AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 2,41 Mb.
Pdf görüntüsü
səhifə1/20
tarix24.06.2017
ölçüsü2,41 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   20

AZƏRBAYCAN RESPUBLİKASI  
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ 
 
AQRAR ELM MƏRKƏZİ 
 
AZƏRBAYCAN ELMİ-TƏDQİQAT ÜZÜMÇÜLÜK VƏ 
ŞƏRABÇILIQ İNSTİTUTU 
 
T.M.PƏNAHOV, V.S.SƏLİMOV, Ə.M.ZARİ 
 
 
 
 
 
 
 
AZƏRBAYCANDA 
ÜZÜMÇÜLÜK 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
«Müəllim » nəşriyyatı 
B A K I – 2010 

_____________Milli Kitabxana_____________ 
 
2
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun 
Elmi Şurasının qərarı ilə (31.03.2010-cu il tarixli 3 saylı protokol) 
nəşr olunur. 
 
Elmi redaktorlar: 
AMEA-nın muxbir üzvü, biologiya elmləri 
doktoru  M.R.Qurbanov, 
biologiya elmləri namizədi, dosent 
H.M.Şıxlınski 
 
Rəyçilər:    biologiya 
elmləri namizədi M.K.Musayev 
biologiya elmləri namizədi V.S.Fərzəliyev 
 
 
Pənahov T.M., Səlimov V.S., Zari Ə.M. 
«Azərbaycanda üzümçülük». Bakı: «Müəllim» nəşriyyatı, 2010. – 
224 s. 
 
Oxuculara təqdim olunan bu kitab müasir dövrün tələblərinə uyğun olaraq, üzümçü 
fermerlərin və fərdi üzüm bağ sahiblərinin marağı nəzərə alınaraq hazırlanmışdır. Kitabda 
Azərbaycanda üzümçülük və şərabçılığın inkişafına dair dolğun məlumat təqdim olunmuş, 
respublikanın təbii-iqtisadi bölgələrinin və inzibati rayonlarının xarakteristikası verilərək, 
hər bir bölgə və rayonun torpaq-iqlim şəraiti nəzərə alınaraq yetişdirilməsi tövsiyə edilən 
üzüm sortlarının adları  və  şərabçılığın inkişaf istiqamətləri göstərilmişdir. Kitabda 
həmçinin Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və  Şərabçılıq  İnstitutunun kolleksiya 
üzüm bağında becərilən qiymətli yerli və introduksiya olunmuş üzüm sortlarının səciyyəvi 
xüsusiyyətləri göstərilməklə tam ampeloqrafik təsvirləri verilmişdir. Kitab geniş oxucu 
kütləsi: üzümçü fermerlər, torpaq sahibləri, üzümçülük sahəsində  təhsil alan tələbələr, 
magistr və doktorantlar, eləcə  də elm müəssisələrində çalışan elmi işçilər və ali məktəb 
müəllimləri üçün nəzərdə tutulmuşdur. 
 
413
9952
2010
791206


© Pənahov T.M., Səlimov V.S., Zari Ə.M., 2010 

_____________Milli Kitabxana_____________ 
 
3
G İ R İ Ş 
 
Müstəqil inkişaf yolu ilə inamla addımlayan ölkəmizdə iqti-
sadiyyatın digər sahələrində olduğu kimi aqrar sahədə də islahatlar 
genişləndirilir, yeni təsərrüfat formaları yaradılır, bazar münasibət-
lərinə uyğun yeni emal və  sənaye müəssisələri formalaşır, sərbəst 
iqtisadiyyata geniş yol açılır. Azərbaycanda üzümçülük hələ qədim 
zamanlardan bəri kənd təsərrüfatı sahələri arasında xüsusi çəkiyə 
malik olmaqla geniş  sənaye xarakteri daşımışdır. Bu gün də ölkə 
iqtisadiyyatının yüksəldilməsi nöqteyi-nəzərindən üzümçülük  prio-
ritet  sahələrdən biri  sayılır.  
Üzümlüklərin sort tərkibinin zənginləşdirilməsi, az məhsuldar 
və keyfiyyətsiz üzüm sortlarının yeni, daha məhsuldar və keyfiy-
yətli sortlarla əvəz edilməsi, üzümün genetik ehtiyatlarından səmə-
rəli və davamlı istifadə olunması,  əhalinin  ərzaq təhlükəsizliyi, 
respublikada üzümün və onun emal məhsullarının istehsalının artı-
rılması baxımından böyük əhəmiyyətə malikdir. Respublikamızda 
üzümçülüyün intensiv inkişafını  təmin etmək üçün iki istiqamətə 
daha cox fikir verilməlidir. Bunlardan birincisi – fermer-kəndli 
üzümçülük təsərrüfatlarının və  fərdi üzüm bağlarının sahələrinin 
artırılması, ikincisi isə ölkədaxili və dünya bazarının müasir stan-
dartlarına cavab verən, bazar rəqabətinə davam gətirən keyfiyyətli 
və nisbətən ucuz başa gələn təzə üzüm və onun emal məhsulları ilə 
fasiləsiz təmin olunmasıdır. Bu təqdirdə  xəstəlik və  zərərvericilər-
dən mühafizəsi üçün minimal xərc tələb edən, uzun müddət sabit 
məhsul verərək keyfiyyətini saxlayan,  müasir texnoloji tələbatlara 
cavab verən süfrə,  şərab və kişmiş istiqamətli üzüm sortlarına 
tələbat ildən-ilə artır. 
Bioloji müxtəlifliyin önəmli tərkib hissəsi olan bitki genetik eh-
tiyatları, o cümlədən üzüm genofondu, bu günün tələbatlarını ödə-
məklə yanaşı, həmçinin seleksiya, biotexnologiya və gen mühən-
disliyi baxımından da mühüm əhəmiyyət kəsb edən genlərin da-
şıyıcıları olaraq gələcəkdə yeni üzüm sortlarının və hibrid for-
malarının yaradılması üçün də istifadə oluna bilər. Bununla yanaşı 
hal-hazırda bitkilərin genetik ehtiyatlarını  və biomüxtəlifliyini öy-
rənən beynəlxalq təşkilatlar, hazırkı aqrobiomüxtəlifliyi təşkil edən 

_____________Milli Kitabxana_____________ 
 
4
bitkilərin yaranma, formalaşma mərkəzlərində onların yabanı  əc-
dadlarının öyrənilməsinə  və qorunmasına (in-situ və ex-situ  şə-
raitində), qiymətli genotiplərin geniş istehsalata və biotexnologiya 
tədqiqatlarına cəlb olunmasına xüsusi diqqət yetirirlər. 
Ona görə də Azərbaycan florasının ən qədim və zəngin forma-
siyalarından olan üzüm genotiplərinin tam olaraq qorunması, gələ-
cək nəsillərə çatdırılması, genetik ehtiyatlardan səmərəli və davamlı 
istifadə olunması  həm elmi, həm də  təcrübi baxımdan böyük 
əhəmiyyət kəsb edir. 
Ekoloci cəhətdən plastik, ətraf mühitin əlverişsiz amillərinə 
qarşı davamlı, sabit yüksək məhsuldarlığı  və  məhsulun keyfiyyəti 
ilə  səciyyələnən ekoloci əkinçiliyə yararlı yeni üzüm sortlarının 
yaradılmasında valideyn formaları kimi istifadə etmək üçün bu və 
ya digər qiymətli  əlamət, bioloji və ummunoloci xüsusiyyətlərə 
malik donor genotiplərin müəyyənləşdirilməsində  və onların 
genetik imkanlarından tam istifadə edilməsində bitki genetik 
ehtiyatlarının, o cümlədən  üzümün biomüxtəlifliyinin rolu 
əvəzsizdir. 
Üzümün genetik ehtiyatlarının toplanaraq kolleksiyaya daxil 
edilməsi, davamlı  və  səmərəli istifadəsi üzrə  fəaliyyətlərin başlıca 
məqsədlərindən biri də üzüm genotiplərinin təsərrüfat-qiymətli əla-
mətlərinin müəyyən edilməsi ilə onların seleksiya və yaxşılaşdırıl-
ma proqramlarına daha intensiv və məqsədyönlü  şəkildə cəlb edil-
məsindən, daha məhsuldar,  ətraf mühitin biotik və abiotik stress 
amillərinə qarşı davamlı, yüksəkkeyfiyyətli, bazar rəqabətinə davam 
gətirən, yüksək texnoloji yararlılığa və alıcılıq qabiliyyətinə malik 
yeni sortların yaradılması və üzümçülük sahəsində onların potensial 
imkanlarının maksimum reallaşdırılması yolu ilə üzümçülük və 
şərabçılıq məhsullarına olan təlabatın təmin edilməsi və bu sahənin 
davamlı inkişafına nail olunmasından ibarətdir. 
Son araşdırma və  tədqiqatlardan məlum olur ki, Azərbaycan 
ərazisində 600-ə  qədər aborigen və introduksiya olunmuş üzüm 
sortu əkilib-becərilmişdir ki, bunun da təxminən 400-nü yerli üzüm 
sortları təşkil edir. Lakin çox təssüf ki, bütün dünyada olduğu kimi, 
Azərbaycanda da bitki genetik ehtiyatlarının, o cümlədən üzüm 
genofondunun məhv olmasına, genetik eroziyasına yönəlmiş mənfi 

_____________Milli Kitabxana_____________ 
 
5
amillərin təsirindən onlarla qiymətli yerli, seleksiya və introduksiya 
olunmuş üzüm sortları artıq itirilmiş, bir qismi isə itmək, məhv 
olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Son araşdırma və tədqiqatlara 
görə, respublikada əkilib-becərilən 75-ə  qədər sort artıq itirilmiş, 
80-ə yaxın sort isə itmək təhlükəsi qarşısındadır. Digər tərəfdən isə 
bədxah qonşularımız olan ermənilərin məkirli hərəkətləri nəticəsin-
də respublikamızın bir çox qiymətli üzüm sortlarının adları  dəyiş-
dirilərək mənimsənilir və yanlış adlar altında nəşr etdirilərək, er-
məni sortları kimi qələmə verilir. 
Respublikada yayılmış yerli üzüm sortlarının, hibrid və yabanı 
üzüm formalarının, hətta introduksiya olunmuş üzüm sortlarının 
etibarlı qorunub saxlanılması və davamlı istifadəsi məqsədilə 2002-
ci ildə AzETÜŞİ  tərəfindən yeni Ampeloqrafik kolleksiya bağı 
salınmışdır ki, burada 300-ə  qədər aborigen və introduksiya olun-
muş üzüm sortları, hibrid və yabanı üzüm formaları toplanıb  əkil-
mişdir.  İlkin olaraq kolleksiya bağındakı sortların 200-ə yaxını 
Azərbaycanın, 5 sort Gürcüstanın, 5 sort Moldovanın, 2 sort Türki-
yənin, 18 sort Rusiyanın, 19 sort Mərkəzi Asiyanın, 5 sort Misirin, 
9 sort ABŞ-ın, 2 sort İranın, 3 sort Almaniyanın, 5 sort Fransanın, 1 
sort Ərəbistanın, 3 sort İtaliyanın, 1 sort İngiltərənin payına düşür. 
Yuxarıda qeyd olunduğu kimi, respublikada 400-dən çox yerli 
üzüm sortunun becərildiyi məlum olur. Bunlardan yalnız 200-ü 
toplanaraq kolleksiyaya daxil edilmişdir. Göründüyü kimi, respubli-
kamızın müxtəlif bölgələrində indiyə  qədər elmi əsaslarla öyrənil-
məyən qiymətli üzüm sortları əkilb-becərilməkdədir və belə sortlar 
çoxluq təşkil edir. Bu üzüm sortları köhnə üzüm bağlarında, xiya-
banlarda, fərdi təsərrüfatlarda, həyətyaını sahələrdə hələ də xalqımız 
tərəfindən qorunaraq becərilir. Qeyd etmək lazımdır ki, yerli üzüm 
sortlarından yalnız 38-i (30 sort süfrə, 8 sort texniki) hal-hazırda 
respublikamızın ərazisindəki kənd təsərrüfatı müəssisələrində, fərdi 
sahibkarlıq təsərrüfatlarında az və ya çox miqdarda yetişdirilir. 
Onlar milli üzüm genofondunun çox cüzi hissəsini təşkil edir. Bu 
isə yerli, çox qədim tarixə malik, qiymətli üzüm sortlarının davamlı 
və etibarlı qorunmasını təmin edə bilməz. Ona görə də yerli üzüm 
genofondunun aşkar olunması, toplanması, kolleksiyaya daxil 
edilməsi, kolleksiyaların zənginləşdirilməsi işləri prioritet məsələ 

_____________Milli Kitabxana_____________ 
 
6
kimi qarşıda durur. 
Son zamanlar üzümçülüyə diqqət yenidən artdığından torpaq 
sahibləri,  şəxsi mülkiyyətçilər torpaq sahələrində daha çox üzüm 
yetişdirməyə üstünlük verirlər və yeni-yeni üzümçülük fermer 
(kəndli) təsərrüfatları  yaradırlar.  
Lakin  xalqımızın  üzümçülük sahəsində qədim əmək vərdişi və 
ənənəsinin olmasına baxmayaraq, torpaq sahiblərini yeni yarada-
caqları üzümçülük təsərrüfatında bölgənin  konkret  torpaq-iqlim şə-
raitində hansı sortları və necə becərmələri dərin düşündürür, onların 
qarşısında bir sıra elmi həlli tələb olunan suallar çıxarır. Bu isə 
üzümçü mütəxəssis və alimlərdən fermerlərin qarçısında duran elmi 
və  təcrübi məsələlərin həllini həyata keçirmək üçün üzümçülükdə 
dərin tədqiqat işləri aparmalarını  və elmə  əsaslanan təklif və töv-
siyələr hazırlamalarını  tələb edir. Çünki yeni üzümlüklərin salın-
masında və becərilməsində bir sıra problemlər var.  
Son zamanlar müxtəlif ölkələrdən gətirilərək, həmçinin respub-
likamızın müxtəlif bölgələrində yayılmış yerli və introduksiya olun-
muş üzüm sortlarının yığılaraq elmi əsaslarla tədqiq olunmadan, 
sınaqdan keçirilmədən kor-koranə bəzi fermer üzümüçülük və şəxsi 
təsərrüfatlarda əkilməsi halları müşahidə olunur.  
Üzüm sortlarının biologiyası becərildiyi bölgənin torpaq-iqlim 
şəraitinə və şablon şəklində tətbiq olunan aqrotexnikaya uyğun gəl-
mədiyinə və düzgün seçilmədiyinə görə qoyulmuş xərc özünü  doğ-
rultmur, təsərrüfatın rentabelliyi tamamilə aşağı düşür. Üzümün sort 
tərkibinin müxtəlifliyi və onun biologiyasının xüsusiyyətləri, hər 
hansı bir aqroiqlim zonası  şəraitində becərilmək üçün yararlı sort-
ların seçilməsində xüsusi yanaşma tələb edir. 
Üzümçülüyün intensiv inkişafını  və fermer təsərrüfatlarının 
rentabelli işləməsini təmin etmək üçün sahələrdə becərilən sortların 
düzgün seçilməsi və lazımi aqrotexniki tədbirlərin həyata keçiril-
məsi ən vacib amildir.  
Bu gün üzümün emal müəssisələri elə  şərabçılıq məhsulları 
istehsal etməlidirlər ki, o məhsullar dünya bazarında rəqabətə da-
vam gətirərək münasib qiymətlərlə realizə oluna bilsinlər. Üzümün 
emal məhsullarının keyfiyyəti isə üzüm sortlarının texnoloji xüsu-
siyyətlərindən və keyfiyyətindən birbaşa asılıdır. Ona görə  də tor-

_____________Milli Kitabxana_____________ 
 
7
paq sahibləri üzümçülük təsərrüfatları yaradarkən texniki üzüm 
sortlarını da düzgün seçməlidirlər. Bölgənin torpaq–iqlim şəraitini 
nəzərə almaqla sortlar bölgələr və mikrobölgələr üzrə düzgün yer-
ləşdirilməli və sortlara diferensial aqrotexniki qulluq işləri tətbiq 
edilməlidir. 
Məlumdur ki, dünyada keyfiyyətli texniki üzüm sortlarının 
əkilib–becərildiyi  ərazilərdən biri də Azərbaycandır. Azərbaycan 
Bayanşirə, Mədrəsə, Şirvanşahı, Xindoqnı, Həməşərə, Mələyi, Xər-
ci, Qara asma, Qara aldərə, Dəvəgözü və s. kimi yüksəkkeyfiyyətli 
yerli texniki üzüm sortları ilə  məşhurdur. Fermerlər öz üzüm 
bağlarında bu sortları əkib–becərməklə həm bol, həm də keyfiyyətli 
məhsul  əldə edə bilərlər. Bu üzüm sortlarının məhsuluna isə emal 
müəssisələrinin daim tələbatı vardır . 
İqtisadi potensial imkanlarına görə üzümçülük respublikanın 
xalq təsərrüfatı komleksində aparıcı yerlərdən birini tutur. Respub-
likamızın bir çox bölgələrində xarici və yerli şirkətlər üzümçülüklə 
məşğuldurlar. Təəssüf ki, bu azdır, dəryada bir damla kimidir. 
Xarici iş adamları ilə bərabər yerli iş adamlarını da bu işə cəlb et-
məklə, dövlət səviyyəsində planlı və məqsədəuyğun surətdə üzüm-
çülüyün inkişaf etdirilməsinə qayğı artırılmalıdır. 
Bunun üçün birinci növbədə üzümçülüklə  məşğul olmaq istə-
yən şirkətləri əkin materialı ilə təmin etmək lazımdır. Bu gün həmin 
şirkətlər əkin materialını bir tingə 1,1 manat ödəməklə xarici bazar-
lardan alırlar ki, bu da son nəticədə istehsal olunan məhsulun maya 
dəyərini artırır. Ona görə də bu sahədə keçmişin təcrübəsindən isti-
fadə edərək, üzümçülük şirkətlərini xarici bazarlardan olan asılı-
lıqdan xilas etmək üçün respublikada sortların bioloji təmizliyinə 
fikir verilmək şərtilə tinglik təsərrüfatı yaratmaq çox vacibdir. Res-
publikada üzümçülüyü inkişaf etdirmək üçün ikinci növbədə ölkə-
mizdə dünya standartlarına cavab verə bilən məhsullar emal edən 
zavodlar tikilməlidir. Üçüncü növbədə respublikamızda  əhalinin 
təzə üzüm məhsullarından istifadə müddətini 6-7 ay artırmaq 
məqsədilə tez, orta və gec yetişən süfrə üzüm sortlarının planlı 
surətdə becərilməsinin təşkili ilə bərabər, saxlama kameralarının da 
tikilməsi vacib məsələdir. Bu məsələlərin müvəffəqiyyətlə  həll 
edilməsilə regionlarda ölkə əhalisinin bütün il boyu faydalı əməklə 

_____________Milli Kitabxana_____________ 
 
8
məşğulluğunu və,  ən başlıcası, onların həyat səviyyəsinin yüksəl-
dilməsini təmin etmək olar. 
Aqrar islahatların uğurla həyata keçirilməsinə olan dövlət qay-
ğısı  və bu sahədə sahibkarların inkişafı üçün yaradılmış  əlverişli 
şərait, Azərbaycanda üzümçülüyün keçmiş şöhrətinin yenidən bərpa 
ediləcəyinə ümid yaradır. Ümid edirik ki, bu gün ölkə büdcəsinin 
formalaşmasında yerini neft sənayesinə verən Azərbaycan üzüm-
çülüyü yenidən öz qızıl dövrünə qayıdacaqdır. 
Ayrı–ayrı üzümçü fermerlər və torpaq sahibkarları Azərbay-
canın üzümçülük və  şərabçılığın şöhrətini  əvvəlki səviyyəsinə qal-
dırmaq üçün əkdikləri üzüm bağlarını bazar iqtisadiyyatı ilə əlaqə-
ləndirməlidirlər. Belə ki, fermer və torpaq sahibləri ilin 4 ayını tənə-
yin üstündən təzə üzüm dərib bazara çıxarmalı (iyun–sentyabr), qa-
lan aylarda, əsasən oktyabr–mart aylarında isə təzə üzümü adi qay-
dada zirzəmidə, asma metodu ilə tavanda, eləcə də saxlama kamera-
larında saxlamaqla ixrac etməlidirlər. Bunun üçün onlar üzüm 
sortlarını yetişmə müddətlərinə, saxlanmaya davamlılıq və əmtəəlik 
qabiliyyətinə görə seçib əkməlidirlər. 
Üzümçülüyün  şəxsi mülkiyyət  şəraitində inkişafı üçün heç ol-
masa hər rayonda bir üzüm emalı müəssisəsi işə düşməli və sahib-
karlarla ilin əvvəlindən  onların üzüm məhsulunun müvafiq bazar 
qiymətinə almaq barədə müqavilə bağlamalıdırlar ki, sahibkarlar 
yetişdirdiyi üzümü saxlamaq və realizə etmək qayğısını  çək-
məsinlər. 
Azərbaycanın üzüm genofondunu qoruyub saxlamaq və zəngin-
ləşdirmək məqsədilə  İnstitut yox olma təhlükəsi altında olan qiy-
mətli aborigen üzüm sortlarının aşkar edilib öyrənilməsi, toplanması 
və artırılması istiqamətində tədqiqat işləri aparır. İnstitutda aparılan 
seleksiya işlərinin əsasını üzümlüklərin sort tərkibinin zənginləşdi-
rilməsi, az məhsuldar üzüm sortlarının yeni, daha məhsuldar və 
keyfiyyətli sortlarla əvəz edilməsi, mütərəqqi seleksiya üsullarından 
istifadə etməklə süfrə  və texniki istiqamətli üzüm sortlarının və 
hibrid formalarının yaradılması təşkil edir. 
Ölkədə üzümçülüyün məqsədyönlü inkişafının təmin edilmə-
sində üzüm sortlarından ibarət genofondun olduqca böyük əhəmiy-
yəti vardır. Üzümçülükdə genofond kolleksiyalar formasında yara-

_____________Milli Kitabxana_____________ 
 
9
dılır. Vaxtilə ölkəmizin müxtəlif regionlarında ampeloqrafik kollek-
siya bağları mövcud idi. Hazırda kolleksiyaların əksəriyyəti baxım-
sızlıq ucbatından yox olmaq həddindədir. Vəziyyəti nəzərə alaraq 
İnstitut əməkdaşları Abşeron rayonu şəraitində Azərbaycanın müx-
təlif bölgələrindən gətirilmiş üzüm sortlarından 15 hektar sahədə 
kolleksiya bağı salmışlar. Hazırda kolleksiya bağında respublikanın 
üzüm genofondunun əsasını  təşkil edən 320 yerli və introduksiya 
olunmuş süfrə  və texniki istiqamətli üzüm sortları, fillokseraya  
davamlı Amerika mənşəli calaqaltılar, həmçinin yabanı üzümün 
xəstəlik-zərərvericilərə qarşı davamlı formaları becərilir. Bu kol-
leksiya bağı yalnız üzüm  genofondunun qorunub saxlanması məq-
sədinə xidmət etmir. Bura həmçinin  İnstitutun təcrübə bazasıdır. 
İnstiututun  əməkdaşları  tərəfindən kolleksiya bağında becərilən 
üzüm sortları üzərində müxtəlif istiqamətlərdə  tədqiqat işləri apa-
rılır, sortların təsərrüfat yararlılığı və səmərəliliyi öyrənilir, perspek-
tiv klon variasiyaları seçilir, yeni hibridlər yaradılır. 
Məlum olduğu kimi, hazırda Azərbaycan üzümçülüyü bir sıra 
problemlərlə üzləşmişdir. Bunlardan başlıcası  əkin materialıdır. 
Yeni üzümlüklərin salındığı bir vaxtda respublikada ixtisaslaşmış 
tingçilik təsərrüfatlarının olması vacibdir. Təəssüflər olsun ki, vax-
tilə respublikada fəaliyyət göstərən tingçilik təsərrüfatlarının ema-
latxanaları tamamilə dağıdılmışdır. 
Yerli ting bazasının olmaması  səbəbindən yeni üzümlüklərin 
salınması üçün əkin materialı (əsasən calaq edilmiş tinglər) xaricdən 
gətirilir. Bunun isə bir çox mənfi cəhətləri var. Onlardan ən baş-
lıcası odur ki, respublikaya ilbəil xarici mənşəli tinglərin gətirilməsi 
yerli sortların sıxışdırılması ilə nəticələnir. Digər tərəfdən, çox vaxt 
virus xəstəliklərinin daşıyıcısı olan xarici əkin materialı yerli sort-
ların həmin xəstəliklərə yoluxmasına təhlükə yaradır. Xarici ölkə-
lərdən gətirilən tinglər yerli torpaq-iqlim şəraitinə çox çətin uyğun-
laşdığı üçün onların bitiş faizi aşağı olur. Bundan başqa, xaricdən 
ting gətirmək sahibkarlara olduqca baha başa gəlir. Yaranmış prob-
lemi həll etmək üçün Azərbaycanın üzümçülük zonalarında müasir 
texnologiyaların tətbiqini təmin edən avadanlıqla təchiz olunmuş 
calaq emalatxanalarının və tingçilik təsərrüfatlarının təşkil edilməsi 
gərəkdir. Respublikanın torpaq-iqlim şəraitinə uyğun olan yerli 

_____________Milli Kitabxana_____________ 
 
10
üzüm sortlarından calaq edilmiş tinglərin istehsalını genişləndirmək 
lazımdır. Bu yolla, respublikaya xarici mənşəli üzüm tinglərinin 
idxalının azalmasına və sort probleminin tənzimlənməsinə nail 
olmaq olar. 
“Üzümçülük və  Şərabçılıq haqqında” Azərbaycan Respublika-
sının Qanunun 6-cı maddəsinin 1-ci bəndində göstərildiyi kimi, 
“calaqaltı və calaqüstü anaclıqların yaradılması üçün xəstəliklərə və 
zərərvericilərə davamlı  əkin materialları müvafiq elmi-tədqiqat 
müəssisələrində  və ya müqavilə  şərtləri ilə elmi-tədqiqat müəssi-
sələrinin nəzarəti altında ixtisaslaşdırılmış tingçilik təsərrüfatlarında 
istehsal olunur”. Qanunun bu tələbinə riayət edərək, özəl üzüm-
çülük təsərrüfatlarını yerli şəraitə uyğun olan, yüksək keyfiyyətli 
calaq üzüm əkin materialı ilə təmin etmək üçün İnstitut əməkdaşları 
Abşeron rayonu ərazisindəki kolleksiya bağında tingçilik işinə 
başlamışlar. Bu ilin əvvəlində 22 hektar sahədə 100000 ədəd ting 
əkilmişdir. Bundan başqa, yerli calaqüstü sortların çubuqları fillok-
seraya davamlı Amerika mənşəli calaqaltı sortların çubuqları ilə 
1000  ədəd miqdarında yarma üsulu ilə calaq edilmişdir. Calaq 
işlərində İnstitutun alimləri tərəfindən işlənib hazırlanmış yeni tex-
nologiyadan da istifadə edilir. Həmin texnologiya ənənəvi texnolo-
giyalarla müqayisədə istehsalat xərclərini xeyli azaltmaqla 60-80% 
yüksəkkeyfiyyətli tinglərin  əldə edilməsini təmin edir. İnstitutda 
yeni texnologiya əsasında calaq üzüm tinglərinin yetişdirilməsinə 
dair kitabça şəklində tövsiyələr hazırlanmışdır. Artıq bu texnologiya 
fermer təsərrüfatlarında tətbiq edilir. 
Azərbaycanda üzümçülüyün intensivləşdirilməsinə nail olmaq 
üçün yeni üzümlüklərin salınması zamanı torpaqların düzgün seçil-
məsinə, üzüm sortlarının  ərazinin torpaq-iqlim  şəraitinə  uyğun 
olub-olmamasına, tənəklərin  su və qida maddələri ilə tam həcmdə 
təmin olunmasına diqqət yetirmək, üzümlüklərdə intensiv becərmə 
texnologiyalarını  tətbiq etmək lazımdır. Üzümlüklərdə sort qarışı-
ğına yol verilməməsinə, bitkinin böyümə gücünə  və  məhsuldarlı-
ğına görə dayaq sisteminin seçilməsinə, kolun gücündən səmərəli 
istifadə edilməsinə  də diqqət y2etirmək lazımdır. Azərbaycan ET 
Üzümçülük və Şərabçılıq İnstitutunda bu yönümdə çoxillik tədqiqat 
işləri aparılır. Tənəklərə verilən formanın, eləcə də yük normasının 

_____________Milli Kitabxana_____________ 
 
11
üzümün məhsuldarlığına və  məhsulun keyfiyyətinə  təsiri öyrənilə-
rək hər bir sort üçün optimal yük norması  və  ən münasib forma 
təyin edilir. Bununla yanaşı,  ən perspektiv süfrə  və texniki isti-
qamətli üzüm sortları üçün səmərəli becərmə üsulları işlənib hazır-
lanır, ekoloci cəhətdən təmiz məhsulun əldə edilməsini təmin edən 
gübrələmə sistemləri tədqiq edilir, sortun tələbatına uyğun gübrələ-
rin verilmə vaxtı və dozaları müəyyən edilir. 
Respublikanın suvarılan münbit torpaqlarında, günəş  şüası bol 
olan şəraitdə çox güclü böyüyən üzüm sortlarından salınmış üzüm-
lüklərdə uzun illər tətbiq edilən və ənənəvi hesab edilən  azməftilli 
şaquli şpalerin yararsız olması artıq  sübuta yetirilmişdir. Üçməftilli 
şaquli şpaler çox güclü boy atan kolların nəinki potensial imkanla-
rını açmır, hətta üzüm kolu üçün son dərəcə  əlverişsiz mühit ya-
radır. Belə  şəraitdə bitkinin enercisi güclü zoğ  əmələ  gətirməsinə 
yönəlir. Yaşıl zoğlar və yarpaqlar həddindən çox sıxlıq yaratdığı 
üçün  əvvəlcə çiçəklər, sonra isə yarpaqlar quruyub tökülür. Buna 
görə belə üzümlüklərdə uzunluğu 2,8–3,0 metr olan dirəklərdən və 
çoxmərtəbəli məftillərdən ibarət geniş  fəzalı  şpaler qurmaq daha 
məqsədəuyğundur. Çoxmərtəbəli şaquli şpalerdə sıxlıq yaratmadan 
çoxlu miqdarda bar barmaqları yerləşdirmək mümkündür. 
Respublikada üzümçülüyün yüksək səviyyədə  inkişafına nail 
olmaq üçün onun  ayrılmaz hissəsi olan şərabçılığın inkişaf etdiril-
məsinə də diqqət yetirmək lazımdır. 
Artıq bir neşə ildir ki, Azərbaycanın  şərabçılıq məhsulları 
bazarında bəzi neqativ hallar müşahidə edilir. Bunlardan başlıcası–
ölkəyə xaricdən keyfiyyətsiz alkoqollu içkilərin idxal edilməsidir. 
Daxili bazara yol tapmış  mənşəyi məlum olmayan etil spirtindən 
hazırlanan araq və digər surroqatlar yerli əhalinin sağlamlığı üçün 
ciddi təhlükə yaradır. Belə bir şəraitdə daxili şərab bazarının yerli  
istehsalçıların dəstəklənməsi yolu ilə  tənzimlənməsi, dövlətin bir 
nömrəli vəzifəsinə çevrilmişdir. Bununla əlaqədar olaraq ölkədə 
məqsədyönlü dövlət proqramları  işlənib hazırlanmalı, qiymət qoy-
ma, kredit vermə  və vergi ödəmə sistemləri təkmilləşdirilməli, 
lisenziya və  sertifikatlaşdırma qaydalarına yenidən baxılmalıdır. 
Bunlarla yanaşı, bir sıra digə2r tədbirlərin həyata keçirilməsini 
də məqsədəuyğun hesab edirik. Belə ki, vaxtilə Beynəlxalq sərgi və 

_____________Milli Kitabxana_____________ 
 
12
dequstasiyalarda dəfələrlə yüksək mükafatlara layiq görülmüş Azər-
baycanın məşhur  şərab və konyaklarının istehsalını  bərpa etməklə 
respublikaya keyfiyyətsiz alkoqollu içkilərin idxal olunmasını xeyli 
azaltmaq olar. 
Təbii üzüm şərablarının insan orqanizmi üçün faydası barədə 
təbliğat işlərinin aparılması, reklam2 kampaniyasının 
gücləndirilməsi də ölkədə  şərab istehsalının artmasına təkan verə 
bilər. Respublikada peşəkarlardan ibarət müstəqil dequstasiya 
komissiyasının yaradılması  və neytral laboratoriyanın təşkili, 
Azərbaycana idxal olunan, eləcə  də ölkədə istehsal olunan 
şərabçılıq məhsullarının obyektiv qiymətləndirilməsi üçün çox 
vacibdir. Azərbaycanın üzümçü və şərabçı mütəxəssisləri ilə başqa 
ölkələrin mütəxəssisləri arasında  əlaqələrin genişləndirilməsi, 
dünyada üzümçülük və  şərabçılıq sahəsində qazanılmış elmi 
nailiyyətlərin və qabaqcıl texnologiyaların öyrənilməsi 
Azərbaycanda üzümçülük-şərabçılığın dünya səviyyəsində inkişaf 
etdirilməsi üçün olduqca zəruridir. 
Bakıda və Azərbaycanın digər iri şəhərlərində  şərab muzeylə-
rinin yaradılması, üzümçülük və  şərabçılığın tarixinə dair müha-
zirələrin oxunması, dequstasiya və sərgilərin təşkili və digər təbliğat 
işlərinin aparılması da məqsədəuyğundur. 
Azərbaycanın üzümçülüyünü, xüsusilə  də  şərabçılığını dirçəlt-
mək üçün bir neçə siyasi xarakterli məsələlər də dövlət səviyyəsində 
həll edilməlidir. Məlumdur ki, sovet dövründə Rusiyanın Moskva, 
Sankt-Peterburq, Kemerovo, İrkutsk, Bratsk, Rostov, Kazan şəhər-
lərində yerləşən Azərbaycanın tabeliyində olan şərab zavodları 
Azərbaycandan göndərilən xammal hesabına fəaliyyət göstərirdi. 
Xammal çatışmazlığına görə həmin zavodlar bu gün, demək olar ki, 
fəaliyyətsizdir. Dövlətlərarası saziş bağlayaraq bu zavodların hü-
quqi statusunu müəyyənləşdirmək və onların fəaliyyətini bərpa et-
mək vacibdir. 
Ermənilər tərəfindən işğal olunmuş  ərazilərdə emal gücü 320 
min ton olan 30 üzüm emalı zavodu, 10 şərab süzmə xətti qanunsuz 
yolla mənimsənilib. Təkcə bu zavodların zəbt edilməsi Azərbaycana 
500 milyon ABŞ dolları dəyərində ziyan vurmuşdur. Həmin zavod-
ların yenidən bərpa olunaraq qanuni sahibinə qaytarılması üçün 

_____________Milli Kitabxana_____________ 
 
13
ciddi tədbir görülməlidir. 
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və  Şərabçılıq  İnstitutu 
Azərbaycanın  şərabçılıq sənayesini müasir elmi-texniki səviyyədə 
inkişaf etdirmək üçün müxtəlif istiqamətlərdə tədqiqat işləri aparır. 
Azərbaycanda istehsal edilən və xaricdən gətirilən alkoqollu 
içkilərin keyfiyyətinə nəzarət etmək üçün 2007-ci ildən Azərbaycan 
ET Üzümçülük və Şərabçılıq İnstitutunun nəzdində yüksək ixtisaslı 
mütəxəssislərdən ibarət Mərkəzi Dequstasiya Komissiyası fəaliyyət 
göstərir. MDK-nın  əsas vəzifəsi, dequstasiya üçün təqdim olunan 
şərabçılıq məhsullarının qiymətləndirilməsi və onların keyfiyyəti 
barədə yekun rəyin verilməsindən ibarətdir. 
İnstitutda  aparılan elmi-tədqiqat işlərini genişləndirmək  üçün 
İnstitutun laboratoriyaları qabaqcıl texnologiyaların tətbiq edilmə-
sinə imkan verən müasir texnoloji avadanlıqla təchiz olunmalıdır. 
İnstitutun nəzdində yeni emal sexinin və ya kiçik bir zavodun 
inşa edilməsi, aparılan təcrübələrin nəticələrini istehsalat şəraitində 
sınaqdan keçirilməsinə və müxtəlif çeşiddə yüksəkkeyfiyyətli şərab-
ların istehsal edilməsinə imkan yaradardı. Şərabların satışından əldə 
edilən maliyyə  vəsaitini isə, respublikada üzümçülüyün inkişafı 
üçün böyük əhəmiyyət kəsb edən tingçilik işinin inkişaf etdiril-
məsinə  sərf etmək olardı. 
 
 
 
 
 

_____________Milli Kitabxana_____________ 
 
14

Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə