AzƏrbaycan Respublikasının


X fƏsil Torpaqlardan istifadƏyƏ vƏ onların mühafizƏsinƏ dövlƏt nƏzarƏti



Yüklə 140,45 Kb.
səhifə7/10
tarix01.01.2017
ölçüsü140,45 Kb.
1   2   3   4   5   6   7   8   9   10

X fƏsil
Torpaqlardan istifadƏyƏ vƏ onların
mühafizƏsinƏ dövlƏt nƏzarƏti


Maddə 44. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir.



Maddə 45. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar

1. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

2. Bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir.

3. Torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.


XI fƏsil
DövlƏtin vƏ bƏlƏdiyyƏnin torpaq
üzƏrindƏ mülkiyyƏt hüququ


Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir:

dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar;

dövlətin obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;

yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları;

meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla);

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları;

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 20-50 metrlik zolağının altında olan torpaqlar; (20)

təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; (17)

dövlət elmi tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları;

dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar;

dövlət ehtiyat fondu torpaqları.

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu Məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

2-1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının (həmin səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin təqdimatı əsasında həyata keçirir) qərarı ilə istifadəyə və icarəyə verilə bilər. İstifadəyə və icarəyə verilən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələri hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilməz və dənizin sahilinə gediş-gəliş məhdudlaşdırıla bilməz. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla həyata keçirir) icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabinetinin) qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı (AR-in Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə bu Qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır. (20)

3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.

4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər (AR-in 20 iyun 2003-cü il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» qəzeti, 6 avqust 2003-cü il).



Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar:

ümumi istifadədə olan torpaqlara;

hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara;

ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır:

yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar;

hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları;

ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları (AR-in Nazirlər Kabineti) qarşısında vəsatət qaldırır (AR-in 3 dekabr 2002-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» qəzeti, 15 yanvar 2003-cü il).



Kataloq: az-AZ-Latn -> 2013
2013 -> Sıra №-si Xidmətlərin adı
2013 -> Sıra №si İstehlakçı qruplarının adı
2013 -> Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Qəbul edilmişdir: 11 iyul 2000-ci IL, №906-iq
2013 -> Səhiyyə Nazirliyinin təsərrüfat subyektləri tərəfındən dərman vasitələrinin və maddələrinin ekspertizası xidmətlərinin tarifləri
2013 -> İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tarifləri
2013 -> Məhkumların yemək normaları
2013 -> Azərbaycan Respublikasının Ailə Məcəlləsi Qəbul edilmişdir: 28 dekabr 1999-cu IL, №781-iq
2013 -> Azərbaycan Respublikasının Mülki Məcəlləsi Qəbul edilmişdir
2013 -> Azərbaycan Respublikasının Meşə Məcəlləsi Qəbul edilmişdir: 30 dekabr 1997-ci il
2013 -> N Respublikasının vergi MƏcƏllƏs

Yüklə 140,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə