Azərbaycan Respublikasının Ailə Məcəlləsi Qəbul edilmişdir: 28 dekabr 1999-cu IL, №781-iq


VII bölmƏ AİLƏ QANUNVERİCİLİYİNİN ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ AİLƏ MÜNASİBƏTLƏRİNƏ TƏTBİQİ



Yüklə 0,67 Mb.
səhifə7/8
tarix06.03.2017
ölçüsü0,67 Mb.
#10452
1   2   3   4   5   6   7   8

VII bölmƏ
AİLƏ QANUNVERİCİLİYİNİN ƏCNƏBİLƏRİN VƏ
VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ
AİLƏ MÜNASİBƏTLƏRİNƏ TƏTBİQİ


Maddə 146. Azərbaycan Respublikası ərazisində nikahın bağlanması

146.1. Azərbaycan Respublikasında nikahın bağlanmasının forma və qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

146.2. Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və bu Məcəllənin 12-ci maddəsindəki tələblərə əməl olunmaqla müəyyən edilir.

146.3. Nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, nikahın bağlanması şərtləri onun daimi yaşadığı ölkənin qanunvericiliyi ilə müəyyən edilir.



Maddə 147. Diplomatik nümayəndəliklərdə və konsulluq idarələrində nikah bağlanması

147.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində bu Məcəllənin tələblərinə uyğun olaraq bağlanır.

147.2. Xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində əcnəbilər arasında bağlanan nikah Azərbaycan Respublikasında etibarlı hesab edilir.

Maddə 148. Azərbaycan Respublikasından kənarda bağlanmış nikahın tanınması

148.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.

148.2. Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır.

Maddə 149. Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasından kənarda bağlanmış nikahın etibarsız sayılması

Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasından kənarda bağlanmış nikahın etibarsız sayılması bu Məcəllənin 146 və 148-ci maddələrinə uyğun olaraq nikahın bağlanmasında tətbiq olunmuş qanunvericiliklə müəyyən edilir.



Maddə 150. Nikahın pozulması

150.1. Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan Respublikasının vətəndaşları arasında bağlanan nikahın Azərbaycan Respublikasında pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

150.2. Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər. Nikahın müvafiq icra hakimiyyəti orqanında pozulmasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə yol verilirsə, həmin nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində pozula bilər.

Maddə 151. Ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri

151.1. Ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri ərazisində birgə yaşadıqları ölkənin qanunvericiliyi ilə müəyyənləşir, həmin ölkədə onların birgə yaşayış yeri olmadıqda, ər-arvad axırıncı dəfə hansı ölkənin ərazisində birgə yaşayıblarsa, həmin ölkənin qanunvericiliyi ilə müəyyən edilir. Birgə yaşayış yeri olmayan ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

151.2. Ər-arvadın ümumi vətəndaşlıqları və birgə yaşayış yerləri olmazsa, onların aliment barədə sazişdəki və ya nikah müqaviləsindəki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi üçün tətbiq olunan qanunvericiliyi özləri seçə bilərlər. Ər-arvad belə razılıq əldə etməyiblərsə, aliment tutulması barədə sazişə və nikah müqaviləsinə bu Məcəllənin 151.1-ci maddəsi tətbiq edilir.

Maddə 152. Atalığın (analığın) müəyyənləşdirilməsi və buna dair mübahisə açılması

152.1. Atalığın (analığın) müəyyənləşdirilməsi və buna dair mübahisə açılması üçün uşağın anadan olmağa görə və vətəndaşı sayıldığı ölkənin qanunvericiliyi tətbiq edilir.

152.2. Azərbaycan Respublikasında atalığın (analığın) müəyyənləşdirilməsi və buna dair mübahisə açılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə atalığın (analığın) müvafiq icra hakimiyyəti orqanında müəyyənləşdirilməsinə yol verilirsə, uşağın valideynləri Azərbaycan Respublikasında yaşamırlarsa və onlardan heç olmazsa biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, onların atalığı (analığı) müəyyənləşdirmək üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluq idarəsinə müraciət etmək hüququ var.

Maddə 153. Valideynlərin və uşaqların hüquq və vəzifələri

Valideynlərin və uşaqların hüquq və vəzifələri, o cümlədən valideynlərin uşağı saxlamaq vəzifəsi onların birgə yaşadıqları ölkənin qanunvericiliyinə uyğun müəyyənləşdirilir. Əgər uşaqlarla ata-ananın birgə yaşayış yeri yoxdursa, uşaqların və ata-ananın hüquq və vəzifələri uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Aliment öhdəliklərinə və valideynlərlə uşaqlar arasında digər münasibətlərə, iddiaçının tələbi ilə, ərazisində uşaq daimi yaşayan ölkənin qanunvericiliyi tətbiq oluna bilər.



Maddə 154. Yetkinlik yaşına çatmış şəxslərin və başqa ailə üzvlərinin aliment vəzifələri

Ailə üzvlərinin aliment vəzifələri ərazisində birgə yaşadıqları ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Birgə yaşayış yeri olmayan ailədə iddiaçı yaşadığı ölkənin qanunvericiliyinə uyğun olaraq aliment alır.



Maddə 155. Övladlığa götürmə

155.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürmə və ya övladlığa götürmənin ləğvi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

155.2. Azərbaycan Respublikasının ərazisində əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan uşaq, övladlığa götürənin ölkəsinin (daimi yaşadığı ölkənin) qanunvericiliyinə uyğun olaraq övladlığa götürüldükdə, həmin ölkənin qanunvericiliyi ilə yanaşı, bu Məcəllənin 117—119-cu 66.6-cı, 117-119-cu və 122—124-cü maddələrinə də əməl olunmalıdır.

155.3. Azərbaycan Respublikasının ərazisində xarici vətəndaş olan uşaq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən övladlığa götürüldükdə, buna uşağın qanuni nümayəndəsinin və uşağın vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanının, eləcə də həmin dövlətin qanunvericiliyi ilə tələb olunduqda uşağın özünün razılığını almaq zəruridir.

155.4. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş hüquqları övladlığa götürmə nəticəsində pozula bilərsə, övladlığa götürmə övladlığa götürənin vətəndaşlığından asılı olmayaraq həyata keçirilə bilməz, həyata keçirilmiş övladlığa götürmə isə məhkəmə qaydasında ləğv olunmalıdır.

155.5. Övladlığa götürənin vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanı tərəfindən Azərbaycan Respublikasının xaricdə yaşayan uşağının övladlığa götürməsi o şərtlə Azərbaycan Respublikasında etibarlı hesab edilir ki, buna Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada əvvəlcədən müvafiq icazə müvafiq icra hakimiyyəti orqanından əvvəlcədən müvafiq razılıq alınsın (AR-in 20 oktyabr 2006-cı il tarixli Qanunu ilə edilmiş düzəlişlə — «Az-n» q., 30 dekabr 2006-cı il).



Maddə 156. Xarici ölkələrin ailə hüquq normalarının məzmununun müəyyən edilməsi

156.1. Xarici ölkələrin ailə hüquq normaları tətbiq edilərkən məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı, yaxud başqa müvafiq təşkilatlar bu normaların məzmununu müvafiq xarici dövlətdəki rəsmi şərhə və tətbiqi təcrübəsinə uyğun olaraq müəyyənləşdirir.

156.2. Bu normaların məzmununu müəyyənləşdirmək məqsədilə məhkəmə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan və sair orqanlar müvafiq icra hakimiyyəti orqanına və başqa orqanlara (ekspertlərə) müraciət edə bilərlər.

156.3. Maraqlı tərəflər öz tələblərini əsaslandırmaq üçün istinad etdikləri xarici ailə normalarının məzmununu təsdiq edən sənədləri məhkəməyə və müvafiq icra hakimiyyəti orqanlarına təqdim etmək hüququna malikdirlər.

156.4. Xarici ölkələrin ailə hüquq normalarının məzmunu bu Məcəllənin 156.1—156.3-cü maddələrinə uyğun müəyyən edilməzsə, Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir (AR-in 29 dekabr 2006-cı il tarixli Qanunu ilə edilmiş düzəlişlərlə — «Az-n» qəzeti, 25 yanvar 2007-ci il).

Maddə 157. Xarici ölkələrin qanunvericiliyinin tətbiqinə məhdudiyyətlər

Xarici ölkələrin Azərbaycan Respublikasının hüquq qaydasının əsaslarına zidd olan hüquq normaları Azərbaycan Respublikasında tətbiq edilmir. Bu halda Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə