Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə3/45
tarix23.12.2016
ölçüsü1,29 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   45

II. Vəzifə öhdəlikləri

6. 

Həkim-   anestezioloq-reanimatoloq   tibbi   praktikada   tətbiqinə   icazə 



verilmiş   müasir   profilaktika,   diaqnostika,   müalicə   və   reabilitasiya   metodlarından 

istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə  tibbi yardım göstərir.

7. 

Müvafiq     qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin   aparılması 



taktikasınını   (anamnezin     toplanması,   klinik-laborator   tədqiqatların,   müayinə   və 

müalicənin aparılması) və diaqnozunu müəyyən edir.

20


8.  

Mövcüd   qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin 

edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və 

tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır.

9.  

Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı 



olaraq   müalicə   planına   dəyişiklik   edir   və   əlavə   müayinə   metodlarının   zəruriliyini 

müəyyən edir.

10. 

Müalicə-profilaktika   müəssisəsinin   başqa   bölmələrinin   həkimlərinə   öz 



ixtisası  üzrə məsləhət yardımı göstərir.

11. 


Ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir. 

12. 

Diaqnostik   və   müalicə   prosedurlarının   aparılmasının,   alət,   aparat   və 



avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 

tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət 

edilməsinə nəzarət edir.

13. 


Orta   və   kiçik   tibb   heyətinin   ixtisasının   artırılması   üzrə   məşğələlərin 

aparılmasında iştirak edir.

14. 

Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.



15. 

Tibbi   və   digər   sənədlərin   müəyyən   edilmiş   qaydalara   uyğun   olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.

16. 


Sanitar-maarifləndirmə işini aparır.  Etik davranış qaydalarına riayət edir. 

17. 


Əmək   qabiliyyətinin   müvəqqəti   itirilməsinin   ekspertizasının 

aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır.

18. 

Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə 



və vaxtında icra edir.

19. 


Qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

20. 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.



21. 

Daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına,   sanitariya-epidemioloji   rejimə   riayət   edir.   Tibb   müəssisəsinin 

fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına 

qarşı   və   sanitariya   qaydalarının   pozulmasının   aradan   qaldırılması   üzrə,   rəhbərliyin 

vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.



III.  Hüquqlar

22. 


Həkim-anestezioloq-reanimatoloqun aşağıdakı hüquqları vardır:

22.1.  xəstənin narkoza hazırlanması ilə bağlı tədbirlər təyin etmək; 

22.2.  müvafiq     qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin   aparılması 

taktikasını müəyyən etmək; 

22.3.  pasiyentin   kompleks   müayinəsi   üçün   zəruri   funksional   və   laborator 

diaqnostika metodlarını təyin etmək;

22.4.  diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə 

diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq; 

22.5.  zərurət   olduqda   xəstələrin   məsləhəti,   müayinəsi   və   müalicəsi   üçün 

müəyyən edilmiş   qaydada başqa ixtisaslı həkimləri cəlb etmək;

21


22.6.  müalicə-diaqnostika   prosesinin   təkmilləşdirilməsi,         özünün   əmək 

fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək

22.7.  öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət 

etmək, sərəncamlar vermək və olanların həvəsləndirilməsi və tənbeh edilməsi   üzrə 

rəhbərliyə təkliflər vermək;

22.7.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək; 

22.8.  öz işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik konfranslarda 

və müşavirələrdə iştirak etmək;

22.11.müəyyən olunmuş qaydada ixtisas kateqoriyası almaq.

23. 

Həkim-anestezioloq-reanimatoloq   Azərbaycan   Respublikasının   Əmək 



Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.

IV.  Məsuliyyət

24. 


Həkim-anestezioloq-reanimatoloq aşağıdakılara görə məsuliyyət daşıyır:

24.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

24.2.  öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;

24.3.  daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına riayət edilməsinə;

24.4.  qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;

24.5.  öz   fəaliyyəti   üzrə   statistik   və   digər   informasiyanın   müəyyən   olunmuş 

qaydada təqdim edilməsinə;

24.6.  ona   tabe   işçilərin   nizam-intizam   qaydalarına   və   vəzifə   öhdəliklərinin 

yerinə yetirilməsinə;

24.7.  tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə   təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə.

25. 


Həkim-anestezioloq-reanimatoloq   əmək   intizamının,   qanunvericilik   və 

normativ-hüquqi   aktların   pozulmasına   görə   qüvvədə   olan   qanunvericiliyə   əsasən, 

təqsirin   ağırlıq   dərəcəsindən   asılı   olaraq,   intizam,   maddi,   inzibati   və   ya   cinayət 

məsuliyyətinə cəlb edilə bilər.   

22


Həkim-dezinfeksionistin nümunəvi vəzifə

T Ə L İ M A T I

I.  Ümumi müddəalar

1.   Bu   vəzifə   təlimatı   həkim-dezinfeksionistin   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 


Həkim-dezinfeksionist   vəzifəsinə   baza   ali   tibb   təhsili   olan   şəxs   təyin 

edilir.


3.   Həkim-dezinfeksionist   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunur 

və vəzifədən azad edilir.

4.   Həkim-dezinfeksionist   bilavasitə   şöbə   müdirinin   tabeliyində   fəaliyyət 

göstərməklə   tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.

5. Həkim-dezinfeksionist aşağıdakıları bilməlidir:

23


5.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının 

səhiyyə qanunvericiliyinin və Əmək Məcəlləsinin əsaslarını;

5.2.     səhiyyə   müəssisələrinin,   o   cümlədən   dövlət   sanitariya-epidemioloji 

xidmətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.3. sosial gigiyenanın əsaslarını və sanitariya-epidemioloji xidmətin təşkilini; 

5.4. sanitariya qanunvericiliyini, sanitariya epidemioloji xidmətin  fəaliyyətinin 

hüquqi əsaslarını;

5.5.  sanitariya-epidemioloji xidmətin işinin planlaşdırılması prinsiplərini, forma 

və metodlarını;

5.6.  təşkilati-sərəncamçı sənədləri, kargüzarlıq qaydalarını;

5.7.  laboratoriyaların işinin təşkilini;

5.8. gigiyenik tərbiyənin və sağlam həyat tərzinin formalaşdırılmasının məqsəd? 

forma və metodlarını;

5.9. ətraf mühitin kimyəvi, fiziki və bioloji faktorlarının, fəaliyyətin müxtəlif 

növlərinin və mümkün olan optimal iş yükünün gigiyenik normalaşdırma prinsiplərini;

5.10.   gigiyenik,     epidemioloji,   klinik,   fiziki,   kimyəvi,   statistik,   laborator   və 

instrumental tədqiqatın metodlarının əsaslarını;

5.11. epidemiologiyanın ümumi qanun və meyarlarını, yoluxucu xəstəliklərin 

bioekoloji xarakteristikasını, epidemik prosesi və onun inkişafına təsir edən  amilləri;

5.12.     epidemiya   əleyhinə   tədbirlər   sistemini,   yoluxucu   xəstəliklərin 

profilaktikası prinsiplərini və aradan qaldırılması yollarını;

5.13. gigiyenik və sağlamlaşdırıcı tədbirlərin təşkili və aparılması prinsiplərini;

5.14.     obyektlərin   tikintisinə   dövlət   sanitariya   nəzarətinin   mahiyyətini,   onun 

forma və metodlarını;

5.15.   cari   və   xəbərdaredici   sanitariya   nəzarətinin   mahiyyətinin,   təşkilinin   və 

metodların ümumi prinsiplərini;

5.16.  mülkü müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini;

5.17.  sanitariya-maarifləndirmənin əsaslarını;

5.18.   Dezinfeksiya   xidmətinin   vəzifələrini,   təşkilini,   dezinfeksiya   işi   üzrə 

qüvvədə olan hüquq- normativ və metodiki-təlimat sənədlərini;

5.19. sənədlərin tərtibatı qaydalarını;

5.20. dezinfeksiya xidmətinin fəaliyyətinin planlaşdırılmasını və hesabatını, bu 

fəaliyyətə nəzarətin qayda və üsullarını;

5.22.   istifadəsinə   icazə   verilən   dezinfeksiya,   sterilizasiya,   dezinseksiya   və 

deratizasiya   məqsədilə   nəzərdə   tutulmuş   vəsaitlərin   xüsusiyyətlərini   və   tətbiq 

üsullarını;

5.23.   dezinfeksiya   avadanlığından,   fərdi   mühafizə   vasitələrindən   istifadə 

qaydalarını və zəhərlənmələr zamanı ilk yardımın göstərilməsini;

5.24.   kompyuterlə   və   digər   müasir   informasiya   texnologiyaları   vasitələri   ilə 

işləməyi;

5.25.     daxili   əmək   intizamı   qaydalarını,   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası və yanğına qarşı mühafizə qayda və normalarını  bilməlidir.



II. Vəzifə öhdəlikləri

24


6. Həkim-dezinfeksionist  dezinfeksiya tədbirlərinin keçirilməsi  üzrə işi təşkil 

edir, onun həcmini, ayrı-ayrı obyektlərin dezinfeksiyasının aparılması metodikası və 

vasitələrini müəyyən edir.

7. Dezinfeksiya məhlullarının hazırlanmasına, istifadəsinə, aparatların iş vaxtı 

dezinfektorlar   tərəfindən   şəxsi   və   ictimai   təhlükəsizlik   qaydalarına   və   əməyin 

mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir.

8. Dezinfeksiya işlərinin yerinə yetirilməsinə  aid bütün  sənədləri tərtib edir. 

9.  Cari və yekun dezinfeksiyanın keyfiyyətinə nəzarət edir.

10.     Nəzarət   obyektlərində   həkim-epidemioloqla   birlikdə   dövlət   sanitariya 

nəzarətinin həyata keçirilməsində iştirak edir.

11     Dezinfeksiya   və   sterilizasiya   rejiminə   riayət   olunmasında   aşkar   edilmiş 

çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər işləyib hazırlayır.

12.     Mərkəzi   sterilizasiya   bölmələrinin   və   dezinfeksiya-kamera   bloklarının 

tikintisi və yenidənqurulması üzərində aparılan   xəbərdaredici sanitariya nəzarətinin 

həyata keçirilməsində iştirak edir.

13.   Obyektiv   nəzarət   metodunun   tətbiqi   ilə   planlı   şəkildə   və   epidemik 

göstərişlər   üzrə   cari   dezinfeksiyanın   təşkili   və   aparılması   qaydalarına   riayət 

edilməsinə,   müalicə-profilaktika   müəssisələrində   və   ixtisaslaşdırılmış   uşaq 

müəssisələrində     tibbi   təyinatlı   məmulatların   sterilizasiyasına   nəzarəti  də  həkim-

epidemioloqla birlikdə həyata keçirir.

14.     Müalicə-profilaktika   müəssisələrinin   dezinfeksiya-kamera   bloklarına 

metodik rəhbərlik və nəzarəti həyata keçirir.

15.   Dezinfeksiya   şöbəsinin   (bölməsinin)   epidemioloq   köməkçilərinin   işinə 

metodik rəhbərlik və nəzarəti həyata keçirir, onlar tərəfindən sənədlərin    tərtibatının 

düzgünlüyünü yoxlayır.

16. Öz ixtisası üzrə ekspertizanı, araşdırma, müayinə, tədqiqat, sınaq, eləcə də 

toksikoloji,   gigiyenik   və   digər   qiymətləndirmə   növlərini   təşkil   edir       sanitariya-

epidemioloji rəylər  hazırlayır.

17.   Müəssisənin   başqa   bölmələrinin   həkimlərinə   öz   ixtisası   üzrə   məsləhət 

yardımı göstərir.

18. Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik və nəzarət edir, öz 

vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.

19. Cihaz və avadanlıqların istismarının düzgünlüyünə, orta və kiçik tibb heyəti 

tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə 

nəzarət edir.

20.  Tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak 

edir.

21.  Öz işini planlaşdırır və  iş fəaliyyətinin göstəricilərini təhlil edir.



22.  Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında 

və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.

23.  Sanitariya-maarifləndirmə işini  həyata keçirir.

24.  Həkim etikasının qayda və prinsiplərinə riayət edir.

25.   Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, eləcə də öz peşə 

fəaliyyəti üzrə normativ hüquqi aktları vaxtında icra edir.

25


26. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, 

sanitariya-epidemioloji rejimə riayət edir.

27.Mülki  müdafiə işlərinin təşkilində və həyata keçirilməsində iştirak edir;

28. Müəssisə rəhbərinin tapşırıqlarına uyğun olaraq öz ixtisasına aid olan digər 

məsələlərin həll edilməsini təmin edir.

29. Mütəmadi olaraq öz ixtisasını artırır.



III.

Hüquqları

30. Həkim-dezinfeksionistin aşağıdakı hüquqları vardır:

30.1 Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi ilə verilmiş, özünə 

aid olan səlahiyyətlərdən tam istifadə etmək;

30.2. dezinseksiya tədbirlərinin təkmilləşdirilməsi və keçirilməsi, özünün əmək 

fəaliyyətinin təşkili və şəraitinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək; 

30.3. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət 

etmək,   göstərişlər   vermək   və   onlardan   dəqiq   icra   tələb   etmək,   tabelikdə   olanların 

həvəsləndirilməsi və tənbeh edilməsi  üzrə rəhbərliyə təkliflər vermək;

30.4. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri tələb etmək, əldə etmək və istifadə etmək; 

30.5.   onun   işi   ilə   bağlı   məsələlərin   müzakirə   olunduğu   elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək;

30.6.   qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   sahə   üzrə 

təkmilləşdirmə kurslarından keçmək;

30.7.  müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək;

30.8.   müəyyən   olunmuş   qaydada   ixtisas   kateqoriyası   almaq   məqsədilə 

attestasiyadan keçmək;

31.     Həkim-dezinfeksionist   Azərbaycan   Respublikasının   Əmək   Məcəlləsinə 

uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.



IV.

Məsuliyyəti

32. Həkim-dezinfeksionist aşağıdakılara görə məsuliyyət daşıyır:

32.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə; 

32.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların tələblərinin vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;

32.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına 

riayət edilməsinə;

32.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;

32.5.     fəaliyyəti   üzrə   statistik   və   digər   informasiyanın   müəyyən   olunmuş 

qaydada təqdim edilməsinə;

32.6.   ona   tabe   işçilərin   icra   intizamına   və   vəzifə   öhdəliklərinin   yerinə 

yetirilməsinə;

26


32.7.   tibb   müəssisəsinin   fəaliyyətinə,   işçilərinə   və      müəssisədə   olan   digər 

şəxslərə   təhlükə   yaradan   təhlükəsizlik   texnikası,   yanğın   və   sanitariya   qaydalarının 

pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da 

daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə görə məsuliyyət daşıyır.

33. Həkim-dezinfeksionist əmək intizamının, qanunvericilik və normativ-hüquqi 

aktların   pozulmasına   görə   qüvvədə   olan   qanunvericiliyə   əsasən,   hərəkətin   ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb 

edilə bilər.  



Həkim- dermatoveneroloqun nümunəvi vəzifə

TƏLİMATI

I.

Ümumi müddəalar

1. 


Bu vəzifə təlimatı həkim-dermatoveneroloqun vəzifə öhdəliklərini, hüquq 

və məsuliyyətini müəyyən edir.

2. 

Həkim-dermatoveneroloq vəzifəsinə ali tibb təhsili olan, qanunvericiliklə 



müəyyən edilmiş qaydada müvafiq   ixtisas üzrə peşə hazırlığı   keçmiş   şəxs təyin 

edilir. 


Elmi-tədqiqat   institutlarının   klinikalarında,   respublika   mərkəzlərində 

(xəstəxanalarında),   klinik   xəstəxanalarda   ali   tibb   təhsili   olan   və   qanunvericiliklə 

müəyyən edilmiş qaydada“dermatovenerologiya”  ixtisası üzrə peşə hazırlığı  keçmiş, 

ixtisası üzrə ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir. 

         3. 

Həkim-dermatoveneroloq   Azərbaycan   Respublikasının   qüvvədə   olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərininəmri ilə vəzifəyə təyin   və 

vəzifədən azad edilir.

4. 

Həkim-dermatoveneroloq bilavasitə şöbə müdirinə, onun olmadığı halda 



isə tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.

5. 


Həkim-dermatoveneroloq aşağıdakıları bilməlidir: 

27


5.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını,   Azərbaycan 

Respublikasının   səhiyyə   haqqında   qanunvericiliyinin   əsaslarını;   səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.2.  xəstəxana   və   ambulator-poliklinik   müəssisələrində,   təcili   və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkilinin 

əsaslarını;

5.3.  öz   ixtisası   üzrə   profilaktika,   diaqnostika,   müalicə   və   reabilitasiyanın 

müasir metodlarını;

5.4.  dermatovenerologiya   xidmətinin   təşkili,   strukturu,   ştatları   və   təchiz 

edilməsi ilə bağlı məsələləri;

5.5.  öz   ixtisası   üzrə   qüvvədə   olan   normativ   hüquqi   və   təlimat-metodik 

sənədləri;

5.6.  tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;

5.7.  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını;

5.8.  dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını;

5.9.  tibbi   sığorta   şəraitində   səhiyyə   müəssisəsinin   və   tibb   işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; 

5.10.   həkimlərin   etik   davranış   qaydalarının,   tibbi   etika   və   deontologiyanın 

əsaslarını; 

5.11.  insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; 

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; 

5.13.  sanitar-maarifləndirmənin əsaslarını; 

5.14.  daxili   əmək   intizamı   qaydalarını;   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.  



II.

Vəzifə öhdəlikləri

6. 


Həkim- dermatoveneroloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir 

profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz 

ixtisası üzrə peşəkar səviyyədə  tibbi yardım göstərir.

7. 


Müvafiq     qaydalara   və   standartlara   uyğun   olaraq   xəstənin   aparılması 

taktikasınını   (anamnezin     toplanması,   klinik-laborator   tədqiqatların,   müayinə   və 

müalicənin aparılması) və diaqnozunu müəyyən edir.

8.  


Mövcüd   qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin 

edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və 

tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır.

9.  


Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı 

olaraq   müalicə   planına   dəyişiklik   edir   və   əlavə   müayinə   metodlarının   zəruriliyini 

müəyyən edir.

10. 


Müalicə-profilaktika   müəssisəsinin   başqa   bölmələrinin   həkimlərinə   öz 

ixtisası  üzrə məsləhət yardımı göstərir.

11. 

Ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə 



öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir. 

28


12. 

Diaqnostik   və   müalicə   prosedurlarının   aparılmasının,   alət,   aparat   və 

avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 

tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət 

edilməsinə nəzarət edir.

13. 


Orta   və   kiçik   tibb   heyətinin   ixtisasının   artırılması   üzrə   məşğələlərin 

aparılmasında iştirak edir.

14. 

Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.



15. 

Tibbi   və   digər   sənədlərin   müəyyən   edilmiş   qaydalara   uyğun   olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.

16. 


Sanitar-maarifləndirmə işini aparır.  Etik davranış qaydalarına riayət edir. 

17. 


Əmək   qabiliyyətinin   müvəqqəti   itirilməsinin   ekspertizasının 

aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır.

18. 

Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə 



və vaxtında icra edir.

19. 


Qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

20. 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.



21. 

Daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına,   sanitariya-epidemioloji   rejimə   riayət   edir.   Tibb   müəssisəsinin 

fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına 

qarşı   və   sanitariya   qaydalarının   pozulmasının   aradan   qaldırılması   üzrə,   rəhbərliyin 

vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə