AZƏrbaycan respublikasinin döVLƏT İmtahan məRKƏZİ



Yüklə 47,47 Kb.
Pdf görüntüsü
tarix22.04.2017
ölçüsü47,47 Kb.
#15560

 

AZƏRBAYCAN RESPUBLİKASININ 

DÖVLƏT İMTAHAN MƏRKƏZİ

 

 

 

 

ABİTURİYENTİN 



YADDAŞ  

KİTABÇASI

 

(ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanları üçün) 

 

Aşağıdakıları imtahana gətirmək qadağandır:



 

 

 



 

 

 



 

İmtahan binasına  giriş zamanı üzərində  mobil telefon  və  digər 

rabitə  vasitələri,  konspekt  və    başqa  yardımçı  vasitələr  aşkar 

olunan  abituriyentlər  barədə  akt  tərtib  olunur,  bu  vasitələr  və 

onların  imtahan  sənədləri  alınır  və  onlar  imtahan  binasına 

buraxılmırlar. 



 

İmtahanının nəticələrini 



www.dim.gov.az

 internet səhifəmizdən öyrənə bilərsiniz! 

2017




ƏZİZ ABİTURİYENTLƏR! 

 

Azərbaycan  Respublikası  Dövlət  İmtahan  Mərkəzi  (DİM)  biliyin  yekun 



qiymətləndirilməsi mərhələsində sizə uğurlar arzulayır! 

 

DİM-in  məqsədi  imtahanda  biliklərinizi  nümayiş  etdirmək  üçün  sizə  rahat  şərait 



yaratmaq, şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. 

 

Yüksək  bilik  nümayiş  etdiyiniz  və  imtahanın  texnoloji  tələblərinə  düzgün  əməl 



etdiyiniz təqdirdə uğur qazanacağınıza tamamilə əmin ola bilərsiniz. 

 

İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA  

ƏMƏL ETMƏLİSİNİZ: 

1.

 



Siz  imtahan  günü  buraxılış  vərəqənizdə  göstərilən  vaxtda  imtahan  verəcəyiniz 

binanın  qarşısına  gəlməli,  özünüzlə  mütləq  qara  və  ya  tünd  göy  rəngdə  yazan, 

mürəkkəb  axıtmayan  diyircəkli  qələm  və  (və  ya)  HB  sərtliyində  sadə  karandaş, 

qələmyonan, pozan və aşağıdakı  sənədləri gətirməlisiniz:  



-

 

şəxsiyyəti  təsdiq  edən  sənədi  (Azərbaycan  Respublikasının 

vətəndaşları  şəxsiyyət  vəsiqələrini,  əcnəbilər  icazə  vəsiqələrini  və 

pasportlarını,  vətəndaşlığı  olmayan  şəxslər  icazə  vəsiqələrini  və 

yaşadıqları  ölkənin  hüdudlarından  kənara  getmək  üçün  onlara  verilən 

sənədləri,  Azərbaycan  Respublikasında  daimi  yaşayan  vətəndaşlığı 

olmayan  şəxslər şəxsiyyət  vəsiqələrini,  qaçqın  statusu almış şəxslər  və 

onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, 

beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulmuş hallarda  digər  sənədləri  və 

ya icazə vəsiqələrini; 

-

 

imtahana  buraxılış vərəqəsi 

Qeyd:Şəxsiyyəti  təsdiq  edən  sənədində  şəkli  olmayan  abituriyentlər,  digər 

sənədlərlə  yanaşı,  təhsil    müəssisəsi  tərəfindən  verilmiş    və  fotoşəkilləri 

yapışdırılmış    arayışı  (arayışa  şagirdin  3x4  sm  ölçülü  şəkli  yapışdırılır  və 

şəkil möhürlə təsdiqlənir). 

DİQQƏT!  Göstərilən  sənədlərdən  biri  olmadıqda  və  ya  sənədlər  arasında 

uyğunsuzluq olduqda imtahana buraxılmayacaqsınız!  

2.

 

Göstərilən  sənədləri  imtahan  binasının  giriş  qapısında  buraxılış  rejimini  həyata 



keçirən mühafizə əməkdaşlarına təqdim edib yoxlamadan keçdikdən sonra imtahana 

buraxılış vərəqənizdə göstərilmiş  müvafiq kodlu zala gedin. 



ABİTURİYENTİN İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR: 

1.

 



İmtahan zalında imtahana buraxılış vərəqəsində göstərilən sıra və yerdə oturduqdan 

sonra  nəzarətçinin  izahatını  diqqətlə  dinləyin.  Aydın  olmadıqda  əlinizi  qaldırıb  

nəzarətçiyə müraciət edin. 

2.

 



İzahat işi qurtardıqdan sonra sizə cavab kartı paylanır. Cavab kartını qara və ya tünd 

göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə və ya HB sərtliyində sadə 

karandaşla  doldurun.  Cavab  kartındakı  məlumatlar  optik  qurğu  vasitəsilə  oxunur. 

Ona  görə  də  cavab  kartı  ilə  işləyərkən  ehtiyatlı  olun.  Dairələri  tam  qaralayın 

(nümunə),  kartın  əks  üzünün  qabarmaması  üçün  qələmi  bərk  basmayın.  Kartı 

əzmək, ləkələmək, zədələmək və cırmaq olmaz.  



Sizə  məxsus  cavab  kartının  1-ci  bölməsində    iş  nömrəniz,  soyadınız,  adınız  və 

atanızın adı çap edilmişdir. Özünüz  haqqında çap edilmiş həmin məlumatları yoxla-

yın. Uyğunsuzluq aşkar etdikdə mütləq nəzarətçiyə müraciət edib məsələyə aydınlıq 

gətirin.  

2-ci bölmədə özünüz haqqında məlumatları yazın və qaydalara zidd hərəkətə yol 

verməyəcəyiniz  barədə  bu  bölmədəki  Bəyannamə  ilə  tanış  olun.  Cavab  kartında 

özünüz  haqqında  yazdığınız  məlumatların  düzgünlüyünü  və  Bəyannamə  ilə  tanış 

olduğunuzu imzanızla təsdiq edin. 

3-cü bölmədə sizə veriləcək sual kitabçasının variantı

 

çap edilmişdir.



 

Cavab  kartının  arxa  üzündə  soyadınızı,  adınızı  yazın  və  imza  edin.  İş 

nömrəsinin  kodlaşdırılması  üçün  ayrılmış  bölmədə  isə  iş  nömrənizin  hər  bir 

rəqəmini  sol  xanadan  başlayaraq  rəqəmlərin  cavab  kartındakı  nümunədə  göstərilən 

şablonuna  uyğun  olaraq  yazın.  Sonra  hər  damanın  altındakı  sütunda  uyğun  rəqəmi 

tapıb,  onun  yerləşdiyi  dairəni  tam  qaralayın.  Bu  zaman  diqqətli  olun:  hər  sütunda 

yalnız bir dairə qaralanmalıdır.  

3.

 



Sonra    sizə  üzərində  iş  nömrəniz,  soyadınız,  adınız  və  ata  adınız  çap  edilmiş  və 

cavab kartınızın 3-cü bölməsində göstərilmiş varianta uyğun sual kitabçası verilir.  



DİQQƏT! Sizə verilən sual kitabçası sizə məxsus deyilsə və ya cavab  kartınızın 3-

cü  bölməsində  çap  edilmiş  varianta  uyğun  olmazsa,  dərhal    nəzarətçiyə  müraciət 

edin. Belə ki, imtahan nəticələriniz qiymətləndirilərkən cavablarınız cavab kartınızda 

göstərilmiş varianta uyğun və sizə məxsus olan sual kitabçasının doğru cavabları ilə 

müqayisə ediləcəkdir. Sual kitabçasının sizə düzgün təqdim olunduğuna əmin olun. 

Nəzarətçi  sual  kitabçasını  açmağa  icazə  verdikdən  sonra  onu  vərəqləyərək  çap 

qüsurlarının  olub-olmadığını  yoxlayın.  Belə  qüsurlar  varsa,  problemin  aradan 

qaldırılması üçün nəzarətçiyə  müraciət edin. 

4.

 

Cavab  kartının  cavablar  üçün  ayrılmış  hissəsi  sual  kitabçasındakı  sualların 



ardıcıllığına uyğun olaraq sıralanmışdır.  

Siz  sual  kitabçasında  1-21,  26-46,  51-71  və  76-125  saylı  sualların  hər  birinə 

verilmiş  5 cavabdan (bunlar A, B, C, D, E hərfləri ilə işarələnmişdir) düzgün hesab 

etdiyiniz  bir  cavabı  seçin  və  cavab  kartında  müvafiq  sualın  nömrəsini  tapın  və 

seçdiyiniz  cavaba  uyğun  dairəni  tam  qaralayın.  Əgər  bir  suala  cavab  olaraq  birdən 

çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir. 

Sual  kitabçasında  verilmiş  22-24,  47-49  və  72-74  saylı  açıq  tipli  test 

tapşırıqlarının  hər  birinin  cavabını  (rəqəmlər  və  varsa  nöqtə  ardıcıllığını)  bu  cavab 

üçün  nəzərdə  tutulmuş  damalara  sol  xanadan  başlayaraq  nümunədə  göstərilən 

şablona  uyğun  olaraq  yazın.  Sonra  hər  damanın  altındakı  sütunda  uyğun  rəqəmi 

(nöqtəni)  tapıb  onun  yerləşdiyi  dairəni  tam  qaralayın.  Seçim,  ardıcıllıq  və 

xronologiya  tipli  açıq  test  tapşırıqlarına  cavablar  qeyd  olunarkən  eyni  bir  sütunda 

birdən çox dairə qaralanarsa, onda cavab səhv hesab edilir. 

25,  50  və  75  saylı  açıq  tipli  test  tapşırıqlarında  təqdim  edilmiş  2  siyahının 

elementləri arasındakı  uyğunluqları  müəyyən edin  və cavab kartında 1-ci  siyahının 

hər bir elementinin nömrəsinə  müvafiq  sütunda  2-ci  siyahının  uyğun elementlərinə 

aid dairələri tam qaralayın. 

Ballar hesablanarkən yalnız cavab kartında qaralanan cavablar nəzərə alınır.  


Ümumi bal hesablanarkən suallar üzrə doğru cavabların sayından səhv cavabların 

sayının ¼-i çıxılır, açıq tipli test tapşırıqları üzrə isə səhv cavablar doğru cavabların 

sayına təsir göstərmir



DİQQƏT!  Cavab  kartınızın  yanınızda  əyləşən  abituriyent  tərəfindən  yanlışlıqla 

korlanmasının  qarşısını  almaq  üçün  onu  əlinizin  altında  saxlayın.  Korlanmış  cavab 

kartı dəyişdirilmir. Buna görə siz şəxsən məsuliyyət daşıyırsınız. 

DİQQƏT!  Başqasının  cavablarını  köçürməyin.  Özünüz  də  diqqətli  olun  ki,  sizin 

cavablarınızı  heç  kim  köçürməsin.  Nəticələriniz  yoxlanarkən  xüsusi  araşdırma 

zamanı  köçürmə  faktı  aşkar  edilərsə,  həm  köçürənin,  həm  də  köçürməyə  şərait 

yaradanın imtahan nəticələri ləğv olunacaqdır. 

5.

 

Hesablamaları  və  qeydləri  aparmaq  üçün  “Sual  kitabçası”nda  boş  yerlər  nəzərdə 



tutulmuşdur. Buna görə də əlavə kağızdan istifadə etməyə icazə verilmir. 

6.

 



“İmtahan başlandı” elan olunan andan 2 saat  müddət keçənədək və imtahanın son 

15 dəqiqəsi ərzində imtahandan çıxmaq qadağandır. Qalan vaxt ərzində imtahandan 

çıxan  abituriyentlər  cavab  kartı  ilə  birlikdə  sual  kitabçasını  da  nəzarətçiyə  təhvil 

verməlidirlər.    İmtahanda  yalnız  sona  qədər  iştirak  edən  abituriyentlər  sual 

kitabçasını özləri ilə apara bilərlər. 

7.

 

“İmtahan qurtardı!” elan olunduqda cavab kartınızı mütləq nəzarətçiyə təhvil verin.  



8.

 

Cavab  kartını  nəzarətçiyə  təhvil  verdikdən  sonra  imtahana  buraxılış  vərəqəsində 



nəzarətçiyə  imza  etdirməlisiniz.  Cavab  kartını    nəzarətçiyə  təhvil  verməsəniz, 

imtahan nəticələriniz ləğv olunacaqdır.  



DİQQƏT!  Cavab  kartının  təhvil  verilməsinə  görə  abituriyent  şəxsən  məsuliyyət 

daşıyır. 

9.

 

Siz  cavab  kartlarının  sayılıb  zərfə  qoyularaq  bağlanmasında  iştirak  edib,  zərfin 



üzərindəki protokolu imzalaya bilərsiniz.  

ABİTURİYENTƏ QADAĞANDIR: 

-

 

saxta sənəd təqdim etmək;  



-

 

imtahana öz yerinə başqasını göndərmək; 



-

 

imtahana  mobil  telefon  və  digər  rabitə  vasitələri,  kalkulyator  və  digər  elektron 

cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa  

yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək; 



-

 

yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına 

girmək, özü ilə siqaret gətirmək; 

-

 

sual kitabçaları paylandıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk edib 

yenidən geri dönmək; 

-

 

nizam-intizam qaydalarını pozmaq; 



-

 

zalda  yerini  dəyişmək,  gəzişmək,  yerindən  durmaq  və  bu  kimi  hallarla  imtahanın 

gedişinə mane olmaq; 

-

 

başqasının  cavab  kartına,  sual  kitabçasına  baxmaq  və  ya  öz  cavab  kartına,  sual 

kitabçasına başqasının baxması üçün şərait yaratmaq;  

-

 

“İmtahan başlandı!” elan olunan andan 2 saat müddət keçənədək və imtahanın son 



15 dəqiqəsi ərzində , səbəbindən asılı olmayaraq, imtahan zalından çıxmaq;  



-

 

nəzarətçiyə  test tapşırıqlarının həllində kömək üçün müraciət etmək; 



-

 

cavab kartını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq. 



DİQQƏT!  Belə  hallara  yol  verən  abituriyentlər  imtahandan  xaric  olunacaq  və 

onların imtahan nəticələri DİM tərəfindən ləğv olunacaqdır. 

DİM-in  abituriyentin  imtahan  qaydalarına  zidd  hərəkətini  imtahandan  sonra  da  

aşkar etmək üçün müxtəlif üsulları vardır. 

Qəbul qaydalarında  hər hansı bir pozuntuya  və  saxtakarlığa  yol  verməsinə  görə 

(saxta  sənəd  təqdim  etmə,  köçürmə,  köçürməyə  şərait  yaratma,  imtahana  öz  yerinə 

başqasını  göndərmə  və  qəbul  qaydalarına  zidd  digər  hərəkətlər)  abituriyentin  

imtahan  nəticələrinin  ləğv  olunması  və  onun  haqqında  müvafiq  hüquqi  tədbirlərin 

görülməsi nəzərdə tutulmuşdur. Siz cavab kartının 2-ci bölməsində belə hallara  yol 

verməyəcəyiniz barədə öz üzərinizə öhdəlik götürərək Bəyannamə imzalayırsınız. 

Nəzarətçi müəllimlər qeyri-fənn müəllimləridir. Onların vəzifəsi imtahanın gedişi 

zamanı nizam-intizam yaratmaqdır. İmtahanın başlandığı elan edildikdən sonra sizin 

onlara  sual  verməyiniz,  onların  sizə  yaxınlaşıb  hər  hansı  bir  məlumat  almaq  üçün 

müraciət  etməsi  imtahan  qaydalarına  ziddir.  Nəzarətçi  müəllimlərin  fəaliyyəti 

imtahan  prosesinin  tələblərinə  uyğun  olmazsa,  bu  barədə  imtahan  rəhbəri  zala 

gəldikdə ona məlumat verin. 

Əgər  siz  imtahan  zamanı  qaydaların  pozulması  halları  ilə  rastlaşsanız,  mütləq 

nəzarətçiyə  müraciət edin,  nəzarətçi lazımi ölçü  götürməzsə, imtahan rəhbərinin  və 

ya DİM-in nümayəndəsinin zala gəlməsini tələb edin. İmtahan binasından çıxdıqdan 

sonra imtahanın gedişi ilə əlaqədar şikayətlərə baxılmayacaqdır. 



 Sizə müvəffəqiyyətlər arzulayırıq! 

 


Yüklə 47,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə