Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 25 aprel 2013-cü il tarixli



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix25.12.2016
ölçüsü0,7 Mb.
  1   2   3

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 25 aprel 2013-cü il tarixli 

16 saylı qərarı ilə təsdiq edilmişdir 

İCTİMAİ SƏHİYYƏDƏ MONİTORİNQ VƏ 

QİYMƏTLƏNDİRMƏNİN ƏSASLARINA DAİR 

METODİK VƏSAİT 

Bakı - 2013 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



İCTİMAİ SƏHİYYƏDƏ MONİTORİNQ VƏ 

QİYMƏTLƏNDİRMƏNİN ƏSASLARINA DAİR            

METODİK VƏSAİT 

Bu metodik vəsait Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) BMT-nin Uşaq 

Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin dəstəyi 

ilə tərtib olunmuşdur.  

Tərtibatçılar:   C.Y.Məmmədov, t.f.d., T.N.Hüseynov, t.f.d., 

 

L.C.Qafarov, 



A.A.Əsgərova, S.B.Abdullayev 

Elmi məsləhətçi:  ə.e.x., professor F.B.Ağayev, t.e.d. 

Rəyçi:   

 

professor R.Ə.Çobanov, t.e.d.  



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



3

Mündəricat 

Giriş .................................................................................................... 4 

Hissə 1. Səhiyyədə monitorinq və qiymətləndirmə sisteminin 

təkmilləşdirilməsi ............................................................................... 4 

Monitorinqin məqsəd, vəzifə və nəticələrinin müəyyənləşdirilməsi ...  5 

Monitorinqin hədəfi və çərçivəsi .................................................... 6 

Monitorinq sisteminin layihələndirilməsi və qurulması ................. 8 

İndikatorlar .................................................................................... 15 

İndikatorların seçimi ..................................................................... 17 

İndikatorların təyini vəzifələri ...................................................... 20 

Hissə 2. Məlumatların toplanması .................................................... 21 

Məlumatlara olan tələblərin müəyyənləşdirilməsi ........................ 21 

Məlumat mənbələri və məlumatların toplanma alətləri ................ 22 

Məlumatların keyfiyyəti ................................................................ 25 

Monitorinq və qiymətləndirmənin hədəf qrupu ............................ 25 

Seçmənin aparılması ..................................................................... 26 

Monitorinqin dövriliyi ................................................................... 26 

Məlumatların toplanmasının kəmiyyət və keyfiyyət metodları .... 27 

Ədəbiyyat .......................................................................................... 27 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



4

Giriş 

Bu metodik vəsait səhiyyə təşkilatçılarına, o cümlədən səhiyyədə 

siyasəti müəyyənləşdirənlərə, statistika işini aparan tibb işçilərinə, 

səhiyyənin təşkili tədrisi ilə  məşğul olanlara, elmi işçilərə, ali tibb 

təhsili müəssisələrinin tələbələri və  həkimlərin təkmilləşdirilməsi 

müəssisələrinin müdavimlərinə, praktik tibb fəaliyyəti ilə  məşğul 

olan həkimlərə, geniş oxucu auditoriyasına ünvanlanır. 

İctimai səhiyyədə monitorinq səhiyyəyə sərf olunan vəsait, onun 

strukturu,  əhalinin sağlamlıq göstəriciləri, səhiyyənin müxtəlif 

sahələrində göstərilən xidmətlərin  əlçatanlılığı, keyfiyyəti və 

effektivliyini nəzərdən keçirən, ayrı-ayrı dövlət proqramlarının 

həyata keçirilməsinə  nəzarət edən tədbirlər toplusunu özündə 

cəmləşdirir. Monitorinq həm də əhalinin sağlamlığında olan meylləri 

aşkar edib onları  nəzərə alaraq ictimai səhiyyənin strategiyasında 

dəyişikliklərin edilməsi və ya yeni strategiyanın işlənməsində kömək 

edir. Monitorinq ölkə, region, şəhər və rayonlar, ayrı-ayrı 

müəssisələr səviyyəsində və s. aparıla bilər.  

Monitorinq nəticələrinin geniş yayılması  və müzakirəsi səhiyyə 

sisteminin  şəffaflıq və cavabdehliyinə, ona olan inamın, müxtəlif 

sektorların səhiyyə ilə əməkdaşlığının artmasına xidmət göstərir.  



Hissə 1. Səhiyyədə monitorinq və qiymətləndirmə sisteminin 

təkmilləşdirilməsi 

Monitorinq, qiymətləndirmə  və icmal hər bir milli səhiyyə 

strategiyasının zəruri şərtidir.  

Monitorinq nələr, kimlərlə və harada baş verməsi haqda müxtəlif 

mənbələrdən toplanmış  məlumatın onun nəzərdən keçirilməsi üçün 

bir araya gətirilməsidir.  

Qiymətləndirmə monitorinq vasitəsi ilə  əldə edilmiş  məlumatın 

onun kontekst dəyişikliyinin nəzərə alınması, suallara cavabların 

tapılması, məlumatların dəqiqləşdirilməsi ilə aparılan daha dərin 

analizidir. 

Monitorinqin icmalı hökumətə  və onun tərəfdaşlarına səhiyyə 

siyasətinin nəzərdən keçirilməsi üçün müəyyən indikatorların 

toplanması vasitəsi ilə vaxtında və  dəqiq fəaliyyət və irəliləyiş 

haqqında informasiyanın çatdırılmasını  təmin edir və  əldə edilmiş 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



5

sübutlara  əsaslanıb prioritetlərin və resursların yerləşdirilməsinin 

müəyyənləşdirməsinə əsası təşkil edir.  

İctimai səhiyyədə monitorinq və qiymətləndirmənin aparılması 

üçün bir neçə sahə müəyyənləşdirilə bilər. Bu ilk növbədə əhalinin 

sağlamlığını  və onda olan meyilləri  əks etdirən göstəricilərdir. 

Bunlara  əhalinin xəstələnmə, doğum və ölüm sayını  əks etdirən 

göstəricilər aiddir. Digər monitorinq sahəsi səhiyyə müəssisələrinin 

fəaliyyətidir. Başqa bir monitorinq sahəsi 

sano-ekoloji 

monitorinqdir. Monitorinqin bu növü əhalinin bəzi qruplarının 

sağlamlığı ilə  ətraf mühit arasında olan qarşılıqlı  əlaqələrin 

öyrənilməsinə yönəldilir. 

Monitorinq müntəzəm aparılmalıdır (sutkalıq, həftəlik, aylıq, 

rüblük, illik və ya bir neçə ildən bir).  

Səhiyyə göstəriciləri və xidmətlərinin monitorinqinin nəticələri 

səhiyyə sahəsində  qərarların qəbul edilməsi üçün vacibdir və  hər 

hansı problem yarandığı halda strateji qərarların təkmilləşdirilməsi, 

mövcud siyasətə düzəlişlərin edilməsinə imkan verir. Müsbət nəticə 

göstərən fəaliyyətlər yeni səhiyyə proqramlarında istifadə edilə bilər. 

Digər bir o qədər də  uğurlu olmayan fəaliyyətlərə isə  gələcəkdə 

yenidən baxıla bilər.  

İlk qiymətləndirməni monitorinq prosesinin ilkin mərhələsində 

aparmaq lazımdır. Bu qiymətləndirmə  məhdud büdcə  şəraitində 

arzuolunan nəticələrin  əldə edilməsi məqsədilə insan və maddi 

resursların daha səmərəli istifadəsinə şərait yaradır.  

Səhiyyədə qiymətləndirməyə  həyata keçirilən proqramın və ya 

rutin işinin kəmiyyət və keyfiyyət nəticələrini müəyyənləşdirən 

tədbirlər toplusu kimi baxmaq olar. Qiymətləndirmə son və aralıq 

nəticələr, həyata keçirilən fəaliyyətlər arasında qarşılıqlı  əlaqələrin 

müəyyənləşdirilməsini nəzərdə tutur.  



Monitorinqin məqsəd, vəzifə və nəticələrinin 

müəyyənləşdirilməsi 

Səhiyyə göstəriciləri və xidmətlərinin effektivliyinin 

qiymətləndirilməsi sistemini tətbiq etməzdən  əvvəl monitorinqin 

məqsəd və vəzifələrini müəyyənləşdirmək lazımdır.  

Monitorinqin məqsədi müəyyən proqramların həyata keçirilməsi 

ilə bağlı  nəticələrin və ya səhiyyə göstəricilərinin izlənməsi və 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



6

arzuolunan nəticələrin və ya göstəricilərin  əldə edilməsi üçün 

yolların müəyyənləşdirilməsidir. Məqsəd bilavasitə  vətəndaşların 

sağlamlığının qorunması 

və möhkəmləndirilməsi, səhiyyə 

xidmətlərinin keyfiyyətinin və  əlçatanlığının artırılması, sanitariya-

epidemioloji salamatlığın təmin edilməsi ola bilər. 

Məqsədlərə nail olmaq üçün bir sıra vəzifələri həyata keçirmək 

lazımdır. Məsələn,  əhalinin sağlamlığının yaxşılaşdırılması üçün 

xəstələnmə, xəstəxanalarda ölüm, ana və  uşaq ölümünün 

azaldılmasına nail olmaq lazımdır.  

İdeal halda istənilən proqramın məqsəd və  vəzifələri və  həmin 

vəzifələrin həyata keçirilməsini əks etdirən göstəricilər (indikatorlar) 

toplusu olmalıdır. Nəticə indikatorları, eləcə  də onların ölçmə  və 

qiymətləndirmə üsulları proqram fəaliyyətə başlamazdan  əvvəl 

müəyyənləşdirilməlidir. 



Monitorinqin hədəfi və çərçivəsi 

Səhiyyədə monitorinqin hədəf və çərçivəsini üç əsas komponent 

müəyyənləşdirir: 

monitorinq edilən proqramın və ya xidmətin  əsas hissələri,



məqsəd və vəzifələrini özündə birləşdirən məntiqi sxem;

ölçülə bilən indikatorlar;



məlumatların toplanması və təhlilinin metodologiyası.

Keyfiyyətli monitorinq sisteminin bir sıra ümumi xüsusiyyətləri 

vardır.  



Sadə.  Sistem bütün zəruri məlumatları birbaşa və sadə üsulla 

hazırlamalıdır. Qeydlər və  məlumatların toplanması formaları 

anlamaq və doldurmaq üçün sadə olmalıdır. Təkrarlanan məlumatı 

daxil etmək üçün əlavə vaxt itirilməməlidir. Xüsusilə  də, bu, 

resursların məhdud və  işçilərin müxtəlif vəzifələri olduğu hallarda 

çox vacibdir.  



Çevik.  Sistem rahat dəyişilməlidir, xüsusilə  də, qiymətləndirmə 

dəyişikliklərin edilməsinin vacib və ya arzuolunan olmasını 

göstərirsə. Məsələn, qeydə alınan digər səhiyyə xidmətləri haqqında 

məlumatları əlavə etməyə və ya müəyyən qrup xəstəliklər haqqında 

məlumatları  əldə etmək üçün hədəf seçimini dəyişməyə ehtiyac ola 

bilər və s.  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



7

İştirakçılar tərəfindən qəbul olunan. Sistem insanların onda 

iştirak etmək istəyi olduğu halda işlək olur. İşçi heyətin blankların 

hazırlanması, qiymətləndirilməsi, məlumatların toplanması üçün 

formaların modifikasiya edilməsi prosesinə  cəlb olunması onlarda 

blankların doldurulmasının rahat və məqsədinin aydın olması barədə 

əminlik yaradacaq. Son istifadəçilərin lazım olan nəticələri əldə edə 

bilmələrinə  və onları  təkmilləşdirmək məqsədilə  şərh və  təkliflərin 

qəbul olunmasına əmin olmaları vacibdir.  



Etibarlı. Monitorinq nəticəsində  əldə olunan məlumatların 

dəqiqliyinə istifadəçilər əmin olmalıdırlar.  

Əgər resurslar imkan verirsə, monitorinqin aparılmasında 

seçmədən qaçmaq lazımdır. Seçmənin aparılması lazım olduqda onu 

müəyyən qaydalar əsasında etmək lazımdır.  Əhalinin bütün 

təbəqələrindən ibarət reprezentativ

1

 seçmə müəyyən səviyyədə oxşar 



olan xəstəxana və poliklinikaların seçilməsi yolu ilə əldə oluna bilər.  

Etibarlı  məlumatlar  əsasında  əldə edilən indikatorlar yüksək 

həssaslığa və  gələcək nəticələrdən xəbər verə bilmək xüsusiyyətinə 

malik ola bilər. Bu nəticələr tam əhatə olunmaya bilər, əsas odur ki, 

bütün vəziyyətlərdə  tədqiq olunan hadisələrin bütün formalarını 

bərabər səviyyədə əhatə etsin. Buna reprezentativ seçmə metodu ilə 

nail olmaq olar.  

Əlverişli. Sistem əlverişli və əlçatan olmalıdır. İşçi heyətə əlavə 

yük və təşkilatın büdcəsinə zərər vurmaq lazım deyil.  



Dayanıqlı.  Sistem qurulduğu andan öz məqsədlərinə xidmət 

etmək üçün az güc sərf olunmaqla işləməli, rahat yenilənməlidir.  



Məlumatı vaxtında hazırlayan.  Sistem  ən müasir məlumatı 

hazırlamalıdır. 



Təhlükəsizlik və  məxfiliyə  əməl edən.  Bu monitorinq sisteminin 

iki vacib xüsusiyyətidir. Fərdi məlumatlar tam şəkildə gizli 

saxlanmalıdır. Hesabatlarda şəxsi məlumatlar olmamalıdır. Bundan 

əlavə, sistem şübhəli və qorxu xarakterli şəxsi məlumatları 

yaymamalıdır. 

1

 



Öyrənilən populyasiyanı düzgün təmsil edən

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



8

Monitorinq sisteminin layihələndirilməsi və qurulması

 

Monitorinq sisteminin layihələndirilməsi və qurulması  üçün       

11 əsas addım zəruridir.  

Addım 1. Monitorinq sisteminin iştirakçılarının 

müəyyənləşdirilməsi 

Monitorinq sisteminin iştirakçıları məlumatların yığılması, emalı 

və  təhlilini həyata keçirməyə qadir olan və ya tibb xidmətlərinin 

monitorinqində maraqlı olan təşkilatlar və fərdlər ola bilərlər. Bütün 

potensial iştirakçıları 

müəyyənləşdirmək üçün səhiyyə 

göstəricilərində  və ya tibb xidmətlərinin səmərəliliyində kimlərin 

maraqlı olduqlarını  nəzərdən keçirmək lazımdır. Bu, iştirakçıların 

siyahısını müəyyənləşdirməyə kömək edəcək. Həmin siyahıya 

səhiyyə sisteminin həkim və orta tibb işçiləri, rəhbər və idarəetmə 

işçiləri, eləcə  də  səhiyyə problemlərinin həll olunmasında maraqlı 

olan ictimai və qeyri-hökumət təşkilatları aiddir. 

Səhiyyə sektoruna daxil olmayan, monitorinqin göstəricilərində 

və  səhiyyə xidmətlərinin səmərəliliyində maraqlı olan digər 

təşkilatlar da iştirakçı ola bilərlər. Bunlar sığorta  şirkətləri, təhsil, 

hüquq və sosial xidmətlərlə  məşğul olan qurumlar ola bilərlər. 

Onların bəziləri, məsələn, sığorta 

şirkətləri sistemin 

maliyyələşdirilməsində iştirak edə bilərlər. 

Eləcə  də  səhiyyə sistemi ilə bilavasitə  əlaqəli olmayan, amma 

ictimaiyyətin, siyasi qurumların və digər nüfuzlu qrupların geniş 

dəstəyinin alınmasına yardım edə bilən yerli və ictimai liderləri 

nəzərə almaq lazımdır.  

Addım 2. Monitorinq sisteminin məqsədlərinin 

müəyyənləşdirilməsi 

Monitorinq sisteminin məqsədlərini müəyyənləşdirərkən onun 

nəyə yardım edəcəyini nəzərdə saxlamaq lazımdır. Bu aşağıda 

göstərilənlər ola bilər: 

səhiyyə xidmətləri sisteminin yaxşılaşdırılması;



səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması;

müdaxiləyə ehtiyacı olan sahələrin müəyyənləşdirilməsi;



xəstəliklərin profilaktikasını  təmin etməklə  səhiyyə

xərclərinin azaldılmasını mümkün edən sahələrin

müəyyənləşdirilməsi;

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



9

idarəetmə  qərarlarının qəbul edilməsində vacib olan



məlumatlarla təmin edilməsi (məsələn,  ən yaxşı  nəticələrin

alınması üçün məhdud resurslar necə paylanmalıdır);

səhiyyə proqramlarına nəzarət və effektivliyin



müəyyənləşdirilməsi.

Monitorinq sistemi səhiyyənin bütün sahələri, eləcə  də  bəzi 

müəyyənləşdirilmiş sahələrini əhatə edə bilər. 

Addım 3. İndikatorların müəyyənləşdirilməsi 

Monitorinqin məqsəd və vəzifələrini müəyyənləşdirdikdən sonra 

vəzifələrin həyata keçirilməsini, məqsədlərə yaxınlığını ölçməyə 

qadir olan indikatorları müəyyənləşdirmək lazımdır.  İndikatorlar 

monitorinqin məntiqi sxeminin ayrı-ayrı tərkib hissələrinin ölçülməsi 

üçün istifadə olunur. 

İndikatorlar geniş  mənada aşağıda göstərilən elementlərin 

ölçülməsi üçün istifadə oluna bilər: 

zaman ərzində dəyişikliklər (məsələn, səhiyyə xidmətlərindən



istifadənin dinamikası);

ümumi məcmunun altqruplar arasında olan fərqi (məsələn,



böyüklərin xəstələnməsi ilə müqayisədə 

uşaqların

xəstələnməsi);

əhalinin və tibb müəssisələrinin müxtəlif qruplarının



səciyyəvi xüsusiyyətlərinin təsviri (məsələn, müəyyən

avadanlığın mövcud olması, ya da hədəf auditoriyada

müəyyən xidmətlərin istifadəçilərinin faizi);

müxtəlif müəssisələr arasında olan fərqlər (məsələn, müəyyən



səhiyyə xidmətlərinin göstərilməsində);

qarşıya qoyulan məqsədlərə çatma dərəcəsi (məsələn,



müəyyən xidmət göstərilən pasiyentlərin planlaşdırılmış sayla

müqayisəsi).



Addım 4. Məlumatların mənbələrinin müəyyənləşdirilməsi 

Məlumat mənbələrini müəyyənləşdirərkən məlumatların haradan 

əldə edilməsi, nə  dərəcədə keyfiyyətli və etibarlı olması, qeyd 

olunması  və  işlənməsinin  əlyazma, yoxsa elektron üsul ilə olması,  

asanlıqla modifikasiya edilməsinin mümkünlüyünü nəzərdə 

saxlamaq lazımdır. 

Əksər hallarda həqiqət ondan ibarətdir ki: 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

 

10



 

ayrı-ayrı müəssisələr öz kateqoriya, təyinat və metodlarından 



istifadə edib məlumatları toplayırlar; 

 



toplanan məlumatlar etibarlı deyil; bir çox müəssisələrdə 

mövcud olan məlumatların toplanma metodları monitorinq 

sistemində  nəzərdə tutulan bütün hadisələri  əhatə etmir və 

beləliklə  məlumatların keyfiyyəti  şübhə altında olur (hətta 

məlumatların toplanması ardıcıllıqla aparılsa da, əksəriyyəti 

əlyazma formasında olur və bu da onların sonrakı emalı  və 

təhlilini çətinləşdirir;  əlavə olaraq, bu cür məlumatların 

əlçatanlığı çox hallarda müxtəlif məhdudiyyətlər, 

məlumatların monitorinq və planlaşdırma üçün dəyərinin 

dərk olunmaması səbəbindən aşağı olur); 

 

əldə olunan məlumatlar reprezentativ deyil, yəni bütün 



öyrənilən  əhali qrupu üçün və ya səhiyyə müəssisələrində 

olan vəziyyəti əks etdirmir.  

Monitorinq məqsədilə  məlumatların potensial mənbəyini 

qiymətləndirib seçməyin vəzifələri aşağıdakılardan ibarətdir: 

 

daha çox məlumatları  əldə etmək imkanı olan mənbələri 



müəyyənləşdirmək; 

 



bu məlumatları toplayan təşkilatlarla əlaqə yaratmaq; 

 



məlumatların toplanması, emalı,  şərhi və  təqdim edilməsi 

mexanizmlərini işləmək. 



Addım 5. Əlçatan resursların qiymətləndirilməsi 

Mövcud olan və yaxud lazım olan resursları  nəzərdən keçirmək 

lazımdır. Bu resurslara aşağıdakılar daxil edilə bilər: 

 



blankları doldurmaq və ya lazım olan məlumatı oradan əldə 

etmək, emal etmək və hesabatları hazırlamağa qadir olan işçi 

heyət; 



 



Lazım olan avadanlıq və materiallar (məsələn, kompüterlər və 

informasiya daşıyıcıları, kompüterlərin işləməsi üçün etibarlı 

elektrik enerjisi mənbəyi, dəftərxana ləvazimatları, blanklar). 

Resursları qiymətləndirərkən aşağıdakı sualları cavablandırmaq 

lazımdır: 

 



İşçi heyət monitorinqin yeni vəzifələrinin öhdəsindən gələ 

bilərmi?  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



11

Əlavə işçi heyətin cəlb olunmasına və ya mövcud işçi heyətin



əlavə  təlimləndirilməsinə (təkmilləşdirilməsinə) ehtiyac

varmı?


Əlavə avadanlıq və materiallara ehtiyac varmı?

Əlavə  işçi heyətin cəlb olunmasına və  təlimləndirilməsinə,



avadanlıq və materiallarla təchiz olunmasına ehtiyac olarsa,

bunları nə cür təmin etmək olar?

Bunları  təmin etmək mümkün deyilsə, mövcud olan



resurslardan necə bəhrələnmək olar?

Monitorinq insanlardan müsahibələrin alınmasını  nəzərdə 

tutduğu hallarda onun şəraitini nəzərdən keçirtmək lazımdır. 

Müvafiq  şəraitin olması  və insanlarla xoş  rəftar edilməsi onları 

informasiyanın verilməsinə həvəsləndirir. 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə