıq qrup olduğu halda Bölgə ASA-nın Milli Komitəsinin qərarı ilə bölünür.

    4. Bir qrupda 3 (üç) dəstəyə qədər ola bilər.

  3. Dəstə

    1. Qruplar Dəstələrə bölünür.

    2. Dəstədə 24 – 30 nəfər ola bilər.

  4. Patrul

    1. Dəstələr patrullara bölünür

    2. Patrulda 5/6 + 1 patrul lideri ola bilər.



  1. Assosiasiyanın yeni strukturunun sxematik görünüşü aşağıdakı kimi olmalıdır.



  1. Təsdiqləmə, dəyişik və düzəlişlər etmək üçün prosedurlar

    1. Bu Əsasnamə qüvvədə olan iş sənədi kimi lazımi qaydada Milli Komitə tərəfindən təsdiqlənmiş, Prezident tərəfindən imzalanmış və möhürlənmiş və imzalandığı tarixdən etibarən qüvvəyə minir.



  1. Milli Komitənin üzvləri Abbas Fətullayev və Fərid Dərgahzadə çıxış etdilər və Azərbaycan Skautlar Assosiasiyasının daxili intizam qaydalarının aşağıdakı mətninin təsdiq edilməsini təklif etdilər:


1. ÜMUMI MÜDDƏALAR



1.1.Bu “Daxili intizam qaydaları” (bundan sonra “Qaydalar” adlanacaq) Azərbaycan Respublikasının qanunvericiliyi əsasında təşkil olunmuş və fəaliyyət göstərən və Azərbaycan Respublikası, Bakı şəhəri, Qədirli küçəsi 5/44, AZ 1065 hüquqi ünvanında yerləşən “Azərbaycan Skautlar Assosiasiyası” İctimai Birliyin (bundan sonra “İşəgötürən”) daxili normativ sənədidir və İşçilərin (bundan sonra ayrı ayrılıqda və ya birlikdə müvafiq olaraq “İşçi” və ya “İşçilər” adlanacaq) işə qəbul edilməsi və işdən azad edilməsi qaydalarını habelə əmək müqaviləsi üzrə tərəflərin əsas hüquqlarını, öhdəliklərini və məsuliyyətini, iş rejimini, istirahət vaxtını, İşçilərə tətbiq olunan həvəsləndirmə və tənbeh tədbirlərini, həmçinin təşkilatda əmək münasibətlərinə aid digər məsələləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra “Əmək Məcəlləsi”) və digər qanunvericilik aktlarına uyğun olaraq tənzimləyir.
1.2. Bu qaydalarla bağlı yaranan hər hansı suallar İşəgötürənin rəhbərliyi ilə ona verilmiş səlahiyyətlər çərçivəsində həll olunur. Qaydalarda öz əksini tapmayan hər hansı suallar Azərbaycan Respublikasının (bundan sonra “AR”) əmək qanunvericiliyinə müvafiq olaraq həll olunacaqdır.

1.3. İşçi bu qaydalarla (İşəgötürənin digər prosedur və qaydaları daxil olmaqla) ilk dəfə tanış olduqdan sonra bu faktı təsdiq etmək üçün Qaydalarla tanışlığa dair qeydiyyat kitabşasına imza edir.

1.4. İşəgötürən Qaydaların yeni versiyaları ilə İşçini tanış edir. İşçi qaydaların yeni versiyaları ilə tanış olmaq öhdəliyini daşıyır.

1.5. İşçilər hazırkı Qaydalara ciddi şəkildə əməl etməlidirlər.


Yüklə 57,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə