AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 15,3 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix13.06.2017
ölçüsü15,3 Mb.
1   2   3   4   5   6

FƏS L II. QƏD M DÖVR VƏ  LK N ORTA ƏSRLƏRDƏ 

AZƏRBAYCANDA MÖVCUD OLAN GEY MLƏ

 

Geyimlərin  inkişafı  lap  qədim  dövrlərdən,  insanın  inkişaf  mərhələsindən 

başlayır. Geyimlərin inkişafı iqlim şəraiti, istehsal vasitələri və məhsuldar qüvvələrin 

meydana  çıxması  ilə  əlaqədardır.  Geyimin  konstruksiyası  bir  neçə  mərhələdən 

keçmişdir. Birinci mərhələ prototip və ya inkişaf dövrü adlanaraq V əsri əhatə edir.  

nsanlar qədim dövrdə geyim növlərini heyvan dərilərindən, ağac qabığından, 

ağac  yarpağından və  müxtəlif  liflərdən  istifadə  edirdilər.  Sonralar geyim  üçün  yeni 

materiallardan  istifadə  etməyə  başladılar.  Bunların  əksəriyyəti  heyvandarlıqdan  və 

bitkiçilikdən alınırdı. Kətan, pambıq, çətənə və s. lifləri buna misal olaraq göstərmək 

olar.  Bu  materiallar  əvvəl  toxunma  yolu  ilə  alınırdı.  Sonralar  toxuculuq  dəzgahları 

yarandı ki, materiallar həmin dəzgahlarda toxunmağa başlandı. II mərhələdə insanlar 

ə

sasən parça tikililərindən istifadə edirdilər.  



IX  əsri  əhatə  edən  mərhələdə  düzbucaq  şəkilli  biçimdən  istifadə  edirdilər. 

Kostyum anlayışı XIV əsrdə yarandı.  lk dəfə qollu məmulatlar XII əsrdə, yaxalıqlı 

məmulatlar  XIII  əsrdə,  cibli  məmulatlar  XIV  əsrdə  yarandı.  Geyim  uzun  və 

mürəkkəb bir yol keçərək hazırki formasını almışdır. Ümumiyyətlə bütün dövrlərdə 

müxtəlif ölkələrin geyimə münasibəti fərqli olmuşdur.  

Misir,  Yunan,  Roma  geyimləri  ən  bəzəkli  geyimlərdən  hesab  olunur.  Onlar 

müxtəlif  formalı  parça  kəsiklərini  bədənlərinə  dolamaqla  geyim  yaradırdılar  ki,  bu 

estetik  funksiya  rolunu  da  daşıyırdı.  lk  dəfə  geyimin  biçilməsi  Şərq  ölkələrində 

yaransa da, ilk dərzi emalatxanaları XII əsrdə Qərbi Avropada yarandı. Orta əsrlərdə 

geyim “partı”, geyimləri hazırlayanlar isə “partınım” adlandırılırdı.  

lk  dəfə  “don”  sözü  XIV  əsrin  başlanğıcında  yarandı.  Orta  əsrlərdə  qadınlar 

fədi paltar tikdirməyə başladılar. Fransada uzun şalvarlar, jiletlər və s. 1739–cu ildə 

yaradıldı. Qabriel adında kişi kostyumu tipində qdın kostyumu 1928–ci ildə yarandı. 

Faydalı  və  estetik  funksiya  rolunu  daşıyan  xarici  təsirlərdən  qorumaq  üçün  insan 

bədəninə  geydirilən  məmulatlar  toplusudur.  Geyim  toplusuna  şalvar, pencək, palto, 

plaş, jilet, köynək məmulatları və s. daxildir. Ümumiyyətlə bütün geyimlər 3 sinifə 



  

27

bölünür:  məişət  geyimləri,  idman  geyimləri,  istehsalat  geyimləri.  Məişət  geyimləri 



insan bədənini lazımsız təsirlərdən qorumaq üçün istifadə olunur. Geyimin əsas bədii 

layihələndirilməsi  əvvəl  forma  əmələ  gətirmə  məmulatın  forma  və  funksiyasından, 

konstruksiyasından, material və texnologiyasından asılı olaraq yerinə yetirilir. Geyim 

sahəsində  moda  tərtib  olunur  və  insan  zövqü  ilə  əlaqədar  olaraq,  bütün  cizgi 

üslublarını özündə əks etdirir. Hər bir dövr özünün stilini moda vasitəsilə əldə edir. 

Moda daima bir stildə qalmır, tez–tez dəyişir ki, bu da modanın əsas qanunlarından 

biridir. Dövrün əsas tələblərindən biri odur ki, yaradılan moda yaxşı estetik zövqdə 

olsun. Keçmiş dövrdə geyim modası çox kortəbii bir halda yaradılırdı. Ümumiyyətlə 

modanı yaratmaq üçün anatomiyaya da müraciət etmək tələb olunur. 

Elmi  inkişaf  ilə  əlaqədar  olaraq  yeni–yeni  modalar  tərtib  olunmağa  başlandı. 

Modaların  yaranması  ilə  milli  ənənələrə  xas  olan  geyimlər  buraxılmağa  başlandı. 

Texniki tərəqqi modanın inkişafının sürətlənməsinə böyük təsir edir. XIX əsrə qədər 

moda  əsrlə  dəyişmirdisə,  sonralar  moda  nəinki  illərlə,  hətta  mövsümlə  əlaqədar 

olaraq    dəyişməyə  başladı.  Geyimlərin  modelləşdirilməsi  dedikdə  rəssamların 

yaradıcılıq  prosesində  müxtəlif  geyim  modalarının  yaradılması  nəzərdə  tutulur.  Bu 

proses  iki  mərhələdə  yerinə  yetirilir:  geyim  modasının  bədii  tərtibatının  layihəsini 

işləmək; layihəni material üzərində yerinə yetirmək.  

Modelləşdirilmənin  əsas  funksiyalarından  biri  sosial  şərtlərdən  əmələ  gələn 

bədii  ideyadır.  Əsas  funksiyalardan  digəri  isə  ondan  ibarətdir  ki,  geyimin  modası 

onun təyinatına və istifadəsinə görə tərtib olunur. Geyim modelləşdirildikdə mütləq 

gigiyenik və rahatlıq tələbləri nəzərə alınmalıdır. Rəssam sənaye üçün kütləvi sayda 

model  yaratdıqda  mütləq  onun  material  nöqteyi–nəzərdən  iqtisadiliyini  nəzərdə 

tutmalıdır.  Geyimin  modeləşdirilməsi  qarşısında  duran  əsas  məsələlər  bunlardır: 

moda  istiqamətinin  inkişafı,  xalqın  geyimə  olan  tələbini  rəssamlar  modada 

göstərməli,  şəhər  və  kənd  əhalisinin  ədəb–ərkanı,  adət–ənənəsini  və  geyimə  olan 

zövqünü  nəzərə  almalı,  müxtəlif  növ  geyim  çeşidlərinin  genişləndirilməsi,  tikiş 

sənayesi üçün yeni növ materialları bəzəyərək tərtib etməli.  

 

 


  

28

2.1. Qədim dövr və ilkin orta əsrlərdə geyimlərin təkamülü 



 

Geyim  öz  yaranışından  bəri  böyük  bir  inkişaf  yolu  keçmişdir.  Hələ  Neolit 

dövründən  başlayaraq,  ibtidai  insanlar  əyirmə,  hörmə  və  tikmə  qabiliyyətinə  malik 

olmuşlar.  Geyim  əsas  etibarı  ilə  iki:  çiyin  və  bel  geyimi  hissələrinə  bölünür.  Çiyin 

geyimləri,  sadəbiçimli  və  bel  geyimlərinə  nisbətən  çox  əvvəl  yaranmışdır.  Bel 

geyimləri isə nisbətən sonralar inkişaf etmişdir ki, onlardan da alt tumanı və şalvar 

kimi  geyimlər  meydana  gəlmişdir.  Geyim  tərzlərinin  əmələ  gəlməsinə  insanın  get-

gedə  müxtəlif  sənət  və  peşələrə  yiyələnməsinin,  habelə  yaşadığı  mühit  və  iqlimin 

böyük  təsiri  olmuşdur.  Ayrı  –  ayrı  xalq  geyimlərinin  meydana  çıxması  bilavasitə 

insan  cəmiyyətinin  müxtəlif  xalqlara  ayrılması  dövrü  ilə  əlaqədar  olub,  bu  və  ya 

digər millətin əsrlər boyu yaranmış zövqünü, mədəniyyətini əks etdirir. Yüksək irsə 

malik olan Azərbaycan xalq geyimləri bütünlüklə xalqımızın zövqünü, onun maddi –

mədəniyyətinin  ən  mütərəqqi  və gözəl nümunələrini  özündə  əks  edərək,  günümüzə 

qədər inkişaf etmişdir.  

Arxeoloji  qazıntılar  zamanı  tapılmış  bir  sıra  parça  fraqmentləri  Azərbaycan 

ə

razisində  yaşayan  xalqların  hələ  eramızdan  çox–çox  əvvəl  yüksək  geyim 



mədəniyyətinə  malik  olduğunu  sübut  edir.  Naxışlı  parça  fraqmentləri  və  onlarla 

yanaşı  tapılmış  bəzəklər  qədim  Azərbaycan  xalqının  yüksək  zövq  və 

mədəniyyətindən  xəbər  verir.  Qədim  dövrlərdən  başlayaraq,  Azərbaycan  xalqının 

geyimləri,  tipləri,  onların  adət  və  məişəti  heykəllərdə,  divar  rəsmlərində, 

minatürlərdə  və  sairədə  əks  etdirilmiş  və  dövrümüzə  qədər  qalmış,  tapılmış  bu 

ə

sərlər  Azərbaycan  xalqının  qədim  geyimlərinin  öyrənilməsində  ən  qiymətli  vasitə 



olmuşdur.  Vaxtilə  yüksək  mədəniyyətə  malik  olan  Midiya  tarixinin  yaranmasında 

Azərbaycanın böyük rolu olmuşdur. 

Midiya abidələri, Assuriya və Misir abidələri kimi bəzək və zinət əsərləri olub, 

saray  əyanlarının,  döyüşçü  və  ya  xalq  qəhrəmanlarının,  yüksək  təbəqəyə  mənsub 

olan şəxslərin həyat və məişətini təsvir edir. Elə bu səbəbdən aşağı təbəqəyə mənsub 

olan  adamların  geyimi  haqqında  məlumat  və  təsvirlər  azdır.  Bu  dövrdə  kişilər, 

beldən  nazik  qurşaq  və  dəri  kəmərlə  bağlanan  uzun  və  enli  ətəkləri  yerə  qədər 


  

29

uzanan  don  geyərdilər  və  yeriyəndə  maneçilik  törətməməsi  üçün,  bu  geyimlərin 



ə

təklərini  qatlayıb  qurşaqlarına  bərkidərlərmiş.  Varlı  şəxslər  bu  donun  üstündən 

nisbətən gödək örtük geyərlərmiş. Bu dövrün  geyimlərində əsasən, ağ və açıq boz 

rəngdən  istifadə  olurdu.  Ruhanilər  öz  geyimlərində  al–qırmızı  rəngdən  istifadə 

edirdilər.  

Midiyalıların ayaqqabıları XIX əsrdə Azərbaycanda kütləvi geyilən başmaqları 

xatırladır, lakin öz zərif biçimi və dabanlı olması ilə ondan fərqlənirdi. Midiyalıların 

papaqları xüsusilə çox maraqlıdır. Bu papaqlar hündür, girdə formada olmaqla üstən 

gözəl naxışlarla bəzənərdi. Ordunu lazımi silah və libasla təmin etmək üçün, dövlətin 

mütləq öz sənətkarları olmalı idi. Midiya əsgərləri sülh vaxtı əsas etibarı ilə möhkəm 

parçadan  tikilmiş  beldən  enli,  dəri  kəmərlə  bağlanan  uzun  don  geyərdilər,  kəmərin 

qabaq tərəfindən düz formalı enli xəncər bağlanardı. Əsgərlər müharibəyə getdikdə 

isə  əyinə  kip  oturan,  topuğa  qədər  uzanan,  darqollu  köynək  geyərdilər.  Döşlərini 

oxdan  və  nizədən  qorumaq  məqsədi  ilə  köynəklərin  üstündən  dəri  ilə  çarpaz 

bağlanmış  dairəvi,  üstü  bəzəkli  dəmir  asardılar.  Döyüşçülər,  yuxarısı  nazik  və 

hündür  papaq  qoyardılar.  Bu  papaqların  əksəriyyəti  nazik  metaldan  və  ya  qalın 

dəridən düzəldilirdi. 

Yüksək  rütbəli  hərbi  xidmətçilər  isə  daha  hündür,  girdəformalı  papaqları 

qoyardılar.  Döyüş  və  ya  yürüş  zamanı  əsgərlər  papaqlarının  üstlərini  küləkdən, 

tozdan qorumaq məqsədi ilə parça ilə örtərdilər. 

O dövrün qadın geyimləri barədə əlimizdə heç bir sənəd yoxdur. Təkcə yunan 

alimi Strabonun əsərlərində qadın geyimi haqda bir neçə kəlmə ilə qeydə rast gəlirik. 

Strabon,  ümumiyyətlə,  Midiya  geyim  tərzlərinin  əmələ  gəlməsini  Qafqazla 

ə

laqələndirir.  Miladdan  əvvəl  VI  əsrin  ortalarında  Midiya  dövləti  gün–gündən 



zəifləməyə  başlayır.  Bu  zəifləmədən  istifadə  edən  farslar  550–ci  ildə  midiyalıları 

məğlub  edir,  beləliklə  də  Azərbaycan  torpağı  Əhəmənilərin  Dövlət  tərkibinə  daxil 

olur. Farslar işğal etdikləri yerlərin əhalisindən mədəni cəhətdən çox geri olduqlarına 

görə, o xalqın adətlərini, geyim və bəzəklərini, hətta bütünlüklə hərbi bacarıqlarını da 

mənimsəməyə başlayırlar. Ümuiyyətlə qədim dövrdə yaranan hər bir yeni gözəl tərz 

ə

n azı bir neçə əsr davam edirdi.  



  

30

Müharibə  zamanı  albanlar  düz  qılınc,  nizə,  cida,  yay  və  oxlarla  silahlanır  və 



zirehli paltar geyərmişlər. Azərbaycan ərazisində yaşayan xalqların hələ eramızın II-

III  əsrlərində  ipək,  kətan,  yun  parça  istehsal  etdiyini  və  onlardan  gözəl  biçimdə 

libaslar geydiyini bilirik. O dövrdə yayılmış bir çox gözəl formaları XIX–XX əsrin 

ə

vvəllərinə qədər gəlib çıxmışdır.  



Alban hərbi geyimləri əsas etibarı ilə zirehli örtük, papaq və qalxandan ibarət 

idi.  Zirehli  örtük  bədənin  bütün  yuxarı  hissəsini  örtürdü.  Bu  örtüklər  hissə  –  hissə 

qalın dəri üzərinə bərkidilmiş dəmir parçalarından ibarət olub bütünlüklə pullu balıq 

dərisini xatırladırdı. Adətən belə zirehli geyimin altından gödəkqollu qalın köynəklər 

geyərdilər.  Albanlar  belə  zirehli  geyimi  müharibə  zamanı  öz  atlarına  da 

geydirərdilər. 

Alban sənətkarları metal üzərində işləmək və ona müxtəlif bəzəklər vurmaqda 

da çox mahir idilər. Buna qalın dəridən düzəldilmiş, üstü bəzəkli dəmir hissəciklərlə 

örtülmüş dairəvi qalxanlar və dəmir hissəciklərindən bərkidilmiş papaqlar misal ola 

bilər. Mingəçevir qazıntıları zamanı qəbirlərdən cürbəcür toxuma və əyirmə alətləri 

tapılmışdır.  Həmin  qəbirlərdə  yun  sap  yumaqları,  nazik  parçadan  tikilmiş  paltar 

hissələri  tapılmışdır.  Bu  paltarlar  Sasanilər  dövründə,  yəni  V–VI  əsrlərdə 

Azərbaycanda qəşəng və zərif parçalar toxunulduğunu sübut edir.  

Azərbaycanda  ticarətin  inkişafı  ilə  əlaqədar  olaraq,  toxuculuq  sənəti  xeyli 

artmışdı.  Gəncədə  hazırlanan  yun  paltarlar,  Naxçıvanın  məşhur  çuxaları,  Təbrizdə 

istehsal  edilən  gözəl  atlaz,  kişi  üst  geyimləri,  Xoyda  nazik  kətandan  hazırlanan 

paltarlar bu dövrdə çox məşhur idi. 

Azərbaycanda  bir  çox  gözəl  sənət  nümunələri:  parça,  paltar,  bəzək  və  silah 

hazırlayan  mahir  ustaların olması nəticəsində  müxtəlif  sənət  məmulatlarına  «böyük 

müsəlman  xilafətinin»  bir  çox  yerlərində  rast  gəlinir.  Bu  ümumiliyin  əsas  səbəbi 

müxtəlif  müsəlman  dövlətləri  arasında  inkişaf  edən  güclü  ticarət  idi.  Dindar 

müsəlman  sənətkarlarının  hər  il  Məkkə  ziyarətinə  getmələri  bədii  sənət  stilinin 

ümumiləşməsində  və  geniş  yayılmasında  mühüm  rolu  var  idi.  Müsəlman 

ölkələrindən  gələn  sənətkarlar  –  rəssamlar,  zərgərlər,  toxucular  burada  görüşür, 

birbirlərinə  öz  təcrübələrindən  danışır  və  yeni  –  yeni  üslublar  öyrənirdilər.  Həmin 


  

31

sənətkarlar  vətənlərinə  qayıdıqdan  sonra  bu  təcrübəni  öz  işlərində  tətbiq  etməyə 



başlayır, yeri gəldikcə bu yeni modaya milli ornamentlər artırır, yeni – yeni bəzəklər 

vururdular. 

Ə

rəblərin Azərbaycanı zəbt etdiyindən sonra maddi mədəniyyət nümunəsi olan 



geyimdə  çox  böyük  dəyişikliklər  olmuşdu.  Bu  dövrdən  başlayaraq  Azərbaycanlılar 

arasında əba, qəba, əmmamə kimi ərəb geyimləri yayılmağa başlamışdır.   

Ə

ba – xələti andıran, qabaq tərəfdən boyaboy açıq, enli, uzunqollu və ətəkləri 



yerə  qədər  uzanan  libasdır.  Bu  xələtlər  öz  biçimi  və  formasına  görə,  bütünlüklə 

Midiya  üst  geyimlərini  xatırladır  və  çox  güman  ki,  bunların  əsasında  əmələ 

gəlmişdir.  Bu  xələtin  altındakı  nisbətən  qısa  və  möhkəm  parçadan  tikilmiş  qəba 

geyərdilər. Varlı şəxslərin qəbalarının çiyni, qolları və ətəkləri qızıl – gümüş saplarla 

toxunardı.  

Beləliklə,  bəzəkli  tikmələr  qəbanı  geyinən  şəxsin  yuxarı  təbəqədən  olmasını 

bildirirdi.  Çox  vaxt  bu  zərli  tikmələrin  arasında  kufi  yazılarla  həndısi  naxışları 

xatırladan  sözlər  də  yerləşdirilərdi.  Əksər  hallarda  belə  geyimlərdən  ölkəni  idarə 

edən  xəlifənin  və  ya  sərkərdənin  adı  yazılardı.  O  dövrdə  xalq  arasında  ən  çox 

yayılmış kişi baş geyimi çalma idi. Çalmalar əsas etibari ilə ağ rəngdə olurdu. Qadın 

geyimlərində də bir çox yeniliklər meydana gəlmişdi. Qadınlar üstdən uzunqollu enli 

don,  altından  da  köynək  və  uzun,  enli  tuman  geyərdilər.  Ev  şəraitində  geyilən  bu 

paltarları  kişilərdən  gizlətmək  üçün  onlar  küçəyə  çıxdıqda  çarşaba  bürünər  və 

üzlərini rübəndlə örtərdilər. 

Ümumiyyətlə geyim tərzləri qəbul olunan şəkildə qalırdısa da, onların naxışları 

və  qeyri  bəzəkləri  get  –  gedə  yerli  mühitə  uyğunlaşaraq  inkişaf  edirdi.  XI-XII 

ə

srlərdə  Səlcuqların  hökmranlığı  dövründə  Azərbaycan  şəhərlərində  parça  istehsalı 



xeyli artır. Xüsusən Gəncənin ipək malları çox şöhrət qazanır. Bu dövrün parçaları 

üzərindəki  naxışlar  əvvəlki  dövrlərə  aid  olan  bərklikdən  və  ağırlıqdan 

uzaqlaşmışdılar. Çünki o dövrün ustaları əvvəlki dövrlərdən fərqlənərək, daha zərif 

parça  istehsal  edir  və  bu  parça  üzərindəki  naxışları  bir  sapla  deyil,  bir  neçə  rəngli 

sapla bəzəməyə başlayırlar. 


  

32

Azərbaycanda  XIII–XIV  əsrlərdə  yuxarı  təbəqəyə  mənsub  olan  şəxslərdə  və 



ümumiyyətlə şəhər əhlində monqol geyimlərinin çox güclü təsiri görünür. Bu dövrdə 

Azərbaycanın  bir  çox  şəhərlərində,  əsasən  Təbrizdə  camaat  qolugödək,  ətəkləri 

yandan kəsik, uzun, sağ qoltuq altında bağlanan xələtlər geyərdilər. Nisbətən dövlətli 

şə

xslərin  xələtlərinin  üstündə  döş  tərəfdə  stilizə  edilmiş  əjdaha,  quş  və  qeyri  Uzaq 



Şə

rq  əfsanələrinə  xas  təsvirli  tikmələr  olurdu.  Bəzən  bu  geyimlərin  üstünə  naxışlı 

örtük  də  atırdılar.  O  dövrün  baş  geyimləri  də  çox  qəribə  və  özünəməxsusdur. 

Papaqlar balaca dairəvi şəkildə – dördbucağı andıran və yanları istənilən vaxt qalxıb 

– düşən olurdu. Bundan başqa, camaat şlyapayabənzər, ətrafı yük papaqlar və dairəvi 

yastı əmmamələr də qoyurdular. 

 

 

2.2. XVI - XVIII əsrlərdə Azərbaycan geyimləri 



 

 XVI əsr Azərbaycan milli geyimlərm tarixində ən zəngin dövr hesab edilir. O 

dövrdə  Təbriz  şəhəri  «modalar»  mərkəzinə  çevrilmişdir.  Burada  adları  bütün  şərq 

aləmində yayılmış nəqqaşlar, zərgərlər, dərzilər yaşayır və geyim mədəniyyətimizin 

böyük  inkişaf  yolunu  göstərən  qiymətli  naxışlı  parçalar,  ipək  məmulatı  və  bəzək 

ş

eyləri  istehsal  edilirdi.  Məxmərin  qiymətli  cəhəti  ondan  ibarət  idi ki,  milli  naxışla 



bəzənir  və  çox  vaxt  daha  gözəl  görünmək  üçün  həmin  naxışların  arasında  klassik 

ş

airlərin əsərlərindən alınmış obrazlar təsvir edilərdi. 



XVI  əsrə  aid  geyim  və  bəzəklərin  qiymətli  cəhətlərindən  biri  də  olur  ki,  bu 

vaxt,  Azərbaycan  xalqı  öz  milli  geyim  məktəbini  yaratmışdır.  ndiki  sənətkarlar 

qədim  ənənələr  əsasında  Azərbaycanın  iqliminə,  təbiətinə,  əhalisinin  zövqünə 

münasib geyim və bəzəklər yaradırlar. 

XVI  əsrin  Azərbaycan  modaları  içərisində  ən  maraqlısı  baş  geyimləri  hesab 

olunurdu.  Səfəviləri  «Qızılbaşlar»  adlandırırdılar,  çünki  Səfəvilər  başlarına  təpəsi 

nazik  və  hündür,  qırmızı  papaq  qoyub,  onun  da  ətrafına  sarıq  dolayırdılar. 

Zadəganlar və rütbəli hərbi xidmətçilər isə əmmamənin üstündən 12 daş taxar və ya 

zərli  xətlər  çəkdirərdilər.  Yüksəkrütbəli  əyanların  qoyduqları  belə  baş  geyimlərinin 


  

33

üstündə  bəzən  böyük  və  qiymətli  bir  qaş,  onun  da  ətrafında  nisbətən  kiçikhəcmli 



qaş–daş olurdu.  

Səfəvilər dövründəki baş geyimlərini öyrənən bəzi tədqiqatçılar müəyyən əyani 

vasitələrlə  isbat  etmişdilər  ki,  bu  baş  geyimləri  70  il  ərzində  bir  neçə  dəfə  öz 

formasını  dəyişmişdir.  XVI  əsrin  başlanğıcından  1535–ci  ilə  qədər  baş  geyimləri 

uzanır,  XVI  əsrin  ikinci  yarısından  isə  qısalaraq  əsas  etibari  ilə  enləşir  və  1570–ci 

illərdə bütünlüklə əmmamənin içindən uzanan qırmızı başlıq yox olur. 

Azərbaycanda  XVI  əsrdə  ucu  şiş,  qırmızıbaşlı  əmmamələrlə  yanaşı,  adi 

bəzəksiz  əmmamələr  də  geniş  yayılmışdı.  Bunlar  müxtəlif  parçalardan  olub,  kiçik 

araqçın  və  ya  gülah  adlı  papaq  geydikdən  sonra  başa  dolanardı.  Əmmamənin 

parçasının rəngi, ölçüsü, hətta başa dolanması da xüsusi qaydada olmalı idi. O zaman 

ə

n çox yayılmış əmmamələr, əsasən, ağ rəngli idi. Şah, vəzir və ya rütbəli ruhanilər 



isə yaşıl rəngli əmmamə qoyardılar. Azərbaycanlı olmayanlar başqa rəngli əmmamə 

geyməli  idilər.  Bunlardan  məsələn  ermənilər  qara  və  ya  göy,  yəhudilər  sarı  və  s. 

geyinirdilər.  Şəriətə  görə,  əmmamənin  ölçüsü  onu  geyən  şəxsin  boyuna  müvafiq 

gəlməli  idi,  çünki  əmmamədən  yalnız  başa  dolamaq  üçün  deyil,  həm  də  lazım 

gələndə  süfrə,  qurşaq,  hətta  məcburiyyət  qarşısında  kəfən  kimi  də  istifadə  edilirdi. 

Hörmətli  şəxslər,  yəni  alimlər,  şairlər,  rəssamlar  daha  böyük  və  ağ  əmmamə 

qoyardılar.  Əmmamələri  başa  dolamağın  da  xüsusi  qaydası  var  idi.  Ümumiyyətlə 

alimlər, şairlər, rəssamlar başa dolanan əmmamənin ucunu sol tərəfdən çiyinləri üstə 

salar  və  yalnız  namaz  qıldıqları  zaman  ucunu  çənə  altdan  gətirib  sağ  tərəfdə 

bağlayardılar. Belə əmmamələrin yandan sallanan ucu çox vaxt naxışlarla bəzənər və 

aşağısı saçaqlı olardı. 

XVI  əsrdə  Azərbaycanda  çalma  ilə  yanaşı,  orijinal,  kiçik  şlyapayabənzər 

papaqlar  da  yarandı.  Bu  papaqlar  ağ  keçədən  tikilib,  üçbucaq  formasında  olardı. 

Papağın  aşağısında  şlyapanın  ətrafına  bənzər  qabaqlığı  vardı  ki,  bu  da  istənilən 

vaxtda onu açıb–örtmək üçün işlədilirdi. Dövlətli şəxslər belə papaqların yuxarısına 

gözəllik üçün quş lələyi taxardılar. Əgər biz dediyimiz papaqların tarixini yoxlasaq, 

onun  çox  qədimliyini  və  vaxtilə  Orta  Asiyadan  gəlməsini  görərik.  Bu  baş 

geyimlərinin  daha  sonralar  da  Azərbaycanda  olmasını  Nuxada  Şəkixanovlar 



  

34

sarayındakı  divar  rəsmi  də  isbat  edir.  XVI  əsr  miniatürlərində  və  başqa  abidələrdə 



biz ayrı bir maraqlı papağa da rast gəlmək olur. Bu, qalın parçadan tikilmiş və üstü 

naxışlarla  bəzənmiş  hündür,  üçbucaqşəkilli  «külah»dır  ki,  bu  külahları,  əsas  etibarı 

ilə,  dərvişlər  geyərdi.  Bu  papaqları  yaşlı  və  hörmətli  şəxslər  qoyardılar.  Bunlardan 

ə

lavə,  XVI  əsrdə  Azərbaycanda  bir  sıra  başqa  formalı  papaqlar  da  olmuşdur.  Bu 



papaqlardan  qoyun  dərisindən  tikilənləri  nisbətən  geniş  yayılmışdır.  Bunu  əsas 

etibarı  ilə  çobanlar  və  köçəri  həyat  keçirən  adamlar  geyərdilər.  Azərbaycanda  XVI 

ə

srdə  qadın  baş  geyimləri  də  çox  mürəkkəb  olmuşdur.  Əldə  edilmiş  materiallara 



ə

sasən demək olar ki, Azərbaycanda o vaxt 7 növə yaxın qadın baş geyimi olmuşdur. 

Bunlardan  gözəl,  əlvan  naxışlı  örpəkləri,  kiçik,  narın  naxışlı  araqçınları,  çənə 

altından bağlanan incə, güllü və muncuqlu ləçəkləri, tac, çalma, kənarları xəz və ya 

məxmərdən  tikilmiş  şlyapaların  adlarını  çəkmək  olar.  Ən  çox  yayılmış  qadın  baş 

geyimlərindən  biri  araqçın  idi.  Bunlar  əsas  etibarı  ilə  iki  cür  olurdu:  qadın  və  qız 

araqçınları. Qadınların araqçını daha mürəkkəb olub, arxa tərəfdən qəşəng uzun torba 

ilə  birləşdirilərdi.  Qadınlar  bu  torbadan  hörüklərini  qoymaq  üçün  istifadə  edirdilər. 

Dövlətli qadınlar belə baş geyimlərini qızıl və ya başqa qiymətli metallardan nazik 

hörmə  şəkildə  düzəltdirib  geyərdilər.  Bəzi  araqçınlarda  torba  da  olmazdı;  bunun 

ə

vəzində  papağın  arxası  hörük  kimi  uzadılıb  yuxarı  qaldırılardı.  Azərbaycandakı 



varlı  təbəqələr  –  kişilər  lap  üstdən,  ətəkləri,  çiyin  və  boyun  hissələri  tikməli  xələt 

geyərdilər.  Bu  xələtlər  özü  də  iki  növ  ayrılır.  Birinci  növ  xələtlər  məhz  çiyinə 

atmaqdan  ötrü  idi.  Belə  xələtlərin  çiyindən  çox  enli,  aşağı  getdikcə  daralan  qolları 

var  idi.  Bu  xələtlər  ancaq  dekorativ  bir  element  kimi  yandan  sallanardı.  kinci  növ 

xələt,  əksinə,  enli  yarımqol  olub  əyində  nisbətən  kip  dayanardı.  Soyuq  havalarda, 

belə  xələtlərin  üstündən  qurşaq,  yaxud  üstü  gümüş  naxışlarla  bəzənmiş  kəmər 

bağlanardı. Xələtin astarı rəngarəng görünmək üçün açıq rəngli parçadan olurdu. Çox 

vaxt  belə  xələtlərə  açıq  –  sarı  ipəkdən  astar  çəkilirdi.  Bu  xələtlərin  altından 

gödəkqollu, çiyinləri, döşləri və qolları milli naxışlarla bəzənmiş uzun don geyilərdi. 

Donların aşağı böyürlərində 20 sm uzunluğunda çapığı vardı ki, bu da tez yeriyəndə 

və  ya  iri  addım  atanda  maneçilik  törətməmək  üçün  idi.  Təbriz  miniatürlərində  biz 

belə  köynəklərin  nazik  dəri  kəmərlə  bağlandığını  tez  –  tez  görürük.  Miniatürlərdə 



  

35

qırmızı,  narıncı  və  yaşıl  rəngli  köynəklərə  çox  təsadüf  etmək  olur.  Azərbaycanda 



ə

nənəvi  libas  sayılan  üst  geyimi  əba  da  çox  yayılmışdı.  Qabaqkı  əbalardan  fərqli 

olaraq,  bunlar  bədəndə  kip  oturur,  qolları  nisbətən  dar  olurdu.  Həmin  dövrün 

miniatürlərində belə əbaların ətəklərinin kəmərə sancılaraq gəzdirildiyini də görmək 

mümkündür.  Bu  əbalar  iki cür  olurdu:  birisi  soldan sağa gətirilib sağ  qolun  altında 

qaytanla  bağlanır,  ikincisi  isə  qabaqdan  düyünlənirdi.  Nisbətən  varlı  cavanlar 

qısaqollu gödək üst geyimləri geyinirdilər. Bu geyimləri ən çox ova gedəndə və ya 

uzaq  bir  səfərə  çıxdıqda  geyinirdilər.  Kişilər  ayaqları  dar,  yuxarı  getdikcə  çox 

enləşən  şalvar  geymişlər.  Şalvarlar  da  üst  köynəyin  malından  tikilirdi,  lakin  rəngi 

çox vaxt göy və ya tünd-sarı olurdu. Bu dövrdə kişi ayaqqabıları da müxtəlif formalı 

olmuşdur.  Ən  çox  yayılmış  kişi  ayaqqabısı  yumşaq  dəridən  tikilən  dabansız  və 

uzunboğaz çəkmələr idi. Bu dövrdə əhalinin kasıb təbəqəsi arasında ən çox işlənən 

ayaqqabı  çarıq  olmuşdur.  Çarıqlar  inək  və  ya  dəvə  dərisindən  hazırlanırdı.  Təbriz 

miniatürlərində, az da olsa, bu cür ayaqqabılara rast gəlirik. Bu dövrdə Azərbaycanda 

qadın  üst  geyimləri  də  müxtəlif  olmuşdur.  Lakin  bu  geyimlər  formalarına  görə, 

həmin dövrün kişi geyimlərini xatırladır. Kişilər kimi, qadınlar da çiyinlərinə bəzək 

üçün  uzunqollu  xələt  salarmışlar.  Qadın  xələtləri  daha  sadə  olub  az  naxışlarla 

bəzənərdi.  Qadınlar  bu  xələtin  altından  lap  dabanlarına  qədər  sallanan  uzun 

köynəklər geyərdilər. Köynəklər yaxadan bir neçə yerdən iri düymə ilə düymələnirdi. 

Qadın donlarının yaxalığı bəzən başqa parçadan da ola bilirdi.  

Qadınlar  o  dövrdə  uzun  don  geymələrini,  yeriyəndə  ətəklərini  əlləri  ilə  tutub 

gedərdilər. Həmin dövrdə kütləvi surətdə geyilən qadın əlbəsələrindən bir də dabana 

qədər  uzanan  şalvarlar  idi.  Kişilərdə  olduğu  kimi,  qadınların  da  şalvarları  ayaq 

tərəfdən  çox  dar,  yuxarısı  enli  olurdu.  Lakin  kişi  şalvarından  fərqli  olaraq,  qadın 

ş

alvarının  ayaqlığı  iki–üç  barmaq  enində  başqa  bir  qalın  parça  ilə  tikilərdi.  Qadın 



ş

alvarının, həmçinin beldən büzməsi olardı ki, onun da içindən qəşəng hörmə qaytan 

keçirib  bağlayırdılar.  Qadının  öz  zövqünə  müvafiq  olaraq  bu  qaytanın  ucundan 

sallanan qotazlar müxtəlif rəngdə olardı. Üst geyimlərə beldən bağlanan qurşaqlar bu 

dövr üçün xarakterik cəhət idi. Qurşaqları həm kişilər, həm də qadınlar bağlayardı. 

Təbriz  miniatürlərində  biz  bu  qurşaqların  müxtəlif  növlərinə  rast  gəlirik.  Qurşaqlar 



  

36

ipək  parçadan  yaxud  qızılı  və  gümüşü  saplarla  toxunmuş  xara  parçalardan 



hazırlanırdı. Daha çox bəyənilən qurşaqlar qızılı, sarı, yaşıl, narıncı rəngdə olardı. Bu 

qurşaqların uzunluğu çox vaxt 4–5 m, eni isə 40–50 sm–ə çatardı. Qurşaqların ucu 

qəşəng  enli  qotazlarla  bəzənərdi.  Yuxarı  təbəqədən  olanlar  hansı  dəbdə  paltar 

geymişsə,  kəndli  və  sənətkarlar  da,  əsasən,  o  formada  paltar  və  ayaqqabı  geyər, 

papaq  və  ya  çalma  qoyardılar.  Bunların  fərqini  onların  bəzəyində  və  tikildiyi 

materialın çeşidində axtarmaq lazımdır. 

XVII  əsrdə  parçaların  və  tikilən  libasların  keyfiyyəti  XVI  əsrə  nisbətən  aşağı 

səviyyədə idi.Bu dövrdə parça istehsalının, eləcə də onun bəzəklərinin solğunluğuna 

baxmayaraq,  geyim  tərzləri  bütünlüklə  XVI  əsrin  geyimlərini  xatırladır. 

Azərbaycanda  bu  dövrdə  ümumi  bir  mərkəz  olmadığından,  bir  çox  xanlıqlarda 

istehsal olunan parçalar qonşu ölkələrə satılır və ya öz içərisində istifadə edilirdi. Bu 

zaman  Şamaxıda  gözəl  ipək  məmulatı,  Təbrizdə  yun  parça,  Qubada  pambıq  parça, 

salyanda ağ və zolaqlı bez və s. istehsal olunurdu.  stehsal olunan parçalardan asılı 

olaraq,  onların  bəzəkləri  də  müxtəlif  olurdu.  XVIII  əsrin  ortalarına  qədər 

Azərbaycanda  geyim  tərzi,  demək  olar  ki,  eyni  səviyyədə  inkişaf  etmişdir.  XVIII 

ə

srdə  Azərbaycanda  kişilər  üstdən  uzunqollu,  bədənə  kip  oturan  çuxa  geyərdilər. 



Çuxa əsas etibarı ilə qalın parçadan tikilirdi. Geyən şəxsin yaşından asılı olaraq bu 

çuxanın rəngi və boyu başqa–başqa olardı. Cavanlar nisbətən gödək və açıq rəngli, 

qocalar  isə  qara  və  ya  başqa  tünd  rəngli,  uzunətəkdi  çuxa  geyərdilər.  Bu  dövrdə 

üstdən enli,  uzunqollu  əbalar da geyinirdilər.  Əbanı  əvvəlki  dövrlərə nisbətən,  əsas 

etibarı  ilə  mollalar  və  hörmətli  qocalar  geyərdilər.  Azərbaycanın  soyuq  yerlərində, 

xüsusən  qışda  qəşəng  biçimdə  tikilmiş,  boynundan  tutmuş  ətəklərinə  qədər  rəngli 

ipək saplarla naxışlanmış kürk geymişlər. Bu kürklər əsasən qoyun dərisindən olub, 

yunlu  tərəfi  içəri  tikilərdi.  Çuxanın,  əbanın  və  kürkün  altında  uzun  və  darqollu, 

bədəndə  kip  outran  arxalıq  olurdu.  Ümumiyyətlə,  arxalıq  gözəl  biçimdə  tikilərdi. 

Nisbətən  varlı  şəxslərin  arxalıqları  böyük  zövqlə  qızılı  və  gümüşü  saplarla 

naxışlanardı.  Arxalıq  qabaq  tərəfdən  –  uzununa  tutmuş  yumru  ipək  və  sair 

parçalardan  tikilmiş  düymələrlə  və  ya  kiçik  parça  bəndlərlə  bağlanardı.  Çox  vaxt 

bunun da üstündən beldən nazik gümüş kəmər və ya qurşaq bağlanardı.  


  

37

Kişi geyimlərini tamamlayan hissələrdən biri də şalvar idi. Şalvarlar aşağıdan 



dar,  yuxarı  getdikcə  enlənərdi.  Bu  şalvarlar  beldən  hörmə,  ucları  rəngli  qotazlı 

bağlarla bağlanardı. XVIII əsrdə kişi ayaqqabıları da çox müxtəlif olmuşdur. Ən çox 

işlədilən  kişi  ayaqqabıları  dəridən  tikilmiş  dabansız  kiçik  başmaqlar  idi.  Bu  zaman 

dövlətlilər  nazik  dəridən  tikilmiş  uzunboğaz  çəkmələr  və  kəndlilər  çarıqlar 

geyinirdilər. Quzu dərisindən tikilmiş uzun, şişbaşlı bu papaqlar XIX əsrin ortalarına 

kimi ən geniş yayılmış baş geyiminə çevrilir. Bəzən gözəl görünmək üçün papaqların 

aşağı  hissəsinə  qiymətli  ağ  və  zolaqlı  parça  dolayırdılar.  Bu  dövrdə  kişi  bəzəkləri 

üzük, qurşağa taxılan və ya nazik gümüş kəmərdən açılan xəncər olmuşdur. Xəncəri 

XVIII  əsrdə,  demək  olar  ki,  bütün  kişilər  gəzdirərdilər.  Bu  dövrdə  qadın  geyimləri 

kişi geyimlərinə nisbətən daha gözəl və zövqlə hazırlanırdı. XVIII əsrdə qadınlar ilin 

soyuq  aylarında  əyinlərinə  üstdən  uzunqollu,  gödək  çəpkən,  topuqlarına  qədər 

uzanan  arxalıq,  qolsuz,  boynu,  ətəkləri  və  qol  yerləri  xəzdən  tikilmiş  kürdü  və  ya 

küləcə  adlı  paltar  geyərdilər.  Çəpkən  əsas  etibarı  ilə  qalın  parçadan  tikilərdi.  Daha 

geniş yayılmış çəpkənlər qırmızı və yaşıl məxmərdən olardı. Onun yan tərəflərində 

aşağıda  çapıq  adlanan  qabarıq  hissələri  olurdu  ki,  bu  da  bədənin  daha  da  gözəl 

görünməsinə imkan verirdi.  

Qadınlar  arasında  çox  yayılmış  geyimlərdən  biri  də  arxalıq  idi.  Bunlar  kişi 

arxalıqlarından, əsasən, öz gödəkliyi və üstünün gözəl bəzəkləri ilə fərqlənirdi. Qeyd 

etmək lazımdır ki, arxalıq, eləcə də başqa qadın üst geyimlərinin qolları altında çapıq 

olardı. Bu çapıqlar qolun rahat hərəkət etməsi və isti havalarda tərləməməsi üçün idi. 

Kürdünü  ən  çox  məxmər,  tafta  və  tirmədən  tikərdilər.  Qış  fəslində  gerildiyi  üçün 

boynu, yaxası və ətəklərində xəz olardı. Kürdü döşdən mis və ya gümüş qarmaqlarla 

bağlanardı.  Geniş  yayılmış  kürdülər  qırmızı  məxmərdən,  üstü  bafta  ilə  bəzənmiş 

olardı. Bütün bu üst geyimlərinin altında qadınlar uzun və enliqol köynək geyərdilər. 

Kübar  qadınlar  bu  köynəyi  ipəkdən,  kasıblar  isə  bezdən  tikdirərdilər.  Yaşlarından 

asılı  olaraq  qadınların  geydikləri  köynəklərin  rəngi  də  müxtəlif  olurdu.  Qızlar  və 

gəlinlər  sarı  və  qırmızı  güllü  parçadan,  yaşlı  və  qoca  qadınlar  isə  ağ  və  ya  qara 

rəngdə köynək geyərdilər. XVIII əsrdə qadınlar çox uzun və enli, üstbəüst bir neçə 

tumanda gəzərdilər. Birinci üst tumanın ətəyi iki-üç barmaq enliyində, ümumiyyətlə 


  

38

tirmə  və  ya  rəngli  qalın  parçadan  tikilərdi.  Qadın  ayaqqabısı  formaca  bəzi  kişi 



ayaqqabısına  bənzəyirdisə  də,  onlardan  öz  zərif  biçimi  və  gözəl  bəzəkləri  ilə 

ayrılırdı. Nisbətən kübar qadınların ayaqqabılarının içərisi dabandan tutmuş pəncəyə 

qədər nəbatat aləmindən götürülmüş naxışlarla bəzənmiş gümüş parçası ilə örtülərdi. 

Bu  dövrdə  ən  çox  yayılmış  baş  geyimlərindən  biri  araqçın  idi.  Lakin bu  araqçınlar 

XVI  əsrdəki  araqçınlardan  arxa  tərəfə  hörük  torbasının  olmaması  ilə  fərqlənirdi. 

ndiki araqçınlar daha bəzəkli olardı. Bu dövrdə qızıl və gümüş saplarla naxışlanmış 

güləbətin  tikməli  araqçınlar  xüsusilə  geniş  yayılmışdı.  Bu  araqçınların  qabaq 

tərəfindən  –  alından  silsilə  adlanan  qızıl,  gümüş  hissəciklərindən  düzəldilmiş 

bəzəklər  asardılar.  XVIII  əsrdə  ən  çox  yayılmış  qadın  baş  geyimlərindən  biri  də 

ə

mmaməyəbənzər  baş  geyimi  idi.  Əmmaməni  geymək  üçün  qadınlar  kişilər  kimi 



başlarına  araqçınabənzər,  lakin  adi  araqçınlardan  xeyli  hündür  və  bərk  parçadan 

tikilmiş  papaq  qoyar  və  onun  ətrafına  parça  dolayardılar.  Kişilərdən  fərqli  olaraq 

qadınlar əmmamənin ucunu çənələrinin üstündən gətirərək yaşmaq kimi ağızlarının 

üstündə  bağlayardılar.  Bunu  da  qeyd  edək  ki,  belə  əmmaməyəbənzər  qadın  baş 

geyimlərini  Azərbaycanın  ucqar  yerlərində  –  çarşabsız  gəzən  qadınlar  geyərdilər, 

çünki yaşmaq özü burada qadının üzünün aşağı hissəsini bütünlüklə örtərək çarşabı 

ə

vəz edərdi. 



Azərbaycan qadınları tərəfindən sevilən ən qədim bəzəklərdən boğazaltı, çəçik, 

qarabatdaq  və  s.  göstərmək  olar.  Bunların  içərisində  ən  çox  yayılmış  qiymətli 

muncuq,  mirvarı  və  ya  «arpa»  adlanan  uzunsov  formalı,  qızıldan  düzəldilmiş 

boyunbağıdır.  Bu  boyunbağının  ortasından  gözəl  naxışlarla  bəzənmiş  sinə  üzərinə 

daha  bir  dairə  formasında  hissə  bənd  edilib  sallanardı.  Bəzən  bu  bəzəkli  dairə 

ə

vəzinə, xara üsulu ilə işlənmiş altı və ya səkkizguşəli, ortasında yaqut və ya firuzə 



qaşı  olan  ulduz,  onun  da  altını  tamamlayan  aypara  yerləşdirilərdi.  Qol  və  barmaq 

bəzəklərini, əsas etibarı ilə, qolbaq və üzüklər təşkil edir. 

Qadın  baş  bəzəkləri  Azərbaycanın  daha  çox  o  yerlərində  inkişaf  etmişdir  ki, 

orada qadınlar lap qədim dövrdən çarşabsız gəzmişlər. Bu, əsas etibarı ilə, başlarına 

ə

mmamə  qoyan  qadınlarda  olurdu.  Əmmamənin  başda  möhkəm  durması  və  gözəl 



görünməsi üçün onun üstündən iki cərgə zəncirlə bir – birinə bənd olunmuş gümüş-

  

39

qızıl  pullar  və  ya  üstü  naxışla  bəzənmiş  dəyirmi  gümüş,  qızıl  sikkələr  taxardılar. 



Libasları  bəzəyən  zərgərlik  şeylərini  üst  geyimlərinin  qollarına,  ətəklərinə, 

yaxalarına və bellərinə bərkidərdilər. Belə bəzəklərdən basma üsulunda işlənmiş qızıl 

pərdələri,  «kəsmə»  adlı  paxlava  formasında  qabarıq,  gümüş  və  ya  qızıl 

muncuqlardan ibarət silsilələri göstərmək olar. 

 

 


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 15,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə