Azərbaycan Respublikasının Təhsil Nazirliyi Dövlət



Yüklə 48,56 Kb.
tarix23.02.2017
ölçüsü48,56 Kb.

Aurea mediocritas



Azərbaycan Respublikasının Təhsil Nazirliyi Dövlət

İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi çərçivəsində Təhsil Nazirliyi və “Allianz Consult” MMC-nin arasında 07 sentyabr 2011-ci il tarixində imzalanmış № 4595AZ-CQ-058 saylı müqaviləyə əsasən

İdarəetmə üzrə Əsas Bacarıqlar” mövzusunda təşkil olunmuş təlimə dair




YEKuN hesabat

hazırlandı:
Tapşırıq və Məqsəd

Bu təlimin məqsədi iştirakçılarda idarəçilik vərdiş və bacarıqlarının formalaşdırılması, strateji planlaşdırmanın təşkili, müxtəlif resurs və imkanlardan, qabiliyyətlərdən düzgün istifadə olunması, fəaliyyətin effektivliyinin artırılması, insanlarla düzgün ünsiyyətin yaradılması, liderlik, motivasiya, zamanın və imkanların effektiv idarə olunması, komandada işləmək vərdiş və bacarıqlarının yaradılması üzrə üsul və metodların təlim vasitəsilə inkişaf etdirilməsindən ibarət idi. Təlim həm dövlət, həm də qeyri-dövlət qulluğunda tətbiq olunan idarəetmə təcrübələrini və metodlarını özündə birləşdirirdi.


Tapşırığın Vəzifələri

Layihəyə başlayarkən təlim layihəsinin aşağıdakı əsas vəzifələri müəyyən olunmuşdu:



  • İştirakçılarda idarəçilik vərdişlərini formalaşdırmaq və təkmilləşdirmək, onların idarəetmə sahəsində mövcud olan nəzəri və təcrübi biliklərə yiyələnməsinə nail olmaq, iş məhsuldarlığına kömək edən yumşaq vərdişlər barədə məlumat vermək;

  • Təlim iştirakçılarına liderlik, motivasiya, vaxtın idarə olunması, ünsiyyət, konfliktlərin həlli, komanda fəaliyyəti, strateji planlaşdırma və digər idarəçilik bacarıqlarına aid məsələlər də daxil olmaqla idarəetməyə dair müvafiq üsullar, konkret nümunələr və təcrübələr, oyunlar əsasında təlim keçmək;

  • İdarəçilik vərdiş və qabiliyyətlərinin müvəffəqiyyətlə formalaşdırılması nəticəsində iştirakçıların iş məhsuldarlığının və motivasiyasının yüksəldilməsinə nail olmaq.


İştirakçılar

Dövlət qurumlarını təmsil edən müxtəlif yaş qrupuna və cinsə məxsus nümayəndələr – 22 nəfər.



İştirakçılar arasında yüksək maraq, motivasiya və tədris prosesinə cəlb olunmaq istəyi müşahidə olundu. İştirakçılar fəallıq nümayiş etdirməklə yanaşı təlim prosesinin hər bir incəliklərinə fikir verirdilər. Aralarında daha əvvəl bu cur təlimlərdə iştirak etmiş insanlarla bərabər, ilk dəfə belə təlimlərə gələn insanlar da var idi.

Təlimin proqramı


Təlim aşağıdakı proqram əsasında həyata keçirildi:


Günlər

Mövzu

Təlimçi

1-ci gün

Təşkilatda dəyişikliklərin idarə edilməsi

  • Rəhbərin əsas bacarıqları

  • Dəyişiklik və böhranların təbiət

Vladislava Drutko

2-ci gün

  • Təşkilat bir komandadır. Liderlikş hakimiyyət

  • Tipoloji şəxsiyyətlər. Liderlik

Vladislava Drutko

3-cü gün

  • Qrupda ünsiyyət. Qərar qəbul etmə.Problemlərin həll etmə

Vladislava Drutko

4-cü gün

Strateji planlaşdırma

  • Bölmə 1. Strateji İdarətmənin əsas anlayışları və modelləri

  • Bölmə 2. Rəqabətdə üstünlüklərin reallaşdırılması strategiyası

  • Bölmə 3. Strategiyanın strukturu

Aleksandr Sazanovich


5-ci gün

  •  Bölmə 4. Tarazlı göstəricilər sistemi (TGS)

  • Bölmə 5. Strateji Dəyişiklərin aparılması üçün tələb olunan təşkilatı infrastruktur

Aleksandr Sazanovich

6-cı gün

Vaxtın idarə olunması

  • Modul 1 -  Vaxt nədir?

  • Modul 2 – Vaxtın idarə olunması

  • Modul 3 – Vaxtın idarə olunmasında psixoloji problemlər

Peşəkar ünsiyyət vərdişləri

  • Modul 1 – Ünsiyyət və onun anlayışı

  • Modul 2 – Ünsiyyət prosesi

Modul 3 – Korporativ ünsiyyət və təqdimat



Xəyal Məmmədxanlı

Təlimin metodika
Təlim zamanı aşağıdakı metodlardan istifadə olunmuşdur:


  • Mühazirə

  • Kiçik qruplarda iş

  • Praktik oyunlar

  • Fərdi iş

  • Test

  • Anketləşmə

  • İşgüzar oyunlar

  • Relaksasiya oyunları

  • Təqdimat

  • Case-study


Alınan məlumatların yaddaşlarda daha yaxşı iz salması üçün təlim zamanı praktik oyunlardan çox istifadə olunmuşdur.

Təlimin qiymətləndirilməsi
Təlimin qiymətləndirilməsi anonim şəklində anket vərəqələri əsasında aparılmışdır. Qiymətləndirilməsi isə 10 ballıq sistem ilə aparıldı. Təlim iştirakçıların çoxu təlimin nəzəriyyədən daha çox təcrübi cəhətdən aparılmasını müsbət bir hal kimi qeyd etmişdir. Təlimin qiymətləndirilməsinə dair nəticələrdən çıxarışı ilə aşağıda tanış olmaq mümkündür:





mənfi tendensiya

müsbət tendensiya

1. iştirakçıların idarəçiliyin əsas istiqamətlərinin həyata keçirilməsi üzrə təcrübəsinin az olması
2. işlədikləri qurumlarda motivasiyalarının və idarəetmə siyasətinə təsir etmə səviyyəsinin aşağı olması - "bir çox məsələlər rəhbərlikdən asılıdır"
3. Müasir idarəçilik üslublarından təşkilatda az istifadə olunması
4. Şöbə və bölmələrə strateji nöqtə və strateji fikirlər mənbəyi kimi yox, operativ əməliyyatları yerinə yetirən bölmələr kimi baxılır
5.  İştirakçıların bir çox məsələlərə və mütərəqqi ideyalara “milli mentalitet” və reallıq prizmasından baxması, idealların reallaşdırılmasında psixolji maneələr
6. İdarəçilik vərdişi dedikdə bir çox insanlarda təşkilat rəhbərinin funksiyalarının xatırlanması
7. Azərbaycan dilində ədəbiyyat və informasiya mənbələrinin olmaması
8. İdarəetmə vərdişlərinin nəticələrini ən qısa zamanda, hətta bir çox hallarda maddi ölçülərlə qiymətləndirmək vərdişi
9. Korporativ tədbirlər, təlimlər, motivasiya və əməkdaşların təlimatlandırılması üçün büdcənin məhdud olması
10. Təşkilatlarda insanların düzgün yerləşdirilməməsi, rotasiya prinsipinin pozulması

1.Təlimə yüksək marağın mövcudluğu
2. İdarəetmə sahəsinə müasir yanaşma tərzinin müşahidə olunması və mütərəqqi baxışlar
3. Xüsusilə də gənc iştirakçılarda “təlimsiz və biliksiz mümkün deyil” düşüncəsinin yaranması

4. Təlimçilərdən maksimum istifadə etmə istəyi


5. Təlimçilərin həyat təcrübələri ilə tədris etdikləri sahə arasında rabitə qurmaq istəyi
6. Təşkilatlar tərəfindən ümumilikdə təlim-tədris sahəsinə diqqət və qayğının artırılması, vəsaitlərin ayrılması

7. İştirakçıların bir neçə dildə dərk etmə və izah etmə bacarıqlarının olması




Təkliflər
Təlimçilərin müşahidələri, qiymətləndirmələr, sorğular və təlimin nəticələri gələcəkdə dövlət qurumlarda idarəetmə sahəsini daha da təkmilləşdirmək və inkişaf etdirmək üçün aşağıdakı ehtiyacların ödənilməsini müəyyən etmişdir:


  1. İdarəçilik vərdişləri üzrə təlimlərin iştirakçıları müvafiq şöbə rəhbərləri və əməkdaşları olmuşdur. Alınmış bilik və məlumatlar sözsüz ki, gələcəkdə uğurlu tətbiq üçün əsaslar yaradır. Lakin, iştirakçıların bilik alması müvafiq sahənin inkişafı üçün önəmli olsa da, kifayət deyil. İdarəçilik vərdişlərinin təşkilat daxilində uğurlu tətbiqi üçün təşkilat rəhbəri əməkdaşları dəstəkləməli, onların bütün təkliflərini gözdən keçirməli, irad və fikirlərinə hörmətlə və həssaslıqla yanaşmalıdır. Rəhbər şəxslər “Mən rəhbərəm, qərarları mən verirəm” prinsipindən yayınmalı, təşkilatda komanda ruhunun yaradılmasını, kollegial qərar qəbuletmə və tətbiqetmə standartlarına keçməlidirlər. Təcrübə göstərir ki, rəhbər yeniliyi dəstəkləmirsə, o zaman tətbiq haqqında söz gedə bilməz. Sözsüz ki, çox vaxt bu proseslərin dəstəklənməsi məlumat azlığı və dərketmə çətinliyindən irəli gəlir. Gələcəkdə çox yaxşı olar ki, rəhbər şəxslərin özləri də belə təlimlərə qatılsınlar. Əminik ki, bu idarəçilik vərdişlərinin inkişafına bir başa müsbət təsir göstərəcəkdir.




  1. Təlim iştirakçıları ilə fikir mübadiləsi aparılan zaman, müəyyən olumuşdur ki, hər qurumda işcilərin inkişafına və təlimatlandırılmasına böyük maraq vardır. Bununla bağlı bir çox qurumların nəzdində təkmilləşdirmə institutu, təlim mərkəzləri və kuratorluğun tətbiq olması mövcuddur və bu istiqamətdə müvafiq işlər aparılır. Lakin, müəyyən olunmuşdur ki, bu proses çox vaxt sistemli və metodik şəkildə aparılmır, təlimlər ehtiyaclara cavab vermir. Ona görə də təklif edirik ki, idarəçilik vərdişlərinin zəif olduğu sahələrin müəyyənləşdirilməsi üçün müvafiq sorğular və qiymətləndirmələr, attestasiyalar aparılmalı, təlim ehtiyacları müəyyən olunmalıdır.




  1. İştirakçıların əldə etdikləri biliklərin təcrübədə tətbiq olunması üçün onlara etimad göstərilməli və şərait yaradılmalıdır.




Xocalı PR 55, AGA Biznes Mərkəzi, 13-cü mərtəbə AZ1025, Bakı Azərbaycan, tel.: + 994 12 464 42 28

e-mail: office@allianzconsult.az



www.allianzconsult.az



Kataloq: images
images -> 1. Параліч мімічної мускулатури,атрофія обличчя
images -> Мп г. Белгорода «Стоматологическая поликлиника №2» Информированное добровольное согласие на стоматологическое эндодонтическое лечение
images -> Задачами модуля являются
images -> Сагітальні аномалії прикусу. Дистальний прикус. Етіологія, патогенез, клініка та діагностика дистального прикусу
images -> Мп г. Белгорода «Стоматологическая поликлиника №2» Информированное добровольное согласие на проведение ортодонтического лечения
images -> Мп г. Белгорода «Стоматологическая поликлиника №2» Информированное добровольное согласие на пародонтологическое лечение
images -> Yazılım Eleştirisi

Yüklə 48,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə