Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə45/45
tarix23.12.2016
ölçüsü1,29 Mb.
1   ...   37   38   39   40   41   42   43   44   45

Paltar yuyanın nümunəvi vəzifə

TƏLİMATI

I.

Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   paltar   yuyanın   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 

Paltar yuyan vəzifəsinə , iş stajına tələb qoyulmadan, orta ümumi təhsili 



olan şəxstəyin edilir.

3. 


Paltar yuyan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə 

əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin  və vəzifədən azad edilir.

4. 

Paltar   yuyan   bilavasitə   öz   struktur   bölməsinin   rəhbəri   olmaqla, 



müəssisənin rəhbərinə və ya onun müavininə tabe olur.

5. 


Paltar yuyan aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan Respublikasının Konstitusiyasını;

5.2.  müxtəlif materiallardan olan xüsusi geyimlərin emalı texnologiyasını;

5.3.  işlədilən avadanlığın quruluşu və istismarı qaydasını;

5.4.  istifadə   olunan   yuyucu   və   ağardıcı   vasitələrin   növlərini   və 

xüsusiyyətlərini, onların tətbiqi üsullarını və hazırlanmasını;

5.5.  müəyyən edilmiş sənədləşdirmənin aparılması qaydasını;

5.6.  daxili   əmək   intizamı   qaydalarını;   əməyin  mühafizəsinin   norma   və 

436


qaydalarını bilməlidir.

II.

Vəzifə öhdəlikləri

6. 


Paltar yuyan xüsusi geyimlərin və istehsalat təyinatlı əl-üz dəsmallarının, 

pəncərə   pərdələrinin,   ağların   və   s.   əl   ilə   və   maşında   yuyulmasını,   quruducu 

kameralarda və ya   təbii şəraitdə qurudulmasını, kalandr, yaxud əl ilə ütülənməsini 

həyata keçirir.

7.  

Əl   ilə   və   tikiş   maşınında   xüsusi   geyimlərin   və   ağların   kiçik   təmirini 



aparır.

8.  


Yuyucu, kraxmallayıcı və lilləyici məhlulları hazırlayır. 

9. 


Xüsusi   geyimlərin   və   digər   əşyaların   qəbulu,   ayrılması   və   verilməsini 

həyata keçirir. 

10. 

Müəyyən edilmiş sənədləşdirməni aparır.



III.

Hüquqlar

11. 


Paltar yuyanın aşağıdakı hüquqları vardır:

11.1.  öz əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək;

11.2.  öz   vəzifə   öhdəliklərinin   icrası   üçün   zəruri   olan   informasiya 

materiallarından və normativ-hüquqi sənədlərdən istifadə etmək; 

11.3.  öz ixtisasını artırmaq hüquqlarına malikdir. 

12. 


Paltar   yuyan   Azərbaycan   Respublikasının   Əmək   Məcəlləsinə   uyğun 

olaraq bütün əmək hüquqlarından istifadə edir.



IV.

Məsuliyyət

13. 


Paltar yuyanın aşağıdakılara görə  məsuliyyət daşıyır:

13.1.  ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

13.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların tələblərinin vaxtında və müvafiq  qaydada yerinə yetirilməsinə;

13.3.  daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına riayət edilməsinə;

13.4.  mövcud   normativ-hüquqi   aktlarla   nəzərdə   tutulmuş   sənədləşdirmənin 

aparılmasına;

13.5.  müəssisənin   fəaliyyətinə,   işçilərinə   və   digər   şəxslərə   təhlükə   yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə;

14. 


Paltar   yuyan   əmək   intizamının,   qanunvericilik   və   normativ-hüquqi 

aktların   pozulmasına   görə   qüvvədə   olan   qanunvericiliyə   əsasən,   təqsirin   ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 

edilə bilər.   

437


Sürücünün nümunəvi vəzifə

TƏLİMATI

I.

Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı     sürücünün   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 

Sürücü   vəzifəsinə   orta   ümumi   təhsili   və   müvafiq   kateqoriya   üzrə 



avtomobil idarə etmək hüququ üçün vəsiqəsi olan şəxs təyin edilir.

3. 


Sürücü   Azərbaycan   Respublikasının   qüvvədə   olan   qanunvericiliyinə 

əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin  və vəzifədən azad edilir.

4. 

Sürücü   bilavasitə   öz   struktur   bölməsinin   rəhbəri   olmaqla,   müəssisənin 



rəhbərinə və ya onun müavininə tabe olur.

5. 


Sürücü aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan Respublikasının Konstitusiyasını;

5.2.  xidmət   edilən   avtomobillərin   təyinatını,   quruluşunu,   iş   prinsipini   və 

aqreqat, mexanizm və cihazlarının işini; 

5.3.  yol hərəkəti və avtomobillərin texniki istismarı qaydalarını;

5.4.   avtomobilin istismarı prosesində baş vermiş nasazlıqların aşkarlanması və 

aradan qaldırılması üsullarını;

5.5.  texniki   xidmət   göstərilməsini,   avtomobillərin   qarajlarda   və   açıq 

dayanacaqlarda saxlanılması qaydalarını;

438


5.6.  akkumulyator   batareyalarının   və   avtomobil   şinlərinin   istismarı 

qaydalarını;

5.7.   yeni və təmirdən sonra avtomobillərin sürülüb yoxlanılması qaydalarını;

5.8.   tez xarab olan və təhlükəli yüklərin daşınması qaydalarını;

5.9.   avtomobilin sürülməsinin təhlükəsizliyinə təsir edən hava şəraitlərini;

5.10.  yol-nəqliyyat hadisələrinin qarşısının alınması üsullarını; 

5.11.  yol-nəqliyyat   hadisələri   zamanı   sərnişinlərin   təcili   evakuasiya 

qaydalarını; xidmət edilən avtomobilin işinin uçotu üzrə ilkin sənədlərin doldurulması 

qaydasını  bilməlidir.

II.

Vəzifə öhdəlikləri

6. 


Sürücü avtomobili idarə edir.

7. 


Özüboşaldanın   qaldırıcı   mexanizmini,   avtokranın   kran   qurğusunu, 

avtoçənin   nasos   qurğusunu,   refrijeratorun   soyuducu   qurğusunu,   süpürücü-yığıcı 

mexanizmləri və xüsusi avtomobillərin digər avadanlıqlarını idarə edir.

8. 


Avtomobilləri   yanacaqla,   yağlama   materialları   və   soyuducu   mayelərlə 

doldurur.

9. 

Xəttə çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətini yoxlayır və onu 



qəbul edir, qayıtdıqdan sonra təhvil verir və ayrılmış yerdə saxlayır.

10. 


Avtomobili   yüklənməsi   və   yükün   boşaldılması   üçün   hazırlayır, 

yüklənməyə, banda yükün yerləşdirilməsi və bərkidilməsinə nəzarət edir.

11.   İş zamanı xətdə baş vermiş və mexanizmlərin sökülməsini tələb etməyən 

kiçik nasazlıqları aradan qaldırır.

12. 

Yol sənədlərini rəsmiləşdirir.



III.

Hüquqlar

13. 


Sürücünün aşağıdakı hüquqları vardır:

13.1.  öz əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək;

13.2.  öz   vəzifə   öhdəliklərinin   icrası   üçün   zəruri   olan   informasiya 

materiallarından və normativ-hüquqi sənədlərdən istifadə etmək; 

13.3.  öz ixtisasını artırmaq hüquqlarına malikdir. 

14. 


Sürücü   Azərbaycan   Respublikasının   Əmək   Məcəlləsinə   uyğun   olaraq 

bütün əmək hüquqlarından istifadə edir.



IV.

Məsuliyyət

15. 


Sürücü aşağıdakılara görə məsuliyyət daşıyır:

15.1.  ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

15.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların tələblərinin vaxtında və müvafiq  qaydada yerinə yetirilməsinə;

439


15.3.  daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına riayət edilməsinə;

15.4.  mövcud   normativ-hüquqi   aktlarla   nəzərdə   tutulmuş   sənədləşdirmənin 

aparılmasına;

15.5.  müəssisənin   fəaliyyətinə,   işçilərinə   və   digər   şəxslərə   təhlükə   yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə;

16. 

Sürücü   əmək   intizamının,   qanunvericilik   və   normativ-hüquqi   aktların 



pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən 

asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.   



Təchizat üzrə agentin nümunəvi vəzifə

TƏLİMATI

I.

Ümumi müddəalar

1. 


Bu vəzifə təlimatı təchizat üzrə agentin vəzifə öhdəliklərini, hüquq və 

məsuliyyətini müəyyən edir.

2. 

Təchizat üzrə agent vəzifəsinə, iş stajına tələb qoyulmadan, ümumi orta 



təhsili olan və xüsusi təlim keçmiş şəxstəyin edilir.

3. 


Təchizat   üzrə   agent   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə   uyğun   olaraq   müəssisə   rəhbərinin   əmri   ilə   vəzifəyə   təyin     və 

vəzifədən azad edilir.

4. 


Təchizat   üzrə   agent   bilavasitə   öz   struktur   bölməsinin   rəhbərinə,   onun 

olmadığı halda isə müəssisə rəhbərinə və ya onun müavininə tabe olur.

5. 

Təchizat üzrə agent aşağıdakıları bilməlidir:



5.1.  Azərbaycan Respublikasının Konstitusiyasını;

5.2. yuxarı təşkilatların aidiyyəti qərar, sərəncam və əmrlərini; 

5.3. maddi-təchizatın yükləmə-boşaltma işlərinin təşkilinin əsaslarını; 

5.4. konteyner və nəqliyyat vasitələrinin sifarişini;

5.5.  yüklərin  alınması   və   yola   salınması   üçün   lazımi   sənədlərin 

rəsmiləşdirilməsi qaydasını;

5.6. xammalın, material və digər mal-material qiymətlilərinin nomenklaturasını 

440


və sərfi normalarını;

5.7.  onların nəql edilməsi və mühafizəsi şərtlərini;

5.8.  daxili əmək intizamı qaydalarını; 

5.9. əməyin   təşkilinin  əsaslarını,   əməyin   mühafizəsi,  təhlükəsizlik   texnikası, 

istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir.

II.

Vəzifə öhdəlikləri

6. 


Təchizat   üzrə   agent  naryad,   sifariş   və   başqa  sənədlərlə   mal-maddi 

qiymətlilərini   (xammal,  material,   avadanlıq,   komplektləşdirmə   məmulatı,   inventar, 

dəftərxana ləvazimatı və s.) alır.

7. 


Alınan   və   yola   salınan   yüklərin   sənədlərini   rəsmiləşdirir,   onların 

daşınılması üçün konteyner və nəqliyyat sifariş verir. 

8. 

Plandan kənar material alınmasını təmin edir.



9.  

Mal-maddi   qiymətliləri   idarə,   müəssisə   və   təşkilatların   ünvanına 

göndərir, lazım olduqda yolda onları müşayiət edir və mühafizə olunmasını təmin edir.

10.  Yükləmə və boşaltma işlərində texniki təhlükəsizliyə  riayət olunmasına 

nəzarət edir.

III.

Hüquqlar

11. 


Təchizat üzrə agentin aşağıdakı hüquqları vardır:

11.1.  özünün   əmək   fəaliyyətinin   təşkili   və   şərtləri   üzrə   rəhbərliyə   təkliflər 

vermək;

11.2.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 



və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək; 

11.3. onun   işi   ilə   bağlı   məsələlərin   müzakirə   olunduğu   konfranslarda   və 

müşavirələrdə iştirak etmək;

11.4.  müvafiq ixtisas kateqoriyası almaq hüququ ilə müəyyən olunmuş qaydada 

attestasiyadan keçmək;

11.5.5 ildən   gec   olmamaqla   təkmilləşdirmə   kurslarında   öz   ixtisasını   artırmaq 

hüquqlarına malikdir. 

12. 


Təchizat   üzrə   agent   Azərbaycan   Respublikasının   Əmək   Məcəlləsinə 

uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.



IV.

Məsuliyyət

13. 


Təchizat üzrə agent aşağıdakılara məsuliyyət daşıyır:

13.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

13.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların tələblərinin vaxtında və müvafiq  qaydada yerinə yetirilməsinə;

441


13.3. daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına riayət edilməsinə;

13.4. qüvvədə   olan   normativ   hüquqi   sənədlərdə   nəzərdə   tutulmuş   xidməti 

sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;

13.5. öz   fəaliyyəti   üzrə   statistik   və   digər   informasiyanın   müəyyən   olunmuş 

qaydada təqdim edilməsinə;

13.6. müəssisənin   fəaliyyətinə,   işçilərinə   və   digər   şəxslərə   təhlükə   yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə;

14. 

Təchizat üzrə agent əmək intizamının, qanunvericilik və normativ-hüquqi 



aktların   pozulmasına   görə   qüvvədə   olan   qanunvericiliyə   əsasən,   təqsirin   ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 

edilə bilər.   

Təsərrüfat bacısının nümunəvi vəzifə

TƏLİMATI

I.

Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   təsərrüfat   bacısının   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 

Təsərrüfat  bacısı vəzifəsinə  , iş stajına tələb qoyulmadan,  orta ümumi 



təhsili və peşə fəaliyyəti istiqaməti üzrə əlavə hazırlığı olan şəxstəyin edilir.

3. 


Təsərrüfat   bacısı   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə   uyğun   olaraq   müəssisə   rəhbərinin   əmri   ilə   vəzifəyə   təyin     və 

vəzifədən azad edilir.

4. 


Təsərrüfat   bacısı   bilavasitə   öz   struktur   bölməsinin   rəhbəri   olmaqla, 

müəssisənin rəhbərinə və ya onun müavininə tabe olur.

5. 

Təsərrüfat bacısı aşağıdakıları bilməlidir:



5.1.  Azərbaycan Respublikasının Konstitusiyasını;

5.2.  tibb  təşkilatı  tərəfindən   istifadə  edilən  ağlar və  inventarların  yararlılıq 

müddətini;

5.3.  inventarların sanitar emalı metodlarını;

5.4.  inventarların istismarı və saxlanılması şəraitini; 

5.5.  uçot-hesabat sənədlərinin formalarını və onların doldurulması qaydasını;

5.6.  tibb təşkilatında sanitariya-gigiyena rejiminə riayət edilməsi qaydalarını;

442


5.7.  daxili   əmək   intizamı   qaydasını,  əməyin   mühafizəsi   və   yanğın 

təhlükəsizliyi üzrə qaydaları bilməlidir.



II.

Vəzifə öhdəlikləri

6. 


Təsərrüfat   bacısı  xəstə   baxıcılarının   və   süpürgəçilərin   tibb   təşkilatının 

otaqlarının təmiz  və səliqəli saxlanılması  üzrə işinə rəhbərlik edir, tibb təşkilatının 

inventarlar,   xüsusi   geyimlər,   gigiyena   vasitələri,   dəftərxana   ləvazimatları,   yuyucu 

vasitələr, xəstələr üçün yataq və alt geyim dəyişəyi ilə təmin edilməsini həyata keçirir. 

7. 

Tibb   təşkilatının   işçilərinin   xələtlərinin,   əl-üz   dəsmallarının 



dəyişdirilməsini təşkil edir.

8. 


Otaqların, avadanlıqların, inventarların təmiri üçün sifarişləri tərtib edir və 

onun aparılmasına nəzarət edir. 

9. 

Qida blokunu (bufet, yeməkxana) avadanlıqla, qab-qacaqla təmin edir və 



onların düzgün istifadəsini izləyir. 

10.  Uçot-hesabat sənədləşdirməsini aparır. 



III.

Hüquqlar

11. 


Təsərrüfat bacısının aşağıdakı hüquqları vardır:

11.1.  öz əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək;

11.2. öz   vəzifə   öhdəliklərinin   icrası   üçün   zəruri   olan   informasiya 

materiallarından və normativ-hüquqi sənədlərdən istifadə etmək; 

11.3.  öz ixtisasını artırmaq hüquqlarına malikdir. 

12. 


Təsərrüfat bacısı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun 

olaraq bütün əmək hüquqlarından istifadə edir.



IV.

Məsuliyyət

13. 


Təsərrüfat bacısı aşağıdakılara görə məsuliyyət daşıyır:

13.1.  ona həvalə olunmuş vəzifə öhdəliklərinin həyata keçirilməsinə; 

13.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların tələblərinin vaxtında və müvafiq  qaydada yerinə yetirilməsinə;

13.3.  daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına riayət edilməsinə;

13.4.  mövcud   normativ-hüquqi   aktlarla   nəzərdə   tutulmuş   sənədləşdirmənin 

aparılmasına;

13.5.  müəssisənin   fəaliyyətinə,   işçilərinə   və   digər   şəxslərə   təhlükə   yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə;

14. 

Təsərrüfat   bacısı   əmək   intizamının,   qanunvericilik   və  normativ-hüquqi 



aktların   pozulmasına   görə   qüvvədə   olan   qanunvericiliyə   əsasən,   təqsirin   ağırlıq 

443


dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 

edilə bilər.   



Vivari işçisinin nümunəvi vəzifə

TƏLİMATI

I.

Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   vivari   işçisinin   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 

Vivari işçisi vəzifəsinə  , iş stajına tələb qoyulmadan,orta ümumi  təhsili 



olan şəxs təyin edilir.

3. 


Vivari işçisi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə 

uyğun olaraq müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin  və vəzifədən azad edilir.

4. 

Vivari   işçisi   bilavasitə   öz   struktur   bölməsinin   rəhbəri   olmaqla, 



müəssisənin rəhbərinə və ya onun müavininə tabe olur.

5. 


Vivari işçisi aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan Respublikasının Konstitusiyasını;

5.2.  öz fəaliyyət sahəsi üzrə müəssisənin qərar, sərəncam, əmr və digər rəhbər 

normativ sənədlərini

5.3. biologiyanın əsaslarını, nəzarətində olan təhlükəsiz və sadə heyvanların 

saxlanılması şəraitini və onlara qulluğun təşkilini;

5.4.  qidalandırma qaydalarını;

5.5.  heyvanların   öyrədilməsinin   əsaslarını,   qəfəslərin,   volyerlərin,   eləcə   də 

daşıma və fiksajlama qəfəslərinin quruluşunu;

5.6.  heyvanlar qrupuna qulluq üçün sanitariya-gigiyenik tələblərin əsaslarını;

5.7.  dezinfeksiyaedici   maddələrin   istifadəsi   qaydalarını   və   onların 

hazırlanmasının xüsusiyyətlərini; 

444


5.8.  əmək   qanunvericiliyinin   əsaslarını,   daxili   əmək   intizamı 

qaydasını,əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın 

təhlükəsizliyi qaydalarını bilməlidir.

II.

Vəzifə öhdəlikləri

6.

Vivari   işçisi   heyvanların   vəziyyətinin   müəyyən   edilməsi   məqsədi   ilə 



gündəlikdə qeydlər aparmaqla onlara baxış keçirir.

7. 


Qəfəslərin,   volyerlərin,   eləcə   də   daşıma   və   fiksajlama   qəfəslərinin, 

yuvaların təmizlənməsini, hovuzların yuyulmasını təmin edir.

8.

Heyvanların   saxlanıldıqları   yerlərdə   temperaturun,   nəmişliyin 



gözlənilməsinə, işıqlanmaya nəzarət edir.

9. 


Yem və yem qatışıqlarını hazırlayır.

10.  Qulluq   edilən   heyvanların   törəməsi   üzrə   proqramları   planlaşdırır   və 

həyata keçirir.

11.  Öz heyvanlar qrupunda körpə heyvanların süni qidalandırılmasını aparır. 

  

III.

Hüquqlar

12. 


Vivari işçisinin aşağıdakı hüquqları vardır:

12.1. öz əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək;

12.2. öz   vəzifə   öhdəliklərinin   icrası   üçün   zəruri   olan   informasiya 

materiallarından və normativ-hüquqi sənədlərdən istifadə etmək; 

12.3. öz ixtisasını artırmaq hüquqlarına malikdir. 

13. 


Vivari   işçisi   Azərbaycan   Respublikasının   Əmək   Məcəlləsinə   uyğun 

olaraq bütün əmək hüquqlarından istifadə edir.



IV.

Məsuliyyət

14. 


Vivari işçisi aşağıdakılara görə məsuliyyət daşıyır:

14.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

14.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların tələblərinin vaxtında və müvafiq  qaydada yerinə yetirilməsinə;

14.3. daxili intizam, sanitariya-epidemiya əleyhinə rejim, yanğın təhlükəsizliyi 

və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə;

14.4. mövcud   normativ-hüquqi   aktlarla   nəzərdə   tutulmuş   sənədləşdirmənin 

aparılmasına;

14.5. müəssisənin   fəaliyyətinə,   işçilərinə   və   digər   şəxslərə   təhlükə   yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə;

15. 


Vivari   işçisi   əmək   intizamının,   qanunvericilik   və   normativ-hüquqi 

aktların   pozulmasına   görə   qüvvədə   olan   qanunvericiliyə   əsasən,   təqsirin   ağırlıq 

445


dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 

edilə bilər. 



446


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə