AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan miLLİ konservatoriyasi



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix16.06.2017
ölçüsü1,97 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

AZƏRBAYCAN RESPUBLİKASI 
TƏHSİL NAZİRLİYİ 
___________ 
 
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
 
 
 
 
 
 
 
 
 
KONSERVATORİYA 
 
ELMİ NƏŞR 
 
 
 
 
№ 3 (29) 
 
 
  
 
 
 
 
 
 
 
Bakı – 2015 


TƏSİSÇİ: 
 
Azərbaycan Milli Konservatoriyası 
 
REDAKSİYA HEYƏTİ: 
 
Siyavuş  Kərimi 
Lalə Hüseynova – baş redaktor 
Malik Quliyev 
Abbasqulu Nəcəfzadə – məsul katib 
Gülnaz Abdullazadə 
Arif Babayev 
Akif Quliyev 
Fəttah Xalıqzadə 
Nazim Kazımov 
Ülkər Əliyeva 
Fəxrəddin Baxşəliyev 
Gülnarə Manafova (redaktor)  
 
 
 
 
 
“Konservatoriya”  elmi  jurnalı  Azərbaycan  Respublikasının  Prezi-
denti  yanında  Ali  Attestasiya  Komissiyası  Rəyasət  Heyətinin  30  aprel 
2010-cu il tarixli iclasında (protokol № 10-R) “Azərbaycan Respublika-
sında  dissertasiyaların  əsas  nəticələrinin  dərc  olunması  tövsiyə  edilən 
elmi nəşrlərin siyahısı”na salınmışdır. 
 
“Konservatoriya”  elmi  jurnalı  ildə  4  dəfə  (üç  aydan  bir)  nəşr 
edilir.  Dərgidə  Azərbaycan,  İngilis,  Türk,  Rus  və  başqa  dillərdə 
məqalələr dərc olunur.  
 
“Konservatoriya” elmi jurnalı Azərbaycan Milli Konservatoriyasının 
Elmi  Şurasının  26  dekabr  2008-ci  il  tarixli  7  saylı  protokolu  ilə  təsdiq 
edilmiş,  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyində  17.12.2008-ci  il 
tarixdə 2770 saylı Şəhadətnamə ilə qeydə alınmışdır. 
 
 
 
 
 
_________________________________________________________ 
Ünvan: Az 1073, Bakı ş., H.Cavid prospekti, 506-cı məhəllə. 
Tel.: (012) 539-71-26; (050) 395-86-42; (050) 329-18-81 
www.conservatory.az 


MÜNDƏRİCAT 
 
       Yubileylər, rəylər, xatirələr 

 Юбилеи, отзывы, воспоминания 
 
Siyavuş KƏRIMI - Bəstəkar  Dadaş Dadaşovun 80 illik yubileyi 
münasibəti ilə təbrik …….....................................................................… 5 
Lalə HÜSEYNOVA - Yüksək  meyar və  keyfiyyət keşiyində: Dadaş 
Dadaşovun bəstəkar və müəllim portretinə bəzi ştrixlər …..............…… 6 
 
Muğamşünaslıq 

 Мугамоведение 
 
İlqar  ƏLİYEV  -  XIX-XXI  əsrlərdə  Azərbaycanda  muğam  sənətinin 
təkamülünə dair  ......................……....................................................…11 
Firuz ƏLİYEV - Şikəsteyi – Fars ……...............................................…16 
Rafiq MUSAZADƏ, Ağasəlim ABDULLAYEV, Fəxrəddin DADAŞOV 
- Muğam sənətinin inkişafında tədqiqat işlərinin və layihələrin rolu .... 21 
               
Musiqi təhlili 

 Музыкальный анализ 
 
Samir ŞAHBƏDDİNOV – Süleyman Ələsgərovun tar ilə xalq çalğı 
alətləri orkestri üçün 1 nömrəli konsertində muğam ifaçılıq üsullarının 
təzahürü ………...................................................................................... 28 
    
 Bəstəkarların yaradıcılığı 

 Творчество композиторов 
 
Vəfa ABBASOVA – Avropa və rus 
musiqisində Şərq mövzusunun  
təcəssümünə dair
 ….....................................….....................................… 36 
Aygün BAYRAMOVA - Fikrət Əmirovun yaradıcılığında muğam 
janrının təzahürü ……........................................................................… 44 
Rövşanə KƏRİMOVA - Azərbaycan bəstəkarlarının yaradıcılığında 
“Ave maria” dua mətnindən istifadə ……..........................................… 50 
Arslan NÖVRƏSLİ - Ü.Hacıbəylinin “O olmasın, bu olsun” 
operettasının yazılma tarixçəsi ……...................................................… 55 
Камаля ШАФИЕВА - Песни Полада Бюльбюльоглы в репертуаре 
пианиста-аккомпаниатора …….......................................................… 61 


Xanəndəlik sənəti 

 Искусство ханенде 
 
Cabir ABDULLAYEV - Opera səhnəsində qadın xanəndələrin rolu 
……….................................................................................................... 67 
                İfaçılıq sənəti 

 Исполнительское искусство 
 
Джамиля АБДУЛЗАДЕ - Творческая  деятельность  Б.Векиловой и 
современное хоровое исполнительство …….................................… 73 
Samirə CƏLİLOVA - Həmid Vəkilovun ifaçılığında novatorluq 
məsələləri ……........................................................................................79 
Məlahət ƏLİYEVA - Azərbaycan milli musiqisində Əhməd Bakıxanov 
yaradıcılığı ………................................................................................. 84 
Sevda MƏMMƏDOVA - Pedalizasiyanın ümumi məsələləri haqqında 
………..................................................................................................... 89 
Fəridə MƏLİKOVA –“Heyratı” zərbi muğamının ifa xüsusiyyətləri 
…….....................................................................................................… 95 
 Musiqi fəlsəfəsi 

 Философия музыки 
 
Valeh RƏHİMOV - “Ruhül-Ərvah” guşəsinin semantik açıqlanması 
………................................................................................................... 101 
           Alətşünaslıq 

 Инструментоведение 
 
Maya QAFAROVA, Bəsti KAZIMOVA - Qədim musiqi alətlərinin 
bərpaçısı professor Məcnun Kərimin fəaliyyətinə dair..........................114 
Abbasqulu NƏCƏFZADƏ - Çovqan (çövkən) həm idman oyunu, həm 
də çalğı alətidir ………......................................................................... 119 
                             
                              Aşıqşünaslıq 

 Ашуговедение 
 
Tutuxanım QULUZADƏ, Kəmalə ATAKİŞİYEVA - Şirvan şikəstəsi 
aşıq və xanəndə ifaçılığında …….....................................................… 129 
 
 
 
 


AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA” № 3, 2015 
___________________ 
 
       Yubileylər, rəylər, xatirələr 

 Юбилеи, отзывы, воспоминания 
 
BƏSTƏKAR DADAŞ DADAŞOVUN  
80 İLLİK YUBİLEYİ MÜNASIBƏTİ İLƏ 
 
Əziz və hörmətli Dadaş müəllim! 
 
Azərbaycan  Milli  Konservatoriyasının  professor-müəllim  heyəti 
adından Sizi – tanınmış bəstəkarı və pedaqoqu, Respublikanın xalq  artis-
tini, Əməkdar incəsənət xadimini, Milli Konservatoriyanın  professorunu  
80 illik yubileyiniz  münasibətilə  ürəkdən  təbrik  edirəm.   
Siz, musiqinin akademik janrlarında əzmlə çalışaraq milli musiqi sə-
nətimizə sanballi əsərlər bəxş etmisiniz. Hər bir əsərinizdə yüksək  peşə-
karlıq və orijinal  yanaşma tərzi  nümayiş  etdirməyə nail olmusunuz. Ya-
ratdığınız  simfonik  əsərlər, çeşidli kamera-instrumental və kamera–vo-
kal  nümunələr  akademik  milli  musiqimizin yüksək səviyyəsindən  ba-
riz  şəkildə  xəbər  verir.  İstər  irihəcmli,  istərsə  də  kamera  əsərlərinizdə 
milli musiqi xəzinəsindən bacarıqla bəhrələnərək uğurlu  bədii nəticələrə 
imza atmısınız. Əsərləriniz nəinki Azərbaycanda, həm də beynəlxalq mu-
siqi  tədbirlərində  –  Rusiya,  Türkiyə,  Fransa,  Ukrayna,  Belarusiya  kimi 
xarici ölkələrdə böyük maraq və rəğbətlə qarşılanıb, yüksək rəylər doğu-
rub. 
Musiqi  ictimaiyyəti  və  uzun  illər  yorulmadan  çalışdığınız  Azərbay-
can  Milli  Konservatoriyasının müəllim və tələbə heyəti Sizi həm də çox 
təcrübəli  və  işinə  son  dərəcə  məsuliyyətlə  yanaşan  gözəl  pedaqoq  kimi 
tanıyır.  Orkestr  dili  sahəsindəki  dərin  və  geniş  bigilərinizi  tələbələrimiz 
Sizdən həvəslə əxz edir. 
Hörmətli  Dadaş müəllim! 
Bir daha Sizi Azərbaycan Milli Konservatoriyasının böyük kollektivi 
adından  şanlı  yubileyiniz  münasibətilə  səmimi  qəlbdən  təbrik  edir  və 
bundan sonrakı ömür  yolunuzda möhkəm can sağlığı,  yaradıcılıq fəaliy-
yətinizdə yeni-yeni uğurlar arzulayıram.  
 
 
Azərbaycan Milli Konservatoriyasının rektoru,  
Xalq artisti, professor Siyavuş KƏRİMİ  
 
 


AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA” № 3, 2015 
___________________ 
 
       Yubileylər, rəylər, xatirələr 

 Юбилеи, отзывы, воспоминания 
 
Lalə HÜSEYNOVA 
Azərbaycan Milli Konservatoriyasının 
 elmi işlər üzrə prorektoru 
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent 
 
 
YÜKSƏK  MEYAR VƏ  KEYFİYYƏT KEŞİYİNDƏ: 
DADAŞ DADAŞOVUN BƏSTƏKAR VƏ MÜƏLLİM 
PORTRETİNƏ BƏZİ ŞTRİXLƏR 
        
 Bəstəkar və müəllim, əməkdar incəsənət xadimi, xalq artisti, Azərbay-
can  Milli  Konservatoriyasının  professoru  Dadaş  Dadaşov  bu  il  şərəfli 
ömür yolunun çox əlamətdar bir tarixini – 80 yaşını qeyd edir. Hər zaman 
özünü  tərifdən,  reklamdan  uzaq  tutan  Dadaş  müəllim,  nəhayət  bu  şanlı 
yubiley ilində geniş ictimaiyyət qarşısına çoxşaxəli yaradıcılığını dolğun 
şəkildə sərgiləyən böyük bir Musiqi Festivalı ilə çıxdı. Bu xoş olayın öl-
kəmizin əsas akademik musiqi səhnəsi – M.Maqomayev adına Azərbay-
can Dövlət Filarmoniyasında baş tutması isə ona ayrıca bir əzəmət aşıla-
dı.  Bir neçə  gün ərzində bəstəkarın müxtəlif illərdə  yazılmış kamera və 
irihəcmli orkestr əsərləri, o cumlədən “Azərbaycan” simfonik poeması və 
I simfoniyası, Qanun və simfonik orkestr üçün 3 hissəli konserti, Kamera 
simfoniyası, çeşidli instrumental və vokal əsərləri, mahnıları respublika-
mızın aparıcı musiqi kollektivlərinin və ifaçılarının təqdimatında dinləyi-
cilərə  ərməğan  edildi.  Ü.Hacıbəyli  adına  Azərbaycan  Dövlət  Simfonik 
orkestri  (dirijor  –  Fəxrəddin  Kərimov),  Qara  Qarayev  adına  Dövlət  Ka-
mera  orkestri  (dirijor  –  Teymur  Göyçayev),  Azərbaycan  Dövlət  Xalq 
Çalğı alətləri orkestri (dirijor – Ağaverdi Paşayev) və tanınmış solistlərin 
ifasında Dadaş Dadaşovun 60 illik bəstəkarlıq fəaliyyətinə geniş bir festi-
val formatında güzgü tutuldu. Bu əlvan musiqi panoramı musiqi ictima-
iyyətinə Dadaş Dadaşovun yaradıcılıq prioritetləri, düşüncə tərzi və üslu-
bunun təkamülü haqqında dolğun təsəvvür əldə etmək üçün də yaxşı für-
sət yaratdı. 
 İlk  növbədə  onu  vurğulayaq  ki,  Dadaş  Dadaşov  musiqinin  müxtəlif 
janrlarında özünü rahat hiss edən və ifadə etməyi bacaran bir sənətkardır. 
O, həm  simfonik orkestrin  imkanlarına, həm  xalq  çalğı  alətlərinin incə-
liklərinə, həm də kamera janrlarının xüsusiyyətlərinə yaxşı bələddir. Bəs-


təkarın yaradıcılıq çantasında bütün bu istiqamətlər təmsil olunsa da, on-
lar kəmiyyət baxımından çox deyil. Bu da Dadaş Dadaşovun bəstəkarlıq 
prinsiplərinin bir vacib cəhətinə dəlalət edir. O, bədii nəticələrini dəfələr-
lə təkrarlamaqdan, tirajlamaqdan uzaq olan sənətkarlarımızdandır. Bəstə-
karın  simfonik  musiqi  nümunələrinin  yazılma  tarixləri  də  bunu  aydın 
göstərir.  D.Dadaşovun  üç  simfoniyası  müvafiq  surətdə  1981,  2006  və 
2012-ci  illərdə  ərsəyə  gəlmişdir.  Bu  əsnada  bir  epizodu  xatırlayıram. 
1985-ci ildə,  Azərbaycan Bəstəkarlar İttifaqının Böyük Bətən Müharibə-
sinin  40  illiyinə  həsr  olunmuş  Plenumunda  Dadaş  müəllimin  “Böyük 
Vətən  müharibəsində  həlak  olmuş  azərbaycanlıların  xatirəsinə”  adlı 
Simfoniyasının  premyerası  oldu.  Bu,  bəstəkarın  çoxhissəli  simfoniya 
janrında ilk işi idi. Yaxşı yadımdadır, plenuma Moskva Konservatoriya-
sından  təşrif  buyurmuş  tanınmış  musiqişünas,  sənətşünaslıq  doktoru 
Yelena Dolinskaya müzakirələr zamanı yetkin bəstəkarın I simfoniya ilə 
çıxış etməsinə təəccübünü gizlədə bilməsə də, bu faktı özünətələbkarlığın 
bariz  nümunəsi  kimi  xüsusi  vurğuladı.  Həqiqətən  də,  simfonik  musiqi 
sahəsində  ilk  qələm  təcrübəsi  olan  uğurlu  diplom  işi  –  Simfonik  poe-
madan (onu da qeyd edək ki, 1963-cü ildə  yazılmış bu əsər bir sıra nü-
fuzlu  festivallarda  müəllifinə  başucalığı  gətirmişdir)  uzun  illər  sonra 
bəstəkar yenidən simfonik janrda öz sözünü deməyə, ciddi şəkildə düşü-
nüb-daşındığı  fikirlərini  ortaya  qoymağa  ərk  etmişdi.  6  hissəli  miqyaslı 
partiturada  bu  aşıq-aşkar  hiss  olunurdu.  Şostakoviç  simfonizminə, 
Cövdət  Hacıyev  ənənələrinə  istinadən  yazılmış  bu    böyük  musiqi 
lövhəsində  bəstəkarın  fəlsəfi  ümümiləşdirmələr  aparmaq  iqtidarı  göz 
qabağında  idi.  Dadaş  Dadaşov  haqqında  yazılmış  məqalələrdə  artıq 
dəfələrlə  yer  almış  Y.Dolinskayanın  bəzi  fikirlərini  bir  daha  diqqətə 
çatdırmaq istərdik: “Şübhəsiz ki, D.Dadaşovun hərb və sülh mövzusunun 
təcəssümü  ilə  bağlı  simfoniyası  ciddi  bir  işdir.  Arxitektonika 
mütənasibliyi,  parlaq  müasir  səs  koloriti,  səs  simvolikasından  fəal 
istifadə, ümumi emosional gərginlik əsərin cəlbedici xüsusiyyətlərindən-
dir”.  Təqdirəlayiq  haldır  ki,  bəstəkarın  yaradıcılığına  həsr  olunmuş  fes-
tival  proqramlarında  onun  hər  üç  simfoniyasını,  o  cümlədən  3  hissəli 
Simli simfoniyası və 3 hissəli Kamera simfoniyası, habelə kamera orkes-
tri üçün parlaq konsert pyeslərini yenidən canlı ifada eşitmək imkanı ya-
randı. 
Axtarışlara meyl, hər səsin qədrini bilmək kimi iş prinsipi bəstəkarı da-
ha inadla və davamlı surətdə kamera musiqisi sahəsində çalışmağa sövq 
edib.  Dadaş  müəllimin  yaradıcılıgında  bu  sahə  Simli  kvartet,  Simli  trio, 
Kvartet-poema, artıq pianoçuların tədris və konsert repertuarına daxil ol-
muş və seriya texnikasını milli məqamlarla üzvi çulğalaşdırmış “24 pre-
lüd” silsiləsi, Etüd-skertso, habelə Rəsul Rzanın sözlərinə orijinal bir tər-
kib – metso-soprano, fleyta, piano və violonçel üçün yazılmış “Rənglər” 


silsiləsi,  Almaz  Yıldırımın  sözlərinə  səs  və  piano  üçün  “Azərbaycan” 
balladası  kimi  maraqlı  və  sanballı  əsərlərlə  təmsil  olunub.  Bu  əsərlərin 
hər  biri  dəyərli  sənət  nümunəsi  kimi  musiqi  salnaməmizdə  yer  alıb, 
onların məziyyətləri barədə musiqişünaslarımız  tutarlı sözlərini söyləyib. 
Məsələn,  professor  İmruz  Əfəndiyeva  D.Dadaşova  həsr  etdiyi  “Axtarış 
yollarının  bəhrəsi”  məqaləsində  yazır:  “Dahi  şairimiz  Rəsul  Rzanın 
“Rənglər”  silsiləsinə  Dadaş  Dadaşovun  bəstələdiyi  vokal  əsəri 
Azərbaycan kamera-vokal musiqisində bir növ yenilikdir. Bəstəkar şairin 
silsiləsindən  beş  şeir  seçmiş  və  XX  əsr  musiqisinin  bədii-estetik 
imkanlarından  bəhrələnərək  gözəl  hisslərlə  səciyyələnən  dərin  mənalı 
kompozisiya yaratmışdır”. Professor Ramiz Zöhrabov isə öz məqaləsində 
Dadaş Dadaşovun violin, viola və violonçel üçün yazdığı Triosunu Azər-
baycan musiqisində bu tərkibdə  yazılmış ilk və uğurlu  əsər kimi xüsusi 
vurğulayır.  
Şübhəsiz ki, Dadaş Dadaşovun əldə etdiyi uğurlarının mənbəyində şəx-
si keyfiyyətləri ilə yanaşı, bir sənətkar kimi formalaşdığı dövrün, mühitin 
rolu böyük olub və mükəmməl, keyfiyyətli təhsil faktoru bu sırada, zən-
nimizcə, ön sırada dayanır.  
Dadaş  Dadaşov  keçən  əsrin  50-60-cı  illərinin  son  dərəcə  tələbkar  bir 
musiqi  mühitində  böyüyüb  boya-başa  çatmış  və  musiqi  təhsilinin  bütün 
pillələrini  layiqli  şəkildə  adlamışdır.  Milli  musiqi  ifaçısının  ailəsində 
dünyaya  göz  açan  bəstəkar  1  saylı  Uşaq  musiqi  məktəbini  bitirdikdən 
sonra  1950-54-cü  illərdə  Asəf  Zeynallı  adına  Musiqi  Texnikumunda 
tanınmış tarzən və pedaqoq Adil Gərayın tar sinfində püxtələşmiş, pers-
pektivli və istedadlı gənc tar ifaçılarından biri olmuşdur.  
Məlumdur  ki,  1952-ci  ildə  Hacı  Xanməmmədovun  bəstələdiyi  ilk  tar 
konserti yeni ifa tərzi və virtuoz texnika nümayiş etdirmək həvəsi ilə ya-
şayan gənc tarzənlərə böyük meydan açdı və onları bir daha geniş səpki-
də tarın əzəli repertuarı çevrəsindən çıxmağa sövq etdi. Musiqi texniku-
munda bu yeni məcraya cəsarətlə baş vuran ilk tələbə isə Dadaş Dadaşov 
idi: 17 yaşlı gənc tarzən musiqimizin ilk tar konsertini hətta Maestro Ni-
yazinin idarəsilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkes-
tri ilə çalmaq şansı qazanmışdı. Elə bunun nəticəsidir ki, Musiqi Texni-
kumunu  əla  qiymətlərlə  başa  vuran  D.Dadaşov  görkəmli  bəstəkarımız 
Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə işə dəvət 
olunaraq  10  ilə  yaxın  bu  kollektivdə  həvəslə  çalışmışdır.  Bu  fəaliyyətin 
Dadaş Dadaşovun gələcək bəstəkarlıq təcrübələrində rolu da çox əhəmiy-
yətli  oldu.  Çünki  milli  orkestrlə  sıx  təmasda  keçən  illər  Dadaş  Dadaşo-
vun, ümumiyyətlə, bu sahəyə bir bəstəkar kimi sönməyən marağını şərt-
ləndirib.  
Dadaş müəllim daim böyük həvəslə xalq çalğı alətləri orkestri üçün ya-
zıb-yaradır, orkestrin orijinal əsərlərə tələbatını dərindən anlayaraq (mə-


lumdur ki, mövcud xalq çalğı alətləri orkestrləri əksər hallarda köçürmə-
lərlə,  yəni  simfonik  və  kamera  orkestri  üçün  yazılmış  əsərlərin  xüsusi 
versiyaları  ilə  kifayətlənməli  olur)  vaxtaşırı  onun  repertuarını  yüksək 
keyfiyyətli partituraları ilə zənginləşdirir. Bəstəkar xalq çalğı alətləri or-
kestri üçün müxtəlif illərdə bəstələnmiş (1966, 1972, 1983, 2005, 2014) 5 
böyük  süitanın,  habelə  bir  sıra  məşhur  pyeslərin  müəllifidir.  Bu  əsərlər 
şablondan  uzaq,  təravətli  obraz-intonasiya  dairəsi  ilə  diqqəti  cəlb  edir. 
Əsərlərin  bir  mühüm  kefiyyəti  də  onların  dolğun  orkestr  səslənməsidir. 
Orkestrləşdirmə ustası olan Dadaş müəllim adətən, bu sayaq əsərlərin or-
kestr üslubuna xas olan yeknəsəqlikdən (unison səslənmələr, alət qrupla-
rının qeyri-mütənasib tənzimi) qaçmağın yollarını gözəl duyur. Simfonik 
orkestrlə  müqayisədə  xalq  çalğı  alətləri  opkestrlərimizin  nisbətən  məh-
dud imkanları bəstəkar üçün əngəl törətmir, əksinə ona yaradıcılıq fanta-
ziyasından, bu sahədə geniş bilgilərindən maksimum bəhrələnməyə mey-
dan açır.  
Dadaş Dadaşovun milli musiqi alətlərinə olan xüsusi marağı digər janr-
larda  da  özünü  büruzə  verir.  Bu  baxımdan  bəstəkarın  bir  tarixi  xidməti 
xüsusi vurğulanmalıdır. Dadaş Dadaşov Azərbaycan musiqisində Qanun 
və simfonik orkestr üçün ilk konsertin müəllifidir. Bu konserti Dadaş mü-
əllimin xoşbəxt taleli (bəlkə də ən xoşbəxt taleli) əsəri adlandırsam, zən-
nimcə,  yanılmaram. Əvvəla, 2009-cu ildə ərsəyə gəlmiş qanun konserti-
nin  (I  hissəsinin)  premyerası  çox  əlamətdar  mədəniyyət  bayramında  – 
Azərbaycan Bəstəkarlar  İttifaqının 75 illik  yubileyilə bağlı düzənlənmiş 
Musiqi Festivalında baş tutdu və elə ilk ifadan diqqət çəkdi. Daha sonra 
bu konsert  2012-ci ildə Ukraynada  keçirilən  “Azərbaycan musiqisi gün-
lərində” və Tatarıstanda baş tutmuş “Türkdilli ölkə bəstəkarlarının I Mu-
siqi Festivalında” səslənmişdir. Bütün bu ifaları bilavasitə izləmək imka-
nı əldə etmiş bir şəxs kimi qeyd etməliyəm ki, Dadaş Dadaşovun qanun 
konserti dinləyicilər və mütəxəssislər tərəfindən xüsusi rəğbətlə qarşılan-
mış, haqlı olaraq yüksək rəylərə layiq  görülmüşdür. Qədim qanun aləti-
nin məxsusi tembr çalarını böyük simfonik orkestrin zəngin səs palitrası 
ilə uzlaşdırmış bəstəkar musiqi toxumasını milli musiqinin cazibədar, də-
yişkən və mürəkkəb ritm-intonasiya formulları üzərində qurmaqla uğurlu 
bədii nəticə əldə etmişdir. Əsərin məziyyətləri haqqında ünlü bəstəkarlar 
tərəfindən  səsləndirilən  qiymətli  fikirlər  Dadaş  Dadaşovun  bu  əsərinin 
heç şübhəsiz ki, əsl müvəffəqiyyətindən xəbər verir. 
Bəstəkarın qanun alətinə böyük marağını 1996-cı ildə bəstələdiyi “Çi-
narənin sevinci” adlı qanun və piano üçün parlaq Skertso əsəri də nüma-
yiş etdirir. Onu da qeyd etmək lazımdır ki, hər iki əsər qanunçalan Çinarə 
Mütəllimovanın ilk ifasında məşhurlaşmışdır. Əməkdar artist fəxri adına 
layiq görülmüş bu gənc və istedadlı qanun ifaçısının ən müxtəlif repertu-
arı  əxz  etməyə  qadir  universal  qanun  çalan  kimi  yetişməsində  və  ümu-

10 
miyyətlə, qanun ifaçılığında son illər müşahidə edilən yeni virtuoz ifa üs-
lubunun yaranmasında bu əsərlərin rolu danılmazdır. Bu fikirləri digər is-
tedadlı və gənc ifaçı – kamançada virtuoz ifa tərzi ilə diqqət çəkən Azər-
baycan Milli Konservatoriyasının tələbəsi Mədinə Şahgəldiyeva barəsin-
də də demək mümkündür. 2013-cü ildə V Beynəlxalq Ü.Hacıbəyli Musi-
qi  Festivalı  zamanı  Bəstəkarlar  İttifaqının  kamera  salonunda  D.Dadaşo-
vun kamança və fortepiano üçün “Əlvan naxışlar” kapriççiosunun yadda-
qalan  premyerası  oldu.  Bu  əsər,  onu  xüsusi  bir  şövq  və  məharətlə  ifa 
edən Mədinə Şahgəldiyevanın potensial imkanlarını yeni çalarlarla “bərq 
vurmağa” gözəl zəmin yaratdı. Əlamətdardır ki, bu parlaq konsert pyesi 
Mədinə  Şahgəldiyevaya  bir  sıra  nüfüzlu  xarici  festivallara  dəvət  də  qa-
zandırdı. Tatarısatan Bəstəkarlar İttifaqının sədri, görkəmli tatar bəstəka-
rı,  xalq  artisti,  “Avrasiya  Beynəlxalq  Musiqi  festivalı”nın  bədii  rəhbəri 
Rəşid Kalimullinin dəvətilə Kazan şəhərinə yollanmış Mədinə Şahgəldi-
yeva  növbəti  festivalda  bu  əsərin  əla  ifası  ilə  dinləyiciləri  heyrətləndir-
mişdi. Təbii ki, bütün bunlar ilk növbədə bəstəkar-ifaçı tandeminin uğur-
lu  nəticələridir.  Dadaş  Dadaşovun  “Əlvan  naxışlar”  kapriççiosu  isə  ka-
mança repertuarında hətta bir virtuozluq rəmzinə də çevrilə bilər.  
Deyilən  faktlar  Azərbaycan  Milli  Konservatoriyasının  professoru  Da-
daş Dadaşovu həm də həssas bir pedaqoq kimi də səciyyələndirir. Dadaş 
müəllim  uzun  illərdir  ki,  konservatoriyada  “Partitura  oxunuşu”  fənnini 
tədris  edir.  Bəstəkarlıq  sənətinin  sirlərinə  qüdrətli  bəstəkarımız,  milli 
simfoniya janrının banilərindən biri – Cövdət Hacıyevin sinfində yiyələn-
miş bəstəkar nəinki ustadının yaradıcılıq ənənələrini layiqincə davam et-
dirir,  eyni  zamanda  onun  ciddilik,  dürüstlük,  məsuliyyət  və  tələbkarlıq 
kimi  möhkəm  pedaqoji  prinsiplərinə  də  öz  müəllimlik  fəaliyyətində  hər 
zaman sadiq qalır. İstedadlı və qabiliyyətli tələbələrinin gələcək “aqibəti” 
onu qəlbən narahat edir və Dadaş müəllimlə bu təhsil ocağında birgə ça-
lışdığım qısa müddətdə artıq bunun şahidi olmuşam. 
 Ömrün  müdriklik  çağına  –  80  yaşına  dürüst  və  ləyaqətli  ömür  yaşa-
maqla gəlib çatmış Dadaş Dadaşov indi də daim yaradıcılıq axtarışların-
da, istedadlı gənc nəsil sorağındadır. Qoy bu şərəfli yolda ona hər zaman 
uğur yar olsun!   
  
              

11 


Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə