Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 12 iyun 2009-cu il tarixli



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə2/2
tarix24.01.2017
ölçüsü1,16 Mb.
#6301
1   2

Göndərişlər 

 



Göz müayinəsi ildə bir dəfə 

 



Reproduktiv dövrdə olan qadınlar üçün ailə planlaşdırılması üzrə 

mütəxəssisə müraciət 

 

TQM almaq üçün diyetoloqa müraciət 



 

Diabetin pasiyentlər tərəfindən aparılmasına dair maarifləndirmə 



 

Dişlərin müayinəsi 



Əgər ehtiyac olarsa, psixi xəstəliklər üzrə mütəxəssisə müraciət 

ŞD2-nin MÜALİCƏSİ 

Müalicənin strateji məqsədi həyat davamiyyətinin artırılması  və 

keyfiyyətinin yaxşılaşmasına nail olmaq üçün şəkərli diabetin verdiyi 

zərərlərin, fəsadların vaxtında  profilaktikasının aparılmasıdır. 

Şəkərli diabetin fəsadlarının profilaktikası üçün əsas vasitə 

müalicənin taktiki məqsədlərinə nail olmaqdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 13

Müalicənin taktiki məqsədləri  

 



ŞD-li xəstənin özünü normal hiss etməsinə nail olmaq (D) 

 



Acqarına və yeməkdən əvvəl qanda şəkərin miqdarı <110 mq/dl 

və ya <6,1 mmol/l (D) 

 

Yeməkdən 2 saat sonra qanda şəkərin miqdarı <140 mq/dl və ya 



≤7,8 mmol/l (D) 

 



Qlikohemoqlobinin səviyyəsi (HbA1c) ≤ 7,0% (A) 

 



Ümumi xolesterin <175 mq/dl və ya < 4,5mmol/l (B) 

 



Yüksək sıxlıqlı lipoproteidlərin xolesterini (YSLX) (B)  

 

Kişilər üçün >40 mq/dl və ya > 1,03 mmol/l 



 

Qadınlar üçün >50 mq/dl və ya>1,29 mmol/l  

 

Triqliseridlər <150 mq/dl və ya <1,79 mmol/l (B) 



 

Arterial təzyiq: sistolik ≤130 mm c.süt. (B) və diastolik ≤ 80 mm 



c.süt. (B) 

 



Bədən kütləsi indeksi (BKİ) (D) 

 

Kişilər üçün     ≤25  kq/m



2

 

 



Qadınlar üçün  ≤24  kq/m

2

 



Şəkərli diabetli xəstələrin monitorinq planı (D) 

Test/yoxlama 

Aparılma tezliyi 

HbA1C 


1-3 aydan bir 

Göz müayinəsi 

İldə 2 dəfə 

Tam ayaq müayinəsi 

1.

 

Ayağın vizual və palpator müayinəsi – 



həkimə hər müraciətdə 

2.

 



Ayaqda hissiyyatın yoxlanılması – ildə 2 dəfə 

Lipid profili 

1.

 

Normaldırsa, ildə 2 dəfə 



2.

 

Dəyişiklik varsa, 1-3 aydan bir 



Mikroalbuminuriya 

İldə 2 dəfə 

Kreatinin 

1.

 



Normaldırsa – ildə 2 dəfə 

2.

 



Dəyişiklik varsa – ayda 1-2 dəfə 

Qan təzyiqi 

1.

 

Normaldırsa – həkimə hər müraciətdə 



2.

 

Dəyişiklik varsa – günlük özünənəzarət 



Çəki 

Həkimə hər müraciətdə 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



ŞD2-nin müalicə planı 

Əsas prinsiplər: 

 

Həyat tərzinin dəyişdirilməsi: 



 

Düzgün qidalanma 

 

Fiziki aktivlik 



 

Özünənəzarət 



 

Xəstələrin təlimi 



 

Şəkər endirici farmakoterapiya 



 

Fəsadların və yanaşı  xəstəliklərin erkən müalicəsi (arterial 



təzyiqin tənzimlənməsi, qanda lipidlərin səviyyəsinin 

normallaşdırılması və s.) 



HƏYAT TƏRZİNİN DƏYİŞDİRİLMƏSİ 

Tibbi qidalanma ilə müalicə (TQM) 

 



Artıq çəki və piylənmə insulinə rezistentliyin səbəbdir. Ona görə 

də diabet və ya risk faktorları olan şəxslərə  çəkini azaltmaq 

tövsiyə olunur. (A) 

 



Az karbohidratlı  pəhrizdə olan xəstələrdə lipid profili, böyrək 

funksiyası  və zülal mübadiləsinin (nefropatiya hallarında) 

monitorinqini aparmaq və ehtiyac olduqda hipoqlikemiyanı 

müalicə etmək lazımdır. (D) 

 

Yüksək risk qrupuna daxil olan şəxslər tərkibində bitki lifləri (14 



qr. bitki lifi/1000 kkal) və dənli bitkilər (normadan 1,5 dəfə çox) 

olan pəhrizə riayət etməlidir. (B) 



Diabet zamanı yağ qəbulu 

 



Qəbul edilən yağlar ümumi kalorilərin 7%-ni təşkil etməlidir. (A) 

 



Transformasiya olunan yağların miqdarı minimal olmalıdır.

 

(D) 



Diabet zamanı karbohidratlar qəbulu 

 



Qəbul edilən karbohidratların hesablanması  və sübutlara 

əsaslanan üsullardan istifadə etməklə karbohidratlar qəbulunun 

monitorinqi qlikemik nəzarətin əsas mərhələsidir. (A) 

 



Qəbul edilən karbohidratların hesablanmasına nisbətən, diabet 

zamanı qlikemik indeks və qlükoza ilə yüklənmənin köməyi ilə 

qlikemiyanın daha dəqiq nəzarətini aparmaq mümkündür. (B) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


Qidalanma ilə bağlı digər tövsiyələr 

 



Gündəlik dozada qlükozanı  əvəzedici tərkibli  şirniyyatlar qəbul 

edilə bilər. (A) 

 

Diabetli xəstələr çox az miqdarda alkoqol qəbul edə bilərlər 



(gündə 1 kiçik qədəh və ya ondan az qadınlar, 2 kiçik qədəh və 

daha az kişilər üçün) (D) 

 

Effektivliyi və uzunmüddətli istifadəsinin təhlükəsizliyinə dair 



kifayət qədər sübut olmadığı üçün vitamin E, C və karotin kimi 

antioksidant əlavələrin rutin istifadəsi tövsiyə olunmur. (A) 

 

Ahıl yaşlı  və ya piylənməsi olan yaşlı  xəstələrdə xromun 



istifadəsinin üstünlüyü  tam sübut edilmədiyi üçün, ondan istifadə 

tövsiyə olunmur. (D) 



Fiziki aktivlik 

 



Çəkini azaltmaq və eyni səviyyədə saxlamaq üçün fiziki aktivlik 

həyat tərzinin dəyişdirilməsi proqramına daxil edilməlidir. (B) 

 

ŞD xəstələri  ən azı  həftədə 150 dəqiqə orta gərginlikli fiziki 



hərəkətlər (ürək döyüntülərinin 50-70%-ə  qədər artması) yerinə 

yetirməlidirlər. (A) 

 

Əks-göstərişlər olmadıqda  ŞD2 olan şəxslər həftədə 3 dəfə  



idman hərəkətləri edə bilərlər. (A) 

Pasiyentlər  əvvəlcə  həkim müayinəsindən keçməlidirlər: ürəyin 

koronar xəstəliyinin risk faktorlarını qiymətləndirmək lazımdır. 

Həkimlər həmçinin  əks-göstərişləri təyin etməlidirlər – nəzarət 

olunmayan hipertenziya, ağır avtonom neyropatiya, ağır periferik 

neyropatiya, retinopatiya və ya pəncənin zədələnməsi.  

 

Psixi-sosial qiymətləndirmə və qulluq 

 



Psixoloji və sosial vəziyyətin qiymətləndirilməsi diabetin 

aparılmasının bir hissəsidir. (D) 

 

Depressiya, həyəcan, qidalanmanın pozulması və tibbi rejimə pis 



riayət edilməsi ilə nəticələnən şüur pozuntuları kimi psixi-sosial 

problemlərin skrininqi aparılmalıdır. (D) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 16

DİABETDƏ ÖZÜNƏ NƏZARƏTİN ÖYRƏDİLMƏSİ (DÖNÖ) 

Bir qrup göstəricilər vardır ki, onları şəkərli diabeti olan şəxslər 

özləri nəzarətdə saxlamalıdırlar. Bu – özünənəzarət adlanır. 

Özünənəzarət həyat keyfiyyətini saxlamaq və  ŞD ağırlaşmalarının 

(həm kəskin, həm də xroniki) profilaktikası üçün olduqca vacibdir. 

ŞD olan şəxslər özləri müalicələrini düzgün korrektə etməlidirlər 

(qidalanma, insulinin və ya həblərin dozaları, fiziki aktivlik). Bu 

məqsədlə ŞD-li xəstələrə təlim keçilir. 

DÖNÖ metabolik nəzarətin optimallaşdırılması, fəsadların 

profilaktikası  və aparılması, həyat keyfiyyətinin artırılmasında 

pasiyentlərə kömək edir. 

 



Diabet diaqnozu qoyulduqdan sonra pasiyentlərə milli 

standartlara əsaslanan DÖNÖ aparılmalıdır. (B) 

 

Özünə  nəzarət  əsasında davranışın dəyişməsi DÖNÖ-nün vacib 



nəticəsidir və onun qiymətləndirilməsinin aparılması müalicə 

proqramının bir komponentidir. (D) 

 

DÖNÖ psixi-sosial araşdırmalara  əsaslanmalıdır, çünki 



emosional vəziyyətin yaxşı olması diabetin gedişinə müsbət təsir 

edir. (C) 



ŞD2-li XƏSTƏLƏRİN ÖYRƏDİLMƏSİ 

I. İnsulin müalicəsi  almayan ŞD2 xəstələrinin öyrədilməsi: 

1.

 



ŞD nədir? 

2.

 



Qidalanmanın planlanması. 

3.

 



ŞD və fiziki aktivlik. 

4.

 



Dərman müalicəsi. 

5.

 



Qanda şəkərə nəzarət. 

6.

 



Pəncəyə qulluq. 

 

II. İnsulinlə müalicə alan ŞD2 xəstələrinin öyrədilməsi: 

1.

 

ŞD nədir? 



2.

 

Qidalanmanın planlanması. 



3.

 

ŞD və fiziki aktivlik. 



4.

 

İnsulinlə müalicə. 



5.

 

Qanda şəkərə nəzarət. 



6.

 

Pəncəyə qulluq. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 17

III. Arterial hipertenziyası (AH) olan ŞD2 xəstələrinin öyrədilməsi: 

1.

 



ŞD nədir? 

2.

 



Qidalanmanın planlanması. 

3.

 



ŞD və fiziki aktivlik. 

4.

 



Dərman müalicəsi. 

5.

 



Qanda şəkərə nəzarət. 

6.

 



Arterial hipertenziya və fiziki aktivlik. 

7.

 



Arterial təzyiqə nəzarət. 

8.

 



Pəncəyə qulluq. 

FARMAKOLOJİ MÜALİCƏ 

ŞD tip 2-nin müalicəsinin alqoritmi 

Hal-hazırda müalicə Amerika Diabet Assosiasiyası  və Diabetin 

Öyrənilməsi üzrə Avropa Assosiasiyasının hazırladığı müalicə 

alqoritminə əsasən aparılır (Əlavə 2). 



Farmakoloji müalicənin prinsipləri: 

 



Diaqnoz qoyulan andan başlayaraq  ŞD2-li xəstələrə müalicə 

proqramı komponentlərinin hamısı mütləq qaydada tətbiq 

olunmalıdır. (A)  

 



Tələb edilən qlikemik səviyyə  əldə edilənə  qədər dərman 

terapiyasının daimi monitorinqi və titrlənməsi 2-3 ay ərzində 

aparılmalıdır. (A)  

 



Əgər 2-3 aydan sonra lazımı  nəticə  əldə edilməzsə, başlanılan 

müalicə intensivləşdirilməlidir. (A)  

 

Monoterapiya və ya kombinə olunmuş terapiya zamanı qlikemik 



profil  əldə edilmədikdə doza artırılmalıdır və ya ikinci, yaxud 

üçüncü dərman əlavə edilməlidir. (A)  



Monoterapiya 

 



Metformin, xüsusən artıq çəkisi olan xəstələrdə, ilkin preparatdır. (A) 

 



Metforminin təyinatı üçün əks-göstərişlər olarsa və ya istifadəsi 

zamanı  əlavə  təsirlər olarsa, sulfonil-sidikcövhəri preparatları 

xəstələrin əksəriyyəti üçün ilk sıra dərmanıdır. (B)  

Kombinə olunmuş müalicə

 



Əgər  мetformin ilə müalicənin effekti az olarsa, əks-göstəriş 

yoxdursa, sulfonil-sidik cövhəri preparatları  və ya digər 

şəkərsalıcı həblər əlavə edilməlidir. (B)  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 18

DƏRMAN VASİTƏLƏRİNİN SEÇİLMƏSİ 

1. Qlükometabolik vəziyyətə uyğun  

 



Postprandial hiperqlikemiya zamanı – α-qlükozidazanın inhibitoru, 

qısa müddətli sulfonil-sidikcövhəri preparatları, qlinidlər, qısa 

müddətli requlyar insulin və ya insulinin analoqları. 

 



Acqarına hiperqlikemiya – biquanidlər, uzun müddətli sulfonil-

sidikcövhəri preparatları, qlitazonlar, uzun müddətli requlyar insulin 

və ya insulinin analoqları 

 



İnsulin rezistentliyi – biquanidlər, qlitazonlar, α-qlükozidazanın 

inhibitoru  

 

İnsulin çatışmazlığı – sulfonil-sidikcövhəri preparatları, qlinidlər, 



insulin 

2. ŞD2-nin ilkin müalicəsi

 

zamanı

 

Seçim preparatları: 



 

Metformin  

 

Tiazolidinedion  



 

Sekretaqoqlar  

 

Dipeptidil-peptidaza-4 inhibitoru  



 

Alfa-qlükozidazanın inhibitoru 

2-3 ay ərzində preparatın monitorinqi və titrlənməsi aparılmalıdır.  

2-3 aydan sonra tələb olunan qlikemik profil əldə edilmədikdə, 

kombinə olunmuş terapiyanın başlanması tövsiyə olunur. 

İnsulin terapiyası 

 



HbA1c səviyyəsi 8%-dən çox, simptomatik hiperqlikemiya 

olarsa, həmçinin AQQ-nin yüksəlməsi və ya HbA1c-dən asılı 

olmayan postprandial qlükozanın həddən artıq artması olarsa, 

insulinlə terapiya başlanmalıdır. (A)  

 

Hiperqlikemiyaya nəzarət etmək üçün və HbA1c 10%-dən çox 



olduqda baş verən qlükoza toksikliyinin qarşısını almaq 

məqsədilə insulin terapiyası təyin edilir, vəziyyət bərpa edildikdə 

insulin müalicəsi dəyişdirilir və ya dayandırılır. (A)  

 



Aşağıdakı hallarda ŞD2-li xəstələrə müvəqqəti olaraq AQP-yə 

nəzarət etmək üçün monoterapiya və ya oral preparatlarla 

kombinə olunmuş  şəkildə orta- və ya uzunmüddətli təsir edən 

insulin təyin edilir:  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 19

 

Oral preparatlar qeyri-effektiv, intolerant olduqda və ya əks 



göstərildikdə 

 

Qısa zaman ərzində euqlikemiya vəziyyətini əldə etmək üçün 



(məs., uzunmüddətli hiperqlikemiya əlamətləri olan xəstələr 

əməliyyatdan sonrakı və/ və ya təcili yardım məntəqəsində) 

 

Hamiləlik planlaşdırılanda və ya baş verdikdə 



 

HbA1c normal səviyyədən >1,5 % çoxdur  

 

Çəkinin itməsi və ya qida qəbulu ilə əlaqəli olmayan ketozla 



bağlı insulin çatışmazlığı 

Qlikemiyaya nəzarət 

Qlikemiyanın səviyyəsini stabilləşdirməyə  yönələn müalicənin 

effektivliyini artırmaq məqsədilə  həkimlər və pasiyentlər 

qlikemiyaya nəzarət etmək üçün iki asan texnikadan istifadə edə 

bilərlər: HbA1c-nin təyin edilməsi və qanda qlükozanın pasiyent 

tərəfindən qiymətləndirilməsi (QQPQ). 

 

Qanda qlükozanın pasiyent tərəfindən qiymətləndirilməsi 



(QQPQ) 

 

Çoxsaylı insulin inyeksiyası alan və ya insulin pompasından 



istifadə edən xəstələrdə QQPQ gündə 3 dəfə və ya daha artıq 

aparılmalıdır. (A)  

 

İnsulindən az hallarda istifadə edən, qeyri-insulin preparatları 



və ya tibbi qidalanma ilə müalicə (TQM) olunan 

pasiyentlərdə QQPQ yalnız qlikemiyanın tələb olunan 

səviyyəsinin  əldə edilməsi barədə  məlumat almaq üçün 

lazımdır. (D)  

 

Qida qəbulundan sonra qlikemiyanın səviyyəsini təyin etmək 



üçün QQPQ məsləhət görülür. (D)  

 

QQPQ təyin edildikdə,  əmin olun ki, pasiyentlər QQPQ 



texnikasına dair ilkin təlimatlar və ardıcıl qiymətləndirmə 

barədə məlumat almışlar, onların bu prosedura zamanı alınan 

nəticələrdən istifadə etmək bacarığı müalicənin 

tənzimlənməsinə kömək edəcəkdir. (D)  

 

Qlikolizə olunmuş hemoqlobinin təyini testi (HbA1c) 



 

Müalicə olunan (və daimi qlikemiya nəzarətində olan) 

pasiyentlərə HbA1c testi ən azı ildə iki dəfə aparılmalıdır. (D)  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 20

 

Müalicəsi dəyişdirilən və ya qlikemiyanın göstəricisi 



tələblərə cavab verməyən pasiyentlərdə HbA1c testi hər rüb 

aparılmalıdır. (D)  

 

Xəstəliyin aparılması planına uyğun olaraq HbA1c testinin 



yerinə yetirilməsi müalicənin vaxtında dəyişdirilməsi barədə 

qərar qəbul etməyə imkan verir. (D) 

 

Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan 

Respublikasında qeydiyyatdan keçmiş 

əsas 

şəkərsalıcı 

preparatların qısa xarakteristikası əlavə 3-də göstərilmişdir. 

ŞD ZAMANI XÜSUSİ HALLAR 

Xəstələnmənin stressi, travma və /və ya cərrahi müdaxilə 

qlikemik nəzarətə təsir edə, həyat üçün təhlükəli olan, ağırlaşma və 

ölüm hallarının qarşısını almaq üçün təcili yardım tələb edən diabetik 

ketoasidoza (DKA) və qeyri-ketoasid hiperosmolyar vəziyyətlərə 

səbəb ola bilər. Qlikemik nəzarətin pozulmasına gətirib çıxaran hər 

bir halda qanda qlükozanın və ketoza meylli olan xəstələrdə sidik və 

ya qanda ketonların tez-tez monitorinqini aparmaq vacibdir. 

Müəyyən olunmuş hiperqlikemiya müalicə planında müvəqqəti 

dəyişikliklər tələb edir və əgər bu zaman ketoz, qusma və ya huşun 

dəyişməsi qeyd olunursa, təcili olaraq mütəxəssisə müraciət etmək 

lazımdır. Qeyri-insulin preparatları və ya yalnız TQM alan xəstələrə 

müvəqqəti olaraq insulin təyin edilir. Adekvat miqdarda maye və isti 

təyin edilə bilər. Diabetli pasiyentlərdə infeksiya və ya 

dehidratasiyanın olması hospitalizasiyaya göstəriş ola bilər. 

Hipoqlikemiya 

Hipoqlikemiyanın müalicəsində qlükoza və ya karbohidrat 

tərkibli qidalardan (qanda qlükozanın səviyyəsi  >70 mq/dl olduqda) 

istifadə edilir. Kəskin hipoqlikemiya qlükoza ilə daha tez 

korrelyasiya olunur. Karbohidratlara proteinlərin  əlavə edilməsinin 

müalicəyə  təsiri yoxdur. Yağlar kəskin hipoqlikemiyanı  ləngidir və 

cavab reaksiyasının vaxtını uzadır.  

 



Huşu aydın olan xəstələrə hipoqlikemiya zamanı qlükoza (15-20 

qr) və ya tərkibində qlükoza olan hər hansı bir karbohidrat verilir. 

15 dəq. sonra aparılan QQPQ hipoqlikemiyanın davam etdiyini 

göstərsə, müalicə təkrarlanır. Bir dəfə QQPQ normal olarsa, xəstə 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 21

hipoqlikemiyanın təkrarlanmasının qarşısını almaq üçün qida 

qəbul etməlidir. (D)  

 



Ağır hipoqlikemiya riski böyük olduqda qlükaqon təyin olunur. 

Xəstəyə qulluq edən  şəxslər və ya ailə üzvləri onun istifadə 

qaydası barədə məlumatlandırılmalıdırlar. (D)  

 



Hipoqlikemiya olmasını anlamayan, yaxud bir və ya daha artıq 

ağır hipoqlikemiya epizodları olan şəxslərdə  gələcəkdə 

hipoqlikemiya hallarının qarşısını almaq üçün qlikemiyanın hədəf 

səviyyəsini bir qədər artırmaq məsləhət görülür. (B) 



İmmunizasiya 

Diabetli  şəxslərdə pnevmokok infeksiyasının və yüksək ölüm 

göstəricisi (50%) olan nozokomial bakteriemiyanın inkişaf riski 

yüksəkdir.  

 

Tövsiyələr: 

 



6 aydan böyük diabetli pasiyentlər hər il qrip əleyhinə peyvənd 

almalıdırlar. (C) 

 

Ən azı bir dəfə pnevmokok peyvəndi vurulmalıdır. Birdəfəlik 



revaksinasiya 65 yaşdan yuxarı olan şəxslərə aparılır. 

Revaksinasiyanın başqa göstərişləri aşağıdakılardır: nefrotik 

sindrom, xronik böyrək xəstəliyi və immunosupressiv hallar, 

(məs., transplantasiyadan sonra). (C) 



DİABETİK FƏSADLARIN PROFİLAKTİKASI 

Şəkərli diabetin fəsadlarının profilaktikası üçün əsas vasitə 

müalicənin taktiki məqsədlərinə nail olmaqdır. 

Şəkərli diabetin fəsadlarının diaqnostikası və müalicəsi haqqında 

ayrıca xüsusi protokol hazırlanmalıdır. 

A. ÜDX 

ÜDX diabetin xəstələnmə və ölüm səbəbləri arasında aparıcı yeri 

tutur və  xəstəliklə bağlı  məsrəflərin artmasına səbəb olur. ŞD2 

zamanı olan yanaşı xəstəliklər (məs.. hipertenziya və dislipidemiya)  

ÜDX-nin risk faktorları, diabet isə müstəqil risk kimi müəyyən edilir. 

Bu faktorların idarə edilməsi ÜDX-nin profilaktikası  və ya 

inkişafının ləngidilməsi üçün effektivdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 22

Şəkərli diabetin öyrənilməsi üzrə ADVANCE araşdırması 

göstərmişdir ki, xəstələrdə arterial hipertenziyanın olub-

olmamasından asılı olmayaraq daimi şəkildə perindopril+indapamid 

kombinasiyasının qəbulu  şəkərli diabetin makro- və mikrodamar 

ağırlaşmalarının profilaktikasını  və ürək-damar ölümünün faizini 

aşağı salır. (A) 

 

1. Hipertenziya/ qan təzyiqinə nəzarət 

Hipertenziya diabetlə yanaşı gedən və pasiyentlərin 

əksəriyyətində olan ən geniş yayılmış xəstəlikdir. O, həmçinin ÜDX-

nin və mikrovaskulyar fəsadların  əmələ  gəlməsinin  ən böyük risk 

faktorudur. AT qeyri-diabetik xəstələrdə olduğu kimi ölçülür: qolda, 

ürək səviyyəsində – oturaq vəziyyətdə, ayaq üstə  və 5 dəqiqəlik 

istirahətdən sonra. Dİabet və hipertenziyanın müştərək risk faktorları 

olduğundan,  ŞD zamanı hipertenziyanın diaqnostik meyarları 

(AT≥130/80 mmHg) qeyri-diabetik şəxslərlə müqayisədə 

(AT≥140/90 mmHg) daha aşağıdır. Özünə  nəzarət və AT-nin 24 

saatlıq monitorinqi maskalanan hipertenziyanı üzə çıxarmağa kömək 

edir. 

Skrininq və diaqnostika 

 



Hər müayinə vaxtı qan təzyiqi ölçülməlidir. Sistolik AT ≥ 130 

mmHg və ya diastolik AT ≥ 80 mmHg olduqda, təkrar  ölçülmə 

başqa gün aparılmalıdır. Nəticələrin yuxarıdakı kimi olması 

hipertenziya diaqnozunu təsdiqləyir. (C) 



Məqsədlər 

 



Müalicə  nəticəsində sistolik AT < 130 mmHg səviyyəsinə 

düşməlidir. (C) 

 

Müalicə  nəticəsində diastolik AT < 80 mmHg səviyyəsinə 



düşməlidir. (B) 

2. Dislipidemiya / lipid mübadiləsinə nəzarət 

Skrininq 

 



Böyük yaşlı pasiyentlərin  əksəriyyətində  ən azı ildə bir dəfə 

acqarına lipid profili təyin edilməlidir. Risk səviyyəsi aşağı olan 

böyüklərdə (lipidlərin strukturu: ASLX<100 mq/dl, YSLX>50 

mq/dl və triqliseridlər <150 mq/dl) lipidlərin qiymətləndirilməsi 

iki ildən bir aparılmalıdır. (D) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 23

3. Antitrombositar preparatlar 

 



Anamnezində ÜDX olan diabetli xəstələrdə ikincili profilaktika 

(metafilaktika) kimi aspirin terapiyasından istifadə  olunur (75-

162 mq/gün) (A) 

 



Kardiovaskulyar xəstəliklər riski yüksək olan (bura yaş > 40 və 

ya əlavə risk faktorları – ailədə ÜDX, hipertenziya, siqaretçəkmə, 

dislipidemiya və ya albuminuriya – aiddir) diabetli xəstələrə ilkin 

profilaktika məqsədi ilə aspirin (75-162 mq/gün) təyin edilir. (A) 

 

Yaşı 30-dan aşağı olan pasiyentlərdə aspirinin tətbiqinin 



üstünlüyü barədə kifayət qədər məlumat olmadığı üçün onlara 

aspirin təyin edilməsi tövsiyə olunmur, həmçinin yaşı 21-dən 

aşağı olan şəxslərdə Reye sindromunun inkişaf etmə  təhlükəsi 

yüksək olduğu üçün aspirin əks-göstərişdir. (D) 

 

Ağır və proqressivləşən ÜDX zamanı aspirin digər, məs., 



klopidrogel kimi, antitrombositar preparatla kombinə olunur. (C) 

4. Siqaret çəkmənin dayandırılması 

 



ŞD-li xəstələrin hamısı siqareti tərgitməlidir. (A) 

 



Siqaret çəkmənin dayandırılması  və müalicənin digər formaları 

diabetik qulluğun bir komponentidir. (B) 



B. NEFROPATİYA 

Ümumi tövsiyələr 

 



Nefropatiya riskini azaltmaq və ya inkişafını  ləngitmək üçün 

qlükoza nəzarətini optimallaşdırmaq lazımdır. (A) 

 

Nefropatiya riskini azaltmaq və ya inkişafını ləngitmək üçün AT 



nəzarətini optimallaşdırmaq lazımdır. (A) 

Skrininq 

 



ŞD2 olan pasiyentlərdə diaqnoz qoyulduqdan sonra ildə bir dəfə 

sidiklə albumin ekskresiyasını qiymətləndirmə testi aparılmalıdır. 



(D) 

 



Böyük yaşlı diabetli pasiyentlərin hamısında, sidiklə albumin 

ekskresiyasının dərəcəsindən asılı olmayaraq, ildə bir dəfə qanda 

kreatinin səviyyəsi yoxlanılmalıdır. Qanda kreatinin miqdarı 

QFS-ni və xronik böyrək xəstəliyinin (XBX) mərhələsini (əgər 

xəstəlik varsa) qiymətləndirmək üçün istifadə edilir. (D) 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 24

C. RETİNOPATİYA 

Ümumi tövsiyələr 

 



Retinopatiya riskini azaltmaq və ya inkişafını  ləngitmək üçün 

qlükoza nəzarətini optimallaşdırmaq lazımdır. (A) 

 

Retinopatiya riskini azaltmaq və ya inkişafını ləngitmək üçün AT 



nəzarətini optimallaşdırmaq lazımdır. (A) 

Skrininq 

 



ŞD2 olan pasiyentlərə diaqnoz  qoyulduqdan qısa müddət sonra 

oftalmoloq tərəfindən gözlərin tam və  hərtərəfli müayinəsi 

aparılmalıdır. (B) 

 



Bundan bir müddət sonra ŞD2 olan pasiyentlərdə oftalmoloq 

tərəfindən gözlərin təkrar müayinəsi aparılmalıdır. Bir və ya daha 

çox müayinə normal nəticə verərsə, müayinələr 2-3 ildən bir 

aparıla bilər. Retinopatiyanın proqressivləşməsi daha sıx 

müayinələrə göstərişdir. (B) 

 



Hamiləliyi planlaşdıran və ya artıq hamilə olan diabetli 

qadınlarda gözlərin hərtərəfli müayinəsi aparılmalıdır və 

retinopatiyanın inkişafı  və/ və ya proqressivləşməsi riskinin 

olması barədə pasiyentə  məlumat verilməlidir. Göz müayinəsi 

hamiləliyin ilk trimestrində, bütün hamiləlik dövrü və doğuşdan 

sonrakı 1 il ərzində aparılır. (B) 



D. NEYROPATİYA 

 



ŞD2-nin diaqnostikası vaxtı  və ondan sonra ən azı ildə bir dəfə 

xəstələrin hamısına sadə klinik testlərin köməyi ilə distal simmetrik 

polineyropatiyaya (DPN) görə skrininq aparılmalıdır. (B) 

 

Xəstələrin hamısı 



pəncəyə qulluq etmək barədə 

məlumatlanmalıdırlar. DPN olan pasiyentlər pəncəyə qulluğa dair 

daha geniş bilik almalı və xüsusi ayaqqabı geyməlidirlər. (B) 

 

ŞD2-nin diaqnostikası zamanı avtonom neyropatiyanın 



əlamətlərinin və simptomlarının skrininqi aparılmalıdır. Nadir 

hallarda xüsusi test tələb olunur, lakin onun xəstəliyin 

aparılması və ya nəticəsinə təsiri yoxdur. (D) 

 

Pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə DPN 



və avtonom neyropatiyanın spesifik simptomlarını 

yüngülləşdirmək üçün dərmanlardan istifadə edilməsi tövsiyə 

olunur. (D) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 25

Diabetik avtonom neyropatiya 

Bu fəsadın  əlamətləri və simptomları anamnez toplanarkən və 

fiziki müayinə zamanı  təyin edilməlidir. Avtonom neyropatiyanın 

əsas klinik təzahürlərinə  aşağıdakılar aiddir: sakit vəziyyətdə 

taxikardiya, fiziki hərəkətlərə tolerantlıq, ortostatik hipotenziya, 

qəbizlik, qastroparez, erektil disfunksiya, sudomotor disfunksiya (tər 

vəziləri funksiyasının pozulması), neyrovaskulyar funksiyanın 

pozulması, “xəfif diabet” və hipoqlikemik avtonom çatışmazlıq.  



E. PƏNCƏYƏ NƏZARƏT 

 



Pəncənin xorası  və ya amputasiyasının öncədən meydana çıxan 

əlamətlərini vaxtında müəyyən etmək üçün diabetli xəstələrə hər 

il pəncənin hərtərəfli müayinəsi aparılmalıdır. Pəncənin 

müayinəsi ilkin baxış zamanı monofilament, kamerton, palpasiya 

vasitəsilə və vizual yolla aparılmalıdır. (B) 

 



Diabetli  şəxsləri pəncəyə  nəzarət barədə  təlimatlandırmaq 

lazımdır. (B) 

 

Pəncə xorası və yüksək riskli pəncəsi olan şəxslərə,  xüsusən də 



anamnezində pəncə xorası və ya amputasiya olanlara, çoxixtisaslı 

yanaşma tövsiyə olunur. (B) 

 

Siqaret çəkən, qoruyucu hissiyyatın itməsi və toxumaların 



struktur pozulmaları  və ya anamnezində  aşağı  ətraflarda 

patologiyası olan xəstələri, sonrakı profilaktika və uzun müddətli 

sağqalma naminə  pəncə problemləri ilə  məşğul olan mütəxəssis 

yanına göndərmək lazımdır. (C) 

 

Periferik arterial xəstəliyin (PAX) ilkin skrininqinə anamnezdə 



dəyişkən axsamanın olması 

və ayaqda pulsasiyanın 

qiymətləndirilməsi daxildir. PAX-li xəstələrin  əksəriyyəti 

asimptomatik olduğu üçün topuq-braxial indeksin (TBİ) təyin 

edilməsi nəzərdə tutulmalıdır. (C) 

 



Əhəmiyyətli dərəcədə  dəyişkən axsama və ya TBİ müsbət 

olduqda, xəstələrdə damarların vəziyyətinin daha ətraflı 

qiymətləndirilməsi və fiziki hərəkət, dərman preparatları  və 

cərrahi müdaxilə imkanının müəyyən edilməsi üçün 

mütəxəssislərin məsləhəti lazımdır. (C) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 26

 



Diabetik neyropatiyanın və /və ya PAX-nin  məntiqi nəticəsi olan 

pəncənin xoralaşması və amputasiyası diabetli xəstələrin ölüm və 

əlilliyinin əsas səbəbləridir. Risk amillərinin erkən diaqnostikası 

və aparılması qeyri-qənaətbəxş  nəticənin profilaktikasına və ya 

ləngidilməsinə  kömək edə bilər. 10 ildən artıq diabetdən əziyyət 

çəkən, kişi cinsinə  mənsub, qlikemiya nəzarəti pis olan və ya 

kardiovaskulyar, retinal və ya renal fəsadlar baş verən xəstələrdə 

xoralaşma və ya amputasiya riski böyükdür.  

 

Pəncə ilə  əlaqəli aşağıdakı riskli hallar zamanı amputasiya 



ehtimalı yüksəkdir: 

 

Qoruyucu hissiyyatın itməsi ilə müşahidə olunan periferik 



neyropatiya 

 

Biomexanizmlərin pozulması (neyropatiya olduqda) 



 

Yerli təzyiqin artması əlamətləri (eritema, xoranın qanaması) 

 

Sümüklərin deformasiyası 



 

PAX (ayaqda pulsasiyanın azalması və ya yox olması) 

 

Anamnezdə xoranın və ya amputasiyanın olması 



 

Ağır dırnaq patologiyası. 



SPESİFİK XƏSTƏLƏRİN POPULYASİYASINDA  

ŞD2-nin APARILMASI 

A. Asimptomatik uşaqlarda ŞD2-nin testləşdirilməsi 

Meyarlar 

Artıq çəki (normal çəkinin 120%-i) + aşağıdakı risk 

faktorlarından ikisi:  

 



Ailədə diabet xəstəliyi (birinci və ya ikinci sıra qohumluq) 

 



Bəzi etnik qruplara mənsubiyyət 

 



İnsulin rezistentliyi və ya onun yaranmasına gətirib çıxaran 

şərtlər (acanthosis nigricans, hipertenziya, dislipidemiya və ya 

yumurtalıqların polikistoz sindromu) 

 



Anada diabet və ya HŞD olması.  

 

Xəstəliyin başlanması vaxtı: ilk dəfə 10 yaşda və ya yetişkənlik 



dövründə, əgər yetişkənlik dövrü erkən başlayıbsa.  

Müayinə tezliyi iki ildən bir, AQQ yoxlanılması  məsləhət 

görülür. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 27

B. Hestasiya ŞD2 (HŞD2) 

HŞD2-nin risk faktorları

1.

 



Yaşın 25-dən az olması  

2.

 



Çəkinin artıqlığı və ya piylənmə 

3.

 



Ailədə diabet xəstəliyi (məs., birinci sıra qohumluq) 

4.

 



Qlükoza metabolizminin pozulması tarixi  

5.

 



Pis mamalıq anamnezi  

6.

 



Yenidoğulmuşun çəkisinin > 4 kq olması 

7.

 



Yumurtalığın polikistozu sindromunun olması 

8.

 



Bəzi etnik qruplara mənsubiyyət 

9.

 



AQQ-nin (ən azı 8 saat qidalanmamaq şərtilə) >85 mq/dL və ya 2 

saatlıq postprandial qlükozanın konsentrasiyasının >140 mq/dL 

olması (75 qr. qlükoza ilə OQTT-dən sonra)  

Hamiləliyin planlaşdırılması proqramı (HPP) 

 



Hamiləlik öncəsi HbA1c-nin səviyyəsi normaya mümkün qədər 

yaxın olmalıdır (<7%) (B) 

 

Reproduktiv potensialı olan ŞD2-li qadınlar hamiləlik öncəsi 



normal qlükoza nəzarətinin və ailə planlaşdırılması prosesində 

iştirakın vacibliyi barədə məlumat almalıdırlar. (D) 

 

Hamilə olmağı planlaşdıran diabetli qadınların vəziyyəti 



qiymətləndirilməli və diabetik retinopatiya, nefropatiya, 

neyropatiya və ÜDX olduqda, onlar müalicə olunmalıdır. (D) 

 

Belə qadınların qəbul etdiyi dərman preparatları hamiləlik öncəsi 



nəzərdən keçirilməlidir, çünki diabetin müalicəsi zamanı istifadə 

edilən preparatların bir çoxu hamiləlik dövründə əks-göstərişdir. (D) 

 

Anadangəlmə qüsurlar diabetli analardan doğulan uşaqlar 



arasında xəstələnmə  və ölüm hallarının aparıcı  səbəbidir. 

Qüsurların yaranma riski qlikemiyanın artması ilə düz 

mütənasibdir. Bu risk hestasiyanın ilk 6-8 həftəsi  ərzində  və 

HbA1c-nin konsentrasiyası ilə  təyin olunur. Riskin azaldılması 

üçün HPP-yə uyğun hərəkət etmək lazımdır. HPP ŞD-li xəstələrə 

diabetik pəhriz və intensiv insulin terapiyası  tətbiq etməklə, 

onları özünə  nəzarət və QQPQ-yə hazırlayan çoxixtisaslı 

proqramdır. Məqsəd – normal qlikemiya və HbA1c ≤7%  əldə 

etməkdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 28

Qüsurların yaranma riskini minimallaşdırmaq üçün mövcud olan 

standart qulluğa aşağıdakılar daxildir:  

 



Qüsurların yaranmasının planlaşdırılmamış hamiləliyin və pis 

metabolik nəzarətin nəticəsi olması barədə qadın pasiyentlərə 

məlumat vermək  

 



Metabolik nəzarət məqsədlərinə çatana qədər effektiv 

kontrasepsiyadan istifadə etmək. 

 

Hamiləlik zamanı əks-göstəriş olan dərmanlar kateqoriyalar üzrə 



dəyərləndirilir. Oral antidiabetik dərman preparatları arasında 

metformin və akarboza

 “B” kateqoriyasına aid edilir (insanlarda 



təhlükəli olması barədə sübut yoxdur), digərləri isə “C” 

kateqoriyasına (risk istisna olunmur) aiddir. 



C. Ahıl yaşlı xəstələrdə ŞD2 

 



Funksional problemləri olmayan və həyat davamiyyəti göstəricisi 

yüksək olan ahıl yaşlı pasiyentlərdə diabetin müalicəsi daha gənc 

şəxslərdəki kimi aparılır. (D) 

 



Yuxarıdakı meyarlara uyğun gəlməyən yaşlılara fərdi yanaşma 

tələb olunur, lakin xəstələrin hamısında kəskin hiperqlikemik 

fəsadlar riskinə  və ya simptomlarına gətirib çıxaran təhlükəli 

amil – hiperqlikemiyanın qarşısı alınmalıdır. (D) 

 

Yaşlı  xəstələrdə başqa kardiovaskulyar risk faktorlarının 



müalicəsi dərman vasitələrinin effektiv təsirinin vaxt intervalını 

və fərdi yanaşmanı nəzərə almaqla aparılmalıdır. Yaşlı xəstələrin 

hamısına hipertenziyanın müalicəsi aparılmalıdır, 

dislipidemiyanın müalicəsi və aspirin terapiyasından sonra həyat 

davamiyyəti ən azı ilkin və ya ikincili profilaktikadan sonra əldə 

edilən vaxt intervalına bərabərdir. (D) 

 

Yaşlı  xəstələrdə diabetik fəsadların skrininqinə  fərdi yanaşma 



olmalıdır, lakin funksional çatışmazlıqla nəticələnə biləcək 

fəsadlara ilk növbədə diqqət yönəldilməlidir. (D) 



 

 

                                                 

 Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət 



qeydiyyatından keçməmiş dərman vasitəsi. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 29

ŞD2-nin PROFİLAKTİKASI 

ŞD2-nin başlanmasını ləngidən tədbirlər

 



Qlükoza tolerantlığının pozulması (QTP) (A)  və ya acqarına 

qlikemiyanın pozulması (AQP) (D) müşahidə olunan xəstələrdə 

diabetin başlanmasını  ləngitmək məqsədilə ilkin müalicə kimi 

çəkini azaltmaq üçün sağlam qidalanmaya və fiziki aktiv həyat 

tərzinə keçmək qətiyyətlə tövsiyə olunur. Əgər müəyyən vaxt 

ərzində yalnız həyat tərzinin dəyişdirilməsi ilə effekt əldə 

edilmirsə, metforminin tətbiq edilməsi məsləhət görülür. (A) 

 



Prediabeti olan xəstələrə ildə bir dəfə prosesin diabetə 

keçməsinin monitorinqi aparılmalıdır. (D) 

 

Həyat tərzinin dəyişdirilməsi + metformin: çox böyük risk 



səviyyəsi (QTP, AQP + başqa risk faktorlarının olması), 

piylənmə  və yaşı 60-dan yuxarı olanlara bu sxem üzrə müalicə 

aparılır. (D) 

 



İlkin olaraq həyat tərzinin dəyişdirilməsi (C):  

 

Diyetoloqa müraciət edilməsi, çəkini aşağı salmaq məqsədilə 



enerji istifadəsinin azaldılması  və qida strategiyasına dair 

aşağıdakı məqsədləri güdən dietik proqramın tərtib edilməsi:  

-

 

Çəkinin azaldılması: ümumi çəkinin 5%-dən 7%-ə 



qədəri (A)  

-

 



Qidalanma: yağların miqdarı ümumi sərf olunan 

enerjinin 30%-inə, doymuş yağların miqdarı isə 

ümumi sərf olunan enerjinin 10%-inə kimi azaldılmalı 

və bitki mənşəli qidaların miqdarı hər 1000 kkal-a 15 

qr. hesabı ilə və ya daha çox artırılmalıldır. (A) 

 

Müntəzəm fiziki aktivlik tövsiyə olunur (təxminən həftədə 



150 dəq.) (A)  

 



Daimi ardıcıl müşahidə uğurlu nəticənin qarantıdır (B) 

 



Prediabeti olan şəxslərə kardiovaskulyar xəstəlikləri törədən 

tütünçəkmə, hipertenziya və dislipidemiya kimi amillər barədə 

məlumat vermək lazımdır. (A)  

 



Hipertenziyanın və dislipidemiyanın aktiv müalicəsi həyat 

tərzinin dəyişdirilməsi və farmakoloji terapiya ilə bağlıdır. (A) 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


ƏLAVƏ №1 

2-ci TİP ŞƏKƏRLİ DİABET TƏHLÜKƏSİNİN 

QİYMƏTLƏNDİRİLMƏ FORMASI 

Sağda verilən variantlardan birini dairəyə alın və xalları toplayın. 



1. Yaş 

0 xal  


45 yaşdan aşağı 

2 xal 


45-54 yaş 

3 xal 


55-64 yaş 

4 xal 


64 yaşdan yuxarı 

2. Bədən kütləsi indeksi 

0 xal 


25 kq/m

2

-dən aşağı



 

1 xal  


25-30 kq/m

2

3 xal 



30 kq/m

-dan artıq 



3. Qabırğaaltı nahiyədə ölçülən bel çevrəsi (adətən göbək 

nahiyəsində) 

KİŞİ QADIN 

0 xal    

94 sm-dən az 

2 xal    

94-102 sm 

3 xal    

102 sm-dən  artıq 

 80 


sm-dən az 

 80-88 


sm 

 88 


sm-dən artıq 

 

4. Siz işdə və / və ya istirahət vaxtı gündə 30 dəq. fiziki hərəkətlər 



(normal gündəlik aktivlik daxil olmaqla) edirsinizmi? 

0 xal           Yox 

2 xal            Hə 

 

 30



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 31

5. Qidalanma zamanı meyvə, tərəvəz və giləmeyvə  qəbul 

edirsinizmi? 

0 xal 


Hər gün 

1 xal 


Hər gün yox 

6. Siz nə vaxtsa müntəzəm antihipertenziv müalicə almısınız?  

0 xal 


Yox 

2 xal 


Hə 

7. Sizdə nə vaxtsa qanda qlükozanın yüksəlməsi aşkar edilibmi? 

0 xal 


Yox 

5 xal 


Hə 

8. Ailə üzvləriniz və ya başqa qohumlar arasında şəkər xəstəliyi 

(1-ci və ya 2-ci tip) diaqnozu qoyulan şəxs varmı? 

0 xal 


Yox 

3 xal 


Hə: baba, nənə, xala, bibi, dayı, əmi və ya onların uşaqları  

 (öz valideynləriniz, bacı, qardaş və ya uşağınız istisna 

 olmaqla) 

5 xal 


Hə: valideynlər, bacı və qardaşlar və ya uşağınız. 

Total risk xalları 

10 il ərzində 2-ci tip şəkərli diabetin inkişaf etmə riski 

bərabərdir: 

7-dən az 

Aşağı: 100 haldan birində xəstəlik inkişaf edə bilər 

7-11 Cüzi 

yüksəlmə: 25 haldan birində xəstəlik inkişaf edə 

bilər 


12-14 

Orta: 6 haldan birində xəstəlik inkişaf edə bilər 

15-20 Yüksək: 3 haldan birində xəstəlik inkişaf edə bilər 

20-dən çox  Çox yüksək: 2 haldan birində xəstəlik inkişaf edə bilər 



 

 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


ƏLAVƏ №2 

ŞD2 xəstələrinin müalicə alqoritmi* 

 

Həyat tərzinin dəyişdirilməsi + metformin

Şəkərli diabet diaqnozunun qoyulması

 

 



HbA1c 

≥ 7%


Yox

 



 

 

 



 

Sulfanil-sidikcövhəri 

preparatı əlavə etmək 

– ən ucuz 

Bazal insulin 

əlavə etmək –  

ən effektiv 

Qlitazon əlavə 

etmək – 

qlikemiya yoxdur

 

 

 



 

HbA1c 


≥ 7% 

Hə 


Yox 

HbA1c 


≥ 7%

Hə 


Yox

HbA1c 


≥ 7% 

Hə 


Yox

 

 



 

 

 



 

 

İntensiv insulinlə müalicə + 



metformin ± qlitazon

HbA1c 


≥ 7% 

Hə 


Yox 

HbA1c 


≥ 7% 

Hə 


Yox

Bazal insulin və ya intensiv 

insulinlə müalicə əlavə etmək 

İntensiv 

insulinlə 

müalicə


Qlitazon 

əlavə 


etmək 

Bazal 


insulin əlavə 

etmək 


Sulfanil-sidikcövhəri 

preparatı əlavə etmək 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 32

*Alqoritm Amerika Diabet Assosiasiyası (ADA) və Diabetin Öyrənilməsi üzrə Avropa 

Assosiasiyası (EASD) tərəfindən ŞD2 xəstələrinin müalicəsi üçün qəbul edilmişdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 33

ƏLAVƏ №3 

ŞD2 xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri 

№ Preparatın adı Dozası 

Xəbərdarlıq 

Biquanidlər – əsas effekt: qara ciyərdə qlükoneogenezi dəf edir 

Metformin (Siofor, 



Qlükofaj) 

500-3000 mq/gündə 

Böyrək 

çatışmazlığı zamanı 



istifadəsi əks-

göstərişdir. Ən çox 

əlavə təsirlər mədə-

bağırsaq traktı 

tərəfindən olur. 

Sulfonil-sidikcövhəri preparatları – əsas effekt: mədəaltı vəzin β-

hüceyrələrindən insulin sekresiyasını stimulə edir 

Qlibenklamid 



(Manninil, 

Euqlikon) 

5-20 mq/gündə 

3  Qliklazid (Diabeton)

80-320 mq/gündə 

Qliklazid MR 



(Diabeton MR) 

30-120 mq/gündə 

5  Qlipizid (Qlibenez)

5-20 mq/gündə 

Qlimepirid (Amaril, 



Mepril) 

1-8 mq/gündə 

Qlikvidon 



(Qlürenorm) 

30-120 mq/gündə 

Qara ciyər və 

böyrək çatışmazlığı 

zamanı istifadəsi 

əks-göstərişdir 



Qeyri-sulfonil-sidikcövhəri preparatları – əsas effekt: mədəaltı 

vəzin β-hüceyrələrindən insulin sekresiyasını stimulə edir 

Repaqlinid 



(Novonorm) 

0,5-16 mq/gündə 

Nateqlinid



 

(Starliks) 



120-480 mq/gündə 

Qara ciyər və 

böyrək çatışmazlığı 

zamanı istifadəsi 

əks-göstərişdir 

Tiazolidindionlar – əsas effekt: əzələlərdə və piy toxumasında 

insulin rezistentliyini azladır 

10 


Roziqlitazon 

(Avandia) 

2-8 mq/gündə 

Qara ciyər və ürək-

damar çatışmazlığı 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 34

11 Pioqlitazon (Aktos)

15-45 mq/gündə 

zamanı istifadəsi 

əks-göstərişdir 

α-qlükozidazanın inhibitoru – əsas effekt: bağırsaq traktından 

qlükozanın sorulmasını ləngidir 

12 


Akarboza

 



(Qlükobay) 

150-300 mq/gündə 

Preparat qaz və 

qarnın köpməsini 

əmələ gətirir, bəzən 

diarreya ola bilər 



İnsulin preparatları 

İnsulinlərin 

təsir 

müddəti 

Preparatlar 

Təsirin 

başlanma 

müddəti 

(- saat 

sonra) 

Təsirin 

pik 

vaxtı 

(- saat 

sonra) 

Təsirin 

davametmə 

müddəti 

(- saat) 

Ultraqısa 

təsirli (insan 

insulininin 

analoqu) 

Novorapid 

(Aspart) 

Humaloq 


(Lizpro) 

0,25 0,5-2  3-4 

Qısa təsir 

müddətli 

Aktrapid HM

Humulin R 

İnsuman 

Rapid 


0,5 1-3  6-8 

Uzun təsir 

müddətli 

İnsulatard 

Humulin H 

İnsuman 


bazal 

1,5 


4-6 



4-8 

3-4 


12-14 

18-20 


18-20 

Uzun təsir 

müddətli 

(insan 


insulininin 

analoqu) 

Lantus 

Levemir 


2-4 8-12 24-36 

 

 



                                                 

 Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət 



qeydiyyatından keçməmiş dərman vasitəsi. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 35

Ədəbiyyat: 

1.

 



Boule N.G., Haddad E., Kenny G.P et al. Effects of exercise on 

glycemic control and body mass in type 2 diabetes mellitus. A 

meta analysis of controlled clinical trial / N.G. Boule, E. Haddad, 

G.P. Kenny // Jama.-2001.-Vol 286.-P.121-827. 

2.

 



Definition, diagnosis and classification of diabetes mellitus and 

its complications : Report of WHO Consultation.-1999.-59p. 

3.

 

Franz M.J., Bantle J.P., Bebe C.A. et al. Evidence-based 



nutrition principles and recommendations for the treatment and 

prevention of diabetes and related complications / M.J. Franz, 



J.P. Bantle, C.A. Bebe // Diabetes care.-2002.-Vol25.-P.48-98. 

4.

 



Guidelines for Diabetes care. A desktop guide to type 2 diabetes 

mellitus // European Diabetes Policy Group.-1998-1999. 

5.

 

Management of Diabetes. A national clinical guideline 55, 



November 2001, Scottish Intercollegiate Guidelines Network. – 

access mode : www.sign.ac.uk 

6.

 

Management of hyperglycemia in type 2 diabetes; a consensus 



algorithm for the adjustment of therapy // Diabetes Care.-2006.-

Vol 29.-P.1963-72. 

7.

 

Nathan D.M., Buse J.B., Davidson M.B. et al. Management of 



hyperglycemia in type 2 diabetes:a consensus algorithm for the 

initiation adjustment of therapy: a consensus statement form the 

American diabetes association / D.M. Nathan, J.B. Buse, M.B. 

Davidson // Diabetes Care. 2007. - Vol.29.-P.1963. 

8.

 



Standards of Medical Care in Diabetes 2008. American Diabetes 

Association // Diabetes Care.-2008-Vol.31. Supplement 1, 

January 2008 

9.

 



The Diabetes Prevention Program Research Group. Impact of 

intensive lifestyle and metformin therapy on cardiovascular 

disease risk factors in the Diabetes Prevention Program // 

Diabetes Care.-2002.-Vol28.-P.888-894. 

10.

 

UKPDS Group. Effect of intensive blood-glucose control with 



metformin on complications overweight patients with type 2 

diabetes (UKPDI 34) // Lancet.-1998.-Vol352.-P.854-865. 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 36

 

11.



 

UKPDS Group intensive blood-glucose control with 

sulphonylureas or insulin compared with conventional treatment 

and risk complications in patients with type 2 diabetes 

(UKPDI33) / /Lancet.-1998.-Vol 352.-P.837-853. 

12.


 

Алгоритмы  специализированной  медицинской  помощи 

больным  сахарным  диабетом:  Методические  рекомендации 

/Под ред. И.И. Дедова, М.В. Шестакова.-2е изд. - М, 2006. -

103с. 

13.


 

Дедов 

И.И., 

Мельниченко 

Г.А. 

Эндокринология. 

Национальное  руководство.-  М.:  ГЭОТАР-Медиа, 2008. -

1064с. 


14.

 

Дедов  И.И.,  Суркава  Е.В.,  Майоров  А.Ю.  Терапевтическое 

обучение  больных  сахарным  диабетом. - Реафарм, 2004. -

193с.  


15.

 

Дедов И.И., Шестакова М.В. Сахарный диабет: Руководство 

для врачей.- Москва: Универсум Паблишинг, 2003.- 455с. 

16.


 

Общее руководство по лечению сахарного диабета 2-го типа. 

Международная  диабетическая  федерация, 2005г.  ООО 

"Компания Боргес". - М, 2007. -80 с. 

17.

 

Терапевтическое 



обучение 

больных: 

Программы 

непрерывного  обучения  для  работников  здравоохранения  в 

области  профилактики  хронических  заболеваний.  Отчет 

рабочей группы ВОЗ. - М, 1996-98. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

Document Outline

  • Diabetes.doc
  • 24 Diabetes A5.doc


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə