AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 371,01 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix07.04.2017
ölçüsü371,01 Kb.
#13572
  1   2   3   4

 

      



AZƏRBAYCAN  RESPUBLİKASI 

  

MƏDƏNİYYƏT   VƏ TURİZM NAZİRLİYİ 

 

                   F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 



 

                                           ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 

 

 

 

 

 



 

             

 

            

 

              

Gəlin, gələcəyimizi qoruyaq! 

 

 

 

 

                            

B A K I – 2015

 

 

                                                   Tərtibçidən 

Müasir  dünyada  cəmiyyəti  narahat  edən  problemlər  içərisində  ən  mürəkkəbi, 

faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və 

narkobiznes  təkcə  insanların  sağlamlığına,  mənəviyyatına  deyil,  həm  də  dünya 

iqtisadiyyatına ciddi zərbə vurur.  O, dünyada  münaqişə  və  müharibə ocaqlarının, 

işğal  və  nəzarətsiz  zonaların,  nüvə  bazalarının,  terrorçu  mərkəzlərin,  mütəşəkkil 

cinayətkar  qrupların  yaradılması,  silah  alverinin  güclənməsi  sahəsində  mühüm 

amil rolunu oynayır. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında 

narkotiklərə  aludəçilik  halları  yüksələn  xətlə  artmağa  doğru  gedir.  Narkotizmlə 

mübarizə  uzunmüddətli,  çoxşaxəli,  geniş  maliyyə  vəsaiti  tələb  edən  dinamik  bir 

prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə 

gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır.  

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər 

kimi  narkotizm  probleminə  qarşı  mübarizə  tədbirləri  görülməsinin  vacibliyi  ön 

plana  çıxmış,  bir  sözlə,  problemə  münasibətdə  yeni  mərhələ  başlanmışdı.  Şərti 

olaraq  “yeni”  adlandırdığımız  bu  mərhələnin  ən uğurlu  cəhəti ondan ibarətdir ki, 

narkotizmə  qarşı  mübarizədə  dövlət  orqanları  ilə  yanaşı  ictimai  təşkilatların 

fəaliyyəti  üçün  də  lazımi  şərait  yaradılmışdı.  Azərbaycan  Respublikasında 

narkotizmlə  və  narkobizneslə  mübarizənin  əsası,  tarixdə  ilk  dəfə  olaraq, 

ümummilli  lider  Heydər  Əliyevin  rəhbərliyi  ilə  qəbul  edilmiş  “Narkotik 

vasitələrin,  psixotrop  maddələrin  və  prekursorların  qanunsuz  dövriyyəsi  ilə 

mübarizə  haqqında”  18  iyun  1999-cu  il  tarixli  Qanunu  ilə  qoyulmuşdur. 

Bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət 

təşkilatları,  kütləvi  informasiya  vasitələri  (KİV),  hüquq-mühafizə  orqanları,  təhsil 

və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun qismən də olsa yayılmasının və 

kütləvi  hal  almasının  qarşısını  ala  bilər.  Tərtib  edilən  bu  vəsaitdə  respublikada 

narkomaniyanın yayılmasına səbəb olan amillər, dövlət səviyyəsində narkomaniya 

və  narkobiznesə  qarşı  mübarizədə  həyata  keçirilən  tədbirlər,  qəbul  edilmiş  dövlət 

sənədləri  işıqlandırılmış,  bu  problemə  qarşı  mübarizədə  uşaq  kitabxanaları 

qarşısında  duran  vəzifələrdən,  keçiriləcək  tədbir  formalarından,  təbliğat  işindən 

bəhs  edilmişdir.  İnanırıq  ki,  bu  vəsait  kitabxana  işçilərinə  narkomaniyaya  qarşı 

mübarizədə  bütün  kitabxana  işçiləri  üçün  dəyərli  vəsait  olmaqla  yeniyetmələrin 

maariflənməsində yaxından köməklik edəcəkdir. Elmi  metodik vəsaitdə F.Köçərli 

adına  Respublika  Uşaq  kitabxanasının  iş  təcrübəsindən  də  istifadə  olunmuşdur. 

Metodik  vəsaitlə  əlaqədar  rəy,  təklif  və  iradlarınızı  kitabxanamızın  elektron 

ünvanına ğöndərməyinizi xahiş edirik.  Ünvan: AZ-1022 Bakı şəh., S.Vurğun küç. 

122G  e-mail: childlibbaku@yahoo.com  



 

                                                      GİRİŞ 



“Narkomaniya” yunan sözü olub, narko - bihuşluq, maniya - isə asılılıq deməkdir. 

Narkomaniya  cəmiyyətin  meydana  gəldiyi,  onun  ayrı-ayrı  siniflərə,  sosial  təbəqə 

və  qruplara  bölündüyü  qədim  zamanlardan  yaranmışdır.  Hələ  qədim  dövrlərdə 

tiryəkdən  bəzi  xəstəliklərin  müalicəsində  istifadə  olunmuşdur.  Qədim  misirlilər 

tiryəkdən həvəsləndirici, eləcə də sakitləşdirici vasitələrin hazırlanmasında istifadə 

etmişlər. Tiryəkdən ilk dərman XVI əsrdə alınmış və onu icad edən isveçrəli həkim 

Paraselsin  şərəfinə  adlandırılmışdır.  Sonralar  isə  bunun  zəhərli  maddə  kimi 

orqanizmə  əks  təsirini,  ölümə  səbəb  olduğunu  müəyyənləşdirmişlər.  Avropa  və 

Asiya  qitələrində  məskunlaşmış  xalqların  mifologiyasında  yağlı  xaşxaş  insanların 

ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) 

isə  həmişə  tibbi  məqsədlər  üçün  istifadə  edilmişdir.  Tiryəkli  preparatlar  orta 

əsrlərdə  təbabətdə  geniş  yayılmış,  ondan  hazırlanan  dərmanlardan  ruhi  xəstələri 

sakitləşdirmək,  əzabları  azaltmaq,  spazm  və  sarsıntıları,  pozulmuş  əsəb-sinir 

sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunmuşdur. Artıq, getdikcə 

narkotik  maddələrin  hazırlanmasında,  əkilib-becərilməsində  xeyli  təcrübə 

qazanmış  insanlar  müasir  texnologiyalardan  istifadə  etməklə  yeni  uyuşdurucu 

maddələr  istehsal  edirdilər.  XIX  əsrin  ortalarında  narkomaniya  tarixinin  yeni  bir 

dəhşətli mərhələsi narkotik maddələrin müasir üsulla - venadaxilinə yeridilməsi ilə 

başlanmışdır. Beləliklə, leksikona “narkotik”, “narkotik vasitələr” terminləri daxil 

olmuşdur.  Narkotik  -  mərkəzi  sinir  sisteminə  spesifik  təsir  göstərən  və  tez  bir 

zamanda  asılılıq  yaradan  maddədir.  O  toksik  maddə  olduğundan  insanın  bütün 

orqanizminə,  ürək-damar  sistemindən  tutmuş,  sinir  sisteminə  qədər  mənfi  təsir 

göstərərək,  onun  xarakterini  dəyişir,  xəstə  özünü  idarə  edə  bilmir.  Orqanizm 

zəifləyir,  bədən  arıqlayır,  insanın  fiziki  gücü  tükənir.  Bu  da  son  nəticədə 

aqressivliyə,  cinayətkarlığa  və  ölüm  hallarına  gətirib  çıxarır.  Uzun  illərin  

araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki və ruhi cəhətdən 

şikəst edir, onun ömrünü qısaldır. Erkən yaşından narkotik qəbul etməyə başlayan 

insanın orta ömrü 35-40 il olur. Narkoman narkotik maddələr qəbul edərkən, ən azı 

10-15 nəfəri  də narkomanlığa  cəlb edə  bilər. BMT-nin  1987-ci il  Konvensiyasına 

daxil  olan  ölkələrin  “Narkotik  vasitələrin  və  psixotrop  maddələrin  qanunsuz 

dövriyyəsinə  qarşı  mübarizə  haqqında”  Bəyannaməsinə  əsasən  26  iyun 

“Narkomaniya  və  narkotiklərin  qeyri-qanuni  dövriyyəsinə  qarşı  Ümumdünya 

mübarizə  günü”  kimi  qeyd  olunur.  Ayrı-ayrı  dövlətlər  ildən-ilə  narkotiklərin 

qanunsuz  dövriyyəsi  ilə  səmərəli  mübarizə  üsullarını  və  narkomanlığın  müalicə 

metodlarını  təkmilləşdirmək  və  bu  sahədə  yeni  mübarizə  üsullarını  kəşf  etmək 

istiqamətində  səylərini  artırırlar.  Fərdi  şəkildə  və  ya  beynəlxalq  əməkdaşlıq 

çərçivəsində  bu  problemə  qarşı  birgə  mübarizə  aparılmasına  baxmayaraq,  dünya 


 

üzrə narkomaniyaya  düçar olanların sayı  ildən-ilə  artmaqdadır.  Narkomaniya  12-



17 yaş qrupu arasında daha geniş yayılmışdır. Narkotik istehsalına görə Əfqanıstan 

dünya ölkələri sırasında bu gün də “liderliyi” qoruyub saxlayır. Statistikaya əsasən 

Avropa Birliyi ölkələrində narkomanların sayı 742 minə yaxındır. MDB və Asiya 

ölkələri  də  Qərbdən  geri  qalmır.  Burada  təxminən  26  milyon  adam  narkotik 

vasitələrdən istifadə edir.

 

Avropa və Asiya qitələrinin qovuşduğu ərazidə yerləşən 



Azərbaycan öz təbiəti, təbii sərvətləri etibarı ilə olduqca zəngin ölkədir. Ərazisinin 

çox  geniş  olmamasına  baxmayaraq,  Yer  planetində  mövcud  olan  11  iqlim 

qurşağından 9-u ölkə ərazisindən keçir. Ona görə də bir gün ərzində respublikanın 

bir tərəfindən digər tərəfinə getməklə ölkə ərazisində səhra, yarımsəhra, mülayim, 

subtropik,  kontinental  və  digər  iqlim  şəraitinə  rast  gəlmək  olar.  Məhz  göstərilən 

iqlim  şəraitləri  ölkənin  bütün  bölgələrində  narkotik  tərkibli  bitkilərin  həm  əkilib 

becərilməsinə,  həm  də  belə  bitkilərin  yabanı  halda  bitməsinə  şərait  yaratmışdır. 

Məsələn,  xaş-  xaşın  Qafqazda  yayılmış  24  növündən  20-si  Azərbaycanda  bitir. 

Həmin  20  növdən  19-u  həm  də  yabanı  halda  yetişir.  Azərbaycanın  geosiyasi 

mövqeyi  narkotiklərin  qeyri-qanuni  olaraq  Avropaya  daşınması  üçün  də 

əlverişlidir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və digər ölkələrlə 

iqtisadi  əməkdaşlığı  genişləndirdikdən  sonra,  kriminal  strukturlar  üçün  narkotik 

vasitələrin  yayılması,  çirkli  pulların  təmizə  çıxarılması  üçün  əlverişli  şərait 

yaradılmışdı.  Beynəlxalq  narkosindikatlar  Azərbaycanın  əlverişli  vəziyyətindən 

istifadə  edərək  onu  narkotik  vasitələrin  Müstəqil  Dövlətlər  Birliyi  ölkələrinə  və 

Avropaya  aparılmasında  tranzit  əraziyə  çevirməyə  cəhd  etmişdilər.  Həmçinin, 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, 

narkotiklərin  ölkə  ərazisində  qanunsuz  dövriyyəsinə  də  öz  mənfi  təsirini 

göstərmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 

20  faiz  ərazisinin  işğalı,  Azərbaycanın  İranla  olan  dövlət  sərhəddinin  132 

kilometrinə  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  nəzarət  edilməsi  nəticəsində 

həmin  sahədən  Avropa  və  Qara  dəniz  hövzəsi  ölkələrinə,  həmçinin,  digər 

dövlətlərə narkotik maddələrin güclü axını həyata keçirilir. Dağlıq Qarabağ ərazisi 

narkotik  tranziti,  narkotiklərin  becərilməsi,  satılması,  transmilli  cinayət  üçün 

nəzarətsiz  zona  kimi  istifadə  olunur.  Ermənistan  tərəfindən  işğal  olunmuş 

Azərbaycan  ərazisinin  narkoişbazlar  üçün  cəlbedici  olması  ölkəmizdə  bu 

istiqamətdə  ciddi  mübarizə  aparılmasını  tələb  edir  ki,  bu  da  hər  bir  şəxsin  öz 

sahəsində  narkomaniya  və  narkobiznesə  qarşı  vicdanla  mübarizə  aparması 

nəticəsində  mümkündür.  Narkomaniya  bəlası  təkcə  paytaxtımızla  məhdudlaşmır. 

Ən  ucqar  əyalətlərimizdə  belə  bu  bəlanın  əlamətləri  artmaqdadır.  Statistik 

məlumatlara  görə  son  illərdə  respublikanın  Cənub  zonasında  narkomanların  sayı 

çoxalmağa  başlamışdır.  Azərbaycan  Respublikası  Gənclər  və  İdman  Nazirliyinin 

2014-ci  ilin  iyul  ayında  verdiyi  statistikaya  əsasən  Azərbaycanda  təqribən  24 


 

mindən  çox narkoman qeydiyyata  alınmış, onların  təqribən  6  min nəfəri  gənc, 70 



faizi  isə  dispanser  uçotundadır.  Ancaq,  ekspertlərin  fikrincə,  bu  rəqəm  gerçəkliyi 

əks etdirmir. Çünki, narkomanların heç də hamısı qeydiyyata düşmür. Əlbəttə, bir 

sıra başqa dövlətlərlə müqayisədə respublikamızda narkotizm o qədər də dəhşətli 

şəkil  almamışdır.  Lakin  yaddan  çıxartmamalıyıq  ki,  narkomanlıq  yoluxucu 

xəstəlikdir, üstəlik  də  QİÇS-ə  aparan  bir  yol  kimi,  gizli  şəkildə,  sürətlə  yayılmaq 

xüsusiyyətlərinə malikdir. Ölkəmizdə narkotizmlə və narkobizneslə mübarizə onun 

ərazi  bütövlüyünün,  suverenliyinin  bərpası,  qorunub  saxlanması  və  mühafizəsi, 

beynəlxalq  terrorizmlə,  transmilli  mütəşəkkil  cinayətkarlıqla  mübarizənin  həyata 

keçirilməsi zərurətindən irəli gəlir. Bu sahədə ölkədə lazım olan normativ-hüquqi 

baza, müvafiq təşkilati strukturlar yaradılmış və milli proqramlar hazırlanıb həyata 

keçirilmişdir.  Bu  gün  bütün  dünyada  narkotizmin  yayılmasının  qarşısının 

alınmasında dünya dövlətləri BMT-nin qəbul etdiyi üç əsas Konvensiyanın (1961, 

1971  və  1988-ci  illər)  ətrafında  sıx  birləşərək  vahid  mübarizə  metodları 

hazırlamaqla  bu  dəhşətli  bəlanın  qarşısının  alınmasında  birgə  səy  nümayiş 

etdirirlər.  Müstəqil  Azərbaycan  Respublikası  artıq  iyirmi  ildən  çoxdur  ki, 

beynəlxalq  ictimaiyyət  və  aparıcı  dünya  dövlətləri  ilə  birgə  bu  problemin  həlli 

yolunda  ardıcıl  və  məqsədyönlü  addımlar  atır.  Bu  illər  ərzində  Azərbaycanda 

narkomaniyanın  qarşısının  alınması  sahəsində  müxtəlif  istiqamətli  işlər  həyata 

keçirilmişdir. Bunların bəzi mühüm məqamlarını göstərmək yerinə düşərdi. 1992-

ci  ildə  Azərbaycan  Respublikası  BMT-yə  tam  hüquqlu  üzv  olduqdan  sonra 

“Narkotik  vasitələrin  və  psixotrop  maddələrin  qanunsuz  dövriyyəsinə  qarşı 

mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulmuşdur. Ümummilli 

lider  Heydər  Əliyev  narkomanlığa  və  narkotik  vasitələrin  qanunsuz  dövriyyəsinə 

qarşı  mübarizəni  ümumdövlət  vəzifəsi  hesab  edərək,  1996-cı  il  avqustun  26-da 

“Narkomanlığa  və  narkotik  vasitələrin  qanunsuz  dövriyyəsinə  qarşı  mübarizə 

tədbirləri haqqında” müvafiq  fərman  imzalamış  və problemin həlli  üçün  keçirilən 

tədbirlər  keyfiyyətcə  yeni  mərhələyə  qədəm  qoymuşdur.  Bu  fərman  əsasında 

ölkəmizdə  2000-ci  ilədək  narkomanlığın  yayılmasına,  narkotik  vasitələrin  və 

psixotrop  maddələrin  qanunsuz  dövriyyəsinə  qarşı  mübarizə  üzrə  Ümummilli 

Proqram  hazırlanmış,  Narkomanlığa  və  Narkotik  Vasitələrin  Qanunsuz 

Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. 1997-ci ildə 

Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  BMT-nin  Yaxın  və  Orta 

Şərqdə  Narkotiklərin  Qanunsuz  Dövriyyəsinə  Nəzarət  üzrə  Yardımcı 

Komissiyasının  32-ci  sessiyasında  çıxış  edərək  Azərbaycan  Respublikasının  bu 

problemin  həllində  ardıcıl  addımlar  atacağını  və  dünya  ictimaiyyəti  ilə  bu 

məsələdə  bir  yerdə  olacağını  bir  daha  bəyan  etmişdir.  1998-ci  ildə  Azərbaycan 

Respublikası  BMT-nin  “Narkotik  vasitələr  haqqında”  1961-ci  il  və  “Psixotrop 

maddələr  haqqında”  1971-ci  il  Konvensiyalarına  qoşulmuşdur.  1999-cu  il  iyun 



 

ayının  18-də  “Narkotik  vasitələr,  psixotrop  maddələr  və  prekursorların  qanunsuz 



dövriyyəsi  ilə  mübarizə  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  Milli 

Məclisdə  qəbul  olunaraq  ölkə  başçısı  tərəfindən  imzalanmışdır.  Bu  qanunun 

başlıca  əhəmiyyəti  ondan  ibarətdir  ki,  Azərbaycanda  narkotik  tərkibli  bitkilərin 

kultivasiyası,  narkotik  vasitələrin  və  psixotrop  maddələrin  istehsalı,  dərman 

preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir. Ulu öndərin 

15  iyul  2000-ci  il  tarixli  fərmanı  ilə  “2000-2006-cı  ilədək  narkomanlığın 

yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə 

qarşı mübarizə üzrə” Milli Proqram qəbul edilmişdir. Bu proqramın tələblərindən 

irəli gələn məsələlərin həlli, eləcə də aidiyyətli dövlət orqanları arasında qarşılıqlı 

əlaqələrin  təşkil  edilməsi  və  nəzarət  mexanizminin  həyata  keçirilməsi  məqsədilə 

xüsusi  Dövlət  Komissiyası  yaradılmışdır.  2000-ci  ildə  Azərbaycan  Respublikası 

Avropa  Şurasına  tam-hüquqlu  üzv  olduqdan  sonra  Avropa  və  dünya  birliyinə 

inteqrasiya  zəminində  Avropa  İttifaqı  və  BMT-nin  İnkişaf  Proqramı  ilə  birgə 

“Cənubi  Qafqazda  Narkotiklərə  Nəzarət”  (SCAD)  Regional  Yardım  Proqramı 

fəaliyyətə  başlamışdır.  2001-ci  ildə  Azərbaycan  Respublikasının  Milli  Məclisi 

tərəfindən  “Narkoloji  xidmət  və  nəzarət  haqqında”  Qanun  qəbul  olunmuşdur. 

2005-ci  ildə  görülən  işlərin  məntiqi  davamı  kimi  beynəlxalq  qurumların 

tövsiyələrinə,  qoşulduğumuz  Konvensiyaların  müddəalarına  uyğun  olaraq 

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi 

haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunmuş və 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  12  Əliyev  cənabları  tərəfindən 

imzalanmışdır.  Prezident  İlham  Əliyevin  28  iyun  2005-ci  il  tarixli  Fərmanı  ilə 

təsdiq  olunmuş  “Narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  onların 

prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mübarizə istiqamətində 

müvafiq  dövlət  və  ictimai  qurumlar  qarşısında  konkret  vəzifələr  qoymuş  və  bu 

istiqamətdə  fəaliyyətin  hüquqi  bazasını  təşkil  etmişdir.  Qanunun  başlıca 

əhəmiyyəti  ondan  ibarətdir  ki,  Azərbaycanda  narkotik  vasitələrin  və  psixotrop 

maddələrin  alınması,  saxlanması,  satılması,  əldə  edilməsi,  paylaşdırılması, 

buraxılması,  daşınması, göndərilməsi,  istifadə  edilməsi,  onların  dövriyyəsinə dair 

sənədlərin  tərtib  edilməsi,  narkotik  tərkibli  bitkilərin  kultivasiyası,  narkotik 

vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın 

hazırlanması  qanunla  qadağan  edilmişdir.  Qanunun  9-cu  maddəsində  narkotik 

vasitələrin  və  ya  psixotrop  maddələrin  dövriyyəsinə  dair  Milli  İnformasiya 

Mərkəzinin  yaradılmasından,  informasiya  orqanlarının  qarşısında  qoyulan 

vəzifələrdən bəhs edilmişdir. Azərbaycan Respublikası ərazisində narkomaniya və 

narkobizneslə  bağlı  mübarizə  sahəsində  hüquqi  məsələləri  tənzimləyən 

qanunvericilik  bazasının  təkmilləşdirilməsi,  dəyişən  şəraitə  və  tələblərə 

uyğunlaşdırılması  hökumətin  və  dövlətin  əsas  fəaliyyət  istiqamətlərindən  biridir. 



 

Qəbul  olunan  qanunun  və  normativ  aktların  məqsədi  narkotiklərin  dövriyyəsi  ilə 



bağlı  sosial,  iqtisadi,  hüquqi  münasibətlərdə  baş  verən  dəyişiklikləri  özündə  əks 

etdirməkdir.  Bununla  yanaşı,  ölkədə  hüquq-mühafizə  orqanları  səviyyəsində  də 

narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı lazımi mübarizə aparılır. Azərbaycan 

hökuməti  daima  ölkə  ərazisində  narkomaniya  və  narkobiznesə  qarşı  mübarizədə 

uğurlar  əldə  etmək  üçün  bütün  cavabdeh  strukturların  fəaliyyətinin 

əlaqələndirilməsinin  başlıca  meyar  olduğunu  qeyd  edir.  Ölkə  başçısının  28  iyun 

2007-ci  il  tarixli  Sərancamı  ilə  təsdiq  edilmiş  “Narkotik  vasitələrin,  psixotrop 

maddələrin  və  onların  prekursorlarının  qanunsuz  dövriyyəsi  və  narkomanlığın 

yayılması  ilə  mübarizə  uzrə  Proqram”ın  (2007-2012-ci  illər)  yerinə  yetirilməsi 

istiqamətində  Dövlət  Komissiyasının  işçi  qrupunun  müvafiq  nazirlik,  komitə  və 

təşkilatlarla birgə gördüyü işlər çox əhəmiyyətlidir. Bunun üçun Təhsil, Gənclər və 

İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili 

İşlər  və  Milli  Təhlükəsizlik  nazirlikləri,  Dövlət  Gömrük  Komitəsi  və  Dövlət 

Sərhəd  Xidməti,  Milli  Elmlər  Akademiyası,  Ekologiya  və  Təbii  Sərvətlər,  Kənd 

Təsərrüfatı  nazirlikləri  və  digər  qurumlar  birgə  fəalliyyət  göstərməli,  müalicə  və 

reabilitasiya  sahəsində  profilaktik  tədbirlərin  səmərəsini  artırmalıdırlar.  Yalnız  bu 

təqdirdə narkomaniya və narkobizneslə məşğul olan ayrı-ayrı şəxslərin, dəstələrin 

vaxtında  ifşa  olunmasında,  onlara  qarşı  lazımi  profilaktik  tədbirlərin  həyata 

keçirilməsində  müvəffəqiyyət  əldə  etmək  mümkündür.  Narkotizmlə  və 

narkobizneslə  mübarizədə  regional  və  beynəlxalq  əlaqələrin  genişləndirilməsi, 

qarşılıqlı  təcrübə  mübadiləsi  və  elmi-texniki  əməkdaşlığın  inkişaf  etdirilməsi 

səmərəli  addımlardan  biri  hesab  olunur.  Belə  əlaqələrin  və  əməkdaşlığın 

qloballaşması  ilk  növbədə  müvafiq  ölkənin  özünün,  bilavasitə,  milli 

təhlükəsizliyinin  təmin  edilməsi  baxımından  əhəmiyyətlidir.  Ona  görə  də  milli 

təhlükəsizliyin təmin olunmasında narkomanlığın, eləcə də narkotik vasitələrin və 

psixotrop  maddələrin  qanunsuz  dövriyyəsinin  qarşısının  alınması  və  belə 

təzahürlərin aradan qaldırılması sahəsinda həyata keçirilən tədbirlər əsas yerlərdən 

birini tutur. Bakıda 2011-ci il 17 oktyabr tarixində “Narkotik vasitələrin qanunsuz 

dövriyyəsinə  qarşı  mübarizə”  mövzusunda  keçirilmiş  ikigünlük  beynəlxalq 

konfrans,  bu  baxımdan,  çox  böyük  əhəmiyyət  kəsb  etmişdir.  Dünya  Gömrük 

Təşkilatının  (DGT)  və  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin 

birgə təşkilatçılığı, BMT-nin dəstəyi ilə keçirilən konfransda 42  ölkənin müvafiq 

qurumlarının,  7  beynəlxalq  təşkilatın  87-dən  çox  nümayəndəsi  iştirak  etmişdi. 

Tədbirdə müstəqilliyimizin bərpasından ötən 20 il ərzində Azərbaycanda narkotik 

vasitələ-  rin  qanunsuz  dövriyyəsinə  qarşı  mübarizənin  həmişə  diqqət  mərkəzində 

olması,  narkotiklərlə  mübarizə  sahəsində  təkmilləşdirilmiş  normativ  hüquqi 

bazanın  mövcudluğu,  ölkəmizin  BMT-nin  narkotik  vasitələr  və  psixotrop 

maddələrlə  əlaqədar  baza  konvensiyalarına  qoşulması,  bu  sahədə  məsələləri 



 

tənzimləyən  çoxsaylı  milli  qanunvericilik  aktlarının  qəbul  olunması  qeyd  edilmiş 



və  yüksək  qiymətləndirilmişdir.  Narkomaniyanın  bəşəri  problem  olması  ilə 

əlaqədar  Respublikamızın  bütün  rayon  və  bölgələrində  icra  hakimiyyətlərinin 

“Narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  onların  prekursorlarının  məhv 

edilməsi  üzrə”  rayon  komissiyalarının  2011-ci  il  ərzində  gördüyü  işlər  barədə 

hesabat  xarakterli  iclasları  da  keçirilmişdir.  Narkotikləri  istər  qəbul  etmək,  istər 

gətirmək,  istərsə  də  satmaq  cinayət  tərkibli  əməldir.  Əgər  hər  hansı  bir  cinayət 

tərkibli əməldə ilbəil artım varsa və bu getdikcə gəncləri və yeniyetmələri daha çox 

özünə  cəlb  edirsə  onun  qarşısının  alınması  yolunda  profilaktik  tədbirlərin 

görülməsi  mütləqdir.  Azərbaycan  hökuməti  narkotik  vasitələrin  qanunsuz 

dövriyyəsinə qarşı mübarizəni dövlət səviyyəsinə qaldıraraq narkotiklərlə mübarizə 

sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirləri ardıcıl olaraq 

sistemli şəkildə həyata keçirir.  



Narkomaniyaya qarşı mübarizədə kitabxanaların  qarşısında duran vəzifələr 

Bu  gün  bəşəriyyəti  düşündürən,  rahatsız  edən  ən  ağrılı  problemlərdən  biri  və  ən 

başlıcası,  cəmiyyətin  ciddi  bəlasına,  xalqın,  millətin  təhlükə  mənbəyinə  çevrilən 

narkomaniyadır.  Əlbəttə,  başqa  dövlətlərlə  müqayisədə  respublikamızda 

narkomaniya o qədər də dəhşətli şəkil almayıb. Ancaq yaddan çıxarmaq olmaz ki, 

narkomanlıq yoluxucu xəstəlikdir. HİV virusuna, QİÇS-ə aparan bir yol kimi, gizli 

şəkildə  sürətlə  yayılmaq  xüsusiyyətlərinə  malikdir.  Yeniyetmə  və  gənclərinin 

narkomaniyaya  qurşanması  onların  təhsildən  yayınmasına,  ictimai  həyatdan 

uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən 

əsası  da  sağlamlıqlarının  zərbə  altında  qalmasına  səbəb  olur.  Bəzən  həyətdə, 

küçədə,  məktəbdə,  işdə  hətta  bir  narkomanın  olması  ətrafdakılara  fəlakətli  təsir 

göstərir.  Çox  vaxt  narkotik  qəbul  etmək  təklifi  alan  gəncin  bu  vasitələrin 

təhlükəliliyi haqqında informasiyaya malik olmaması, onun tərəfindən bu qorxunc 

və  olduqca  təhlükəli  bəlanın  başa  düşülməməsi  və  təhlükəsinin  lazımi  dərəcədə 

qiymətləndirilməməsi  şəraitində baş  verir və bu dəhşətli vasitəyə  ömürlük  asılılıq 

yaranır. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə 

dövlətin  üzərinə  düşən  məsuliyyət  deyil.  Bu  məsuliyyətin  mühüm  bir  hissəsi 

bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya 

vasitələrinin  (KİV),  mədəni-maarif  müəssisələrinin  üzərinə  düşür.  Bu  sahədə 

kitabxanaların  rolunu  xüsusilə  qeyd  etmək  lazımdır.  Kitabxanaların 

narkomaniyaya  qarşı  apardığı  təbliğat  çox  güclü  vasitədir.  Kitabxanalarda 

narkomaniya,  narkobiznes  və  ona  qarşı  mübarizə  mövzusunda  tədbirlərin  həyata 

keçirilməsi zamanı kütləvi işin üç: əyani, şifahi, mətbuat (çap) formasından istifadə 

etmək  məqsədəuyğundur.  Narkomaniya  və  narkobiznesə  qarşı  mübarizə 

mövzusunda  yeniyetmə  və  gənc  oxucular  arasında  mühazirələrin  keçirilməsi 


 

vacibdir.  Bu  zaman  mövzunun  adı  elə seçilməlidir  ki,  oxucularda  maraq oyatsın. 



Məsələn:  “Ağ  ölümə  qarşı  mübarizə  et!”,  “Zərərli  vərdişlər  və  ondan  törənən 

fəsadlar”,  “Bəşəriyyətin  düçar  olduğu  bəla“,  “Gəlin,  gələcəyimizi  qoruyaq!”, 

“Narkomaniyanın  genofondumuza  gətirdiyi  fəsadlar”,  “Narkomaniya  və 

acınacaqlı  həyat”  və  s.  Əgər  kitabxananın  saytı  varsa,  ilk  növbədə  bu  “ağ  bəla” 

haqqında  ətraflı  məlumat  çatdırmaq  məqsədilə  saytda  müxtəlif  məlumat  bazaları, 

video  çarxlar,  elektron  nəşrlər,  fotolar  yerləşdirmək  məqsədəuyğun  olardı. 

Kitabxanalar  saytlarının  Elanlar  bölməsində    keçiriləcək  hər  bir  tədbir  haqqında 

ətraflı məlumat verməli, tədbirin keçirilmə tarixi, saatı, yeri göstərilməli, tədbirin 

adı, məqsədi, iştirakçıların, dəvət olunacaq qonaqların adları açıqlanmalı, istifadə 

ediləcək  ədəbiyyatların  siyahısı  öz  əksini  tapmalıdır.  Yeniyetmələrlə  treninq-

mühazirə  keçirilərkən  onun  hansı  yaş  qrupu  üçün  nəzərdə  tutulduğu 

müəyyənləşdirilməlidir.  Bunun  üçün  kitabxanaçı    mövzu  üzrə  ədəbiyyat 

mənbələrini,  mühazirədə  iştirak  edəcək  qonaqları  əvvəlcədən  müəyyən  etməli, 

dəvətnamə  və  elan  hazırlamalı,  videoçarx,  məlumat  bazaları,  elektron  sərgilər, 

plakatlar və başqa əyani vasitələrin hazırlanması əvvəlcədən müəyyən edilməlidir. 

Bu zaman reklamdan da istifadə etmək olar. Yəni rayon ərazisində radio qovşağı, 

televiziya  vasitəsilə keçiriləcək  tədbirlə  bağlı  məlumat  vermək  olar. Bütün bunlar 

reklam  vasitəsi  ilə  daha  ətraflı  işıqlandırılaraq    əhalinin  nəzərinə  çatdırılmalıdır. 

Tədbirdə icra hakimiyyəti, mədəniyyət şöbəsi, hüquq-mühafizə orqan əməkdaşları 

və  rayon  səhiyyə  təşkilatının  nümayəndələrinin  iştirakı  da  məqsədəuyğun  olardı. 

Mühazirədə  yuxarı  sinif  şagirdlərinin,  məktəbin  müəllim  və  valideyn  heyətinin 

 

iştirakı  da  mütləqdir.  Tədbir  aparıcının  giriş  sözü  ilə  başlamalı,  mühazirənin 



mövzusu  elan  edilməli,  dəvət  olunmuş  qonaqlar  təqdim  edilməlidir.  Giriş 

mühazirəsində  narkotik  vasitələrin  insan  orqanizminə  vurduğu  zərərli  təsirdən, 

onun törətdiyi ağır fəsadlardan, gənclərin sağlam nəsil artırmaq qabiliyyətinə malik 

olmamalarından danışılmalıdır. Əlaqədar təşkilatlardan dəvət olunmuş qonaqların 

mövzu  ətrafında  çıxışları,  iştirakçıların  yazılı  formada  verəcəkləri  sualların  onlar 

tərəfindən  açıqlanması  tədbirin  daha  da  maraqlı  olmasına  səbəb  ola  bilər.  Yaxşı 

olardı  ki,  tədbirdə  yeniyetmələrin  diqqəti  narkotik  qəbulunun  son  halına 

yönəldilsin.  Onların  başa  düşəcəyi  dildə  söhbət  aparılsın.  Narkotikdən  törənən 

acınacaqlı  faciələrdən  danışılsın.  Çünki,  psixoloqların  fikrincə  narkomanlar  heç 

vaxt bu kimi asılılıqlardan, sonrakı fəsadlardan öz yaşıdlarına danışmırlar. Tədbiri 

gənc  rejissor  Vasif  Acalovun  “Narkomaniyaya  yox  deyək!”  layihəsi  əsasında 

hazırladığı  “Paranormal  həyat”  adlı  qısametrajlı  filminin  nümayişi  ilə  bitirmək 

olar. Kitabxanada narkomaniya qarşı mübarizə ilə bağlı söhbətlər də keçirilə bilər. 

Məsələn,  “Narkomaniyaya  gedən  yol”.  Tədbirin  uğuru  aparıcının  savad  və 

hazırlığından,  onun  müzakirəyə  bütün  oxucuları  cəlb  etmək  bacarığından  da 

asılıdır.  Söhbətin  keçirilməsində  əsas  məqsəd  oxuculara  ictimai  siyasi  həyatda 


10 

 

mürəkkəb,  ziddiyyətli  hadisələrə  düzgün  yanaşmaq,  həyatın  çətin  anlarından 



düzgün  baş  çıxarmalarına  köməklik  göstərməkdir.  Tədbir  keçirilərkən  oxucuların 

“ağ  ölümün”  zərərləri  haqqında  maariflənməsinə,  narkomaniyaya  səbəb  olan 

amillər  və  ondan  törənən  fəsadların  qabarıq  şəkildə  açıqlanmasına  xususi  fikir 

vermək  lazımdır.  Söhbəti  narkomaniyaya  aid  qəzet  və  ya  jurnal  məqalələrinin 

oxunuşundan,  mövzuya  uyğun  hər  hansı  bir  sualın  qoyuluşundan,  kiçik  bir 

söhbətdən,  mövzu  ilə  əlaqədar  video  çarxın,  sənədli  filmlərin  nümayişindən 

başlamaq olar. Söhbət zamanı aparıcı mövzuya dair bütün məsələləri əhatə etməli, 

aydın,  yaddaqalan  misallar,  inandırıcı  sübutlar  göstərməlidir.  Belə  tədbirlərə 

hüquq-mühafizə  orqanlarının  əməkdaşlarının,  səhiyyə  işçilərinin,  psixoloqların, 

narkomanlıqdan nicat yolu tapmış şəxsin də cəlb edilməsi tədbirin lazımi şəkildə 

istiqamətləndirilməsində,  gənc  və  yeniyetmələrdə  narkomaniya  sahəsində 

anlayışların  düzgün  formalaşmasında  çox  əhəmiyyətlidir.  Narkomaniyaya  qarşı 

mübarizəyə  dair  oxucu  konfranslarının  keçirilməsi  də  vacibdir.  Bu  zaman 

kitabxanaçı-aparıcı  keçiriləcək  konfransın  adını,  dinləniləcək  çıxışları,  dəvət 

olunmuş  qonaqların  siyahısını  və  mövzu  ətrafında  dolğun  çıxışlarını,  tədbir 

keçirildiyi ərəfədə istinad edəcəyi görkəmli şəxslərin kəlamlarını, maraqlı fakt və 

materiallardan  nümunələri  əvvəlcədən  müəyyənləşdirməli  və  bütün  bunlar 

qabaqcadan  kitabxanaçı  tərəfindən  tərtib  olunmuş  planda  öz  əksini  tapmalıdır. 

Tədbir  zamanı  narkomaniyaya  düçar  olmuş  insanların  acınacaqlı  aqibətlərini  əks 

etdirən  sənədli  filmlərin  nümayişini  də  təşkil  etmək  olar.  Narkomaniyaya  qarşı 

mübarizə  mövzusunda  kitab  icmalı  keçirərkən  ilk  növbədə  mövzu  ilə  bağlı  son 

dövrdə  nəşr  olunmuş  müxtəlif  tipli  kitablar  seçilməli,  onların  sərgisi  təşkil 

olunmalıdır. Kitab icmalı keçirərkən hər kitaba geniş yer ayrılmalıdır.  Məlumdur 

ki,  kitab  müzakirələri  və  oxucu  konfransları  uşaq  kitabxanaları  üçün  kitab 

təbliğində  böyük  əhəmiyyət  daşıyır.  Bunlar  məktəbli  oxucuların  formalaşmasına, 

dünyagörüşlərinə  və  əxlaq  tərbiyəsinə  böyük  təsir  göstərir.  Məhz  buna  görə  də 

alkoqolizm,  QİÇS  və  narkomaniya  ilə  mübarizəyə  həsr  edilmiş  mövzularda  olan 

tədbirlərin keçirilməsinə  xüsusi diqqətlə  yanaşmaq  lazımdır.Qeyd  etmək  lazımdır 

ki,  narkomaniyaya  qarşı  mübarizəyə  dair  ədəbiyyatın  mövzusu  oxucuların  yaş, 

bilik səviyyəsi, dünyagörüşünə bu və ya digər kitabın məzmununu müstəqil surətdə 

başa  düşmək,  onu  təhlil  etmək  və  müəyyən  əməli  nəticələr  çıxara  bilmək 

bacarıqlarına  uyğun  olmalıdır.  Məhz  buna  görə  də  oxucular  üçün  keçirilən  kitab 

müzakirələri  və  oxucu  konfranslarının  daha  canlı  və  maraqlı  olmasına  çalışmaq 

lazımdır.  Oxucular  üçün  qeyd  etdiyimiz  mövzulardan  bəhs  edən  ədəbiyyatın 

müzakirəsini,  onların  mütaliə  marağını  artırmaq  və  oxuduqlarını  dərindən  başa 

düşmələrini  təmin  etmək  üçün  kitabxanaçılara  müsahibə,  sual-cavab,  viktorina 

tədbirlərindən  istifadə  etmələri  məsləhət  görülür.Düzgün  tərbiyə,  yaşlıların  yaxşı 

nümunəsi  yeniyetməni  güclü,  mənəvi  cəhətdən  möhkəm,  xeyirxah  edir. 



11 

 

Tərbiyəsizlik,  yaxud  pis  tərbiyə  yetkinlik  yaşına  çatmayanlarda  mənfi  hislərin 



yaranmasına  səbəb  olar.  Yetkinlik  yaşına  çatmayanların  və  gənclərimizin 

narkomanlığın  faciəli  girdabına  yuvarlanmaması  üçün  hər  zaman  və  hər  yerdə  - 

evdə,  ailədə,  məktəbdə,  işdə  təbliğat  və  maariflənmə  yolu  ilə  kiçikdən-böyüyə 

qədər hamını başa salmalıyıq ki,  narkotik vasitələrdən uzaq olsunlar. Bu zəhərin 

dadına heç baxmasınlar, toxunmasınlar, əllərinə belə almasınıar. Çünki narkotiklər 

ölümdür, varlığın qənimi, həyatın sonudur. 

Məsələn,  “Narkomaniya  –  gələcəyi  olmayan  həyat” 

mövzusunda  kitab  icmalı  keçirmək  olar.  Tədbirdə  Natiq 

Rəsulzadənin son dövrdə nəşr olunmuş “Kabuslar arasında” 

kitabının icmalını təşkil etmək olar. İcmalın əvvəlində kitabın  

biblioqrafik  təsviri,  müəllif  haqqında  məlumat,  kitabın 

məzmunu,  onun  keyfiyyətləri  və  nöqsanlarından  yığcam 

danışılır,  tərbiyəvi  əhəmiyyəti  qeyd  olunur.  Tədbirdə  kitabın 

müəllifi iştirak edərsə bu icmalın daha da təsirli olmasına səbəb olar. Kitabxanada 

həmçinin  bu  mövzuda  yazılmış  yeni  kitabların  təqdimatını  da  keçirmək  olar. 

Kitabın təqdimat mərasimi aparıcının 3-5 dəqiqəlik giriş sözü ilə başlayır. O, tədbir 

iştirakçılarını  salamlayaraq,  təqdimatın  məqsədi,  kitabın  mövzusunun  aktuallığı, 

gənc  nəslin  tərbiyəsindəki  rolundan  bəhs  edir.  Aparıcı  təqdim  olunan  kitabın  ya 

özünü,  ya  da  fotoşəklini  nümayiş  etdirir.  Texniki  vasitələri  olan  olan 

kitabxanalarda  proyektorun  köməyi  ilə  ekranda  kitabın  elektron  variantı  da 

nümayiş etdirilə bilər. 10-15 dəqiqə ərzində kitabın kimlər üçün nəzərdə tutulduğu 

barədə  danışılır,  elektron  variantda  kitabın  içindəkilər  (mündəricatı)  göstərilir. 

İştirakçılara  kitabın  yerləşdiyi  İnternet  ünvanları  haqqında  məlumat  verilir.  Bir 

neçə  dəqiqə  oxucularla  dialoq  aparılır.  Kitabın  əhəmiyyəti  haqqında  rəy  və 

mülahizələr  öyrənilir.  Mövzuya  uyğun  suallar  verilir,  bu  da  oxucuların  onları 

maraqlandıran  suallara  dolğun  cavab  tapmasına  səbəb  olar.  Kitabxanalar 

narkomaniyaya  qarşı  mübarizə  mövzusu  ilə  bağlı  öz  tədbirlərini  böyük 

auditoriyalarda:  məktəblərdə, Gənclər  mərkəzlərində, liseylərdə  keçirərsə  daha  da 

maraqlı olar.  Məsələn: “Narkomaniyaya YOX deyək!” və ya “Narkomaniya – Ağ 

ölüm” mövzusunda mövzu gecəsi keçirmək olar.  

Mövzu  müəyyən  olunduqdan  sonra  kitabxanaçı  mövzu  ilə 

yaxından tanış olmalı, sənədli materiallar, dəqiq faktlar əsasında 

tədbirin planını, ssenarisini tərtib etməlidir. Bu səpkidə tədbirin 

hazırlanması yaradıcılıq qabiliyyəti tələb edir. Gecə üçün təşkil 

olunmuş  sərgidə  mövzuya  uyğun  kitabların  siyahısını  da 

iştirakçılara  təqdim  etmək  məqsədəuyğundur.  Bu  cür  tədbirdə 



12 

 

məktəbin  dram  və  ya  ədəbiyyat  dərnəyinin  üzvlərinin,  kitabxananın  fəal 



oxucularının  iştirakı  ilə  dramaturq  Arzu  Soltanın  ssenarisi  əsasında  tamaşaya 

qoyulmuş  “Həyatla  oyun”  əsərindən  səhnəciklər  göstərmək,  şeir  parçaları 

səsləndirmək,  sənədli  filmlərin  nümayişini  təşkil  etmək  olar.  Kitabxanada 

narkomaniya  mövzusunda  “Sual-cavab  gecəsi”  keçirərkən  əvvəl  mövzunun 

mahiyyətini,  əhəmiyyətini  açan  kitablar  seçilməli,  qoyulacaq  suallar  əvvəlcədən 

müəyyənləşdirilməlidir.  Tədbirin  məktəblilər  arasında  keçirilməsi  daha 

məqsədəuyğun  olardı.  Sorğu  keçirilərkən  uşaqların  yaş  xüsusiyyətləri  nəzərə 

alınmalıdır.  Sualların  qabaqcadan  müəyyənləşdirilməsinə  baxmayaraq,  tədbir 

zamanı  yeni  sualların  meydana  çıxması  istisna  edilmir.  Tədbirdə  iştirakçıların 

suallarını  yazılı  şəkildə  vermələrinə  də  şərait  yaradılmalıdır.  Bu  onlara 

sıxılmayaraq  maraqlandıqları  suallara  ətraflı  cavab  tapmalarına  imkan  verər. 

Qoyulan 


sualların 

əhatəli 


şəkildə 

işıqlandırılmasını, 

müzakirəsini, 

cavablandırılmasını təmin etmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarını, 

səhiyyə  işçilərini,  müəllim  kollektivini,  valideyn  heyətini  də  tədbirə  dəvət  etmək 

çox  yerinə  düşərdi.  Həmçinin,  verilən  suallara  daha  ətraflı  cavab  vermək  üçün 

sual-cavab  gecələrində  əyani  materiallardan,  fotomontajlardan,  kitab  vitrin  və 

sərgilərindən  istifadə  etmək,  mövzu  ilə  bağlı  ədəbiyyatları  dinləyicilərə  tövsiyə 

etmək  çox  vacibdir.  “Narkomaniya,  gəncliyimiz  və  ondan  törənən  fəsadlar” 

mövzusunda  keçirilən  sual-cavab  gecəsində  aşağıdakı  suallar  ətrafında  müzakirə 

aparmaq olar. Müsahibə zamanı təqdim oluacaq sualları sizə təqdim edirik. 

1.

 



Özünüzü təqdim edin. Harda təhsil alırsınız? 

2.

 



Tez-tezmi kitabxanalara müraciət edirsiniz? 

3.

 



Hansı janrda olan ədəbiyyata daha çox üstünlük verirsiniz? 

4.

 



Narkomaniya mövzusuna əsərlərində müraciət edən yazıçılardan kimləri 

tanıyırsınız? 

5.

 

Narkomaniya nədir və narkomanlara münasibətiniz necədir? 



6.

 

Narkomaniyaya qarşı mübarizə mövzusunda hansı yazıçıların əsərlərini 



oxumusunuz? 

7.

 



Sizin fikrinizcə Narkomaniyaya qarşı mübarizənin ən önəmli atributları 

nələrdir? 

8.

 

Narkomaniyadan bəhs edən  əsərlərdən hansılarının adını çəkə bilərsiniz? 



9.

 

Siz gənc olmağın üstünlüyünü nədə görürsünüz? 



10.

 

Sizin fikrinizcə gələcəyimiz olan uşaqları bu bəladan necə qorumalıyıq? 



11.

 

Siz və təhsil aldığınız müəssisə narkomaniyaya qarşı mübarizə  mövzusunda 



nə kimi işlər görmüsünüz? 

12.


 

Sizcə təhsil gənclərimiz üçün nə dərəcədə önəmlidir? 

13.

 

Sizcə Azərbaycan gəncliyi nəyə qadirdir? 



13 

 

14.



 

Narkomaniya mövzusunda Azərbaycan gənclərinə nə tövsiyyə edərdiniz? 

15.

 

Azərbaycanımızı necə görmək istərdiniz? 



16.

 

Sizcə Azərbaycan gəncliyi narkomaniyaya qarşı mübarizədə nə kimi 



yeniliklər etməlidir? 

17.


 

Asudə vaxtlarınızı necə keçirirsiniz? 

18.

 

Sizcə bizim gənclərin əsas problemləri nədən ibarətdir? 



19.

 

Ən çox sevdiyiniz məşğuliyyət nədir? 



20.

 

 Özünüzü hazırki cəmiyyətdə hansı mövqedə görürsünüz? 



21.

 

 Bəs gələcəkdə  hansı mövqedə olmaq istərdiniz? 



22.

 

 Siz gələcəkdə öz ixtisasınız üzrə mütəxəssis ola biləcəksinizmi?  



23.

 

Narkomaniyaya qarşı mübarizə mövzusuna siz nə təkliflər verə bilərsiniz? 



24.

 

Narkotiklərin  xassələri,  onun  şəxsiyyətə  və  insan  orqanizminə  olan  ziyanı 



haqqında nə bilirsiniz?  

25.


 

Gəncləri cinayətə, pis vərdişlərə sövq edən nədir?  

26.

 

Siz gələcəyinizi necə görmək istərdiniz?  



27.

 

Sizin fikrinizcə pis vərdişlərdən qorunmaq üçün gənclərimiz nə etməlidir? 



Sual-cavab  gecəsi  cavabların  auditoriyanı  nə  dərəcədə  qane  etməsi,  növbəti 

gecənin hansı mövzuya həsr olunması və nəhayət, aparıcının yekun sözləri ilə bitir. 

Tədbirdə “Narkomaniyaya Yox deyək!” adlı kitab sərgisi də təşkil etmək lazımdır. 

Sərgidə aşağıdakı kəlamlardan istifadə etmək olar:  

 “İnsanların  çoxunun  dəyərini  bilmədiyi  iki  şey  vardır:  sağlamlıqları  və 

zamanları...”                                                           

                                                                                        Hz. Məhəmməd Peyğəmbər  

“Narkomaniya  gənclərin  düçar  ola  biləcəyi  ən  böyük  fəlakətdir!  İnsanın 

sağlamlığını qorumaq, onu fiziki əzablardan xilas etmək mühüm, xeyirxah işdir.”  

                                                                                            Ulu öndər Heydər Əliyev  

 


14 

 

Təşkil  olunmuş  kitab  sərgiləri  mövzu  ilə  əlaqədar  bir  oyanış,  çağırış,  ayıqlıq 



xarakteri  daşımalı,  maraqlı  olmalı  və  kitabxananın  elə  bir  yerində  təşkil 

olunmalıdır  ki,  oxucuların  diqqətindən  yayınmasın  və  hər  zaman  onları  sağlam 

həyat  tərzi  keçirməyə,  pis  vərdişlərdən  uzaq  olmağa  səsləsin.  Sərgilərin  təşkil 

edilməsində əsas  məqsəd  mövzuya  dair  ədəbiyyat  və 

sənədləri  oxucuya  asanlıqla  axtarıb  tapmaqda 

yardımçı  olmaqdır.  Ümumiyyətlə,  kitabxanaçı 

narkomaniyaya  dair  istənilən  tədbir  keçirərkən,  ilk 

növbədə 


gənc 

və 


yeniyetmələrin 

diqqətini 

narkomaniyadan  törənən  ağır  bəlalara  yönəltməlidir. 

Onun  ağır  fəsadları,  ailənin  başına  gələ  biləcək  müsibətlər  və  nəhayət,  şəxsin  öz 

taleyi,  sonrakı  işgəncəli  həyatı  bütün  açıqlığı  ilə  oxucuların  nəzərinə 

çatdırılmalıdır. Tədbirin keçirilməsinin başlıca məqsədi ondan ibarət olmalıdır ki, 

gənc  və  yeniyetmələr  sonrakı  faciəli  həyatlarını  bir  neçə  saatlıq  həzzə  qurban 

verməsinlər.  Onlar  bir  neçə  saatlıq  sevincin  arxasında  necə  böyük  bir  fəlakətin 

olduğunu  heç  vaxt  unutmamalıdırlar.  Günümüzün  aktual  problemlərindən  biri  də 

insan  oğlunun  narkomaniya  kimi  bir  bəlanım  qarşısında  aciz  qalmasıdır. 

Bəşəriyyəti  narahat  edən    bu  qlobal  problemlə  bütün  dünya  xalqları  mübarizə 

aparır.  Oxucuların  saglam  həyat  tərzi  yaşamaları  üçün  kitabxanaçılar 

narkomaniyaya  meylliliyi  aradan  qaldırmaq  məqsədilə  geniş  maarifləndirici 

tədbirlər həyata keçirirlər.  

Bəli, narkomaniya müasir dövrün ən böyük bəlalarındandır.  Narkotik maddələrin 

müntəzəm  surətdə  orqanizmə  yeridilməsi  insanda  fiziki  və  psixi  funksiyaların 

pozulmasına gətirib çıxarır. Çünki narkotiklərin qəbulu orqanizmin bütün üzvlərini 

zədələyir və onun dağılmasına səbəb olur. Gənclər çox vaxt təcrübəsiz olduqlarına 

görə  alkoqolizmə  və  narkomaniyaya  düçar  olurlar.  Bu  bəlaların  məhvedici 

nəticələrinin  gənclərə  vaxtında  başa  salınması,  onların  mənəvi  cəhətdən  düzgün 

tərbiyəsi belə neqativ halların aradan qaldırılmasına nə qədər böyük kömək göstərə 

bilərdi. Bu işdə kitabxanaçılar da fəal iştirak etməli, maarifləndirmə işlərinə kömək 

göstərməlidir.  Yeniyetmələri  mənəvi  cəhətdən  yoxsullaşmağa  qoymamaq,  onları 

cəmiyyət  üçün  layiqli  şəxsiyyətlər  kimi  yetişdirmək  kitabxanaçıların  qarşısında 

duran  ən  ümdə  vəzifələrdən  biri  olmalıdır.  Yeniyetmə  bilməlidir  ki,  narkoman 

cəmiyyət  üçün  qiymətini  itirmiş  bir  varlıqdır.  Narkomaniya  ürək-damar 

sistemində, qaraciyərdə geri dönməyən proseslər törədir. Narkomaniyaya tutulmuş 

orqanizm  tədricən  dağılır,  bu  nəhayət  ölümlə  nəticələnir.  Bütün  bunları  nəzərə 

alaraq,  narkomaniyanın  müalicəsinə  tez  başlamaq  lazımdır.  Çünki  pozulmuş 

funksiyaların bərpası gecikdirilərsə, müalicə çətinləşə bilər. Düşünmək lazımdır ki, 

gələcək bu gündən sağlam nəsil gözləyir.  


15 

 

 



Narkomaniya  xəstəliyinə  yoluxanlara  diqqət  və  mərhəmətimizi  bir  an  belə 

əsirgəməməli,  onların  dözülməz  ağrı  və  iztirablarına  biganə  qalmamalı, 

sarsıntılarını  aradan  qaldırmalı,  onları  saglam  həyata  qaytarmaq  üçün  əlimizdən 

gələni  etməliyik.  Bu  məqsədlə  yeni  müalicə  üsulları  aranmalı,  tibbi  axtarışlar 

davam  etdirilməli,  mövcud  mübarizə  vasitələrindən  geniş  istifadə  olunmalıdır. 

Məktəbliləri  bu  pis  vərdişlərdən  uzaqlaşdırmaq  üçün  onların  arasında 

“Narkomaniyaya  yox  deyek!”  mövzusunda  inşa  müsabiqəsinin  keçirilməsi  yaxşı 

nəticələr  verə  bilər.  Mövzunu  işləyərkən  uşaqlar  müvafiq  ədəbiyyatı  oxuyub, 

internetdən  lazımi  informasiyanı  almış  olacaqlar.  Bu  da  istər-istəməz  onlara 

narkomaniya  və  alkoqolizmin  pis  vərdişləri  ilə  bağlı  məlumatlanmasına  səbəb 

olacaq.  Nəticələr  yoxlanıldıqdan  sonra  ilk  üç  yerin  sahibi  mükafatlandırılarsa  bu 

uşaqların  öz  hüquqlarını  öyrənmək  həvəsini  daha  da  artırar.  Eyni  adda  rəsm 

müsabiqəsinin keçirilməsi də yaxşı nəticələr verər.  

 

 



 Məktəblərdə  valideynlərlə  görüşün  təşkil    edilməsi  də  bu  sahədə  böyük 

irəliləyişlərə  səbəb  olar.  Valideynlər  uşaqların    və  onların  fiziki  əqli  inkişafının 

qayğısına qalmağa və onları vətənin laiqli vətəndaşı kimi böyütməyə borcludurlar. 

Valideynlər  öz  hüquq  və  vəzifələrini  uşaqlarına  aşılamalı  və  onları  düzgün 

istiqamətləndirməlidirlər.  Məktəblilərlə  “Narkomaniyaya  yox  deyək!?  ”  adlı 

disputun  keçirilməsi  yaxşı  nəticələrə  gətirib  çıxarar.  Belə  ki,  uşaqlarla  bu  haqda 

söhbətin aparılması onların  bu sahədə maariflənməsinə kömək edə bilər. Tədbirə 

hər  hansı  bir  uşaq  hüquqları  təşkilatının  nümayəndəsini  dəvət  edərək  uşaqları 

maraqlandıran  sualların  cavablandırılmasına  şərait  yaratmaq  da  məqsədə 

uyğundur.  Uşaqlarla  bu  mövzuda    danışarkən  slaydlardan  istifadə  olunması, 

narkomaniyanın  fəsadlarının  daha  yaxşı  başa  düşmələrinə  yardımçı  olar.  Bu 

məqsədlə müvafiq slaydları da onlara  təqdim etmək olar. Narkomaniya ilə bərabər 

məktəblilərə  alkoqolizm  və  papirosun da  insan  orqanizmine  vurduğu  ziyanlardan 

danışmaq lazımdır.  

Narkomaniya  və  alkoqolizmin  pis  vərdişlərini  özündə  əks  etdirən 

İsmayıl  Qarayevin  “Məni tanıdınmi?”, kimi  əsərlərinin oxuculara 

tövsiyə olunması məqsədəuyğun ola bilər. Belə ki, bu əsərlərin hər 

birində  insanların  acınacaqlı  vəziyyəti,  bir  parça  çörək  uğrunda 

qatlaşdıqları  iztirab,  təhsil  ala  bilməmələri  hazırki  dövr  üçün  də 


16 

 

müəyyən  qədər  xarakterikdir.  Məlumdur  ki,  kitab  müzakirələri  və  oxucu 



konfransları  uşaq  kitabxanaları  üçün  kitab  təbliğində  böyük  əhəmiyyət  daşıyır. 

Bunlar məktəbli oxucuların formalaşmasına, dünyagörüşlərinə və əxlaq tərbiyəsinə 

böyük  təsir  göstərir.  Alkoqolizm,  QİÇS  və  narkomaniya  ilə  mübarizəyə  həsr 

edilmiş mövzularda olan tədbirlərin keçirilməsi də yerinə düşər.  Belə zəhərli, pis 

vərdişlərdən uzaq olmanın ən asan yolu uşaqlarımızı idmana həvəsləndirmək, boş 

vaxtlarını idmanla bağlı əyləncəli oyunlarla keçirməsinə çalışmalıyıq.Qeyd etmək 

lazımdır ki, narkomaniyaya qarşı mübarizəyə dair ədəbiyyatın mövzusu oxucuların 

yaş,  bilik  səviyyəsi,  dünyagörüşünə  bu  və  ya  digər  kitabın  məzmununu  müstəqil 

surətdə başa düşmək, onu təhlil etmək və müəyyən əməli nəticələr çıxara bilmək 

bacarıqlarına  uyğun  olmalıdır.  Məhz  buna  görə  də  oxucular  üçün  keçirilən  kitab 

müzakirələri  və  oxucu  konfranslarının  daha  canlı  və  maraqlı  olmasına  çalışmaq 

lazımdır.  Oxucular  üçün  qeyd  etdiyimiz  mövzulardan  bəhs  edən  ədəbiyyatın 

müzakirəsini,  onların  mütaliə  marağını  artırmaq  və  oxuduqlarını  dərindən  başa 

düşmələrini  təmin  etmək  üçün  kitabxanaçılara  müsahibə,  sual-cavab,  viktorina 

tədbirlərindən istifadə etmələri məsləhət görülür. 

Düzgün  tərbiyə,  yaşlıların  yaxşı 

nümunəsi  yeniyetməni  güclü,  mənəvi 

cəhətdən  möhkəm,  xeyirxah  edir. 

Tərbiyəsizlik,  yaxud  pis  tərbiyə 

yetkinlik  yaşına  çatmayanlarda  mənfi 

hislərin yaranmasına səbəb olar.  

Gənclərin 

mənəvi-əxlaq 

tərbiyəsi, 

onlar 

arasında 



cinayətkarlığın, 

narkomaniyanın 

və  digər  mənfi 

meyllərin  azaldılması  və  aradan  qaldırılması  vəzifəsi  hər  bir  təhsil-tərbiyə 

müəssisəsinin, bu sahədə çalışan hər bir işçinin qarşısında duran məsul vəzifədir. 

F.  Köçərli  adına  RUK-sı  olaraq  kitabxanamızda  vaxtaşırı  bu  mövzuya  müraciət 

olunur,  narkomaniyaya  qarşı    təbliğat  işləri  aparılır.  Sona  Xəyalın  kitabından 

götürülmüş  “İnsanın  düzgün  tərbiyəsi,  sağlamlığı,  cəmiyyətdə  saf  mövqeyi 



qarşıda duran ən böyük vəzifələrdən biridir. Bu vəzifənin yerinə yetirilməsi üçün 

cəmiyyətin  hər  bir  üzvü  məsuliyyət  daşıyır.  Heç  kəs  bu  işdən  kənarda 

qalmamalıdır.  Düşünmək  lazımdır  ki,  gələcək  bu  gündən  başlayır”  sözləri 

kitabxanaçıların qarşısında duran məsuliyyətli bir vəzifəni həyata keçirməyə sövq 

edir. 

Məsələn:  F.Köçərli  adına  Respublika  Uşaq  kitabxanası  Azərbaycan  Respublikası 



Prezidentinin  28  iyun  2007-ci  il  tarixli  2271  saylı  Sərəncamı  ilə  təsdiq  edilmiş 

“Narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  onların  prekursorlarının  qanunsuz 

dövriyyəsi və narkomanlığın  yayılması  ilə  mübarizə üzrə  Proqram  (2007-2012-ci 


17 

 

illər)”ın  tələblərindən  irəli  gələn  vəzifələri  yerinə  yetirmək  və  Azərbaycan 



Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı 

Mübarizə üzrə Dövlət Komissiyanın “İş Planı”ndan irəli gələn bir sıra vəzifələrin 

icrasını  təmin  etmək  məqsədi  ilə  "Narkomaniyaya  yox  deyək!"  devizi  altında 

tədbirlər  planına  uyğun  olaraq  məktəblərdə,  internat  və  uşaq  evlərində  tədbirlər 

keçirmişdir. Gəlin, gördüyümüz bu səmərəli fəaliyyətimizə qısa nəzər salaq.  

2011-ci  il  aprelin  26-da  F.Köçərli  adına 

Respublika 

Uşaq 


Kitabxanasında 


Yüklə 371,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə