Azərbaycan Respublikasının Mərkəzi Bankı



Yüklə 46,05 Kb.
səhifə1/7
tarix08.01.2022
ölçüsü46,05 Kb.
#51107
  1   2   3   4   5   6   7
Elektron xidmətlər Qaydalar


“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı


Qərar №___


“____“ “_________” 2012-ci il


Sədr

_____________________


Elman Rüstəmov








BANK-MÜŞTƏRİ MÜNASİBƏTLƏRİNDƏ ELEKTRON İMZADAN İSTİFADƏ QAYDALARI

  1. Ümumi müddəalar




    1. Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası qanununun 44-cü maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası qanununun 32-ci maddəsinə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq hazırlanmışdır və bank-müştəri münasibətlərində elektron imzadan istifadə qaydalarınımüəyyən edir. Bu Qaydalar kartlardan istifadə edilməsi zamanı göstərilən bank xidmətlərinə şamil edilmir.

    2. Bu Qaydaların məqsədi elektron sənəddə elektron rəqəmli imzanın kağız sənədlərdə əl imzasına bərabərhüquqluğunun tanınmasının hüquqi əsaslarının təmin edilməsidir.

    3. Bu qaydalar fiziki və hüquqi şəxslərin hesabları ilə bank əməliyyatları həyata keçirərkən, banklararası hesablaşmalar apararkən və digər bank xidmətləri göstərərkən yaranan münasibətlərə şamil edilir.

    4. Bu Qaydaların məqsədi bank sistemində elektron bank xidmətlərinin göstərilməsi sahəsində elektron sənəd dövriyyəsinin tənzimlənməsi və bu məqsədlə bank sisteminin iştirakçılarının qarşılıqlı əlaqəsi zamanı elektron sənəd dövriyyəsinin təhlükəsiz etibarlı mexanizmin və şəraitin yaradılmasıdır.

    5. Bank sistemində rəqəmsal imzalardan istifadənin hüquqi tənzimlənməsi bu qaydalara, digər qanunlara, bu qaydalara uyğun olaraq qəbul edilmiş digər qaydalar əsasında, habelə tərəflərin razılığı ilə aparılır.




  1. Anlayışlar

Bu Qaydalarda istifadə olunan terminlər aşağıdakı kimi başa düşülür:







    1. Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər;


    2. Yüklə 46,05 Kb.

      Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə