Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 21 iyun 2013-cü il tarixli



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix25.01.2017
ölçüsü3,3 Mb.
  1   2   3

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 21 iyun 2013-cü il tarixli 

22 saylı qərarı ilə təsdiq edilmişdir  

 

 

 

 

 

 

 

 

 

 

 

BEL NAHİYƏSİNDƏ KƏSKİN AĞRILARIN  

DİFERENSİAL DİAQNOSTİKASI VƏ 

MÜALİCƏSİ ÜZRƏ 

KLİNİK PROTOKOL

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2013 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



B 42 


 

 

 



 

 

 



 

 

 



 

 

B 42   Bel nahiyəsində kəskin ağrıların diferensial diaqnostikası 



  

 

və müalicəsi üzrə klinik protokol, 2013. – 31 səh. 



 

 2

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 3

Redaktor:  

C.Məmmədov  

Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar 

 

Mərkəzinin direktoru, t.f.d. 



Tərtibçilər: 

M.Salihov Azərbaycan Tibb Universitetinin Ailə  təbabəti 

 kafedrasının müdiri, t.f.d.  

Q.Seyidov Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklər 

 

və reanimotologiya kafedrasının assistenti, t.f.d. 



V.Yaqubov 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

 

Təkmilləşdirmə 



İnstitutunun Nevrologiya 

 kafedrasının assistenti, t.f.d. 

N.Əhmədov Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə 

 kafedrasının assistenti 

S.Qaziyeva Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar 

 

Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin 



 

həkim-metodisti 



Rəyçi: 

R.Şirəliyeva 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

 

Təkmilləşdirmə 



İnstitutunun Nevrologiya 

 kafedrasının müdiri, professor, t.e.d. 



 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 

Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların etibarlılıq 

dərəcəsi 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, sistematik 

icmalı və ya nəticələri uyğun populyasiyaya şamil 

edilə bilən, sistematik səhv ehtimalı çox aşağı olan 

(++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və ya 

klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə 

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud  

Nəzarət edilməyən tədqiqat, yaxud  

Ekspertlərin rəyi.  

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 6

İxtisarların siyahısı 

BA Bel 

nahiyəsində kəskin ağrı 



DİSH  

Diffuz idiopatik skelet hiperostozu  



EÇS  

Eritrositlərin çökmə sürəti 



EMQ  Elektromioqrafiya 

XİDP  

Xronik iltihabi demielizəedici polineyropatiya  



İİÇV  

İnsanın immunçatışmazlığı virusu  



İSH 

İdiopatik skelet hiperostozu 



KİDP  

Kəskin iltihabi demielizəedici polineyropatiya  



КТ Kompüter 

tomoqrafiyası 



QSİƏD   Qeyri-steroid iltihab əleyhinə dərman vasitəsi 

QÜA Qanın ümumi analizi 

MRT Maqnit-rezonans 

tomoqrafiyası 



MRŞ Maqnit-rezonans 

şəkli 


SDES  

Sinirin  riüstü elektrik stimulyasiyası  

 (TENS 


– transcutaneous electrical nerve stimulation) 

SOG-2  Siklooksigenaza-2 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 7

Protokol  ilkin səhiyyə xidmətləri səviyyəsində çalışan sahə 

həkimləri, ailə  həkimləri, təcili və  təxirəsalınmaz tibbi yardım 

həkimləri üçün nəzərdə tutulmuşdur. 

Pasiyent qrupu:  bel ağrılarının müddəti  6 həftədən  az  olan         

18 yaşdan yuxarı şəxslər. 



Protokol bel ağrılarının mümkün səbəblərinin araşdırılması  və 

diferensial diaqnostikasının təkmilləşdirilməsi üzrə sübutlu təbabətə 

əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini daşıyır. 

Bel ağrıları (BA) – qabırğa qövsünün (XII cüt qabırğalar) aşağı 

kənarı ilə yuxarıdan, aşağı sağrı büküşü ilə isə aşağıdan məhdudlaşan 

nahiyədə ağrıların olması kimi müəyyən olunur. 

Buraya, eyni zamanda, ümumi bel nahiyəsində  ağrıların        

olub-olmamasından asılı olmayaraq aşağı bel nahiyəsində olan 

pozuntularla (işialgiya/irradiasiya edən bel ağrısı) bağlı  aşağı  ətraf 

ağrıları da daxildir. İşialgiya aşağı  ətraflara irradiasiya edən ağrıdır 

və beldə olan ağrı ilə bağlı olmaya bilər. İşialgiya aksial ağrısından 

dəqiqliklə diferensiasiya edilməlidir.  

Epidemiologiya 

Bel ağrılarına klinik praktikada tez-tez təsadüf olunur. Əhalinin 

80%-i həyatında ən azı bir dəfə bel nahiyəsində məhdudlaşdırıcı ağrı 

epizodu ilə qarşılaşır  (С).  İnsanların təxminən 40%-i yardım üçün 

ilkin səhiyyə xidmətləri səviyyəsinə, 40%-i manual terapevtlərə, “ara 

həkimlərinə” və yalnız 20%-i mütəxəssislərə müraciət edir. 

6 həftə  ərzində epizodların 90%-i müalicədən asılı olmayaraq 

özbaşına keçir (С). Eyni zamanda, bir qism xəstələrdə xronik ağrılar 

və əmək qabiliyyətinin itməsi baş verir. Məhdudiyyətləri 1 ildən çox 

olan bütün xəstələr 90% halda intensiv müalicə olmadan işləməyə 

qadir olmurlar (С)

İlkin səhiyyə müəssisələrinə  kəskin BA nəticəsində müraciətin 

tezliyi ikinci, ortopedlərə isə birinci yerdədir. BA simptomlarının 

təkrar olması kifayət qədər tez-tez baş verir və il ərzində insanların 

təxminən 60-80%-də müşahidə olunur. 

 

 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 8

Davam etmə xüsusiyyətlərinə görə bel ağrılarının bölünməsi: 

 

Kəskin BA: davam etmə müddəti 6 həftədən az olan bel ağrıları 



 

Yarımkəskin BA: 6 həftədən çox, lakin 3 aydan az davam edən 

bel ağrıları 

 



Xronik BA: 3 aydan çox müddətə  xəstənin normal həyatını 

məhdudlaşdıran bel ağrıları 

 

Qayıdan (residiv verən) BA: əvvəllər oxşar lokalizasiyalı eyni 



bel ağrıları olan xəstələrdə simptomsuz dövrlərlə müşayiət 

olunan kəskin BA. 



XBT-10 ÜZRƏ TƏSNİFAT 

М54.5   Belin aşağı hissəsində ağrı 

 Bel 

ağrısı 

 Belin 


aşağı hissəsində gərginlik 

 Lümbaqo 



DİAQNOSTİKA 

(həmçinin Əlavə: Diaqnostika alqoritmi-nə bax) 



Anamnez. Anamnezin toplanması 

aşağıdakı sualları 

cavablandırmalıdır: 

 



Ciddi xəstəliyin və ya travmanın olması ehtimalı nə dərəcədə 

yüksəkdir? 

 

Prosesin xronik formaya çevrilməsi ehtimalı nə dərəcədə 



yüksəkdir? 

 



Xəstənin spesifik müalicəyə ehtiyacı varmı? 

 



Hər hansı konkret müalicə üsulu üçün əks-göstərişlər varmı? 

 



İş və ya məşğuliyyət kimi dəyişilməsini tələb edən sosial 

amillər varmı? 

Ciddi xəstəliklərin və ya zədələnmələrin  əksəriyyəti anamnezin 

toplanması zamanı müvafiq suallar vasitəsi ilə müəyyən edilə bilər, 

bu sualların məqsədi xüsusi diqqət tələb edən problemlərin-təhlükə 

əlamətlərinin aşkarlanmasıdır. 

Cədvəl 1-də belə problemlərin siyahısı  və onların müvafiq 

qiymətləndirmə meyarları verilmişdir. Təhlükə  əlamətlərinin  əlavə 

diaqnostik testlər tələb etməsini müəyyən etmək üçün klinik 

qiymətləndirmə tələb olunur.  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 9

Cədvəl 1. Ciddi xəstəliklərin təhlükə əlamətləri  

(ciddi səbəbləri) 

 

“At quyruğu” 

sindromu 

Sınıq Xərçəng 

İnfeksiya 

Proqressivləşən nevroloji 

defisit 

х 

 



 

 

“At quyruğu” sindromu (sidik 



kisəsinin süst iflici;

 

defekasiya 



aktının pozulması; anogenital 

nahiyədə anesteziya; 

impotensiya; anal refleksin 

olmaması) 

х 

 

 



 

Travmatik zədələr/ kombinə 

olan travmalar  

 

х 



 

 

Anamnezdə steroidlərin 



qəbulu  

 

х 



 

х 

Qadın, yaşı > 50 



 

х 

х 



 

Kişi, yaşı > 50 



 

 

х 



 

Diffuz osteoporozlu və ya 

kompression sınıqları olan kişi 

 

 

х 



 

Anamnezdə xərçəng 



 

 

х 



 

Şəkərli diabet 



 

 

 



х 

Gizli/simptomsuz inkişaf 



 

 

х 



х 

Dincələrkən və ya uzanıqlı 

vəziyyətdə yaxşılaşmanın 

olmaması 



 

 

х 



х 

Ümumi/qeyri-spesifik 

simptomlar (yüksək hərarət, 

çəkinin azalması) 



 

 

х 



х 

Sidik yollarının infeksiyası/ 

başqa infeksiyalar 

 

 

 



х 

Narkotiklərin venadaxili 

istifadəsi 

 

 

 



х 

İİÇV 


 

 

 

х 

İmmun supressiya (artmış 



reaksiya) 

 

 

 

х 

Əvvəllər cərrahi müdaxilənin 



olması 

 

 

 

х 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

10

Anamnezin toplanması  həmçinin  əmək qabiliyyətinin xronik 



itirilməsi riskinin qiymətləndirilməsi məqsədini daşıyır.  İlkin 

müayinə zamanı  təcrübəli mütəxəssis cədvəl 2-də göstərildiyi kimi 

adekvat sosial anamnez əsasında yüksək dəqiqliklə  ağrıların xronik 

hala keçməsinin risk amillərini müəyyən edə bilər. Bu populyasiyada 

xəstələrin  əmək qabiliyyətinin xronik itirilməsinin profilaktikası 

məqsədi ilə kifayət qədər fəal müdaxilələr tələb olunur. 



Cədvəl 2. Ağrıların xronik hala keçməsinin risk amilləri 

Klinik amillər 

 



Bel nahiyəsində əvvəlki ağrı epizodlarının olması  

 



Əvvəlki çox saylı sümük-əzələ şikayətləri 

 



Psixiatrik anamnez 

 



Alkoqol, narkotik qəbulu, tütünçəkmə  

Ağrılara aid anamnez  

 



Ağrının güclü kimi müəyyən edilməsi 

 



Ağrının qeyri-adekvat hiss edilməsi 

Premorbid amillər 

 



Fiziki gərginliklə bağlı iş 

 



İşdən qovulma qarşısında qorxu 

 



Rəhbərlik və ya iş yoldaşları ilə konflikt 

 



Pensiya yaşının yaxınlığı 

 



Ailə anamnezində depressiya 

 



Problemli ailə üzvünə qayğı məsuliyyətinin olması  

 



Ailəli deyil və ya bir neçə dəfə ailə qurub 

 



Sosial-maddi statusun aşağı olması 

 



Ağır uşaqlıq dövrü (qəddar münasibət, valideynlərin ölümü

sərxoş həyat tərzi, münaqişəli boşanma) 

Beldə ağrıları olan xəstələrin əksəriyyətinə dərhal topik diaqnoz 

qoymaq mümkün olmur. Hal-hazırda heç bir diaqnostik müayinə 

ağrının real səbəblərindən olan əzələ/bağ dartılmasını  və ya diskin 

fibroz həlqəsinin kiçik cırılmalarını təyin etməyə qadir deyil.  

Digər mümkün olan diaqnozlara daxildir: faset oynaqların artriti 

(oynaqların degenerativ “xəstəliyi”), oma-çanaq oynağının 

asimmetriyası  və ya diskin “qabarması”. Bunlar əhalinin 

əksəriyyətində müşahidə edilən ağrılara və ya müayinə zamanı 

ağrının bərpası, inyeksiya zamanı yüngülləşməsi ilə uyğunlaşmır. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

11

Digər xəstələr diskin yırtığı, spondilolistez, spinal stenoz kimi 



çox rast gəlinən diaqnozlarla uyğunlaşır. Hətta bu hallarda belə, 

diaqnoz qoymaq asan olmur. Məsələn, asimptomatik könüllülərin 

üçdə birində MRT-də disk dəyişiklikləri aşkar olunur. Stenozlu 

pasiyentlərdə spinal kanalın diametri ilə simptomlar arasında kifayət 

qədər uyğunsuzluq olur. Rentgenoloji müayinə ilə təyin edilmiş aşağı 

dərəcəli spondilolistez hallarının əksəriyyəti asimptomatik olur. Belə 

hallarda diaqnostik testlər klinik vəziyyətə  və klinik müayinələrin 

nəticələrinə uyğun şərh edilməlidir. 

Nəhayət, xəstələrin bir qismində kifayət qədər təhlükəli             

BA halları olur. At quyruğu sindromu – nəcis və sidiyi saxlaya 

bilməsi kimi sinir funksiyalarının proqressiv itməsi – təxirəsalınmaz 

cərrahi patologiyalardır. Ağır zərbə  nəticəsində  və ya osteoporozlu 

xəstələrdə  sınıqlar ola bilər. Nadir ciddi problemlər, məsələn 

törəmələr (birincili törəmələrdən daha tez-tez rast gəlinən metastatik 

törəmələr), epidural abses və ya disk sahəsinin infeksiyası kimi hallar 

zamanı yüksək diqqət tələb olunur.  

Sistem xəstəlikləri, o cümlədən poliartrit, böyrək daşı  və ya 

infeksiyası, aortanın anevrizması, sinir/əzələ xəstəlikləri və eləcə də 

müxtəlif metabolik patologiyalar bel ağrısı formasında üzə çıxa bilər. 

Psixiatrik xəstəliklər (məsələn, isteriya, simulyasiya) və ya somatik 

pozuntular nadir hallarda ilkin diaqnoz kimi təyin olunur. 

Diferensial diaqnoz cədvəl 3-də verilmişdir. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

12

Cədvəl 3. Bel ağrılarının diferensial diaqnozu 



Somatik səbəblər 

Fəqərə sütunu ox 

(aksial) mənşəli 

bel ağrısı 

Belə irradiasiya edən 

ağrılar 

Aortanın anevrizması 

Aortanın aterosklerozu 

Böyrək infeksiyası 

Böyrəkdə daş 

Peritonit 

Şişlər 

Yarımkəskin bakterial 



endokardit 

Metabolik pozuntular: 

 

Porfiriya 



 

Oraq hüceyrəli anemiya 



 

Renal osteodistrofiya 



Seronegativ spondiloartrit: 

 



Ankilozlaşdıran artrit 

 



Reyter sindromu 

 



Xoralı kolit zamanı 

artrit  


 

Psoriatik artrit 



Digər artritlər: 

 



Diffuz idiopatik skelet 

hiperostozisi (DİSH)  

 

Şerman epifiziti 



 

Revmatoid artrit-nadir 



halda 

Birləşdirici toxuma 

pozuntuları:  

 



Marfan sindromu 

 



Exler-Danlos sindromu 

Miopatiya 

İltihabi radikulopatiya  

KİDP/XİDP 



Təhlükəli yerli 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə