AZƏrbaycan respublikasi miLLİ elmlər akademiyasi folklor institutu əlyazması hüququnda İslam hüseyn oğlu sadiqov



Yüklə 4,91 Mb.
səhifə1/16
tarix23.12.2016
ölçüsü4,91 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16




AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU
Əlyazması hüququnda

İSLAM HÜSEYN oğlu SADIQOV

(İSLAM SADIQ)

ŞUMER EPİK MƏTNLƏRİ və TÜRK XALQ YARADICILIĞI ƏNƏNƏLƏRİ
5719.01. Folklorşünaslıq
Filologiya üzrə elmlər doktoru elmi dərəcəsi

almaq üçün təqdim edilmiş
D İ S S E R T A S İ Y A


Məsləhətçi:

Filologiya üzrə elmlər doktoru, professor

İsrafil Abbaslı


Bakı-2015

MÜNDƏRİCAT
İXTİSARLAR ................................................................................................ 4
GİRİŞ .............................................................................................................. 7

BİRİNCİ FƏSİL ......................................................................................... 16

ŞUMER VƏ TÜRK DASTANLARININ TİPOLOGİYASI ................... 16

1.1. Türk dastançılıq ənənəsinin tarixi inkişaf mərhələləri ..................... 16

1.2. Şumer və türk dastanlarında törəyiş motivi ...................................... 22

1.2.1. Dünyanın yaranması .......................................................................... 22

1.2.2. İnsanın yaranması............................................................................... 29

1.3. Şumer və türk qəhrəmanlıq dastanlarının tematik özəllikləri ......... 35

1.3.1. Əbədi həyat ideyası mifik dünyagörüşü kimi .................................... 36

1.3.2. Tarixi hadisələrin epik təcəssümü .................................................... 42

1.3.3. Ortaq mifoloji motivlər ....................................................................... 49

1.4. “Qəhrəmanlıq” anlayışının ideya və ideal səviyyələri ....................... 56


İKİNCİ FƏSİL ............................................................................................. 70

TANRI-İNSAN MÜNASİBƏTLƏRİNİN

MİFOLOJİ SEMANTİKASI ..................................................................... 70

2.1. Tanrı obrazı və tanrıçılıq görüşü........................................................ 70

2.2. Tanrının xan/xaqan statusu ............................................................. 78

2.3. Tanrının əcdad statusu .................................................................... 86

2.4. Tanrının qoruyucu statusu ............................................................. 108
ÜÇÜNCÜ FƏSİL ........................................................................................ 112

DƏLİ DOMRUL” VƏ “TƏPƏGÖZ” BOYLARI ŞUMER EPİK



ƏNƏNƏSİ KONTEKSTİNDƏ ................................................................... 112

3.1. “Dəli Domrul” boyu və Şumer mifologiyası .................................... 112

3.1.1 Duxa və Domrul adlarının Şumer invariantları............................... 118

3.1.2. “Ölümlə barışmamaq” motivi Şumer folklorunda ......................... 122

3.1.3. “Can əvəzinə can qoymaq” motivi Şumer-türk epik ənənəsində .... 125

3.2. “Təpəgöz” boyu və Şumer mifologiyası ............................................. 135

3.2.1. Türk folklorunda Təpəgöz süjetinin nağıl və mif versiyaları ......... 135

3.2.2. Oğuz-Şumer-yunan mifologiyası: Təpəgöz, Humbaba, Polifem .... 143

DÖRDÜNCÜ FƏSİL .................................................................................. 159

ŞUMER VƏ TÜRK DASTANLARINDA ZOOMORFİK

VƏ FİTONİMİK OBRAZLAR ................................................................... 159

4.1. Şumer və türk folklorunda zoomorfik obrazlar ................................. 159

4.1.1. Buğa obrazı ....................................................................................... 159

4.1.2. Qurd obrazı ...................................................................................... 167

4.2. Şumer və türk folklorunda fitonimik obrazlar ................................... 181

4.2.1. Basatın real və mifik ata-anası ....................................................... 181

4.2.2. “Dirilik ağacı” və “Qaba Ağac” obrazları ..................................... 186
BEŞİNCİ FƏSİL ........................................................................................ 197

ŞUMER VƏ TÜRK EPİK ƏNƏNƏSİNİN

ANALOJİ STRUKTUR SEMANTİKASI ................................................. 197

5.1. Azərbaycan nağıllarında şumer motivləri .......................................... 197

5.2. Şumer atalar sözləri və onların Azərbaycan qarşılıqları .................. 202

5.3. Şumer və türk folklorunda sakral saylar ........................................... 215
NƏTİCƏ ................................................................................................... 237
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI ............................. 246
ƏLAVƏLƏR .............................................................................................. 298

İXTİSARLAR

Azərbaycan dilində

AFM- Azərbaycan Filologiyası məsələləri.

AƏT-Azərbaycan Ədəbiyyatı Tarixi

AMEAX- Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri

AMEAM- Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri

AŞXƏDT- Azərbaycan Şifahi Xalq Ədəbiyyatına dair Tədqiqlər

AYB- Azərbaycan Yurd Bilgisi

DQ- Dədə Qorqud

EA- Elmi axtarışlar

EH- Elm və həyat

KDQ- Kitabi Dədə Qorqud

KDQE- Kitabi Dədə Qorqud Ensiklopediyası

QŞƏM- Qədim Şərq Ədəbiyyatı Müntəxəbatı

MF- Milli Folklor

OTKOTGUFKM- Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə Uluslararası Folklor Konfransının Materialları

FM- Filologiya məsələləri

TDTEA- Türkiye Dışındakı Türk Edebiyyatlari Antolojisi

UDKBŞB- Uluslararası Dede Korkut biligi şöleni bildirileri.



Rus dilində

АПК- Археологические Памятники Казахстана

АПСФ- Актуальные проблемы современной фольклористики.

АШП- Антология Шумерской поэзии

ВДИ-Вестник Древней Истории

ГЭН- Героический эпос народов СССР

ДАНАз- Доклады АН Азербайджанской ССР

ДАН СССР- Доклады АН СССР

ДВ- Древний Восток

ДК- «Деде Коркут-1300» (Материалы научной конференции, посвя­шенной 1300-летию эпоса «Деде-Коркут». Баку.28-29 сентябрья 1999 года)

ИВЛ- История всемирной литературы

ИДВ- История Древнего Востока

ИДМ- История Древнего Мира

ИВФ- Исследования по восточной филологии

ИРЛТЯ- Историческое ризвитие лексики тюркских языков

ЗВОРАО- Записки Вост-го отд-я Российского Археологического Общества

КИПВ- Культура и письменность Востока

КСИИМК-Краткие сообшения института истории материальной културы

КСИЕЭ Краткие сообшения института Этнографии

МДМ- Мифология древнего мира

МНМ- Мифология народов мира

НВ- Новый Восток

ПАС- Переднеазатский борник

ПАЭС- Переднеазиатский Этнографический Сборник

ПИДО- Проблемы Истории Докапиталистических Обшеств

ПИПДВ- Проза и поэзия Древнего Востока

ПФНСИФДВ- Памятники фольклора народов Сибири и Дальнего Востока

СВ- Советское востоковедение

СНВ- Страны и народы Востока

СЭ- Советская Этнография

СТ- Советская Тюркология

СТ.ИСБ- Семиотика текста. Институт славяно-бальканистики

ТИ- Тюркологические исследование

ТИВЛДМ- Типология и взаимосвязи литератур древнего мира

ТНЭ- Типология народного эпоса

ТС- Тюркологический Сборник

ХИДВ- Хрестоматия по Истории Древнего Востока

ЭО- Этнографическое обозоение



GİRİŞ
Mövzunun aktuallığı. Mövzunun aktuallığı, hər şeydən öncə, Şumer folk­lorunun ilk dəfə tədqiqata cəlb edilməsi ilə bağlıdır. Şumerin kəşfindən 150 ildən çox bir vaxt ötsə də, Azərbaycanda bu günə qədər mixi yazılı mətnlərin öyrənilməsinə biganəlik göstərilmişdir. “Bilqamıs” dastanının Akkad versiyası istisna olmaqla doqquz Şumer qəhrəmanlıq eposunun, onlarla lirik şeir, himn, təmsil, atalar sözü və məsəllər kimi zəngin və rəngarəng bədii əsərlərin heç biri Azərbaycan dilinə tərcümə edilməmişdir. Halbuki həmin mətnlər Azərbaycan tarixinin, etnoqrafi­­yasının, ədəbiyyatının, folklorunun, mifologiyasının, coğrafi­yasının, kosmoqonik-mifoloji, etnopoetik, ədəbi-bədii, fəlsəfi-estetik dünyagö­rüşünün düzgün öyrənilməsi üçün çox dəyərli qaynaqlardır. Azərbaycan alimləri qədim dövrlərə aid yazılı qaynaqların yoxluğundan gileylənirlər. Mixi yazılı Şumer gil kitabları isə Azərbaycan tarixinin ən qədim dövrlərini öyrənmək üçün lazım olan bilgilərlə son dərəcə zəngindir.

Şumer folkloru və ədəbiyyatı bu günə qədər Azərbaycanda fundamental şəkildə tədqiq edilməmişdir. Bundan başqa, bir neçə məqaləni çıxmaq şərtilə türk xalqlarının folkloru Şumer ədəbi örnəkləri ilə müqayisəli şəkildə demək olar ki, öyrənilməmişdir. Əksinə, Azərbaycan ədəbiyyatının və folklorunun bir çox prob­lemlərinin araşdırılması zamanı Avropa alimlərinin əsərlərinə və nəzəriy­yələrinə daha çox istinad edildiyindən əksər hallarda ya yanlış nəticələr çıxarılmış, ya da məsələlər həll olunmamış qalmışdır. Halbuki törəyiş və qəhrəmanlıq dastanlarının, atalar sözü və məsəllərin, nağılların, digər folklor janrlarının mətnləri ilə yaxından tanışlıq göstərir ki, Şumer və türk xalqları folklorunda müqayisəli tədqiqat üçün zəngin material mövcuddur.

Türk xalq yaradıcılığı ənənəsi haqqında çox yazılıb, geniş tədqiqatlar aparılıb. Bununla belə, türk epik təfəkkürünün tarixi, ilkin qaynaqları, inkişaf mərhələləri hələ də folklorşünaslıq elminin qarşıya qoyduğu müasir tələblər səviyyəsində araşdırılmamışdır. Türk xalq yaradıcılığı, o cümlədən dastançılıq ənənəsinin yuxarıdakı məsələlərlə birlikdə kompleks şəkildə öyrənilməsi bu gün Azərbaycan folklorşünaslığı qarşısında duran ən aktual problemlərdən biridir. Şumer epik mətnləri ilə müqayisəli araşdırmalar aparmadan türk epik təfəkkürünün tarixini, inkişaf mərhələlərini, nə də həm bütövlükdə türk xalq yaradıcılığı, o cümlədən ayrılıqda dastançılıq ənənəsinin genezisini, tipologiyasını, ilkin qaynaq­larını, tarixi inkişaf dinamikasını öyrənmək mümkün deyil.

Dissertasiyada qoyulan hər bir problemin ayrılıqda aktuallıq dərəcəsi var. İnsan və Tanrı münasibətləri Azərbaycan folklorşünaslığında az işlənmiş ən aktual mövzulardan biridir. Dissertasiyanın ikinci fəsli bu mövzuya həsr edilmiş, Tanrı obrazı, tanrıçılıq görüşü, Tanrının xan/xaqan, əcdad və qoruyucu statusları Şumer və türk epik mətnləri əsasında ilk dəfə olaraq hərtərəfli öyrənilmişdir.

Azərbaycan folklorşünaslığında bu gün də aktuallığını saxlayan mövzulardan biri “qəhrəmanlıq” anlayışının ideya və ideal səviyyələrinin araşdırılmasıdır. Dissertasiyanın bir yarımfəsli bu mövzuya ayrılmışdır.

“Dədə Qorqud”un tədqiqi folklorşünaslıq üçün həmişə aktual olmuşdur və aktual olaraq qalır. Eposun bir sıra boylarının süjet və motivlərinin Şumer epik mətnləri ilə müqayisəli təhlili də bu aktuallığın doğurduğu zərurətdən irəli gəlmişdir. Məsələn, “Dəli Domrul” boyundakı süjet, motiv və obrazların mənşəyi ilə bağlı qorqudşünaslıqda davam edən ziddiyyətli fikirlərə son qoymaq üçün Şumer mətnləri ilə müqayisələr aparmaq kifayətdir. Eyni sözləri Təpəgöz obrazı və onunla bağlı süjet və motivlər haqqında da demək olar.

Türk folkloru zoomorfik və fitonimik obrazlarla olduqca zəngindir. Bu obrazlar türk folklorunda yetərincə öyrənilmişdir. Lakin bu gün həmin obrazların Şumer epik mətnlərindəki zoomorfik və fitonimik obrazlarla qarşılıqlı müqayisə əsasında öyrənilməsi də folklorşünaslığın ən aktual problemlərindən biri olaraq qarşıda durur. Dissertasiyanın dördüncü fəsli bütövlükdə bu mövzuya həsr edilmişdir.

Dissertasiyada “Manas”, “Maday Qara”, ”Alpamış”, “Koroğlu”, “Ural Batır”, “Gizir” kimi türk eposlarında Şumer qəhrəmanlıq dastanları ilə yaxından səsləşən onlarla süjet və motivlərin mövcudluğu üzə çıxarılmışdır ki, bütün bunlar mövzunun aktuallığını şərtləndirən amillərdir.

Yuxarıda deyilənlər dissertasiyanın mövzusunu aktuallaşdıran tematik amillərdir. Burada digər amillər də var. Böyük türk alimi Bahaəddin Ögəl yazırdı ki, “türkcə və türk kültürü yağmaya çıxarılmış bir mal kimidir. Əlində dəlil oldu-olmadı, hər önünə gələn ondan bir parçanı alıb başqa bir kültürə mal etməyə sanki izinli kimidir” (323,s.150). Bir malın yağmalanması onun yiyəsiz, sahibsiz olması deməkdir. Türk mədəni irsinin yağmalanması bu gün də davam edir və acı da olsa deməliyik ki, Azərbaycan alimləri arasında da belə yağmaçılar az deyil. Biz öz tariximizə, dilimizə, mədəni irsimizə yiyə durmadıqca bu yağmaların qarşısı alınmayacaq. Bu baxımdan mixi yazılı Şumer gil kitablarının dəyəri ölçüyə­gəlməzdir. Onların öyrənilməsi bir çox yanlışlıqları aradan qaldırmağa, qaranlıq qalmış məsələlərin üstünə işıq salmağa və yarımçıq araşdırmaları sona çatdırmağa imkan verir.

Tədqiqatın obyekti və predmeti. Dissertasiya işinin tədqiqat obyekti Şumer və türk epik mətnləridir. Tədqiqat işində Şumer və türk törəyiş və qəhrəmanlıq dastanlarından, atalar sözləri və məsəllərindən, digər epik mətnlərdən istifadə edilmişdir. Şumer mətnlərinin daha çox türk və rus dillərindəki tərcümələrinə, bəzi hallarda transkripsiyalarına müraciət olunmuşdur. Tədqiqat zamanı tərcümələrdə rast gəlinən bəzi yanlışlıqlar düzəldilmişdir.

Dissertasiyanın predmetini Şumer və türk epik mətnlərinin müqayisəli təhlili, onlarda rast gəlinən oxşar süjet, motiv və obrazların tipologiyasının öyrənilməsi təşkil edir. Bu günə qədər dünya folklorşünaslığında mübahisə doğuran bir çox süjet, motiv və obrazların mənşəyinin Şumer epik mətnləri əsasında düzgün müəyyənləşdirilməsi tədqiqatın predmetinin başlıca istiqamətlərindən biridir.



Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi Şumer epik mətn­lərini tədqiqata cəlb etmək, onları türk epik mətnlərilə müqayisəli şəkildə öyrən­mək, zəngin türk xalq yaradıcılığı ənənələrinin ilkin qaynaqlarını üzə çıxarmaq, türk folklorunda geniş yayılmış bir çox obraz, süjet və motivlərin mənşəyilə bağlı bu günə qədər mübahisəli görünən məsələləri aydınlaşdırmaqdır. Dissertasiya işində aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur:

1. Dünyanın və insanın yaranması haqqında Şumer və türk epik düşüncəsinin bədii inikası olan mətnləri araşdırmaq, onlardakı oxşarlıqları üzə çıxarmaq və müqayisəli şəkildə öyrənmək;

2. Şumer və türk qəhrəmanlıq eposlarının tematik özəlliklərini təhlil etmək, onların arasındakı oxşarlıqlar əsasında türk eposçuluq ənənəsinin tarixini izləmək;

3. Şumer və türk qəhrəmanlıq eposları əsasında qəhrəmanlıq ideyasının yaranması, epik qəhrəmanın idealı problemini tədqiq etmək,

4. Tanrı-insan münasibətlərinin mifoloji semantikasını araşdırmaq, onların arasındakı bağlantıları üzə çıxarmaq;

5. Şumer və türk epik mətnləri əsasında Tanrı obrazını və tanrıçılıq görüşünü öyrənmək, Tanrının xan/xaqan, əcdad və qoruyucu statuslarını araşdırmaq;

6. Şumer və türk folklorunda geniş yayılmış, o cümlədən “Dədə Qorqud”un və “Ural Batır”ın əsas qayəsini təşkil edən əbədi həyat ideyasının, həmçinin “ölümlə barışmamaq”, “can əvəzinə can qoyub sağ qalmaq” motivlərinin ilkin qaynaqlarını üzə çıxarmaq, Şumer epik mətnlərindəki eyni motivlərlə müqayisəli şəkildə araşdırmaq;

7. Təpəgöz, Dəli Domrul obrazlarını və onlarla bağlı süjet və motivləri Şumer epik mətnlərindəki oxşar süjet və motivlərlə tutuşdurmaqla “Dədə Qorqud” boylarının mənşəyini müəyyənləşdirmək;

8. Şumer və türk folklorunda geniş yayılmış zoomorfik obrazları tədqiq etmək; Türk epik ənənəsində xüsusi yer tutan qurd və buğa obrazlarını onların Şumer epik mətnlərindəki prototipləri ilə müqayisəli şəkildə araşdırmaq;

9. Şumer və türk folklorunda rast gəlinən fitonimik obrazları onların Şumer epik mətnlərindəki prototipləri ilə müqayisəli şəkildə öyrənmək; Şumerdəki “Dirilik ağacı” və “Dədə Qorqud”dakı “Qaba Ağac”ın poetik kodunu açmaq;

10. Şumer və türk epik mətnlərində rast gəlinən 3, 6, 7, 8, 9, 12 və s. kimi sakral sayların mifoloji semantikasını araşdırıb, onların sakrallığının səbəblərini üzə çıxarmaq;

11. Şumer və türk nağıllarında rast gəlinən oxşar süjet və motivləri üzə çıxarıb, onları müqayisəli şəkildə öyrənmək;

12. Şumer və türk atalar sözləri arasındakı oxşarlıqları üzə çıxarıb, bu oxşarlıqları doğuran səbəbləri müəyyənləşdirmək.

Mövzunun işlənmə dərəcəsi. Şumerin kəşfindən keçən 150 il ərzində Avropa, Amerika və rus şumeroloqları minlərlə gil kitabları oxuyub tərcümə etmiş, hərtərəfli araşdırmalar aparmışlar. Bu işlər yüksək qiymətə layiqdir. Türkiyədə də Şumerlə bağlı tədqiqatlar aparılmışdır. Türkiyə şumeroloqlarından Müəzzəz İlmiyə Çığın və Osman Nədim Tunanın adlarını ayrıca qeyd etmək lazımdır. Müəzzəz İlmiyə Çığın Şumer mövzusunda ondan çox kitabı işıq üzü görmüşdür. Azərbaycanda ötən əsrin 80-ci illərində Şumer mövzusuna maraq yaranmış, Tofiq Hacıyevin, Aydın Məmmədovun, İsmayıl Vəliyevin, Məmmədəli Novruzovun, Arif Acalovun, Yusif Yusifovun və s. maraqlı məqalələri çap olunmuşdur. Lakin çox keçmədən bu maraq sönmüş, Şumer mövzusu yenə arxa plana keçmişdir. XXI yüzilliyin ilk illərindən ayrı-ayrı alimlərin əsərlərində Şumer dilindəki mixi yazılı mətnlərdən bir qaynaq kimi istifadə edilməyə başlanmışdır. Bütün əyər-əskikliklərinə baxmayaraq, Elməddin Əlibəyzadənin “Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları”, İslam Sadı­ğın “Şumerdə izim var”, “Şumer və türk dastanları” və “Şumer ədəbiyyatı”, Nazim Hüseynli və Jalə Məmmədovanın “Türk dillərinin geneologiyası: Şumer və türk leksik paralelləri”, İsmayıl Öməroğlunun “Qədim Şərq ədəbiyyatı müntəxəbatı”, Cəlil Nağıyevin “Qədim Şərq ədəbiyyatı” kitabları, həmçinin Tofiq Hacıyevin, Qəzənfər Kazımovun bir sıra dəyərli tədqiqatları bu sahədə görülmüş işlərə yaxşı nümunədir. İndiyə qədər görülməli işlərin müqabilində bunlar çox azdır.

Elmi yeniliklər. Dissertasiyada Şumer ədəbiyyatı və türk folkloru ilk dəfə geniş planda müqayisəli şəkildə araşdırılaraq bir sıra elmi yeniliklər üzə çıxarıl-mışdır. Araşdırma zamanı bəlli olmuşdur ki, Şumer və türk yaradılış dastanlarının ideyası, məzmunu, süjet və motivləri (kainatın ilk dəfə sudan ibarət olması, Yerlə Göyün bir-birindən ayrılması, Göyün ata, Yerin ana başlanğıcı təmsil etməsi, dünyanın üçlü modeli, insanın yaranması və s.) üst-üstə düşür. Şumer və türk epik mətnləri əsasında dünyanın yaranma modeli qurulmuş, onun 11 əsas parametrinin tamamilə eyniliyi aşkara çıxarılmışdır. Eyni oxşarlıqlar qəhrəmanlıq eposlarında da müşahidə olunur. Qəhrəmanlıq ideyasının yaranması, onun epik qəhrəmanın idealına çevrilməsi, bu ideyanın və idealın kökündə duran xalqa, vətənə xidmət, onları qorumaq duyğuları hər iki xalqın qəhrəmanlıq eposlarının ana xəttini təşkil edir. Araşdırmalar göstərmişdir ki, bunlar yalnız tipoloji yox, həm də genetik qohumluqdan irəli gəlmişdir.

Tədqiqat nəticəsində əldə edilmiş elmi yenilikləri qısaca olaraq aşağıdakı kimi tezisləşdirmək olar:

-Şumer və türk yaradılış dastanlarının ideya və məzmun oxşarlığı üzə çıxarılmışdır;

-Şumer və türk epik mətnləri əsasında dünyanın yaranma modeli qurulmuş və onun 11 əsas parametrinin bir-birilə üst-üstə düşdüyü göstərilmişdir;

-Şumer və türk qəhrəmanlıq dastanlarının ideya və bədii xüsusiyyətləri müqayisəli şəkildə araşdırılmış, onların oxşar cəhətləri aydınlaşdırılmışdır;

-Qəhrəmanlıq ideyasının və epik qəhrəmanın idealının yaranma səbəbi və tarixi dürüstləşdirilmiş, mahiyyəti açılmışdır;

-Tanrı-insan münasibətləri ilk dəfə olaraq Şumer və türk folklor örnəkləri əsasında öyrənilmiş, Tanrının xan/xaqan, əcdad və qoruyucu statuslarının epik mətnlərdə təcəssümü hərtərəfli şərh edilmişdir;

-Göy və Tanrı, Göytürk və Göy Tanrı anlayışlarının məzmunu və mahiyyəti Şumer və türk epik mətnləri əsasında düzgün izahını tapmışdır;

-Türk xalqlarında geniş yayılmış Günəş kultunun mahiyyəti açılmış, ilkin qaynaqları göstərilmişdir;

-“Allahın evi”, “Allahın bacısı oğlu” və “Ana haqqı-Tanrı haqqı” ifadələrinin tarixinin Şumer dövründən daha qədim olduğu sübut edilmişdir;

-Şumer mətnlərindəki Absu dənizinin indiki Xəzər olduğu əsaslandırılmışdır;

-“Qurd ürəyi yemək”, “qurdu ulamaq” və “qurdla qiyamətə qalmaq” ifadə­lərinin mənaları ilk dəfə olaraq düzgün izah edilmişdir;

-Totem anlayışına yeni prizmadan baxılmış, türkün əcdadının Tanrı olduğu və əcdadın-Tanrının sonradan buğa və qurd şəklində metamorfozalaşdırılaraq totemləşdirildiyi tutarlı arqumentlərlə əsaslandırılmışdır;

-Əbədi həyat ideyasının necə yarandığı ilk dəfə olaraq üzə çıxarılmışdır;

-“Dədə Qorqud”dakı “Qaba ağac”ın Şumerdəki “Dirilik ağacı” olduğu, hər ikisinin eyni poetik mənanı kodlaşdırdığı sübuta yetirilmişdir;

-“Dəli Domrul” boyunun süjetini təşkil edən “Əzrayılla vuruşmaq”, “ölümlə barışmamaq” və “can əvəzinə can qoyub sağ qalmaq” motivlərinin Şumer mətnlə­rindəki ekvivalentləri üzə çıxarılmış, müqayisələr aparılaraq onların mənşəyi haqqında əsaslı fikir söylənmişdir;

-Təpəgöz obrazının ilk prototiplərinə Şumerdə rast gəlinməsi onun da mənşəyini düzgün müəyyənləşdirməyə imkan vermişdir;

-Türk dastanlarında geniş yayılmış buğa ilə qəhrəmanın döyüşü səhnəsinə Şumer dastanında rast gəlinməsi, onların arasındakı qeyri-adi eynilik bu motivin də mənşəyini aydınlaşdırmağa kömək etmişdir;

-Azərbaycan nağıllarındakı Şumer motivləri ilk dəfə olaraq araşdırılmışdır;

-Türk folklorunda geniş yayılmış sayalı, müqəddəs sayların niyə müqəddəs hesab edildikləri ilk dəfə olaraq öz düzgün həllini tapmışdır.

Bütün bu elmi yeniliklər isə son nəticədə Şumer və türk xalqlarının maddi və mənəvi mədəniyyətlərinin ortaqlığını, ədəbi-bədii, fəlsəfi-estetik, sosial-iqtisadi, dövlətçilik və s. düşüncələrinin, bir sözlə, küll halında götürüldükdə dünyagörüş­lərinin eyniliyini göstərir ki, bunun əsasında hər iki xalqın qan qohumluğunu söyləmək mümkündür.

Tədqiqatın nəzəri-metodoloji əsasları. Tədqiqat işində tarixi müqayisəli və müqayisəli-tipoloji metodlardan istifadə edilmişdir. Tədqiqat işində müasir folklorşünaslığın elmi-nəzəri müddəalarına, şumerşünaslıq sahəsində əldə edilmiş son nailiyyətlərə istinad olunmuş, türk, rus, Amerika və Avropa şumeroloqlarının araşdırmalarından istifadə edilmişdir. Azərbaycanda Şumer mövzusu ilə bağlı yazılmış əsərlərin heç biri diqqətdən kənarda qalmamışdır.

İşin nəzəri əhəmiyyəti. Tədqiqatın nəzəri əhəmiyyəti ondan ibarətdir ki, burada Azərbaycan ədəbiyyatının, folklorunun müa­sir tələblər səviyyəsində tədqiqinin nəzəri əsasları haq­qında yeni fikirlər söylənmişdir. Qərb nəzəriyyələrinin yanlış cəhətləri göstərilmiş, problemlərə elmi yanaşmanın yeni nəzəri aspektləri irəli sürülmüşdür. Məsələn, M.Çadvikin “Qəhrəmanlıq dövrü” bölgüsünün nəzəri əsaslarının yanlışlığı göstərilmiş, bu bölgünün hansı prinsiplərlə daha düzgün aparılmasının müm­kün­lüyü ortaya qoyulmuşdur. Ümumiyyətlə, tədqiqatda türk folkorunun tədqiqi ilə bağlı bir sıra nəzəri fikirlər söylənmişdir.

İşin praktik əhəmiyyəti. Azərbaycan və ümumtürk folklor­şünaslığı üçün dis­ser­tasiyanın böyük praktik əhəmiyyəti var. Tədqiqat nəticəsində əldə edilmiş elmi yeniliklər disserta­siyanın praktik əhəmiyyəti haqqında aydın təsəvvür yaradır. Dissertasiyanın ən böyük praktik əhəmiyyəti burada olduqca zəngin elmi mate­rialın toplanması və tədqiqatın elmin bir çox sahələrini əhatə etməsi ilə bağlıdır.

Dissertasiyanın nəticələrindən:

- folklorşünaslıq sahəsində gələcəkdə aparılacaq tədqiqat­larda;

- bir çox folklor süjet, motiv və obrazlarının tipologi­ya­sının düzgün müəyyən­ləşdirilməsində;

- türk xalq yaradıcılığı ənənəsinin tarixinin, inkişaf mərhələ­lərinin düzgün öyrə­nilməsində;

- türk xalqının epik təfəkkür tarixinin, mifoloji, etnopo­e­tik, ədəbi-bədii, fəl­sə­fi-estetik dünyagörü­şünün öyrənilmə­sində;

- türk dilinin tarixinin araşdırılmasında;

- ədəbi əlaqələrin əsl mənzərəsinin üzə çıxarılmasında;

- Azərbaycan tarixinin, etnoqrafiyasının, coğrafiyasının bir sıra qaranlıq səhi­fə­­lərinin işıqlandırılmasında;

- şumer xalqının indiyə qədər qaranlıq qalmış mənşəyi məsələsinin dürüstləş­di­rilməsində;

- bütün bunların fonunda Şumer və türk xalqlarının qan qohumluğunun öyrənil­məsində istifadə etmək olar.



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə