Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə9/45
tarix23.12.2016
ölçüsü1,29 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

II. Vəzifə öhdəlikləri

6. 


Həkim-   infeksionist   tibbi   praktikada   tətbiqinə   icazə   verilmiş   müasir 

profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz 

ixtisası üzrə peşəkar səviyyədə  tibbi yardım göstərir.

7. 


Müvafiq     qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin   aparılması 

taktikasınını   (anamnezin     toplanması,   klinik-laborator   tədqiqatların,   müayinə   və 

müalicənin aparılması) və diaqnozunu müəyyən edir.

77


8.  

Mövcüd   qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin 

edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və 

tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır.

9.  

Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı 



olaraq   müalicə   planına   dəyişiklik   edir   və   əlavə   müayinə   metodlarının   zəruriliyini 

müəyyən edir.

10. 

Müalicə-profilaktika   müəssisəsinin   başqa   bölmələrinin   həkimlərinə   öz 



ixtisası  üzrə məsləhət yardımı göstərir.

11. 


Ona   tabe   orta   və   kiçik   tibb   heyətinin   işinə   rəhbərlik   edir,   öz   vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir. 

12. 

Diaqnostik   və   müalicə   prosedurlarının   aparılmasının,   alət,   aparat   və 



avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 

tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət 

edilməsinə nəzarət edir.

13. 


Orta   və   kiçik   tibb   heyətinin   ixtisasının   artırılması   üzrə   məşğələlərin 

aparılmasında iştirak edir.

14.

Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.



15. 

Tibbi   və   digər   sənədlərin   müəyyən   edilmiş   qaydalara   uyğun   olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.

16. 


Sanitar-maarifləndirmə işini aparır.  Etik davranış qaydalarına riayət edir. 

17. 


Əmək   qabiliyyətinin   müvəqqəti   itirilməsinin   ekspertizasının 

aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır.

18. 

Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə 



və vaxtında icra edir.

19. 


Qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

20. 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.



21. 

Daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına,   sanitariya-epidemioloji   rejimə   riayət   edir.   Tibb   müəssisəsinin 

fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına 

qarşı   və   sanitariya   qaydalarının   pozulmasının   aradan   qaldırılması   üzrə,   rəhbərliyin 

vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.



III.

Hüquqlar

22. 


Həkim-infeksionist aşağıdakı hüquqları vardır:

22.1.  zərurət   olduqda   öz   vəzifə   öhdəliklərinin   icrası   üçün   müəyyən   edilmiş 

qaydada başqa ixtisaslı həkimləri cəlb etmək;

22.2.  tibb   müəssisəsinininzibati-təsərrüfat   işinin,     özünün  əmək   fəaliyyətinin 

təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək

22.3.  səlahiyyətləri   çərçivəsində   orta   və   kiçik   tibb   heyətinin   işinə   nəzarət 

etmək,   sərəncamlar   vermək,   onların   həvəsləndirilməsi   və   tənbeh   edilməsi     üzrə 

rəhbərliyə təkliflər vermək;

22.4.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək

78


22.5.  onun   işi   ilə   bağlı   məsələlərin   müzakirə   olunduğu   elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək;

22.6.  müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.

23. 


Həkim-infeksionist   Azərbaycan   Respublikasının   Əmək   Məcəlləsinə 

uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. 



IV.  Məsuliyyət

24. 


Həkim-infeksionist aşağıdakılara görə məsuliyyət daşıyır:

24.1.  ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

24.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların tələblərinin vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;

24.3.  daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına riayət edilməsinə;

24.4.  qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;

24.5.  öz   fəaliyyəti   üzrə   statistik   və   digər   informasiyanın   müəyyən   olunmuş 

qaydada təqdim edilməsinə;

24.6.  ona   tabe   işçilərin   nizam-intizam   qaydalarına   və   vəzifə   öhdəliklərinin 

yerinə yetirilməsinə;

24.7.  tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə və müştərilərə təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə;

25.


Həkim-infeksionist əmək intizamının, qanunvericilik və normativ-hüquqi 

aktların   pozulmasına   görə   qüvvədə   olan   qanunvericiliyə   əsasən,   təqsirin   ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 

edilə bilər.   



Həkim-immunoloqun  nümunəvi vəzifə

T Ə L İ M A T I

I.  Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   həkim-immunoloqun   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 

Həkim-immunoloq vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir. 



Elmi-tədqiqat   institutlarının   klinikalarında,   respublika   mərkəzlərində 

(xəstəxanalarda),   klinik   xəstəxanalarda   ali   tibb   təhsili   olan   və   qanunvericiliklə 

müəyyən   edilmiş   qaydada   “immunologiya”     ixtisası   üzrə   peşə   hazırlığı     keçmiş, 

ixtisası üzrə ən azı 2 il əmək stajına malik  şəxs təyin edilir. 

79


3. 

Həkim-immunoloq   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin   və 

vəzifədən azad edilir.

4. 

Həkim-immunoloq bilavasitə şöbə müdirinə, onun olmadığı halda isə tibb 



müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.

5. 


Həkim-immunoloq aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını,   Azərbaycan 

Respublikasının   səhiyyə   haqqında   qanunvericiliyinin   əsaslarını;   səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.2.  xəstəxana   və   ambulator-poliklinik   müəssisələrində,   təcili   və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını;

5.3.  öz   ixtisası   üzrə   profilaktika,   diaqnostika,   müalicə   və   reabilitasiyanın 

müasir metodlarını;

5.4.  immunologiya  xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə 

bağlı məsələləri;

5.5.  öz   ixtisası   üzrə   qüvvədə   olan   normativ   hüquqi   və   təlimat-metodik 

sənədləri;

5.6.  tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;

5.7.  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını;

5.8.  dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını;

5.9.  tibbi   sığorta   şəraitində   səhiyyə   müəssisəsinin   və   tibb   işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; 

5.10.  həkimlərin   etik   davranış   qaydalarının,   tibbi   etika   və   deontologiyanın 

əsaslarını; 

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; 

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; 

5.13.  sanitar-maarifləndirmənin əsaslarını; 

5.14.   daxili   əmək   intizamı   qaydalarını;   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.  

II. Vəzifə öhdəlikləri

6. 


Həkim-   immunoloq   tibbi   praktikada   tətbiqinə   icazə   verilmiş   müasir 

profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz 

ixtisası üzrə peşəkar səviyyədə  tibbi yardım göstərir.

7. 


Müəyyən   edilmiş   qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin 

aparılması   taktikasınını   (anamnezin     toplanması,   klinik-laborator   tədqiqatların, 

müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir.

8.  


Mövcud edilmiş qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni 

təyin   edir   və   nəzarət   edir,   zəruri   diaqnostik,   müalicə,   reabilitasiya   və   profilaktik 

prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır.

80


9. 

Müalicə-profilaktika   müəssisəsinin   başqa   bölmələrinin   həkimlərinə 

məsləhət yardımı göstərir.

10. 


Ona   tabe   orta   və   kiçik   tibb   heyətinin   işinə   rəhbərlik   edir,   öz   vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.

11.

Diaqnostik   və   müalicə   prosedurlarının   aparılmasının,   alət,   aparat   və 



avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 

tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət 

edilməsinə nəzarət edir.

12. 


Orta   və   kiçik   tibb   heyətinin   ixtisasının   artırılması   üzrə   məşğələlərin 

aparılmasında iştirak edir.

13.   Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.

14.


Tibbi   və   digər   sənədlərin   müəyyən   edilmişqaydalara   uyğun   olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.

15. 

Sanitar-maarifləndirmə   işini   aparır.   Həkim   etikasının   qayda   və 



prinsiplərinə riayət edir.

16. 


Müəssisə   rəhbərliyinin   əmr,   sərəncam   və   tapşırıqlarını,   eləcə   də   öz 

peşəkar fəaliyyəti üzrə normativ hüquqi aktları peşəkar səviyyədə və vaxtında icra 

edir.

17. 


Qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

18. 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.



19. 

Daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir.

20. 


Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər görür.



III.

Hüquqlar

21. 


Həkim-immunoloqun aşağıdakı hüquqları vardır:

21.1.  klinik  müşahidə  və  müayinə,  anamnez  toplanması  və  klinik-laborator 

tədqiqatların     məlumatlarına   əsasən   immunopatoloji   diaqnoz   qoymaq,   immunoloji 

pozuntuların korreksiya və profilaktika metodlarını müəyyən etmək;

21.2.  Müvafiq     qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin   aparılması 

taktikasını müəyyən etmək;

21.3.  pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator

diaqnostika metodlarını təyin etmək;

21.4.  diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə

diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;

21.5.1.

zərurət   olduqda   xəstələrin   məsləhəti,   müayinəsi   və   müalicəsi  üçün 



müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etmək;

21.6.  müalicə-diaqnostika   prosesinin   təkmilləşdirilməsi,   özünün   əmək 

fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;

81


21.7.  öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət 

etmək,   sərəncamlar   vermək   və   onların   həvəsləndirilmə   və   tənbeh   edilmə   üzrə 

rəhbərliyə təkliflər vermək;

21.8.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək;

21.9.  onun   işi   ilə   bağlı   məsələlərin   müzakirə   olunduğu   elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək;

21.10.müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.

22.

Həkim-immunoloq   Azərbaycan   Respublikasının   Əmək   Məcəlləsinə 



uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.

IV.

Məsuliyyət

23. 


Həkim-immunoloq aşağıdakılara görə məsuliyyət daşıyır:

23.1.  ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

23.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;

23.3.  daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına riayət edilməsinə;

23.4.  qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;

23.5.  öz   fəaliyyəti   üzrə   statistik   və   digər   informasiyanın   müəyyən   olunmuş 

qaydada təqdim edilməsinə;

23.6.  ona   tabe   işçilərin   nizam-intizam   qaydalarına   və   vəzifə   öhdəliklərinin 

yerinə yetirilməsinə;

23.7.  tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə   təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə;

24. 


Həkim-immunoloq əmək intizamının, qanunvericilik və normativ-hüquqi 

aktların   pozulmasına   görə   qüvvədə   olan   qanunvericiliyə   əsasən,   təqsirin   ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 

edilə bilər.   

82


Həkim- kardioloqun nümunəvi vəzifə

TƏLİMATI

I.

Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   həkim-kardioloqun   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 

Həkim-kardioloq   vəzifəsinə   ali   tibb   təhsili   olan,   qanunvericiliklə 



müəyyən edilmiş qaydada müvafiq   ixtisas üzrə peşə hazırlığı   keçmiş   şəxs təyin 

edilir. 


Elmi-tədqiqat   institutlarının   klinikalarında,   respublika   mərkəzlərində 

(xəstəxanalarında),   klinik   xəstəxanalarda   ali   tibb   təhsili   olan   və   qanunvericiliklə 

müəyyən edilmiş qaydada “kardiologiya” ixtisası üzrə peşə hazırlığı  keçmiş, ixtisası 

üzrə ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir. 

83


3. 

Həkim-kardioloq   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin   və 

vəzifədən azad edilir.

4. 

Həkim-kardioloq bilavasitə şöbə müdirinə, onun olmadığı halda isə tibb 



müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.

5. 


Həkim-kardioloq aşağıdakıları bilməlidir: 

5.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını,   Azərbaycan 

Respublikasının   səhiyyə   haqqında   qanunvericiliyinin   əsaslarını;   səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.2.  xəstəxana   və   ambulator-poliklinik   müəssisələrində,   təcili   və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını;

5.3.  öz   ixtisası   üzrə   profilaktika,   diaqnostika,   müalicə   və   reabilitasiyanın 

müasir metodlarını;

5.4.  kardiologiya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə 

bağlı məsələləri;

5.5.  öz   ixtisası   üzrə   qüvvədə   olan   normativ   hüquqi   və   təlimat-metodik 

sənədləri;

5.6.  tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;

5.7.  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını;

5.8.  dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını;

5.9.  tibbi   sığorta   şəraitində   səhiyyə   müəssisəsinin   və   tibb   işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; 

5.10.  həkimlərin   etik   davranış   qaydalarının,   tibbi   etika   və   deontologiyanın 

əsaslarını; 

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; 

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; 

5.13.  sanitar-maarifləndirmənin əsaslarını; 

5.14.  daxili   əmək   intizamı   qaydalarını;   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.  

II.

Vəzifə öhdəlikləri

6. 


Həkim-   kardioloq   tibbi   praktikada   tətbiqinə   icazə   verilmiş   müasir 

profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz 

ixtisası üzrə peşəkar səviyyədə  tibbi yardım göstərir.

7. 


Müvafiq     qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin   aparılması 

taktikasınını   (anamnezin     toplanması,   klinik-laborator   tədqiqatların,   müayinə   və 

müalicənin aparılması) və diaqnozunu müəyyən edir.

8.  


Mövcüd   qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin 

edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və 

tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır.

84


9.  

Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı 

olaraq   müalicə   planına   dəyişiklik   edir   və   əlavə   müayinə   metodlarının   zəruriliyini 

müəyyən edir.

10. 

Müalicə-profilaktika   müəssisəsinin   başqa   bölmələrinin   həkimlərinə   öz 



ixtisası  üzrə məsləhət yardımı göstərir.

11. 


Ona   tabe   orta   və   kiçik   tibb   heyətinin   işinə   rəhbərlik   edir,   öz   vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir. 

12. 

Diaqnostik   və   müalicə   prosedurlarının   aparılmasının,   alət,   aparat   və 



avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 

tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət 

edilməsinə nəzarət edir.

13. 


Orta   və   kiçik   tibb   heyətinin   ixtisasının   artırılması   üzrə   məşğələlərin 

aparılmasında iştirak edir.

14. 

Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.



15. 

Tibbi   və   digər   sənədlərin   müəyyən   edilmiş   qaydalara   uyğun   olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.

16. 


Sanitar-maarifləndirmə işini aparır.  Etik davranış qaydalarına riayət edir. 

17. 


Əmək   qabiliyyətinin   müvəqqəti   itirilməsinin   ekspertizasının 

aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır.

18. 

Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə 



və vaxtında icra edir.

19. 


Qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

20. 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.



21. 

Daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına,   sanitariya-epidemioloji   rejimə   riayət   edir.   Tibb   müəssisəsinin 

fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına 

qarşı   və   sanitariya   qaydalarının   pozulmasının   aradan   qaldırılması   üzrə,   rəhbərliyin 

vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.



III.

Hüquqlar

22. 


Həkim-kardioloqun aşağıdakı hüquqları vardır:

22.1.  klinik  müşahidə  və  müayinə,  anamnez  toplanması  və  klinik-laborator 

tədqiqatların   məlumatlarına   əsasən   ixtisası   üzrə   müstəqil   surətdə   diaqnoz 

müəyyənləşdirmək;  

22.2.     Müvafiq     qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin   aparılması 

taktikasını müəyyən etmək; 

22.3.  pasiyentin   kompleks   müayinəsi   üçün   zəruri   funksional   və   laborator 

diaqnostika metodlarını təyin etmək; 

22.4.  diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə 

diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq; 

22.5.  zərurət   olduqda   xəstələrin   məsləhəti,   müayinəsi   və   müalicəsi   üçün 

müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etmək;

85


22.6.  müalicə-diaqnostika   prosesinin   təkmilləşdirilməsi,     özünün   əmək 

fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək; 

22.7.  öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət 

etmək,  sərəncamlar  vermək  və rəhbərliyə həvəsləndirilmək  və tənbeh etmək    üzrə 

təkliflər vermək;

22.8.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək; 

22.9.  onun   işi   ilə   bağlı   məsələlərin   müzakirə   olunduğu   elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək;

22.10.müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.

23. 

Həkim-kardioloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun 



olaraq bütün əmək hüquqlarından istifadə edir.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə