Azərbaycan Respublikası adından



Yüklə 262,92 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix28.12.2021
ölçüsü262,92 Kb.
#17206
1   2   3   4   5
Hüquq məsələləri: 

Azərbaycan  Respublikası  Cinayət  Prosessual  Məcəlləsinin  397.1-ci  maddəsinə 

görə  apellyasiya  instansiyası  məhkəməsi  birinci  instansiya  məhkəməsi  tərəfindən  işin 

faktiki  hallarının  müəyyən  edilməsinin,  habelə  cinayət  qanununun  və  bu  Məcəllənin 

nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır.  

Həmin  Məcəllənin  397.2-ci  maddəsinə  görə  birinci  instansiya  məhkəməsi 

tərəfindən  müəyyən  edilmiş  faktiki  hallar  apellyasiya  instansiyası  məhkəməsi 

tərəfindən  yalnız  apellyasiya  şikayətinin  və  ya  apellyasiya  prоtestinin  hüdudlarında 

yохlanılır.  Birinci  instansiya  məhkəməsi  tərəfindən  cinayət  qanununa  və  bu 

Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən 

apellyasiya  şikayətinin  və  apellyasiya  prоtestinin  dəlillərindən  asılı  оlmayaraq 

yохlanılır. 

Məhkəmə  kollegiyası  hesab  edir  ki,  istintaq  orqanının  və  birinci  instansiya 

məhkəməsinin Əzizov Mirsamil Ağafəlah  oğlunun  əməlini  Azərbaycan Respublikası 

Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 237.2.1, 237.2.2, 237.2.3-cü  maddələri  və  24 

noyabr 2015-ci il tarixə kimi qüvvədə olmuş Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə 

tövsif  etmələri  düzgün  olmuşdur.  Onun  qeyd  edilən  cinayətləri  törətməsi  birinci 

instansiya  məhkəməsində  Əzizov  Mirsamil  Ağafəlah  oğlunun  özünün  qismən  etirafı,  

şahidlər    Əliyev  Əbduləli  Mirzə  oğlu,  Əliyev  Şirxan  Əbduləli  oğlu,  Alimov  Kamil 

Ciyanşah  oğlu,  Əhədov  Təbriz  Nadir  oğlu,  Paşayev  Bəxtiyar  Aydın  oğlu  Əsgərov 

Emin Dostu oğlu, İbrahimov Əzulla Fərzi oğlunun ifadələri, ekspert rəyləri, işdə olan 

digər sübutlar əsasında sübuta yetirilmişdir. 

Belə  ki,  Əzizov  Mirsamil  Ağafəlah  oğlu  birinci  instansiya  məhkəməsində  ifadə 

verərkən  bildirmişdir  ki,  hadisə  ərəfəsində  onun  Saatlı  rayonunun  Azadkənd  kəndi 

ərazisində  ferması  olmuşdur.  Onunla  qonşuluqda  isə  yaxın  yoldaşlıq  munasibətində 

olduğu  Oktay  Məmmədovun  ferması  yerləşmişdir.  Oktay  ondan  xahiş  etdiyi  üçün  o, 

axırıncının da fermadakı işlərinə ümumi nəzarəti həyata keçirmişdir. Fermadakı daimi 

işlərə  isə  Əzulla  İbrahimov  nəzarət  etmişdir.  Oktayın  fermasına  işçilərin  qəbul 

edilməsi işlərinə də o baxmışdır. Özü fermaya ayda 1 dəfə, bəzən 2 aydan bir gəlib baş 

çəkmişdir. 2013-cü ilin mart ayında o, Əliyev Əbdüləli adlı şəxsi, sonra isə onun oğlu 

Şirxanı  və  qohumu  Emin  Əsgərovu  Oktayın  fermasına  çoban  kimi  işə  götürmüş  və 

həmin  vaxtdan  da axırıncılar Oktayın  fermasında qalmaqla çoban işləmişlər. 2014-cü 

ilin  təxminən  mart  ayında  tanışı,  Saatlı  rayonunun  Sarıcalı  kənd  sakini  Eldar 

Alməmmədov  ona  qazanc  əldə  etmək  üçün  iş  verməyi  xahiş  etmiş  və  o  da  axırıncını 

Oktayın fermasında muxtəlif işlərə cəlb etməklə ona günəmuzd pul ödəmişdir. Bundan 

bir  müddət  sonra  Eldar  Alməmmədov  Qaraqunlu  kənd  sakini  olan  tanışı  Sərraf 

Süleymanovla ona  müraciət edərək Oktayın ferması yanındakı sahədən onlara bostan 

kimi  istifadəyə  icazə  istəmişlər.  O,  həmin  sahənin  ona  və  ya  Oktaya  məxsus 

olmadığını,  lakin  orada  bostan  bitkiləri  becərməyə  etirazı  olmadığını  bildirmiş,  yəni 

onlara  bu  torpaqdan  öz  mülkiyyəti  kimi  istifadə  etməyə  icazə  vermişdir.  Onlar  da 




 

həmin  ərazidə  qarpız  əkib  becərmişlər.  Lakin  onların  çətənə  kolları  əkmələrindən 



xəbəri  olmayıb.  Bundan  başqa  həmin  ərazidə  yerləşən  gölə  Eldargillə  gətirib  balıq 

buraxıb  yetişdirməyə  başlamış  və  Eldargilə  də  göldəki  balıqlara  nəzarət  etməyi 

tapşırmışdır. Ona  görə də,  kənar şəxslər  gəlib göldən balıq tutmaq istədikdə Eldar  və 

ya  Sərraf  ona  zəng  edib  buna  icazə  istəmişlər  və  o  da  vermişdir.  Məmmədov  Cavid 

Yaqub  oğlu  və  Məmmədov  Dəyanət  Yaqub  oğlunu  isə  o,  axırıncıların  atası  Yaqub 

Məmmədovun  xahişi  ilə  2013-cü  ilin  payız  vaxtı  fermada  günəmuzd  işlərə  cəlb 

etmişdir.  Sonuncuların  da  Oktayın  ferması  yaxınlığındakı  “Ovçu  Qobu”  adlanan 

sahədə narkotik tərkibli bitkilər becərmələri barədə məlumatı olmamışdır. O, fermaya 

nadir  hallarda  gəlmiş,  yalnız  1-2  dəfə  Eldar  və  ya  Cavidgilin  bostan  əkdiyi    sahəyə 

yaxınlaşmışdır. 

Birinci instansiya məhkəməsindəki  çıxışının sonunda Əzizov Mirsamil Ağafəlah 

oğlu  ona  istinad  edilən  cinayətlərdə  günahı  olduğunu  etiraf  etdiyini  və  buna  görə 

peşimançılıq  çəkdiyini  bildirib,  məhkəmədən  bunları,  həmcinin  əvvəllər  məhkum 

olunmadığını,  himayəsində  azyaşlı  uşağının,  eləcə  də  ahıl  yaşlı  və  xəstə 

valideynlərinin olmasını, axırıncıların onun  mənəvi  və  maddi  köməkliyinə ehtiyacları 

olmasını,  özünün  də  ağır  xəstəlikdən  əziyyət  çəkməsini  nəzərə  alıb  ona  təqsirli 

bilindiyi maddələrin sanksiyasının aşağı həddindən artıq olmayan müddətə cəza təyin 

etməyi xahiş etmişdir.  

İşdə  olan  və  məhkəmə  iclasında  elan  olunmuş  zərərçəkmiş  şəxsin  nümayəndəsi 

Əsədov  Ağa  Ziyad  oğlunun  dindirmə  protokolundan  görünür  ki,  o,  ibtidai  istintaq 

zamanı  verdiyi  ifadəsində  göstərmişdir  ki,  Saatlı  Rayon  İcra  Hakimiyyətində 

iqtisadiyyat  şöbəsində  işləyir.  Saatlı  rayonun  Azadkənd  kəndinin  ətrafında  yerləşən 

“Ovçu  qobu”  adlanan  ərazi  bütövlükdə  Saatlı  rayonun  inzibati  ərazisinə  daxil  olan 

dövlət  qış  otlaq  sahələridir.  Həmin  ərazi  heç  bir  fiziki  və  hüquqi  şəxsə  icarəyə 

verilməmişdir.  O  cümlədən  Əzizov  Mirsamil  Ağafəlah  oğlu,  Süleymanov  Sərraf 

Tapdıq  oğlu,  Alməmmədov  Eldar  Həsən  oğlu,  Məmmədov  Cavid  Yaqub  oğlu  və 

Məmmədov  Dəyanət  Yaqub  oğluna  icarəyə  verilməmiş,  həmçinin  bu  şəxslərin  qeyd 

olunan  yerdən  torpaq  sahəsini  icarəyə  götürməsi  ilə  bağlı  rayon  icra  hakimiyyətinə 

müraciətləri  olmamışdır.  Həmin  şəxslər  dövlət  mülkiyyətinə  aid  torpaq  sahələrini 

özbaşına tutmuşlar. Mirsamil Əzizov, Sərraf Süleymanov, Eldar Alməmmədov, Cavid 

Məmmədov  və  Dəyanət  Məmmədovun  özbaşına  tutduqları  torpaq  sahəsi  əvvələr  heç 

kimin  istifadəsinə  verilməmişdir.  Bu  şəxslərin  torpaq  sahəsini  özbaşına  tutmaları  ilə 

bağlı dövlətə hər hansı maddi ziyan dəyməmişdir. 

Zərərçəkmiş şəxsin nümayəndəsi Əsədov Ağa Ziyad oğlu tərəfindən məhkəməyə 

ünvanlanmış  ərizədə  Saatlı  rayonunun  “Ovçu  Qobu”  adlanan  ərazisində  2014-cü  ilin 

aprel-iyun  aylarında  qanunsuz  becərmə  işlərinin  aparılması  nəticəsində  Rayon  İcra 

Hakimiyyətinə ziyan dəymədiyi və bu səbəbdən də Əzizov Mirsamil Ağafəlah oğluna 

qarşı  heç  bir  iddia  və  tələb  olmadığı  bildirilmiş  və  məhkəmədən  axırıncı  barəsində 

qanuna muvafiq qərar qəbul olunması xahiş olunmuşdur.  

İşdə  olan  «baxış  keçirilməsi  barədə»  18  iyun  2014-cu  il  tarixli  protokoldan 

görünür  ki,  həmin  gün  Sabirabad  RPŞ-nin  əməkdaşları  tərəfindən  Sabirabad  rayonun 

Moranlı kəndinin ərazisində olan pay torpaqlarının ətrafında narkotik tərkibli bitkilərin 

əkilib-becərilməsinə  dair  daxil  olmuş  məlumata  əsasən  həmin  əraziyə  baxış 

keçirilmişdir.  Baxış zamanı suvarma kanalının sağ tərəfində yulğun və biyan bitkiləri 

ilə  əhatə  olunmuş  ərazidə,  xüsusi  düzəldilmiş  şrımlarda  təqribən  3  hasa  hədə

 

dağınıq 



şəkildə bir neçə hissədə cərgə üsulu ilə əkilmiş, aqrotexniki qaydada əkilib-becərilmiş, 

hündürlükləri 0,4-1,3 metr olan, yaş çəkisi 493 kq olmaqla 261 ədəd çətənə  kollarına 




 

oxşar  bitkilər,  habelə  təqribi  çəkisi  575  qram  olan  qurudulmuş  marixuanaya  oxşar 



kütlə təhqiqat orqanı tərəfindən götürülmüşdür. 

İşdə  olan  «baxış  keçirilməsi  və  götürmə  aparılması  barədə»  19  iyun  2014-cü  il 

tarixli protokol və protokola əlavə edilmiş foto şəkillərlə müəyyən edilir ki, həmin gün 

Saatlı  RPŞ-nin  əməkdaşları  tərəfindən  Saatlı  rayonun  Azadkənd  kəndi  ərazisində 

yerləşən fermanın ərazisinə baxış  keçirilmişdir. Baxış zamanı  2 ədəd  göy rəngli iplə 

sarınaraq bağlanmış narkotik  tərkibli çətənə bitkilərinə oxşar  kötükləri üzərində olan, 

eyni  zamanda  kötüklərinin  üzərində  qurumuş  torpaq  hissəcikləri  olan  37  ədəd  kollar, 

həmin kollar olan bükümlərinin arasında 1 ədəd üzərində “Davidoff”  sözləri yazılmış 

siqaret  qutusunun  içərisində  narkotik  maddəyə  oxşar  kütlə  aşkar  olunub 

götürülmüşdür.  Həmçinin  bu  ərazidə  olan  koma  ilə  su  kanalı  arasında  xüsusi  olaraq 

şumlanmış zolaqda aşkar olunan narkotik tərkibli çətənə bitkisinin yarpaqları sellofan 

torbaya  yığılaraq 

götürülmüşdür.  Həmin  ərazidən  torpaq  nümunələri  də 

götürülmüşdür.  Eyni  zamanda  komadan  150-200  metr  aralıda  olan  su  kanalın  sağ 

qurtaracağında şumlanmış ərazi və həmin ərazidə yerdə çətənə bitkisinin yarpaqlarına 

oxşar yarpaqlar yığılaraq götürülmüşdür. Qeyd olunan ərazidən 1,5-2 km aralıda əkin 

sahəsini  sulamaq  üçün  istifadə  edilən  kiçik  ölçülü  su  kanalının  içərisində  13  ədəd 

çətənə bitkisinə oxşar kollar aşkar olunaraq götürülmüşdür. 

İşdə  olan  30  iyun  2014-cü  il  tarixli  mütəxəssis  rəyi  ilə  müəyyən  olunur  ki, 

narkotik  tərkibli  çətənə  bitkilərinin  aşkar  edildiyi  “Ovçu  qobu”  adlanan    ərazi  Saatlı 

rayonunun inzibati ərazi vahidi olmaqla dövlət fonduna aid qış otlaq sahəsinə aiddir. 

İşdə olan 26 iyun 2014-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, Eldar 

Alməmmədov  və  Sərraf  Süleymanov  çətənə  bitkiləri  əkib  yetişdirdikləri  torpaq 

sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ərazi “Ovçu qobu” adlanan 

yer  olmaqla  Sabirabad  rayonunun  inzibati  ərazisinə  aid  deyil,  həmin  ərazi  Saatlı 

rayonunun inzibati ərazisinə aiddir. 

İşdə  olan  və  məhkəmə  istintaqında  tədqiq  edilmiş  məhkəmə-bioloji 

ekspertizasının 20 iyun 2014-cü il tarixli, 11775 nömrəli rəydən görünür ki, tədqiqata 

təqdim  olunmuş  ağ  kağız  üzərində  “Oqtay  Məmmədova  məxsus  fermanın  ərazisində 

şor kanalının yanında …13 ədəd çətənə bitkiləri …” sözlər və imzalar olan bir ədəd ağ 

rəngli sintetik torbada 13 (on üç) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi-3 kq 730,0 

qram  olan  bitki  nümunələri,  əkilib-becərilməsi  qadağan  olunmuş  narkotik  tərkibli 

çətənə  (kannabis)  bitkiləridir.  Aqronomun  (mütəxəssisin)  rəyinə  əsasən  həmin 

bitkilərə  aqrotexniki  qaydada  qulluq  edilmişdir.Tədqiqata  təqdim  olunmuş  ağ  kağız 

üzərində “37 ədəd kökündə torpaq qalıqları olan çətənə bitkiləri …” sözlər və imzalar 

olan bir ədəd ağ rəngli sintetik torbada 37 (otuz yeddi) ədəd, quru vəziyyətdə ümumi 

təmiz  çəkisi  1  kq  130,0  qram  olan  bitki  nümunələri,  əkilib-becərilməsi  qadağan 

olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 1 (bir) ədəd “Davidoff” siqaret 

qutusunda  təmiz  çəkisi  5,10  qram  bitki  mənşəli  kutlə  tərkibində  narkotik  maddələr 

olan  çətənə  (kannabis)  bitkisindən  kustar  usulla  hazırlanmış  narkotik  vasitə-

qurudulmuş  marixuanadır.Tədqiqata təqdim olunmuş  üzərində  “… xususi olaraq əkin 

üçun  hazırlanmış  sahədən  götürülmüş  …”  sözlər  və  imzalar  olan  bir  ədəd  kağız 

paketdə  sellofan  torbada  təmiz  çəkisi-25,37  qram  bitki  mənşəli  kütlə  tərkibində 

narkotik  maddələr  olan  çətənə  (kannabis)  bitkisindən  kustar  üsulla  hazırlanmış 

narkotik vasitə - qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş 37 (otuz yeddi) 

ədəd, quru vəziyyətdə olan çətənə (kannabis) bitkiləri ilə onun aşkar olunduğu yerlərin 

yanında  xüsüsi  olaraq  əkin  üçün  hazırlanmış  sahələrdən  götürülmuş  kağız  paketlərdə 

sellofan torbalarda olan marixuanalar tərkiblərinə görə eynidirlər.  




 

Tədqiqata sərf edildikdən sonra çətənə bitkilərin qalıqları 3 kq 729,74 qram və 1 



kq  129,26  qramdır.  Habelə  tədqiqata  sərf  edildikdən  sonra  narkotik  vasitə  olan 

qurudulmuş marixuananın qalıqları 5,08 qram, 26,97 qram və 25,35 qramdır.  

İşdə  olan  və  məhkəmə  istintaqında  tədqiq  edilmiş  məhkəmə-torpaqşunaslıq  və 

bioloji ekspertizasının 23 iyun 2014-cü il tarixli, 11967 nömrəli rəyindən  görünür  ki, 

tədqiqata  təqdim  olunmuş  iki  ədəd  polietilen  torbalarda  “1”  və  “2”  işarəsilə 

işarələnmiş  torpaq  nümünələrinin  tərkibində  əkib-becərilməsi  qadağan  olunmuş 

narkotik  tərkibli  çətənə  (kannabis)  bitkisinin  hissələri  vardır.  Tədqiqata  təqdim 

olunmuş  37  (otuz  yeddi)  ədəd,  quru  vəziyyətdə  olan  çətənə  (kannabis)  bitkiləri  ilə 

təqdim  olunmuş  “1”  və  “2”  işarəsi  ilə  işarələnmiş  torpaq  nümunələrinin  tərkibində 

olan  çətənə  (kannabis)  bitkisinin  hissələri  tərkiblərinə  görə  eynidirlər.  Tədqiqata 

təqdim olunmuş iki ədəd polietilen torbalarda “1” və “2” işarəsi ilə işarələnmiş torpaq 

nümunələri  ilə  37  ədəd  çətənə  (kannabis)  bitkisinin  köklərindən  götürülmüş  torpaq 

qrup və cins əlamətlərinə görə eynidirlər. 

İşdə  olan  və  məhkəmə  istintaqında  tədqiq  edilmiş  məhkəmə-bioloji 

ekspertizasının 19 iyun 2014-cü il tarixli, 11663 nömrəli  ekspert arayışı ilə müəyyən 

edilir  ki,  tədqiqata  təqdim  edilmiş  5  ədəd  torbada  yaş  vəziyyətində,  ümumi  sayı  261 

ədəd,  ümumi  təmiz  çəkisi  18  kq  740  qram  olan  bitkilər  əkilib-becərilməsi  qadağan 

olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Aqronomun rəyinə əsasən həmin 

bitkilərə  aqrotexniki  qaydada  qulluq  edilmişdir.  Habelə  vət.  Süleymanov  Sərraf 

Tapdıq  oğlundan  və  Alməmmədov  Eldar  Həsən  oğlundan  götürülmüş  təmiz  çəkisi 

400,0  qram  olan  bitki  mənşəli  kütlə  tərkibində  narkotik  maddələr  olan  çətənə 

(kannabis)  bitkisindən  kustar  üsulla  hazırlanmış  vasitə-qurudulmuş  marixuanadır. 

Tədqiqata  sərf  edildikdən  sonra  çətənə  bitkilərin  qalığı  18  kq  739,5  qramdır.  Habelə 

tədqiqata  sərf  edildikdən  sonra  narkotik  vasitə  olan  qurudulmuş  marixuananın  qalığı 

399,9 qramdır.  

İşdə  olan  və  məhkəmə  istintaqında  tədqiq  edilmiş  məhkəmə-bioloji 

ekspertizasının 14 iyul 2014-cu il tarixli, 12495 nömrəli rəyindən görünür ki, tədqiqata 

təqdim  edilmiş  01  (bir)  ədəd  bitki  nümünəsi  əkilib-becərilməsi  qadağan  olunmuş 

tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisidir. 

İşdə  olan  və  məhkəmə  istintaqında  tədqiq  edilmiş  məhkəmə-bioloji 

ekspertizasının  30  sentyabr  2014-cu  il  tarixli,  18025  nömrəli  rəyindən  görünür  ki, 

Sabirabad rayonunun Moranlı  kəndi ərazisində baxış zamanı  götürülmüş  və tədqiqata 

təqdim  olunmuş  5  ədəd  ağ  rəngli  sintetik  torbada,  quru  vəziyyətdə  ümumi  sayı  261 

ədəd,  ümumi  təmiz  çəkisi-8765,0  qram  olan  bitki  nümunələri,  əkilib-becərilməsi 

qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. İlkin tədqiqat zamanı 

həmin 5 ədəd ağ rəngli sintetik torbalarda olan bitkilərin yaş vəziyyətdə ümumi təmiz 

çəkisi  -18740,0  qram  olmuşdur.  Aqronomun  (mütəxəssisin)  rəyinə  əsasən  həmin 

bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Həmçinin tədqiqata təqdim edilmiş bir 

ədəd sellofan torbada təmiz çəkisi-399,9 qram bitki mənşəli kütlə, tərkibində narkotik 

maddələr  olan  çətənə  (kannabis)  bitkisindən  kustar  üsulla  hazırlanmış  vasitə-

qurudulmuş  marixuanadır.  İlkin  tədqiqat  zamanı  həmin  bitki  mənşəli  kütlənin  təmiz 

çəkisi  -400,0  qram  olmuşdur.  Habelə  Alməmmədov  Eldar  Həsən  oğlunun  ifadəsinin 

yerində  yoxlanılması  zamanı  götürülmüş  və  tədqiqata  təqdim  edilmiş  böyük  kağız 

paketdə  quru  vəziyyətdə  1  (bir)  ədəd,  təmiz  çəkisi-5,59  qram  bitki  nümunəsi,  əkilib-

becərilməsi  qadağan  olunmuş  narkotik  təbiətli  çətənə  (kannabis)  bitkisidir.  Bundan 

əlavə  tədqiqata  təqdim  edilmiş  Moranlı  kəndi  ərazisinə  baxış  zamanı  götürülmüş  5 

ədəd  ağ  rəngli  sintetik  torbada  261  ədəd  çətənə  (kannabis)  bitkiləri,  sellofan  torbada 



 

olan  marixuana,  Eldar  Alməmmədovun  ifadəsi  yerində  yoxlanılarkən  götürülmüş 



böyük kağız paketdə 1 (bir) ədəd çətənə (kannabis) bitkisi tərkiblərinə görə eynidirlər 

və  Saatlı  rayonunun  Azadkənd  kəndi  ərazisinə  baxış  zamanı  götürülmüş  2  ədəd  ağ 

rəngli  sintetik  torbalarda  olan  çətənə  (kannabis)  bitkilərindən,  “Davidoff”  siqaret 

qutusunda,  iki  ədəd  kiçik  kağız  paketlərdə  sellofan  torbalardakı  marixuanalardan 

fərqlənirlər. Tədqiqata sərf edildikdən sonra çətənə bitkilərin qalıqları 8764,489 qram, 

5,57 qram və 2994,16 qramdır. Habelə tədqiqata sərf edildikdən sonra narkotik vasitə 

olan qurudulmuş marixuananın qalıqları 399,88 qram, 5,06 qram, 26,95 qram və 25,3 

qramdır. 

İşdə  olan  və  məhkəmə  iclasında  tədqiq  edilmiş  ambulator  məhkəmə-narkoloji 

tibbi  yoxlamanın  25  sentyabr  2014-cü  il  tarixli,  2132  nömrəli  rəyindən  görünür  ki, 

Əzizov  Mirsamil  Ağafəlah  oğlunda  müayinə  zamanı  narkomaniya  xəstəliyinin 

əlamətləri  aşkar  olunmur  və  o,  narkokomaniya    xəstəliyindən  əzab  çəkmir, 

narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. 

İşdə  olan  Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyi  BƏSİ  İdarəsinin  15 

oktyabr 2015-ci il tarixli tələbnaməsindən görünür ki, Əzizov Mirsamil Ağafəlah oğlu 

əvvəllər məhkum olunmamışdır. 

İşdə  olan  və  məhkəməyə  təqdim  edilmiş  xasiyyətnamə  və  arayışlardan  görünür 

ki,  Əzizov  Mirsamil  Ağafəlah  oğlu  Saatlı  şəhəri,  H.B.Zərdabi  küçəsi,  ev  106-da 

qeydiyyatda  olmaqla,  orada  ailə  üzvləri,  habelə  1924  və  1930  təvəllüdlü  valideynləri 

ilə  birlikdə  yaşayır,  himayəsində  bir  azyaşlı  uşağı  vardır,  yaşayış  yeri  üzrə  müsbət 

xarakterizə olunur və o, Saatlı Rayon Mərkəzi Xəstəxanasının poliklinikası şöbəsində 

“ UİX gərginlik stenikardiyası II f/sinif. Şəkərli diabet II tip orta ağır forma diaqnozu 

ilə qeydiyyatda olub müalicə almışdır.  

Birinci  instansiya  məhkəməsi  аrаşdırılmış  yuxarıda  sadalanan  sübutlаrın 

məcmusunа  əsаslаnıb,  düzgün  olaraq  belə  nəticəyə  gəlmişdir  ki,    Əzizov  Mirsamil 

Ağafəlah oğlu ona istinad edilən əməlləri törətmişdir. 

Məhkəmə  kollegiyası  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsi  Əzizov 

Mirsamil Ağafəlah oğluna ona istinad edilmiş maddənin sanksiyasında nəzərdə tutulan 

azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən səhv etməmişdir. Bununla belə 

məhkəmə  kollegiyası    Əzizov  Mirsamil  Ağafəlah  oğlunun  ailə  və  sağlamlıq 

vəziyyətini,  əməlindən  peşmançılıq  çəkməsini,  birinci  instansiya  məhkəməsində 

müəyyən  edilmədiyi  halda  müharibə  veteranı  olmasını,  birinci  instansiya  məhkəmə 

baxışının  sonunda    iş  üzrə  səmimi  ifadələr  verməsini  nəzərə  alaraq  birinci  instansiya 

məhkəməsi tərəfindən ona təyin ediliş cəzanın azaldılmasını mümkün hesab edir.

 

 

 



 

 

 



Məhkəmələr  tərəfindən  cinayət  cəzalarının  təyin  edilməsi  təcrübəsi  haqqında 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  25  iyun  2003-cu  il  tarixli,  4 

saylı  Qərarının  1-ci  bəndi  ilə  məhkəmələrə  tövsiyyə  edilir  ki,    hər  bir  konkret  halda 

təqsirləndirilən  şəxslərə  cəzaların  təyin  edilməsinə  fərdi  yanaşılmalı,  cinayət 

qanununun  vəzifələri  və  cəzanın  məqsədindən  bəhs  edən  Cinayət  Məcəlləsinin  2  və 

41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin edilməlidir.  

Azərbaycan  Respublikası  Konstitusiyasının  məhkəməyə  təkrar  müraciət  hüququ 

adlanan  65-ci  maddəsinə  əsasən  məhkəmənin  məhkum  etdiyi  hər  bir  şəxsin  öz 

barəsində  çıxarılmış  hökmə  qanunla  nəzərdə  tutulan  qaydada  yuxarı  məhkəmədə 

yenidən  baxılması,  habelə  özünün  əfv  edilməsi  və  cəzasının  yüngülləşdirilməsi 

haqqında  müraciət  etmək  hüququ  vardır.  Bu  Konstitusiya  maddəsi  ilə  səsləşən  AR 

CPM-in  “məhkəməyə  təkrar  müraciət  etmək  hüququnun  təmin  edilməsi”  adlanan 

35.2.2-ci maddəsinə əsasən  məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət 



 

verərək barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun 



yüngülləşdirilməsini  xahiş  etmək  hüququna  malikdir.  Məhkum  edilmiş  şəxsin  bu 

hüququnu həyata  keçirərək cəzasının  yüngülləşdirilməsi xahişinin  təmin edilməsi heç 

də  birinci  instansiya  məhkəməsində  işə  baxılmasından  sonra  məhkumun  vəziyyətini 

yüngülləşdirən yeni halların ortaya çıxmalı olduğunu ehtiva etmir. Əksinə, işə birinci 

instansiya  məhkəməsində  baxılarkən  ortada  olmuş  hallar  əsasında  yüngülləşdirmənin 

mümkünlüyün özündə ehtiva edir. 

Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən məhkumun bu Məcəllənin 35.1 və 

35.2-ci maddəsi ilə müəyyən edilmiş hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.  

Qeyd  edilənlərə  əsasən  və  birinci  instansiya  məhkəməsi  tərəfindən  nəzərə 

alınmadığı  halda  Əzizov  Mirsamil  Ağafəlah  oğlunun  müharibə  veteranı  olduğunu 

müəyyən  edən  məhkəmə  kollegiyası  işin  Əzizov  Mirsamil  Ağafəlah  oğlunun 

şəxsiyyəti, ailə və sağlamlıq vəziyyəti ilə bağlı olan hallarını, nəzərə alaraq hesab edir 

ki,  Əzizov  Mirsamil  Ağafəlah  oğluna  təyin  edilmiş  cəza  sanksiya  həddində 

yüngülləşdirilməlidir. 

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  58.3-cü  maddəsinə  əsasən  cəza 

təyin  edilərkən  cinayətin  xarakteri  və  ictimai  təhlükəlilik  dərəcəsi,  təqsirkarın 

şəxsiyyəti,  o  cümlədən  cəzanı  yüngülləşdirən  və  ağırlaşdıran  hallar,  habelə  təyin 

olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə 

alınır.  

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  «cəzаnın  аnlаyışı  və  məqsədi» 

аdlаnаn  41.2-ci  mаddəsinə  əsаsən  cəzа  sоsiаl  ədаlətin  bərpаsı,  məhkumun  islаh 

edilməsi  və  həm  məhkumlаr,  həm  də  bаşqа  şəхslər  tərəfindən  yeni  cinаyətlərin 

törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir.  

Məhkəmə  kоllegiyаsı yuхаrıdа sаdаlаnаn hаllаrı nəzərə аlаrаq Əzizov Mirsamil 

Ağafəlah  oğluna    Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  234.4.1,  234.4.2 

maddələrinin  sanksiyasında  nəzərdə  tutulan  azadlıqdan  məhrum  etmə  cəzasının  daha 

aşağı həddə təyin edilməsi ilə  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci 

mаddəsində  nəzərdə  tutulаn  cəzаnın  məqsədinin  əldə  edilməsinin  mümkün  оlаcаğını 

hesаb edir. 

Azərbaycan  Respublikası  Cinayət  Prosessual  Məcəlləsinin  “apellyasiya 

şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 

398.1.4-cu  maddəsinə  əsasən  apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin 

baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya 

qərarının dəyişdirilməsi bаrədə qərar qəbul edə bilər.   

Azərbaycan Respublikası Cinayət Prosessual  Məcəlləsinin 399.1.5-cı maddəsınə 

əsasən təyin edılmış cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun 

olmaması  apellyasiya  şikayətinin  və  ya  apellyasiya  protestinin  təmin  edilməsi  üçün 

əsasdır.  

Şirvаn  Аpellyаsiyа  Məhkəməsinin  Cinаyət  Kоllegiyаsı  məhkəmə  istintаqı 

аpаrmаmаqlа  cinаyət  işinin  mаteriаllаrını  аrаşdırıb  аpellyаsiyа  şikаyətinin  dəlillərini 

müzаkirə  edərək,  məhkum  edilmiş  şəxsin  izahatını,  dövlət  ittihаmçısının  аpellyаsiyа 

şikаyətinin  təmin  olunmamаsı  bаrədə  rəyini  dinləyərək  hesаb  edir  ki,  аpellyаsiyа 

şikаyəti təmin edilməli, Əzizov Mirsamil Ağafəlah oğlunun Azərbaycan Respublikası 

Cinayət  Məcəlləsinin  234.4.1,  234.4.2,  237.2.1,  237.2.2,  237.2.3  maddələri  və  24 

noyabr 2015-ci il tarixə kimi qüvvədə olmuş Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə 

məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər  Məhkəməsinin 28 iyun 2016-cı il 

tarixli 1(089)256/2016  saylı hökmü dəyişdirilməlidir. 



 

Şərh  оlunanlara  əsasən  və  Azərbaycan  Respublikası  Cinayət  Prosessual 



Məcəlləsinin  397,  398.1.4-cu,  399.1.5-ci,  407-410-cü    maddələrini  rəhbər  tutaraq 

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kоllegiyası,  

 


Yüklə 262,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin