Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə1/2
tarix25.01.2017
ölçüsü1,73 Mb.
  1   2

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 20 noyabr 2009-cu il tarixli 

29 saylı qərarı ilə təsdiq edilmişdir

 

 



 

 

 

 

 

 

 

 

 

ŞİZOFRENİYANIN  

DİAQNOSTİKA VƏ  

MÜALİCƏSİ ÜZRƏ  

KLİNİK PROTOKOL 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2009 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır


 

2

 

56.14 

Ş 58 


 

 

 



 

 

 



 

 

 



 

 

Ş 58     Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik 



protokol – 40 səh. 

Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 

Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə  Tədbirlər 

proqramı əsasında tərtib və çap edilmişdir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır


 

3

 



Klinik protokolun redaktoru: 

C. Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

İslahatlar Mərkəzinin direktoru  

 

Klinik protokolun tərtibçilər heyəti 

G. Gəraybəyli – Səhiyyə Nazirliyinin baş psixiatrı, ATU-nun 

psixiatriya kafedrasının müdiri, t.e.d. 

Z. Əliyev – ATU-nun psixiatriya kafedrasının assistenti, t.e.d. 

F. İsmayılov – ATU-nun psixiatriya kafedrasının assistenti, t.e.n. 

S. Katibli – ATU-nun psixiatriya kafedrasının dosenti, t.e.n. 

A. Bağırova – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar 

Mərkəzi tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti 



 

Rəyçi: 

T. Qafarov – Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə İnstitutunun prorektoru, psixiatriya və 

narkologiya kafedrasının müdiri, t.e.d. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır



 

4

İxtisarların siyahısı: 



EEQ  – 

elektroensefaloqrafiya 



ECT – 

elektro-cəngolma terapiyası 



EKG – 

elektrokardiografiya 



AR – 

Azərbaycan Respublikası 



XBT-10 – Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış  

HİV 

– insan immunodefisit virusu (human immunodeficiency virus) 



KDT – 

koqnitiv-davranış (bihavioral) terapiya 



ƏN – 

ənənəvi neyroleptik  



AA 

atipik antipsixotik  



AT 

– arterial təzyiq  



SİUSİ  – serotoninin intraneyronal udulmasının seçici inhibitoru  

SNİUSİ  – serotoninin və noradrenalinin intraneyronal 

 udulmasının seçici inhibitoru  



TS – 

təcili sedasiya  

 

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya randomizə 

olunmuş klinik tədqiqatlardan (RKT) alınmışdır 

Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 

randomizə olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır


 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 



Kohort və ya klinik hal – nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal – nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və Iia. 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal – nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Iib. 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi.  

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır



 

6

Protokol həkim-psixiatrlar, ilkin səhiyyə sistemində çalışan 



terapevtlər, ailə həkimləri üçün nəzərdə tutulmuşdur. 

İstehlakçı qrupu: şizofreniya xəstəliyi olan böyük yaşlı şəxslər və 

onların ailə üzvləri. 

 

Protokolun məqsədləri: 

 



Müasir diaqnostika və müalicə metodlarını  tətbiq etməklə 

şizofreniyanın diaqnostika və müalicəsinin təkmilləşdirilməsi 

 

Şizofreniyanın erkən aşkar edilmə səviyyəsinin yüksəldilməsi 



 

Şizofreniya diaqnozu olan xəstələrin həyat keyfiyyətinin və 



sosial uyğunlaşmasının yaxşılaşdırılması 

ÜMUMİ MÜDDƏALAR 

Şizofreniya-xəstələnmə və ölüm üzrə yüksək göstəricilərə malik 

olan, ciddi, lakin müalicəyə tabe olan prosessual psixi xəstəlikdir. 

Xəstəlik çox vaxt cavan yaşlarda meydana çıxır və bütün ömür boyu 

psixotik  əlamətlərlə gedərək, xəstələrin fəaliyyətinə  əhəmiyyətli 

dərəcədə təsir edir.  

Tarixi kontekstdə  şizofreniyanın spesifik əlamətləri  Assosiativ 

pozulmalar, Affektiv pozuntular, Autizm və Ambivalentlikdir (4A). 

Müasir təsəvvürlərə görə,  şizofreniyaya psixikanın təfəkkür

qavrama, emosiya, iradə, davranış kimi sahələrinin pozulması kimi 

baxılır.  

Təfəkkürün formal pozulması, nizamsız davranış, diqqətin və 

qısamüddətli yaddaşın pozulması kimi ümumi  əlamətlər

hallüsinasiya, sayıqlama, katatonik əlamətlər, psixi avtomatizmin 

təzahürləri aid olan pozitiv (məhsuldar)  əlamətlər, həmçinin 

autizm, təfəkkürün məhsuldarlığının azalması, nitqin kasadlığı, 

sosial uzaqlaşma, emosiyanın solğunlaşması, iradənin zəifləməsi 

daxil olan neqativ (defisitar)  əlamətlər ayırd etmək qəbul 

olunmuşdur. Neqativ əlamətlər remissiya dövründə  də ola bilər, bu 

zaman onlar xəstəliyin xüsusiyyəti ilə bilavasitə əlaqədar ola bilir və 

ya yanaşı depressiya, dərmanların  əlavə  təsiri və yaxud xəstələrin 

sosial uzaqlaşması nəticəsində baş verir. 

Şizofreniyalı  xəstələr, o cümlədən, intihar, psixoaktiv 

maddələrin istifadəsi, evsizlik, işsizlik, həmçinin somatik 

xəstələnmə aid olan yüksək ictimai təhlükə riskinə malikdirlər. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır


 

7

Şəxsiyyətin müəyyən dəyişiklikləri, sosial və qohumluq əlaqələrinin 



itirilməsi ilə  əlaqədar olaraq, şizofreniyalı  xəstələr tez-tez qeyri-

qanuni  əməllərin qurbanları olur və digər insanlar tərəfindən ayrı-

seçkiliyə  məruz qalırlar. Qeyd etmək vacibdir ki, şizofreniyalı 

xəstələr və onların ailə üzvləri çox vaxt, xəcalət, günahkarlıq və ya 

dəyərsizlik hissi ilə bağlı olan damğanın təsirini hiss edirlər, bu isə 

zəruri yardım üçün müraciət etməyə mane olur.   



Şizofreniyanın etiopatogenetik amilləri 

Müasir təsəvvürlərə görə,  şizofreniya müxtəlif etiologiyalı, irsi 

meyillilikli, həmçinin  bətndaxili və perinatal daxil olmaqla müxtəlif 

provokasiyaedici amilləri olan heterogen xəstəliklər qrupa aiddir. 

Uşaq yaşlarında inkişafa təsir edən və/ və ya daha gec dövrlərdə 

fərdin zəifliyini artıran psixososial amillər müəyyən rol oynaya bilər. 

Neyrovizualizasiyanın müasir metodları  şizofreniyalı  xəstələrdə 

MSS-də müəyyən struktur və funksional dəyişikliklərin olmasını 

ehtimal etməyə imkan verir, lakin tədqiqatlar onların  şizofreniya 

üçün spesifik olmasını  təsdiq etmir. Həmçinin  şizofreniyanı  aşkar 

etmək üçün spesifik laborator testlər mövcud deyil. Şizofreniyanın 

etiopatogenezində dofaminergik ötürülmənin pozulması, mütləq 

səbəb olmasa da, çox mühüm rol oynayır. Dofamin hipotezi beynin 

müəyyən nahiyələrində (mezolimbik sistem) dofaminin hasil 

olmasının artmasını  və ya  dofamin reseptorlarının həssaslığının 

yüksəlməsini ehtimal edir ki, bu da oyanıqlığın artmasına və pozitiv 

simptomatikanın meydana çıxmasına gətirib çıxarır. Eyni zamanda 

alın nahiyəsində dofaminergik aktivliyin azalması  və neqativ 

əlamətlərin inkişaf etməsi baş verir. Dofamin hipotezi psixotik 

əlamətlərin müalicəsi üçün istifadə olunan, mezolimbik sistemdə D

B

2

B



 

reseptorları blokada edən ənənəvi neyroleptiklərin effektivliyini izah 

edir. Eyni zamanda 5-HT

B

2A



B

 serotonin və spesifik dofamin 

reseptorlarını blokada edən atipik antipsixotiklər neqativ əlamətləri 

aradan qaldıra bilir.  



Epidemiologiya 

Şizofreniyanın yayılması sənayesi inkişaf etmiş ölkələrdə 0,4%-

dən 1,4%-ə  qədər dəyişir. ÜST-nın məlumatlarına görə  şizofreniya 

ilə illik xəstələnmə hər 1000 əhaliyə 0,22%-ə bərabərdir. Şizofreniya 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır



 

8

ilə  xəstələnmə riski 1% qiymətləndirilir, kişilər və qadınlar üçün 



eynidir.  

20-40% pasiyentlərdə ilk psixotik əlamətlər 20 yaşa qədər 

meydana çıxır. Bu zaman xəstələnmənin zirvəsi kişilərdə 15-25 

yaşlara, qadınlarda isə 25-35 yaşlara təsadüf edir. Bundan başqa 

qadınlarda 40-45 yaşlarda, bilavasitə menopauzadan əvvəl 

xəstələnmənin ikinci zirvəsi qeyd olunur. Əlavə etmək lazımdır ki, 

kişilərdə çox vaxt neqativ əlamətlər, qadınlarda isə affektiv 

əlamətlər aşkar olunur. Məhsuldar əlamətlərin ifadə olunması isə hər 

iki cinsin nümayəndələrində eynidir. 

80% şizofreniyalı xəstələrin valideynlərində xəstəliyin əlamətləri 

aşkar edilmir, valideynlərdən biri bu xəstəlikdən  əziyyət çəkirsə 

uşaqlarda  şizofreniyanın  əmələgəlmə riski 10-13%, əgər hər iki 

valideyn xəstədirsə, 35-40% təşkil edir. Biri şizofreniyadan əziyyət 

çəkən monoziqot əkizlərdə risk 50%-80%, diziqotlar, həmçinin 

qardaş və bacılarda isə 10%-40%ə qədərdir.  

Şizofreniyanın təbii gedişi və nəticələri 

Prodromal dövr bir-neçə aydan bir-neçə ilə  qədər davam edə 

bilər. Bu dövrdə aydın psixotik əlamətlərin təzahür etməsinə  qədər 

pasiyentlərdə, funksional adaptasiyanın pisləşməsi, sosial əlaqələrin 

zəifləməsi və  həmçinin yuxunun pozulması, təşviş, tez hirslənmə, 

diqqətin pisləşməsi, qeyri-adekvat davranış kimi təzahür edən qeyri-

spesifik əlamətlər qeyd oluna bilər.   

Prodromal dövrün sonunda qavramanın pozulması,  şübhəlilik, 

qeyri-adi mülahizələr söyləmək meydana gələ bilər, bu isə, psixozun 

meydana gəlməsini göstərir.  

İlk psixotik epizodun inkişaf etməsi həm qəflətən, həm də 

tədricən ola bilər. 

İxtisaslaşdırılmış yardıma, adətən, xəstəliyin başlamasından 1-2 

il keçdikdən sonra müraciət edilir. Şizofreniyanın inkişafında üç 

mərhələ ayırd oluna bilər: psixotik epizod (kəskin mərhələ), 

sabitləşmə (yarımkəskin mərhələ) və remissiya (müvəqqəti sağalma 

mərhələsi). 

Psixotik epizod sayıqlama, hallüsinasiya, təfəkkürün formal 

pozuntuları  və nizamsız davranış kimi produktiv (məhsuldar) 

psixopatoloji  əlamətlərin mövcud olması ilə  səciyyələnir. Neqativ 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır



 

9

simptomatikanın ifadə olunma dərəcəsi nisbətən yüngül emosional 



solğunluqdan özünəxidmət qabiliyyətinin itirilməsinə  qədər geniş 

dairədə  dəyişə bilər. Sabitləşmə (stabilləşmə) mərhələsi pasiyent 

kəskin vəziyyətdən çıxdıqdan sonra başlayır. O, kəskin mərhələyə 

nisbətən az ifadə olunmuş neqativ və qalıq məhsuldar  əlamətlərin 

mövcud olması ilə  səciyyələnir. Bəzi pasiyentlərdə qalıq produktiv 

(məhsuldar)  əlamətlər olmaya bilər, digərlərində isə  təşviş, 

depressiya, yuxunun pozulması kimi qeyri-psixotik əlamətlər aşkar 

edilə bilər. Təqribən 50% xəstələrdə remissiyanın olması qeyd edilir, 

hansı ki, funksional adaptasiyanın bərpa olunması ilə  səciyyələnir. 

Lakin xəstələrin digər yarısında remissiya dövründə neqativ 

simptomatikanın artması aşkar edilir. Bu, ehtimal ki, xəstəliyin gediş 

xüsusiyyəti, qeyri-adekvat medikamentoz və psixososial yardım ilə 

əlaqədardır.  

Xəstəliyin başlanmasından sonra ilk 5 ili xəstəliyin erkən dövrü 

hesab etmək qəbul edilmişdir. Simptomatikanın inkişafı  və 

pasiyentin sosial fəaliyyətinin pisləşməsi məhz kritik hesab olunan 

bu dövrdə müşahidə edilir, hansı ki, 80% xəstələrdə ilk 5 il ərzində 

təkrar kəskinləşmələr baş verir. Təkrar kəskinləşmələri, bir qayda 

olaraq, bir ay müddətində qeyri-psixotik əlamətlər müşayiət edir. 

Şizofreniyanın uzunmüddətli proqnozu nisbi sağalmadan  əmək 

qabiliyyətinin tam itirilməsinə  qədər dəyişir. 15-20% pasiyentlərdə 

təkrar epizodların qeyd edilməməsinə baxmayarq, 70% xəstələrdə 

klinik mənzərənin tədricən pisləşməsi ilə  kəskinləşmələr 

remissiyalar ilə növbələnir, 10-15% xəstələrdə isə xroniki ağır 

vəziyyət müşahidə olunur. Yaxşı proqnoz, adətən, aşağıdakı 

amillərlə assosiasiya olunur: 

 

Qadın cinsinə mənsub olma 



 

Ailə üzvlərində affektiv xəstəliklərin mövcudluğu 



 

Xəstəliyin mənşəyində irsi amilin olmaması 



 

Yaxşı premorbid fəaliyyət 



 

Yüksək zehin 



 

Nigahda olmaq 



 

Xəstəliyin gec yaşda başlaması 



 

Stresslə əlaqədar kəskin başlanğıc 



 

Nadir kəskinləşmələr 



 

Fasiləli  gediş 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır



 10

 



Komorbidliyin (yanaşı xəstəliklərin olmaması) olmaması 

 



Klinik mənzərədə pozitiv əlamətlərin üstünlük təşkil etməsi 

İntihar 10% pasiyentlərdə, çox vaxt kişilərdə qeyd olunur, 

ölümün səbəbi həmçinin bədbəxt hadisələr, ürək-damar, respirator 

və infeksion xəstəliklər də olur. 



XBT-10 ÜZRƏ TƏSNİFAT 

F20  


Şizofreniya 

F20.0   Aranoid şizofreniya 

F20.1   Hebefren şizofreniya 

F20.2   Katatonik şizofreniya 

F20.3   Diferensiasiya edilməmiş şizofreniya 

F20.4   Postşizofrenik depressiya 

F20.5   Qalıq şizofreniya 

F20.6   Şizofreniyanın sadə tipi 

F20.7   Şizofreniyanın digər tipi 

F20.8   Dəqiqləşdirilməmiş şizofreniya 



ŞİZOFRENİYANIN DİAQNOSTİKASI 

F20 Şizofreniya* 

G1  Müddəti bir aydan az olmayan psixotik epizodun çox 

hissəsi  ərzində (və ya əksəriyyət günlərin hər-hansı vaxtı  ərzində) 

Siyahı 1-də sadalanan əlamətlərdən minimum biri, və ya Siyahı 2-də 

olan əlamətlərdən minimum ikisi qeyd edilməlidir.  

Siyahı 1. Aşağıdakı əlamətlərdən minimum biri: 

a) “əks-səda” fikirlər, fikirlərin  əlavə edilməsi və ya ayrılması, 

ya da aşkar fikirlər. 

b) bədənin və ya ətrafların hərəkətlərinə  və ya fikirlərə aydın 

şəkildə aid olan təsir və ya nüfuz etmə sayıqlaması; sayıqlama 

qavraması; 

c) xəstənin davranışının cari şərhi və ya onu öz aralarında 

müzakirə etmək kimi ifadə olunan hallüsinator “səslər” ya da 

bədənin hər hansı    hissəsindən çıxan hallüsinator “səslər”in digər 

tipləri; 

d) özünü dini və ya siyasi şəxslərlə eyniləşdirmək, fövqəlinsan 

bacarıqları barədə fikirlər söyləmək (məsələn, havanı idarə etmək 

imkanı  və ya yad planetlilər ilə ünsiyyət haqqında) kimi mədəni 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır


 11

cəhətdən qeyri-adekvat və mahiyyətcə tamamilə mümkün olmayan 

digər növ davamlı sayıqlama ideyaları. 

Siyahı 2. Aşağıdakılardan minimum iki əlamət: 

a)

 



istənilən növ xroniki hallüsinasiyalar, əgər onlar aydın 

affektiv məzmun olmadan minimum bir ay müddətində hər gün baş 

verir və sayıqlama ilə (hansı ki, qeyri-sabit və yarımformalaşmış ola 

bilər) müşayiət edilir

b)

 

neologizmlər, nitqin rabitəsiz və ya mənasız olmasına gətirib 



çıxaran təfəkkür qırıqlığı  

c)

 



oyanma, donma, mumabənzər plastiklik, neqativizm, mutizm 

və stupor kimi katatonik əlamətlər; 

d)

 

ifadə olunmuş apatiya, nitqin kasadlaşması və  hamarlanması 



(silinməsi) və ya emosional reaksiyaların qeyri-adekvat olması kimi 

neqativ  əlamətlər (aydın olmalıdır ki, onlar depressiya və ya 

neyroleptik terapiya ilə əlaqədar deyil). 

G2. Daha çox istifadə olunan müstəsna meyarları: 

1.

 

Əgər hal həmçinin maniakal epizodun (F30-) və ya depressiya 



epizodunun (F32-) meyarlarına uyğun gəlirsə, yuxarıda 

sadalanan meyarlar G1.1 və G1.2 əhval-ruhiyyə pozuntusunun 



inkişaf etməsinə qədər aşkar edilməlidirlər. 

2.

 



Pozuntu beynin üzvi xəstəliyinə (F00-F09 ifadə edildiyi kimi) və 

ya alkoqol və narkotik intoksikasiyaya (F1x.0), asılılığa (F1x.2) 

və ya kəsilmə vəziyyətinə (F1x.3 və F1x.4) aid edilə bilməz.  

*

psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış



 

Formaları 

Klinik mənzərəsindən asılı olaraq şizofreniyanın ayrı-ayrı 

formalarını ayırd edirlər. Şizofreniyanın ilk 4 əsas formaları ümumi 

meyarlara uyğun gəlməlidir (cəd. bax) 

 

Paranoid şizofreniya (F20.0) - şizofreniyanın daha tez-tez rast 



gəlinən formasıdır, bu zaman sayıqlama (təqib,  əhəmiyyət və 

münasibət, təsir) və/və ya hallüsinasiya (hədələyici və ya 

imperativ xarakterli “səslər”, iybilmə və dadbilmə qavramasının 

təhrif olunması, qeyri-adi cinsi və ya cismani hisslər)  ən çox 

ifadə olunan əlamətlərdir.  Şizofreniyanın digər  əlamətləri 

(emosional solğunluq və ya qeyri-adekvatlıq, katatonik əlamətlər 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır



 12

və ya rabitəsiz nitq) klinik mənzərədə üstünlük təşkil 

etməməlidirlər. 

 



Hebefrenik  şizofreniya (F20.1) - aydın və davamlı emosional 

solğunluq və/və ya qeyri-adekvatlıq, yöndəmsiz və/və ya 

mənasız (“səfeh”) davranış, rabitəsiz nitq şəklində təzahür edən 

təfəkkür pozuntuları daha çox ifadə olunmuşdur. 

 


Каталог: file -> protokol
protokol -> Klinik protokol Az ərbaycan Respublikas
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 4 aprel 2009-cu il tarixli
protokol -> Klinik protokol Az ərbaycan Respublikas
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 25 noyabr 2013-cü il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 25 noyabr 2013-cü il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 12 iyun 2009-cu il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli

Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə